Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Richard Hek
Riçard Hek
Richard Frederik Hek — (15 avqust 1931[…], Sprinqfild[d], Massaçusets[…] – 9 oktyabr 2015, Manila) — 9 oktyabr 2015 il (Manila, Filippin, ABŞ)) aril halogenidləri alkenlərlə birləşdirən üzvi kimyəvi reaksiyaları kataliz etmək üçün palladiumdan istifadə edən Hek reaksiyasının kəşfi və inkişafı ilə tanınan amerikalı kimyaçı idi. O, 2010-cu ildə kimya üzrə Nobel mükafatını mürəkkəb molekullar yaratmaq üçün karbon atomlarını bir-birinə bağlamağın yollarını inkişaf etdirdiyinə görə alıb. R. Hek 1931-ci ildə Massaçusets ştatının Springfild şəhərində anadan olub. O, səkkiz yaşında Los-Ancelesə köçüb və Kaliforniya Universitetində oxuyub, O, 1952-ci ildə Los-Ancelesdəki Kaliforniya Universitetini bitirmiş, 1954-cü ildə burada fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Müdafiədən sonra Sürixdə, daha sonra yenidən Los-Ancelesdəki Kaliforniya Universitetində çalışdı. 1957-ci ildə Hercules şirkətində vəzifə aldı. Bu şirkətdəki uğurlu işi ona, 1971-ci ildə Delaver Universitetinə dəvət almasına yol açdı və 1989-cu ildən təqaüdə çıxana qədər orada çalışdı. 1968-ci ildə ABŞ-ın Delaver Universitetində işləyərkən palladiumun katalizator kimi imkanlarını araşdırdı. Nəticədə "Hek reaksiyası" adlanan ixtiraya nail oldu. Bu ixtira bir sıra vacib məhsulların (məsələn, astma əleyhinə dərman Singulair) sənaye sintezi üçün istifadə olundu.
Çək-çək
Çək-çək (başq. cək-cək, tatar. çək-çək, qaz. şak-şak və ya şek-şek) — xəmirdən və baldan hazırlanan qida. Türk xalqlarına məxsus milli yemək. Daha çox başqırd, tatar və qazaxlar istifadə edir. Çək-çək buğda unundan hazırlanmış yumşaq xəmirdən və çiy yumurtadan hazırlanır. Xəmir nə qədər yumşaq olsa çək-çək o qədər yumşaq və havalı olacaq. Yumurta ilə yoğrulmuş xəmirdən vermişili xatırladan qısa və nazik çubuqlar və ya kiçik qoz ölçüsündə şarlar düzəldilir. Daha sonra qazanda qızardılır və üzərinə qaynar bal qarışığı tökülür.
AEK
AEK BK —
Cek
Cek — Azərbaycan Respublikasının Quba rayonunun Əlik inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Şahdağ xalqlarının nümayəndələrindən biri olan ceklilərin tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Əlik kənd sovetliyinin tərkibində olmuş, hazırda Əlik bələdiyyəsinin tərkibindədir (1999-cu ildən). Cek kəndi çox qədim tarixə malik kəndlərdən biridir. Cek sözü etnotoponimdir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Cek kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. SSRİ dövründə Əlik, Haput, Qrız, Qrızdəhnə kəndləri ilə birlikdə Əlik kənd sovetliyinin tərkibində olan Cek kəndi hazırda Əlik və Haput kəndləri ilə birlikdə Əlik bələdiyyəsinin tərkibindədir. 2011-ci ilin avqust ayında Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Cek kəndinə aid ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə – e.ə.
HSK
Hanyu Shuiping Kaoshi (HSK; Çincə: 汉语水平考试), Çin dili səviyyəsi imtahanı olaraq tərcümə edilir, xarici tələbələr və xaricdəki Çinlilər üçün standart Çin (Mandarin Çin növü) dil biliklərinin standart imtahanıdır. İmtahan Çin Xalq Respublikası Təhsil Nazirliyinin bir qurumu olan Hanban tərəfindən aparılır. HSK imtahanı ilk dəfə ÇXR-də 1990-cı ildə keçirilmişdir. Bir il sonra bir neçə xarici ölkədə keçirildi. TOEFL-in Çin ekvivalenti olan bu imtahanın nüfuzu dünyada durmadan artır. 2005-ci ildə Beynəlxalq Çin Dili Öyrənmə Cəmiyyətinin Yeddinci Konqresinin İkinci Plenar iclasında, ÇXR Xaricdə Tanıtma üzrə Dövlət Departamentinin (Hanban) Baş Katibi Xu Ling HSK imtahanını sadələşdirmək və populyarlaşdırmaq üçün islahatlar aparmağa başladı. 2009-cu ildə yeni imtahanın qurulması başa çatdı və 2010-cu ilin martından etibarən dünyada yeni HSK imtahanı keçirilməyə başladı. 2009-cu ilin sonunda dünyanın 41 ölkəsində HSK ixtisas imtahanı üçün 106 imtahan mərkəzi fəaliyyət göstərirdi. 2010-cu ilin əvvəlinə qədər onu keçən əcnəbilərin ümumi sayı 1 milyonu keçdi. 2010-cu ildən bəri dünya Konfutsi İnstitutları sisteminə HSK imtahanını vermək hüququ verilmişdir.
