atlas-monoqrafiya

atlas-monoqrafiya
atlas
atlayış
OBASTAN VİKİ
Monoqrafiya
Monoqrafiya – müasir ədəbiyyatşünaslığın əsas formalarından biridir. Monoqrafiyalar müəyyən mövzuya, problemə və ya ədəbi şəxsiyyətin, alimin yaradıcılığına həsr edilən elmi əsərdir. Elmi dərəcə almaq üçün yazılan namizədlik və doktorluq dissertasiyaları da monoqrafiyanın bir forması sayıla bilər.
Atlas
Atlas (coğrafi) – 1)xəritə; 2)albom və ya məcmuə şəklində tərtib edilmiş xəritə; 3)cürbəcür xəritələrin, sxemlərin toplusu; 3)müəyyən sistem üzrə toplanmış xəritələr toplusu; 4)dilçilikdə dil və ya dialektlərin yayılma areallarını əks etdirən xəritələr toplusu; 5)göy cismlərinin xəritə və cədvəllərinin toplusu (astronomik atlas); 6)coğrafi müəyyən sistemlə yığılıb, ümumi proqram əsasında albom və ya kitab şəklində tərtib edilən coğrafi xəritələrin məcmuəsi. Atlasdan müxtəlif sorğu və tədris məqsədilə istifadə olunur. "Atlas" adını ilk dəfə 16 cı əsrdə Herard Merkator tərəfindən gəlmişdir. O, tərtib etdiyi xəritələri toplu halında hazırlayıb və onu "Atlas" adlandırıb və çap olunub. Azərbaycanda nəşr olunmuş atlaslar: "Dünyanın fiziki atlası" (1964), "Dünyanın kiçik atlası" (1975), "Azərbaycanın atlası" (1949, 1963). Azərbaycan Respublikasının müxtəlif istiqamətli yeni atlaslarını Azərbaycan Milli Elmlər Akademiyasının akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu nəşrə hazırlamışdır. == Ədəbiyyat == R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009.
Atlas(topologiya)
Riyaziyyatda, xüsusən də topologiyada bir atlasdan istifadə edilərək bir çoxobrazlı təsvir olunur. Atlas, təxminən desək, çeşidli ayrı-ayrı bölgələri təsvir edən fərdi qrafiklərdən ibarətdir. Əgər çoxobrazlı Yerin səthidirsə, onda bir atlasın daha çox ümumi mənası var. Ümumiyyətlə, Atlas anlayışı, çox yönlü və əlaqəli quruluşların, məsələn, vektor dəstələri və digər lif dəstələri kimi formal tərifin əsasını təşkil edir. == Qrafiklər == Bir atlasın tərifi bir qrafik anlayışına bağlıdır. Bir topoloji məkan M üçün cədvəl (koordinat cədvəli, koordinat yaması, koordinat xəritəsi və ya yerli çərçivə də deyilir) bir homeomorfluqdur φ {\displaystyle \varphi } U açıq bir M-dən Evklid məkanının açıq çoxluqlarlna qədərdir. Qrafik ənənəvi olaraq sifariş edilmiş cüt ( U , φ ) {\displaystyle (U,\varphi )} olaraq qeyd olunur. == Atlasın ümumi tərifi == Bir topoloji məkan üçün bir atlas indeksləşdirilmiş M {\displaystyle M} ailəsidir { ( U α , φ α ) : α ∈ I } {\displaystyle \{(U_{\alpha },\varphi _{\alpha }):\alpha \in I\}} qrafikləru üzərində M {\displaystyle M} hansı ki, M {\displaystyle M} əhatə dairəsini təyin edir(yəni, ⋃ α ∈ A U α = M {\displaystyle \textstyle \bigcup _{\alpha \in A}U_{\alpha }=M} ). Hər bir cədvəlin kodomaini n ölçülü Evklid məkanıdırsa, onda M {\displaystyle M} -in n ölçülü bir çoxobrazlı olduğu deyilir. Bəzi müəlliflər atlastlardan istifadə etsələr də,atlaslar çoxluğu atlaslardır.
