Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Islam
İslam (ərəb. الإسلام‎, əl-'islām) — monoteist ibrahimi dinlərdən biri.. == İslam dini == "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq).İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır. Nübuvvət – sonuncusu Məhəmməd peyğəmbər olmaqla 124 000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə və bu kitablara iman gətirməkdir. Məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.İslam dinini qəbul edənlər müsəlman adlanırlar.
Silah
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. == Silahın tarixi == İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. == Silah növləri == Silahlar iki yerə bölünürlər: soyuq və odlu. === Soyuq silahlar === Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
İlah
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
Abil İslam
Abil İslam (19 noyabr 1958, Alıkənd, Göyçay rayonu) — azərbaycanlı şair, jurnalist, fotoreportyor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == İslamov Abil Yolçu oğlu (Abil İslam) 19 noyabr 1958-ci ildə Göyçay rayonunun Alıkənd kəndində doğulub. O, 4 illik ibtidai təhsilini Alıkənd kəndindəki məktəbdə alıb (1966–1970). Həmin məktəbdə 4-cü sinfi bitirdikdən sonra Mırtı kənd Qasım Həsrətov adına orta məktəbdə təhsilini davam etdirərək, 1976-cı ildə həmin məktəbin 10-cu sinfini bitirib. Sonra Bakıya gələrək əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyətini davam etdirərək Bakı Maşınqayırma Texnikumunun "Metalların kəsməklə emalı" fakültəsini bitirərək texnik ixtisasına yiyələnib. Hərbi xidmətdən sonra təhsilini davam etdirmək üçün Ukraynanın Xarkov şəhərinə gedib və təhsilini Xarkov Kommunal Tikinti Mühəndisləri İnstitutunda davam etdirib. Abil İslam "İnşaatçı" qəzetində müxbir, fotomüxbir, poeziya şöbəsinin müdiri , "Bioloji Təbabət" Klinikasında mətbuat katibi və Bakı Sənaye-Pedaqoji Kollecində "ədəbi dram dərnəyinin rəhbəri" vəzifəsində işləyib.Abil İslam Bakının Nizami rayonu "Müharibə və Əmək veteranları" təşkilatının sədr müavinidir. Hazırda İctimai Xəbər Agentliyinin direktor müavinidir. == Yaradıcılığı == 2001-ci ildə "Çıraq" Nəşriyyatı tərəfindən 204 səhifəlik "Bir bəlalı ömür olub taleyim" adlı şeirlər kitabı dərc olunub.
Anqolada islam
Anqolada islam (ing. Islam in Angola) — islam dini Anqola ərazisində. == Müsəlmanların sayı == Əhalisinin sayı təxminən 16 milyon olan Anqolada təxminən 90 min nəfər müsəlman var. Onlar əsasən Qərbi Afrika ölkələrindən və Livandan köçənlərdən ibarətdir. == Tarixi == === Qadağan olunması === Anqola hökuməti 2 illik hazırlıq prosesindən sonra 2015-ci ildə ölkə ərazisində islam dinini tamamilə qadağan edib. Anqola prezidenti Joze Eduardu duş Santuş bu qadağadan sonra islam dininin ölkədəki hadisələrə təsir edə bilməyəcəyini qeyd edib.Ölkənin mədəniyyət və turizm naziri Roza Kruz Silva qərarın Ədliyyə Nazirliyi tərəfindən verildiyini bildirmişdir. Hazırda Anqola dünyada məscidi olmayan yeganə dövlətdir. "İslamın rəsmi qadağası vacib idi. Çünki bu din Anqolanın mədəniyyətindəki ənənələrə qarşı çıxır".
Avstraliyada islam
Avstraliyada islam (ing. Islam in Angola) — islam dini Avstraliya ərazisində. == Tərəfdarları == 2015-ci ilin noyabrında Sidney şəhərində Avstraliya Müsəlman Partiyası adlı siyasi qurum yaradılıb. Bu ölkədə ilk müsəlman partiyasıdır. Partiyanın qurucusu Diaa Mohameddir. == Əleyhdarları == Avstraliyada 6 antiislam partiyası fəaliyyət göstərir. Onlar məscdilərin bağlanmasını, halal məhsulların qadağan olunmasını tələb edirlər.
