Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızıl Əli (Bicar)
Qızıl Əli (fars. قزل علي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (39 ailə). Əhalisini kürd və təşkil edir.
Qızıl
Qızıl (Au) — təbiətdə saf şəkildə rast gəlinən əlvan metal. Kimyəvi elementlərdən biridir. Kimyəvi elementlərin dövri cədvəlində 79-cu elementdir. Təmiz halda qızılın rəngi samanı-sarıdır və metallik parıltıya malikdir, qarışıqlıqların tərkibindən asılı olaraq müxtəlif rəng alır. Qızılda gümüşün yüksək miqdarı olduqda onun rəngi açıq-sarı, mis olduqda yaşımtıl sarı olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun miqdarı 25% olduqda ona "ağ qızıl" deyilir. Qızıl parlaq sarı rəngi və parıldaması ilə diqqəti cəlb edən çox ağır metaldır. Üstəlik, asanlıqla reaksiya verməyən çox stabil bir element olduğu üçün hava və sudan təsirlənmir. Buna görə də heç vaxt paslanmır, ləkələnmir və matlaşmır.
Qızıl Aypara,Qızıl üçbucaq
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. == Haqqında == Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
"Qızıl qələm"
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Ağ qızıl
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Qızıl Hacılı
Qızıl Hacılı (Urmiya) — Qızılhacılı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda şəhər tipli qəsəbə. Qızılhacılı (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Qızılhacılı (Barmaqsız) — Gürcüstanın Barmaqsız bələdiyyəsində kənd. Qızılhacılı (Başqala) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Başqala dehestanında kənd. Qızılhacılı məhəlləsi — Azərbaycanın Gəncə şəhərində məhəllə Oxşar Aran Qızılhacılı — Gürcüstanın Marneuli rayonunda kənd. Dağ Qızılhacılı — Gürcüstanın Başkeçid bələdiyyəsində kənd.
Qızıl Komanda
Qızıl Komanda (mac. Aranycsapat; Qüdrətli macarlar, Möcüzəli macarlar, Möhtəşəm macarlar və ya Sehrli macarlar) — 1950-ci illərdə Macarıstan milli futbol komandasına verilən ad. Bu ad 1953-cü ildə İngiltərəyə qarşı "Əsrin Oyunu", Braziliyaya qarşı dörddəbir final ("Bern Döyüşü") və 1954 FİFA Dünya Kubokunun yarımfinal (Uruqvaya qarşı) və final oyunları da daxil olmaqla, bir sıra mötəbər oyunlarla əlaqələndirilir. Komanda 1956-cı il Macar inqilabından əvvəl o zamankı futbol dünyasının ən güclüləri olan İngiltərə, Uruqvay və Sovetlər Birliyini böyük məğlubiyyətlərə uğratmışdı. 1950–1956-cı illərdə komanda 42 qələbə, 7 heç-heçəyə imza atmış, sadəcə bir oyunda — 1954-cü il Dünya Kubokunun Qərbi Almaniyaya qarşı finalında məğlubiyyətə uğramışdır. Elo reytinq sisteminə əsasən, onlar milli yığma komandalar arasında ən yüksək reytinqə malik olmuşdular (2230 xal, 30 iyun 1954), ikinci yerdə onları Almaniya izləyirdi (2223 xal, 13 iyul 2014). 2016-cı ildə BBC komandanı dünya futbol tarixində ən yaxşı futbol komandası elan etmişdi. Komanda, əsasən, sonralar hollandlar tərəfindən 1970-ci illərdə istifadə edilən "total futbol" taktikasının ilkin formasını müvəffəqiyyətlə tətbiq etmişdi. Komanda, həmçinin oyun boyu qəbul edilən yeni məşqçilik və taktiki yenilikləri təqdim etməsilə də tanınır. Komandanın uğurları, 1945-ci ildə ölkəni işğal edən Sovet İttifaqı tərəfindən Macarıstana tətbiq edilən kommunist rejiminin zülmünün hökmranlıq etdiyi ən pis dövrlərdə ən mühüm milli qürur məsələsi və Macarıstanın milli uğurunun simvolu hesab edilirdi.
Qızıl Kürdüstan
Kürdüstan qəzası (rus. Курдистанский уезд) və ya Qızıl Kürdüstan (rus. Красный Курдистан, kürd. Кöрдьстана Сор) — 1923–1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində mövcud olmuş qəza. Qəza Sergey Kirovun təklifi ilə 1923-cü il 21 iyun Azərbaycan SSR Xalq Komissarları Sovetinin iclasında yaradılmışdır. Kürdüstan qəzasının ilk mərkəzi Pircahan kəndi idi. Daha sonralar mərkəz Laçın şəhərinə köçürülmüşdür. Qəzanın ilk katibi Şuşada dünyaya gəlmiş, azərbaycanlı bolşevik Hüsü Hacıyev idi. 1926-cı ildəki siyahıya alınmada Kürdüstan qəzasında əhalinin etnik tərkibi 72,3% kürd, 26,7% türklər olsa da, əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili kürd dili olmuşdur. SSRİ daxilində inzibati ərazi vahidlərinin dəyişdirilməsi sahəsindəki islahatlar zamanı ASSR-in 1929-cu il 8 aprel tarixli qərarı ilə Kürdüstan qəzası da ləğv edilmişdir.
