Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İran–Oman münasibətləri
İran—Oman münasibətləri — İran və Oman arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == 1960-70-ci illərdə İran Dofar qiyamı zamanı Omana hərbi yardım göstərir. İran-İraq müharibəsi (1980-88) dövründə İran və İraq atəşkəs razılaşmasını imzalamaq üçün Maskatda gizli danışıqlar aparmışlar. Razılaşmanın imzalanmamasına baxmayaraq danışıqlar tərəflər arasında inamsızlığın azalması ilə nəticələnir. 1988-ci ildən sonra Oman İran və İngiltərə, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətləri bərpa etmək üçün vasitəçi kimi çıxış edir. Son onilliklərdə Omanın İranla ənənəvi olaraq yaxşı münasibətləri İranın Fars körfəzindəki neft tankerlərinə hücumları və İranın Hörmüz boğazı sahillərində Çin istehsalı olan HY-2 raket buraxıcılarını yerləşdirməsi ilə bir qədər pozulur. Buna cavab olaraq Oman Sultanlığı İran ərazisindən cəmi altmış kilometr məsafədə yerləşən Musandam valiliyində hərbi varlığını artırmışdır. İran düşmən olmasa da, Oman üçün bir nömrəli strateji təhlükədir. Oman hökuməti İranla qarşıdurma təhlükəsinin diplomatik danışıqlar yolu ilə azaldıla biləcəyinə inanır. Bu səbəbdən Oman ABŞ və İranla münasibətlərində balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır.
İran—Oman münasibətləri
İran—Oman münasibətləri — İran və Oman arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == 1960-70-ci illərdə İran Dofar qiyamı zamanı Omana hərbi yardım göstərir. İran-İraq müharibəsi (1980-88) dövründə İran və İraq atəşkəs razılaşmasını imzalamaq üçün Maskatda gizli danışıqlar aparmışlar. Razılaşmanın imzalanmamasına baxmayaraq danışıqlar tərəflər arasında inamsızlığın azalması ilə nəticələnir. 1988-ci ildən sonra Oman İran və İngiltərə, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətləri bərpa etmək üçün vasitəçi kimi çıxış edir. Son onilliklərdə Omanın İranla ənənəvi olaraq yaxşı münasibətləri İranın Fars körfəzindəki neft tankerlərinə hücumları və İranın Hörmüz boğazı sahillərində Çin istehsalı olan HY-2 raket buraxıcılarını yerləşdirməsi ilə bir qədər pozulur. Buna cavab olaraq Oman Sultanlığı İran ərazisindən cəmi altmış kilometr məsafədə yerləşən Musandam valiliyində hərbi varlığını artırmışdır. İran düşmən olmasa da, Oman üçün bir nömrəli strateji təhlükədir. Oman hökuməti İranla qarşıdurma təhlükəsinin diplomatik danışıqlar yolu ilə azaldıla biləcəyinə inanır. Bu səbəbdən Oman ABŞ və İranla münasibətlərində balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır.
İman
İman (İran) — İranda kənd. İmanşahlı — Qərbi Azərbaycanın Qəmərli rayonu ərazisində kənd. İmanşəhr — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər.
Aqil İman
Hacıyev İman Həsən oğlu (1 dekabr 1958, Daşkənd, Basarkeçər rayonu – 29 avqust 1996, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi. == Həyatı == Aqil İman 1 dekabr 1958-ci ildə Göyçə mahalının Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan olub. Orta məktəbin VIII sinfinə kimi doğulduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində оxumuşdur. 1976-cı ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1981-ci ildə ali təhsilini başa vurmuşdur. 1981–1983-cü illərdə Tambov şəhərində hərbi xidmətdə olmuşdur. 1984-cü ildən 1986-cı ilə qədər "Yevlax Qaz İdarəsi"ndə, 1986-cı ildən 1993-cü ilə kimi isə Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Beton Məmulatları Zavodunda mühəndis işləmişdir. 1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində könüllü iştirak etmişdir Aqil İman 29 avqust 1996-cı ildə ürək dayanmasından dünyasını dəyişmişdir. Məzarı Bərdə rayonu Yeni Daşkənd kəndindədir. == Ailəsi == Ailəli idi. İki oğlu var.
Növrəs İman
Növrəs İman (13 may 1903, Ağkilsə, Yeni Bəyazid qəzası – XX əsr) — Azərbaycanlı ustad şair, aşıq. == Həyatı == Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir.İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır. Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur. Təəssüf ki, o , xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv etmişdir.