Heh
Heh Misir mifologiyasında sonsuz zamanı və əbədiyyəti ucsuz bucaqsız fəzanı tərənnüm edən abstrakt tanrı. Xaos və Apeyron onun analoqları sayılır. Qurbağa başlı insan cildində təqdim olunur.
Het
Het dövləti — Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (hazırda Qızıl İrmaq) çayının hövzəsində meydana gəlmişdi. Kiçik Asiya hələ qədim zamanlardan dövlətləri diqqəti cəlb edirdi. E.ə. III minilliyin ikinci yarısında Akkad hökmdarları Sarqon və Naram-Suen bu əraziyə hərbi yürüşlər təşkil etmişdilər. Həmin dövrdə burada, gələcək Het dövlətinin ərazisində akkad və assur tacirləri məskən salmış və metal ticarətinin əsasını qoymuşdular. Assurlular buraya mixi yazı və akkad dilini gətirmişdilər. Tədricən Kaniş müstəqil ticarət məskəninə çevrilmiş və Assurun təsiri altından çıxmışdı. Anadolu ticarət mərkəzləri gümüş, mis, tunc, dəmir alış-verişi ilə məşğul olurdular. Assur şəhərindən qalay alırdılar. Ticarətə yerli əhali də cəlb olunmuşdu.
HƏP
Haqq Ədalət Partiyası — sabiq səhiyyə naziri Əli İnsanov tərəfindən 25 yanvar 2020-ci ildə təsis edilən, 15 oktyabr 2021-ci ildə dövlət qeydiyyatlna alınan siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Haqq Ədalət Partiyasının üzvlərinin 65.3%-i kişi, 34.7%-i isə qadın olmuşdur. Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 17 mart 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. Bundan sonra Əli İnsanov noyabr ayının 24-də Haqq Ədalət Partiyasını yaradacağını elan edib. Partiya yaratmaq üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılmış, Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə Təşkilat Komitəsinin sədrinin katibi seçilib. Təşkilat Komitəsinin yaranmasından ötən 2 ayda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Xudat şəhərləri daxil olmaqla 33 şəhər və rayon təşkilatı təsis olunub. 11 rayonda isə təşkilati işlər aparılıb. İşlər tamamlanandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə təsis konfransı üçün yer ayrılması səbəbi ilə müraciət olunsa da, Bakı Şəhər İcra Hakimiyyəti partiyaya özünün yer tapmasını tövsiyə etmişdir. Təsis konfransında Təşkilat Komitəsi sədri Əli İnsanovun namizədliyi sədr postuna sürülmüşdür.
Kek
kek ya da tort— şirin xəmirdən hazırlanan kiçik ölçülü, adətən də kremli olan şirniyyat məhsulu. 250 qram un 6 ədəd yumurta 130 qram şəkər 50 qram kakao tozu 200 qram qaymaq 100 qram şokolad 5 qram ovulmuş portağal qabığı 1 paket vanil 5 qram soda Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun! biskvit üçün: 3 yumurta 150 q şəkər tozu 150-200 q un sufle üçün: 20 q jelatin 200-250 portağal şirəsi (4-5 portağalın) 500 ml 33-35%-li qaymaq 150 q şəkər tozu Yumurtaları şəkər tozu ilə çalın.
Lək
Lək — Bostanda bitkilərin əkildiyi cərgə. Lək (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Lək (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Lək (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd. Lək (Şamaxı) — Azərbaycanın Ucar rayonunda kənd. Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonu inzibati ərazi vahidində qəsəbə.
