Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xörək duzu
Xörək duzu — əsasən natrium xlorid (NaCl) kimyəvi maddəsindən ibarət olan qida məhsulu. Kristal quruluşlu, insan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi istifadə etdikləri duz, ticarət baxımından da önəmli bir məhsuldur. Dünyanın hər yerində rast gəlinən xörək duzuna tarixən böyük ehtiyac olmuşdur. Bəsit kimyəvi quruluşu olan duzdan, dəriçilikdə, maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. İnsanın xörək duzuna olan gündəlik tələbatı 5 qramdır. == Dində == Əli: "Yeməyinizi duzla başlayın.
İngilis duzu
Acı duz və ya ingilis duzu ((MgSO4·7H2O)) — maqnezium-sulfat kristalhidratının texniki adı. İşlətmə dərmanıdır. Rəngsiz rombşəkilli çərçivələrə malik (а = 1,187 nm, b = 1,200 nm, с = 0,688 nm, z = 4) kristallardan ibarətdir. Sıxlığı 1,68 q/sm³, Moosa görə möhkəmliyi 2-2,5-dir. Suda yaxşı həll olur.
.az
.az — Azərbaycanın internet kodudur. .az Azərbaycan Respublikası üçün yüksək səviyyəli milli domen. Azərbaycanda qeydiyyatdan keçmiş e-poçt, yaxud veb-ünvanı göstərən suffiksdir. 2023-cü ilin iyul ayının statistik məlumatına əsasən 41971 sayt qeydiyyatdan keçib. Onlardan 39263-ü ".az" domen zonasında, 1477 sayt ".com.az" domen zonasında qeydiyyatdan keçib. ".edu.az" domeni 581 saytla populyarlığa görə üçüncü yeri tutur. 2017-ci ilin aprel ayının statistik məlumatlarına əsasən dünya üzrə fəal domen adlarının sayı 143 857 563-ə çatıb, ".com" domen zonasında 128 676 761, ".net"-də 15 180 802 domen adı qeydiyyatdan keçib. == Tarixi == Domen 1993-cü ilin 23 avqustunda daxil edilib, rəsmi olaraq fəaliyyətə isə 25 avqustdan başlayıb. Azərbaycan Respublikasında yerləşən, yaxud onunla əlaqəli olan obyektlər üçün istifadə olunur. 2-ci səviyyəli, yaxud bu səviyyəli bəzi domenlərin altında 3-cü səviyyəli domenlərin qeydiyyatı mümkündür.
AZ
Azərbaycan
525.az
525-ci qəzet — 1992-ci ildən etibarən Azərbaycan Respublikasında nəşr edilən qəzet."525-ci qəzet" Bakı Mətbuat Klubunun həmtəsisçisi, Azərbaycan Mətbuat Şurasının üzvüdür. == Tarixi == "525-ci qəzet"in ilk sayı 1992-ci il noyabrın 17-də — Milli Dirçəliş Günü nəşr olunub. Nəşrə həftəlik qəzet kimi başlayan "525-ci qəzet" 1996-cı ildən həftədə iki dəfə, 1999-cu ildən gündəlik mətbu orqan kimi fəaliyyət göstərir. Qəzet həftədə 5 dəfə — çərşənbə axşamı, cümə axşamı və cümə günləri A3 formatında 16, çərşənbə və şənbə günləri isə A3 formatında 24 səhifə işıq üzü görür. Qəzetin səhifələrində əsasən ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman, ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar, müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələr dərc olunur. Azərbaycan ziyalıları, ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Xalq yazıçıları — Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud, Elmira Axundova, Xalq şairləri — Fikrət Qoca, Nəriman Həsənzadə, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, tanınmış şair və yazıçılar — Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli, Seyran Səxavət, Aqil Abbas, Əli Əmirli, akademiklər — İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, AMEA-nın müxbir üzvləri — Misir Mərdanov, Könül Bünyadzadə, Tehran Əlişanoğlu, elmlər doktorları — Vilayət Quliyev, Solmaz Rüstəmova-Tohidi, Aida Qasımova, Cahangir Məmmədli, Qəzənfər Paşayev, Nəsir Əhmədli, Qulu Məhərrəmli müntəzəm olaraq qəzetin səhifələrində öz yazıları, bədii əsərləri və məqalələri ilə çıxış edirlər. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, alim, mərhum professor Şirməmməd Hüseynov təxminən 20 il ərzində Azərbaycan tarixi üçün əhəmiyətə malik araşdırma yazılarını müntəzəm olaraq məhz "525-ci qəzet"də dərc etdirirdi. Müxtəlif illərdə onun təşəbbüsü ilə qəzetin səhifələrində Azərbaycan mətbuatının klassik nümunələrindən — "İrşad", "Həyat", "Azərbaycan" qəzetlərindən seçmələr də yer alırdı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində "Azərbaycan" qəzetinin Cümhuriyyətin yaranmasının bir illiyinə həsr olunmuş sayı da bu nümunələrdən biri kimi "525-ci qəzet"in içərisində ayrıca qəzet kimi çap edilmişdi. == Kollektivi == Yarandığı gündən yaradıcı, istedadlı gənclər üçün meydan olacağını vəd edən "525-ci qəzet" fəaliyyət göstərdiyi dövr ərzində bu vədinə sadiq qalaraq həmişə istedadlı qələm adamlarının yetişmələri, ilk qələm təcrübələrini qəzet səhifələrində dərc etdirmələri üçün maksimum imkan yaratmağa çalışıb.
AZ-CERT
AZ-CERT - AMEA İnternet şəbəkəsində (AzScienceNet) informasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qrupudur. == Məqsədi == AZ-CERT-in əsas məqsədi AzScienceNet-də informasiya təhlükəsizliyi risklərinin qəbul edilmiş səviyyədə idarə edilməsini təmin etməkdir. Bu məqsədlə AZ-CERT informasiya təhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətlərin aşkarlanmasında, qarşısının alınmasında və istifadəçilərin məlumatlandırılmasında AMEA təşkilatlarına və AzScienceNet-in fərdi istifadəçilərinə kömək edir. == Fəaliyyəti == AZ-CERT AMEA İnternet şəbəkəsində ziyankar proqramların yayılması və şəbəkə hücumları ilə əlaqədar statistik verilənlərin toplanmasını, saxlanılmasını və analizini həyata keçirir. Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün AZ-CERT Azərbaycanda fəaliyyət göstərən digər belə qruplarla, Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanları ilə, informasiya təhlükəsizliyi insidentlərinin emalı ilə məşğul olan xarici ölkə qrupları ilə və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər təşkilatlarla qarşılıqlı əlaqə saxlayır. AZ-CERT komandası AMEA İnternet şəbəkəsində (AzScienceNet) baş vermiş informasiya təhlükəsizliyi insidentlərini araşdırır. AZ-CERT komandası həmçinin informasiya təhlükəsizliyi sahəsində statistik verilənlərin toplanması, saxlanılması və analizi üçün digər şəbəkələrdə baş verən insidentlər barəsində məlumatları qəbul edə bilər. == İnsidentlərin kateqoriyaları == AZ-CERT informasiya təhlükəsizliyi insidentləri kimi aşağıdakı hadisələri nəzərdən keçirir: xidmətdən imtina; icazəsiz giriş; qanunsuz fəaliyyət; informasiya toplanması; ziyankar proqram təminatı. === İnsidentlərin emalı === AZ-CERT: kompüter insidentlərini emal edərkən ilk növbədə məlumatın mənbəyinə inam və etibar, göstərilən faktın yoxlanmasını həyata keçirmək üçün texniki imkanların mövcudluğu diqqətə alınır. AZ-CERT istifadəçiləri həyata keçirilən hərəkətlərin nəticələri və xarakteri barədə istifadəçiləri xəbərdar etmir.
