Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Маqiriça supu
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Quru su
Novec 1230, "Quru su" (flüoroketon FK-5–1–12, freon PFK-49) rəngsiz , iysiz mayedir . Kimyəvi formul — CF 3 CF 2 C(O)CF(CF 3) 2 (perfluoro(etil izopropil keton), altı karbonlu maddə, flüorlu keton kateqoriyası (qaydalara uyğun olaraq R 1 -CO-R 2 ketonların adları radikal-funksional nomenklatura R 1 və R 2 radikallarının adlarının əlifba sırası ilə "keton" sözündən əvvəl sadalanması ilə qurulur).
Abdulla Sur
Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi. == Həyatı == Abdulla Sur 23 iyul 1883-cü ildə Gəncədə anadan olmuşdur. === Təhsili === İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. 1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır. == Fəaliyyəti == İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
Fridrix Şur
Fridrix Şur (ing. Friedrich Schur; 1856 – 1932) — Alman riyaziyyatçısıdır; əsas işləri həndəsəyə, çevirmələr qrupuna aiddir; sabit əyriliyə malik Riman fəzası üzrə işlərin müəllifidir.
Kani Sur
Kani sur- İranın Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,131 nəfər və 239 ailədən ibarət idi.
Sur (Diyarbəkir)
Sur ― Türkiyənin Diyarbəkir ilinin ilçələrindən biri. Sur Diyarbəkır qalasının içərisində yerləşən tarixi yerdir. İlçə adını qala divarlarından (türk. sur) götürmüşdür. Sur ilçəsi 2008-ci ildə Diyarbəkir ilində mərkəzi tarixi yaşayış yeri olaraq qurulmuşdur. İlçə Dəclə çayının sahilində, Karaca vulkanının felsik lavası üzərində, dəniz səviyyəsindən təxminən 600 metr (2,000 ft) yuxarıda yerləşir. Bölgədəki çoxsaylı tarixi bina və tikili tarix boyu aid olduğu müxtəlif sivilizasiya və zəngin mədəniyyətlərin şahidi olmuşdur. Surun tarixi 7 500-cü ildən başlayır. Arxeoloji qazıntılar dünyanın ən qədim yaşayış məntəqəsinin bölgədə mövcud olduğunu göstərmişdir. Ərazidə hökm sürən sivilizasiyalara Hurrilər (Tunc dövrü), Mitanni (e.ə.
Sür-papaq
Sür-papaq — Azərbaycan qədim milli atüstü oyunlarından biri. Bəzən atüstü basketbol da adlandırılır. Sür-papaq oyununa bənzər oyunlardan Argentinada pato, Avropada isə horsbolu nümunə göstərmək olar. Sür-papaq oyunu hər birində 4–8 nəfər idmançı olan iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir (10+10). Oyunun birinci yarısından sonra komandalar 5 dəqiqə istirahət edirlər və qapıları dəyişirlər, oyun mərkəzdən başlanır. Oyun heç-heçə qurtardığı halda qalib komandanı müəyyən etmək məqsədilə oyuna 10 (5+5) dəqiqə əlavə vaxt verilir. Əlavə vaxtda qalib müəyyən olunmasa, hər komandaya 5 top-papaq atmaqla 5 metrlik cərimə zərbələri təyin olunur. Bu zaman hesab heç-heçə olarsa, hər komanda maksimum 5 top-papaq olmamaqla ilk itirilən top-papağa qədər cərimə zərbələrinin atılması davam edir. Bu halda da qalib müəyyən edilməsə, qalib püşkatma yolu ilə müəyyən edilir.