Düm Tek Tek
Düm Tek Tek-Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Belçikada yaşayan türk müğənni Hadisə ifa edəcəkdir. Bu il may ayında Moskvada keçiriləşəcək 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisə “Düm Tek Tek” adlı mahnısına klip çəkdirib. Klipin çəkilişi Tarkanın kliplərinin rejissoru Metin Arolata həvalə olunub. Hadisə çəkilişlərdə alovlar içində “Düm Tek Tek” mahnısını səsləndirib. Klip bəzi səbəblərə görə Türkiyənin TRT kanalında klipin yayımlanması qadağan olunmuşdur.
Lək-lək (jurnal)
"Lək-lək" jurnalı (az-əbcəd. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Həm sevincdə, həm kədərdə
Həm sevincdə, həm kədərdə (hindcə: कभी ख़ुशी ख़ुशी कभी कभी ग़म-->, Rom: Kabhi Khushi Kabhie Gham) — rejissoru Karan Johar olan Bollivud filmidir. Filmdə Amitabh Bachchan, Jaya Bachchan, Shahrukh Khan, Kajol, Hrithik Roshan, Kareena Kapoor və Rani Mukerji çəkilmişdirlər. Film Kuch Kuch Hota Hai filmindən sonra çəkilmişdir. Rahul Yaşvardhan və Nandinin ögey övladıdır. O məktəbi bitirib gələndə qardaşı Rohan 9 yaşındadır. Rahulun atası Hindistanın zəngin insanlarından biridir. O, oğlunu ən yaxın dostunun qızı Naina ilə evləndirmək istəyir, lakin Rahul onların evində dayə işləyən qadının qardaşı qızı Ancaliyə aşiq olur. Rahulun atası buna qarşıdır və Rahul vəziyyəti izah etmək üçün Ancalinin yanına gedəndə Ancalinin atasının öldüyünü görür və elə həmin gün onunla evlənir. Bundan xəbər tutan atası Rahuldan imtina edir. Rahul İngiltərəyə gedir, bir daha geri qayıtmır.
Həm ziyarət, həm ticarət...
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
Ebiqeyl Mek
Ebiqeyl Mek (ing. Abigail Mac; 2 iyun 1988, Baltimor, Merilend) — amerikalı pornoaktrisa. Ebiqeyl Mek 2 iyun 1988-ci ildə Baltimor (Merilend) şəhərində, alman və italyalı əsilli ailədə anadan olub. İlk dəfə iş olaraq restoranda ofsiant olaraq işlədi. Karyerasına 2012-ci ildə, 24 yaşında pornoqrafiya aktrisası olaraq başlayıb. Əsasən lezbiyan mövzulu filmlərlə tanınır. Mek Hard X, Vixen, Blacked, New Sensations, Sweetheart Video, Girlfriends Films, Naughty America, Girlsway, Penthouse, Jules Jordan Video, Reality Kings, Evil Angel, Wicked Pictures və Brazzers kimi şirkətlərlə birgə işləyib. Qreq Lenskinin rejissoru olduğu və ilk irqlərarası seks səhnəsi olan "Black and White" adlı filmdə çəkilməsi ilə 2016-cı ildə ən yaxşı kişi/qadın seks səhnəsi və ən yaxşı solo adı altında AVN Awards qazanıb. 2018-ci ildə Tushy studiolarında Kayden Krossun rejissor olduğu 11 videoda çəkilib. Bu videolarla ilk anal seks və double penatration (DP) səhnələrdə yer alıb.
Edit Hed
Edit Hed (ing. Edith Head; 28 oktyabr 1897, San-Bernardino, Kaliforniya – 24 oktyabr 1981, Los-Anceles, Kaliforniya) — XX əsrin ən məşhur kostyum-dizayneri, səkkiz dəfə Oskar mükafatı laureatı. Edit Hed 28 oktyabr 1897-ci ildə Kaliforniya ştatının San-Bernardino şəhərində, yəhudi ailəsində dünyaya göz açıb. Atası Maks Pozner mühəndis idi. O, Prussiyadan Amerikaya köç edib və öz bavariyalı xanımı ilə burda ailə həyatı qurub. Editin uşaqlığı müxtəlif ştatlarda və ölkələrdə keçib – Arizona, Meksika, Nevada, Almaniya və s. Los-Ancelesdə orta təhsilini tamamlayan Edit, bakalavr təhsilini Kaliforniya Berkli Universitetində, magistr təhsilini isə Stenford Universitetində alıb. Təhsilini başa vurduqdan sonra xanım Edit qısa müddətlik də olsa, müəllimə kimi fəaliyyət göstərib. 1923-cü ildə isə Los-Ancelesdəki “Paramount Studios” şirkəti onu kostyum-dizayner olaraq işə dəvət edib. Bu vəzifə ilk dəfə olaraq bir qadına təklif edilirdi.
