Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sidi-Şəmi
Sidi-Şəmi (ərəb. سيدي الشحمي‎) — Əlcəzairin şimal-qərbində, Vəhran vilayətinin ərazisində şəhər. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilinə yaxın yerdə yerləşir və Vəhran şəhərinin cənub-şərqindədir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 97 metrdir. Sidi-Şəmi ölkənin paytaxtı Əlcəzairdən təxminən 342 kilometr qərb-cənub-qərbdəyerləşir. == Əhalisi == 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin sayı 104,498 nəfər idi.
Əhməd Ağa Şəmi
Əhməd Ağa Şəmi (Ordubad) — XIX əsrdə yaşamış Azərbaycan şairi. == Həyatı == 1838-ci ildə Ordubadda təşkil olunmuş "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən olmuşdur. Klassik üslubda qəzəllərin və xalq-aşıq şeiri tərzində qoşmaların müəllifidir. Əsərlərindən nümunələr Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan cünglərdə mühafizə olunmuşdur. Nəsrəddin Qarayevin tərtib etdiyi "Poetik məclislər" kitabında (Bakı, 1987) haqqında müxtəsər məlumat və iki qəzəli verilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 121.
Aydın Şəmizadə
Aydın Əşrəf oğlu Şəmizadə (krımtat. Aydın Eşref oğlu Şemi-zade, Айдын Эшреф огълу Шемьи-заде; 1 sentyabr 1933, Simferopol – 17 oktyabr 2020, Moskva) — Krım tatar, Ukrayna, Rusiya ictimai xadimi, yazıçısı və alimi. Aydın Şəmizadə fizika-riyaziyyat elmləri doktoru olub. Məşhur Krım tatarları və SSRİ şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist və ictimai xadim Əşrəf Şəmizadənin oğludur. 1990-cı illərdə Aydın Şəmizadə Krım tatarların siyasi hüquqları uğrunda aktiv fəaliyyətlə məşğul olmuşdur. == Həyatı == Krım tatar yazıçısı Əşrəf Şəmizadənin və sənətçi Səidə Bodaninskayanın ailəsində anadan olub. Aydın Şəmizadənin ilk uşaqlıq illəri Krımda keeçib. Atası Əşrəf Şəmizadə 1937-ci ildə represiyalara uğrayan ziyalılardan olub, lakin buna baxmayaraq, ailəyə toxunulmayıb və onlar Simferopolda qalıb, lakin Böyük Vətən müharibəsi illərində 18–20 may 1944-cü il tarixləri aralığında Krımdan Krım tatarlarının deportasiyası həyata keçiriləndə bu Şəmizadə ailəsinə də toxunub. Şəmizadənin ana babası məşhur inqilabçı və V. Leninin silahdaşı Əli Bodaninski olmasına baxmayaraq SSRi rəhbərliyi Krım tatarlarının sürgünü zamanı heç kəsə güzəştə getmədiyi kimi, onlara da güzəşt olunmayıb. Aydın Şəmizadə 1944-cü ildə ailəsi ilə birlikdə Özbəkistana sürgün edilib.
Azər Şəmilov
Azər Elyas oğlu Şəmilov (13 avqust 1971, Qapanlı, Mirbəşir rayonu – 14 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı və hərbi tibb qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1978–1986-cı illərdə Soyulan kənd tam orta məktəbində, 1986–1988-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsil alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == 1988–1990-cı illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşıb. Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Azər Şəmilov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub.
Nazim Şəmilov
Şəmilov Nazim Telman oğlu (10 sentyabr 1960, İlanlı, Amasiya rayonu) — kimya elmləri namizədi (1995), dosent (2002), kimya üzrə elmlər doktoru (2012), professor (2013). == Həyatı == Şəmilov Nazim Telman oğlu Ermənistan Respublikası Amasiya rayonunun Çaybasar kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Univrsitetinin kimya fakültəsinə daxil olub. 1988-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1988–1999-cu illərdə AMEA Kimya Problemləri (indiki kataliz və Qeyri-üzvi kimya institutu)institutunda kiçik elmi işçi.elmi işçi , böyük elmi işçi vəzifələrində işləyib 1995-ci ildə AMEA-nın Kimya Problemləri(indiki Kataliz və Qeyri-üzvi kimya institutu) institutunda "Tərkibində nadir torpaq elementləri saxlayan oksid sistemlərin metanın oksidləşdirici dehidrodimerləşmə reaksiyasında fiziki kimyəvi və katalitik xüsusiyyətləri"mövzusunda namizədlik, 2012-ci ildə isə"C1-C4 alkanların oksidləşdirici dehidrogenlləşmə reaksiyasında modifikasiya olunmuş oksid katalizatorlarının fiziki kimyəvi və katalitik xassələri"mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-ci ildən Nyu-York Elmlər akademiyasının, 2013-cü ildən Beynəlxalq Ekoenergetika akademiyasının üzvüdür. BDU xəbərləri "Təbiət elmləri"seriyasının, MedWin publishes Journal of Ecology & Natural Resources jurnallarının redaksiya heyətinin üzvü, ED1.16 İxtisaslaşmış Dissertasiya Şurasının üzvüdür. 1999-cu ildən BDU-da çalışır. 1999–2001-ci illərdə baş müəllim, 2002-ci ildən Fiziki və kolloid kimya kafedrasının dosenti, 2005–2011-ci illərdə kimya fakültəsinin dekan müavini, 2011-ci ildən 2021-ci ilədək ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı olub. 2012-ci ildə doktorluq dissertasiyası müdafiə edib, kimya üzrə elmlər doktorudur.
