ARXA

ARXA I is. İnsanın, heyvanın dalı, beli. Mən arxam dənizə tərəf oturdum (Anar).

ARXA II is. Kömək, havadar, dayaq. Qəribəm, yoxdu arxam; Qanadım yoxdu qalxam; Çıxam qəlbi dağlara; Bir vətən sarı baxam (Bayatı).

ARXA III is. Nəsil, əcdad. Xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür... (Mir Cəlal).

ARD
ARI
OBASTAN VİKİ
Arxa beyin
Asxa beyinə (lat. metencephalon) körpü - lat. pons və beyincik - lat. cerebellum aiddir; onun boşluğunun qlığını dördüncü mədəciyin ara hissəsi təşkil edir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Arxa plan
Arxa plan və ya Fon (Background) Ekranda üzərində simvolların təsvir olunduğu rəngdir; məsələn, ağ fonda qara simvollar. Həmçinin, arxa plan istifadəçinin birdəfəyə bir neçə proqram və ya sənədlə işləyə biləcəyi sistemdə: verilmiş anda açıq olan, ancaq aktiv olmayan pəncərədir. Bundan əlavə, arxa plan əməliyyat sistemlərində: mikroprosessorun vaxt bölgüsündə az öncüllüyü (prioriteti) olan, yəni öncəlikli olmayan, proses və ya məsələdir. İstifadəçi informasiyanın yenilənməsini tələb etmirsə, yaxud verilmiş məsələni öncəlikli rejimə keçirmirsə, fon prosesi (məsələn, çap və ya elektron poçtun daxil olmasının yoxlanması) çox zaman istifadəçi üçün görünməz olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arxa çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Arxa küçələr (teleserial, 2006)
Arxa küçәlәr (türk. Arka Sokaklar) — 2006-cı ildən Kanal D-də ekranlara gələn polis, dram, döyüş növündə, Türkiyənin ən uzun müddət (18 mövsüm) yayımlanan televiziya serialıdır. === Qısa məlumat === Ölkə: Türkiyə Rejissor: Orhan Oğuz Prodüser: Ali Cengiz Deveci Ssenari: Ozan Yurdakul, Sinan Yurdakul Koordinator: Yılmaz Ekmekçi Bölüm sayı: 639 Çəkildiyi müddət: 2006 - günümüz Vəziyyəti: yayımda Müddəti: 135-145 dəqiqə arası Yayımlandığı telekanal: Kanal D, Max Smart (təkrar bölümləri)Tv 2 == Məzmun == Serial İstanbul Polis Qərargahında özəl bir komandada çalışan polislərin ailə həyatları və İstanbul küçələrindəki macəralarından bəhs edir. Komanda vəzifələri boyunca daim fərqli və müxtəlif insan hekayələri ilə qarşılaşır.
Arxa sıradakılar (teleserial, 2007)
== Məzmunu == Arxa Sıradakılar, MinT Prodakşn tərəfindən FOX kanalı üçün hazırlanan Türk dram serialıdır. Serialın quruluşunu Birol Güvən, ekranlaşmasını isə Hamdi Alkan öz üzərinə götürmüşdür. 30 Sentyabr 2007-ci ildə yayıma başlamışdır. 27 Noyabr 2011-ci ildə sona çatan serial, TNT kanalında təzə bölümləri ilə yenidən başlamışdır. TNT-nin bağlanacağı qərarı çıxanda bütün seriallar bitirilmişdir. Bu səbəblə Arxa Sıradakılar 193-cü bölümdə, final bölümü yayımlanmışdır. Həmçinin serial FOX-dan TNT-yə transfer olanda serialın prodüser şirkəti də dəyişmişdir. Əvvəlcədən quruluşunu MinT Quruluşun üzərinə götürdüyü serialının quruluşunu TNT-yə keçdikdə, Best Quruluşu öz üzərinə götürmüşdür. Gənclik serialı olan Arxa Sıradakılar dəstə halında davalar, narkotik, xərac alınması ilə izah edilir. Hadisələrin əsas məkanı; İllərdir universitetə bir tələbə belə göndərməmiş, unudulmuş bir məktəbdir.
