Həkərə fiziki- coğrafi rayonu
Həkərə fiziki-coğrafi rayonu — eyniadlı çay hövzəsini əhatə edir, relyefin mütləq yüksəkliyi 500 m.-dən (cənubda) 2000-2200 m.-ə qədər ucalır. Şimaldan Qarabağ vulkanik yaylası, qərbdən Ermənistan Respublikası, şərqdən Qarabağ silsiləsi, cənubdan isə Arazboyu fiziki-coğrafi rayonu ilə sərhədlənir. Rayon ərazisi üç tərəfdən dağlarla əhatə olunub, cənuba, Aşağı Araz çökəkliyinə və İran yaylasına tərəf açıldığından arid ərazilərin təsirinə daha çox məruz qalır və bununla əlaqədar olaraq ərazidə 1000-1100 m. mütləq yüksəkliklərə qədər kserofit kollu quru çöl və seyrək arid-meşə və meşə-çöl, 1700-1800 m.-ə qədər palıd vələs meşələri və kollu meşə-çölləri, ondan yuxarıda isə çölləşməyə məruz qalmış dağ kserofit kollu subalp çəmən landşaftları inkişaf emişdir.
Həkərə, Hoçaz və Bazarçay dərələri geniş bir sahədə tuf, konqlomerat, qravelit, gillicələrdən ibarət Həkərə lay dəstəsi çöküntülərlə doldurulduğundan relyefə yüksək yastanvarı maili (2-30- dən 10-150- yə qədər) düzənliklər əmələ gətirir. Bu lay dəstəsinə kəsilən çay dərələrinin yamaclarda dik olub köndələn yarğanlara parçalanmışdır. Fiziki - coğrafi rayonun ərazisində heyvandarlıq, əkinçilik , bağçılıq inkişaf etmişdir. Arıçılığın inkişafı üçün geniş təbii imkanlar vardır.