İnqilab Şəmiyev
İnqilab Şəfaqət oğlu Şəmiyev (1934, Gələbədin, Ağcabədi rayonu – 1997) — Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri (1969–1985), kənd təsərrüfatı elmləri namizədi. == Həyatı == İnqilab Şəfaqət oğlu Şəmiyev 1934-cü ildə Ağcabədi rayonunun Gələbədin kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə elmi fəaliyyətə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutundan başlamışdır. 1962-ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almişdır. Otuzdan artıq elmi işin və məqalənin müəllifidir. O, 1997-ci ildə ölmüşdür. İnqilab Şəmiyevin 2 övladı var. == Əmək fəaliyyəti == 1962–1967-ci illərdə Azərbaycan Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri və kənd təsərrüfatı şöbəsində müdir müavini; 1967–1985-ci illərdə Azərbaycan Respublikasi Nazirlər Soveti yanında Baş Taxıl Məhsulları İdarəsinin rəisi, Dövlət Taxıl Məhsulları Komitəsinin sədri, "Azmeyvətərəvəzsənaye" Respublika Birliyinin sədri, Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri ; 1985–1990-cı illərdə "Azərtərəvəztoxum" Respublika Birliyinin rəisi; 1990–1994-cü illərdə Dövlət Aqrar-Sənaye Komitəsində Baş Bitkiçilik Məhsulları İstehsalı İdarəsinin rəisi; 1994–1995-ci illərdə Respublika Kənd Təsərrüfatı Nazirliyində Üzüm, Meyvə-Tərəvəz Məhsulları istehsalı və Tədarükü Baş İdarəsinin rəisi, == Siyasi fəaliyyəti == İnqilab Şəmiyev 1970, 1975, 1980 və 1985-ci illərin çağırışında Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. İnqilab Şəmiyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur.
Şəmil Sadiq
Şəmil Sadiq — Azərbaycanlı alim-filoloq, publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru-dosent. Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru; Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktorudur. 2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi" mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "İlin Ən Yaxşı müəllimi" seçilmişdir. 2008-ci ildən şəxsi təşəbbüsü və səyi nəticəsində "Hədəf Kursları"nın həmtəsisçisi və baş direktoru, 2009-cu ildə Hədəf Nəşrlərini təsis etmişdir. Hazırda Hüseyn Cavidin Ev Muzeyində Cavidşünaslıq şöbəsinin müdiri, Hədəf Kursları və Hədəf Liseyinin də baş direktoru vəzifəsində çalışır. "Ustad" aylıq ədəbiyyat və sənət jurnalını, hər il keçirilən təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında inteqrasiyaya fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılayan Fənlərin Dostluğu Olimpiadasının (FDO), ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən "Senet.az" saytının, həmçinin, "Hədəf" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasında nəşr olunan kitabların da ideya rəhbəridir. “Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanın, orta məktəb şagirdləri üçün "Azərbaycan dili", "Ədəbiyyat", xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün "Azərbaycan dilini öyrənirəm" dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün "Dədə Qorqud" və "Azərbaycanımızı tanıyaq" adlı layihələrin ideya müəllifi və redaktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "Oxu Günü" layihəsinin təsisçisi, Xocalı faciəsinə həsr edilmiş "Ümidlərin izilə" tarixi romanının həmmüəllifidir. "Qana qan qarışdı" pyesi 2010-cu ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur.
Şəmil Əsgərov
Şəmirəm
Şəmirəm - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Şəmistan Həsənli
Həsənli Şəmistan Mahmud oğlu (15 dekabr 1938, Yuxarı Qoşakilsə, Lüksemburq rayonu) — azərbaycanlı fizik, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Şəmistan Həsənli 15 dekabr 1938-ci ildə Gürcüstan SSR-in Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. 1957-1962-ci illərdə Leninqrad Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışdır. İlk əmək fəaliyyətini Leninqrad "Morfizpribor" İnstitutunda başlamış və orada sovet hərbi sualtı qayıqlarının idarəedici qurğularının yaradılmasında fəal iştirak etmişdir. Aspirant hazırlığını Leninqrad A.F.İoffe adına Fizika-Texnika İnstitutunun Dövlət və Lenin mükafatı laureatı prof. D.N. Nasledovun rəhbərlik etdiyi "Elektron yarımkeçiriciləri" laboratoriyasında keçmişdir. 1971-ci ildə dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1971-1990-cı illərdə Leninqrad Politexnik Universitetinin "Polimerlər və dielektriklər Fizikası" kafedrasında pedaqoji fəaliyyətlə bərabər elmi tədqiqat işləri ilə də məşğul olmuşdur. Hazırda AMEA-nın Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyir. Onun rəhbərliyi altında iki aspirant və iki dissertant fizika üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəsi almışdırlar.
Şəmistan Nəzirli
Nəzirli Şəmistan Əmiraslan oğlu — Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), H.Zərdabi adına mükafatın laureatı (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Əsli Qazaxlıdır. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçmüşlər. Dəvəçi şəhərində orta məktəbi bitirmişdir (1960). 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur. Sovet Ordusu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1962-1965). ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1967-1972). Ədəbi fəaliyyətə 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxan kiçik bir məqaləsi ilə başlamışdır. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir.
