Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gətirmə konusu
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Da (hərf)
Դ, դ (səslənməsi: da, erm. դա) — erməni əlifbasının dördüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi". Müasir baxımdan Leonardonun soyadı olmamışdır, belə ki, "da Vinçi" sadəcə "Vinçidən olan" mənasına gəlir.
Flaviya da Fariya
Flaviya da Fariya (29 yanvar 1982) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Flaviya da Fariya Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Irmandades da Fala
Irmandades da Fala (azərb. Dil Qardaşlığı‎)— 1916–1936-cı illərdə fəaliyyətdə olan Qalisiya milliyətçi təşkilatı. Bu təşkilat Qalisiyanın ilk siyasi təşkilatı idi və ancaq Qalisiya dilindən istifadə edirdi. == Tarixi == Madriddə yaşayan qalisiyalı yazıçı Aurelio Ribalta 1915-ci ildə Qalisiya dilinin yox olmasının qarşısını almaq üçün xalqına müraciət etmişdi. 5 yanvar 1916-cı ildə Anton Vilar Ponte "La Voz de Galicia" qəzetində Qalisiya Dilinin Dostları Liqasının qurulması üçün kampaniya başlatmışdır. O, 1916-cı ilin martında "Qalisiya Millətçiliyi: Bizim Regional Təsdiqimiz" adlı məqalə nəşr etmiş və məqalədə Qalisiya dilinin istifadəsini və qorunmasını dəstəkləmişdir. Bu təklif müxtəlif ideologiyalardan və liderlər tərəfindən də dəstəklənmişdir. Bunlardan əhəmiyyətliləri Karlizm, Anton Losada Diuqez və liberal demokratlardır. == Siyasi proqramı == 1918-ci ilin noyabrında Luqo şəhərində siyasi proqram tərtib olunmuşdur: Əsas hədəflər Qalisiyanın muxtariyyət qazanması. Bələdiyyə muxtariyyəti.
Leonardo Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi". Müasir baxımdan Leonardonun soyadı olmamışdır, belə ki, "da Vinçi" sadəcə "Vinçidən olan" mənasına gəlir.
ABŞ-da QİÇS
ABŞ-də QİÇS (ing. HIV/AIDS in the United States) — Amerika Birləşmiş Ştatlarında QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Qazanılmış İmmun Çatışmazlığı Sindromuna ABŞ-də ilk dəfə 1969-cu ildə rast gəlinmişdir. 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində Kaliforniya ştatında və xüsusəndə bu ştatın Los-Anceles şəhərində həkimlər tərəfindənçoxlu sayda insanda Kaposi sarkoması xərçəngi aşkarlanmışdır. Virusun Haitidən gəlmiş miqrantlarla ölkəyə daxil olduğu təxmin edilməkdədir. 320 milyondan çox əhalinin yaşadığı ölkədə 1.2 milyon HİV müsbət şəxsin yaşadığı təxmin edilir. Bu şəxslərdən təqribən 1/8 hissəsi virus daşıyıcısı olmasından xəbərsizdir. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının 2009-cu ilə aid məlumatına görə ABŞ-də yaşayan 1.2 milyon HİV müsbət şəxsdən 310 mini qadınlardır. Kaliforniya ştatında uşaqlarda daxil olmaqla HİV müsbət vətəndaşların sayı 184 mindən çoxdur. 85.958 nəfər bu günə qədər virusun səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib.
ABŞ-da din
ABŞ-də din — ABŞ konstitusiyasına edilən birinci dəyişiklik dinin azad həyata keçirilməsinə zəmanət verir və qurulmasına uyğun olaraq Konqresi qanunların qəbul edilməsinə qadağa qoyur. 2013-cü ildəki sorğuda amerikalılar 56%-i dinin "onların həyatında çox önəmli rol" oynadığını demişdilər, bu rəqəm də digər inkişaf etmiş ölkələrdən çok daha yüksəkdir. 2009-cu il Qellap sorğusunda amerikalıların 42%-i həftəlik və ya demək olar ki, həftəlik kilsədə iştirak etdiyini söylədilər, bu rəqəm ən az Vermontda olmaqla 23% və ən çox Missisipidə olmaqla 63% dəyişir.
ABŞ-da fahişəlik
ABŞ Konstitusiyasının 1-ci maddəsinə görə, ABŞ-də fahişəlik Federal Konqresin səlahiyyətində deyildir, bu səbəbdən onun tənzimlənməsi ayrı-ayrı ştatların öhdəliklərinə verilir. Təkcə Nevada ştatından başqa ştatların hamısında cinsi xidmətlərin alqı-satqısı bu və ya digər dərəcədə qanunla qadağandır. == Tarixi == 1672-ci ildə Bostonda fahişəxanalar qadağan edildi; bu, Amerikanın ilk fahişəlik əleyhinə qanunu idi. Kanzasda 1868-ci ildə fahişəxanalar qadağan edildi. 1870-ci ildə Kaliforniyada 3.536 Çinli qadın var idi ki, onların 61%-ı siyahıyaalmada peşə olaraq fahişəliyi qeyd etmişdir. 1880-ci ildə bu rəqəm yüzdə 24-ə düşdü. 5 iyul 1870-ci ildə Missuri ştatının Sent-Luis Şəhər Şurası qeydiyyatdan keçmiş fahişələrin icbari tibbi müayinədən keçməsini tələb edən fahişəliyin tənzimlənməsi fərmanını qəbul etdi. Lakin, artıq 1874-cü ildə 100 min adamın imzaladığı ərizə sayəsidə fərman ləğv edildi. 1890-cı ildən Montana ştatının Byutt şəhərində leqal fahişəxana fəaliyyət göstərirdi, lakin 1982-ci ildə bağlandı. 6 iyul 1897-ci ildən 14 noyabr 1917-ci ilədək Yeni Orleanda fahişəlik peşəsi ilə məşğul olanlara aid reqlament tətbiq olundu; qırmızı işıqlar rayonu Storivill oldu.
ABŞ-da idman
ABŞ-də idman (ing. Sports in the United States) — ABŞ mədəniyyətinin mühüm tərkib hissələrindən biri. Amerika futbolu bir çox göstəriciyə görə ən məşhur tamaşaçı idmandır, Milli Futbol Liqası (NFL) dünyada ən yüksək ortalama iştirakçıya malik idman liqasıdır və Super Boul dünyada milyonlar tərəfindən izlənilir. Beysbol XIX əsrin sonundan ABŞ-nin milli idman növü olaraq qəbul edilib, Böyük Beysbol Liqası (MLB) üst liqadır. Basketbol və buzüstü hokkey ölkənin növbəti iki aparıcı peşəkar komanda idmandır, Milli Basketbol Assosiasiyası (NBA) və Milli Hokkey Liqası (NHL) üst liqalardır. Bu dörd böyük idman peşəkarlıqla oynanıldıqda hər biri ilin fəqli, lakin üst-üstə düşən vaxtlarında bir mövsüm keçirirlər. Kollec futbolu və basketbolu böyük auditoriyanı cəlb edir. Futbolda ölkə 1994 FİFA Dünya Kubokuna ev sahibliyi etdi, kişi milli futbol komandası on dəfə Dünya Kubokuna vəsiqə qazanıb və qadın milli futbol komandası üç dəfə FİFA Qadınlararası dünya çempionatı qalibi olub, MLS ABŞ-də bu idmanın ən yüksək liqasıdır (21 Amerika və 3 Kanada komandası çıxış edir). ABŞ-də professional idman bazarı təxminən 69 milyard $ təşkil edir, bu bütün Avropa, Yaxın Şərq və Afrika ölkələrinin cəmindən təxminən 50% böyükdür. ABŞ-də səkkiz Olimpiya oyunları təşkil edilib (2028 Yay Olimpiya Oyunları doqquzuncu olacaq).