Qızıl Kənd
Qızıl kənd (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Qızıl Kənd-i Sülfa (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Qızıl Kənd-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Qızıl Kəngərli
Qızıl Kəngərli (Yeni Marağa) — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsinin kəndi. == Tarix == Ağdam rayonunun Qızıl Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 14 km. şimalda, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinə daxil olan Qaraman dağının ətəyində və Qarabağ düzündə, Ağdam – Ağdərə yolunun üstündə yerləşir. Qızıl Kəngərli kəndi şimaldan Boyəhmədli, şərqdən Salahlı Kəngərli, cənubdan isə Xaçın çayının sağ sahilində yerləşən Maqsudlu və Şahbulaq kəndləri, eləcə də Şahbulaq Qalasıyla qonşudur. 1727-ci ilə aid "maliyyə dəftəri"ndə qeyd edilir ki, vaxtı ilə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar. 1930-cu ilə qədərki dövrdə Qızıl Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Birinci Qarabağ Müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 26 iyul 1993-cü ildə işğalı nəticəsində Qızıl Kəngərli kəndi 27 il işğal altında qalmışdır. Bu müddət ərzində kənd, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Ağdərə rayonunun Marağa (erm. Maraqaşen) kəndindən olan ermənilərlə məskunlaşdırılmışdı.
Qızıl-Tayqa
Qızıl-Tayqa — Tuvada müqəddəs dağ. Qərbi Sayanın ən yüksək dağ zirvəsi. Hündürlüyü 3121 m təşkil edir. Dağın adı tuvaca Qızıl - “qırmızı” və tayqa - “meşə ilə örtülmüş dağ” mənasını verir. Qızıl-Tayqa dağı Baş silsilədən cənubda, Ak-Suq çayının başlanğıxında yerləşir. Dağ metamorflaşmış qum daşlarından, çınqıl daşlarından və konqlomeratlardan ibarətdir ibarətdir. Qızıl-Tayqanın yamacındakı bitki örtüyünə aşağıdakılar daxildir: Sibir qara şamı və Yalançı boz lalə.
Qızıl (2004)
Qızıl (dəqiqləşdirmə)
Qızıl — təbiətdə saf şəkildə rast gəlinən metal. Həmçinin bu mənalara gələ bilər: ‎Qızıl Əli (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Qızıl Alma
Qızıl Alma, Türklər özəlliklə Oğuz Türkləri üçün Qızılalma, üzərində düşünüldükcə uzaqlaşan ancaq uzaqlaşdığı dərəcədə cazibəsi artan ülkülər(uğruna çalışılan) və ya düşlərdir(gerçəkləşməsi istənən şey, ümid) Kəlimənin tam olaraq nə zaman, harda və necə keçtiyi bilinməməklə birlikdə tarixi axış içərisində həmişə qərb yönündə irəliləmənin bir simvolu olmuşdur. İstanbul'un fəthi'ndən sonra, Qızılalma'nın, Roma'da tapılan Saint-Pierre Kilisəsinin mehrabındakı altın top olduğu irəli sürülmüştür. == Türk mifologiyasında alma == Alma, türk və altay xalq inancında və mifologiyasında müqəddəs bir meyvədir. Alma, Olma, Ulma, Ulmo olaraq da deyilər. Monqolca Alıman (Alımah)dır. Meyvələrin anası və atası olaraq qəbul edilir. Ağacının çiçəkləri çəhrayı və ya ağ açar. Nüvəli müxtəlif rəngli meyvəsi olan bir ağacdır. Qadınla kişinin bir-birinə duyduğu sevginin simvoludur. Aqsaqqallının əlindən aldığı almanın qabığını yeyən sonsuz qadın əkiz doğurur.
Qızıl Arslan
Qızıl Arslan (XII əsr, Təbriz – 1191, Təbriz) – Azərbaycan atabəyi və Məhəmməd Cahan Pəhlavanın qardaşı. 1186-cı ildə taxta çıxmış və 1191-ə qədər hakimiyyətdə olmuşdur. == Həyatı və Hakimiyyəti == Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdur. Ondan sonra hakimiyyət oğlu Məhəmməd Cahan Pəhləvana keçmiş, o on ilə yaxın bir müddətdə dövləti idarə etmişdi. Onun dörd oğlu və bir neçə qızı vardı. Qanuni arvadı – Rey hakimi İnancın qızından iki oğlu olmuşdu – Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər. Türk qızı Quteybə xatun ona Əbu Bəkri vermiş, kənizlərindən birindən isə Özbək doğulmuşdu. Qızı Cəlaliyyə Zahidə xatundan olmuşdu. Hələ öz sağlığında Məhəmməd Cahan Pəhləvan Sultanlığı oğlanları arasında bölüşdürərək, onlara əmiləri Qızıl Arslana tabe olmağı, nominal hakim Toğrula və dini rəhbər olan xəlifəyə sədaqətlə qulluq etməyi tapşırmışdı. Azərbaycan və Arran Əbu Bəkrə tapşırılmış, Qızıl Arslan isə ona tərbiyəçi təyin olunmuşdu.
Qızıl Ayaq
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər. Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Qızıl Aypara
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. == Haqqında == Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Qızıl Bulaq
Qızılbulaq — Qax rayonu ərazisində bulaq. Qızılbulaq — Qax rayonu ərazisində çay. Qızılbulaq — Qax rayonu ərazisində dağ.
Qızıl Daş
Qızıl Daş — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. == Mədəniyyəti == Qəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Qəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir. == Əhalisi == Əhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.[mənbə göstərin] == İqtisadiyyatı == Qəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək.