Avstriyada islam
Avstriyada islam (alm. Islam in Österreich‎) — islam dini Avstriya ərazisində. == Tarixi == === İslam haqqında qanun === 1912-ci ildə qəbul edilmiş qanun ilə Avstriyada islama rəsmi din statusunu vermişdir. Həmin qanuna Avropada islamla bağlı nümunə kimi baxılıb. 2015-ci iln fevral ayında Avstriya parlamenti ölkənin islam haqqında yüzillik bu qanununa dəyişikləri qəbul edib. Yeni dəyişikliklərə əsasən, islamçı radikallıq problemilə mübarizə aparmağı nəzərdə tutan qanun müsəlmanlara daha çox hüquqi təhlükəsizlik versə də, eyni zamanda məscidlərin və imamların xaricdən maliyyələşməsini qadağan edir.
Bais (islam)
Əl-Bais (ər. الباعث) — Allahın adlarından biri. "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.". Şübhəsiz yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq olan bütün insanlar ölümlüdür. Hər kəs bir gün ölər və məzara qoyular. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq insanların böyük bir əksəriyyəti ölümü düşünməzlər və məzara qoyulduqdan sonra təkrar dirildiləcəkləri gerçəyini də görməməzlikdən gələrlər. Quranda bu kəslərin vəziyyətləri belə xəbər verilir: (Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: "Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!" Quranda insanların qəflətlə soruşduqları bu suala ən açıq şəkildə cavab verilmişdir: "Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir.
Batareya (silah)
Batareya — bir neçə topdan, haubitsadan, raket, zenit və artilleriya qoşun növünə aid başqa qurğulardan ibarət ordu bölüyü. Batareyalar artelleriya divizionu təşkil edir.
Başqırdıstanda islam
Başqırdıstanda monoetik dünyəvi dinlər yayılıb. Onlardan biri və geniş yayılmışı İslamdır. Başqırdıstanda islamın Hənəfi əqidəsi yayılıb. == Tarixi == İslamın Başqırdıstanda gəlməsində VIII-IX əsrlərdə müsəlman ölkələri ilə yaradılmış ticarət və iqtisadi əlaqələr böyük rol oynamışdır. Uraldakı ilk müsəlman arxeloji abidəsi Başqırdıstanın İşimbay rayonundakı Levaşov məzarlığındakı tapıntılardır. == Ədəbiyyat == Аминев З. Г., Л. А. Ямаева. Региональные особенности ислама у башкир. — Уфа, 2009. В память столетия Оренбургского Магометанского Духовного Собрания, учрежденного в г. Уфе.
İştah
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
Azərbaycan Islam Müqavimət Hərəkatı
Alim (islam)
Əl-Alim (ər. العليم) — Allahın adlarından biri. Mənası: Hər şeyi haqqiyla bilən,elminin sonu olmayan,heç bir şey elmindən gizli qalmayan.Əzəli elmiylə mütləq elm sahibi. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.
Avtomat (silah)
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. == Müasir avtomat == 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.StG-44-ün açdığı yolda piyada tüfənginin anlayışı tamamilə dəyişdi.
Avtomatik silah
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Axir (islam)
Əl-Axir (ər. الآخر) — Allahın adlarından biri. Varlığının sonu olmayan, bütün varlıqların həyatı son tapsa da varlığı daimi olan, deməkdir. Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir).Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcəkdir. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadaki bütün canlılar doğar və ölərlər, hər şeyin bir ömrü, müddəti var. Halbuki Quranda bildirildiyi kimi Allah əvvəldir, axırdır yəni başlanğıcı olmadığı kimi sonu da yoxdur.