AZ Alkmaar
AZ — Hollandiyada bir futbol klubu. 1967-ci ildə qurulan klub matçlarını Alkmaar 'dakı 17,023 şəxsiyyət AFAS Stadion'da oynayır. Baş məşqiçiliyini Ronald Koeman etməkdədir. İlk Hollandiya liqası çempionluğunu 1981-ci ildə əldə etmişdir. 2006-2007 mövsümündə son həftəyə qabaqda girməsinə baxmayaraq son matçda məğlub olaraq çempionluğu əldən verdi. 2008-09 mövsümündə ikinci çempionluğunu qazanmışdır.
Adam.az
Adam.az — Azərbaycanın ən böyük və ilk elektron peşəkar bioqrafiya saytı. == Qısa məlumat == Adam.az saytı Azərbaycanda və onun hüdudlarından kənarda istər müasir dövrümüzdə, istərsə də illər öncə yaşayan tanınmış insanlara, ictimai fəaliyyətlə məşğul olan şəxslərə həsr olunub. 2016-cı ilin dekabr ayında fəaliyyətini dayandırıb. == Əsas məqsədi == Azərbaycan internetində operativ, daim yenilənən, dolğun "Kim kimdir" mövzulu elektron tipli açıq məlumat bazasını sistemli şəkildə oxucuların istifadəsinə vermək; Keçmişdə Azərbaycan naminə çalışan, lakin adı unudulmuşlar siyahısına düşən insanları axtarıb tapıb saytda yerləşdirmək; Azərbaycanda siyasət, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə çalışan şəxslərin bioqrafiyalarını ictimaiyyətə təqdim etmək. == Əməkdaşlıq == Türkiyənin ən böyük bioqrafiya bankı olan www.biyografi.net saytı ilə əməkdaşlıq edib. == Mükafatları == 18-i dekabr 2009-cu ildə "Azərbaycan İnternet Forum"unun təşkil etdiyi "Milli Net 2009" müsabiqəsində birinci yer; 17-i may 2010-cu ildə "NETTY 2010" müsabiqəsində birinci yer.
Ayna.az
Ayna və ya ayna.az- 1990–2014-cü illərdə həftəlik ictimai-siyasi Azərbaycan qəzeti, 27 iyun 2015-dən Azərbaycan informasiya saytı. == Tarixi == 1990-cı ildə yaradılıb. Təsisçi və baş redaktor: Elçin Şıxlı. İnternet ünvanı: www.ayna.az"Ayna" qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.
Az-Granata
"AZGRANATA" (rəsmi adı: “AZGRANATA” MMC) — Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biri. Azərbaycan Respublikasının Ağsu rayonunda yerləşir. "AzGranata" meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. == Tarixi == “Az-Granata” MMC-nin 2008-ci ildə Ağsu rayonunda 12.5 hektarlıq ərazidə inşasına başlanılmış şirə və şərab emalı zavodunun açılışı 29 oktyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Zavoda 50 milyon manat investisiya qoyulmuş; quraşdırılmış avadanlıq Avropanın aparıcı şirkətlərindən gətirilmişdir. == Məhsulları == "Az-Granata"da istehsal olunan məhsullar bunlardır: Təbii şərablar (ordinar şərablar, saxlanılmış şərablar, markalı şərablar) Xüsusi şərablar (likyor şərabları, ordinar, markalı və kolleksiya şərabları) "Icewine" şərabı, qazlaşdırılmış şərablar Meyvə şərabları (təbii kəmşirin nar şərabları, likyor şərabları, oynaq nar şərabı) Konyaklar (ordinar konyaklar, markalı konyaklar (5, 6, 10, 20 illik)) Meyvə araqları (zoğal, tut, gavalı, alma, üzüm, ərik, nar, muskat) Ətirli tünd içkilər (heyva, tomat, kəklikotu, tərxun); viskilər (5, 6, 7 illik) Vodkalar (xüsusi və premium) Meyvə şirə və kompotları Təbii sular. == İnfrastrukturu və fəaliyyəti == === Zavodu === "Az-Granata"nın zavodu 5,5 hektar sahədə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 m² təşkil edir. Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur.Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə və "tetra pak" qablarının dolumu və qablaşdırılması bölümlərindən ibarətdir.
Azertag.az
Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya qısaca AZƏRTAC — Azərbaycanın milli informasiya agentliyi; yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi. İdarə Heyətinin sədri Vüqar Əliyevdir. == Tarixi == 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Agentlik sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. AZƏRTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində dəqiq və operativ informasiya buraxır. AZƏRTAC İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), Rompress Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), Bernama (Malayziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGI (İtaliya), QNA (Qətər), ELTA (Litva), TELAM (Argentina), PAP (Polşa), SPA (Səudiyyə Ərəbistanı), Asia Pulse Ltd. (Avstraliya), VNA (Vyetnam), BERNAMA (Malayziya), WAM (Birləşmiş Ərəb Əmirlikləri), WAFA (Fələstin), TDX (Türkmənistan), STA (Sloveniya), JİJİPRESS (Yaponiya), EFE (İspaniya), IP (Paraqvay), BNA (Bəhreyn) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Bakupost.az
Bakupost.az, 2014-cü ilədək New Baku Post — Azərbaycanda xəbər saytı. == Tarixi == Qəzetin ilk sayı 6 aprel 2012-ci ildə nəşr edilmişdir. Onun təsisçisi Tural Əliyev, baş redaktoru isə Tofiq Abbasovdur. 2014-cü ildə qəzetin nəşri dayandırılmış və yalnızca onlayn olaraq fəaliyyət göstərməyə başlamışdır. == Mənbə == "New Baku Post" qəzeti, № 01(01), 6 aprel 2012-ci il.