Stabilizatorun arxa tərəfi
Stabilizatorun arxa tərəfi, hər hansı bir qanad profili üstündən axan havanın qanadı tərk etdiyi kənara, yəni art kənara verilən addır. Flap, qanadcıq kimi komponentlər stabilizatorun arxa tərəfində yerləşir.
Kosmik mikrodalğa arxa plan şüalanması
Kosmik mikrodalğa arxa plan şüalanması (qısaca: şüalanması və ya fon radiasiyası) - 1965-ci ildə kəşf edilən bütün kainatı dolduran bir elektromaqnetik dalğa formasıdır. 2.725 Kelvin istiliyindəki qara obyektin termal şüalanmasını əhatə edən 160.2 GHz tezliyində və 1.9 mm dalğa boyunda olduğu COBE peyki tərəfindən hava kürə xaricində həssas olaraq ölçülmüşdür. Fon şüalanması, kainatın ən uzağından, yəni, ən qədim keçmişindən gəldiyi düşünülən elektromaqnetik şüalanmadır. Bu işığı bir çox radio astronom və fizikaçı Böyük Partlamanın ən böyük dəlili hesab edirlər. == Tarixi == 1948-ci ildə Corc Qamou, Ralf Alper və Robert Herman tərəfindən varlığı nəzəri olaraq qarşıya qoyulmuş və 5 Kelvin istiliyində bir quru obyektin yaydığı şüalanma ilə eyni dalğa boyunda olması lazım olduğu hesab edilmişdi. 1960-cı ildə radio astronomlar bu dalğa boyunda işığı fərqinə vardıqlarından ilk əvvəl antenalerdeki quş pisliklərindən qaynaqlanan bir elektrik parazit olduğundan şübhələndilər və təmizlik edib ölçmələri tekrarladılar. Təkrarən eyni zamanda başqa astronomlar da kəşf etdi və məqalələrində nəşr etdi. NASA tərəfindən atmosfer şərtlərindən təsirlənmədən doğru ölçüm etməsi üçün bu işə xüsusi COBE (COBE: Cosmic Background Explorer - kosmik arxa plan araşdırıcısı) peyki kosmosa göndərildi. == Xarici keçidlər == Дж.Ф. Смут - Анизотропия реликтового излучения: открытие и научное значение (Успехи Физических Наук (УФН) Т.177 2007, № 12, Нобелевская лекция по физики - 2006 Рус. яз.
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları təltif edilir.Maddə 2. Təltif edən orqan "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətən müharibəsi iştirakçısı" medalından sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Medalın ümumi təsviri "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, xarici və daxili çevrələrlə konturlanmış, diametri 38 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2.
Alisa güzgü arxasında
Alisa güzgü arxasında (ing. Through the Looking-Glass, and What Alice Found There) — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun "Alisa möcüzələr ölkəsində" əsərinin davamı olaraq yazdığı və 1871-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. == Ədəbiyyat == Tymn, Marshall B.; Kenneth J. Zahorski and Robert H. Boyer (1979). Fantasy Literature: A Core Collection and Reference Guide. New York: R.R. Bowker Co. p. 61. ISBN 0-8352-1431-1. Gardner, Martin (1990). More Annotated Alice.
Andreevka (Arxangel)
Andreyevka (başq. Андреевка, rus. Аккулево) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Orlovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 19 km, kənd sovetliyindən (Orlovka): 2 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 26 km.Kənd ərazisindən Zilim çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (85%) üstünlük təşkil edir.
Andreyevka (Arxangel)
Andreyevka (başq. Андреевка, rus. Аккулево) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Orlovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 19 km, kənd sovetliyindən (Orlovka): 2 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 26 km.Kənd ərazisindən Zilim çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (85%) üstünlük təşkil edir.