Qılman İman
Qılman İman (tam adı: Həsənli Qılman İman oğlu; 15 fevral 1986, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı şair-publisist, "goyce.az" saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010), Prezident təqaüdçüsü (2010). == Həyatı == Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. 1992-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə qəbul olmuş və 2003-cü ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbinin ХI sinfini əla qiymətlərlə bitirmişdir. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə qəbul olub və 2007-ci ildə həmin ixtisası bitirmişdir. 2004-cü ildə "İslahat" qəzetində poeziya şöbəsinin müdiri, 2005-ci ildə "Etiraf" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdır. 2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir. İran, Türkiyə, Ukrayna, Fransa mətbuatında şeirləri çap olunub. Haqqında tanınmış şair və yazıçıların rəy və resenziyaları çap olunmuşdur. 2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.
İman (ad)
İman — ad və təxəllüs. İslam dinində iman sözünün anlamı böyükdür. Adın İmanov, İmanlı soyad formaları vardır. İman Məcidov — rejissor. İman Alməmmədov — Vətən müharibəsi şəhidi. İman Quliyev — Vətən müharibəsi şəhidi. İman Məmmədzadə — Vətən müharibəsi şəhidi. İman Şampert — Amerikalı basketbolçu. İman — Azərbaycan şairi. Təxəllüsü: Aqil İman — Azərbaycanın ustad şairi, aşıq, el nəğməkarı.
İman Alməmmədov
İman Tarverdi oğlu Alməmmədov (17 may 1999, Kolanı, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == İman Alməmmədov 17 may 1999-cu ildə Şahbuz rayonunun Kolanı kəndində dünyaya göz açmışdır. Orta təhsilini əvvəlcə, Şahbuz rayon Kolanı kənd orta məktəbdə, sonra isə Babək rayon Vayxır kənd məktəbində almışdır. Orta məktəbdən məzun olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan İman Alməmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Hadrutun, həmçinin, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin və Xocalı rayonunun Çanaqçı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuş, Şuşa rayonunun Daşaltı kəndində mühasirədə qalsa da, mühasirədən çıxmağı bacarmışdır. İman Alməmmədov 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Şahbuz rayonunun Kolanı kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
İman Cəfərli
İman Zeynalabdın oğlu Cəfərovun (1963, Qaraçuq, Naxçıvan rayonu) - Filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi == Həyatı == İman Cəfərov 1963-cü ildə Naxçıvan MR Naxçıvan rayonunun Qaraçuq kəndində anadan olub. == Təhsili == 1970-1980-ci illərdə Qaraçuq kənd orta məktəbində təhsil alan İman Cəfərov 1981-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) “Azərbaycan dili və ədəbiyyat müəllimi” ixtisasına qəbul olunmuş, dörd il bu ali məktəbdə Muxtar Respublikanın görkəmli alimlərindən biliklər almışdır. 1985-ci ildə görkəmli alim İsa Həbibbəylinin elmi rəhbərliyi ilə “Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin ideya-bədii xüsusiyyətləri” mövzusunda diplom işi müdafiə edən İ.Z.Cəfərov ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Prinsipcə qeyd edilən diplom işinin müdafiəsi İ.Z.Cəfərovun həyatında əsaslı dönüş mərhələsini təşkil etmişdir. Həmin diplom işinə ustad-müəllim İsa Həbibbəylinin əlyazma rəyindəki aşağıdakı cümlələr tələbənin həyat yolunu tamamilə dəyişmişdir: “Diplom işi müvəffəqiyyətlidir. Orijinal müşahidə və mülahizələrin nəticəsidir. Böyük elmə gedən yollarda iradə, təmkin, coşğun həvəs arzulayıram.” == Pedaqoji fəaliyyəti == 1985-1990-cı illərdə Babək rayonunun Payız kənd orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışan İman Cəfərov əsl xalqçı müəllim ömrünü təkrarlamışdır. O, ucqar dağ kəndinin məktəbində radio qovuşağı təşkil etmiş, müəllim yoldaşların və şagirdlərin köməyi ilə böyük tənəffüslərdə radio-dərslər yaratmış, məktəbdə Məhəmmədhüseyn Şəhriyarla, Məmməd Arazla, Şah İsmayıl Xətai ilə bağlı elmi konfransların keçirilməsinə nail olmuşdur. 1990-cı ilin sentyabr-oktyabr aylarında qısa bir müddətdə Babək rayonunun Nehrəm kənd orta məktəbində müəllim vəzifəsində işləyən İman Cəfərov həmin ilin noyabr ayından Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. O, bu ali məktəbdə əvvəlcə dispetçer vəzifəsini icra etmiş, daha sonra “Azərbaycan ədəbiyyatı” kafedrasında baş laborant, kabinə müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır.
