Əsəd Fərhad oğlu Həsənov (16 aprel 1988, İmişli rayonu – 1 oktyabr 2020, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Əsəd Həsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İmişli rayonu, Azərbaycan |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Ağdam rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2006—2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 |
Əsəd Həsənov 1988-ci il aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində anadan olub.[1] Ailəli idi. 3 yaşlı Mələk adında qızı və 2 yaşlı Hüseyn adında oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun kapitanı olan Əsəd Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə Qərargah rəisi idi və Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin, üç batareyasının məhv edilməsində fərqlənib. Əsəd Həsənov oktyabrın 1-də Ağdam rayonu istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsəd Həsənov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Şəhid Əsəd Həsənova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[4]
2022-ci ildə haqqında "Vəsiyyət" sənədli filmi çəkilib[5].