Qızıl Malina
Qızıl Moruq Mükafatı (ing. Golden Raspberry Awards) və yaxud Razzie mükafatı — təsisçisi Con Vilsondur. Bu bütün mükafatların ilin ən pis film, Rejisor ve aktyorlarına verilən bir mükafatdır. Silvestr Stallone, Kevin Kostner, Şeron Stoun, Halle Berri kimi məşhur aktyorlar bu mükafatı alıblar. == İndiki nominasiyaları == ==== Film nominasiyaları ==== "Ən pis film" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis rejissor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis aktyor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis ikinci plan aktyoru" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis ikinci plan aktrisası" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis aktrisa" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis köməkçi aktyor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis köməkçi aktrisa" kateqoriyasına görə Qızıl Moruq Mükafatı Ən pis cütlük" kateqoriyasına görə Qızıl Moruq Mükafatı Ən pis ssenariya" kateqoriyasına görə Qızıl Moruq Mükafatı == Xarici keçidlər == “Qızıl Moruq” mükafatı.
Qızıl Məbəd
Qızıl məbəd (Hindistan)
Qızıl Orda
Qızıl Orda (rus. Золотая Орда), Altın Orda (monq. Altan Ord), tatar. Altın Urda) ya da Cuçinin Ulusu (monq. Cuçiyn Uls), bəzi mənbələrdə Ulu Ulus — bir türk-monqol dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən və təqribən 260 il ömür sürən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövlətlərindən biri olmuşdur. == Tarixi == Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan 1236-1255 ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcədə Krım və Qıpçaq düzlərini zəbt edərək Qızıl Orda dövlətini yaratdı. Dövlətin paytaxtı Volqa çayının sahilində salınan Saray-Batı şəhəri idi. Şəhərin burada salınması o çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətindən irəli gəlirdi. Bulqar dövlətindən və rus knyazlıqlarından Orta Asiyaya və Monqolustana gedən köhnə yol buradan keçirdi.
Qızıl Ordu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918–1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı. Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda "sovet hakimiyyətinin qurulduğu" gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına "28 aprel" adı verilirdi. Bakının şimal girişində "11-ci Qırmızı Ordu" dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N. Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi.
Qızıl Patron
Qızıl Patron (fr. Cartouche Doré) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1989-cu ildə qurulmuşdur. Fransa Hərbi Hava Qüvvələrinə məxsus yeganə pərli təyyarələr idarə edən aerobatika komandasıdır. Yalnız bir aviaşou nəzərdə tutan komanda insanlarda xoş təəssürat yarandığını görüb, uçuşlara davam etdi. Əvvəlcə komanda qeyri-rəsmi idi və ildə 12 aviaşou həyata keçirirdi. 1994-cü ildə Neptun əməliyyatının ildönümündə komanda 2012-ci ilə qədər istifadə olunan ağ, mavi və sarı rəngli dizaynını təqdim etdi. 1995-ci ildə komanda rəsmiləşdi və Fransa Hərbi Hava Qüvvələrinin bir qolu oldu. 1996-cı il 20 sentyabr tarixində komanda 100-cü ictimai uçuşunu həyata keçirdi. 2012-ci ildə təyyarələr tünd göy, ağ və qızılı rənglərdən ibarət yeni dizayn aldı.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Kəsmik
Kəsmik – insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış sud məhsulu. Azərbaycanda xalq arasında kəsmik hazırlamaq üçün təzə sağılmış südə bir qədər qatıq əlavə edilir və ocağa qoyulur, süd qaynama dərəcəsinə çatanda kəsilir (çürüyür). Hazır məhlulu torbaya töküb süzürlər. Azərbaycanın bir sıra rayonunda dələmədən də kəsmik hazırlanır. Kəsmiyin sənaye istehsalı üçün süd turşusu bakteriyaları ilə süd mayalandırılır və zərdab kənar edilir. Kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və lizin amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır. Yağlılığına görə kəsmik yağlı (ən azı 18%), yarım yağlı (9%), yağsızlaşdırılmış (0,6%) növlərə bölünür. 100 q yağlı kəsmiyin kaloriliyi 230 kkal-dir (960 kc). 1 kq belə kəsmik yağlılığı 3,0—3,5% olan 5,9—6,9 kq süddən hazırlanır.
Kəsmə
Kəsmə - Naxçıvanda və Gəncəbasarda geniş yayılmış ən qədim rəqslərdən biridir. Musiqisi sadə, lakin maraqlıdır. Komik rəqslər silsiləsinə daxildir. Onu ancaq kişilər ifa edirlər. Rəqs üçün atılma, tullanma, şıdırğı vurma, sıçrama hərəkətləri səciyyəvidir. İfaçı onu mümkün qədər məzəli tərzdə oynamağa çalışır. “Kəsmə” Naxçıvan Muxtar Respublikasının bütün rayonlarının toy şənliklərində ifa olunan qədim rəqslərdəndir.
Baş kəsmə
Boğazdan və ya boyundan hər hansısa bir soyuq alətlə, gilyotinlə, baltayla başın bədəndən qoparılaraq ayrılmasıdır. Bu cür hallarda 100% ölüm gerçəkləşər. Dünyada edam növü olaraq bu keçmişdə bəzi ölkələr tərəfindən istifadə edilmişdir. Amma sonradan yeni hüquq sisteminin yaranması və guya avropalıların insafa gəlməsi bunu edam növü olaraq tarix səhnəsindən çıxardı. Günümüzdə Səudiyyə Ərəbistanı bunu hələ də istifadə etməkdədir. Bəzi terrorçu qruplaşmalarda, bundan istifadə etməklə insanlar arasında çaşqınlığa və qorxuya yol açmaq istəyir.