Azərbaycanda islam
Azərbaycanda islam — VII əsrdə Azərbaycan (Qafqaz Albaniyası və Atropatena ərazisi) ərəblər tərəfindən fəth edildikdən sonra burada tədricən İslam dini yayılmağa başlamışdır. == İslamın yayılması == Ərəb orduları 642-ci ildə Sasani ordularını darmadağın etdikdən sonra Sasani şahlarının əfsanəvi sərvətlərindən başqa, Sasanilərin bütün ərazisi də onların əlinə keçdi. Zahirən qüdrətli görünən bir dövlətin məhv olub getməsi ərəblər üçün bir qədər təəccüblü və gözlənilməz oldu, çünki Təbərinin dediyinə görə, ərəblər öz istilalarını daha da davam etdirmək fikrində deyildilər və əsas məqsədləri, məlum olduğu kimi, hələ o zaman ərəblərin yaşadığı və onların həyatı üçün zəruri olan Mesopotamiyanı (Beyn ən- Nəhreyni) tutmaq idi. Xəlifə Ömər ibn Xəttab (634–644) öz qoşunlarını təhlükəyə salmaq istəmirdi və görünür, ərəblərə məlum olmayan digər ölkələrdə Xilafət ordularının başına nələr gələ biləcəyindən ehtiyat etdiyinə görə qoşun komandanı Sədə belə bir əmr verdi: "Öz yerində dayan və onları (düşmənləri) təqib etmə", lakin ərəb qoşunu, məğlub olub hər tərəfə qaçışan Sasani orduları üzərində asanlıqla qazandığı qələbələrdən və əldə etdiyi zəngin qənimətlərdən həvəsə gəlib daha şimala doğru irəliləməkdə davam edirdilər və xəlifələr adətən öz komandalarının bu "özbaşınalığına" fıkir vermirdilər, xüsusilə ona görə ki, qələbə ilə qurtaran hər bir vuruşma xəlifənin xəzinəsinə və qoşuna böyük gəlir gətirirdi. Ərəblər yeni vilayət və ölkələri tutanda əvvəllər həmin yerləri öz idarə anlayışları əsasında idarə etməyə başladılar. Bu idarə üsulu həmin ölkələrdə yalnız mümkün olduğu qədər çox vergi və natural mükəlləfıyyətlər əldə etməkdən, habelə başqa dinə mənsub olub itaət altına alınanlar arasında islam dinini yaymaqdan ibarət idi. Azərbaycan və xüsusilə Arran əhalisi, bu ölkələr ərəblər tərəfindən istila edilməzdən əvvəl, daimi Bizans-Sasani müharibələri, xəzərlərin və digər köçəri xalqların basqınları nəticəsində çox yoxsul vəziyyətdə idi. Müharibələr təsərrüfatın dağılmasına səbəb olur, ölkələrin istehsal qüvvələrini tükəndirirdi. Buna görə əhali ərəb istilaçılarının Azərbaycana gəlməsini illər boyu davam edən zülm və əzablardan xilas olmaq kimi hesab edirdi. Ərəblərin dövründə (hər halda Əməvilər hakimiyyəti başlayanadək) kəndlilər əvvəlkinə nisbətən, bir qədər yaxşı yaşamağa başlamışdılar, çünki ərəblər yalnız vergi və töycüləri yığıb, bu ölkələrin daxili həyatına qarışmırdılar, öz dini əqidələrində və dini ayinləri icra etməkdə onlara sərbəstlik verirdilər.
Aşıq İslam
Aşıq İslam Yarpızlı (1910–1943) — Azərbaycanlı aşıq. Aşıq İslam Yusifov (1893–1968) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Aşıq İslam Rza oğlu (1977–2013) — Şirvan aşıq sənətinin tanınmış simalarından biri.
Belçikada islam
Belçikada islam (nid. Islam in België, fr. Islam en Belgique, alm. Islam in Belgien‎) — islam dini Belçika ərazisində. == Tarixi == 1975-ci ildə ümumdünya neft böhranının qızğın çağında Belçikada "Brüssel İslam Mərkəzi" rəsmi fəaliyyətə başlamışdır. Bundan sonra Türkiyə öz nümayəndələri və pedaqoqlarını bu Mərkəzə göndərmişdir. Səudiyyə Ərəbistanı isə Belçika kralı tərəfindən ayrılmış ərazidə həmin dövr üçün Avropada ən böyük olan məscidi inşa etdirmişdir.