ABŞ-da immiqrasiya
ABŞ-də immiqrasiya — ABŞ-ni immiqrasiya ölkəsi adlandırırlar. == Tarixi == ABŞ ərazisinin sürətlə genişlənməsi, eləcə də ərazinin məskunlaşması və mənimsənilməsi külli miqdarda əhali tələb edirdi. Həmçinin dünyanın digər ərazilərində (əsasən də Avropada) sosial-iqtisadi şərait (aqrar, dini, milli vəziyyət, aclıq, siyasi təqib) əhali və əmək ehtiyatlarını ABŞ-yə cəlb etdi. Okean boyunca qitələrarası miqrasiyanın artması feodal məhdudiyyətlərinin ləğvinə səbəb oldu və əhali hüquqi cəhətdən müstəqillik qazandı. İmmiqrasiya dəniz və sonra hava nəqliyyatında olan proqreslə bağlı daha geniş vüsət aldı. İmmiqrantların sayının qeydiyyatı 1820-ci ildən aparılır və 1820-ci ildən indiyə qədər ABŞ-yə 60 mln. nəfər əhali (Avropa 67 %, Asiya 10 %, Amerika 21 %, digər regionlar 2 %) immiqrasiya etmışdir. Aşağıdakı immiqrasiya dövrləri ayrılır: === Birinci dövr === I dövr – XVII əsrin əvvəllərindən 1820-ci ilə qədər davam etmişdir. İmmiqrantlar əsasən Böyük Britaniya adalarındandır (ingilislər, şotlandlar, irlandlar). Cənuba gələnlər varlı torpaq sahibləri olduğundan onlar özləri ilə plantasiyalarda işləmək üçün kasıb əhali gətirmişlər.
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-da seçkilər
== Maliyyələşmə == ABŞ-də bu məsələ 1971-ci ildə qəbul edilmiş Seçki kampaniyaları haqqında Federal Aktla tənzimlənir. ABŞ-də siyasi partiyalara seçki zamanı könüllü "donorlar" pul buraxır. 1996-cı ildə bu xərclər Senata keçirilən seçki kampaniyasında 2/3-ni, Nümayəndələr Palatasına seçkilərdə isə ½ -ni təşkil edib. Akt seçki ianələrini ciddi çəkildə məhdudlaşdırıb. Məsələn, hər bir vətəndaş il ərzində dəstəklədiyi namizədin xeyrinə yalnız 1000 dollar keçirə bilər. Mənsub olduğu siyasi partiyanın Mərkəzi Komitəsinə isə il ərzində 20 min dollar vermək icazəsi var. Əgər digər bir namizəd xoşuna gəlirsə, vətəndaş onun fonduna yalnız 5 min dollar keçirə bilər. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Amerikanın siyasi partiyalarını maliyyələşdirməsi qadağandır. ABŞ-nin iki partiyası — Demokratlar və Respublikaçılar seçki ianələrdən yaxşı bəhrələnirlər. Məsələn, ABŞ seçkilərlə bağlı Federal Komissiyasının məlumatlarına görə, 2005-ci ilin yanvarından 2006-cı ilin iyununa qədər Respublikaçıların seçki Fonduna 695 milyon dollar yığılıb.
Li Da-in
Lee Da-in (5 noyabr 1992, Seul) — Cənubi Koreyalı aktrisadır. Aktrisa Kyon Mi-rin qızıdır.
Neydson da Silva
Meydson da Silva (28 oktyabr 1996, Maseyo[d]) — Neydson kimi də tanınan, Molde klubundan icarə əsasında Eliteserien təmsilçilərindən olan Elverum klubunda qapıçı kimi çıxış edən peşəkar Norveçli futbolçudur. Neydson Molde akademiyası vasitəsilə inkişaf etmişdir. Neydson öz peşəkar karyerasında debütünü 8 noyabr 2015-ci ildə İK Start klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Etan Horvatı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 19 iyul 2017-ci ildə Neydson 2017-ci ilin sonuna qədər Elverum klubuna icarəyə verilmişdir. 29 dekabr 2017-ci ildə Neydson Molde klubundan ayrıldıqdan sonra Brattvaq klubu ilə müqavilə imzalamışdır.
Nise da Silveira
Nise da Silveyra (15 fevral 1905, Maseyio, Braziliya — 30 oktyabr 1999, Rio de Janeyro) — psixiatriya üzrə ixtisaslaşan braziliyalı həkim, Karl Qustav Yunqun tələbəsi. O, xəstələri elektroşok, insulin terapiyası və psixologiya üzrə müalicə etmişdir. Nise da Silveyra ilk dəfə heyvanlar üçün zeoterapiya fəlsəfəsini irəli sürmüşdür. O, əri Mariyo Maqalhaes da Silveyra ilə birlikdə Şüursuz Şəkillər Muzeyini yaratmışdır və Casa das Palmeiras (Palma Evi)— psixiatriya müəssisələrinin keçmiş xəstələri üçün klinikanı yaratmışdı. Jung: vida e obra, Rio de Janeiro: José Álvaro Ed., 1968 Imagens do inconsciente Rio de Janeiro: Alhambra, 1981 Casa das Palmeiras. A emoção de lidar. Uma experiência em psiquiatria Rio de Janeiro: Alhambra, 1986 O mundo das imagens São Paulo: Ática, 1992 Nise da Silveira Brasil, COGEAE/PUC-SP 1992 Cartas a Spinoza Rio de Janeiro: Francisco Alves, 1995 Gatos, A Emoção de Lidar Rio de Janeiro: Léo Christiano Editorial, 1998 Fernando Portela Câmara. "Vida e obra de Nise da Silveira" Psychiatry On-line Brazil, 2002 Id. "A contribuição de Nise da Silveira para a psicologia junguiana" - Psychiatry On-line Brazil, 2004 Gullar Ferreira. Nise da Silveira: uma psiquiatra rebelde, 1996 João A. Frayze-Pereira.
Nise da Silveyra
Nise da Silveyra (15 fevral 1905, Maseyio, Braziliya — 30 oktyabr 1999, Rio de Janeyro) — psixiatriya üzrə ixtisaslaşan braziliyalı həkim, Karl Qustav Yunqun tələbəsi. O, xəstələri elektroşok, insulin terapiyası və psixologiya üzrə müalicə etmişdir. Nise da Silveyra ilk dəfə heyvanlar üçün zeoterapiya fəlsəfəsini irəli sürmüşdür. O, əri Mariyo Maqalhaes da Silveyra ilə birlikdə Şüursuz Şəkillər Muzeyini yaratmışdır və Casa das Palmeiras (Palma Evi)— psixiatriya müəssisələrinin keçmiş xəstələri üçün klinikanı yaratmışdı. Jung: vida e obra, Rio de Janeiro: José Álvaro Ed., 1968 Imagens do inconsciente Rio de Janeiro: Alhambra, 1981 Casa das Palmeiras. A emoção de lidar. Uma experiência em psiquiatria Rio de Janeiro: Alhambra, 1986 O mundo das imagens São Paulo: Ática, 1992 Nise da Silveira Brasil, COGEAE/PUC-SP 1992 Cartas a Spinoza Rio de Janeiro: Francisco Alves, 1995 Gatos, A Emoção de Lidar Rio de Janeiro: Léo Christiano Editorial, 1998 Fernando Portela Câmara. "Vida e obra de Nise da Silveira" Psychiatry On-line Brazil, 2002 Id. "A contribuição de Nise da Silveira para a psicologia junguiana" - Psychiatry On-line Brazil, 2004 Gullar Ferreira. Nise da Silveira: uma psiquiatra rebelde, 1996 João A. Frayze-Pereira.