Endrü Cek
Endrü Cek (28 yanvar 1944, London – 31 mart 2020, Surrey, Cənub-Şərqi İngiltərə[d]) — Böyük Britaniya aktyoru. 28 yanvar 1944-cü ildə Londonda doğulub. Endrü Cek və onun həyat yoldaşı Qabriel Rocers koronavirusa yoluxduqlarına görə karantinə alınmışdır. 31 mart 2020-ci ildə Surreydə 76 yaşında xəstəxanada koronavirus xəstəliyindən dünyasını dəyişmişdir. Endrü Cek "Ulduz müharibələri" filmində mayor Kaluan Emmata rolunu oynayıb.
Enn Heç
Enn Heç (ing. Anne Celeste Heche, 25 may 1969, Avrora[d], Ohayo – 11 avqust 2022, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, rejissoru və ssenaristi. Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir. Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.
Evdə tək
Evdə tək (ing. Home Alone) — 1990-cı ildə çəkilmiş ABŞ istehsalı Milad filmi. Prodüseri Con Hyuz və rejissoru Kris Kolumbus olan filmin baş rollarında Makaley Kalkin, Co Peski, Deniel Ştern, Con Herd və Ketrin O'Hara çıxış edir. Filmdə hadisələr ailəsi tərəfindən unudulub tək qalan və evini Harri və Marv (Peşi və Ştern) adlı 2 soyğunçudan müdafiə etməli olan 8 yaşlı Kevinin (Kalkin) ətrafında cərəyan edir. Film 1990-cı ilin fevral-may aylarında İllinoys ştatının müxtəlif yerlərində çəkilmişdir. İlk öncə filmi Warner Bros. şirkəti istehsal etməli olsa da, prodüser Hyuz şirkət tərəfindən ayrılan 10 milyon dollarlıq limiti keçdiyinə görə filmin istehsalını 20th Century Fox həyata keçirir. Film 10 noyabr 1990-cı ildə Çikaqoda, 16 noyabr 1990-cı ildə isə bütün ABŞ ərazisində nümayişə çıxmışdır. 476.7 milyon ümumi gəlir ilə film 2011-ci ilədək Dünyasa ən çox gəlir gətirən komediya filmi statusunu daşımışdır. Bundan əlavə müxtəlif nominasiyalarda 2 Qızıl Qlobus və 2 Oskar mükafatı əldə edən film daha sonra Evdə tək 2: Nyu-York sərgüzəştləri filmi ilə davam edən uzunmüddətli və uğurlu franşizanın əsasını qoymuşdur.
Filipp Hes
Filipp Hes (alm. Philipp Heß‎; 28 noyabr 1887 – 4 noyabr 1934, Miluoki, Viskonsin) — alman Yunan-Roma güləşçisi, dünya çempionatının mükafatçısı. Filipp Hes 1887-ci ildə anadan olub. 1919-cu ildə o, Almaniya çempionluğunu qazandı. 1920-ci ildə dünya çempionatının gümüş medalına yiyələndi. 1921-ci ildə Avropa çempionatının bürünc mükafatçısı oldu. 1923-cü ildə ABŞ-yə mühacirət etdi və ömrünün sonuna qədər Miluoki şəhərində alman idman klubunun prezidenti idi.
Heb-Sed
Heb-Sed və ya Sed Bayramı ("quyruq bayramı") Qədim Misirdə ən qədim və qədim dövrlərə aid hökümdarın şərəfinə təşkil olunan bir mərasimdir. Bu mərasim Ptolomey dövrünə qədər hökumdarların həyatında onların təqdimatı üçün mühüm hadisə sayılırdı. Bayram xüsusən fironun hökumranlığının otuzuncu ilindən başlayaraq üç ildən bir keçirilərmiş. Bu qədim mərasim hələ firon Den və Coserin zamanında qeyd olunmuşdur. Təkcə hökumdar Xatşeptsut Heb-Sed mərasimini vaxtından əvvəl, Hökumranlığının XVI ilindən başlayaraq qeyd etmişdir. Bu mərasimdə məqsəd hökumdar səltənətinin nəyə qadir olmasını göstərmək olmuşdur. Mərasimin ilkin yaranma səbəbi tam izah edilməmişdir. Bəzi misirşünaslar qeyd edirlər ki, mərasimin qayəsi yaşlaşmış və qocalmış hökumdarın hakimiyyət dövrünün yubiley kimi qeyd etməklə yanaşı onun öldürülərək cavan hökumdarla əvəz etdirilməsi olmuşdur. Afrika xalqları arasında hökumdarın bu şəkildə öldürülməsi müasir dövrlərə qədər gəlib çatmışdır. Bayramın əsas elementi heyvan quyruğu olmuş sonrakı dövrlərdə onu ced əvəz etmişdir.
