Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həcərul-əsvəd
Qara daş (Ər: الحجر الأسود, Həcərül Əsvəd, Həcər: Daş, Əsvəd isə: Qara) — Məkkədə Kəbənin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar. == Qara daşın yerinə qaytarılması == İbn İşaqın məlumatına görə 605-ci ildə Məhəmməd( s.a.s) Kəbənin divarındaki Qara Daşın yerləşdirilməsində iştirak etmişdi. Qara Daş Kəbənin bərpası zamanı çıxardılmışdı. Məkkənin rəhbər şəxsləri kimin Qara Daşı yerinə qaytarması barədə qərara gələ bilmirdilər. Ən nəhayətdə qərara aldılar ki, qapıdan daxil olan bir sonraki adam Qara Daşı yerinə qaytarmaq səlahiyyətinə malik olsun. Bu zaman Məhəmməd(s.a.s) qapıdan içəri daxil oldu. Beləliklə, Məhəmməd(s.a.s) daşı bir parçanın ortasına yerləşdirdi. Digərləri isə kənarlarından tutdular və birlikdə Qara Daşı apardılar. Sonra isə Məhəmməd(s.a.s) daşı yerinə yerləşdirdi.
Miqdad ibn Əsvəd
Miqdad ibn Əmr əl-Kindi (təq. 590, Yəmən – 652, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Məhəmmədin səhabəsi, Dörd sadiq səhabədən biri. Əmr ibn Səlbənin oğlu Miqdad Bəhra adlı qəbilələrində bir nəfəri qətlə yetirərək Kindi qəbiləsinə qaçır, onlarla əhd bağlayaraq “Miqdad Kindi” adlanır. Həmin qəbilədə də bir nəfəri öldürərək Məkkəyə yollanır, Əsvəd ibn Əbd Yəğus adlı bir şəxslə əhd-peyman bağlayır. Bəni-Zəhrə qəbiləsindən olan bu şəxs Miqdadı cahiliyyət adətləri əsasında oğulluğa götürür. Bundan sonra Miqdad “Miqdad ibn Əsvəd” adlanır. Sonralar “Onları öz atalarının adı ilə çağırın, bu, Allah yanında ədalətə daha yaxındır” ayəsi nazil olduqda Miqdad “Miqdad ibn Əmr” adlandırıldı. Miqdadın kunyəsi Əbu-Məbəd idi. Miqdad hündür boylu, cüssəli qiyafəyə malik bir şəxs idi. Miqdad İslam dinini ilk qəbul edənlərdən və Həbəşəyə hicrət edənlərdəndir.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
Miqdad ibn Əsvəd əl-Kindi
Miqdad ibn Əmr əl-Kindi (təq. 590, Yəmən – 652, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Məhəmmədin səhabəsi, Dörd sadiq səhabədən biri. Əmr ibn Səlbənin oğlu Miqdad Bəhra adlı qəbilələrində bir nəfəri qətlə yetirərək Kindi qəbiləsinə qaçır, onlarla əhd bağlayaraq “Miqdad Kindi” adlanır. Həmin qəbilədə də bir nəfəri öldürərək Məkkəyə yollanır, Əsvəd ibn Əbd Yəğus adlı bir şəxslə əhd-peyman bağlayır. Bəni-Zəhrə qəbiləsindən olan bu şəxs Miqdadı cahiliyyət adətləri əsasında oğulluğa götürür. Bundan sonra Miqdad “Miqdad ibn Əsvəd” adlanır. Sonralar “Onları öz atalarının adı ilə çağırın, bu, Allah yanında ədalətə daha yaxındır” ayəsi nazil olduqda Miqdad “Miqdad ibn Əmr” adlandırıldı. Miqdadın kunyəsi Əbu-Məbəd idi. Miqdad hündür boylu, cüssəli qiyafəyə malik bir şəxs idi. Miqdad İslam dinini ilk qəbul edənlərdən və Həbəşəyə hicrət edənlərdəndir.