İssay Şur
İssay Şur (29 dekabr 1875 (10 yanvar 1876), Mogilyov, Mogilyov quberniyası[d], Rusiya imperiyası – 10 yanvar 1941) — həyatının çox hissəsini Almaniyada keçirmiş riyaziyyatçı. Belarusiyanın Mogilyov şəhərində doğulub. Təhsilini Berlində alıb. Nəzəri fizika sahəsi ilə yaxından maraqlanıb. Riyaziyyatda "Ədədlər nəzəriyyəsi" isə onun əsas çalışdığı sahələrdəndir. Adına məşhur Şur lemması vardır. Şur 1941-ci il, 10 yanvar tarixində Tel-Əviv şəhərində vəfat etmişdir, burada, Trumpeldor qəbirstanlığında dəfn olunmuşdur.
Şur (1967)
Azərbaycan musiqisində yeddi əsas muğam vardır. Şur onların arasında əsas yerlərdən birini tutur. Şur xalq tərəfindən yüz illər əvvəl yaradılan Azərbaycan muğamıdır. Qəmgin, poetik və sadə melodiyalarını ilk olaraq çobanlar tütək sədaları altında oxuyardılar. XX əsrdə SSRİ xalq artisti, məşhur bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında xalqın bu gözəl yaradıcılıq nümunəsini yeni bir məna ilə səsləndirmişdir. Bəstəkarın bu əsərləri dünyanın ən gözəl orkestrlərində, Leopold Stakovski, Niyazi, Nikolay Anosov, Çarl Münş, German Abendrot, Xeşmet Sençeri kimi dirijorların idarəsi ilə səslənərək, Azərbaycan xalqının qədim melodiyalarını aləmə yaymışdır. "Şur" improvizə xüsusiyyəti daşıdığı üçün televiziya filmində respublikanın ən yaxşı xanəndələri çıxış edir. Onlar qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışırlar. 1)1968-ci ildə Tbilisidə keçirilən "Prometey-68" kinofestivalı Film mövzunun orijinal həllinə görə xüsusi Diploma layiq görülmüşdür.
Şur (balet)
"Şur" — Fikrət Əmirovun 1968-ci yazdığı xoreqrafik novella.
Şur (dəqiqləşdirmə)
Şur — Azərbaycan musiqisində yeddi əsas muğamdan biridir. Şur (simfonik muğam) — 1948-ci ildə Fikrət Əmirovun orkestr üçün bəstələdiyi simfonik muğamlardan biri. Şur (balet) — 1968-ci ildə Fikrət Əmirovun bəstələdiyi xoreoqrafik novella.
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən "Alman Sosialist Tələbə Birliyi" ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan "Rockpalast" verlişinə qonaq olan ilk alman qrupudur.
Sürü psixologiyası
Sürü psixologiyası (ing. Bandwagon Effect) ifadəsi 1848-ci ildə Amerikanın siyasi sistemində istifadə edilməyə başlandı. Dan Rays adında bir təlxək o zamanların orkestr avtomobilini (Bandwagon) istifadə edərək siyasi turlara qatılmışdı. Orkestr avtomobili həvəsli musiqilərlə turlara çıxır və "orkestra qatıl" şüarıyla insanların diqqətini çəkirdi. Bunun sayəsində əldə etdiyi məşhurluğuna görə seçkilərdə böyük bir müvəffəqiyyət qazanmışdır. Bu ifadənin təməlində bu hadisə dayanır və buna görə sürü psixologiyası ingilis dilində "Bandwagon Effect" (Orkestr maşını təsiri) olaraq adlandırılır. İngilis alimlər bundan illər əvvəl bir araşdırma edir. Yığdıqları qoyun sürülərini bir məkana həbs edib üzərlərində təcrübə aparırlar. Aralarından seçdikləri 10 qoyunu digər qoyunların içindən ayırıb tək istiqamətə dönmələrini təmin edirlər. Təkrar digər qoyunların içinə buraxılanda qoyunlar sürü halında, başdakı 10 fərqli qoyuna ayaq uydurmağa başlayır.
Sürü (dəqiqləşdirmə)
Sürü — canlılar qrupu. Sürü (teleserial, 2023) — teleserial.