Kağız kəsmə
Kağız kəsmə ― kağız dizaynı sənətidir. Bu sənət bütün dünyada fərqli mədəni üslublara uyğunlaşmaq üçün özünəməxsus şəkildə inkişaf etmişdir. Ən çox üslubun ortaq olduğu ənənəvi bir fərq, dizaynların kollajdakı kimi bir çox bitişik təbəqədən fərqli olaraq tək bir vərəqdən kəsilməsidir. == Tarixi == Çin rəsmisi Cai Lun, MT 105-ci ildə kağız icad etdikdən sonra MT 4-cü əsrdə Han sülaləsi dövründə kağız kəsmə sənəti meydana çıxdı. Ən qədim kağız Çində Sintszyan-Uyğur Muxtar Rayonunda tapılan 6-cı əsrin Altı Xanədanlığı dövrünə aid simmetrik bir dairədir. Sun və Tan sülalələri dövründə məşhur dekorativ sənət növü olaraq kağız kəsmə tətbiq olunmağa davam etdi. Səkkizinci və ya doqquzuncu əsrdə kağız kəsimi Qərbi Asiyada və XVI əsrdə Türkiyədə ortaya çıxdı. Kağız düzəltmə haqqında biliklər 13-cü əsrə qədər Avropaya çatmadı, buna görə kağız kəsmə yalnız bundan sonra həmin ərazilərdə yayılmışdır. Məsələn İsveçrə və Almaniyada yalnız 16-cı əsrdə kağız sənəti yayılmağa başladı. == Çində == Tszyançji (剪紙), Çində ənənəvi bir kağız kəsmə üslubudur və zəngin Çin naxışları üçün naxışların kəsilməsindən əmələ gəlmiş və daha sonra özlüyündə bir xalq sənətinə çevrilmişdir.
Kəsmə temperaturu
Kəsmə temperaturu — mexaniki emalda yonqarçıxarma zamanı yaranan istiliyin təsirindən alətin qızma temperaturuna deyilir. Yonqarçıxarmada tətbiq olunan enerjinin demək olar ki, hamısı istiliyə çevrilir. Emal olunmuş səthin bərkiməsinə sərf olunan enerji həddən çox kiçik olduğundan nəzərdən atılır. Kəsmədə yaran istilik mənbələri şəkildə təsvir edilmişdir. Burğulamada yaranan istiliyin 80%-i yonqarla xaric edilir. Yerdə qalan 10% pəstaha, 10% isə alətə keçir. Buna baxmayaraq alətdə yaranan temperatur hamıdan yüksək olur, o orta temperaturu 2–2,5 dəfə, pəsathınkını isə 20–30 dəfə keçir. Ümumiyyətlə, kəsmə temperaturu alət və pəstah materialları ilə bərabər həm də emal rejimlərindən asılıdır. Kəsmə sürəti, veriş artdıqca kəsmə zonasında görülən iş də artır. Alətdə istiliyin nisbətən az hissəsinin cəmləşdiyinə baxmayaraq, onun qızma temperaturu xeyli yüksək olur (bəzən 1000 °C-dən artıq olur).
Kəsmə çörəyi
Kəsmə çörəyi (az-əbcəd. کَسمه چؤرگی،کَسمه‎) - Qəzvin bölgəsində daha çox hazırlanan şiriniyyat növü ki quruluşuna görə incə, uzunsov və quru olaraq, üstü isə küncüt ilə bəzədilir. == Etimologiyası == Kəsmə sözü Azərbaycan türkcəsi və başqa türk dillərindəki kəsmək məsdərindən alınıb ki buda bu çörəyin hazırlanması ilə əlaqəlidir. == Lazım olan ərzaqlar == 1 kq un 200 q şəkər tozu 1 stəkan bitki yağı və ya kərə yağı 2 ədəd yumurta sarısı 2 yemək qaşığı bərk qatıq 1 yemək qaşığı vanil 1 çay qaşığı soda 1 yemək qaşığı çörəkçi mayası Üzü üçün 1 ədəd yumurta Lazım olan miqdarda küncüt == Hazırlanma qaydası == Şəkər və suyu odun üstünə qoyub, 1 dəqiqə qaynadandan sonra oddan götürüb və tamamilə soyudun, qatığı soda ilə qarışdırıb və kənara qoyun.Xəmiri 1/4 ilıq su və 1 yemək qaşığı şəkərlə qarışdırıb və işləyənə kimin isti bir yerə qoyub (10 dəqiqə), sonra bir qabda yumurtanı parçalayıb və üzərinə yağ əlavə edin. Üzərinə hil və vanil əlavə edib qarışdırıcı ilə qarışdırın, sonra soyudulmuş qatıq və ərinmiş şəkər əlavə edərək, sonra çörəkçi mayasını əlavə edin.Bütün maddələr qarışdırıldıqdan sonra unu süzüb və az-az üzərinə tökün. Xəmir əllərə yapışmırsa, təxminən 2 ilə 3 saat arasında üstünü örtüb, sonra xırda topları xəmirin içərisindən götürün, vərdənə ilə açıb, üzərinə bir yumurta sürtəndən sonra küncüt səpib və sobanın üst qatına 5 - 10 dəqiqə 170 dərəcə üstünə qoyun.Çörəyin rəngi qonur olandan sonra sobadan götürün.
Kəsmə şikəstə
Kəsmə şikəstə — Azərbaycan xanəndəlik sənətində zərbi muğamlardan biri. Kəsmə şikəstə XIX əsrdə də zərbi muğam kimi özündə geniş təşəkkül tapmışdır. Məlumdur ki, şikəstə janrı əvvəl aşıq musiqi yaradıcılığında əmələ gəlmiş və onun müxtəlif növləri yaranmışdır. Kəsmə şikəstə Azərbaycan xanəndələri tərəfindən tez-tez oxunur. Kəsmə şikəstədə sevgi, məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var.