Əsəd
Əsəd — kişi adı. Əsəd Oktay — Türkiyə Böyük Millət Məclisinin deputatı. Əsəd Qeysər — Əsəd Saqay — Əsəd Əsədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsəd İsgəndərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Əsməd Muxtarova
Əsməd İmamməmməd qızı Muxtarova (d. 1944, Buzovna, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Türk xalqları tarixi" kafedrasının müdiri, "Tarix və onun problemləri" nəzəri, elmi, metodik jurnalının təsisçisi və baş redaktoru. 1944-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində 125 saylı orta məktəbdə təhsil alıb. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildə "Azərbaycan SSR-də ali təhsilin inkişafı (1959–1965-ci illər)" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı fəhlələri" adlı doktorluq dissertasiyasını müdafiə edib. 1967–1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani aspirantı olub. 1971-ci ildən həmin fakültədə "SSRİ tarixi" kafedrasında çalışır. 1992-ci ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda çalışır.
Hafiz Əsəd
Hafiz Əsəd (ərəb. حافظ الأسد‎; 6 oktyabr 1930[…], Qərdahə[d], Fransız Suriya və Livan mandatlığı[d] – 10 iyun 2000[…], Dəməşq) — Suriyanın hərbi, siyasi və dövlət xadimi, Suriyanın müdafiə naziri (1966–1972), Suriyanın baş naziri (1970–1971), Suriya prezidenti (1971–2000), general. == Həyatı == 1930-cu ildə anadan olmuşdur. 1970–1971-ci ildə Suriya dövlətində baş nazir, 1971–2000-ci illərdə Suriya Prezidenti olmuşdur. 2000-ci ildə vəfat etmişdir. == Ailəsi == Bəşər Əsədin atasıdır.
Mahir Əsəd
Mahir Əsəd, (Ərəbcə: ماهر الأسد‎, d. 8 dekabr 1967) — Suriya prezidenti Bəşər Əsədin qardaşı, general-mayor. == Həyatı == Mahir Əsəd 8 dekabr 1967-ci ildə Suriyanın paytaxtı Dəməşqdə, Hafiz Əsədin ailəsində dünyaya gəldi. İki yaşı tamam olanda atası Suriyanın prezidenti oldu. Digər qardaş-bacıları ilə birlikdə xalq nəzərindən uzaq şəkildə yetişdirildi. Mahir Suriya Azadlıq məktəbində və Dəməşq universitetində oxudu. Respublika Mühafizləri və Dördüncü Zirehli Dviziya adlı əsgəri birliklərin komandanıdır., Suriyada fəaliyyət göstərən gizli polis və xəfiyyə idarəsinin rəhbəridir. Suriyada Bəşər Əsəddən sonra ən hörmətli şəxsdir.
Məcd Əsəd
Məcd Hafiz əl-Əsəd (ərəb. مجد حافظ الأسد‎; 1966, Laziqiyyə – 12 dekabr 2009, Dəməşq) — Suriyanın keçmiş lideri Hafiz Əsədin ortancıl oğlu. Məcd Əsəd 1966-cı ildə doğulub. O, Suriyanın hazırkı lideri olan Bəşər Əsədin kiçik qardaşıdır. Suriyada elektrik mühəndisi olaraq çalışan Məcd Əsəd ağır baş ağrısı və zehni sağlamlıq problemləri ilə mübarizə aparırdı. 2009-cu ildə davam edən xəstəliklərinə görə 43 yaşında Dəməşqdə öldü. Suriyalı ərəb arvadı Ru'a Ayyoub (1976-cı il təvəllüdlü) ilə evlidir və övladı yoxdur. Məcd Əsəd 12 dekabr 2009-cu ildə, Şamda 43 yaşında çəkdiyi ruhi xəstəliklər səbəbindən vəfat etmişdir.
Məcid Əsəd
Məcd Hafiz əl-Əsəd (ərəb. مجد حافظ الأسد‎; 1966, Laziqiyyə – 12 dekabr 2009, Dəməşq) — Suriyanın keçmiş lideri Hafiz Əsədin ortancıl oğlu. Məcd Əsəd 1966-cı ildə doğulub. O, Suriyanın hazırkı lideri olan Bəşər Əsədin kiçik qardaşıdır. Suriyada elektrik mühəndisi olaraq çalışan Məcd Əsəd ağır baş ağrısı və zehni sağlamlıq problemləri ilə mübarizə aparırdı. 2009-cu ildə davam edən xəstəliklərinə görə 43 yaşında Dəməşqdə öldü. Suriyalı ərəb arvadı Ru'a Ayyoub (1976-cı il təvəllüdlü) ilə evlidir və övladı yoxdur. Məcd Əsəd 12 dekabr 2009-cu ildə, Şamda 43 yaşında çəkdiyi ruhi xəstəliklər səbəbindən vəfat etmişdir.