Şəmistan Sadıxov
Şəmistan Əlizamanlı
Şəmistan Əlizamanlı — Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri. == Həyatı == Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Ailəlidir, bir qızı və bir oğlu var. 1977-79-cu illərdə sovet ordusu sıralarında Moskva şəhərində yerləşən V. V. Kuybışev adına Hərbi Akademiyasında həqiqi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib. 1985-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışmağa başladığı dövrdə onu Moskvaya ixtisasartırma kursuna göndərmişdilər. Moskvada keçirilən diktorluq kursunu fərqlənmə ilə bitirmişdir. Özü bu bəradə belə deyirdi : "Tale elə gətirdi ki, 1986-cı ildə Azərbaycan Dövlət Radiosundan Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Şirkətində diktor kimi təcrübə keçməyə göndərildim. Artıq Levitan dünyasını dəyişmişdi, mənim müəllimimsə Levitanın yaxın dostu İlya Prudovski di.
Şəmistan Əyyubov
Şəmistan Mahmud oğlu Əyyubov – Azərbaycan Kommunist Partiyasının fəalı, inqilabçı-bolşevik. Xalq arasında Sarı Şəmistan adı ilə məşhur olmuşdur. == Həyatı == Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. 1918-ci ilin oktyabr ayında 23 yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olub. 1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınıb. İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu sıralarına qoşulub. Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak edib. 30-cu illərdə Qazax rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışıb. Şəmistan Əyyubov 20-ci illərdə ölkədə hökm sürən dərəbəylik və cinayətkar quldur dəstələrə qarşı mübarizədə aktiv iştirak edib. Sarı Şəmistanın fəallığı və cinayət törədən şəxsləri kimliyindən asılı olmayaraq həbs elətdirməsi, partiya daxilində bir çoxlarını narahat edirdi.
Şəmistan Əzizov
Əşrəf Şəmizadə
Əşrəf Əbdürrəhman oğlu Şəmizadə (krımtat. Eşref Abduraman oğlu Şemi-zade, Эшреф Абдураман огълу Шемьи-заде; 21 iyun 1908, Evpatoriya, Tavriya quberniyası[d] – 11 mart 1978, Moskva) — Krım tatar, SSRİ şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist və ictimai xadim. Özbəkistan SSR əməkdar mədəniyyət işçisi (1968). == Həyatı == Əşrəf Şəmizadə Krımın Evpatoriya şəhərində Krım tatarı olan müəllim ailəsində anadan olub. 1927-ci ildən gənclər üçün nəzərdə tutulan "Koz Aydın" ("Xoş Xəbərlər") jurnalında məsul katib, daha sonra jurnalının redaktoru işləyib. Həmin il Krım tatar yazılarının ərəb əlifbasından latın qrafikasına keçməsi komissiyasının elmi katibi təyin edilib. 1928-ci ildən - Rusiya Proletar Yazıçılar Birliyinin (RAPP) Krım şöbəsinin üzvü olub. 1930-1932-ci illərdə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun (indiki VQİK) ədəbi və ssenari şöbəsində təhsil alıb. 1933-1941-ci illərdə "1905-ci ilin xatirəsi"nə tikilmiş Evdə yaşayıb. 1934-cü ildə SSRİ Yazıçılar İttifaqının ilk qurultayında iştirakçı qismində iştirak edib.
Şəmistan Həsənov
Həsənov Şəmistan Hüseyn oğlu- (13 yanvar, 1934-cü il, Böyük Qarakilsə, Qərbi Azərbaycan)- Prezident təqaüdçüsü (2018), Əməkdar mühəndis (2017), Bakı Dəniz Limanının keçmiş kapitanıdır. == Həyatı == Həsənov Şəmistan Hüseyn oğlu 13 yanvar 1934-cü il tarixində Qərbi Azərbaycanın Böyük Qarakilsə (Kirovakan) rayonunun Gözəldərə (Xancığaz) kəndində anadan olmuşdur. Bakı Dəniz Limanının keçmiş kapitanıdır. Kapitan vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışmış. 23.02.2020-ci il tarixində (86 yaşında) öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. == Fəaliyyəti == 1951-ci il tarixində 17 yaşında Bakı şəhərinə gələrək "Kirov" gəmisində ocaqçı vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1953–1957-ci illərdə SSRİ Dəniz Donanması Nazirliyinin Bakı Dənizçilik Məktəbində təhsil almışdır. Dənizçilik Məktəbini bitirdikdən sonra 1958-ci ilin yanvar ayından başlayaraq müxtəlif gəmilərdə ("Türkmənistan", "Qırğızıstan", "Tacikistan") matros, şturman, kapitanın böyük köməkçisi və kapitan vəzifələrində çalışmışdır. 1978-ci ildə Odessa Ali Dənizçilik Məktəbini bitirmişdir. 1977–1987-ci illərdə "Berdı Kerbabayev" quru yük gəmisində uzaq səfərlər kapitanı kimi Qara dəniz hövzəsində işləmiş, İtaliya, keçmiş Yuqoslaviya, Fransa, Almaniya, Portuqaliya, Misir, Əlcəzair, İspaniya və s.
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. == Gəmi növləri == Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyası daşıyan hərbi gəmi.
Şami
Şami — Lənkəran, Benqaliya, Dəkkən yaylası, Pəncab, Kəşmir, Uttar-Pradeş və Sind bölgələrin mətbəxinə aid yemək. Şami Lənkəran mətbəxinə aid yeməkdir. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda şami-plov adlanan plov var).