Dadlı.az
Dadlı.az — Azərbaycan internet məkanının ən reytinqli mətbəx saytı olub, 2015-ci ildə MilliNet qalibi olmuşdur. == Qısa məlumat == Dadlı.az saytı Azərbaycan xanımlarının milli və bölgə yeməkləri, habelə dünya mətbəxinin inciləri ilə geniş tanış ola biləcəyi 15 mindən çox yemək reseptinin cəmləndiyi "Dadlı Reseptlər" saytıdır. Saytda məhsullara görə, bölgələrə görə, reseptin neçə nəfərlik olmasına və hazırlanma müddətinə görə həmçinin axşama özəl, bayramlara özəl, ad günlərinə özəl reseptlər üzrə axtarış (filtr) sistemi mövcuddur. == Əsas məqsədi == Saytın yaradılma məqsədi Azərbaycanın zəngin mətbəxini tanıtmaq və qısa zamanda müxtəlif dillərdə fəaliyyət göstərməklə dünya internet məkanına milli mətbəximizi layiqincə təmsil etmək. == Əməkdaşlıq == Hal-hazırda Azərbaycan və Türkiyənin tanınmış aşbazları və foodbloggerləri ilə habelə bir çox qida məhsulları şirkətləri www.Dadlı.az saytı ilə əməkdaşlıq edir. == Mükafatları == 18 dekabr 2015-ci ildə "Azərbaycan İnternet Forum"unun təşkil etdiyi "Milli Net 2015" müsabiqəsində 1-ci yer; 19 dekabr 2014-cü ildə "Azərbaycan İnternet Forum"unun təşkil etdiyi "Milli Net 2014" müsabiqəsində 3-cü yer.
Day.az
Day.az — 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan informasiya saytı. Sayt rus dilində fəaliyyət göstərir. 2009-cu ilin fevral ayına qədər saytın sahibi Anar Məmmədxanov, baş redaktoru Elnur Baimov olub.11 avqust 2008-ci ildə, səhər saatlarında Day.az və "anspress.com" saytlarının informasiya serveri Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus xakerləri tərəfindən dağıdılsa da, axşama yaxın serverlərin işini bərpa etmək mümkün olmuşdur. Xakerlərin məqsədi Rusiya-Gürcüstan müharibəsinə aid informasiya saytlarının bloklanması olub.2009-cu il fevralın 18-də saytda layihələrin fəaliyyəti dayanıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib. == İstinadlar == == Həmçinin bax == Azərbaycan xəbər saytlarının siyahısı Trend İnformasiya Agentliyi AzerNews == Xarici keçidlər == Day.az "Anar Məmmədxanlı Day.Az-ın satıldığını xəbər verib" (az.). bbc.com. 2009-02-25.
Hafta.az
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsi ilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Haqqin.az
Haqqin.az, bəzən Haqqın.az kimi qeyd olunur — Azərbaycan informasiya-analitik portalı. == Tarixi == Sayt 29 sentyabr 2011-ci il də jurnalist Eynulla Fətullayev yaradılmış və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Saytda insan hüquqları problemləri ilə bağlı məlumat və təhlillər, Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə baxış və şərhlər, tematik müsahibələr, ekspert rəyləri, o cümlədən sual-cavab mövzulu məzmun dərc olunur. Xarici KİV-lərdə "Azərbaycan hakimiyyətinə tərəfli", "Azərbaycan müxalifət partiyalarını tənqid edən", "aqressiv" və "Azərbaycanın təhlükəsizlik xidmətləri ilə bağlı sayt" kimi xarakterizə edilmişdir. "Eurasianet"in jurnalisti Coşua Kuçera qeyd etmişdir ki, sayt Azərbaycan Prezidenti İlham Əliyevin dövlət müşaviri Fuad Ələsgərov tərəfindən maliyyələşdirilir və "Bakının rusdilli elitasına yönləndirilmişdir".
Kayzen.az
kayzen.az — bloq tipli veb sayt. == Adın etimologiyası == Kayzen yapon dilində "kai" və "zen" sözlərindən (改善) əmələ gəlib mənası yaxşılığa doğru dəyişmək, inkişaf etmək deməkdir. == Texniki tərəfləri == Saytı yaradarkən slashdot.org, habrahabr.ru, livejournal.com, facebook.com kimi sosial proyektlərin bəzi özəllikləri istifadə olunub. Sayt Livestreet CMS açıq mənbəli kontent idarə sistemi üzərində qurulub modifikasiya edilmişdir. Saytın funksionalında TinyMCE WYSIWYG-redaktoru, MooTools və JQuery freymvörkü, Highslide və s. JavaScript-lərdən istifadə olunmuşdur. Saytın həm iş masası versiyası, həm də mobil versiyası fəaliyyət göstərir.
Kepeztv.az
== Tarixi == "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə yaradılıb və Gəncə şəhərində 6-cı kanalla yayımlanıb. 2002-ci ildə 46 kanalda yayımı davam edib. 2008-ci ilin iyunun 4-də "Kəpəz TV"-də yeni dövr başlanıb. Təşkilati-hüquqi forması dəyişdirilən televiziyaya yeni kadrlar cəlb olundu, yeni verilişlər hazırlandı. Bu gün “Kəpəz”in efirində cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı, mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterli verilişlər də yayımlanır. Hazırda 24 saat efirdə olmaqla telekanalda 20-dən artıq veriliş yayımlanır. “Bu səhər” informasiya kanalı, “Tac şou” əyləncəli veriliş, “Piyada” intellektual proqramı, “Zirvə” bilik yarışı, “Duyğulu könüllər” kimi verilişlər tamaşaçıların ixtiyarındadır. Xəbərlər Xidmətinin istehsalı olan “Kəpəz xəbər”, “İdman xətti”, “Kapital”, “Aqronom”, “Hadisə”, “Bu həftə” isə birbaşa insanların informasiya tələbatını ödəməyə xidmət edir. Televiziyanın nəzdində Dublyaj redaksiyası da fəaliyyət göstərir ki, bununla da ən son kinoların, cizgi və sənədli filmlərin öz ana dilimizdə səsləndirilməsi həyata keçirilir. 2009-cu ilin 4 iyun tarixindən etibarən telekanalın www.kepeztv.az saytı da istifadəyə verilib ki, izləyicilər həmin vebsayta daxil olaraq istədikləri verilişləri izləyə bilərlər.