Məhəmməd Əsəd
Məhəmməd Əsəd(əsl adı Leopold Vays, alm. Leopold Weiss‎; 2 iyul 1900[…], Lvov, Sisleytaniya – 23 fevral 1992 və ya 20 fevral 1992) — jurnalist. 1900-cü ildə Avstriya-Macarıstan imperiyasının tərkibində olan Qalisiya əyalətinin mərkəzi Lvov (Lemberq) şəhərində dünyaya gələn yəhudi əsilli Leopold Vays gənc yaşlarında Fələstində yaşayan qohumlarına baş çəkir, bu zaman İslam dünyası və müsəlmanların həyatı ilə yaxından tanış olur. İslam dini ilə dərindən maraqlanan köhnə aqnostik L. Vays 26 yaşında İslamı qəbul edir və özünə Məhəmməd Əsəd adını verir. Məhəmməd Əsəd uzun illər Səudiyyə Ərəbistanının kralı İbn Səudun məsləhətçisi, 1949–52-ci illərdə isə Pakistanın BMT-də nümayəndəsi olmuş, hər iki ölkənin konstitusiyasının hazırlanmasında yaxından iştirak etmişdir. Daim islahatlar tərəfdarı olan Məhəmməd Əsəd islam dünyagörüşü, hüquq və fəlsəfəsi haqqında çoxlu kitabın müəllifidir. Qurani-Kərimin Məhəmməd Əsəd tərəfindən ingilis dilinə izahlı tərcüməsi bütün dünyada standart kimi qəbul edilir. Dünya səyahətçisi, tərcüməçi, diplomat, dinşünas, mütəfəkkir və politoloq Məhəmməd Əsəd dinlərarası dialoqun inkişaf etdirilməsinə, Qərb dünyasında İslam dini ilə bağlı obyektiv fikrin formalaşmasına verdiyi töhfələrə görə yüksək qiymətləndirilir.
Riyad Əsəd
Riyad Musa Əsəd (ərəb. رياض موسى الأسعد‎‎; 1961, İdlib) — Suriya Hərbi Hava Qüvvələrinin keçmiş polkovniki, Azad Suriya Ordusunun keçmiş hərbi komandiri. Riyad Əsədin sıra ailə üzvü Suriya hökuməti tərəfindən edam edilmişdir. Riyad Əsəd 2011-ci ilin mart ayında Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 4 iyul 2011-ci il tarixində Suriya Hərbi Hava Qüvvələrindən istefa etdiyini elan edir. O, Azad Zabitlər Hərəkatına qoşularaq fərarilik edir. Əsəd digər fərarilər ilə birlikdə 29 iyul 2011-ci il tarixində Bəşər Əsəd hökumətini devirmək üçün qiyamçı bir müharibə aparmaq niyyəti ilə Azad Suriya Ordusunun (ASO) qurulduğunu elan edir. Əsəd Suriya Prezidenti Bəşər Əsəd üçün sürgün həllinə qarşı çıxır və hökuməti devrilənə qədər mübarizə aparmağı arzu edir. Əsəd BMT-nin hərbi müşahidəçiləri Suriyaya daxil olduqdan sonra Suriya üzrə Kofi Annan sülh planına sadiq qalaraq bütün qüvvələr üçün atəşkəs elan edir. Ancaq bir neçə gündən sonra üsyançıların rəhbərlik etdiyi hücumların davam etdiyi yenidən elan edir, səbəb kimi də Bəşər Əsəd hökuməti ona vəd edilənin əksinə, barışığa getməmməyini göstərir. Əsəd 8 dekabr 2012-ci il tarixində Türkiyənin Antalya şəhərində Azad Suriya Ordusunun hərbi komandiri olaraq briqadir Səlim İdris ilə əvəz edilir.