Şəki
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Hicri-şəms
Hicri-şəmsi təqvimi (fars. تقویم هجری شمسی؛ سالنمای هجری خورشیدی‎) — İranda və Əfqanıstanda rəsmi təqvim olaraq istifadə edilən astronomik günəş təqvimi. Təqvim Ömər Xəyyamın iştirakı ilə hazırlanmışdır və müasir dövrə qədər bir neçə dəfə üzərində dəqiqləşdirilmə aparılmışdır. Təqvimdə tarix hicrətdən (Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə köçməsi) hesablanır, amma klassik islam təqvimi olan hicri-qəməri təqvimindən fərqli olaraq İran təqvimi günəş (tropik) ilinə əsaslanır. Ona görə də onun ayları ilin həmişə eyni zamanlarına dəng gəlir. İlin başlanğıcı yaz gecə-gündüz bərabərliyi günü hesab olunur (Novruz bayramı).
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).
Köhnə Şəki
Şəki şəhəri — Orta əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür.
Küdürlü (Şəki)
Küdürlü — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim Azərbaycan dilinin dialektlərində işlənən kudur/kudru/kudri (quru iqlimli yer, su çıxmayan ərazi) sözündən və -lu şəkilçisindən düzəlib, ərazinin coğrafi movqeyini təyin edir. == Əhalisi == Kəndin əhalisi 472 nəfər təşkil edir ki, onun da 235 nəfəri kişi, 237 nəfəri isə qadındır.
Gəmi kapitanı
Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə. Gəmi kapitanı milli və beynəlxalq qanunlara uyğun olaraq gəminin səmərəli və təhlükəsiz istismarına, yük və sərnişin daşımasına, naviqasiyasına məsuliyyət daşıyır. Dənizdə səfər zamanı gəmidə olan bütün heyət üzvləri, sərnişin və köməkçi heyət gəmi kapitanına tabedirlər.
Gəmi ranqı
Gəmi ranqı — döyüş gəmilərinin topların miqdarına, top göyərtəsinin, o cümlədən heyətin sayına görə təsnifat sistemidir. Təsnifat ilk dəfə İngiltərədə yaranmış və sonralar bir qədər düzəlişlərlə digər dəniz dövlətləri tərəfindən geniş istifadə olunmuşdur.
Gəmi sarğısı
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.
Gəmi sükanı
Gəmi sükanı, dəniz nəqliyyatı və avianəqliyyat vasitələrində defolt hərəkətini həyata keçirmək üçün nəzərdə tutulan şaquli stabilizatordakı nəzarət səthi. Gəmi sükanının iki növü mövcuddur - hidravlik və joystick. == Aviasiyada == Təyyarələrdə sükanı hündürlük sükanından ayırmaq üçün çox vaxt istiqamət sükanı terminindən istifadə olunur. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı bir təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması, bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. === İş prinsipi === Gəmi sükanı, ümumiyyətlə, quyruqun arxa kənarına yerləşdirilir. Pilot sol pedala basanda sükan sola dönür və rulda yüksək təzyiq zonası yaranır. Sükan sıfıra çatmayana qədər (notrlanmadıqca), təyyarə əyilməyə davam edir. Bəzi təyyarələrdə rulda trim nişanı vardır.
Gəmi zəngi
Gəmi zəngləri, Gəmidəki zəng olaraq saatları göstərən bir sistemdir. Gemi dəhlizində gəmiçilərin növbə və istirahət vaxtlarını təşkil etmək üçün istifadə edilərdi. Vətəndaş saatlara bənzəməz, zəngin vuruşu saatın zamanı ilə uyğun değildir. Səkkiz zəng vuruşu vardır, dörd saatliq bir qəti hər yarım saatında. Zəng hər yarım saatda çalınır və cüt nizamdan hesablamanı asanlaşdırmaq üçün, sıranın sonunda tək bir zilli. Gəmi zəngləri iki və ya dörd qrupa bölünür və keşikçilər deyə adlandırılır. Her bir növbətçi əsnasında əsaslı vəzifələr olan sükan, seyr, sahil müşahidə və gözətçi alır. Səkkiz zəng dənizçilərə keşik bitdiyini xəbər verir. Dənizçinin ölüm xəbəri də gəmi zəngi ilə bildirilir.
Huni (gəmi)
Huni, əlavə və gəminin əsas göyərtəsində hazırlanmış bir başlıq, verilmiş dizayndır. Bu qazan və ya motor işlənmiş qazların his və tüstü aradan qaldırılması üçün istifadə olunur. O, həmçinin adətən baca adlanır. == İstifadə == Gəmi hunisinin əsas funksiyası gəminin strukturunu və göyərtəsini çirkləndirməmək və ekipajın işləmə qabiliyyətini pozmamaq üçün mühərriklərdən və digər mexanizmlərdən işlənmiş qazları dağıtmaq üçün egzoz borularının və ya egzozların hündürlüyünü artırmaqdır. öz funksiyalarını yerinə yetirirlər.
Kiş (Şəki)
Kiş — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqr. 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikmışdır. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kilsə əvvəllər burada mövcud olmuş qədim sitayiş yerində tikilmişdır. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır.
Kosalı (Şəki)
Kosalı — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Kosalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Kosmik gəmi
Kosmik gəmi — kosmosa uçmaq üçün istifadə edilən nəqliyyat vasitəsi, gəmi və ya aparatdır. Kosmik gəmilərin məqsədlərinə kommunikasiya, Yerin müşahidəsi, meterologiya, naviqasiya, kosmosda koloniyaların yaradılması, planetlərin tədqiq edilməsi və insan və yüklərin daşınması daxildir. Əsas hərəkətverici element kimi adi raket mühərriklərindən istifadə edilir. Günəş şüaları ilə işləyən mühərriklərdən hələ istifadə edilmir. Kosmik gəmilər yerə enmə qabiliyyətinə görə fərqlənirlər. Onlardan bir qismi paraşütlərlə (Soyuz, Vostok), digərləri isə bir başa yerin atmosferini keçdikdən sonra adi təyyarə kimi yerə enə bilirlər (məsələn Spase Shutle, Buran). Paraşütlə düşən kosmik gəmi hissəsinə stabilləşdirici aerodinamik forma verilir. Bu onların atmosferə daxil oduqdan sonra hərəkətini tənzimləyir.