Bədi (islam)
Əl-Bədi (ər. البديع) — Allahın adlarından biri. Bütün varlıqları, həyat yoldaşı və nümunəsi olmadan, sənətkaranə bir şəkildə yaradan, misilsiz, heyrət verici aləmlər icad edən, heç bir bənzəri olmayan şeylər ortaya qoyan deməkdir. Səcdə surəsi (32), 7: " Yaratdığı hər şeyi gözəl yaradan və insanı yaratmağa palçıqdan başlayan Odur. " Bəqərə surəsi (2) , 117 : "O, göyləri və yeri yoxdan var edicisidir və O, bir işin olmasını murad edincə , ona yalnız :" Ol! "Deyər, o da dərhal olar . " Allah (cc), " Mən yer üzündə bir xəlifə yaradacağam " (Bəqərə surəsi (2), 30.) buyurdu və yerləri, göyləri yaratmamışdan əvvəl o, "Ərş" ı sular üzərindəykən , gələcək insanların taleyini yazdı … Sonra Öz nurundan "Ya Məhəmməd ! Sen olmasan Cənnəti yaratmazdım , sən olmasan Cəhənnəmi yaratmazdım , sən olmasan dünyanı yaratmazdım !" (Üsulu -i Hədisi və qanunvericilik — ı Aliyyü'l — Kari Tərcüməsi, Əhməd Serdaroğlu , shf. 99.) buyurduğu Sevgili Peyğəmbərimizin nurunu yaratdı. O "nur " ilə " eşq" üfürüləcəkdir aləmlərə dostlar ; eşq üfürüləcəkdir.
Bərr (islam)
Əl-Bərr (ər. البَرّ) — Allahın adlarından biri. Bütün yaxşılıq və gözəlliklərin sahibi, qullarına qarşı hədiyyə və ehsanı çox olan, yaxşılığın, vəfanın, gözəlliyin və ehsanın tək qaynağı deməkdir. İbn Abbasdan nəql edildiyinə görə, Rəsulullah (s) Allah-taaladan rəvayət etdiyi bir hədisdə belə buyurdu: "Allah-taala yaxşılıq və pislikləri təqdir edib yazdıqdan sonra bunların yaxşı və pis oluşunu belə açıqladı: Kim bir yaxşılıq etmək istər də edə bilməzsə, Cənabı Haqq bunu edilmiş mükəmməl bir yaxşılıq olaraq qeyd edir. Əgər bir kimsə yaxşılıq etmək istər sonra da onu etsə, Cənabi-Haqq o yaxşılığı on mislindən başlayıb yeddi yüz misliylə, hətta qat-qat artıqlamasıyla yazar. Kim bir pislik etmək istər amma imtina etsə, Cənabi-Haqq bunu mükəmməl bir yaxşılıq olaraq qeyd edir. Əgər insan bir pislik etmək istər sonra da onu etsə, Cənabi-Haqq o pisliyi yalnız bir günah olaraq yazar. "Bərr sözü, ərəbcə "birr" kökündən törəyir və itaətkar, vəfalı və xeyirxah mənasını verir. Bu söz Qurani-Kərimdə insanın qazanması istənilən bir xüsusiyyət olaraq istifadə edilir. Çünki əl- Bərr olan Yaradan, qullarının " birr " e çataraq özlərini aşmalarını , təmizlənib , yücelmelerini istər dostlar.
Bəsit (islam)
Əl-Bəsit (ər. الباسط) — Allahın adlarından biri. Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə Surəsi, 245) Allah, Özünə iman edən, ürəkdən itaət edən kəslərə dünyada maddi və mənəvi bolluq, genişlik verər. Onların qarşılarındakı çətinlikləri açar. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıqda və xəstəlikdə yalnız Allaha sığınarlar və Onu vəkil əldə edərlər. Bunun bir qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırar. Bu mövzuda Quranda verilmiş bir çox nümunə vardır.
Cəbbar (islam)
Əl-Cəbbar (ər. الجبّار) — Allahın adlarından biri. "O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır" (Həşr Surəsi, 23) Allaha qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında, insanın özünü Allahdan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə "mənlik" verməsi dayanır. Halbuki bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsiylə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimiylə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.