Sərdar Əsəd
Sərdar Əsəd (1858-1917) – Bəxtiyari elinin rəislərindən biri idi. Məşrutəçilərə qoşulub, Məhəmmədəli şahın əleyhinə mübarizə aparmışdır. Bəxtiyarilər Lily Sardarian Bakhtiari, Bakhtiaris and the Constitutional Revolution (A Summary): [1]. Bakhtiaris and the Constitution — Photographs: [2]. Genealogy of the Haft Lang branch of the Bakhtiaris: [3]. Bakhtiaris, Official Website: [4] Arxivləşdirilib 2014-06-24 at the Wayback Machine.
Tifil Əsəd
Tifil Əsəd, Şair Əsəd, Miskin Əsəd — Azərbaycan şairi, aşığı. Miskin Əsəd 1883-cü ildə Xiyov şəhərinin (Meşgin) Hasar kəndində bir ruhani ailəsində dünyaya gəlmişdir. İlk təhsilini atasının məktəbində bitirib. Türk, ərəb və fars dillərini öyrənib. Miskin Əsəd uşaq ikən bütün çətinlikləri yaşayıb. 1903-ci ildə iki qardaşı ilə birlikdə Bakıya gəlirlər. Əsəd burada mühacir həyatı yaşayır, əvvələr neft quyularında işləyir. Daha sonra Şəmkir bölgəsinə gedir, orda Aşıq Hümmətlə tanış olur. Bu hadisə onu aşıq ədəbiyatına doğru çəkir. Aşıq Əsəd sonralar Aşıq Ələsgərlə (1821-1926) və Aşıq Hüseyn Bozalqanlı ilə də tanış olur.
Əsma Əsəd
Əsma əl-Əsəd — (ərəb. أسماء الأسد‎; qızlıq soyadı — Əsma Fəvvaz əl-Əxrəs أسماء فوّاز الأخرس; d. 11 avqust 1975, Akton[d], Böyük London) — Suriyanın birinci xanımı, prezident Bəşşar əl-Əsədin həyat yoldaşı. Əsma Fəvvaz əl-Əxrəs adıyla 11 avqust 1975-ci ildə Britaniyanın paytaxtı Londonda dünyaya gəlibdir. Əsma Əsəd, Londonun Kromuell Xəstəxanasının məsləhətçi kardioloqu Fəvvaz Əxrəs və təqaüddə olan diplomat Səhər Otrinin qızıdır. Valideynləri sünni, Suriya mənşəli və əslən Homsdandırlar. O, Londonda qızlar məktəbini bitirb və London Kral Kollecində informatika elmində və franssız ədəbiyyatı sahəsində təhsil alıb. Universitetdən sonra Deutsche Bankda Avropadan və Uzaq Şərqdən olan müştərilərlə sığorta şöbəsində işləyirdi. 1998-ci ildə J. P. Morgan kompaniyasında biotexnoloji və əczaçılıq şirkətlərinin birləşməsində və hopdurmalarında ixtisaslaşaraq, fəaliyyətə başlayıb. Əsma Suriyaya 2000-ci ilin noyabr ayında qayıtmışdı və dekabrda Bəşər Əsədə ərə getmişdi.