Mediaforum.az
Modern.az
Modern.az İnformasiya Agentliyi — 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir. Agentlik Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxucularına operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir. == Haqqında == Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər buraxılışları ilə məşğuldur. Modern.az İnformasiya Agentliyi Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. Modern.az İnformasiya Agentliyi bir media qurumu olaraq ötən 9 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər ötürücüsünə çevrilib. Hər gün on minlərlə oxucunun ziyarət etdiyi Modern.az portalının təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru Əfqan Qafarlıdır. Modern.az İnformasiya Agentliyi həm də jurnalistika da ilk addımlarını atanlar üçün bir məktəb olub. Peşəkar jurnalistikaya Modern.az İnformasiya Agentliyində başlayan bir çox jurnalistlər hazırda müxtəlif KİV-lərdə fəaliyyətlərini uğurla davam edirlər.
Olke.az
Ölkə.az — 2014-cü ildə təsis edilmiş xəbər agentliyi. == Haqqında == Ölkə.az 2014-cü il iyulun 15-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında mühüm aparıcı informasiya agentliklərindən biridir. Agentlik Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxucularına operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir. Müstəqil informasiya siyasəti həyata keçirən "Ölkə.az" media qurumu saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır. == Fəaliyyəti == "Ölke.az" müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Sayt obyektiv və müstəqil olaraq şərhsiz xəbər yayır. Sayt işinin qurulmasında və aparılmasında redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da iştirak edə bilərlər. Redaksiyanın əlaqə vasitələri ilə oxucular qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var. Agentlik Azərbaycan dilində fəaliyyət göstərir.
Oxu.az
President.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir.Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin mətbuat katibinin xidməti və prezident administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir. == Saytın altbölmələri == 24 oktyabr 2009-cu ildə president.az saytının məktəblilər üçün xüsusi altbölməsi fəaliyyətə başlamışdır. Həmin bölmə mektebli.president.az Arxivləşdirilib 2010-03-03 at the Wayback Machine ünvanında yerləşir. == Mobil tətbiqlər == President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Prezident.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir.Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin mətbuat katibinin xidməti və prezident administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir. == Saytın altbölmələri == 24 oktyabr 2009-cu ildə president.az saytının məktəblilər üçün xüsusi altbölməsi fəaliyyətə başlamışdır. Həmin bölmə mektebli.president.az Arxivləşdirilib 2010-03-03 at the Wayback Machine ünvanında yerləşir. == Mobil tətbiqlər == President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Report.az
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. == Tarixi == "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. == Haqqında == "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Ağ Aşıq
Ağ Aşıq Allahverdi (1754 - 1860) — Aşıq Alının ustadı, aşıq, şair. Ağ Aşıq (? - ?) — Naxçıvanlı Ağ Aşıq. Ağ Aşıq (1930 - 1995) — Sədərəkli Aşıq Yusif.
Duyu
Düyü taxıl və yemək növüdür. Mənşəcə bataqlıq otudur. Asiyanın bir çox yerində əsas yemək kimi yeyilir. Dünyanın isti yerlərində, əsasən Asiya, Afrika, İtaliyanın şimalında və Şimali Amerikanın qərb sahillərində yetişdirilir.
Duzə
Duzə-İranın Fars ostanının Cəhrom şəhristanının Siməkan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 790 nəfər və 178 ailədən ibarət idi.
Ağ Aşıq Allahverdi
Ağ Aşıq Allahverdi (1754, Kərkibaş və ya Nəqədə, Qərbi Azərbaycan ostanı – 1860, Kərkibaş) — Aşıq Alının ustadı, görkəmli aşıq, şair. == Həyatı == Ağ Aşıq kimi tanınmış Aşıq Allahverdi haqqında bilgilər biri-birinin əksidir. I. Ağ Aşığın, – Allahverdinin babası Şeyx Osman sufi-dərviş təkkəsinin mürşüdü imiş və müridləri ilə quzeydən, – çox güman, Qazax-Şəmşədil yaxud da həmin bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda, Arazın qırağındakı Kosacan kəndində yerləşibmiş. Doğrudan da, vurğulamalıyam ki, Arazın güneyində və Naxçıvanda, – qatı fanatik şiə mühitində Osman adı mümkünsüz idi və indi də belədir. II. Şeyx Osman və oğlu Qara Osmanoğlu, aşıq olmasalar da, gözəl saz çalıb oxuyurmuşlar. Yəni onların "... aşıqlığı...təkkə mərasimi çevrəsindən kənara çıxmayıbmış". Lakin Allahverdi "coşub-daşdığından", xalq yığnaqlarına can atdığından, dindar çərçivəyə sığmadığından təkkədən, atasından, babasından üz döndərir, – bir sözlə, onların üzünə ağ olur. Və anadangəlmə saçı-saqqalı, qaşı-kipriyi ağ Allahverdinin xalq arasında Ağ Aşıq adı ilə tanınmasını "böyüyün üzünə ağ olmağı" ilə bağlamaq daha düzgün olardı. III. Atası Qaranın şairliyi yoxuymuş, lakin babası Şeyx Osmanın söz deməyi var imişsə də, heç bir nümunəsi bizlərə gəlib çatmayıb.
Dünya kifayət deyil
"Dünya kifayət deyil" (ing. The World Is Not Enough) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi; Ceyms Bondun məşhur sərgüzəştlətindən biri. == Süjet == Robert King adlı çox zəngin bir neft kralı, beynəlxalq bir terroristin təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Yanına nüvə silahlar mütəxəssisi Christmas Jonesin (Denise Richards) da alan dəli terroristin məqsədi dünyanı ələ keçirməkdir. Öldürülən neft kralının gözəl qızı Elektra'yı (Sophie Marceau) ola biləcək təhlükələrdən qorumaqla vəzifələndirilən James Bond (Pierce Brosnan), Xəzər dənizinə və İstanbula səfərlər edərək çılgınteröristi dayandırmağa çalışır. Bu vaxt can düşməni Christmas Consla da əməkdaşlıq etməyə başlayan Bond'u İstanbul Boğazı sularının dərinliklərində seyr nüvə bir dənizaltıdan ölümcül bir mübarizə gözləyir... == Maraqlı faktlar == Filmin əsas kadrları Neft Daşlarında lentə alınmışdır.
Duz
Xörək duzu — əsasən natrium xlorid (NaCl) kimyəvi maddəsindən ibarət olan qida məhsulu. Kristal quruluşlu, insan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi istifadə etdikləri duz, ticarət baxımından da önəmli bir məhsuldur. Dünyanın hər yerində rast gəlinən xörək duzuna tarixən böyük ehtiyac olmuşdur. Bəsit kimyəvi quruluşu olan duzdan, dəriçilikdə, maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. İnsanın xörək duzuna olan gündəlik tələbatı 5 qramdır. == Dində == Əli: "Yeməyinizi duzla başlayın.