Lazerlə kəsmə
Lazerlə kəsmə materialların kəsilməklə doğranması və forma verilməsi üçün tətbiq olunan lazerlə emal üsuludur. Adətən kompyüterdən idarə olunan, fokuşlaşdırılmış lazer şüası yüksək enerji konsentrasiyası yaradaraq istənilən materialı, onların istilik-fiziki xassələrindən asılı olmayaraq emalına imkan verir. Kəsmə zamanı material kəsmə şüasının təsirindən əriyir, buxarlanır və ya qaz şırnağı ilə üfürülür. Bu zaman ensiz, minimal termiki təsirə məruz qalan kəsmə yarığı əldə edilir. Lazerlə kəsmə emal olunan səthə mexaniki təsirə malik olmadığından səthdə həm emal zamanı, həm də ondan sonra minimal deformasiyalar əmələ gəlir. == Üsulun mahiyəti == Prosesdə həm impilsiv, həm də fasiləsiz olaraq şüalanmadan istifadə olunur. İmpulsiv rejimdə kəsmə ardıcıl açılmış deşiklərin hesabına aparılır. Qat şəklində hazırlanan inteqral sxemlərinin parametrlərinin dəqiq tənzimlənməsi üçün onların istehsalında geniş tətbiq olunur. Bunun üçün aluminium-ittrium əsaslı başlığa malik, məhsuldarlığı modulyasiya olunan impulsiv lazerlərdən istifadə olunur. Proses aşağıdakı rejimlərdə aparılır: impulsun davamiyyəti 0,01÷100 mksan, şüalanma axınının sıxlığı 100 MVt/sm2, impulsun təkrar olunma tezliyi saniyədə 100÷5000 impulsdur.
Mirzə Əli Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. == Həyatı == Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. == Vəfatı == Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Mirzə Əli Xan Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Asma-kəsmə (rəqs)
Asma-kəsmə — Azərbaycanın milli rəqsi. Ən qədim ənənəvi toy rəqslərindən biridir. Ona qörə belə ad verilib ki, musiqinin sədaları altında gəlini bəyin evinə gətirirlər. Gəlini muşayiət edən qadınlar isə onun qarşısında oynayırlar. Rəqsin tempi aramdır, bir qədər mubaliqəli, sıçrayışlı şəkildədir. Hazırda Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Babək, Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də Naxçıvan şəhərindəki toy şənliklərində ifa olunur.
Asma-kəsmə rəqsi
Asma-kəsmə — Azərbaycanın milli rəqsi. Ən qədim ənənəvi toy rəqslərindən biridir. Ona qörə belə ad verilib ki, musiqinin sədaları altında gəlini bəyin evinə gətirirlər. Gəlini muşayiət edən qadınlar isə onun qarşısında oynayırlar. Rəqsin tempi aramdır, bir qədər mubaliqəli, sıçrayışlı şəkildədir. Hazırda Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Babək, Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də Naxçıvan şəhərindəki toy şənliklərində ifa olunur.
Aşağı Kəmək (Əsədabad)
Aşağı Kəmək (fars. کمک سفلی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 914 nəfər yaşayır (279 ailə).
Kəsmə ilə emal
Kəsmə ilə emal - mexaniki emal üsullarına aid olan texnologiyadır. Burada pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Baxmayar ki, bu üsullarla qeyri metallar da emal oluna bilirlər, çox vaxt kəsmə ilə emal metalların emalı ilə əlaqələndirilir. Bunun səbəbi sənaye inqilabı dövründə maşınqayırmanın inkişafı ilə bağlıdır. Maşınlarda çalışan peşəkarlardan tornaçılar və başqa mütəxəssislər meydana gəlirlər. Əslində əl ilə emal da (məsələn, yonma, yiyələmə, mişarlama) bu sahəyə aiddir. Kəsmə ilə emal istehsal prosesinin tərkib hissəi olub ayrıca bir elm kimi tədqiq olunur. Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir.
Yuxarı Kəmək (Əsədabad)
Yuxarı Kəmək (fars. کمک علیا‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 205 nəfər yaşayır (58 ailə).
İslamda baş kəsmə
İslamda baş kəsmə — Şəxslərin başlarının kəsilməsi ilə cəzalandırılması. İslam ölkələrinin bəzilərində bu gün belə bu cəza metodundan istifadə edilməkdədir. Baş kəsmə cəzası bir çox ərəb ölkələrində qadağan edilmişdir. Cəza metodundan əsasən radikal islam təşkilatları tərəfindən istifadə edilir. İran, Qətər və Yəməndə cinayətkarların bu şəkildə cəzalandırılması ilə bağlı qanunlar mövcud olsada bu üsulun istifadəsi həyata keçirilmir. Baş kəsmə cəzasını tətbiq edəndə yeganə islam dövləti Səudiyyə Ərəbistanıdır. Xarici dövlətlərin etirazlarına baxmayaraq dövlət bu cəza metodunun həyata keçirməyə davam edir. Şəxsin başının qılınc ilə kəsirlərək öldürülməsi adətən xüsusi-ağır cinayətlər törətmiş şəxslərə qarşı tətbiq edilir. 2002-ci ildən etibarən Əl-Qaidə və İraq Şam İslam Dövləti tərəfindən əsir alınmış şəxslərin başlarının kəsilməsi və bunların kütləvi şəkildə nümayiş etdirilməsinin ardından mövzunun yenidən aktuallaşmasına səbəb olmuşdur. İslamın əsas və yeganə mənbəyi olan Qurani-Kərimdə isə baş kəsmə ilə bağlı hər hansı ayə və ya hökm yoxdur.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Keşdək
Keşdək və ya Keştək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keşdək kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Keşdək Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII əsrin sonlarında keçmiş Dərələyəz mahalından gəlmiş Türk ailələri salmışlar. Yerli əhali kəndin adını "keçid, keçid olan yer" kimi izah edir. Tədqiqatçılar isə oykonimi "elat düşərgəsi", "koc", "sıldırım eniŞ", "Hündürlüyüdur yer", "cox da böyük olmayan dik" mənaları ilə bağlayırlar. == Əhalisi == === Tanınmışları === Nağdəli Zamanov — həkim, tibb üzrə fəlsəfə doktoru. == Yaylaqlar == Daşınbaşı yurd, Bağırxan yaylağı, Dəlihəsən yurdu, Dərəyurdu, Məsimqalası yurdu, Keçibeli yurdu, Əyriyurd, Şişqaya yurdu, Əlidaşları yurdu.