Əsəd Dilbazov
Dilbazov Əsəd Kamil ağa oğlu (12 yanvar 1926, Qazax rayonu – 21 iyul 2003, Bakı) — İqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsinin dekanı (1975–1980), Şöhrət ordeni laureatı. Mənsub olduğu Dilbazilər nəslindən çıxan ən hörmətli və nüfuzlu şəxslərdən biri olmaqla, Əsəd Kamil ağa oğlu Dilbazov Azərbaycanın tarix və iqtisad elmində adı vəfatından sonra da ehtiramla çəkilən bir adamdır. Tarixçi və iqtisadçı elm adamları onu iqtisad və tarix sahəsində Azərbaycan eLminə əhəmiyyətli töhfələr vermiş, öz xalqının, öz ölkəsinin sosial-iqtisadi, mədəni-məişət problemiərinə həssaslıqla yanaşmağı bacaran bir alim kimi qiymət verir, yad edirlər.Ali məktəb mühitində öz sağlam zəkası, mühakimə qabiliyyəti və təfəkkür dərinliyinə malik birziyalı, görkəmli alim və pedaqoq, bacarıqlı ali məktəb təşkilatçısı kimi tanınan iqtisad elmləri doktoru, professor Əsəd Dilbazov 1926-cı il yanvarın 12-də Qazax mahalının qədim Xanlıqlar kəndində sovetləşmədən sonra öz səksə- kəli həyatını yaşayan bir bəy ailəsində anadan olmuşdu. Beş yaşında ikən — 1931-ci ilin fevralında ailənin və qohumların başına gələn fəlakətin ağırlığını 5 il sürən Qazaxıstan sürgünündə dərk etmişdi. Ailə 1936-cı ildə sürgündən qayıdanda artıq 10 yaşını keçmişdi və hər şeyi yaxşı dərk edirdi. Ata sürgün yerində bu müdhiş məşəqqətlərə dözməyib vəfat etmişdi.Ailənin azyaşlı övladı Səmayə də orada tələf olmuşdu. Qazaxıstanın qızmar çöllərindən bu iki qardaş Əsəd və Ağalar Qazağa anaları Gövhər xanımla qayıtmışdılar. Əsəd Dilbazov 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini "orta məktəb tarix müəllimi" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurur. Üstəlik 1947-ci ilin martında artıq Kommunist Partiyasına üzv ola bilmişdi. Anketin ictimai mənşə qrafasında "kəndli ailəsində" doğulduğunu göstərmişdir.Ali məktəbi bitirdiyi il onun elmə olan həvəsni,hazlığını və əlbəttə,partiyalığını nəzərə alaraq aspiranturada saxlamışdılar.Elə həmin tarixçə ali məktəblərdə onun uzun sürən-56 illik elmi həyatının baçlanğıc nöqtəsi sayıla bilər.Onun APİ-nin SSRİ tarixi kafedrasında "aspirantura dövrü" 1947-ci il oktyabrın 1-dən 1950-ci il oktyabrın 1 göstərilir.
Əsəd Həsənov
Əsəd Oktay
Doktor Əsəd Oktay, Əsəd bəy Oktay və ya Əsəd bəy Hacıyev (1885, Zinzal[d], Qafqaz diyarı – 25 iyun 1972) — Türkiyə Böyük Millət Məclisinin VII, VIII, IX çağırış millət vəkili, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Parlamentinin sədri. Əsəd bəy Ərdəhanın Çıldır bölgəsində yerləşən Zinzal kəndində anadan olmuşdur. Moskva Universiteti tibb fakültəsinin məzunudur. Daxili xəstəliklər üzərinə mütəxəssisdir. Oltu, Qars və Bakı xəstəxanalarında həkim olaraq çalışmışdır. Əsəd bəy Qars Bələdiyyə həkimi, Qars Məmləkət Xəstəxanası daxili xəstəliklər mütəxəssisi və başhəkimi olaraq da çalışmışdır. Hökumət təbibliyi də etmişdir. Əsəd bəy 25 iyun 1972-ci ildə 82 yaşında vəfat etmişdir. Əsəd bəy özü haqqında belə yazmışdır: Evli olmuşdur, 7 uşağı var idi. 7 yanvar 1919-cu ildə İkinci Ardahan Konqresi keçirilmişdir.
Əsəd Qaraqaplan
Əsəd Əliyev
Əsəd Əliyev (23 may 1970) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Əsəd Əliyev 1993-cü ildə İstanbul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Rusiya nümayəndəsi Beslan Tsaqiyeva məğlub olan Əsəd Əliyev Avropa Çempionatının gümüş medalına sahib oldu. 1994-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan Avropa Çempionatını isə Əsəd Əliyev 18-ci pillədə başa vurdu. Daha sonra Əsəd Əliyev 1995-ci ildə Bezanson şəhərində (Fransa) Avropa Çempionatını 14-cü, Praqa şəhərində (Çexiya) Dünya Çempionatını isə 22-ci pillədə başa vurdu. 1996-cı ildə Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatını 15-ci, 1997-ci ildə Kouvola şəhərində (Finlandiya) baş tutan Avropa Çempionatını isə 12-ci pillədə başa vuran Əsəd Əliyev, 1997-ci ildə idmanla vidalaşdı.