Deyli Blind
Deyli Blind (d. 9 mart 1990, Amsterdam, Niderland) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və Niderland milli yığmasında müdafiəçi və yarımmüdafiəçi mövqeyində çıxış edən holland futbolçu. == Həyatı == Ayaks klubunun keçmiş futbolçusu və Niderland milli yığmasının futbolçusu və baş məşqçisi olmuş Danni Blindin oğludur. Ayaks klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra əsas komandaya yüksəlmiş, Qroningen klubunda bir il icarə əsasında çıxış etdikdən sonra isə əsas heyət üzvünə çevrilmiş və klubu ilə dörd dəfə Erediviziya çempionu olmuşdur. 2014-cü ilin sentyabr ayında 13.8 milyon funt-sterlinq qarşılığında İngiltərə təmsilçisi Mançester Yunayted klubuna transfer olmuşdur. 2013-cü ildən bəri milli komandanın əsas heyət üzvlərindən biri hesab olunur. 2014 FİFA Dünya Kubokunda bürünc medal qazanan Niderland milli yığmasının heyətində Deyli Blind də olmuşdur.
Deşil Hemmet
Deşil Hemmet (27 may 1894[…], Baltimor, Merilend – 10 yanvar 1961[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ yazıçısı. Daha çox qısa hekayələrə və detektiv romanlara üstünlük vermişdir. == Həyatı == Deşil Hemmet 27 may 1894-cü ildə Merilend ştatının Sent-Meri şəhərində anadan oldu. Gənc yaşlarında qəzet satdı və hamballıq etdi. Daha sonro 1915–1921-ci illərdə Pinkerton Dedektivlik Bürosunda detektivlik etdi, amma sonra bu işindən ayrıldı. Bundan sonra müxtəlif qəzet və jurnallarda detektiv hekayələri yazmağa başlayan Hemmet ilk iki romanını 1929-cu ildə nəşr etdirdi. 1930-cu ildə "Malta şahini" (The Maltese Falcon) əsərini yazdı. Bu roman əsasında 1941-ci ildə Con Hyuston tərəfindən eyniadlı film çəkildi. Filmdə Sam Speyd rolunda Hamfri Boqart çıxış etdi. 1934-cü ildən etibarən siyasətlə məşğul olmaya başlayan Hemmet insan hüquqlarının qorunması üçün işlər apardı və könüllü olaraq ppİkinci dünya müharibəsi[[nə qatıldı.
Deyl Karnegi
Deyl Brekendric Karnegi (ing. Dale Breckenridge Carnegey, 1922-ci ildən sonra — Carnegie; 24 noyabr 1888, Merivill[d], Missuri – 1 noyabr 1955, Nyu-York, Nyu-York ştatı) — amerikalı pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı. Ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edib. Onun kitabları indi də bütün dünyada çox populyardır. Yer üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək və qarşısıalınmaz bir hisslə gərəkliliyini duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq. Deyl Karnegi ilə tanışlıqdan əvvəl onun kimliyilə maraqlanaq. Deyl Karnegi 1888-ci ildə Amerikanın Missuri ştatında anadan olub. Heç kimin tanımadığı Deyli məşhurlaşdıran və ona milyonlar qazandıran keyfiyyət sırf təsadüf nəticəsində yaranıb.
Deyl Kuk
Deyl "Apollo" Kuk (ing. Dale "Apollo" Cook) — ABŞ aktyoru və idmançısıdır. Taekvondo üzrə 7-ci dərəcəli qara kəmərə sahibdir. == Həyatı == Deyl Kuk 1958-ci ildə Talsa şəhərində doğulmuşdur. Əvvəllər Taekvondo, sonralar isə Karate idman növü ilə məşğul olmuşdur. Onun bu idman növlərinin hər birindən qara kəməri vardır. 1977-1996-cı illər boyu bir çox yarışmalar keçirmişdir. Yarışmaları tərk etdikdən sonra karate üzrə müəllim fəaliyyətinə başlamışdır. Həmçinin, Deyl Kukun qardaşı Con Kuk da idmanla məşğuldur.
Deyl Martinsen
Deyl Martinsen (ing. Dale Thomas Mortensen; 2 fevral 1939[…] – 9 yanvar 2014[…]) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Piter Daymond və Xristofor Pisserideslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Deyl Martinsen iqtisadiyyat üzrə bakalavr təhsilini Uillametti Universitetində tamamlamışdır. Doktorluq dərəcəsinə isə Karnegi-Mellon Universitetində yüksəlmişdir. "Beta Teta Pi" qardaşlıq dərnəyinin üzvüdür. 1965-ci ildən bəri Şimal-Qərb Universitetində işləyən Martinsen, 1980-ci ildən bəri professor olaraq çalışmaqdadır. Eyni zamanda 2006–2010-cu illərdə Orhus Universitetində qonaq professor olaraq çalışmışdır. Deyl Martinsenin tədqiqatları əməyin iqtisadiyyatı, makroiqtisadiyyat və iqtisadi nəzəriyyə haqqında olmuşdur. Xüsusilə müvəqqəti işsizliyin uyğunlaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatları ilə tanınır.
Dik Deyl
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir.Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.
Pak buzu
Pak buzu - Dəniz buzunun bir növüdür. Pak buzu Şimal Buzlu Okeanının mərkəzi hissəsində çoxillik buzun parçalanması və yenidən donub birləşməsi nəticəsində əmələ gələn, dreyf edən və qalınlığı 3–5 m olan buzdur.
Quzu plaunu
Tunahan Quzu
Tunahan Quzu(türk. Tunahan Kuzu; 5 iyun 1981, İstanbul) — Türk əsilli Niderland siyasətçisi == Həyatı == 1981-ci ildə İstanbulda anadan olmuşdur Kiçik yaşında Niderlandın köçüb və orada böyümüşdür. 2001-ci ildən 2006-ci ilə qədər Erasmus Universitetində idarəçilik ixtisası üzrə oxumuşdur.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Müharibə qadın simalı deyil
Müharibə qadın simalı deyil (rus. У войны не женское лицо) — 2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatını alan Ukrayna əsilli Belarus yazıçısı Svetlana Aleksiyeviçin ilk kitabı. 1985-ci ildə nəşr edildikdən sonra kitab qısa müddət ərzində populyarlaşaraq, 2 milyondan çox oxucu qazanır. Əsər bir qadının monoloqu üzərində qurulmaqla, müharibədən sonrakı həyatı əks etdirir. == Məzmun == Biz hələ həyatın nə demək olduğunu bilmədən həyat uğrunda ölürdük… Hər şey haqqında ancaq kitablarda oxumuşduq. 2015-ci ilin Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” əsəri Böyük Vətən Müharibəsinə sənədli baxış kimi dəyərləndirilə bilər. Əsəri maraqlı edən cəhət yazıçı-jurnalistin onu müharibədə iştirak edən qadınların danışıqları əsasında qələmə almasıdır. Bir də müharibəyə “qadın baxışı” və “qadın gözü” ilə baxmağa çalışması… Siz əsərdə məhz bununla bağlı olaraq meydana çıxan çox təsirli səhnələrin, təsvirlərin və duyğuların şahidi olacaqsınız. == Nəşr == Kitabı Nərgiz Cabbarlı rus dilindən Azərbaycan dilinə tərcümə və redaktə edib, “XAN” nəşriyyatı tərəfindən “XAN” tərcümə ədəbiyyatı çərçivəsində 2015-ci ildə nəşr edilib. == Adaptasiyası == Əsərin motivləri əsasında 1981-1984-cü illərdə sovet belorus rejissoru Viktor Daşuk tərəfindən hər biri 10-25 dəqiqədən ibarət olan 7 seriyalıq sənədli televiziya filmi çəkilib.