Arxac dağı
Arxac dağı – Babək rayonu ərazisində dağ (hünd. 1094,4 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənar hissəsində, Nehrəm kəndindən 4,3 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinin alt hissəsinə aid Alt Dərəlik yarımlay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş, sıldırımlı cənub-qərb yamaclarında Üst Tabaşirin Turon mərtəbəsinin alt hissəsinə aid eyniadlı lay dəstəsinin vulkanogen törəmələri açılan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Arxacbulaq
Arxacbulaq — Tiflis quberniyasının Borçalı qəzasında bulaq adı. == Toponimkası == Türk dillərində arkaç "dağın arxası", "dağın gün düşməyən hissəsi, quzeyi" sözündəndir. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Arxaçtəpə Azərbaycanda indi Oğuz rayonunda Qaynararxac, Dağlıq Qarabağda Qızıl Arxac, Gədəbəy rayonunda Qara Arxaç, Qubadlı və Cəbrayıl rayonlarında Arxaçdərəsi, İrəvan quberniyasının Eçmiadzin qəzasında Xan-Arxac toponimləri ilə eynidir. Arxac həm də qoyun sürüsünün dağ yamacında saxlandığı yerdir.
Arxacdərəsi
Arxacdərəsi - Cəbrayıl rayonunda dərə adı. Türk dillərində arkac(Azərbaycan dilində arxac) dağın gün düşməyən tərəfi, dağın arxa hissəsi, quzeyivə dərə sözlərindən ibarətdir. XIX əsrdə Gəncə quberniyasının Zəngəzur qəzasında Arxactəpə, Oğuz rayonunda Qaynarxac və Yuxari Qarabağda Qızıl, İrəvan quberniyasının Ecmiədzin qəzasında Xan-Arxac və s. adlarla mənaca eynidir. Arxac dağ yamacında qoyun sürüsünün saxlandığı yerdir. 2020-ci ildə işğaldan azad olunub. == Həmçinin bax == Cəbrayıl rayonu Zəngəzur qəzası == Ədəbiyyat == Bəndəliyev N.S. Dağlıq Şirvan oronimlərində bəzi etnonimlərin izləri. “Azərbaycan SSR EA Xəbərləri” (Yer elmləri seriyası), 1959, № 3. Azərbaycan SSR-in qısa toponimlər lüğəti. Bakı, 1986.
Arxada qalmış gələcək (film, 2004)
Arxada qalmış gələcək tammetrajlı bədii filmi rejissor Rüfət Əsədov tərəfindən 2004-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. 2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Filmdə əsas rolları Fuad Poladov, Ağamehdi Abidov, Azərin,Ömür Nağıyev, Abbas Qəhrəmanov, Pərviz Məmmədrzayev, Mikayıl Mikayılov və Leyla Şahvəliyeva ifa edirlər. == Məzmun == 2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Oğlan özünə gələndən sonra tamamilə dəyişir.Filmin ən təsiredici kadrlarından biri qaçqınların özlərinə ev etdikləri vaqonları Səmədin hərəkətə gətirməsidir. Vaqonlar bir-birinə calanaraq hərəkətə başlayır. Rejissor bu yerdə əl-ələ verib nəhayət ki, bu problemi həll etməyin vacib olduğunu göstərməyə çalışmışdır.
Arxadakı körpüləri yandırın
Arxadakı körpüləri yandırın — Rövşən Abdullaoğlunun "Motivasiya psixologiyası silsiləsində" yazdığı və 2013-cü ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Qələbə çalmaq istəyən arxasınca -geriyə qayıda bilməsin deyə- bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. ... Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar! Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.
Arxadakı körpüləri yandırın (Rövşən Abdullaoğlu)
Arxadakı körpüləri yandırın — Rövşən Abdullaoğlunun "Motivasiya psixologiyası silsiləsində" yazdığı və 2013-cü ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Qələbə çalmaq istəyən arxasınca -geriyə qayıda bilməsin deyə- bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. ... Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar! Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.
Arxadakı körpüləri yandırın (kitab)
Arxadakı körpüləri yandırın — Rövşən Abdullaoğlunun "Motivasiya psixologiyası silsiləsində" yazdığı və 2013-cü ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Qələbə çalmaq istəyən arxasınca -geriyə qayıda bilməsin deyə- bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. ... Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar! Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.