Əsəd Qarayev
Qarayev Əsəd Həsənəli oğlu (1884, Qarğabazar, Cəbrayıl qəzası – 11 yanvar 1938, Bakı)-nazir, dövlət xadimi Əsəd Həsənəli oğlu 1884-cü ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində doğulmuşdu. Kənd məktəbini bitirmişdi. Sonra partiya məktəbində oxumuşdu. Qaryagin və Kürdüstan qəza komitəsinin sədri, Azərbaycan torpaq komissarı işləmişdi. Əsəd Qarayev Zaqafqaziya MIK-nin üzvü idi. Əsəd Qarayev 7 dekabr 1937-ci ildə tutulub. 1 yanvar 1938-ci ildə repressiyaya uğrayıb. Əsəd Qarayev Sitarə Hüseyn qızı ilə ailə qurmuşdu. Rafiq adlı oglu, Şəfiqə adlı qızı vardı. Караев А. Г. Национальной вопрос.
Əsəd Qeysər
Asad Qayser (urdu اسد قیصر;15 noyabr 1969) — Pakistanlı siyasətçi, 2018-ci ilin avqust ayından milli məclisin sədri.Vəzifədən əvvəl o, Milli Assambleyanın üzvü idi. Qayser 15 Noyabr 1969-cu ildə Pakistanın Suvabi rayonunda anadan olmuşdur. (Pakistan qəzetlərinin birində yazılanlara görə o, 15 noyabr 1968-ci ildə Marquzda anadan olmuşdur.) İlk təhsilini Marquzdakı Hökumət ali orta məktəbindən almışdır. Daha sonra Peşəvər Universitetini bitirib, incəsənət bakalavr dərəcəsi almışdır. 1995-ci ildə məzun olduqdan sonra Pakistanın Camaat-e-İslaminin bir hissəsi olan Pasbanın bölgü prezidenti oldu.
Əsəd Saqay
Əsəd Saqay (türk. Esat Sagay; 1 yanvar 1874, Saloniki – 22 may 1938, İstanbul) — Osmanlı və Türkiyə hərbi zabit, təhsil xadimi, siyasətçi və keçmiş hökumət naziri. Əsəd Saqay 1874-cü ildə Yunanıstanın Saloniki şəhərinə yaxın, o dövrdə Osmanlı imperiyasının bir hissəsi olan Karaferiye şəhərində anadan olmuşdur. O,1894-cü ildə hərbi akademiyanı bitirmişdir. Bundan sonra Osmanlı imperiyasının bir hissəsi olan Suriyada xidmət müddətinin ardından hərbi akademiyada müəllim olaraq İstanbula qayıtmışdır. Türkiyə Cümhuriyyətinin qurucusu olacaq Mustafa Kamal onun tələbələri arasında idi. Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə iştirak etmişdir. Saqay 1919-cu ildə polkovnik rütbəsində olarkən hərbi xidmətdən təqaüdə çıxmış və mülki həyata qayıtmışdır. O, 22 may 1938-ci ildə vəfat etmişdir.
Əsəd Zeynallı
Əsəd İsgəndərov
Əsəd Əhmədov
Əsəd Cəlal oğlu Əhmədov (15 iyul 1970, Saral, Hamamlı rayonu – 31 iyul 1992, Papravənd, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Əsəd Əhmədov 15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniyada tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi. Əsəd Əhmədov Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir. O, 1992-ci il 31 iyulda Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur. Subay idi. Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Əsəd Əsədli
ESƏD
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi erməni soyqırımının tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
Ənvər Əhməd
Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu; 8 avqust 1943, Salmanbəyli, Ağcabədi rayonu – 17 fevral 2022, Ağcabədi rayonu) — şair, tərcüməçi, ədəbiyyatşünas, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), "Qızıl qələm" mükafatı laureatı, beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru, professor (2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü (2001). Ənvər Əhməd 1941-ci il avqustun 8-də Azərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulmuşdur. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirmişdir (1961).Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1963–1968)."M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə etmişdir (1982). Hazırda AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlamışdır. "Dağ və mən" adlı ilk şeiri 1962-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc olunmuşdur. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi işləmişdir (1961–1962). Sonra Ağcabədi rayon "Sürət" (indiki "Aran") qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri (1968–1976), Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti (1976–1994) işləmişdir. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru (1994–2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru (2000–2002) olmuşdur. Sonuncu iş yeriAzərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilmişdir (1991).