Hel (varlıq)
Hel (q.skan. Hel) — german-skandinav mifologiyasında ölülər diyarının hakimi (Helheym), Loki və div Anqrbodanın qızı, üç xtonik varlıqdan biri. Hel Snorri Sturluson tərəfindən XII əsrdə ənənəvi mənbələr əsasında yazılmış "Böyük Edda" və "Kiçik Edda" əsərlərində təsvir olunmuşdur. Əlavə olaraq, IX əsrə aid "Yer dairəsi" əsərində və X əsrə aid "Egil saqası"nda onun adı çəkilir. XII əsrdə Sakson Qrammatik tərəfindən latın dilində yazılmış "Danların əməlləri" əsərində ona adətən "Hel" deyə xitab edilir. Hel Xalqların böyük köçü dövrünə aid bir çox brakteatda təsvir olunmuşdur. Hel "Böyük Edda", "Kiçik Edda" və "Yer dairəsi" əsərlərində Lokinin qızı hesab edilir. "Kiçik Edda" əsərinin bir parçası olan "Uzaqgörən Qülvi" kitabında Helin tanrı Odin tərəfindən Niflheymdə yerləşən Helheymə hakim təyin edilmiş olduğu qeyd edilmişdir. Həmin mənbədə onun xarici görünüşünün yarı-göy və yarı-dəri rəngli olduğu, eləcə də üzügülməz, pəjmürdə bir görünüşə malik olduğu yazılmışdır. "Böyük Edda" əsərində Helin ölülər diyarında ucsuz-bucaqsız mülklərə, çoxlu qulluqçuya hakimlik etdiyi və tanrı Baldrı diriltmə cəhdində böyük rolu olduğu yazılmışdır.
Hel Holbruk
Hel Holbruk — amerikalı kino və televiziya aktyoru.
Huk qanunu
Huk qanunu — cismin deformasiyası zamanı yaranan elastiklik qüvvəsi, bu deformasiyanın ölçüsü ilə düz mütənasibdir. Huk qanunu 1660-cl ildə ingilis alimi Robert Huk tərəfindən kəşf olunmuşdur. F= -kx Huk qanunu ancaq kiçik deformasiyalarda doğrudur mütənasiblik həddini aşdıqda, gərginliklə deformasiya arasındakı asılılıq qeyri xətti olur. Nazik çubuğun dartılmasında Hüq qanunu aşağıdakı kimi yazılır: F = k Δ l . {\displaystyle F=k\Delta l.} Burada F {\displaystyle F} — qüvvə , Δ l {\displaystyle \Delta l} — mütləq uzanma я, а k {\displaystyle k} — elastiki modul . Elastikiyyət əmsalı materialın xassəsindən və ölçülərindən asılıdır. Aşkar şəkildə çubuğun ölçülərini istifadə edərək elastikiyyət əmsalını aşağıdakı kimi yazmaq olar. (kəsiyinin en sahəsi S {\displaystyle S} və uzunluq L {\displaystyle L} ) k = E S L . {\displaystyle k={\frac {ES}{L}}.} E {\displaystyle E} birinci növ elastiklik modulu və ya Yunq modulu və materialın mexaniki xarakterikdir. ε = Δ l L {\displaystyle \varepsilon ={\frac {\Delta l}{L}}} en kəsiyindəki normal gərginlik σ = F S , {\displaystyle \sigma ={\frac {F}{S}},} σ = E ε .