Qabrielle da Silva
Qabrielle da Silva (4 mart 1997) — Braziliyanı təmsil edən bədii gimnast. Qabrielle da Silva 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qabrielle da Silva 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Emanuelle Lima, Cessika Mayer və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Miquel da Paz
Migel de Paş (port. Miguel da Paz de Trastâmara e Avis; 23 avqust 1498 – 19 iyul 1500, Qranada, Kastiliya krallığı) — Portuqaliya kralı I Manuelin ilk övladı, Portuqaliya, Kastiliya və Araqon taxt-tacının varisi. Şahzadə Migel 1498-ci ildə Saraqosada dünyaya gəldi. Atası Aviz sülaləsinə mənsub Portuqaliya kralı I Manuel, anası isə Kastiliya-Araqon taxt-tacının sahibləri Kastiliyalı İzabella və Araqonlu Ferdinandın böyük qızı İzabella idi. Anası o doğulduğu saatlarda vəfat etdi. Atasının yeganə rəsmi varisi idi və bu səbəblə, doğulduğu gündən etibarən Portuqaliya şahzadəsi ünvanı aldı. Bir müddət sonra isə nənəsi Kastiliyalı İzabella və babası Araqonlu Ferdinand tərəfindən varis elan edildi və beləcə, bütün İberiya yarımadasını tək səltənətdə birləşdirən bir vərasətə sahib oldu. Ancaq 19 iyul 1500-cü ildə hələ 2 yaşı tamam olmamış, nənəsi Kastiliyalı İzabellanın qollarında vəfat etdi. Cənazəsi Qranada krallıq kilsəsinə dəfn olundu. Ölümündən bir neçə ay sonra iki ölkə arasındakı sülhün davam etməsi məqsədilə, atası I Manuel xalası Araqonlu Mariya ilə evləndi və bu nikahdan bir neçə övladı dünyaya gəldi.
CAR-da turizm
Cənubi Afrikada turizm — Cənubi Afrika, Afrikanın qitəsində ən məşhur tətil istiqamətlərindən biridir.Cənubi Afrikada turizm və sənaye ölkə gəlirinin əsasını təşkil edir. Dünya səyahət və turizm şurasının World Travel & Tourism Council məlumatına görə, 2012-ci ildə turizm sənayesi birbaşa Cənubi Afrika ÜDM-ə 102 milyard ZAR gətirib və ölkədə iş yerlərinin 10,3% -ni təşkil edir. Cənubi Afrika yerli və beynəlxalq turistlərə müxtəlif variantları təklif edir, bura mənzərəli təbii landşaft, təbiət qoruğu, tarixi mədəni irs, yüksək qiymətləndirilmiş şərablar və s. daxildir. Xüsusilə də su idmanı üçün həyəcan verən gözəl çimərliklər də tapa bilərsiniz. Ən məşhur turistik istiqamətlərə ölkənin şimalında geniş Kruger National park , sahil xəttləri və çimərliklərlə Qərbi Burun vilayəti və Kvazulu-Natal vilayəti, Keyptaun, Yohannesburq və Durban kimi iri şəhərləri daxildir.Turizm xüsusilə 20-ci əsrdən sonra Cənubi Afrika Respublikası üçün vacib yer tutur. Aparteid dövrünün sona çatmasından sonra ölkədə qalxan embarqolarının təsiri ilə xaricdən gələn turistlər ölkə üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilmişdir.2002-ci ilin məlumatlarına əsasən, sözügedən ildə ölkədə 6 milyon turist cəlb olunduğu bildirilir. Cənubi Afrikanın son Turizm və Miqrasiya Araşdırması statistikasına görə, 2017-ci ilin avqustunda ölkəyə daxil olan limanlardan təxminən 3,5 milyon turist keçmişdir. Ölkədə çalışan əhalinin 3% -i turizm sektorunda işləyir. Ölkənin sahil xətti təxminən 2,500 kilometr; Cənub Afrika Atlantik Okeanı və Hind Okeanı ilə həmsərhəddir.
Tyaqu da Silva
Enrike Tyaqu (23 may 1985, Braziliya) — Braziliya futboçusu. 23 may 1985-ci ildə Fernandopolisdə anadan olub. Çıxış etdiyi klublar: Fernandopolis (Braziliya) San Kaetano (Braziliya) Santista (Braziliya) Roma Apukarana (Braziliya) 2008-ci ildən Qəbələdə çıxış edir.
ABŞ-da təhsil
ABŞ-nin təhsil sistemi – ABŞ-nin təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir. ABŞ-də savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır. Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-də təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz qanunları var.
Tristan-da-Kunya
Tristan-da-Kunya və ya qısaca Tristan (ing. Tristan da Cunha) — Atlantik okeanının cənubunda yer alan uzaq bir vulkanik ada qrupudur. Cənubi Afrikadakı Keyptaun sahilindən təqribən 1,511 mil (2.416 km), Müqəddəs Yelena adasından 1.343 mil (2.161 km) və Folklend adalarından 2.166 mil (2.866 km) məsafədə yerləşən dünyanın ən ucqar yaşayış adalarıdır. Bu ərazi diametri təxminən 11 kilometr (6,8 mil) olan və sahəsi 98 kvadrat kilometr (38 kvadrat mil) olan Tristan da Kunya adasından, eləcə də Qof adasının kiçik səhra adalarının vəhşi təbiət qoruqlarından ibarətdir. Oktyabr 2018-ci il kimi əsas adada Britaniya vətəndaşlığı olan 250 daimi sakin yaşayır. Qof adasında hava stansiyası heyəti istisna olmaqla, digər adalarda yaşayış yoxdur. Tristan da Cunha, öz konstitusiyasına sahib Britaniya müstəmləkəsidir. Əsas adada heç bir hava limanı yoxdur, Buraya gəlmək üçün yeganə yol Cənubi Afrikadan qayıqla altı günlük səyahətdir. Adalar ilk dəfə 1506-cı ildə portuqal tədqiqatçı Tristo da Kunya tərəfindən kəşf edildiyi qeydə alındı, lakin təlatümlü dəniz, tədqiqatçıya burada enməyə mane oldu. Adanın adını öz adı, Ilha de Tristão da Cunha kimi adlandırmışdır.
Çino da Pistoya
Çino da Pistoya (1270[…], Pistoya, Toskana – 1336[…], Pistoya, Toskana) — italyan hüquqçusu və şair. Çino da Pistoya Toskana ştatının Pistoyya şəhərində anadan olub. Atası sinibaldi nəslindən olan nəcib bir insan idi. Doktorluq dərəcəsini Bolonya universitetində alıb. Çino da Pistoya da siyasi partiyaların mübarizəsində iştirak etmiş, rəqibləri qalib gəldiyi zaman sürgünə getməyə məcbur olmuşdur. Bu dövrdə onun Dante ilə dostluğu daha da möhkəmlənmişdir. Onları sadəcə olaraq yalnız poeziya birləşdirmirdi: şəhər çəkişmələrinin fövqündə dayanaraq bu şairlər bütün İtaliyaya sülh gətirə biləcək gücü axtarır və hər ikisi ümidlərini imperator lV Henrixə bağlayırdı. Çino ölən zaman, sonralar xüsusilə məşhur olan bir kansonunda deyir ki, bu ölümlə "hər cür ədalət öldü…". Çino özünün ictimai düşüncələrini şeirlərində deyil, mühazirələrində və hüquqa aid elmi əsərlərində ifadə etmişdir. Məşhur hüquqşünas olan Çino da Pistoya Bolonya, Siena Florensiya, Peruci və Neapol universitetlərində mühazirələr oxumuş, kilsənin dünyəvi hakimiyyətinin məhdudlaşmasını qəti şəkildə tələb etmişdir.