Mirnı (gəmi)
"Mirnı" — yelkənli Şlyup, Birinci Antarktika ekpedisiyasında 1819-1821-ci illərdə Mixail Lazarevin rəhbərliyi ilə Antarktidanın kəşfində iştirak etmiş gəmi. == Tarix == Gəmi 1818-ci ildə Sankt-Peterburq yaxınlığında buzlaqlar arasında hərəkət etməyə xidmət edək üçün yenidən inşa edilmişdir. Antarktikaya ekspedisiyanı tezləşdirmək məqsədi ilə «Ladoqa» gəmisisi hərbi donanmaya cəlb olunur. Onun adı dəyişdirilərək «Mirnı» adlandırılır. Yeni ad verilməsindən sonra gəmi təmirə göndərilmişdir. Gəmini Mixail Lazarev idarə etmişdir. Təmirdən sonra gəmi olduqca güçlənmişdir. == Xatirəsi == Gəminin xatirəsinə adlandırılmış obyektlər: Antarktidada yarımada Antarktidada sahil Antarktikada elmi-araşdırma stansiyası "Mirnı" Merkuridə dağ sistemi == Ədəbiyyat == Морской Энциклопедический Словарь, Л-д, «Судостроение», 1991, ISBN 5-7355-0280-8. == İstinadlar == == Mənbə == Mərkəzi Hərbi-Dəniz Portalı: «Dünyanın yelkənli gəmiləri» Arxivləşdirilib 2007-07-08 at the Wayback Machine.
Nevada (gəmi)
"USS Nevada (BB-36)" (ing. USS Nevada (BB-36)) — ABŞ hərbi-dəniz donanmasının xətt gəmisi. ABŞ-nin 36-cı ştatının şərəfinə adlandırılmış ikinci hərbi gəmi. "Nevada" xətt gəmiləri tipli ilk gəmi. 1914-cü ildə suya salınmış "USS Nevada (BB-36)" drednout texnologiyasında irəliyə atılmış addım idi və onun dörd yeni xüsusiyyəti ABŞ-də ondan sonra tikilmiş bütün gəmilərdə öz əksini tapmışdı: üçqat silah qülləsi, yanacaq kimi kömür əvəzinə mazut işlətməsi, üzmə məasəfisni artıran mühərrikli buxar turbinləri və "hər şey yaxud heç nə" zirehlənmə prinsipi. Bu xüsusiyyətlər "USS Nevada (BB-36)"ın ABŞ HDQ-nin ilk "super-drednoutu" adlandırmağa imkan verirdi. Yanacaq kimi neft məhsullarının seçilməsi çox vacib və uğurlu qərar idi. Kömür neftlə müqayisədə uduzurdu. Gəmilərin neft məhsulları ilə işləməsi onları kömürün bunkerdən sobaya daşınması, sobaların kömürün yanma məhsullarından təmizlənməsi (hər üç saatdan bir), çirk və kömür tozunun toplanması (xüsusilə də, optika üzərində), kömür şaxtalarında qaz yığılması səbəbindən əlavə ventilyasiyaya ehtiyac yaranması və sair kimi problemlər dən xilas edirdi. == İlk super-drednout == Hələ 1903-cü ildə qərara alınmışdı ki, ABŞ-nin "Monro doktrinası"nı həyata keçirməsi üçün 11 min km hərəkət radiusuna malik hərbi gəmilərin olması zəruridir.
Nizaməddin Şami
Nizaməddin Şami — Teymuri tarixçisi, Əmir Teymurun yürüşlərini tərənnüm edən "Zəfərnamə"nin müəllifi. == Həyatı == Müəllifin təvəllüd və vəfat etdiyi il qeyri-müəyyəndir. 1393-cü ildə Bağdad teymurilər tərəfindən tutularkən orada yaşayırdı. Həmin vaxt əsir düşmüş, sonra isə Əmir Teymur Nizaməddin Şaminin əla yazı-pozu qabiliyyətini nəzərə alaraq onu öz yanına xidmətə götürmüşdür. Beləliklə, N.Şami, Əmir Teymurun sonrakı yürüşlərinin iştirakçısına çevrilir. 1401/02 (–h. 804)-cü ildə isə Əmir Teymur, N. Şami’yə öz zəfərlərini tərənnüm edən sadədilli bir tarix əsəri yazmaq barədə göstəriş verir. Bu sifariş əsasında işə başlayan N.Şami, "Zəfərnamə"ni qələmə alır və onu 1404-cü il aprelin 12-də şəxsən Əmir Teymura təqdim edir. Tarixi mənbələrdə, daha sonra N. Şaminin adına 1405-ci il, yayın ikinci yarısında Kür çayı sahilində vaqe olmuş hadisələrin şərhində təsadüf edilir. Belə ki həmin vaxt Ömər mirzanın yanında olan şəxslərdən biri də N.Şami idi.