Əhməd Əsəd Uras
Əhməd Əsəd Uras (türk. Əhməd Əsəd Uras, əsl adı türk. Ahmet Esat Uras; 1882, Amasya – 11 yanvar 1957 və ya 1957, Ankara) — türkiyəli siyasətçi. 1882-ci ildə Amasiyanın Qumacıq məhəlləsində doğulmuşdur. Ataları vaxtilə Şirvan-Kürdəmir bölgəsindən gəlmiş, Şirvanzadələr ailəsinə mənsubdurlar. Şamaxıdan Amasiyaya gələn babası İsa Ruhi Əfəndi Mövlanə İsmayıl Şirvanizadənin qardaşı oğlu və kürəkənidir. Əsəd Urasın atası Hacı Nuri bəy Osmanlı dövlətində qazı olub. Əsəd Uras ilk təhsilini Fateh Əsgəri rüşdiyyəsində və Vəfa Edadisində alıb. 1904-cü ildə Mülkiyə məktəbinin siyasi elmlər fakültəsini bitirib. Bir müddət İzmir liseyində fransız dili müəllimi olaraq çalışıb.
Eşted (teleqüllə)
«Eşted» (çex. Ještěd) — Liberets yaxınlığındakı Eşted dağında (dəniz səviyyəsindən 1012 metr yüksəklikdə) 1966-1973-cü illərdə hiperboloid quruluşu şəklində inşa edilmiş bir bina. Eşted Architekt jurnalına görə Çexiyanın XX əsrdə inşa edilən ən məşhur binasıdır. Şəhərin memarlıq dominantıdır, bütün Liberest bölgəsi kimi şəhərdə olan universitet və bir futbol klubunun simvoludur. 1998-ci ildən televiziya qülləsi Çexiyanın mədəniyyət abidəsi statusuna sahibdir. 2006-cı ildə Milli Mədəniyyət abidəsi elan olunmuşdur. Müəllifin fikrinin əsası təpənin şəklini qüllənin silueti ilə təkrarlamaq, vurğuları tamamlamaq olur. Tikilinin hündürlüyü demək olar ki, 100 metrdir. Əsası 33 metr diametrli bir dairədə yerləşir. Layihənin müəllifi və memarı Karel Qubaçekdir, statik hesablamalarda Zdenek Patrman və interyerin həllində Otakar Binar iştirak etmişdir.
Aleksey Şved
Aleksey Viktoroviç Şved (16 dekabr 1988, Belqorod) — Ximki komandasında oynayan rusiyalı peşəkar basketbolçu. Ximki komandasına qədər isə o, üç mövsümü NBA-da keçirdi: iki ili Minnesota Timbervulvz komandasında, üçüncü ili isə (2014/2015) birdən-birə üç klubda — Filadelfiya Seventi Siksers, Hyuston Rokets və Nyu-York Niksdə iştirak edib. Rusiya basketbol çempionatında 2010/11-ci ildə ən çox inkişaf edən oyunçu seçilmişdir. Rusiya basketbol komandası ilə 2012 Olimpiya Oyunlarının və 2011 Avropa çempionatının bürünc medallarının sahibidir. 20 avqust 2012-ci ildə Rusiya Milli Basketbol Komandasının 2012 Olimpiadasında müvəffəqiyyətli bir çıxışından sonra (Alekseyin son saniyələrdə atdığı üç xallıq atışı Argentina yığmasına qarşı həlledici oldu və komandası 3-cü yerə sahib oldu) Şved "Rusiyanın əməkdar idman ustası" adına layiq görüldü. == Karyerası == Belqorod şəhər 1 nömrəli İdman məktəbində basketbol oynamağa başlamışdır. Alekseyin ilk məşqçisi atası Viktor Nikolayeviç Şved idi. O, həmçinin Anatoli Steinbok ilə məşq edirdi. Hücum edən müdafiəçi mövqeyində oynayırdı. "Conti" (Sankt-Peterburq), "Petrel" (Belqorod), CSKA (Moskva), "Ximki" nin gənclər komandalarında oynamışdır.