Хit
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Məhəmmədsalah хan
Muğanlı Məhəmmədsalah xan və ya Qalaqayınlı Məhəmmədsalah xan (fars. محمداصالح خان‎; d. 1741, Qalaqayın, Muğan mahalı, Cavad xanlığı – ö. 1795, Qalaqayın, Muğan mahalı, Cavad xanlığı) — Şahsevən elinə mənsub olan xan, sərkərdə. Məhəmmədsalah xan tarix kitablarında Qalaqayınlı Məhəmmədsalah xan kimi tanınır. Cavad xanlığının hakimi Həsən xan Muğanlının oğludur. O dövrdə xanlıqlar diplomatik nikahdan istifadə edirdlər. O, öz qızları Xeyrənisəni Lənkəran xanı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanı Mustafa xana ərə vermişdir. Xeyrənisənin Mir Abdulla bəy, Cavad bəy və Xanlar bəy adlı oğlanları, Nisə xanım və Zəhra xanım adlı qızları olmuşdur. Pəricahan xanım 1789-cu ildə ərə getmişdir.
Хok məscidi
Orta əsrlər zamanı Naxçıvan ərazisində özünəməxsus yeri olan sosial-siyasi və ideoloji mərkəzlərdən biri də Kəngərli bölgəsinin Xok kəndinin mərkəzində yerləşən Came məscididir. Daşdan və bişmiş kərpicdən inşa edilən məscidin binası yarandığı vaxtdan indiyədək keçən müddətdə müəyyən dağıntı və aşınmalara uğrasa da, bu günədək əsasən salamat vəziyyətdə gəlib çatmışdır. Məscidin həcmi, möhtəşəmliyi və s. əlamətləri təsdiq edir ki, bu məscid inşa edildiyi zamandan ticarət karvan yollarının üstündə yerləşən Xok kəndinin sosial-siyasi və ideoloji həyatında mühüm yer tutmuş, cəmiyyətin həyatında fəal rol oynamışdır. Bir sıra memarlıq abidələrində olduğu kimi bu məscidin də üzərində abidə haqqında müəyyən məlumatları özündə əks etdirən bir neçə kitabə vardır. Bu kitabələrdən biri məscidin şərqdən giriş qapısının sol yanında qoyulmuşdur. Dörd sətirdə, fars dilində boz daşa həkk edilmiş kitabənin mətnindən aydın olur ki, məscid binasının təmiri 1910-cu ildə, böyük çillədə başlamış, kiçik çillənin axırında, qış dövründə tamam olmuşdur. Kitabənin sonunda qeyd edilən 17 məhərrəm 1328-ci il tarixli miladi ilə 29 yanvar 1910-cu ilə müvafiq gəlir. Göründüyü kimi, Quranın "Allahın məscidlərini yalnız Allaha və axirət (qiyamət) gününə iman gətirənlər təmir edərlər" ayəsinə (IX surə, 18-ci ayə) uyğun olaraq Xok kənd məscidi 1910-cu ildə təmir etdirilmişdir. Təmir zamanı giriş qapısının başında daha iki ədəd kitabə qoyulmuşdur.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
Əbülfət хan Sarıcalı-Cavanşir
Əbülfət xan Tuti (v. 1839) — dövlət xadimi, şair, İbrahimxəlil xan Cavanşirin oğlu. Əbülfət xan Tuti Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Özünü tanıyandan saray işlərində atasına kömək edirdi. 1796-cı ildə qraf Valerian Zubov çoxsaylı rus qoşununun başında Azərbaycana gəlir. Kür çayının yaxasında düşərgə qurur. İbrahimxəlil xan Cavanşir Ağaməhəmməd şah Qacarın yeni yürüşündən əndişələnib V. Zubovla ilişki qurmaq qərarına gəlir. Qərarını saray adamlarına bildirib, gənəşik istəyir. Baş vəziri Molla Pənah Vaqifin məsləhəti ilə oğlu Əbülfət ağanı V. Zubovun yanına göndərir.
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.
XIX-ХХ əsrlərdə ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
XIX - ХХ əsrlərdə Ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Хu Tsintao
Hu Cintao (çin 胡錦濤, 胡锦涛, Hú Jǐntāo; azərb. transkripsiya /hu: cintao/; 21 dekabr 1942) — Çin Xalq Respublikasının dövlət xadimi, 2003–2013-cü illərdə Çin Xalq Respublikasının Sədri, 2002-ci il noyabr ayından 10 il müddətinə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi, 2005-ci ilin mart ayından 2013-cü ilin 14 mart tarixinədək ÇXR Mərkəzi Hərbi Şurasının, 2004-cü ilin sentyabr ayından 2012-ci il 15 noyabr tarixinədək ÇKP MK Mərkəzi Hərbi Komitəsinin sədri.
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.