Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qambay Məmmədov
Qambay Ələsgər oğlu Məmmədov (rus. Мамедов Гамбай Алескерович; 1921, Şuşa – 1990, Bakı) — 1963–1976-cı illərdə Azərbaycan SSR-nin Baş Prokuroru. 1963-cü ilədək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin istintaq idarəsində çalışmış, 1971–1974-cü illərdə Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatı, 1975–1980-ci illərdə Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı olmuşdur. 1963-cü ildən isə prokuror vəzifəsinə gəlmişdir. Qambay Məmmədovun 2-ci Dünya müharibəsində Stalinqrad döyüşlərində iştirakı, qəhrəmanlıq göstərməsi onun üstünlüyü sayılırdı. 1 iyun 1976-cı ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi əmri ilə "prokuror-istintaq işinin təşkili, qanunçuluğa prokuror nəzarətinin həyata keçirilməsi işində ciddi nöqsanlara, prokurorluq orqanlarında kadrların həyata keçirilməsi və yerləşdirilməsi işində yarıtmaz vəziyyətə görə" işindən azad edilmişdi. 18 yanvar 1979-cu ildə isə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyündən xaric edilmişdi. 11 oktyabr 1989-cu ildə ona qarşı irəli sürülən ittihamlar qüvvədən düşdüyü üçün yenidən üzvlüyə bərpa edilmişdi. Həmin il noyabrın 20-si onun işindən azad edilməsi məsələsi də qanunsuz sayılaraq pensiya təyin edilmişdi. Qambay Məmmədovun vəzifələrinin əlindən alınması və partiyadan qovulmasını özünün Heydər Əliyevlə münaqişəsi ilə əlaqələndirirdi.
Qambay Vəzirov
Qambay Məmməd oğlu Vəzirov (19 avqust 1899, Gümrü, İrəvan quberniyası) — 13 oktyabr 1937) — hərbi xadim, diviziya komandiri, general-mayor. Repressiya qurbanı. İlk (yeddiillik) təhsilini İrəvan kişi gimnaziyasında almışdır. 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920–1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur. Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir. 1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdi.
Qambay Əlizadə
Alızadə Qambay Məşədi Əsgər oğlu — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki. Alızadə Qambay Məşədi Əsgər oğlu Gəncə şəhəri yaxınlığındakı Qızılca kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun dağ-mədən şöbəsini bitirmişdir. 1928-ci ildən Azərbaycan Politexnik İnstitutunun (indiki ADNSU) paleontologiya - tarixi geologiya kafedrasında laborant işləmiş, 1932-1960-cı illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki ADNSU), paleontologiya və tarixi geologiya kafedralarında dosent, professor vəzifələrində işləmiş, uzun müddət kafedraya başçılıq etmişdir. 1930-1941-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutunda böyük elmi işçi işləmişdir. 1938-ci ildə dissertasiya müdafiə etmədən geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1941-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1943-1945-ci illərdə bu institutun direktoru olmuş, 1941-1990-cı illərdə kaynozoy laboratoriyasına, paleontologiya və stratiqrafiya şöbəsinə rəhbərlik etmişdir. 1945-ci ildə "Azərbaycanın akçaqıl mərtəbəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1955-ci ildə Azərbaycan EA müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir.