İman Mütləq
İman Mütləq (Səudiyyə Ərəbistanı) — İordaniyalı sahibkar, maliyyəçi, sosial fəal; "Sigma Investments Group" şirkətinin banisi. == Həyatı == Mütləq Səudiyyə Ərəbistanında anadan olub. Atası vəfat edəndə onun 6 yaşı var idi, anası onun təlim tərbiyəsi ilə məşğul olmuşdur. Ailəsinin Səudiyyə kral ailəsi ilə sıx münasibətlərinin olmasına baxmayaraq, Mütləq var gücü ilə ərəblərin tipik kişi ictimai həyatına qoşulmağa cəhd etmişdir. 14 yaşı olanda təhsilinə dəstək olmaq məqsədi ilə toxuduğu əşyaları məktəbdə satırdı.İman Mütləq iki övladını 24 yaşında həyat yoldaşından boşandıqdan sonra tənha ana olaraq böyütmüşdür.[1]Mütləq Nyu York Texnologiya İnstitutunda Biznes Administasiyası magistraturasında maliyyə təhsili almışdır.[1]Mütləq artıq 18 yaşında şəxsi ixrac-idxal biznesini yaratmış və daha sonra 27 yaşında Yaxın Şərq və Şimali Afrikanın regionalarını əhatə edən maliyyə sənayesinə daxil olmuşdur. O hazırda İordaniyanın Sigma İnvestments şirkətini idarə edir.[1]O 2015-ci ildən MENA (Orta Şərq və Şimali Afrika) bölgəsində maliyyə xidmətləri ilə məşğul olan Bəhreyn "İngot Consutation" şirkətini idarə edir; bu şirkət dünya valyutaları və dəyərli metallarla ticarət etməyə, müştərilərə valyuta bazarına çıxmağa imkan verir. == Təltif və muzeyləri == Forbes jurnalının Orta Şərq nəşri 2016, 2017 və 2018-ci illərdə İman Mütləqi "100 ən güclü Ərəb qadın iş adamı" siyahısında 32, 41 və 38-ci sırada qərarlaşdırmışdır. 2017-ci ildə Şri-Lankada Hilton Mehmanxanasında keçirilən "Asia-Pacific Executives" (Asiya-Sakit okean vəzifəli şəxsləri) forumunda əsas məruzəçi. 2016-cı ildə Korporativ sektorda MENA üzrə Amerikan Ticarət Palatasında Qadınlar Şurasında ən yaxşı qadın. 2015-ci ildə İordaniyanın öncül iş qadını.
İman Məmmədov
İman Nəcəfqulu oğlu Məmmədov (1910, Çardaqlı, Zəngəzur qəzası) — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi. == Həyatı == 1910-cu ildə Zəngəzur qəzasında (Qubadlı) Çardaxlı kəndində dünyaya göz açıb, 1932-ci ildə Şuşa Pedoqoji məktəbini, 1950-ci ildə Pedoqoji İnstitutunu bitirib. Bir sıra vəzifələrdə çalışan İ.Məmmədov 1941-ci ilin fevralından 1948-ci ilin avqustuna kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çaılışıb.
İman Məmmədzadə
İman Elman oğlu Məmmədzadə (14 sentyabr 1998, Azərbaycan – 1 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İman Məmmədzadə 1998-ci il sentyabrın 13-də Lerik rayonun Kəlvəz kəndində anadan olub. Subay idi. Qardaşı Bəhram Məmmədzadə də İkinci Qarabağ müharibəsində şəhid olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İman Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İman Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamı ilə İman Məmmədzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə İman Məmmədzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə İman Məmmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
İman Nağıyev
== Həyatı == Nağıyev İman Məmməd oğlu 1957-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır. 1979–1987-ci illər ərzində Yasamal rayon xalq məhkəməsində tərcüməçi, məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 1987-ci ildən 1990-cı ilədək Şamaxı rayon xalq məhkəməsinin hakimi, 1990–2000-ci illərdə isə Nəsimi rayon xalq məhkəməsinin sədr müavini vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2000-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olmuşdur. 2007-ci ildən Bakı Apelyasiya Məhkəməsinin sədri vəzifəsində çalışır. 2005-ci ildən Hakimlərin Seçki Komitəsinin sədridir. Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" ordeninin üçüncü dərəcəsi ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2022-ci il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" ordeninin ikici dərəcəsi ilə təltif edilmişdir.Ailəlidir, 2 övladı var.