Atlas (dəqiqləşdirmə)
Atlas
Atlas (fəqərə)
Atlas (lat. atlas) — onurğa sütununun ilk və eyni zamanda I boyun fəqərəsi. Digər boyun fəqərələrindən xüsusi qurluşuna görə fərqlənir ki, bu da onun kəllənin ənsə sümüyü ilə oynaq əmələ gətirməsi ilə izah olunur.
Atlas (topologiya)
Riyaziyyatda, xüsusən də topologiyada bir atlasdan istifadə edilərək bir çoxobrazlı təsvir olunur. Atlas, təxminən desək, çeşidli ayrı-ayrı bölgələri təsvir edən fərdi qrafiklərdən ibarətdir. Əgər çoxobrazlı Yerin səthidirsə, onda bir atlasın daha çox ümumi mənası var. Ümumiyyətlə, Atlas anlayışı, çox yönlü və əlaqəli quruluşların, məsələn, vektor dəstələri və digər lif dəstələri kimi formal tərifin əsasını təşkil edir. == Qrafiklər == Bir atlasın tərifi bir qrafik anlayışına bağlıdır. Bir topoloji məkan M üçün cədvəl (koordinat cədvəli, koordinat yaması, koordinat xəritəsi və ya yerli çərçivə də deyilir) bir homeomorfluqdur φ {\displaystyle \varphi } U açıq bir M-dən Evklid məkanının açıq çoxluqlarlna qədərdir. Qrafik ənənəvi olaraq sifariş edilmiş cüt ( U , φ ) {\displaystyle (U,\varphi )} olaraq qeyd olunur. == Atlasın ümumi tərifi == Bir topoloji məkan üçün bir atlas indeksləşdirilmiş M {\displaystyle M} ailəsidir { ( U α , φ α ) : α ∈ I } {\displaystyle \{(U_{\alpha },\varphi _{\alpha }):\alpha \in I\}} qrafikləru üzərində M {\displaystyle M} hansı ki, M {\displaystyle M} əhatə dairəsini təyin edir(yəni, ⋃ α ∈ A U α = M {\displaystyle \textstyle \bigcup _{\alpha \in A}U_{\alpha }=M} ). Hər bir cədvəlin kodomaini n ölçülü Evklid məkanıdırsa, onda M {\displaystyle M} -in n ölçülü bir çoxobrazlı olduğu deyilir. Bəzi müəlliflər atlastlardan istifadə etsələr də,atlaslar çoxluğu atlaslardır.
Atlas ayısı
Atlas ayısı (lat. Ursus arctos crowtheri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Bəzən onları müstəqil növ olaraq qiymətləndirirlər. Onların yaşayış arealı Atlas dağlarından başlayaraq, Mərakeşdən Liviya ərazisinə qədər uzanırdı. Altlas ayıları qənimət olaraq ovlanılır və ya idman yarışlarında öldürülürdü. Sonuncu sərd ovçular tərəfindən Mərakeşin şimalında 1870-ci illərdə öldürülmüşdür. Ondan sonra bu canlılar haqqında məlumat əldə edilməmişdir. Atlas ayıları əsssən tünd qəhvəyi rəngdə oludular. Üstəlik sifət nahiyyəsində ağ ləkələr müşahidə edilirdi. Xəzin qalınlığı 10-12 sm olurdu.