Praktik ağlın tənqidi
Praktik zəkanın tənqidi ( alm. Kritik der praktischen Vernunft‎ : Kritik der praktischen Vernunft ) İmmanuel Kantın 1788-ci ildə nəşr olunan üç tənqidindən ikincisidir. Bu Kantın ilk tənqidi Xalis zəkanın tənqidi ” əsərindən sonra gəlir və onun əxlaq fəlsəfəsindən bəhs edir.
Xəyallar hara gətirə bilər (film, 1998)
Xəyallar hara gətirə bilər (ing. What Dreams May Come) — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi. Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu. Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır. Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.
"DAM"da bir gün (film, 1976)
Qalina
Qalina — qadın adı və təxəllüs Qalina Vişnevskaya — Sovet və rus opera müğənnisi. Qalina Timçenko — Rusiya jurnalisti Qalina Tançeva — Bolqarıstanlı bədii gimnast. Qalina Nikandrova — Bolqarıstanlı bədii gimnast. Qalina Malaşenko — Bolqarıstanlı bədii gimnast. Qalina Marinova — Bolqarıstanlı bədii gimnast. Qalina Bıstrova — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.
Alina
Alina — qadın adı. Alina Zahitova — rusiyalı fiqurçu. Alina Şapoçnikov — Polşa heykəltaraşı və yəhudi mənşəli qrafikçi. Alina Trepina — Azərbaycanı təmsil edən bədii gimnast. Alina Tumiloviç — Belarusu təmsil edən bədii gimnast. Alina Makarenko — Rusiyanı təmsil edən bədii gimnast. Alina Gözəlova — Azərbaycanı təsmil edən bədii gimnast. Alina Abdullayeva — Azərbaycan rejissoru. Alina Puqaç — İsraili təmsil edən qadın badmintonçu. Alina Kabayeva — Rusiyanın əməkdar idman ustası Alina Orlova — Litvalı müğənni.
Gərmə
Gərmə — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Gətir
Gətir — lazımi məhsulları 10 dəqiqə ərzində gətirməyi hədəfləyən tətbiqetmə üzərindən işləyən onlayn bazar tətbiqidir. İstanbul, Ankara, İzmir, Bursa və Kocaelinin seçilmiş bölgələrində 100-dən çox anbarı ilə istifadəçilərə xidmət göstərir. Gətir ərzaq sifariş sistemi ilə yanaşı, yemək sifarişini qısa müddətdə çatdırmaq üçün müəyyən bölgələrdə Getir Yemek sistemini xidmətə gətirdi. Maykl Moritzin başçılıq etdiyi xarici investorlar bu tətbiqetməyə 38 milyon dollar sərmayə qoymuşlar.
Tirmə
Tirmə (fars. ترمه‎) əsasən İranın İsfahan əyalətində istehsal olunan əl ilə toxunmuş parça növüdür. Müasir dövrdə Yəzd tirməsi gözəlliyinə görə dünyada daha məşhurdur. Yəzd tirmənin dizayn, istehsalat və marketinq mərkəzi kimi mühüm rola malikdir. Tirmə toxumaq üçün uzun lifli yaxşı yun lazımdır. Tirmə toxumaq incə, diqqətli və vaxt aparan prosesdir. Yaxşı toxucu bir günə 25-30 santimetr məhsul istehsal edə bilər. Əsasən tirmənin toxunma prosesi zamanı istifadə olunan fon rəngləri qırmızı, yaşıl, narıncı və qaradır. Tarixdə bir çox şəxs tirməyə olan vurğunluğundan bəhs etmişdir. Yunan tarixçiləri fars toxumalarının gözəlliyini şərh etmiş, çinli səyyah Huanq Tesank isə tirməyə heyran qalmışdır.
Götürmə (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
İman gətirən
İman Lüğət mənası (e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənası Termin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. Lüğət mənası «S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənası İstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
Aparatla əyirmə
Aparatla əyrimə – müxtəlif uzunluqlu liflərdən və ya lif qalıqlarından böyük xətti sıxlığa malik qalın xovlu yun və qarışıq iplik hazırlamaq üçün aparılan proses. İplik almaq üçün darama aparatında daranmış lif layı aparatın eni boyunca zolaqlara ayrılır, sonra zolaqlar eşilərək sıxlaşdırılır və ilkin iplik əmələ gətirir. Halqalı əyirmə maşınlarında ilkin iplikdən iplik alınır. Yunəyirmə prosesində Aparatla əyirmə mahud əyirməsi də adlanır.
Fransada övladlığa götürmə
Fransada övladlığa götürmə Fransa Mülki Məcəlləsində iki formada müəyyən edilmişdir: adi övladlığa götürmə və plenar övladlığa götürmə. == Adi övladlığa götürmə == Övladlığa götürmənin bu növündə övladlığa götürülən şəxslə onun bioloji ailəsi arasında müəyyən hüquqi münasibətlərin qalmasına icazə verilir. Bu müddəa Fransa Mülki Məcəlləsinin 343-cü maddəsində müəyyən edilmişdir. Plenar övladlığa götürmədən fərqli olaraq, adi övladlığa götürmənin tələbləri daha az məhdudlaşdırıcı və daha az radikaldır. === Tələblər === Yaşı 28 və daha yuxarı olan bir şəxs (iki şəxs eyni zamanda övladlığa götürən ola bilməz) övladlığa götürən ola bilər. Övladlığa götürülən övladlığa götürən şəxsin arvadının (ərinin) uşağı deyilsə, onunla övladlığa götürən arasında yaş fərqi 15-dən az olmamalıdır. Birinci halda isə yaş fərqi 10-dan az olmamalıdır. Əgər övladlığa götürən nikahdadırsa, onun arvadının (ərinin) razılığı tələb olunur. (Mülki Məcəllə, Maddə 361) === Hüquqi nəticələri === Övladlığa götürmə övladlığa götürülən uşaq üçün valideynlərinə münasibətdə mövcud olan hüquq və vəzifələr yaradır. Ona görə də, məsələn, övladlığa götürülən uşağın əvvəlki soyadı dəyişdirilərək övladlığa götürənlərin soyadı verilir.
Keçiddə götürmə (şahmat)
Keçiddə vurma — Şahmat termini Başlanğıc mövqedən birdən-birə iki xana hərəkət edərək, rəqibin piyadası ilə üfüqi vəziyyətdə duran piyadanı götürmək deməkdir. Keçiddə vurma (bəzi ədəbiyyatlarda "keçiddə götürmə") yalnız müvafiq gedişdən sonra ola bilər. == Debütdə tətbiqi == Rus görüşü (şahmat): 1.e4 e5 2. Af3 Af6 3.d4 ed 4.e5 Ae4 5. V:d4 d5 (diaqrama bax) 6.ed.
Kim Possibl: Bitirmə
Kim Possibl: Bitirmə (ing. Kim Possible: Graduation) - 2007-ci ildə çəkilmiş qısametrajı iki hissəli animasiyadır. Bu animasiya bütün seriyaların bitirir. == Məzmun == Birinci hissədə Həkim Drakken bitki qatillərinin köməyi ilə dünyanı ələ keçirmək istəyir. Bunun üçün Drakken xüsusi maddə hazırlayır. Bu müddətdə Kim onun planlarını yox etmək niyyətindədir. Onların mübarizəsindən sonra əvvəlki mübarizələrdən fərqli olaraq Drakkenin laboratoriyası dağılmır və gül bağına çevrilir. Amma bir müddətdən sonra Kim və Drakken ayrı-ayrılıqda özgəplanetlilər tərəfindən qaçırılır... İkinci hissədə dostlarını xilas etmək üçün Ron və Şiqo kosmosa yola düşürlər. Kim və Drakken xilas olan zaman dördlük dünyanı xilas etmək istəyirlər.