İman Quliyev
İman Kürdoğlu oğlu Quliyev (11 iyul 1999; Salahlı, Yevlax rayonu, Azərbaycan — 4 noyabr 2020; Güləbird, Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İman Quliyev 11 iyul 1999-ci ildə Yevlax rayonunun Salahlı kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == İman Quliyev 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmət etmişdir. 2019-cu ildə hərbi xidmətini başa vuran İman Quliyev həmin ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan İman Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İman Quliyev 4 noyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İman Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İman Quliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İman Quliyev ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İman Quliyev ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
İman gətirən
İman Lüğət mənası(e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənasıTermin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. == İslam kəlməsinin mənası == Lüğət mənası«S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənasıİstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
İman Şampert
İman Şampert (ing. Iman Asante Shumpert; 26 iyun 1990, Ouk-Park[d], İllinoys) — NBA-nın Klivlend Kavalers komandasında oynayan peşəkar Amerikalı basketbolçudur. O, 1990-cı ilin iyun ayının 26-da anadan olub. Şampert Nyu York Niks tərəfindən NBA 2011 üçün seçilmişdir. Ancaq o, Klivlend Kavalers komandasında oynadı və qalib gəldi. == Erkən həyatı == 8-ci sinifdə oxuyanda NBA basketbolçusu Evan Torner ilə Oak Park, İllinoysdəki Gvendoln Bruks Midle komandasında komanda yoldaşı idi. O Oak Parkdan Rive Forest Hay skula keçdi. 30 ən yaxşı oyunçudan biri oldu. O hər iki komandada uşaq və yeniyetmə bölmələrində oynayırdı. O Skoutfa 15 nömre ve Rivalsda ise 26 nömre altında oynayırdı.
İman Əsgərzadə
Əsgərzadə İman Novruz oğlu (12 mart 1962, Kəbirli, Ağcabədi rayonu) — fizika-riyaziyyat elmləri doktoru,professor. == Həyatı == İman Əsgərzadə 1962-ci ildə Ağcabədi rayonu Kəbirli kəndində müəllim ailəsində anadan olmuşdur. Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, Ankara Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiridir. İ. N. Əsgərzadə ifratkeçiricilərin nəzəriyyəsi və tətbiqi sahəsini tədqiqatları ilə zənginləşdirən tanınmış fizikdir. 1979-cu ildə Respublika 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbini və 1985-ci ildə Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1995-ci ildə AMEA Fizika İnstitutu nda namizədlik və 2004 ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2000-ci ildən etibarən araşdırma qrantları müsabiqələrində galib gələrək dünyanın müxtəlif Üniversitetlərində və elmi mərkəzlərində uzunmüddətli ezamiyyətlərdə olmuşdur. (CRDF (Amerika), DAAD (Almaniya-Dresden Helmholtz İnstitutu), NATO postdoc (Türkiyə-Bilkənd Universiteti), NATO reintegration (Amerika), CNRS-ANAS (Fransa), TUBİTAK (Türkiyə-Ankara Universiteti)). 2002–2011 tarihləri arasında Abdus Salam Beynəlxalg Nəzəri Fizika Mərkəzinin (İtaliya) assosiativ üzvü seçilmişdir. 16 mart 2022-ci ildə fizika elmləri doktoru, professor İman Əsgərzadənin 60 illik yubileyi təntənəli qeyd edilib .
İslamda iman
İman Lüğət mənası(e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənasıTermin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. == İslam kəlməsinin mənası == Lüğət mənası«S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənasıİstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
IMAP
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.
IMAX
IMAX (Image Maximum) yüksək ölçülü və aydın təsvir qabiliyyətinə malik film nümayişi sistemidir. Sistem Kanadanın əyləncə texnologiyaları şirkəti olan IMAX Corporation tərəfindən icad edilmiş və inkişaf etdirilmişdir. Adi bir film çərçivəsi 35 mm formatdadır, IMAX filmləri isə 70 mm-dir. Imax texnologiyasında 2D və ya 3D formatında nümayiş etdirilən film 7 mərtəbəli bina hündürlüyündə və basketbol meydançası boyda nəhəng ekrana proyeksiya edilir. IMAX sistemi indiyə qədər qurulmuş ən güclü 15.000 vattlıq proyeksiya lampası ilə əks etdirilir. Bu işığı hətta Aydan da görmək mümkündür. Təsviri 6 kanallı rəqəmsal surround səs sistemi müşayiət edir. Standart IMAX ekranının eni 22 metr və hündürlüyü 16 metrdir. Bundan əlavə, omni-max adlı IMAX tipində balıqgözü linzaların köməyi ilə təsvir sferik ekrana proyeksiya edilir və üfüqi oxda 180 dərəcə təsviri təmin edir. IMAX xüsusi məkanlarda geniş formatda təqdim edilən dünyanın ən uğurlu film nümayişi sistemidir.