Atlas dağları
Cart Dagları — Afrika qitəsinin Şimal qərbində yerləşir. Atlas dağları Mərakeş, Əlcəzair, Tunis ərazilərindən keçən Böyük dağ sırasıdır. Atlas dağları Afrika materikində yerləşir. Atlas Dağları, Afrika kıtasının kuzeybatısında, Fas, Cəzairr ve Tunis ölkələrindən keçən böyük bir dağ sırasıdır.'Dağ' terminləri bəzi bərbər dillərində Adrar və adrasdır və bu terminlərin Atlas toponiminin qohumları olduğuna inanılır. Dağlar əsasən Afrikada rast gəlinən, lakin bəziləri Avropada tapıla bilən bir sıra heyvan və bitkilərə ev sahibliyi edir. Bu növlərin bir çoxunun nəsli kəsilməkdə, bəzilərinin isə artıq nəsli kəsilməkdədir. Hava ümumiyyətlə sərindir, lakin yayı günəşli olur və orada orta temperatur 25°C-dir == Uzunluğu == Uzunluğu 2400 kilometr olan Atlas dağlarının ən yüksək nöqtəsi Mərakeş dövlətinin cənub qərbində 4167 metr yüksəkliyindəki Toubkal zirvəsidir. Atlas dağları, Şimal-Qərbi Afrikanın Ağdəniz yaxınlıqları ilə Səhra Çölünü ayıran bir divar kimidir. == Yaşayan xalqlar == Keçdiyi yerlərdə ərəblər və bərbər millətləri yaşayırlar. == Yaranması haqqında == Atlas dağlarının yaradılmasının milyonlarla il əvvəl öncəsində Afrika və Amerika qitələrinin ayrılmadan öncə birləşmədən qaynaqlandığı, Şimali Amerikanın Appalaç dağlarının da eyni geometrik hərəkətin nəticəsi olaraq yarandığı təxmin edilməkdədir.
Atlas kinostudiyası
«Atlas» kinostudiyası (ərəb. استوديوهات أطلس‎, ing. Atlas Corporation Studios) — Mərakeşin Varzazat şəhərinin 5 kilometr (3.1 mil) qərbində yerləşən kinostudiya. Kinostudiya 1983-cü ildə Mərakeş sahibkarı Məhəmməd Bəlğimi tərəfindən təsis edilmişdir. «Atlas» kinostudiyası 650 hektarlıq bir ərazidə qurulmuşdur və hal-hazırda ölkənin ən böyük kinostudiyasıdır. Buna görə də kinostudiyanın yerləşdiriyi şəhər – Varzazat «Mərakeşin Hollivudu» və ya «Mollivud» adlanır.
Atlas sidri
Atlas sidri (lat. Cedrus atlantica) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir. Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir. Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir.
Atlas silkələndi
Atlas silkələndi (ing. Atlas Shrugged) — Ayn Randın 1957-ci ildə yazdığı roman. Bu, onun ən uzun, həyatda olarkən nəşr olunan dördüncü və sonuncu romanı idi və Rand bu romanı bədii ədəbiyyat sahəsində özünün ən böyük əsəri hesab etmişdir. "Atlas silkələndi" elmi fantastika və romantizm elementlərini ehtiva edir və Randın əsərləri arasında obyektivizmin ən geniş ifadə edildiyi əsərdir. Rand "Atlas silkələndi"-nin ideyasını "insan zehninin var oluşdakı rolu" kimi təsvir etmişdir. Kitab Randın sonralar obyektivizmi inkişaf etdirəcəyi bir sıra fəlsəfi mövzuları, mülkiyyət hüquqları, fərdiyyətçilik, libertarianizm və kapitalizmi araşdırır və Randın hökumətin qoyduğu məcburiyyətlərin yaratdığı uğursuzluqlar kimi gördüklərini təsvir edir. "Atlas silkələndi" əsasən mənfi rəylər alsa da, əsər sonrakı onilliklərdə davamlı populyarlıq və satışlar əldə etdi. Romana müxtəlif libertarian və mühafizəkar mütəfəkkirlərə və siyasətçilərə təsir kimi istinad edilmişdir.
Nizami Gəncəvi (Monoqrafiya)
Airbus A400M Atlas
Lockheed C-130 Hercules hərbi nəqliyyat təyyarəsi.
Atlas bulud (roman)
"Buludlu atlas" — romanı Britaniya yazıçısı David Mitçelin üçüncü kitabıdır. Roman 6 hissədən ibarət olub, oxucunu XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəyədək aparır. == Sujet == Buludlu atlas bir-biri ilə bağlı altı hekayədən ibarətdir, XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəkdə qurtarır. İlk beş hekayə əsas anda kəsilir. Altıncı hekayədən sonra, ilk beş hekayə, xronoloji ardıcıllıqla, yarımçıq qaldığı yerdən başlayaraq sona qədər davam edir. Sonda isə oxucu roman başlandığı yerə - XIX əsrdə Ada'm Yuinqlə Sakit okeanın cənubuna qayıdır. Adam Yuinqin sakit okean jurnalı. İlk hekayə Sakit okeanın arxipelaqlarından olan Çatem adasından başlanır. Kaliforniyada qızıl hərisliyi dövründə San-Fransiskolu notarius Ada'm Yuinq gəmisinin təmirə dayandığı vaxtda Henri Qus adlı həkimlə tanış olur. O adada sülhməramlı Moriori tayfasının döyüşkən Maori tayfası tərəfindən əsatirindən xəbər tutur.