Nəzarət cəmi
Nəzarət cəmi (Checksum) – tamlığa nəzarət mexanizmidir, əsasən verilənlərin saxlanması və şəbəkə protokollarında istifadə edilir. Nəzarət cəmi müəyyən alqoritmlə hesablanır, verilənlərə əlavə edilir və yadda saxlanır. Nəzarət cəmini bilən şəxs həmin verilənlər üçün nəzarət cəmini hesablayıb müqayisə etməklə məlumatın dəyişdirilmədiyinə əmin ola bilər. Bəzi səhvlər – məlumatda baytların yenidən nizamlanması, sıfırlardan ibarət baytların daxil edilməsi və ya çıxarılması, nəzarət cəmini əks istiqamətlərdə artıran və azaldan səhvlər – nəzarət cəmində aşkarlana bilmir. Bu problemdən yaxa qurtarmaq üçün kriptoqrafik nəzarət cəmləri – kriptoqrafik heş funksiyalar daxil edilir. == Ədəbiyyat == İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Qaradağlı (Şəki)
Qaradağlı — Azərbaycan Respublikasının Şəki rayonunun Qudula kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır. == Tarixi == XX əsrin 60-cı illərindən başlayaraq Əyriçayın üzərində suanbarı quruldu. Qaradağlı kəndində 10-dan artıq yaşayış evləri, orta məktəb və s obyektlər su anbarının altında qaldı.
Qaratorpaq (Şəki)
Qaratorpaq — Azərbaycan Respublikasının Şəki rayonunun Bolludərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Qaratorpaq qəsəbəsi Qaratorpaq kəndi hesab edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == Kəndin əhalisi 446 nəfər təşkil edir ki, onun da 236 nəfəri kişi, 210 nəfəri isə qadındır.
Qayabaşı (Şəki)
Qayabaşı — Azərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == Kəndin əhalisi 1428 nəfər təşkil edir ki, onun da 704 nəfəri kişi, 724 nəfəri isə qadındır.
Tesla Semi
Tesla Semi — Tesla kompaniyası tərəfindən istehsal olunmuş eletrik yük avtomobili.
Əs-Səmi
Əs-Səmi (ər. السميع) — Allahın adlarından biri.
Katerina Şemi
Katerina Şemi (13 dekabr 1888, Odessa, Xerson quberniyası – 14 iyul 1950, Paris) - fransız kimyaçısı idi. O, İren Jolio-Küri ilə birlikdə o, ilk dəfə radonun yarımparçalanma periodunu ölçdü . O, həmçinin atomların qruplaşdırılmasının foto effekti ilə bağlı geniş araşdırma apardı, onun adını daşıyan effekt Şemi effekti olaraq bilinir . == Bioqrafiya == 13 dekabr 1888-ci ildə Odessada anadan olan Katerina Şemi Fransa-Suriya notariusu Anton Şemi və onun rus həyat yoldaşı Helen Qolovkin'nin qızı idi. 1907-ci ildə Odessada məktəb təhsilini başa vurduqdan sonra həmin il Cenevrə Universitetinin Elmlər fakültəsinə daxil olur və 1913-cü ildə burada elektrik fizikası üzrə doktorluq dərəcəsi alır . Daha sonra Rusiyaya qayıdıb Petroqrad Universitetinin fizika laboratoriyasında qaz boşaltma borularında gərginliklərin öyrənilməsi üzrə təhsil alır. Birinci Dünya Müharibəsi illərində 1916-cı ilə qədər Odessa Universitetində yaradılmış klinikalarda hərbi tibb bacısı kimi çalışmışdır. Müharibədən sonra Odessa Universitetində riyaziyyat üzrə köməkçi kimi elmi işini davam etdirib. Rusiya inqilabı zamanı , 4 aprel 1919-cu ildə ailəsi fransız qoşunları ilə birlikdə Odessadan qaçaraq Qrenobl yaxınlığındakı Voreppe adlı qaçqın məskəninə çatdı . Voreppedə beş ay qaldıqdan sonra ailəsini dolandırmaq üçün təhsil və iş imkanları səbəbilə Parisə köçdü.
Sumi
Sumı (ukr. Суми) - Ukraynada, Sumı ərazi vahidinin (vilayət) mərkəzi şəhəri. Psyol Çayı üzərindədir. Şəhər Ukraynanın şimal-şərqində Çexa gölü ətrafında yerləşir. == Əhalisi == Keçən əsrə kimi əsas əhalisini Sumi kazakları təşkil edirdi. Sumi kazakları şəhəri Krım tatarlarının yürüşlərindən qoruyurdular.
Sumı
Sumı (ukr. Суми) - Ukraynada, Sumı ərazi vahidinin (vilayət) mərkəzi şəhəri. Psyol Çayı üzərindədir. Şəhər Ukraynanın şimal-şərqində Çexa gölü ətrafında yerləşir. == Əhalisi == Keçən əsrə kimi əsas əhalisini Sumi kazakları təşkil edirdi. Sumi kazakları şəhəri Krım tatarlarının yürüşlərindən qoruyurdular.
Sədi
Sədi — ad. Sədi Şirazi — orta əsr fars ədəbiyyatı, qəzəl janrının ən görkəmli nümayəndəsi. Sədi Sani Qarabaği — XIX əsr Azərbaycan şairi. Sədi Qəddafi — Müəmmər əl-Qəddafinin övladlarından biri.
Səma
Səma və ya göy — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Şemu
Şemu (sözün kökü şam isti, şemet qızmar deməkdir) — Qədim Misir təqvimində bir mövsüm, istilərin düşmə vaxtı analmını verir. Yuxarı Misir üçün bu müddət fevral ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Şemu mövsümünə Renutet, Xonsu, Xenti-xet və İpet-hemet ayları daxildir. Sülalə öncəsi dövrdən Orta padşahlıq dövrünədək bu mövsüm indiki təqvimlə fevralın əvvəlindən iyunun əvvəlinə qədər, Yeni padşahlıq dövründən başlayaraq, aprelin 28-dən avqusutun 25-nə qədər sürürdü.