Feryer-sür-Sişon
Feryer-sür-Sişon (fr. Ferrières-sur-Sichon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03113. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 554 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 338 nəfər arasında (15-64 yaş) 226 nəfər iqtisadi fəal, 112 hərəkətsiz (fəaliyyət göstərici 66.9%, 1999-cu ildə 67.9%) idi. Fəal 226 nəfərdən 205 nəfəri (118 kişi və 87 qadın), 21 nəfəri işsizdir (7 kişi və 14 qadın). Aktiv olmayan 112 nəfər arasında şagird və ya tələbə, 46 nəfər təqaüdçü, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Jalinyi-sür-Bebr
Jalinyi-sür-Bebr (fr. Jaligny-sur-Besbre) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalinyi-sür-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03132. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 641 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 374 nəfər (15-64 yaş arasında) 251 nəfər iqtisadi fəal, 123 hərəkətsiz (fəaliyyət göstərici 67,1%, 1999-cu ildə 64.5%) olmuşdur. Fəal olan 251 nəfərdən 224 nəfər (125 kişi və 99 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi. Fəal olmayan 123 nəfər arasında 35 nəfər şagird və ya tələbə, 45 nəfər təqaüdçü, 43 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kan-sür-Mer
Kan-sür-Mer (fr. Cagnes-sur-Mer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Kormoranş-sür-Son
Kormoranş-sür-Son (fr. Cormoranche-sur-Saône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01123. == Coğrafiyası == Kommuna Paris şəhərinin 350 km cənub-şərqində, Lion şəhərindən 55 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 31 km qərbdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1058 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 675 nəfər arasında 500 nəfər iqtisadi cəhətdən aktiv, 175 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi% 74,1, 1999-cu ildə 72,4%). 500 aktiv sakindən 461 nəfər işləyirdi (247 kişi və 214 qadın), 39 işsiz var (19 kişi və 20 qadın).
Kursel-sür-Vyon
Kursel-sür-Vyon (fr. Courcelles-sur-Viosne) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — www.courcelles-sur-viosne.fr/. Əhalisi — 275 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 1999 km şimal-qərbdə, Serji belediyyənin 7 km şimal-qərbdə yerləşir.
Kök-Suu rayonu
Kök-Suu rayonu (altayca: Кöк-Суу аймак / Kök-Suu (Göksu) aymak, rusca: Усть-Коксинский муниципальный район) Rusiya Federasiyasının tərkibində olan Altay Respublikasının rayonu. == Tarixi == Kök-Suu sözü altaycada göksu (mavi su) mənasını verir. Rusların rayon ərazisinə gəlişi XIII əsrdə olmuşdur. 16 sentyabr 1924-cü ildə mərkəzi Katanda kəndi olan Uymon rayonu yaradıldı. 10 aprel 1933-cü ildə rayonun adı Kök-Suu olaraq dəyişdirildi və mərkəzi Ust-Koksu kəndinə köçürüldü. == Coğrafiya == Coğrafi olaraq Altay Respublikasının cənub-qərb hissəsində, Qazaxstanla sərhəddə yerləşir. Rayonun sahəsi 12,958 km²-dir. Altay Respublikasının rayonları arasında ərazisinə görə üçüncü yeri tutur. Dağ-çöl ərazilərindən ibarətdir. Rayonda 439 göl var.
ИХП-234 aşqarı
ИХП-361 aşqarı
ИХП-476 aşqarı
Klona-sür-Varez
Klona-sür-Varez (fr. Clonas-sur-Varèze) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38114. Kommunanın 1999-cu il üçün əhalisi 1281 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 157 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Kra-sür-Resuz
Kra-sür-Resuz (fr. Cras-sur-Reyssouze) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monrevel-an-Bres kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01130. == Coğrafiyası == Kommuna Paris şəhərinin 360 km cənub-şərqində, Lion şəhərindən 70 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 13 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1256 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 783 nəfər (15-64 yaş) arasında 634 nəfər iqtisadi cəhətdən aktiv, 149 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 81.0, 1999-cu ildə 72.8% idi). 634 aktiv sakindən 610 nəfər işləyirdi (308 kişi və 302 qadın), 24 işsiz (13 kişi və 11 qadın) var.