Mən gəlirəm (mahnı)
Qalina Bıstrova
Qalina Bıstrova (8 fevral 1934, Naxçıvan – 11 oktyabr 1999, Volqoqrad) — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası. Qalina Doljenkova atasının sərhədçi kimi xidmət etdiyi Naxçıvan şəhərində anadan olub. Atası 1941-ci ildə cəbhəyə gedib, iki ildən sonra səhhəti ilə əlaqədar onu azad ediblər və Pyotr ailəsi ilə birgə Qorkiyə köçüb. Kanabensk rayonunda Qalina yeddi sinif bitirib, sonra isə valideynlərindən gizli olaraq Bədən Tərbiyəsi Texnikumuna daxil olub. Sonradan onun həyat yoldaşı olan Vasili Moiseyeviç Bıstrovun rəhbərliyi ilə yüngül atletika ilə məşğul olub. 1953-cü ildə onların oğlu Sergey anadan olub. Bıstrova karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb. 50-ci illərdə onun çanağ bud oynağında kəskin ağrılar başlayıb və həkimlər ona osteoartroz diaqnozunu qoyub. 1972-ci ildə həyat yoldaşı və oğlu Volqoqrad şəhərinə köçüb, sonra Qalina özü də oğlunun yanına köçüb. Qalina Melburn Olimpiadasında 80 metr məsafəyə maneələrlə qaçışda dördüncü olub, bununla da avstraliyalı bürünc mükafatçısı Norma Trauerlə eyni vaxt nümayiş edib.
Qalina Hüseynova
Qalina Anatolyevna (tam adı: Qalina Anatolyevna Hüseynova; 16 oktyabr 1951, Çistyakovo, Donetsk vilayəti) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neftlərin tədqiqi və yağların alınma texnologiyası" laboratoriyasının Texnika üzrə elmlər doktoru. Hüseynova Qalina Anatolyevna 1951-ci ildə Ukraynanın Donetsk vilayətinin Torez şəhərində anadan olub. 1968-ci ildə orada orta məktəbini bitirib. Həmin ildə Kuybışev şəhərində (indiki Samara şəhəri, Rusiya) V. V. Kuybışev adına Politexnik İnstitutuna daxil olub, onu bitirdikdən sonra 1973-cü ildə Ümumittifaq neft emalı elmi-tədqiqat institutunun Kuybışev filialına (КФ ВНИИНП) təyin edilib, orada yağlı duman üsulu ilə ağır sənaye qurğuların yağlanması üçün tərkibində aşqarlar olan industrial neft yağlarının kompozisiyalarının işlənib hazırlanması ilə, həmçinin aşqarların təsirinin sinergizmi və mexanizminin tədqiqi ilə məşğul olub. 1979-cu ildə Hüseynova Q. A. Ümumittifaq neft emalı elmi-tədqiqat institutunun (Rusiya, Moskva şəhəri) əyani aspiranturasına daxil olub. 1983-cü ildə aspiranturanı bitirdikdən sonra Neftkimya Sənayesi Nazirliyinin kadrların və təhsil müəssisələrin təyinatı ilə Ümumittifaq Olefinlərin emalı üzrə elmi-tədqiqat və texnoloji instututuna (Azərbaycan, Bakı şəhəri) göndərilib. 1986-cı ildə "Yayma dəzgahının universal şpindellərinin polad-tunc sürtünmə cütü üçün industrial yağ" mövzusunda "Neft kimyası" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib və həmin ildə texnika elmləri namizədi elmi adı alıb. 1997-ci ildə həmin İnstitutda Hüseynova Q. A. böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 2001-ci ildən AMEA akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (AMEA NKPİ) "Neftlərin tədqiqi, yağların alınma texnologiyası" laboratoriyasında işləyir.
Qalina Kazaçinova
Qalina Qriqoryevna Kazaçinova (Kujakova) (rus. Галина Григорьевна Казачинова (Кужакова); 9 dekabr 1941, Ağban piltiri aymağı, Krasnoyarsk diyarı) — Xakas yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, pedaqoq, ictimai xadim. Rusiya Yazıçılar Birliyinin üzvü (1993). Xakasiya Yazıçılar Birliyinin sədri (1998–2009). Xakasiya Respublikasının Əməkdar mədəniyyət işçisi (1996). Qalina Qriqoryevna Kazaçinova (Kujakova) 9 dekabr 1941-ci ildə Xakasiya Muxtar Vilayətinin (indiki Xakasiya Respublikası) Ust Abakan rayonunun Aev ulusunda anadan olmuşdur. Orta təhsilini tamamladıqdan sonra Abakan Pedaqoji Məktəbinə daxil olmuşdur. Abakan Dövlət Pedaqoji İnstitutunda oxuyarkən jurnalistika ilə məşğul olmağa başlamışdır. İnstitutu bitirdikdən sonra ədəbi işçi, radio və televiziya redaktoru, Xakasiya Kitab Nəşriyyatının redaktoru vəzifələrində çalışmışdır. 1993-cü ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür.
Qalina Koltunova
Koltunova Qalina Borisovna (d.5.10.1918, Bakı-v.1994, Bakı) — Azərbaycan SSR xalq artisti (1981). Filmoqrafiya: Şərikli çörək (film, 1969) - rol: həkim Bakı Teatr Texnikumunu bitirmişdir (1944). 1941 ildən Azərb. Dövlət Rus Dram Teatrında (1949-52 illərdə fasilələrlə) çıxış etmişdir. Rolları: Qlafira ("Qurdlar və qoyunlar", A.Ostrovski), Nataşa ("Üç bacı", A.Çexov), Liza ("Canlı meyit", L.Tolstoy), Nazlı ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Bənövşə ("Kəndçi qızı", M.İbrahimov), Nadejda ("Mənim ümidlərim", M.Şatrov) və b. Azərb. SSR Ali Sovetinin (10 və 11-ci çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Qalina Malaşenko
Qalina Malaşenko (1 mart 1980) — Belarusu təmsil edən bədii gimnast. Qalina Malaşenko Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Qalina Marinova
Qalina Marinova (20 aprel 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. Qalina Marinova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Qalina Markuşevskaya
Qalina Markuşevskaya (d. 16 iyul 1976) — Ukraynanı təmsil edən həndbolçu. Qalina Markuşevskaya Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Qalina Nikandrova
Qalina Andreyevna Nikandrova (d. 9 sentyabr 1987) — Belarusu təmsil edən bədii gimnast. Qalina Nikandrova, 2004-cü ildə Belarusu XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Qalina Nikandrova, 2004-cü ildə Belarus bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Nataliya Aleksandrova, Yeniya Burlo, Qlafira Martinoviç, Zlatislava Nersesyan və Mariya Popliko ilə birgə finalda 48.000 xal topladı və fəxri 4-cü yeri tutdu.
