SƏMİD

sakit, tərpənməz, susan, möhkəm dayanan, laldinməz.
SƏMƏRXAN
SƏMİDAĞA
OBASTAN VİKİ
Səmid Əliyev
Səmid Xoşbəxt oğlu Əliyev (5 iyun 1998; Corat, Sumqayıt, Azərbaycan — 1 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səmid Əliyev 2001-ci il iyul ayının 5-də Coratda anadan olub. 3 bacının bir qardaşı idi. 3 bacının bir qardaşı idi. Corat qəsəbəsində 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Daha sonra Beyləqan rayonunda rabitəçi kimi qulluq edib. Nişanlı idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səmid Əliyev Füzulinin azad edilməsində savaşıb. Elsevər Əliyev 1 oktyabrda Füzuli rayonunu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səmid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səmid Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Babək Səmidli
Babək Mətləb oğlu Səmidli (7 yanvar 1974, Göyçay – 23 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini, İkinci Qarabağ müharibəsinin şəhidi. Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrda minaya düşməsi nəticəsində şəhid olub. == Həyatı == Səmidli Babək Mətləb oğlu 1974-cü il yanvar ayının 7-də Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur. === Təhsili === 1980-ci ildə Göyçay şəhəri 6 nömrəli orta məktəbə daxil olmuş və 1991-ci ildə həmin orta məktəbi bitirmişdir. 1993-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1997-ci il, 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olmuşdur. === Ailəsi === Ailəli idi. Mətləb və Səmid adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Babək Səmidli 1997-ci ilin sentyabr ayından 1998-ci il may ayına qədər İstanbulda yerləşən Tuzla Piyadə məktəbində zabit vəzifəsində ixtisaslaşma kursunda təhsil almışdır. 1998-ci ilin avqust ayına qədər Türkiyə Quru Qoşunlarının Birinci Ordusunun briqadasında motoatıcı taqım komandiri vəzəfəsində təcrübə keçmişdir.
İkram Səmidov
İkram Şirvan oğlu Səmidov (21 fevral 1991; Əlisoltanlı, Saatlı rayonu, Azərbaycan — 12 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İkram Səmidov 21 fevral 1991-ci ildə Saatlı rayonunun Əlisoltanlı kəndində dünyaya gəlmişdir. 1998-ci ildə Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd orta məktəbinin birinci sinifinə daxil olmuşdur. 2008-ci ildə həmin məktəbi bitirmiş və həmin ildə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə daxil olmuşdur. 2014-cü ildə kolleci "Elektrik stansiyaların elektrik avadanlıqlarının quraşdırılması" ixtisası üzrə bitirmişdir. == Hərbi xidməti == Kolleci bitirdikdən sonra İkram hərbi xidmətə yollanmışdır. Tərtər rayonunda hərbi xidmət müddətini davam etdirmişdir. 2020-ci ilin iyul ayında olan Tovuz döyüşlərindən sonra ölkədə səfərbərlik elan olundu və bu günə qədər mülki şəxs olaraq fəaliyyətini davam etdirən İkram Səmidov könüllü olaraq səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantısına çağırılmışdır Azərbaycan Ordusunun əsgəri olan İkram Səmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.