Arxadan vurulan zərbə (film, 1977)
Arxadan vurulan zərbə filmi rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Filmə SSRİ-də 17 milyon adam baxıb. Əsas rolları Şahmar Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Hamlet Xanızadə, Amaliya Pənahova, Akif Əli və Rasim Balayev ifa edirlər. == Məzmun == Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur.Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. == Film haqqında == Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Film ali kateqoriyaya layiq görülüb. Film Elçinin "Ox kimi bıçaq" povesti əsasında çəkilib.
Arxaika
Arxaika (yun. άρχαικός – qədim) – qədim yunan incəsənətinin inkişafında erkən mərhələ (e.ə. 7–5 əsrin əvvəlləri). Erkən arxaik (e.ə. 570 ilədək), yetkin arxaik (e.ə. 570–530), son arxaik (e.ə.530– 480) dövrlərə bölünür. Arxaika mərhələsində klassik üslubun təşəkkül tapması üçün ilkin şərtlər formalaşmışdır: ağac-çiy kərpiç memarlığından daş memarlığına keçid nəticəsində dorik və ionik memarlıq orderlərinin yaranması (e.ə. 6 əsrin əv vəli) və onların yeni materialın tələblərinə uyğunlaşdırılması; heykəltəraşlıq da əvvəlcə daşdan (e.ə. 7 əsrin ortaları), sonra isə tuncdan (təqr. e.ə.
Arxaizm
Arxaizm — köhnəlmiş, yaxud istifadədən çıxmış söz, ifadə, qrammatik forma. == Haqqında == Arxaizmlər xalq dilində indi də işlənir. Dilin lüğət tərkibində xalqın tarixi əks olunur. Sözlər elmdə, texnikada, mədəniyyətdə baş verən dəyişikliklərin, tarixi hadisələrin canlı şahidləridir. Zaman keçdikcə bəzi məfhumlar dəyişir, yox olur və belə məfhumları bildirən sözlər də köhnəlir, öz ümumişlək xüsusiyyətini itirir. Belə sözlər köhnəlmiş sözlər adlanır. Köhnəlmiş sözlər iki yerə bölünür: arxaizmlər, tarixizmlər. Arxaizm deyəndə bu gün işlənməyən sözlər nəzərdə tutulur. Söz özü dildən çıxmış, həmin sözlərin əvəzinə onların mənasını verən sözlər yaranmışdır. Yəni anlayış qalır, onu ifadə edən söz dəyişir.
Arxallaksis
ARXALLAKSİS (yun. arxin-başlanğıc + allaksis-dəyişiklik) — orqanın embrional inkişafının erkən mərhələlərində təkamüli dəyişkənlik; bütün sonrakı mərhələlərin (yetkin mərhələ də daxil olmaqla) əhəmiyyətli dərəcədə yenidən qurulmasına gətirib çıxarır. "Arxallaksis" terminini elmə 1912 ildə filembriogenez formalarından birini ifadə etmək məqsədilə A.N. Severtsov daxil etmişdir. Arxallaksis yolu ilə makrotəkamül prosesində xeyli quruluş dəyişkənlikləri nisbətən tez baş verə bilir (məsələn, ilanların əcdadında fəqərələrin sayının artması və ya məməlilərin əcdadında tük örtüyünün inkişafı). Arxallaksis zamanı ontogenez və filogenezdə ardıcıl mərhələlərin oxşarlığı itir və fərdi inkişaf hiogenetik qanuna uyğun gəlmir.