Keşkek
Keşkek — Qərbi Anadolu, Trakya, Şərqi Anadolu və Orta Anadoluda gündəlik və toy mərasimlərində bişirilən yeməkdir. == Tərkibi == Əsasən keşkek yarma, buğda və ətdən hazırlanır. == UNESCO == 2011-ci ildə İndoneziyanın Balı bölgəsində keçirilən 6-cı UNESCO-nun iclasında keşkek Türkiyənin Maddi və mənəvi irsinə daxil edilmişdir. Bundan başqa Merzifon bələdiyyəsi Türk patent və makrası olaraq ona coğrafi məkan adınında əlavə edilməsini irəli sürdü. Beləliklə, 2015-ci ildə artıq keşkek deyil "Merzifon keşkek" i kimi ədəbiyyata daxil edildi. == Yayıldığı ərazilər == Keşkek yeməyi xüsusilə Amasya, Sivas, Manisa, Çanaqqala, Ədirnə, Keşan, Balıkəsir, Kandıra, Sinop, Tokat, Muş, Samsun, Ordu, Çankırı, Dənizli, İzmir, Uşak, Aydın, Muğla, Afyonqarahisar, Çorum, Yozğad, Karabük, Ağrı ve Antalya kimi şəhərlərdə bişirilir və yeyilir. Anadoluda xüsusən toylarda yemək bişirilir. == Bişirilmə qaydası == Toydan bir gün əvvəl buğda isladılır, toy günü qazanda qayandılaraq bişirilir. Qaynadılan buğda və ətlər qazanın içində əzilir ki, tamamilə həll olsun və bir-birinə qarışaraq bişsin. Aşbazlar onun tam həll olunaraq bişməsinə xüsusi nəzarət edirlər.
Keştək
Keşdək və ya Keştək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keşdək kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Keşdək Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII əsrin sonlarında keçmiş Dərələyəz mahalından gəlmiş Türk ailələri salmışlar. Yerli əhali kəndin adını "keçid, keçid olan yer" kimi izah edir. Tədqiqatçılar isə oykonimi "elat düşərgəsi", "koc", "sıldırım eniŞ", "Hündürlüyüdur yer", "cox da böyük olmayan dik" mənaları ilə bağlayırlar. == Əhalisi == === Tanınmışları === Nağdəli Zamanov — həkim, tibb üzrə fəlsəfə doktoru. == Yaylaqlar == Daşınbaşı yurd, Bağırxan yaylağı, Dəlihəsən yurdu, Dərəyurdu, Məsimqalası yurdu, Keçibeli yurdu, Əyriyurd, Şişqaya yurdu, Əlidaşları yurdu.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Əli Quliyev (gizir)
Əli Tədbir oğlu Quliyev (9 sentyabr 1984; İmişli rayonu, Azərbaycan SSR — 27 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Quliyev 1984-cü il sentyabrın 9-da İmişli rayonunun Otuziki kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Əli Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Quliyev oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Quliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Keştək nahiyəsi
Keştasf — Səfəvilər dövləti dönəmində Qarabağın bir bölgəsi idi. == Tarixi == Hazırkı Kəlbəcər rayonunun bir hissəsi bu bölgəni əhatə edir. Xanlıq dönəmində bu nahiyə Qaraçorlu mahalının tərkibinə daxil oldu. Adının açımı keştək seyrangah anlamındadır. Saxtakar erməni müəllifləri həmişə Qarabağın iki tarixi bölgəsi Keştasf və Keştəyi dəyişik salıb, ikisini də Keşatağ şəklində göstərirlər.. 1593-cü ildə Osmanlı dövləti Keştək nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Keştək nahiyəsi 1727-ci ildə Keştək nahiyəsi Osmanlı dövləti tərəfindən siyahıya alındı. Əhali yurdlarını tərk etdiyindən aşağıdakı kəndlərin bəziləri boş qalmışdı. Pircamallı kəndi Seyid Sultan kəndi Yarımcalı kəndi Mərdəgird kəndi Şeyx Arıq kəndi Çerebis kəndi Dirxinək kəndi Deyülər kəndi Qazı kəndi Daş kəndi Güllücə kəndi Alagöl kəndi Xak kəndi Cadəvi kəndi Tusi kəndi Xoşaman kəndi Əfsunçu kəndi Qoyunlu Mahmudlu kəndi Şəhərəgedər kəndi Sümə kəndi Acıtala kəndi Sümə Qaraağac kəndi Qunduzçu kəndi Şeyxlər kəndi Kərkilər kəndi Xəratan və Düzələn kəndləri. Kələki kəndi Cəbə kəndi == Mənbə == Ənvər Çingizoğlu, Keştək, "Soy" dərgisi, Bakı,2012.