Buludlu atlas (roman)

İstanbul Atlas Universiteti
İstanbul Atlas Universiteti — Türkiyənin Balkan Təhsil Mədəniyyəti və Sağlamlığı Fondu tərəfindən İstanbulda qurulan universitet. Universitet bakalavr, magistr və doktarantura proqramları təklif edir. Universitetdə müxtəlif ölkələrdən tələbələr təhsil alır. == Kampusları == Universitetin şəhərciyi İstanbulun Kağıthanə səmtinin Hamidiye bölgəsində yerləşir. Sahəsi 110.000 m² olan kampusda təhsil və tədqiqatda istifadə olunan laboratoriyalar var. == Akademik strukturu == Atlas Universiteti 6 fakültədə 29 bakalavr proqramı, institutlarda 22 magistr proqramı və 3 doktorantura proqramı və kolleclərdə 13 aspirantura proqramı daxil olmaqla cəmi 67 müxtəlif proqram üzrə təhsil təqdim edir.
Azərbaycan Respublikasının Coğrafiyası (monoqrafiya)
Azərbaycan Respublikasının Coğrafiyası — Coğrafiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış üçcildlik monoqrafiya. Əsər 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. == Haqqında == "Azərbaycan Respublikasının coğrafiyası" adlı üçcildlik monoqrafiyası Azərbaycanın gələcək inkişaf yollarının, iqtisadi-siyasi inkişafının təbii-antropogen potensialının müəyyən edilməsi, yeni şəraitdə ölkənin təbii ehtiyatlarının elmi cəhətdən qiymətləndirilməsi, regionların inkişafı, yoxsulluğun azaldılması, sənaye, kənd təsərrüfatı və ətraf mühitin müxtəlif səviyyəli idarə edilməsi mövzularına həsr edilmiş elmi əsərdir. === I cild — Fiziki coğrafiya === "Azərbaycan Respublikasının coğrafiyası" üç cildliyinin birinci cildində ölkə ərazisində fiziki coğrafiyanın müxtəlif sahələrinə aid çox illər ərzində aparılan kompleks tədqiqatlar ən son məlumatlar nəzərə alınmaqla ümumiləşdirilərək təqdim olunmuşdur. Əsərdə Azərbaycan Respublikasınım relyefi, geoloji quruluşu, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, landşaftları geniş şəkildə təhlil olunmuş, onların regional xüsusiyyətləri araşdırılaraq, ölkə ərazisində fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılmış və hər bir rayonlaşdırma vahidi zəngin materiallar əsasında işıqlandırılmışdır. Redaksiya heyəti: C.ü.e.d. Tanrıverdiyev X. K, Xəlilov H. A, Xəlilov M. Y, Qaşqay R. M., C.ü.f.d. Rəhimov X. Ş. İsmayılov M. C, Həsənov M. S. k/t.ü.f.d. Quliyev İ. Ə, Əliyev Ə. A. === II cild — İqtisadi, sosial və siyasi coğrafiya === Oxuculara təqdim olunan "Azərbaycan Respublikasının coğrafiyası" kitabının ikinci cildi ölkənin müasir iqtisadi-coğrafi problemlərini, onun həlli yollarını işıqlandıran geniş həcmli və konstruktiv xarakter daşıyan elmi əsərdir. Kitab "Coğrafiya" ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və bu sahədə çalışan müəllimlər, alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Heydər Əliyev və klassik irs (monoqrafiya)
Bəsləsən atlas olar tut yarpağından
Bəsləsən atlas olar tut yarpağından qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur.
Heydər Əliyev siyasəti: tarix və müasirlik (monoqrafiya)
Bəsləsən atlas olar tut yarpağından (film, 1957)