Maryan Şved
Maryan Vasilyoviç Şved (ukr. Мар’ян Васильович Швед; 16 iyul 1997, Nikolayev[d], Lvov vilayəti) — İspaniya təmsilçilərindən olan Sevilya Atletiko klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Ukrayna futbolçusudur. == Karyerası == === Karpati Lvov === Şved Lvov Oblastın Mikolaiv şəhərində anadan olmuşdur. Şved Karpati Lvov gənclər akademiyasının yetirməsidir. O, yeddi yaşında olarkən bu akademiyaya qəbul edilmişdir. Onun ilk məşqçisi Vasil Leskiv olmuşdur. Şved Karpati klubu ilə debütünü 1 mart 2015-ci ildə Ukrayna Premyer Liqasında Metallurq Donetsk klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Kiyevin Obolon Arenada keçirilən görüşdə Karpati rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. O, ilk qollarını 26 aprel 2015-ci ildə Olimpik Donetsk klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 4–1 hesabı ilə qalib gəlmişdir.
Səməd Abdullayev (əsgər)
Əhməd Əsad Paşa
Əhməd Əsad Paşa (1828, Xios – 1875, İzmir, Aydın vilayəti) — Sultan Əbdüləzizin səltənətində 2 dəfə — ümumlikdə 6 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Əvəz Məmmədov (əsgər)
Salehzadə Əhməd Əsad Əfəndi
Salehzadə Əhməd Əsad Əfəndi (6 sentyabr 1740, Konstantinopol – 23 dekabr 1814, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Atası Mehmed Saleh Əfəndi və qardaşı Mehmed Əmin Əfəndi də özü kimi şeyxülislam olmuşdur. 6 sentyabr 1740-cı ildə İstanbulda dünyaya gələn Əhməd Əsad Əfəndi III Mustafanın şeyxülislamlarından Mehmed Saleh Əfəndinin oğlu, I Əbdülhəmidin şeyxülislamlarından Mehmed Əmin Əfəndinin qardaşıdır. Dağıstanlı İbrahim Əfəndi, Seyid Əbdülhəlim Əfəndi və dönəmin digər alimlərindən dərslər aldıqdan sonra 1755-ci ildə müdərris oldu. Bir çox mədrəsələrdə xidmət göstərdikdən sonra 1770-ci ildə İzmir qazılığına, 1778-ci ildə isə Bursa qazılığına təyin edildi. 1782-ci ildə payə olaraq Məkkə qazılığını aldı. 1787-ci ildə İstanbul qazısı olmuş, bir il sonra Anadolu başqazılığına gətirilsə də, bu vəzifəsini 1790-cı ildə icra etməyə başlamışdır. 1791-ci ildə vəzifə müddətini tamamladı və bir müddət dövlət vəzifələrindən uzaq qaldı. Bu müddət ərzində Sultan Səlimin hazırlıq gördüyü islahat və reformasiya siyasətini dəstəkləyən proqramlar hazırladı. İslahat hərəkatının ən güclü dəstəkçilərindən olan Əsad Əfəndinin hazırladığı proqram daha çox hərbi sahədəki yeniliklərə əsaslanırdı.
Üryanizadə Əhməd Əsad Əfəndi
Üryanizadə Əhməd Əsad Əfəndi (1813, Konstantinopol – 17 yanvar 1899, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Ali el-Murtazâ, İlâveli Mecmûa-i Cedîde, İstanbul 1326–29, s. 4, 9–10, ayrıca bk. tür.yer. İlmiyye Salnâmesi, s. 609–612. Sicill-i Osmânî, I, 344. Abdurrahman Şeref, Târih Musâhabeleri (İstanbul 1339) (haz. Enver Koray), Ankara 1985, s. 249–250.