El-Qamal sxemi
El-Qamal sxemi — 1985-ci ildə Sahib El-Qamal tərfindən təklif olunmuşdu. Bu sxem elektron imza və şifrləmə (encryption) üçün istifadə olunur. El-Qamal alqoritmi Diffie-Hellman alqoritminə əsaslanır. O, Diffie-Hellman alqoritmini iki alqoritm şəklində ifadə etmişdi. El-Qamal sxemi vasitəsilə şifrləmə 3 kompanentdən ibarətdir: Xüsusi açarın generasiyası Şifrləmə alqoritmi (Encryption algorithm) Deşifrlmə alqoritmi (Decryption algorithm) Xüsusi açarın generasiyası. n bit uzunluğunda təsadüfi p sadə ədədi generasiya olunur. Zp çoxluğundan təsadüfi g primitiv elementi seçilir. Elə təsadüfi x tam ədədi seçilir ki, 1<x<p-1 “y=gx mod p” hesablanır Burada açıq açar (p,g,y) üçlüyü, qapalı açar isə x-dır == Şifrləmə alqoritmi == Hər hansı “M” məlumatı aşağıdakı şəkildə şifrlənir Sessiya açarı seçilir - Elə təsadüfi k ədədi seçilir ki, 1<k<p-1 intervalında dəyişsin “a=gk mod p” və b=ykM mod p hesablanır (a,b) ədədlər cütü şifrlənmiş mətindir Asanlıqla görmək mümkündür ki, şifrlənmiş mətnin uzunluğu daxil edilmiş M mətnindən iki dəfə çoxdur. Digər tərəfdən k-nı göstərilən intervalda deyil, 1-ə və ya p-1-ə bərabər götürsək onda verilmiş məlumatın deşifrlənməsi ilk addımda baş verər ki, buda çox göndərilən məlumat üçün çox təhlükəlidir. == Deşifrləmə alqoritmi == x qapalı açarını bilməklə (a,b) şifrlənmiş mətnindən qəbul edilən mətni aşağıdakı düstur vasitəsilə əldə etmək olar: M=b(ax)-1 mod p Asanlıqla görmək olar ki, (ax)-1 ≡ g –kx (mod p) bu səbəbdən b(ax)-1 ≡ (ykM)g-xk ≡(gxkM) g-xk ≡ M (mod p) hesablamaq olar.
Balbal
Balballar - Orta Asiya türklərində, şamanizm dininin etibarlılığını geniş şəkildə qoruduğu dövrdə, ölən döyüşçülərin kurgan deyilən məzarlarının ətrafına tikilmiş, döyüşçünün öldürdüyü düşmənləri işarələyən, ümumiyyətlə bir daş parçasının üzərinə yonulmuş bir əlində qılınc, fiqurlarından ibarət olan heykəllərə verilən ad. Bu daşların sayının çoxluğu ölən adamın sağ ikən; gücünün, cəsarətinin, qəhrəmanlığının da simvoludur. Köhnə Türklərdə adamın xatırlanması üçün məzarının və ya bəzi kurganların ətrafına tikilən daş. Balballar Göy türk soylularının həyatdaykən öldürdükləri düşmənlərini işarələyirdi. Məsələn, Orxon çayı sahilindəki Kültigin abidəsində aparılan qazıntılar zamanı məzarın ətrafında yüzlərlə balbal tapılmışdı. İnanışa görə, Göytürk döyüşçüsünün öldürdüyü düşmənləri, o biri dünyada onun xidmətində olacaq.
Gumball
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe", "Boulder Media" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı. Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s.
Kambar
Kambay
Kambay (ing. Kambay, Cambay) — Hindistanda ingilis istilası dönəmində xanlıq. == Tarixi == Kambay körfəzində yerləşirdi, mərkəzi Kxambxat idi. Müasir Qucarat ştatının ərazisində idi, 1730-cu ildə yaranıb. Böyük Moğollar imperiyasının nəvvablarından olan şiə I Mirzə Cəfər Mömün xan tərəfindən yaradılmışdı. 1802-ci ildən 1947-ci ilədək Kambay Böyük Britaniyanın protektoratı idi. 10 iyun 1948-ci ildə Hindistan xanlığı rəsmən ləğv etdi, Maxaraştra ştatının tərkibinə daxil oldu.
Qamqam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Qandal
Qandal — bir adamın biləklərini bir-birinə yaxın tutmaq və hərəkət qabiliyyətini maneə törətmək məqsədiylə hazırlanmış alətlərdir. Ümumiyyətlə bir zəncir ya da bar ilə bir-birinə tutdurulmuş iki oval parçadan meydana gələr. Metal xəlitəli ola biləcəyi kimi praktik plastik qandalların da istifadəsi yayılmışdır. Metal qandallar ümumiyyətlə bir açarla aça bilən kilid mexanizminə malikdir. Bəzi modellərdə dönən bir vint köməyi ilə qandal bağlanıla bilər və açıla bilər. Qandallar ümumiyyətlə polis və digər təhlükəsizlik işçilərin tərəfindən şübhəlilərin qaçmasını önləmək məqsədiylə istifadə edilər.