O, sizə Dimon deyil
O sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu(ru) tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir. Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir. Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir. Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir. Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.
Yerin duzu (film,1954)
Yerin duzu — 1954-cü ildə Maykl Vilson tərəfindən yazılmış, Herbert J. Bibermanın rejissoru olduğu və Paul Jarrico tərəfindən hazırlanan Amerika dram filmidir. Kommunist siyasətinə qarışdıqlarına görə Hollywood quruluşu tərəfindən qara siyahıya alınmışdır.
Yerin duzu (film, 1954)
Yerin duzu — 1954-cü ildə Maykl Vilson tərəfindən yazılmış, Herbert J. Bibermanın rejissoru olduğu və Paul Jarrico tərəfindən hazırlanan Amerika dram filmidir. Kommunist siyasətinə qarışdıqlarına görə Hollywood quruluşu tərəfindən qara siyahıya alınmışdır.
Aşina Sin
Aşina Sin — İmperator tərəfindən Türgiş xaqanlığının hücumlarının artması üzərinə təyin olunmuşdu. Cəmi 2 il hakimiyyətdə qaldıqdan sonra Bağa Tarxan tərəfindən öldürülmüşdü. Xatunu və oğlu Çjunxiao Çinə qaçmış, oğlu isə sərkərdə olmuşdu. Onun ölümü ilə Qərbi Göytürk xaqanlığı sülaləsi bitir.
Ağ düz
Ağdüz və ya Ağduz;
Avarayr düzü
Avarayr düzü — İranda, Maku şəhəri yaxınlığında yerləşir. 451-ci il mayın 26-da hunlarla ittifaqda olan Sasani qoşunları Avarayr çölündə Vardan Mamikonyanın başçılıq etdiyi üsyançıları məğlub etdilər.
Ceyrançöl düzü
Ceyrançöl düzü — Eldar çölü düzü ilə Kürçayı arasında yerləşərək Qazangöl rayonundan Mingəçevir su anbarına qədər uzanır. == Ümumi məlumat == Ceyrançöl düzünün sahəsi 0,9 km²-dir. Relyefi onun tektonikası ilə sıx əlaqədar şəraitdə formalaşmışdır. Düzün mərkəzində yerləşən Ceyrançöl dağı digər dağlardan fərqli olaraq, gümbəzvari quruluşa malikdir. O, hər tərəfə tədriclə enərək düzənliklərlə birləşir və qalxanvari səth əmələ gətirir. Ceyrançöl düzünün mərkəzindən keçən Qanlı qobu və onun inkişaf etməkdə olan qolları Çeyrançöl düzünü kəsir. Ceyrançöl rayonu yağıntısının az (Samuxda 265 mm), orta illik, yay və qış temperaturunun yüksək olması ilə əvvəlki rayonlardan fərqlənir. Burada boz-qonur və açıq şabalıdı torpaqlar geniş yayılmışdır. Bu torpaqlar humusun azlığı, karbonatın çoxluğu ilə bir-birindən fərqlənir. Rütubət nisbətən çox olan sahələrdə torpaq örtüyü tamamilə şoranlaşmış və səthdə ağ örtük əmələ gətirmişdir.
Culfa düzü
Culfa düzü- Culfa rayonunda maili düzənlik.Arazboyu düzənliklərdən biri. == Ümumi məlumat == Düzənliyin hündürlüyü 700 metrdən (Araz çayı sahilində) 1000 metrə qədərdir.Əlincəçayın aşağı axınının sol sahilindən başlayaraq şərqdə Yaycı düzünədək,şimalda Darıdağın ətəklərinədək geniş bir ərazini tutur.Gülüstan düzü də adlanır.Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri,cənub və cənub-qərbində isə çay çöküntüləri üstünlük təşkil edir.Otlaq kimi istifadə olunan Culfa düzünə Arazdan su çıxarılmış və əkin sahələri genişləndirilmişdir.Culfa şəhəri Culfa düzündədir.Culfa düzündəki qədim yaşayış yerlərində və nekropollarda aparılmış arxeoloji qazıntıların nəticələri bu ərazidə eradan əvvəl 3-cü minillikdən başlayaraq son orta əsrlərə qədər fasiləsiz həyat olduğunu göstərir.
Cıdır düzü
Cıdır düzü — Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını, bir çox yarışları keçirdiyi ərazi. == Cıdır düzündə keçirilən yarışlar və ədəbi məclislər == Cıdır düzü ("yarış meydanı") qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilirdi. Qaliblərə qarşı comərdcəsinə davranış sərgiləyib, dəyərli hədiyyələr verilirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu.
Dəstə düzü
Dəstə düzü — Ordubad rayonu ərazisində düzənlik. == Ümumi məlumat == Arazboyu düzənliklərdən biridir. Cənub-şərqdə Dəstə kəndindən başlayaraq Azadkənd kəndinin şimal kənarınadək 6 kilometr məsafədə uzanır. Zəif maili düzənlikdir. Vənənd və Düylün kəndlərinin gətirmə konuslarından təşkil olunmuşdur. == Bitki örtüyü == Bitki örtüyü əsasən gəvən, yovşan, gəngiz və s. ibarətdir. == Torpaq örtüyü == Dəstə düzündə yayılmış boz və çəmən-boz torpaqlarının xeyli hissəsinə Gilançaydan və Arazdan su çıxarılması burada bağçılığın və meyvəçiliyin inkişafına təkan vermişdir.
Ergi düzü
Ergi düzü — Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Ergi düzü toponiminin mənası haqqında müxtəlif fikir və mülahizələr var. Əslində Erki (Ərki) olmalıdır. Ərk sözü İran və Türk dillərində "iç qala", "möhkəm hasar" anlamındadır. Düz coğrafi termini mənfi relyef forması bildirir. Düz termini "düzənlik" mənasındadır. Bu düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvi çöküntüləri ilə örtülmüş və qobu yarğan şəbəkəsi ilə zəif parçalanmışdır. Ergi düzənliyindən qış otlaqları kimi istifadə edilir.