Meri-sür-Uaz
Meri-sür-Uaz (fr. Méry-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Sent-Uan-l'Omon. Əhalisi — 8.929 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimal-qərbdə, Serji belediyyənin 10 km şərqdə yerləşir.
Aven-sür-Alp (kommun)
Aven-sür-Elp (fr. Avesnes-sur-Helpe) — Böyük Elp çayının sol sahilindəki Valansyen şəhərindən 49 km cənub-şərqdə, Fransanın şimal-şərqində yerləşən Nor departamentin, eyni adı olan kantonun mərkəzi. Kommuna ərazisindən N2 milli avtomagistralından keçir. Əhalisi (2014) — 4 662 nəf. == Coğrafiyası == Şəhər ətrafı "Avenua" adlanır, meyvə vadiləri və kiçik kəndləri ilə bir mənzərə təşkil edir. Bu bölgənin hündürlüyü ortalama dəniz səviyyəsindən təxminən 170 metr yüksəkdir. == Demoqrafiyası == Əhali sayının dinamikası, nəf.
Aven-sür-Alp (rayon)
Aven-sür-Elp (fr. Avesnes-sur-Helpe) — Fransanın Nor-Pa-de-Kale regionun rayonlarından biri. Departamenti — Nor. Suprefekturası — Aven-sür-Elp. Əhalisi — 232 657 nəfər, 2012-ci ilin məlumatları. Sıxlığı — 165 nəf./km². Rayonun sahəsi — 1408 km².
Surp Yerrortutyun Erməni Kilsəsi
Surp Yerrortutyun Erməni Kilsəsi (erm. Սուրբ Երրորդութիւն Եկեղեցի) və ya Bəyoğludakı Üç Horan Erməni Kilsəsi — Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunun Qalatasaray hissəsində yerləşən erməni kilsəsidir. Kilsənin konkret olaraq tikilmə tarixi məlum olmasa da, XVI əsrdə mövcud olduğu məlumdur. 1503-cü il tarixli “Üç Horan” adlı əlyazma və içində sultanın möhürü olan bir sənədə əsasən kilsənin ərazisi satın alınmışdır. 1805-ci ildə Qrikor Amira Gevorkyan-Çerazyan icmasının üzvlərinin səyləri ilə başqa əlyazmalar da tapılmış və həmin ərazidə Surp Eçmiədzin uşaq məktəbi tikilmişdir. Daha sonra əldə edilmiş olan fərmanla kilsə icazəsi alınmış və məktəb kilsəyə çevrilmişdir. 1807-ci ildə “Amenasurp Yerrortutyun” adı ilə təqdis edilmiş olan kilsədə 1810-cu ildə yanğın baş vermiş və 1836-cı ildə Dolmabağça sarayının da memarlarından biri olan Qarabed Amira Balyan tərəfindən Hovhannes Amira Serveryan və Usta Minas Ağa ilə birlikdə binanın yeni bir memarlıq planı hazırlanaraq yenidən inşası həyata keçirilmişdir və 1838-ci ildə İstanbul Erməni Patriarxı İsdepanos Ağavni tərəfindən ibadət üçün yenidən açılmışdır. 1845-ci ildə təmir edilmiş olan kilsədə son təmir işləri 2000-ci ildə həyata keçirilmiş və kilsə ibadət üçün hələ də açıqdır. 1915-ci ildə baş vermiş olan Erməni soyqırımından sonra kilsənin icmasının sayı azalmış və bununla paralel olaraq da xristian ziyarətçilərinin sayı azalmışdır.