Seki Kova
Seki Takakazu (関 孝和, 1642, Fucioka[d], Qunma prefekturası və ya Edo[d] – 24 oktyabr 1708 və ya 5 dekabr 1708, Edo[d]) və ya Seki Kova (関 孝和) — Yaponiya riyaziyyatçısı. Yapon riyaziyyatının Seki məktəbinin qurucusudur. "Vasanın tanrısı" kimi tanınır.
Seki Takahazu 1642-ci ildə Kozuke əyalətinin Fucioka şəhərində doğulmuşdur. Sekinin həyatı haqqında məlumatlar azdır. O, samuray Nakaakira Uçiyamanın ikinci oğlu olsa da, Edoda Tədarük Bürosunun samurayı olan Seki Qorozaemon tərəfindən övladlığa götürülmüşdür. O, Tokuqava şoqunluğunda geyim və ləvazimatdan cavabdeh olan qurumda işləmişdir.
Seki riyaziyyatı özbaşına öyrənmişdir, müəllimi olmamışdır. Çin riyaziyyatından təsirlənmiş, Çju Şitse, Yan Huey və Çen Davey kimi çinli riyaziyyatçıların əsərləri ilə tanış olmuşdur. O, Nyuton metoduna çox oxşayan metod kəşf edərək ali cəbr tənliyinin köklərini hesablamağı bacarmışdır.