Haramı düzü
Haramı düzü — Füzuli rayonunu və Beyləqan rayonunun böyük bir sahəni əhatə edən ərazi. == Toponimikası == Toponim 2 sözdən ibarətdir. Düz coğrafi termini mənfi relyef forması ifadə edir. Oronimiyada enişi, yoxuşu, təpəsi, çuxuru olmayan,ümumi fondan çox da kənara çıxmayan hamar relyef səthinə düz deyilir. Oronimin tərkibindəki haram sözü ərəbcə "qadağan edilmiş", "yasaq olunmuş", "toxunulmaz", "haram mala əl uzadan", "yolkəsən", "quldur", "qaçaq","soyğunçu" mənalarındadır. Ərazi vaxtilə bu düzlərdə məskən salmış qaçaq-quldurlara (Azərbaycanın bəzi zonalarında onlar haramı adlanır)görə belə adlandırılmışdır. Bəzi araşdırıcılar isə oronimin tərkibində olan haramı sözünü İran dillərindəki hor/har ("isti") komponenti ilə əlaqələndirir.Bu yerlər xüsusilə yay aylarında çox isti olur. Şamaxı rayonu ərazisində, Udulu kəndinin cənub-qərbində Haramı dağı, Quba rayonu ərazisində Qudyal çayının sahilində yerləşən Haramtala dağı toponimləri də bu qəbildən olan coğrafi adlardandır. == İstinadlar == == Xarici keçidlər == armenianvandalism.
Mil düzü
Mil düzü — Kür-Araz ovalığının cənub qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi. Hal-hazırda Mil düzündə böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Bunun nəticəsində də ərazinin torpaqlarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin hansı istiqamətdə getməsini müəyyənləşdirmək məqsədi ilə Mil düzü şəraitində tədqiqat işləri davam etməkdədir. == Hidrogeoloji şərait == Mil düzündə qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi bilavasitə torpaqlarda öz əksini tapır. Heç də həmişə qrunt sularının səviyyəsinin qalxması torpaqların şoranlaşmasına səbəb olmur. Bu, torpaqların litoloji tərkibindən, kapillyar qaldırma qabiliyyətindən, struktura­sın­dan asılıdır. Belə ki, düzənlik ərazilərdə dayanıqlı aqroir­riqasiya landşaftlarının formalaşma­sın­da və biomüxtəlifliyin qorunmasında qrunt sularının minerallaşma dərəcəsinin və yerləş­mə dərinliyinin rolu çoxdur. Bu zaman qrunt sularının kritik səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı aqrolandşaftlarda qranulometrik tərkibdən asılı olaraq qrunt sularının kritik səviyyəsi müxtəlif ola bilər.
Muğan düzü
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. == Etimologiyası == Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. == Coğrafi yerləri == Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: - Araz çayının sahili - Şahrak gölü - Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri - Oltan mağarası (Parsabad) - Qız qalası - Xudafərin körpüsü - Xərmən, Nadir təpələri - Aslandüzdə qədim məzarlıq == Ümumi məlumatlar == Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
Müşkür düzü
Müşkür düzü — Quba və Xaçmaz inzibati rayonlarının ərazisindəki yerin adı, etnonimik oronim. Bu coğrafi ad eramızın əvvəllərində Qafqaz Albaniyasının şimal-şərqində yaşamış maskut xalq adının təhrif formasıdır. Sonuncu dəfə bu oroqrafik obyekt adı "Maskut" yazılış formasında XVI əsr ingilis səyyahı, taciri və diplomatı Antoni Cenkinsonun Azərbaycanda olması haqda yazdığı yol qeydlərində rast gəlinirYalnız XVII əsrin ortalarında Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streys "müşkür" oronimini "muskar" kimi yazmışdır. Deməli, təxminən bir əsr müddətində "muskat" sözü "müskür" və "müşkür" formasına çevrilmişdir. XVII əsrin sonlarında isə toponimin adı artıq "muskur" kimi çəkilir. Çox qəribədir ki, "maskut" etnonimi özünün ilkin formasında müasir Xaçmaz və Quba inzibati rayonları arasında mövcud olan "Maskatar düzü" oronimində indiyədək saxlanmışdır. Oronim "maskut" (Maskat) və ləzgi dilindəki "ar" şəkilçisindən ibarət olub "Maskut düzü" mənasını daşıyır.
Ordubad düzü
Ordubad düzü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində düzənlik. == Ümumi məlumat == Arazboyu düzənliklərdən biri. Arazın sol sahilindədir. Şimalda Aşağı Əylis kəndinədək davam edir. Cənub-şərqdən başlayaraq şimal-qərb istiqamətində Dəstə kəndinədək 9 kilometr məsafədə uzanır. Səthi parçalanmış maili düzənlikdir. Əylisçay, Ordubadçay, Gənzəçay çaylarının gətirmə konuslarından təşkil olunmuşdur. Qərb hissəsi Yuxarı Əylis kəndindən başlayaraq Araz çayına qədər struktur sel çöküntüləri ilə örtülmüşdür. Ordubad düzünün şimal hissəsində Ordubad şəhəri ətrafında, həmçinin Yuxarı Əylisdən cənuba doğru əkinçilik üçün yararlı dağ-qəhvəyi torpaqlar, şərqində isə dar zolaq şəklində dağ-açıq şabalıdı torpaqlar yayılmışdır.
Qarabağ düzü
Qarabağ düzü — Kür çayının sağ sahilində, Kiçik Qafqaz dağları ilə Kür çayı arasında yerləşən ərazi. Beyləqan, Ağcabədi, Ağdam Bərdə rayonlarının ərazilərini əhatə edir. Məsuldar torpaqları olan düzdə pambıq, taxıl əkilir.
Qarabağlar düzü
Qarabağlar düzü — Kəngərli rayonu ərazisində cənub-qərbə enən maili düzənlik. Naxçıvan dağarası çökəkliyinin Arazboyu düzənliklərindən biri. Qarabağlar kəndindən başlayaraq cənub-qərb istiqamətində genişlənir və Qıvraq qəsəbəsinədək davam edir. Cənubda Xok kəndinədək uzanır. Düzün zəif parçalanmış səthi Pleystosenin qitə molassından (allüvial-prolüvial, delüvial, delüvial-prolüvial əmələgəlmələr) təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb hissəsində, Xoy antiklinalından şimalda yerləşir.