Qanqal
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
Qartal
Qartal (lat. Aquila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 75–88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2–3 yaşlarında yetişkənliyə çatırlar. Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.
Qaxbaş
Qaxbaş — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət hər iki cinsdən toplam 230 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 1376 təsərrüfatda hər iki cinsdən toplam 3085 nəfər əhali yaşayır. Həmçinin kəndin bir hissəsində gürcülər də yaşayır. Qaxbaş oyk., miir. Qax r-nunun Qaxingi- loy i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Bu oykonim Qax (oyk.) və baş (yuxan, üst tərəf) sözlərinin birləşməsindən əmələ gəlmişdir. “Qax şəhərinin yuxarısında, üstündə yerləşən yaşayış məskəni” mənasım bildirir.
Qaybalı
Qaybalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Qeybalı kəndi Xəlfəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qeybalı kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaybalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Kənd keçmişdə Qeybalıkənd adlanmışdır. Bu ad qismən təhrifə ugramışdır. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycanın Xoy mahalındakı Qeybəyli (Qayıbaylı) kəndindən koçüb gələnlər salmışlar. Bəzi tədqiqatçılar bu toponimi Qeybalı şəxs adi ilə əlaqələndirirlər. Qaybalı kəndi Əzət bəyim Cavanşirə məxsus olub.
Sambat
Sambat (yun. Σαμβατας) — Kiyev şəhərinin ya da qalasının adlarından biri. Birinci kəz X-cu əsrdə Konstantinos Porfirogennetos VII tərəfindən De Administrando Imperio-da (hardasa 948-ci il) sənədləşib. Sambat sözü xəzər türkçəsindən sam ("hündür, üst") ilə bat ("güclü") sözlərində yaranıb. Qərb tarix elminə görə Sambat şəhərinin qeyd edilməsi Kiyevin xəzərlər tərəfindən dikilməyini bildirir. Архипов A. A. Barədə bir qədim adı Kiyevin // tarixdən rus mədəniyyətinin. — M.: Dilləri, slavyan mədəniyyət, 2002. — S 2/1. — S. 30-46. — ISBN 5-7859-0142-0.
Simbal
Cimbal üst hissəsi geniş trapez formalı gərilmiş metal qutudan ibarət olan kardafon (chordophone) növüdür. Cimbal 2 döyəcləyici (çubuq) ilə simlərə zərbə endirməklə çalınır. Moravyada bu alət xalq musiqi ansamblı üçün əsas alətlərdən biri kimi istifadə olunur. Cimbalom qrupları günümüzdə ənənəvi musiqi sərgiləyən ən gözlə görülən və ikonik topluluqlar arasındadır. 19-cu əsrdə Moravya musqisinin "kiçik" cimbalom xüsusiyyəti, 20 əsrdə geniş bir istifadə sahəsi tapan olduqca yeni bir musiqi aləti olan "standart" cimbalom ilə dəyişdirildi. Cimbalom qrupunun lideri və ya "şefi" Çexiyada "primáš" olaraq adlandırılan skripkaçıdır (violinist). İkinci violinist- "obligát" isə sıxlıqla düz melodiyanı çalar və "primáš"-ı dəstəkləyər (izləyər). Moravya cimbal qruplarının digər önəmli musiqi alətləri klarnet və kontrabasdır.
Tambala
Tambala — Malavi Respublikasının (Malavi kvaçisinin yüzdə biri) mübadiləsində istifadə olunan pul vahididir. 15 fevral 1971-ci ildə pul islahatı nəticəsində valyutaya daxil edilmişdir. Tambala nıyanca «xoruz» (ing. rooster) mənasına gəlir. Xoruzun təsvirini isə 1 nominallı tambalanın üzərində görmək olar. Tambala 1 2, 5, 10, 20, 50 nominallı sikkələr və 50 tambalalıq əsginaslar ilə buraxılırdı, amma onlar aşağı dəyərə malik olduqları üçün pul dövriyyəsindən praktiki olaraq yox oldular.