ISAN
ISAN (International Standard Audiovisual Number) – audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Iran
İran (fars. ایران) və ya rəsmi adı ilə İran İslam Respublikası (fars. جمهوری اسلامی ایران) — Qərbi Asiyada dövlət. İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Tehran , ümumi sahəsi 1,648,195 kvadrat kilometr, əhalisinin sayı 83 milyon nəfərdən çoxdur. İran ərazi böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında on yeddinci, əhalisinin sayına görə isə on səkkizinci ölkəsidir. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdırİran dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir. Hələ eramızdan əvvəl dördüncü minillikdə bu ərazidə Elam krallığı mövcud olmuşdur. Bu dövlət eramızdan əvvəl 7-ci əsrdə Madaylar tərəfindən işğal olunmuşdur. Eramızdan əvvəl 6-cı əsrdə isə Əhəmənilər İmperiyasının banisi olan II Kirin hakimiyyəti illərində bu imperiyanın ərazisi Şərqi Avropadan (yəni indiki Türkiyə əraziləri daxil olmaqla Bolqarıstan, Albaniya, Ukrayna, Krım, şimali və cənubi Qafqazdan) Hind çayına qədər uzanırdı ki, bu da həmin imperiyanı tarixin ən böyük dövlətlərindən birinə çevirmişdi.
Liman
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Oman
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-ci il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Uman
Uman (ukr. Умань) — Ukraynanın Çerkassi vilayətində şəhər. == Qardaş şəhərlər == İsrail, Aşkelon Rumıniya, Botoşani Polşa, Qnezno, Kurnik, Lansut == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Uman informational portal (ukr.) Evening Uman. Uman informational portal and newspaper (ukr.) Uman photos. Uman biggest photos collection portal (ukr.) Uman videos.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
ПМА «В-1» və ПМА «В-2» - polimetakrilat tipli özlülük aşqarları olub molekul kütlələri 3000-4300 (ПМА «В-1») və 12000—17000 (ПМА «В-2»)-dir. == Xassələri == ПМА «В-1» aşqarı mexaniki destruksiyaya qarşı yüksək davamlılığa və nisbətən aşağı molekul kütləyə görə orta dərəcədə qatılaşdırıcılığa malikdir. ПМА «В-2» aşqarı ПМА «В-1» aşqarı ilə müqayisədə daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir, lakin mexaniki destruksiyaya qarşı davamlılığa görə ondan geri qalır. == Alınması == ПМА «В-1» və ПМА «В-2» metakrilat turşusunun СН2=С(СН3)СООН monomerinin sintetik yağ spirtlərinin C7-C12 (ПМА «В-1») və С8-С13 (ПМА «В-2») fraksiyaları ilə efirlərləşməsindən alınan polimerlərin yağda məhlullarıdır. ПМА «В-1» aşqarı ТУ 6-01-979—84 üzrə alınır və polimetakrilatların МС-8 yağında 58-65%-li məhlulundan ibarətdir. ПМА «В-2» aşqarı ТУ 6-01-692—77 üzrə alınır və yüksək keyfiyyətli aşqar polimetakrilatların И-20А yağında 30-35%-li məhlulundan ibarətdir. == Tətbiqi == ПМА «В-1» və ПМА «В-2» aşqarları duru yağların özlülüyünü və özlülük indeksini artırmaq üçün istifadə edilir. ПМА «В-1» aşqarı motor, transmissiya və hidravlik yağlarda 18% qatılığa qədər istifadə olunur. ПМА «В-2» aşqarı motor yağlarında və hidravlik sistemlərin işçi mayelərində 6% qatılığa qədər tətbiq olunur. == Mənbə == Электронная библиотека: Топлива, смазочные материалы, технические жидкости. www.bibliotekar.ru/5-toplivo-smazka/43.htm Синтез и исследование функциональных свойств комплексных полифункциональных присадок.