Qalina Ritova
Qalina Ritova (d. 10 sentyabr 1975) — Rusiyanı və Qazaxıstanı təmsil edən su poloçusu. Qalina Ritova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Qalina Ritova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Qalina Tançeva
Qalina Tançeva (18 may 1987, Varna) — Bolqarıstanı təmsil edən bədii gimnast. Qalina Tançeva Bolqarıstanı 2004 Afina Olimpiadasında təmsil etdi və bürünc medal qazandı. Qalina Tançeva əkiz bacısı Vladislava Tançeva ilə birgə 2004 Afina Olimpiadasının bürünc medalını qazanıb. Qalina Tançeva, 2004-cü ildə Bolqarıstanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Eleonora Kejova, Janeta İliyeva, Kristina Ranqelova, Zornitsa Marinova və Vladislava Tançeva ilə birgə finalda 48.600 xal toplayaq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Qalina Timçenko
Qalina Viktorovna Timçenko (rus. Галина Викторовна Тимченко; 8 may 1962, Moskva) — Rusiya jurnalisti, 2004—2014-cü illərdə Lenta.ru internet nəşrinin baş redaktoru. Qalina Timçenko Moskvada anadan olub. Moskva 3-cü Tibb İnstitutunu bitirib. 1997—1999-cu illərdə "Kommersant" qəzetinin redaktoru işləyib. 1999-cu ildə yeni yaradılan Lenta.ru internet nəşrinə keçir və monitorinq xidməri əməkdaşından şef-redaktoru vəzifəsinədək yüksəlir. 2004-cü ildə nəşrin baş redaktoru təyin edilir. 2010-cu ildə Harvard Universitetinin bloq mühitində keçirdiyi tədqiqata görə, «Ленту.ру» rus dilli bloqlarda ən mox adı hallanan xəbərlər mənbəyi oldu. 2013-cü ilin apreilində comScore şirkətinin tədqiqinə görə , Lenta.ru saytı Avropa xəbərlər saytları içində daxil olmaya görə büşinci yerdə olub. Alexa.com saytının mart 2014-cü il tarixinə olan reytinq cədvəlinə görə Lenta.ru Rusiyada populyarlığına görə 16-cı yerdə idi.
Qalina Urbanoviç
Qalina Urbanoviç (d. 5 sentyabr 1917, Bakı, Rusiya İmperiyası — ö. 8 may 2011, Moskva, Rusiya) — sovet idmançısı və məşqçisi (idman gimnastikası), SSRİ əməkdar idman ustası (1946), RSFSR əməkdar məşqçisi (1964). 1940-1950-ci illərdə dünyanın ən güclü gimnastlarından biri. 1952 Helsinki Olimpiya Oyunlarının qızıl (komanda birinciliyində) və gümüş (qrup hərəkətlərində) mükafatçısı. Yeddiqat SSRİ çempionu (1943–48, 1950). Qalina Urbanoviç 1957-ci ildə Moskva Bədən Tərbiyəsi İnstitutunu bitirib.
Qalina Vişnevskaya
Qalina Vişnevskaya (rus. Гали́на Па́вловна Вишне́вская; d. 25 oktyabr 1926 - ö. 11 dekabr 2012) — Sovet və rus opera müğənnisi. 25 oktyabr 1926-cı ildə Leninqradda anadan olmuşdur. Leninqrad blokadasını yaşayıb. 16 yaşında Hava Hücumundan Müdafiə qoşunlarında hərbi xidmət olub. 18 yaşında Leninqrad vilayəti operettasına daxil olub. Tez bir zamanda sol partiyaların ifaçısı kimi çıxış edib. Üç dəfə ərdə olub.
Qalina Zlotnikova
Qalina Zlotnikova (d. 24 aprel 1984) — Rusiyanı təmsil edən su poloçusu. Qalina Zlotnikova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Galina Balmoş
Galina Balmoş (rum. Galina Balmoș) — Moldova siyasətçisi və dövlət xadimi. Keçmişdə - Moldova Respublikasının Sosial Müdafiə, Ailə və Uşaq Naziri (2007-2009), Moldova Respublikası Parlamentinin deputatı (2005-2007, 2009-2019), Moldova Respublikası Prezidentinin Sosial məsələlər üzrə müşaviri (2019-2020). Bioqrafiya 24 fevral 1961-ci ildə Moldova SSR, Kantemir rayonunun Pleşen kəndində anadan olmuşdur. 1982-ci ildə Kişinyov Dövlət Universitetinin filologiya fakültəsini, sonra 2001-ci ildə Moldova Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq üzrə ali təhsil alıb. 2006-cı ildə Moldova Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1982-1999-cu illərdə Straseni şəhərinin orta məktəbində rumın dili müəllimi işləyib. 1999-2003-cü illərdə Straseni şəhər meriyasında işləyib. 2003-2005-ci illərdə Straşeni Rayon Şurasının katibi olub.
Qalina Burdina
Qalina Pavlovna Burdina (rus. Галина Павловна Бурдина; 24 mart 1919, Vereşaqino – 25 noyabr 2006, Riqa) — İkinci Dünya Müharibəsində iştirak etmiş Sovet Hərbi Hava Qüvvələrinin qırıcı pilotu. Qalina Burdina 24 mart 1919-cu ildə anadan olub. Onun atası Rusiya vətəndaş müharibəsi zamanı həlak olmuşdu. O, 14 yaşında ikən gecələr təhsilini davam etdirməklə fəhlə işləməyə başlaymışdır. 17 yaşında ikən planerdə uçmağı öyrənməyə başlayan Burdina Ulyanovskdakı mülki aviasiya pilotu məktəbində oxumağa davam etmişdir. O, daha sonra Yekaterinburqda pilot təlimatçısı kimi işləməyə başladmışdır. 1941-ci ilin sentyabrında onun məktəbi hərbi pilotlar məktəbinə çevrilmiş və Burdina hərbi pilotlar hazırlamağa davam etmişdir. Müharibə zanaı o, məktəbin digər iki qadın təlimatçısı ilə birlikdə könüllü olaraq hərbi xidmətə getdi. 24 saat əvvəl xəbərdar edilərək o, Moskvaya göndərildi.
Qalina Levitska
Qalina Lvivna Levitska (ukr. Галина Львiвна Левицька, 23 yanvar 1901, Pruçnik[d] – 13 iyul 1949, Lvov), eləcə də, digər tanınan adları ilə Qalina Levitska-Kruşelnitska və Olena Pyatiqorska — Ukrayna pianoçusu və musiqi müəllimi. O, Lvov Konservatoriyasının professoru və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi məktəbinin ilk direktoru idi. Levitska Avstriya-Macarıstanın (hazırda Polşa) Pruçnik şəhərində ukraynalı ailədə anadan olmuşdur. Atası Lev Levitski vəkil idi. O, əvvəlcə həvəskar pianoçu olan anasından fortepiano dərsləri almış, daha sonra Pirzamisil şəhərində yerləşən qızlar internat məktəbində piano öyrənməyə davam etmişdir. 1920-ci ildə Vyana Musiqi və Performans Sənətləri Akademiyasını bitirmişdir. Bundan sonra o, əsasən Şərqi Avropada konsertlər vermiş, xüsusilə də, Ukrayna bəstəkarlarının əsərlərini ifa etmişdir. 1927-ci ildə şair və rəssam İvan Kruşelnitski ilə evlənmişdir. 1928-ci ildə onların qızı, gələcək tarixçi Larisa Kruşelnitska anadan olmuşdur.
Qalina Paqutyak
Qalina Vasiliyevna Moskalets (ukr. Гали́на Васи́лівна Москале́ць), təxəllüsü ilə Qalina Paqutyak ((ukr. Гали́на Пагутя́к) — fantaziya, elmi fantastika və qotik roman janrlarında əsərlər ərsəyə gətirən Ukrayna yazıçısı. O, "Dobromildən olan qulluqçu" nəsr kitabına görə 2010-cu ildə Şevçenko adına Ədəbiyyat Mükafatına layiq görülmüşdür. Paqutyak "Uroj qotikası" romanının müəllifidir. Qalina Vasiliyevna Moskalets 26 iyul 1958-ci ildə, SSRİ respublikalarından olan Ukrayna SSR-nin Lvov vilayətində yerləşən Zalokot kəndində bir müəllim ailəsində anadan olmuşdur. Qalina üç qızın ən kiçiyi idi. Onun atası Vasil Paqutyak, anası isə İvanna Basarab olmuşdur. Paqutyakın ailəsi əslən Storona kəndindəndir. Yazıçının sözlərinə görə, burada hər ikinci adam onun yaxın və ya uzaq qohumudur.