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Əli Hüseynov (kiçik gizir)
Əli Rəşid oğlu Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Əli Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.
Əli Məmmədov (kiçik gizir)
Əli Zeynal oğlu Məmmədov (13 aprel 2000; Yevlax, Azərbaycan — 9 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Məmmədov 2000-ci il aprelin 13-də Yevlax şəhərində Zeynal və Almaz Məmmədovların ailəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Əli Məmmədov 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Məmmədov oktyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. == Həyatı == Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.
Dağ Kəsəmən qızıl-polimetal yatağı
== Yerləşdiyi ərazi == Dağ Kəsəmən qızıl–polimetal yatağı Ağstafaçay və Həsənsu çayları arasında Üçgöl dağ silsiləsinin qərb yamacında, Üçgöl dağının zirvəsindən (814,1 m.) 1,5–2,0 km. qərb, şimal-qərbə Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin kənarına kimi uzanan quru çay dərəsinin yuxarı hissəsində yerləşmişdir. == Geoloji quruluşu == Yatağın geoloji quruluşunda Üst Konyak-Üst Santon yaşlı andezit, andezit-bazalt tərkibli vulkanogen süxurlar iştirak edir. Bu süxurlar Üst Santon yaşlı andezit-dasit və albitofir tərkibli subvulkanlarda və vulkan mərkəzləri ilə yarılmışdır. Yatağın şərq hissəsində Üst Konyak- Üst Santon çöküntüləri qeyri-uyğun olaraq Üst Santonun albitofir tərkibli litoklastik tufları ilə örtülürlər. Bu tufların əsasında bazalt qata bənzər qat qeyd olunur. Bu qat içərisində Alt Santon yaşlı karbonatlı qravelitlərdən ibarət süxur parçaları müşahidə edilir. Dağ Kəsəmən yatağının əmələ gəlməsi çox ehtimal ki, Santon vulkanizminin hidrotermal fəaliyyəti ilə əlaqədardır. == Strukturu == Yatağın strukturunda əsas rolu regional miqyaslı dərinlik qırılması və tektonik pozulmalar oynayır. Filiz sahəsinin mərkəzi ilə dərinlik qırılmasının subparalel istiqamətdə Dağ kəsəmən antiklinalının oxu keçir.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Qıllı zəli
Acanthobdella peledina (lat. Acanthobdella peledina) — acanthobdella cinsinə aid heyvan növü.
Əli Məmmədov (əmək qəhrəmanı)
Əli Cəlil oğlu Məmmədov (1898–1968) — Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Əli Məmmədov 1898-ci ildə İliç rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1928-1953-cü illərdə Naxçıvan rayonunun "Azərbaycan" kolxozunda sədr işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. Azərbaycan SSR və Zaqafqaziya MİK-lərinə, Azərbaycan KP MK Naxçıvan Vilayət Partiya Komitəsinə üzv seçilmişdir. 24 iyun 1949-cu ildə qoyunçuluğun inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Əli Məmmədov 1968-ci ildə Naxçıvanda vəfat etmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир.
Əli İsmayılov (əmək qəhrəmanı)
Əli Qurbanəli oğlu İsmayılov (1909, Şərur-Dərələyəz qəzası – 5 oktyabr 1969, İliç rayonu) — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1941), Sosialist Əməyi Qəhrəmanı (1950). == Həyat və əmək fəaliyyəti == Əli İsmayılov 1909-cu ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Şərur rayonu) Mahmudkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə H.Aslanov adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda manqabaşçısı işləmişdir. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 iyun 1950-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Əli İsmayılov 5 oktyabr 1968-ci ildə İliç rayonunda vəfat etmişdir.
Əli Əliyev (əmək qəhrəmanı)
Əli Nağı oğlu Əliyev (1932, Nehrəm, Naxçıvan MSSR – 22 may 1995, Nehrəm, Naxçıvan Muxtar Respublikası) — Naxçıvanın əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı == Əli Nağı oğlu Əliyev 1932-ci ildə Azərbaycan Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indi ADAU) məktəbini bitirib. == Əmək fəaliyyəti == 30-ildən çox Babək rayonunun "Kommunizm" kalxozunda birqadir işləmiş, "Usta pambıqçı", "Usta tütünçü", "Usta üzümçü" adlarına layiq görülüb. 1976–1980-ci ildə yüksək əmək göstəricilərinə nail olmuşdur. 2 çağırış SSRİ Ali Sovetinin, 2 çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. Gərgin əməyi yüksək qiymətləndirilən Əli Əliyev kalxozçuluq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş, 2 dəfə "Lenin" ordeni, "Oktyabr İnqilabı", ən əsası 1982-ci ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
Əli Məmmədov (fizik)
Əli Məmmədov (fizik, 1931) — Fizika-riyaziyyat elmləri doktoru, professor. Əli Məmmədov (fizik, 1954) — Texnika elmləri doktoru.
Əli Əliyev (fizik)
Əli Əliyev (fizik, 1941)
Eşşək beli sındırdı
Eşşək beli sındırdı - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə yayılan ən qədim oyunlardan biri. Bu oyun müəyyən mənada ənzəliyə bənzəyir, onun davamı kimidir. == Oyunun qaydaları == Oyunu keçirmək üçün iki dəstəyə ayrılmaq gərəkdir. Dəstələr halay getmək yolu ilə ayrılır. Püşk ilə uduzan dəstə bir-birinin arxasından yapışaraq əyilir, o biri dəstə isə onların belinə tullanıb otururlar. Əgər bu arada dəstədən biri yıxılırsa, dəstələr yerlərini dəyişdirir.