Cəlil (islam)
Əl-Cəlil (ər. الجليل) — Allahın adlarından biri.
Dai (İslam)
Dai (ərəb. داعي‎, "dəvət edən") — bir qayda olaraq, insanların İslama dəvəti ilə məşğul olan şəxs. Fatimilər xilafəti dövründə dai termini irsi imamlardan başqa mühüm dini rəhbərlərə istinad etmək üçün istifadə olunurdu, "dəvət" isə ruhani xarakterli bir təşkilat idi. "Mütləq dai" indiki dövrdə Davudi ismaili icmasının rəhbərinin tituludur.
Ermənistanda islam
Ermənistanda islam — hal-hazırda bu ölkədə bu dinin ardıcılları azlıq təşkil edir. Ancaq dünya tarixinin müəyyən dövründə indiki Ermənistan ərazisində əhalisinin böyük əksəriyyəti müsəlman olan İrəvan xanlığı adlı dövlət mövcud olmuşdur. Hal-hazırda isə Ermənistanda yalnız az sayda kürd və farslar islam dinində etiqad edir. 2 min nəfərdən ibarət olan kürd-müsəlman icması əsasən Ellər rayonu ərazisində cəmləşmişdir. Rusiya imperiyasının bölgəni ələ keçirməsindən sonra bura çoxlu sayda erməni köçürməsinə baxmayaraq, Qarabağ münaqişəsinə qədər Ermənistan ərazisində böyük azərbaycanlı-müsəlman icması yaşayırdı. Bununla belə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi müəyyən dövrlərdə davam etdirilmişdir. Müharibə öncəsi artıq Ermənistanda demək olar ki, azərbaycanlı-müsəlman qalmamışdır. == Ermənistan ərazisində islamın yayılması == İndiki Ermənistan ərazisində islamın meydana gəlməsi VII əsrdəki ərəb fəthləri ilə əlaqədardır. X əsr ərəb müəllifi İbn Havqəl Ermənistan haqda məlumatlar vermişdir Ərəblər bölgədə hakimiyyətlərinini möhkəmlətmək və islamı yaymaq məqsədi ilə bura çoxlu ərəb köçürmüşdür. X əsrdə Mərkəzi Asiyada islamı qəbul etmiş Oğuzlar artıq XI əsrdən bölgədə müşahidə olunmağa başlanmışlar.
Allah
Allah ( الله , romanlaşdırılmış : Allāh, Allāh, ar) — İbrahimi dinlərdə yeganə Allahı bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.). Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik bir dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur.
Aslan
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Gilah
Gilah—Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi ləzgilərin məskunlaşdığı kəndlərdəndir. Oykonim gilək etnoniminin bir qədər təhrifə uğramış formasıdır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 98 nəfər əhali yaşayır.
Külah
Külah — Azərbaycanda tarixən mövcud olmuş baş geyim formalarından biri. == Haqqında == Farsca “papaq” mənasını bildirən külah oğuzlar arasında hələ ilk orta əsrlərdən məlum idi. Kəndlilər, şəhər yoxsulları “kulah-namad” adlanan oval formalı keçə külah, orta və yuxarı zümrələr isə konusvarı formalı hündür külah geyirdilər. Kitabi Dədə Qorqud dastanlarında kişi baş geyim kimi külah haqqında qeyd olunur ki, “...altı ögəc dərisindən, külah etsə, qulaqlarını örtməyən, qolu-budı xaranca, uzun baldırları incə, Qazan bəgün dayısı At ağızlu Aruz qoca çapar yetdi”. Bu mətndən bəlli olur ki, oğuzların külahı qoyun dərisindən, xüsusilə erkək qoyun dərisindən tikilərmiş. Külah tipli konusvarı baş geyiminə Təbriz miniatür məktəbinə mənsub olan incəsənət əsərlərində də tez-tez təsadüf edilir. Bu bir daha göstərir ki, XVI əsrdə Azərbaycan ərazisində külah kütləvi səciyyə daşımışdır. Hətta əsilzadə şəxslərə məxsus olan bəzi təsvirlərdə külahın ətrafına çalma sarındığı müşahidə olunur. Görünür, orta əsrlərdə külah parçadan tikilən baş geyimini də ifadə edirmiş. Son zamanlaradək Azərbaycanın bəzi etnoqrafik bölgələrində, xüsusilə Abşeronda “taskülah”, yaxud “şəbkülah” adı ilə bəlli olan kişi baş geyimi hələ dəbdən düşməmişdi.