Seci
Seci− (ərəbcə: سجع), ədəbi terminlərdən biridir və nəsrdə qafiyələri ifadə etmək üçün istifadə olunur == Mahiyyəti == Seci ərəb poeziyasının ən qədim forması hesab olunur. Seci istifadə etməklə əldə edilən ritmik diskurslar poeziyanın inkişafına imkan verirdi. Seci sənəti ərəb satirasının inkişafında mühüm mərhələ hesab olunur. Seciler cahiliyyət dövründə uzun müddət poeziya olaraq görülmüşdür. == Kahin Secileri == İslamdan əvvəlki ərəb kahinləri insanları heyran etmək üçün seci-li sözlər deyirdilər: “And olsun parlaq aya! And olsun parlayan ulduza! Yağış gətirən buludlara and olsun! Səmadakı quşlara and olsun! Səyyahın yolunu tapdığı işarəyə and olsun... …Biri Necd’e, digəri isə Gavr’a getdi!
Emi
Emi — ad Emi Uaynhaus — Emi Li - Amerikalı vokalist və bəstəkar. Emi Adams — Amerikan aktrisası və müğənnisi Emi Yip — Çin aktrisası Emi Yamamoto — Yaponiya qadın futbolçusu. Emi Nakacima — Yaponiya qadın futbolçusu. Emi Morris Bredli — ABŞ-nin Men ştatından olan müəllim Emi Paskal — amerikalı biznesmen və film istehsalçısı. Emi Saymetz — amerikalı aktrisa, yazıçı, prodüser, rejissor və redaktor.
Hörner sxemi
Hörner sxemi (və ya Hörner üsulu) qismət çoxhədlisinin tapılması alqoritmi. Qalıqlı bölmənin tərifinə görə n dərəcəli P ( x ) = a n x n + a n − 1 x n − 1 + . . . + a 1 + a 0 {\displaystyle P(x)={a_{n}}{x^{n}}+a_{n-1}x^{n-1}+...+{a_{1}}+{a_{0}}} çoxhədlisini, x-α ikihədlisinə böldükdə qismət çoxhədlisi n-1 dərəcəli çoxhədli qalıq isə ədəd olur. Q ( x ) = b n − 1 x n − 1 + b n − 2 x n − 2 + . . . + b 1 + b 0 {\displaystyle Q(x)=b_{n-1}x^{n-1}+b_{n-2}x^{n-2}+...+{b_{1}}+{b_{0}}} qismət çoxhədlisinin əmsallarını və qalığı Hörner sxemi adlanan xüsusi üsulun köməyi ilə asan tapmaq olur. == İzahı == Tərifə görə a n x n + a n − 1 x n − 1 + .
Hələb şamı
Pinus halepensis (lat. Pinus halepensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Yayılması == Aralıq dənizi ölkələri, İspaniya, Fransa, Almaniya, o cümlədən Şimali Afrika, Suriya, Fələstində yabanı halda bitir. Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyrigövdəli ağacdır. Cavan ağacların çətiri sıx, oval-konusvarı və ya piramidaldır. Budaqları uzun elastik, iynəyarpaqlarla örtülmüşdür, zoğları nazikdir, tumurcuqların uzunluğu 5–10 mm-ə çatır. İynəyarpaqları cüt-cüt yerləşir, yumşaq və nazikdir, cavan iynəyarpaqlar açıq-yaşıl, yaşlı iynəyarpaqlar isə tünd yaşıl olub, kənarları hamar, ucları sivriləşmişdir. Yarpaq qını 5–8 mm uzunluqdadır. Qozaları meyvə saplaqlarından asılı halda yerləşir. 2-6 ədədi bir yerdə və ya tək-təkdir.
I Seti
I Seti (təq. e.ə. 1323 – təq. e.ə.
I Səfi
I Şah Səfi (tam adı: Şah Səfiəddin əl-Hüseyn əl-Bahadır xan; 1611, İsfahan – 11 may 1642, Kaşan, İsfahan ostanı) — Səfəvilər xanədanlığından olan VI şah (1629–1642). Əsl adı Sam Mirzədir. == Həyatı == Səfəvi dövlətinin altıncı hökmdarıdır. Atasının adı şahzadə Məhəmməd Baqır Mirzə, anasının adı isə Dilarə xanımdır. Şah Səfi, Şah Abbasdan sonra 18 yaşındaykən dövlətin taxtına oturmuşdur. 13 il müddət ərzində dövləti idarə etmişdir. Şah Abbas böyük oğlu şahzadə Məhəmməd Baqır Mirzəni, onu öldürmək istəyini düşünərək öldürmüşdür. Şah Abbas daha sonra digər oğulları və nəvələrindən də şübhələnmiş geri qalanlarını da öldürmüşdür. Yalnız nəvəsi Səfini varisi olaraq saxlamışdır. Şah Səfi 1611-ci ildə doğulmuş, 31 yaşındaykən 12 may 1642-ci ildə vəfat etmişdir.