Əli Məmmədov (fizik, 1931)
Əli Məmmədov (tam adı: Əli Pənah oğlu Məmmədov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının Baş elmi işçisi, Fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Məmmədov Əli Pənah oğlu 1931-ci il aprel ayının 15-də Qazı-Məhəmməd (indiki Hacıqabul) rayonunun Rəncbər kəndində anadan olub, 1949-cu ildə Nəvahi orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Fizika-riyaziyyat” fakultəsinə daxil olub və 1953-cü ildə onun “Fizika” şöbəsini bitirib. O, 1953-1956-cı illərdə həmin institutun “Fizika” kafedrasının aspirantı olub. == Elmi fəaliyyəti == Ə.P.Məmmədov 1956-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda laborant, baş laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. O, 1965-ci ildə “Bəzi monokristallik NaCl əsaslı fosforlarda tutma mərkəzlərinin kompleks tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Ə.P.Məmmədov Azərbaycan EA rəyasət heyətinin qərarı ilə 1967-ci ildə optik spektroskopiya və lüminessensiya sahəsində mütəxəssis kimi EA-nın Neft-Kimya Prosesləri İnstitutuna keçib. O, bu institutda 1967-1971-ci illərdə böyük elmi işçi, 1971-2012-ci illərdə isə laboratoriya müdiri vəzifəsində çalışıb. Hazırda Ə.P.Məmmədov institutun “Spektroskopik analiz” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır.
Əli Məmmədov (fizik, 1954)
Məmmədov Əli İsa oğlu (27 fevral 1954, Naxçıvan) — Azərbaycan alimi, texnika elmləri doktoru, professor. == Həyatı == Əli Məmmədov 27 fevral 1954-cü ildə Naxçıvan şəhərində anadan olub. Moskva Elektron Texnikası İnstitutunun "avtomatika və elektronika" fakültəsində oxuyuyaraq "mühəndis-fizik" ixtisasına yiyələnib. Əli Məmmədov "GaSe-nin nazik plyonkalarında kvant ölçülü effekt" mövzusunda namizədlik, "Pyezo-, piro- və termoelektrik kompozitlərdə polyarizasiya prosesləri, fazalar arası qarşılıqlı təsir və istilik fiziki effektləri" mövzusunda isə doktorluq dissertasiyasını müdafiə edib. == Elmi əsərləri == Matrix Active Micro and Nanocomposites Based on the Polymer, Semiconductive and Ferropiezoceramic Materials. Published by InTech, Croatia. P.375-404. The splitting of the exciton line in the electroabsorption spectra of thin GaSe films. Thin Solid Films. 1980.
Əli Əliyev (fizik, 1941)
Əli Osman oğlu Əliyev — alim, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı və elmi fəaliyyəti == Əli Əliyev 1941-ci ildə Ağstafa rayonunun Köçvəlili kəndində anadan olmuşdur. Köçvəlili kənd orta məktəbini bitirərək, 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin yarimkeçiricilər fizikası kafedrasında başlamışdır. 1963-cü ildə təhsilini Leninqradda (İndiki Sankt-Peterburq) aspiranturada davam etdirmişdir. 1968-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildən yarımkeçiricilər kafedrasında müəllim, 1970-ci ildən dosent vəzifəsində işləmişdir. 1970-1971-ci illərdə Fransada elmi ezamiyyətdə olmuşdur. 1973-1977-ci illərdə Əlcazair Dövlət Universitetində və 1981-1984-cü illərdə Konqonun Brazzavil Universitetində professor vəzifəsində çalışmışdır. Xaricdə işlədiyi müddətdə fransız dilində iki dərslik (bərk cisimlər fizikasına aid) çap etdirmişdir.
Əli Əliyev (fizik, 1955)
Əli Ənvər Əliyev ( krımtat. Ali Enver oğlu Aliyev ; rus. Али Энверович Алиев ; 1955) bir Krım Tatar Amerikalı fizik, NanoTech İnstitutunun tədqiqatçı professoru və Dallasdakı Texas Universitetinin Təbiət Elmləri və Riyaziyyat Məktəbinin Fizika Bölməsinin köməkçi professorudur. 2011-ci ildə Time jurnalı tərəfindən "İlin ixtiraçısı" seçildi Cari tədqiqat sahələri nanologiya və nanotexnologiyalar, elektrokimyəvi və akustikdir. Amerika Birləşmiş Ştatları Patent və Ticarət Nişanı Ofisinin (USPTO) bir sıra ixtira patentlərinə sahibdir. == Tərcümeyi-hal == Əli Əliyev Daşkənddə bir Krım tatar ailəsində anadan olmuşdur; 1944-cü ilin mayında Surqundakı Krım Tatar əhalisinin əksəriyyəti ilə birlikdə xüsusi köçkünlər (rəsmi ikinci dərəcəli vətəndaşlar) kimi Özbəkistan SSR- ə zorla sürgün edildi. Çoxsaylı çətinliklərə baxmayaraq, 1973-cü ildə atası Enver pambıq istehsalına görə Sosialist Əməyi Qəhrəmanı oldu, lakin sonradan Krıma qayıtma haqqını tələb edən məktubu təsdiqlədiyinə görə partiya liderlərinin töhməti ilə qarşılaşdı və yalnız 1990-cı ildə vətəninə qayıtmağı bacardı. 1977-ci ildə Xarkov Milli Radioelektronika Universitetinin Radio Mühəndisliyi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1984-cü ildə Özbəkistan Elmlər Akademiyasında Molekulyar və Termal Fizika üzrə doktorluq dərəcəsini almışdır. Tezin adı: "Nadir torpaq floridlərində sürətli ionlu nəqliyyatın tədqiqi" .