Salah
Salah — Qaraqoyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 15 km cənub-qərbdə meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənd. Kəndin əhalisinin əhəmiyyətli bir hissəsi 1950-ci ildə qonşu Göyərçin kəndindən köçüb gələnlərdir. Azərbaycanlı əhalisi 1905-ci ildə 39, 1914-cü ildə 64, 1931-ci ildə 112 nəfər olub. Salah kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ağavnavank" olaraq dəyişdirilmişdir. Hazırda Tavuş marzına (vilayətinə) aid bir kənddir. == Tarixi == Salah kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı.
DSLAM
Digital subscriber line access multiplexer və ya qısaca DSLAM — çox vaxt telefon stansiyalarında yerləşən və çoxsaylı müştəri rəqəmsal abunəçi xətti (DSL) interfeyslərini multipleksləşdirmə üsullarından istifadə edərək yüksək sürətli rəqəmsal rabitə kanalına birləşdirən şəbəkə cihazı. Onun kabel interneti (DOCSIS) analoqu CMTS-dir. == Rolu == DSLAM avadanlığı bir çox modem portlarından məlumatları toplayır, onların səs və məlumat trafikini multipleksləmə vasitəsilə bir mürəkkəb kompozit "siqnalda" birləşdirir. Cihazın arxitekturasından və quraşdırılmasından asılı olaraq, DSLAM öz ATM, Frame Relay və/və ya İP şəbəkəsi, PTM-TC protokol toplusundan istifadə edən IP-DSLAM üzərindən DSL xətlərini birləşdirir. Daha sonra birləşmiş trafik 10 Gbit/s-ə qədər sürətdə NSP adlanan giriş şəbəkəsi vasitəsilə telekommunikasiya şirkətinin magistral sviçə yönəldilir. DSLAM şəbəkə sviçi kimi fəaliyyət göstərir, çünki onun funksionallığı OSI modelinin ikinci qatındadır. Buna görə də, o çoxlu IP şəbəkələri arasında yalnız ISP cihazları və son istifadəçi əlaqə nöqtələri arasındakı trafikin istiqamətini dəyişdirə bilməz. DSLAM trafiki BRAS-a (broadband remote access server) yönləndirilir, burada son istifadəçi trafiki daha sonra ISP şəbəkəsi vasitəsilə İnternetə yönləndirilir. Qoşulduğu DSLAM ilə yaxşı əlaqə quran Customer-premises equipment (CPE) təkmilləşdirilmiş telefon səsi və məlumat xətti siqnalizasiya xüsusiyyətlərindən, onun dəstəklədiyi bant genişliyinə nəzarət və kompensasiya imkanlarından istifadə edə bilər. DSLAM telefon stansiyasında yerləşə və ya yerləşməyə bilər.
ISAF
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və ya BTDQ (ing: International Security Assistance Force ya da ISAF) —Əfqanıstanda Əfqanıstan müharibəsindən sonra NATO-nun rəhbərliyi altında qurulmuşdur; məqsədi təhlükəsizlik və humanitar yardım göstərmək məqsədi daşıyan təşkilatdır. == Ümumi baxış == 2008-ci ilin oktyabrında Əfqanıstanda 50,700 ISAF qüvvəsi yerləşdirilmişdi. Bunlardan 26-sı NATO üzvü, 10-u NATO tərəfdaşı və 5-i NATO üzvü və tərəfdaş olmayan ölkələrdir.ISAF əvvəlcə Kabildə təhlükəsizliyi təmin etdi, sonra Taliban və Əl-Qaidə bölgələrinə və fraksiyaçı liderlərə qarşı əməliyyatlar həyata keçirmişdir. Bu əməliyyatların məqsədi Həmid Kərzainin başçılığı ilə Əfqanıstan administrasiyasının yaradılması idi.2003-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ISAF qüvvələrinin Əfqanıstanda genişlənməsinə icazə verdi. 2006-cı ildən bəri, ISAF Əfqanıstanın cənubunda bir çox əməliyyat keçirmişdi. Bu tendensiya 2007 və 2008-ci illərdə də davam etmişdir. ISAF 2014-cü ilin dekabrında əməliyyatlarını dayandırdı və ləğv edildi.