Qalina Serebryakova
Qalina İosifovna Serebryakova (rus. Гали́на Ио́сифовна Серебряко́ва ; 7 (20) dekabr 1905, Kiyev – 30 iyun 1980, Moskva) — rus, sovet yazıçısı və jurnalisti, Karl Marks və Fridrix Engels haqqında romanların müəllifi. Qalina Serebryakova 1905-ci ildə Kiyevdə inqilabçılar ailəsində anadan olub. Atası İosif Moiseyeviç Buk-Bek (1882–1936) zemstvo həkimi, Sovet dövründə daxili qoşunlarının siyasi şöbəsinin rəisi, Xarəzm Sovet Sosialist Respublikasında səlahiyyətli nümayəndə, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin direktoru (1933–1935), kurort trestinin direktoru olub. O, 1936-cı ildə güllələnib. Anası Bronislava Sigizmundovna Krasutskaya (Krasutskaya), partiya işçisi, inqilabdan sonra Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasında və partiya orqanlarında işləyib. G. G. Tartykova-Sokolnikovanın yazdığına görə, o, Lublin fabrik sahibinin qızı idi və piano üzrə musiqi məktəbi bitirmişdi. Sonra Varşava Konservatoriyasında təhsil alıb: "Mən bir inqilabçı götürdüm — bütün bəşəriyyəti xoşbəxt etmək istəyən babam, onu özü ilə apardı. Onun atası, yəni mənim ulu babam qapını açıb dedi: "Çıx buradan!". Beləliklə, o, cehiz qaldı." Qalina Serebryakova 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub.
Alina Gözəlova
Alina Gözəlova (16 fevral 2006) — Azərbaycanı təsmil edən bədii gimnast. == Həyatı == Alina Gözəlova 2006-cı il fevralın 16-da anadan olub. == Karyerası == Alina Gözəlova 2020-ci ildə Kiyev şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. Daha sonra Alina Gözəlova 2022-ci ildə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu. Həmçinin Alina Gözəlova Polşada beynəlxalq turniri və Azərbaycan Çempionatını bürünc medalla başa vurdu. 2023-cü ildə isə Alina Gözəlova AGF Trophy beynəlxalq turnirinin qalibi oldu və Azərbaycan Çempionatını gümüş medalla başa vurdu.
Alina Qorlova
Alina Eduardivna Qorlova (ukr. Алі́на Едуа́рдівна Го́рлова;1992, Zaporojya, Ukrayna) — sənədli filmlər üzrə ixtisaslaşan ukraynalı kinorejissor, rejissor və ssenarist. O, 2017-ci ildə Ukrayna Kino Akademiyasına qəbul edilib və 2021-ci ildə Ukrayna Respublikasının əməkdar artisti adına layiq görülüb. == Təhsili == Qorlova 2008–2012-ci illərdə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində təhsil alıb. == Filmoqrafiya == 2012: Buludlarda ilk addım 2014: Nənə 2016: Холодний Яр. Інтро 2017: Görünməz batalyon, sənədli film, İrina Tsilık və Svetlana Lişçinska ilə birgə ərsəyə gətirilmiş ekran işi 2018: Aşkar işarələr yoxdur, sənədli film (Ptax Janq tərəfindən hazırlanmışdır) 2020: Bu yağış heç vaxt dayanmayacaq, sənədli film == Tanınması == 2013 – Barnaulda "Kino-lisey" IV Beynəlxalq Müəllif Kinoları festivalı: ən yaxşı hekayəyə görə Gümüş Jan-Lak "Sözün Gücü" mükafatını qazanıb. 2018 – "Görünən işarələr yoxdur" filmi "DOK Leypziq Beynəlxalq Sənədli Filmlər" festivalında MDR-Mitteldeutscher Rundfunk kanalının münsiflər heyəti tərəfindən "Görkəmli Şərqi Avropa Filmi" mükafatına layiq görülüb. 2020 – Prodüser Maksim Nakoneçnyi və rejissor Alina Qorlovanın "Bu yağış heç vaxt dayanmayacaq" filmi Florensiyada dei Popoli festivalında Ən Yaxşı Uzunmetrajlı Film mükafatını qazandı. 2021 — "Bu yağış heç vaxt dayanmayacaq" filmi 66-cı Cork Beynəlxalq Film festivalında, İrlandiyada Ən Yaxşı Sənədli Film mükafatını qazandı.
Gecikmə
Gecikmə (en. lag) – iki hadisə arasındakı zaman fərqi. Elektronikada: gecikmə, giriş və çıxış siqnallarının dəyişmələri arasındakı yubanmadır. Displeydə: gecikmə, görüntüdəki dəyişmələrdən sonra ekranın fosfor örtüyünün tədricən sönən qalıq parlaqlığıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qətnamə
Qətnamə — dövlət idarəetmə orqanları müxtəlif kollegiyal və ictimai orqanlar, qurultaylar, konfranslar, müşavirələr, yığıncaqlar tərəfindən mühüm məsələləri həll etmək üçün qəbul edilir. Dövlət idarəetmə orqanları tərəfindən qəbul olunmuş qətnamələr, normativ olmaqla bütün müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır. Qətnamə – 1)hər hansı məsələnin kollegial orqanın, məclisin və s. iclasında müzakirəsi nəticəsində qəbul edilən qərar; 2)məhkəmə qətnaməsi hüquqa görə birinci instansiya məhkəməsinin mülki işə mahiyyət üzrə baxması və həll edib qurtarması barədə qərarı. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Gərmə şəhristanı
Gərmə şəhristanı- İranın Şimali Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Gərmə şəhəridir.
Qətərdə futbol
Qətərdə futbol — Qətər Futbol Assosiasiyası (QFA) tərəfindən təşkil edilir. Futbol Qətərdə bir nömrəli idman növü hesab edilir. Neftçilər öz aralarında futbol oynamaq üçün 1948-ci ildə ölkədə liqalar və kublar yaratmağa başlamışdır. Qətərin ilk futbol klubu olan Əl-Əhli 1950-ci ildə yaradılmışdır. Formalaşmağa başladığı zamanlarda "Əl-Nacah" adı altında çıxış etmişdir. Qətərdə futbolun inkişafı Qətər Neft Şirkəti tərəfindən "İzz Səlahəddin Çempionatı" adlandırılan və 1951-ci ildə ilk futbol turniri kimi təşkil olunan çempionatdan sonra baş verdi. 1950-ci illərdə çempionatın adı "Pakkit Kuboku" kimi dəyişdirildi. Qətər Futbol Assosiasiyası 1960-cı ildə yaradıldı və birinci dəstəsində futbol çempionatı 1963-64-cü il mövsümündə başlandı. Liqanın oyunları regionda ilk ot futbol meydançası yerləşdiyi Doha Stadionunda oynanılmışdır. QSL oyunlarında tamaşaçı tutumu komandanın populyarlığından asılı olaraq 2,000 və 10,000 nəfər arasında dəyişir..
Qətərdə idman
Qətərdə idman sektoru iştirakçı və tamaşaçı baxımından futbola istiqamətlənib. Bundan başqa yüngül atletika, basketbol, həndbol, voleybol, dəvə yarışı, cıdır yarışı, kriket və üzgüçülük idman növləridə geniş yayılmışdır. Ölkədə keçirilən ən böyük idman tədbiri, paytaxt Dohada 2006-cı ildə keçirilən Asiya Oyunlarıdır. FİFA 2 dekabr 2010-cu ildə 2022 FİFA Dünya Çempionatını Qətərdə keçirəcəyi qərarını açıqladı. Qətərdə futbol yerli və xarici futbolçuların iştirak etdiyi ən populyar idman növüdür. Ölkənin peşəkar futbol liqası iki mərhələlidir. Qətər Ulduzlar Liqası kimi tanınan ən yüksək mərhələ son bir neçə il ərzində xeyli genişləndi. 2009-cu ildə Qətər Ulduzlur Liqası iştirakçılarının sayı 10-dan 12-ə yüksəldi. 2013-cü ilin may ayında isə iki klub daha əlavə edildi və birinci divizyada iştirak edən klubların ümumi sayı 14-ə çatdı. Al Sadd Futbol Klubu ölkənin ən populyar futbol klubudur.
