HELLP sindromu
HELLP sindromu hamiləliyin ilk III ayında (35> həftəsində) nadir hallarda rast gəlinən fəsadlaşma olub, ürəkbulanma, qusma, sağ qabırğaaltı nahiyyədə olan ağrılar, ödem, baş ağrıları ilə xarakterizə olunur.
Sindrom ilk dəfə 1954-cü ildə amerikan ginekoloqu Cak A. Pritçard tərəfindən təhlil edilmişdir. Pritçard sindromu üç xarakterik əlamətinin ingiliscə baş hərfləri ilə adlandırır:
H — ing. Hemolysis — hemoliz
EL — ing. Elevated Liver enzymes — qaraciyər fermentlərinin aktivliyinin artması
LP — ing. Lоw Platelet соunt — trombositopeniya (trombosit sayının azalması)
HELLP sindromunda ana letallığı (ölümü) 3–5%, dölün letallığı (ölümü) 10–40% təşkil edir.
== Etiologiyası ==
HELLP sindromunun etiologiyası tam izah edilməsə də, hesab edilir ki, plasenta damarlarının endoteli qanın laxtalanmasına səbəb olur. Bu cür massiv laxtalanma trombositlərin sayının kəskin azalmasına gətirib çıxarır. Bu zaman həddindən çox fibrinin yaranması qaraciyəri zədələmiş olur.
== Diaqnostikası ==
Hemoliz (hemoqlobin, biluribin, LDH, haptoqlobin), Hematokrit
Qanda laxtalanma faktorlarının↓ azlığı
GOT (qlutamin-oksaloasitat-transaminaz — aspartataminotransferaza)↑, GPT (qlutamin-piruvat-transaminaz — alaninaminotransferaza)↑, LDH (laktatdehidrogenaza)↑ və biluribinin↑ yüksək olması
Trombositopeniya↓
Kreatinin↑ sidikdə zülal- proteinuriya
== Müalicəsi ==
HELLP sindromunun dinamikasını qiymətləndirmək çətin olduğu üçün, hamiləlik Qeysər kəsiyi ilə sona yetirilir.