ISAN
ISAN (International Standard Audiovisual Number) – audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Slav
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Sıla
Sıla (17 iyun 1980) — Türk pop müğənnisi, musiqiçi və prodüser. == Həyatı == 17 iyun 1980-ci ildə Türkiyənin Dənizli ilində anadan olub. İbtidai məktəbi Dənizlidə oxuyub. Daha sonra orta təhsilini İzmirdə davam etdirib. İlk musiqi fəaliyyətinə "İzmir Özel Tevfik Fikret Lisesi"də başlayıb və Türk Xalq Musiqisi ilə Türk Sənət Musiqisi xorunda xorçu və solist olaraq fəaliyyət göstərib. 1998-ci ildə ali təhsil almaq üçün İstanbula gəlib. Bir il İstanbul Universitetinin Ədəbiyyat Fakültəsi Fransız Dili və Ədəbiyyatı Bölməsində oxuduqdan sonra İstanbul Bilgi Üniversitetinin Caz Vokal Bölməsinə keçib. Bu dövrdə Afyon Caz Festivalinda Neşet Ruacan, Nedim Ruacan və Nezih Yeşilnildən ibarət caz orkestrində solist olaraq fəaliyyət göstərib. Kenan Doğulu ilə 2000-ci ildə tanış olduqdan sonra yeddi il ona vokalistlik edib. Ferhat Göçer (Yolun Açık Olsun/ Vur kadehi Ustam), Kenan Doğulu (Demedi Deme/Boğaziçi), Emel Müftüoğlu (Eğlenilecek Kızlar, Evlenilecek Kızlar/Ağla) kimi müğənnilərə musiqi bəstələmiş və yazmışdır.
Allah-Taala
Allah ( الله , romanlaşdırılmış : Allāh, Allāh, ar) — İbrahimi dinlərdə yeganə Allahı bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.). Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik bir dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur.
Allah (Bəhailikdə)
Bəhailikdə Allah anlayışı monoteistikdir. Allah əbədidir, yaradılmamışdır və bütün mövcudatın mənbəyidir. O, şüurludur, dərkedilməzdir, əlçatmazdır, bütün vəhylərin qaynağıdır, əzəli və əbədidir, hər şeyi bilən, hər yeri əhatə edən və qüdrətlidir. İnsan idrakının fövqünə və birbaşa çıxış mümkün olmayan olsa da, Allah sifətləri bütün varlıq dünyasında təzahür edir. Yaradılışın məqsədi isə, yaradanı tanımaq və ona sevgi bəsləməkdir. Allah öz iradə və məqsədini, məzhərlər adlanan şəxslər vasitəsilə bəşəriyyətə çatdırır, o kəslər ki, peyğəmbərlər və elçilərdirlər və tarixin əvvəlindən indiyə kimi öz dinlərini açıqlamaqla bunu həyata keçirirlər. == Allah == Bəhai təliminə görə Allah təkdir və onun mahiyyəti fiziki dünya üçün tamamilə əlçatmazdır, odur ki, onun varlığı tamamilə dərkedilməzdir. Buna görə də, bütün tarix boyu insanlığın ortalığa çıxartdığı bütün Tanrı konsepsiyaları sırf insan ağlının təzahürüdür və Allahın mahiyyətini tamlıqla əks etdirmir. Allahın mahiyyəti dərkedilməz olsa da, insan Allahı onun məzhəri (peyğəmbəri) vasitəsilə tanıya bilər. Allahın məzhərləri ilahi sifətləri əks etdirirlər, onlar insanları hazırlayırlar ki, maddi həyat çərçivəsində öz ruhani aydınlanma məqsədinə yetişsinlər.
Allah (dəqiqləşdirmə)
Allah
Amon (allah)
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amun (allah)
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.