Koreyanın Səsi
Koreyanın səsi (kor. 조선의 소리 방송) — radiostansiyası Koreya Xalq Demokratik Respublikasının rəsmi kütləvi informasiya vasitəsidir, KXDR-nın Mərkəzi Komitəsinin televiziya və radio verilişləri üzrə struktur bölməsidir. Radiostansiyanın çağırış siqnalı "Sərkərdə Kim İr Sen haqqında mahnı"nın ilk misrasıdır. == Tarixi == Radiostansiya əvvəllər "Pxenyan radiosu", "Mərkəzi Koreya radiosu", 1982-ci ildən "Koreyanın səsi" adlandırılmışdır. Radiostansiya ilk dəfə olaraq 1945-ci ilin 14 oktyabrında "Pxenyan radiosu" kimi fəaliyyətə başlamışdır, 2002-ci ildən "Koreyanın səsi" adlandırılır. Radiostansiyada ilk xarici dildə verilişlər 1947-ci il 16 martdan yayımlanan Çin dilində olmuşdur. Yapon dilində verilişlər 1950-ci ildən, İngilis dilində 1951-ci ildən, Fransız və Rus dillərində 1963-cü ildən, İspan dilində 1965-ci ildən, Ərəb dilində 1970-ci ildən, Alman dilində 1983-cü ildən yayımlanmağa başlanmışdır Həftəlik yayımlanan verilişlərin həcmi 1960-cı ildə 159 saat, 1970-ci ildə 330 saat, 1980-ci ildə 597 saat, 1990-cı ildə 534 saat, 1994-cü ildə 529 saat, 1996-cı ildə 364 saat təşkil edirdi. 15 aprel 2011-ci ildə "Koreyanın səsi" radio stansiyasının internet saytı fəaliyyətə başlamışdır.
Kultera şamı
Pinus coulteri (lat. Pinus coulteri) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Cənubi Kaliforniya dan Monte Diabloya qədər sahilyanı dağlarda, quru yamaclarda və çınqıllarla örtülmüş təpələrdə tək-tək və ya kiçik qruplarla bitir, sahilyanı rayonlarda, dəniz səviyyəsindən 800-1500 m hündürlükdə zolaqlar əmələ gətirir. Hündürlüyü 40 m-ə, gövdəsinin diametric 120 sm-dək olan ağacdır. Qabığı qalın, tünd qonur, dərin şırımlı, enli, hamar hissəlidir. Budaqları yuxarı qalxandır. Çətiri ensiz, pyramidal olub, simmetrik deyildir. Zoğları qalın, qonur rəngli olub, bir neçə Buğumarasından ibarətdir, xırda yarpaqları qırışlı qalıqlıdır. Tumurcuqları iri, yumurtavarı olub, ucu bizdir, uzunluğu 4 sm-ə qədərdir, möhkəm yapışmış qabıqlıdır. İynəyarpaqların uzunluğu 15-30 sm-dir, tünd-mavi-yaşıldır.
AMEA Şəki Regional Elmi Mərkəzi
AMEA Şəki Regional Elmi Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından biri. Bu müəssisənin yaradılmasında məqsəd Şəki-Zaqatala iqtisadi rayonunun sənaye və kənd təsərrüfatını daha da inkişaf etdirmək, elmin qabaqcıl nailiyyətlərini istehsalata tətbiq etməklə səmərəliliyi artırmaqdan ibarətdir. == Tarixi == Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin 14 aprel 1972-ci il tarixli iclasnın qərarı ilə akademiyanın Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazası (ŞZEB) yaradılmışdır. Bu müəssisənin yaradılmasında məqsəd Şəki-Zaqatala iqtisadi rayonunun sənaye və kənd təsərrüfatını daha da inkişaf etdirmək, elmin qabaqcıl nailiyyətlərini istehsalata tətbiq etməklə səmərəliliyi artırmaqdan ibarət idi. Sonralar Elmi Bazada müvafiq qruplar "Geologiya", "Genofond", "Biokimya" və "Biofizika" qrupları yaradılmışdır. 1972-ci ildə AEA-nın Fizika institutunun nəzdində Şəki Zona elmi bazası kimi yaradılmış, 1977-ci ildə Radiasiya bölməsinin tabeliyinə keçirilmiş, 1995-ci ildən müstəqil Şəki Regional Elmi Mərkəzinə çevrilmişdir. 1972-ci ildən ipəkçilik, fizika, kimya, geologiya, mədəni və yabanı bitkilərin genofondu laboratoriyaları, 1990-cı ildən sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları fəaliyyət göstərir. Azərbaycan Pespublikasının Şəki-Zaqatala zonası zəngin təbii coğrafi şəraitə malikdir. Bu bölgə əlverişli iqlimi, məhsuldar torpaqları, rəngarəng bitki və heyvanat aləmi, sənaye və kənd təsərrüfatı obyektləri, yol və kommunikasya sistemləri, tarixi, mədəni, irsi və təbii sərvətləri ilə fərqləndiyinə görə və bu bölgədə kompleks elmi-tədqiqat işləri aparılması üçün hər cür şəraitin olması nəzərə alınaraq, Şəki-Zaqatala bölgəsinin iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdirilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyən edilmiş, aşağıdakı problemlərin elmi araşdırılması Şəki ZEB-na və hal-hazırda AMEA-nın Şəki REM-nə həvalə olunmuşdur: Bölgənin landşaftının, yerli flora və fauna ehtiyatlarının öyrənilməsi və istifadə edilməsi, təbiət abidələrin bərpası; Torpaqların məhsuldarlığının yüksəldilməsi və onların eroziyadan qorunması, meşə bitkilərinin inkişaf etdirilməsi, sel axınları ilə mübarizə tədbirlərinin müəyyənləşdirilməsi Bölgənin becərilən perspektiv bitkiləri üzrə genetika-seleksiya işləri və stasionar tədqiqatların aparılması; Biogeokimyəvi əyalətin tədqiqi. Bölgəyə xas olan yerli cins heyvan, quş və həşəratların genetikası və fiziologiyasının öyrənilməsi.