Xammal
Xammal — ekosistemdə təbii şəraitdə yaranan və insan tərəfindən ilkin formada istifadəyə götürülən əmtəə. İnsanın və canlı təbiətin maddi və mədəni təlabatının ödənilməsi prosesində istifadə edilən təbiətin komponentlər toplusu. Xammal təbiətdə gedən proseslərin fiziki nəticəsidir. Bir sıra xammalları çıxmaq şərti ilə bir çoxu məhdud həcmdədir və təkrar istehsalı yolu elm tərəfindən tapılmayıb. Xammalların bir hissəsi cəmiyyət üçün strateji əhəmiyyət daşıyır, bir hissəsi isə insan təlabatını ödəmək üçün istifadə edilir. Сырьевые резервы землян. Имеется ли возможность покинуть Солнечную систему в настоящее время?
Zambar
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Şahbal
“Shahbal” 2006-cı ildən ”Shahbal Group” tərəfindən istehsal olunur. İran istehsalı olan hərbi təyinatlı, çoxməqsədli PUA-dır. “Şahbal” modelinin uzaqdan idarə olunan vasitələri yalnız hərbi məqsədlər üçün istifadə olunur. PUA kəşfiyyat, patrul, döyüş yerlərinin monitorinqi və s. ilə əlaqəli tapşırıqları yerinə yetirmək üçün hazırlanıb. Kifayət qədər dar təyinatı səbəbindən “Şahbal” məhdud tətbiq sahəsinə malikdir, lakin bu dronun aşağı qiyməti onu PUA operatorlarının təlimi ilə əlaqədar digər vəzifələrin icrası üçün istifadə etməyə imkan verir. Hərbi təyinatlı pilotsuz hava vasitəsi üçün “Shahbal” pilotsuz aparatı kifayət qədər yığcam ölçülərə malikdir, bu da ona yüksək uçuş sürətini inkişaf etdirməyə və manevrli olmasına imkan verir. 2 metr 5 santimetr füzelaj uzunluğu olan “Shahbal” PUA-sının qanadları 2 metr 48 santimetr, kütləsi isə cəmi 9,5 kiloqram təşkil edir. Cihazın maksimum uçuş çəkisi 17.5 kiloqramdır. “Shahbal” PUA-sı 180 km/saat yüksək uçuş sürətini inkişaf etdirməyə imkan verən aşağı gücə malik porşenli daxili yanma mühərriki ilə təchiz edilir.
Şambul
Şambul — Azərbaycan Respublikasının Balakən rayonunun Şambul kənd inzibati ərazi dairəsində kənd. Alazan-Əyriçay vadisində yerləşir. Kəndi həmin zonada yaşamış Avarlar salmışdır. Yerli əhalinin məlumatına görə, kəndin adı Şambul şəxs adı ilə bağlıdır.Şambul sözü eyni zamanda qamış, şiş uclu mənalarında işlənmişdir. Kəndin əhalisi 3.000-ə yaxındır demək olar ki 98 % Avarlardan ibarətdir, avarlardan başqa isə azərbaycanlılar, saxurlar və qaraçılar, qisməndə ruslar, ukraynalılar, tatarlar, ləzgilər, yaşayırlar. Şambul kəndində 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 poçt məntəqəsi, Şambul kənd bələdiyəsi, Şambul kənd inzibati ərazi dairəsi, bir neçə dərnək, 1 uşaq bağçası, 3 məscid, 2 körpü vardır. Kənddə Şambul kənd məscidi dini icması fəaliyyət göstərir.
Şamxal
Şamxal, Şavkal və ya Şauxal — Dağıstanda qumuq, lak, dargi və s. hakimlərinin titulu. XII əsrin sonundan 1867-ci ilə qədər mövcud olmuşdur. Şamxal titulu Qazıqumuxda feodal əyanlarının məclisində verilir, eyni zamanda krım-şamxal (gələcək şamxal) müyyənləşdirilir. XVII əsrdən şamxalın haknmayyəti irsi idi və şamxal titulünu yalnız qumuq hakimlərn daşıyırdı. Şamxalın iqamətgahı Qazıqumux, Tərki və Buynak kəndlərində yerləşirdi. Шамхал // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Qambit
Qambit (komiks) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Qambit (şahmat) — Şahmat termini.
Ambar
Ambar — Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari. Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi. XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir. Ehtimal ki, Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır. Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər. Bəzi tədqiqatçılara görə türk dillərində ambar, ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.