Sətir keçirmə
Sətir keçirmə (ing. line feed (LF)) – kursorun və ya çap başcığının yerini dəyişmədən kompüterə və ya printerə informasiyanı cari sətirdən bir sətir aşağıda çıxarmaq komandasını verən idərəedici simvol. Məsələn, Bu, mətnin bir sətridir. cümləsinin sonunda qoyulmuş sətir keçirmə simvolu kursoru və ya printerin çap başcığını bir sətir aşağı nöqtənin altına hərəkət etdirəcək. Kursoru və ya printerin çap başcığını yeni sətrin başlanğıcına hərəkət etdirmək üçün sətir keçirmə simvolu karetin dönüşü simvolu ilə (CARRIAGE-RETURN CHARACTER) müşayiət olunmalıdır. ASCII yığınında sətir keçirmə simvolunun onluq qiyməti 10-dur (onaltılıq 0Ah). Adətən, sətir keçirmə və karetin dönüşü (onluq qiyməti 13, onaltılıq qiyməti 0Dh) simvolları bir-birinin ardınca gəlir və bu kombinasiya çox zaman sətir keçirmə-karetin dönüşü kimi qeyd olunur. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ablana
Ablana — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kürün şimal qollarından biri ilə Alban çayı arasında yerləşdiyi qeyd edilmişdir. Yeri müəyyən olunmamışdır.
Bağlıca
Bağlıca (Sayınqala)
Yağlıca
YAĞLICA — Yuxari Qarabagın Vərəndə nahiyəsində məzrə (əkin yeri) adı. Ermənistanda Yağlıkənd, Qars əyalətinin Ərdahan dairəsində Yağlı (dağ), Dağıstanda Yağlı Güney (dağ), Şamaxı qəzasında Yağlıtəpə, Gürcüstanda Kutaisi quberniyasının Şaporan qəzasında Yağlıtəpə, Borçalıda Yağlıca, Zəngəzur qəzasında Yağlıdərə, Qazax qəzasında Yağlıçay, Ordubad rayonunda Yağlıdərə və s. toponimlərlə mənaca eynidir. Bu toponimlərin bəziləri monqolca yaq "şibyə ilə örtülmüş şam ağaclığı", "şamlıq" sözündəndir. Bəziləri isə qaramalın südünün çox yağlı olmasını təmin edən otlaq mənasındadır.
Zağlıca
Zağlıca (Bostanabad)
Ümidini itirmə (film, 2009)
Ümidini itirmə (Rom: Vaada Raha; ing: I Promise; Azərbaycan dilinə tərcüməsi: Söz verirəm) 11 sentyabr 2009-cu ildə nümayiş olunmuş hind filmidir. Baş rolda Bobbi Deol, xüsusi səhnələrdə isə Kanqana Ranaut və Atul Aqnihotri çəkilmişdir. Filmin rejissoru Samir Karnikdir. Filmin bir hissəsi Türkiyənin Efes şəhərində çəkilmişdir. Amerika Tibb Assosiasiyasından səxavətli qrant aldıqdan sonra xəstələrinə hər zaman ümid bəxş edən Dr. Dyanesh Kripal “Duke” Chawla (Bobby Deol) sevgilisi Pujaya (Kangana Ranaut) evlənmə təklifi edir və onlar tezliklə evlənməyə hazırlaşırlar. Həmin gecə evə qayıdarkən qəza ilə qarşılaşır və Şərq-Qərb Xəstəxanasının reanimasiya şöbəsində oyanır. Özünə gələndə özünü paramparça və darmadağın olmuş görməsi az imiş kimi, Pucanın artıq onunla heç bir əlaqəsinin olmadığını və onunla ayrıldığını biləndə daha çox travma və şok yaşayır. Üzgün, acı və ümidsizlik içində yaşamaq onun iradəsini sındırır və beləliklə də o, dərman qəbul etməkdən və bütün növ müalicələrdən imtina edir və ölümünü gözləməyə başlayır. Bir gün gənc oğlan Roşan (Dwij Yadav) onun yaşamaq ümidini yenidən alovlandırmaq üçün Dukun həyatına daxil olur.
Qənirə Abbasova
Qənirə Yusif qızı Abbasova — kolxozçu, 9-cu çağırış Azərbaycan SSR Ali Soveti deputatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). 1952-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycanlıdır, ÜİLKGİ üzvü olmuşdur. Orta təhsili var. Əmək fəaliyyətinə 1970-ci ildə başlamışdır. Zərdab rayonundakı K. Marks adına kolxozun üzvü olmuşdur. Azərbaycan SSR Ali Soveti səhiyyə və ictimai təminat komissiyasının üzvü olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Məlikli seçki dairəsi). Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış.
Qənirə Ataşova
Qənirə Ataşova (14 dekabr 1979, Aşağı Surra) — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015). Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib. Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.
Qənirə Paşayeva
Paşayeva Qənirə Ələsgər qızı (24 mart 1975, Düz Qırıqlı, Azərbaycan SSR, SSRİ – 28 sentyabr 2023, Bakı) — Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir. Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. 28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişmişdir. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Qənirə Pirquliyeva
Qənirə Pirquliyeva (Qənirə Əli qızı Pirquliyeva; d. 30 yanvar 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın numizmat alimi, tarix üzrə fəlsəfə doktoru, BDU-nun "Arxeologiya və Etnoqrafiya" kafedrasının dosenti. Pirquliyeva Qənirə Əli qızı 1963-cü il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Daşkənd Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya bölməsini bitirmişdir. 1998-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında “XIV-əsrin sonu- XV əsrin əvvəllərində Azərbaycanda sikkə dövriyyəsi və metrologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə dosent elmi adını alıb. “Şirvanşahlar sarayı” tarix-memarlıq qoruq muzeyində bələdçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışıdır. Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu idarəsi Elmi –Mədəni mərkəzin arxeologiya üzrə baş elmi işçi vəzifəsində çalışmışıdır. 2013-cü ilin noyabr ayından Bakı Dövlət Universitetinin “Arxeologiya və Etnoqrafiya” kafedrasının baş müəllimi vəzifəsində çalışır.
Albina dü Buaruvrey
Albina dü Buaruvrey (fr. Albina du Boisrouvray; d. 1941, Paris, Fransa) — keçmiş jurnalist və film istehsalçısı; QİÇS nəticəsində yetim qalmış uşaqlarla işləyən qlobal xeyriyyəçi və sosial sahibkar 1941-ci ildə Parisdə doğulan Albinanın kino sənətində gözəl karyerası var. Həyat yoldaşı biznes maqnatı idi. Lakin 1986-cı ildə onun oğlu Fransua-Haviyer Bonyu 24 yaşında ikən vertolyot qəzasında həlak olandan sonra Albinanın həyatı büsbütün dəyişdi. Həyatının ən ağır itkisini verdikdən - yeganə oğlunu itirdikdən sonra nə isə yaxşı bir iş görmək istəyir. Ona görə də oğlunun adını daşıyan, kasıb ölkələrdəki insanlara yardım edəcək xeyriyyə təşkilatını – "Fransua-Haviyer Bonyu Assosiasiyası"nı yaradır. == İstinadlar == == Xarici keçidlər == UN Women’s Newsletter, Vol.
Qətərdə təbii qaz