Arxalı canavar (roman)
"Arxalı canavar" — Elxan Elatlı tərəfindən yazılmış roman. Roman 2010-cu ildə iyun-sentyabr aylarında qələmə alınmışdır. == Məzmun == Roman bir-birini sevən iki gəncin qısa dialoqu ilə başlayır. Sonda onlar qərarlaşdırırlar ki, Cavid əsgərliyə getməmişdən öncə rayona gedəcək və onlar son dəfə orada görüşəcəklər. Hər şey onların oradakı görüşündən sonra başlayır. Selcanın evdən çıxaraq qayıtmaması və eyni gündə Cavidin dənizdə boğulması bəzi suallar doğurur. Selcanın babası polkovnik Baratov çox sevdiyi nəvəsinin tapılması üçün ən yaxşı agenti Leopardı və cinayət axtarış eksperti Qanbay Qasımlını məsələdən agah edərək xahiş edir ki, qızın adının çox çəkilməməsi şərtilə onun tapılmasına kömək etsinlər. Müəllifin əvvəlki əsərlərindən oxucuların rəğbətini qazanmış qəhrəmanları - Qanbay Qasımlı ilə Leopard ilk və son dəfə görüşürlər. Xəbərdarlığın sonu == Obrazlar == Ələmdar Məlikov və ya Leopard — Məxfi Şöbənin "X" bölməsinin rəisi, mayor, gizli agent. "Döyüş" idman klubunun sahibi.
Arxalı dağlar (film, 1985)
Arxalı dağlar filmi rejissor Adil Ələkbərov tərəfindən 1985-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasından bəhs edir. == Məzmun == Filmdə öz sənətini sevən, ona bütün varlığı ilə bağlanan, zəhmətin qədrini bilən, onu qiymətləndirən bir insan haqqında-Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasının işi haqqında söhbət gedir. == Festival və mükafat == 1988-ci ildə Moskvada Ümumittifaq kənd təsərrüfatı filmləri kinofestivalında sənədli film ÜİXTNS-in gümüş Medalına layiq görülüb.
Arxalıq
Arxalıq — Qafqaz xalqları arasında və İranda milli kişi və qadın geyiminin bir hissəsidir. Arxalıq beşmetdən (qədim türk üst paltarı, sonralar kazaklar (rus hərbi dəstələri) da geyinirdi) əmələ gəlib.Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olur. == Xarici görünüşü == Arxalıq uzun, beli ensiz gödəkcədir. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilir. Bəzi arxalıqlar gen və düz biçilir, yan hissədə isə çapığı olur. Arxalıqların qollarının da biçimləri müxtəlif olur. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilir. Arxalıqların üçüncü forması lelüfər qolludur.
Arxangel
Arxangel (yun. Αρχάγγελος — mələklərin başçısı) — iudaizmdə və xristianlıqda mələklərin ali dərəcəsi; “səma iyerarxiyası”na görə mələklərin 9 dərəcəsindən 8-cisi. == Mənbə == Azərbaycan Ensiklopediyası. 2011, t. 2.
Arxangel (mələk)
Arxangel (yun. Αρχάγγελος — mələklərin başçısı) — iudaizmdə və xristianlıqda mələklərin ali dərəcəsi; “səma iyerarxiyası”na görə mələklərin 9 dərəcəsindən 8-cisi. == Mənbə == Azərbaycan Ensiklopediyası. 2011, t. 2.
Arxangel rayonu
Arxangel rayonu (başq. Архангел районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Arxangelskoe kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın mərkəzində, Ufa şəhəri yaxınlığında yerləşir. Dyoma çayının orta axarında qərarlaşır. Rayonun ərazisi 2422 km² təşkil edir. Rayon ərazisindən Karlaman — Beloresk— Maqnitoqorsk dəmiryolu və Ufa — Beloresk avtomobil yolu keçir. Karlaman — Beloresk— Maqnitoqorsk dəmiryolu xalq arasında "Başqırd BAM-ı". == Tarix == Arxangel rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir. == Əhali == Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Arxangel rayonu ərazisin milli tərkibi: başqırdlar — 45,4 %, ruslar — 38,5 %, tatarlar — 10,6%, çuvaşlar — 2,4 %, digər millər — 3,1 %.

Digər lüğətlərdə

а́нгельский дораба́тываться дра́йв ове́чка окатоли́читься пообогре́ться сахароме́тр фарширова́ние фони́ческий значки́стский маслоде́л порасспроси́ть продезинфици́роваться стипе́ндия широча́йший дол dog's-bramble entrenching tool go-to-meeting hemolytic joggling misbelief polyarteritis puppy коечный