Qarayazı düzü
Qarayazı düzü və ya Qarayazı çölü — Azərbaycanın Qazax rayonu Qazangöl düzü ilə ərazisində Kür çayı arasında yerləşən düz. == Ümumi məlumat == === Toponimikası === Qarayazı düzünün adı "çöl, geniş düzənlik" mənasını verən qədim türk sözü "yazı" və Azərbaycan dilindən olan "qara" sözünün birləşməsindən əmələ gəlib. Azərbaycan ərazisində "yazı" hissəcikli toponimlərə daha çox rast gəlinir. Məsələn: Ağyazı, Ağcayazı və digərləri === Coğrafiyası === Sahəsi 421 km² olub, qərbdə Gürcüstan Respublikası ərazisinədək davam edir. Qarayazı düzü qərbdə enli (12–16 km) olub, şərq istiqamətində tədricən daralaraq (1–2 km) paz şəklində Kür çayı ilə Ortaqaş-Quyruqençi tirəsi arasına daxil olur. Şimal-şərq maili hissədə yarğan və qobulara rast gəlmək olur. Buradakı yeraltı sular çox dərində deyildir. Onlar qarasu bulaqları şəklində üzə çıxır. Bu sular yüksək debitli olub, təsərrüfatın müəyyən sahələrində (əkinçilikdə, maldarlıqda) istifadə oluna bilər. Əsasən şabalıdı torpaqlar üzərində inkişaf etmiş quru çöl bitkiləri (taxıl, müxtəlif ot və yovşan quruplaşması) hakimdir.
Qaraçoban düzü
Qaraçoban düzü - Şərur rayonu ərazisində düzənlikdir. == Relyefi == Qaraçoban düzü Şərur rayonu ərazisində, Sədərək kəndinin cənub-qərbində, Bozağıl, Qaradaş, Düz, Həsənqulubağ dağlarının arasında maili düzənlikdir ki, onun da mütləq yüksəkliyi 950-1000 metrdir. Səthi Bağırsaqdərə və bir sıra digər dərələr vasitəsilə zəif parçalanmışdır. Daimi axına malik olmayan Bağırsaqdərə çayı Qaraçoban düzünün şimal-şərqində iki qola ayrılır. Ərazidən qış və yay otlağı kimi istifadə olunur. Qaraçoban maili düzənliyi (800–1200 m) əsasən allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun səthi Cəhənnəm dərəsi, Bağırsaq dərəsi və bir sıra başqa quru dərələr vasitəsilə parçalanmışdır. Suayrıcları hamar və genişdir, çox zəif parçalanmışdır. Maili düzənliyin mərkəz hissəsində yerləşən Bağırsaq dərəsindən keçən sellər Sədərək düzündəki əkinlərə ciddi zərər verir. Qaraçoban maili düzənliyində inkişaf etmiş boz torpaqların tərkibində çoxlu çay daşı vardır.
Salyan düzü
Salyan düzü — Kür çayının sağ sahilində Muğan düzü ilə Xəzər dənizi arasındakı ərazidə yerləşir. Xüsusilə Qızılağac körfəzinin sahil boyu əraziləri bataqlıqlaşmışdır. Ərazisindən Bakı-Astara dəmir yolu keçir. Quruçöl-yarımsəhra iqliminə sahibdir. Cənub-şərqi bataqlıq fauna və florası ilə zəngindir. Qızılağac Milli Parkının ərazisinin bir hissəsini əhatə edir.
Sədərək düzü
Sədərək düzü — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində maili düzənlik. Arazboyu düzənliklərdən biri. == Haqqında == Cənub-şərqdə Dəhnə və Vəlidağ yüksəklikləri vasitəsilə Şərur maili düzənliyindən ayrılır. Şimal-qərbdə Ağrı düzənliyi ilə birləşir, cənub-qərbdə isə Araza qovuşur. Allüvial və allüvial-provülial çöküntülərdən təşkil olunmuşdur. 800-940 m mütləq yüksəkliyə malik olan Sədərək düzü şimaldan cənuba və qərdbdən şərqə doğru meyillidir. Sədərək düzünün mərkəzi hissəsindən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Üzümçülük inkişaf etmişdir.
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Yanalaq düzü
Yanalaq düzü — Füzuli rayonunun Kərimbəyli kəndinin qərb tərəfində yerləşən düz. Bu düz bir çox tarixi hadisələrə səhnə olub. Elxanlılar zamanı daxili çəkişmələrə görə hərbi-köçəri əmirlər burda savaşıblar. Bu düzdə Əmir Teymurla Əmir Yarəhməd Qaramanlının vuruşu baş verib. 1812-ci ildə Kotlyarevski Abbas mirzənin üzərinə gedərkən qoşunlarından bir hissəsini burada saxlayıb. Yanalaq düzü Arazbar el-obaları üçün qışlaq yeri idi. 1822-ci ildə Qaradağ vilayətiində Hacıəlili elinin qolu olan Kərimbəyli obası bu yurdda məskunlaşdı.
Yazı düzü
Yazı düzü — Azərbaycanın Qubadlı rayonu ərazisində Bazarçay ilə Həkəri çayı arasında yerləşən düz. Ərazidə erməni işğalına qədər heyvandarlıq, buğda, tütün və üzüm əkinçiliyi geniş yayılmışdı. == Haqqında == Yazı düzündə XIV əsrə aid Cavanşir türbəsi yerləşir. === Toponimikası === Yazı düzünün adı "çöl, geniş düzənlik" mənasını verən qədim türk sözü "yazı" və Azərbaycan dilindən olan "düz" sözünün birləşməsindən əmələ gəlib. Azərbaycan ərazisində "yazı" hissəcikli toponimlərə daha çox rast gəlinir. Məsələn: Ağyazı, Qarayazı, Ağcayazı və digərləri. === Coğrafiyası === Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ərazidə 450 m-dək enərək maili və dalğalı İncə düzünə keçir. Üçbucaq şəklindədir. Uzunluğu 30–35 km-dir. Üst Pliosenin vulkanogen–prolüvial çöküntülərindən təşkil olunmuşdur.
Çaldıran düzü
Çaldıran düzü — İranın Maku şəhəri yaxınlığında tarixi ərazi. 1514-cü il avqustun 23-də Səfəvi və Osmanlı dövlətləri arasında baş vermiş müharibə ilə tarixə düşmüşdür.
Aşıq Dəmir
Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu; 1972, Arabaçı, Gədəbəy rayonu – 18 mart 2020, Bakı) — Azərbaycan aşığı, "Koroğlu havaları"nın mahir ifaçısı. == Həyatı == Aşıq Dəmir Gədəbəyli 1972-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində doğulub. 1986-cı ildə Zamanlı kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir.Aşıq Dəmir Gədəbəyli 18 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib. == Yaradıcılığı == 1986-cı ilə qədər Aşıq İmran Həsənovun yanında şəyird olmuşdur. Aşıq Dəmir İmran Həsənovun sənət keyfiyyətlərini mənimsəmiş, istedadlı aşıq kimi ustadının yanında yetişmişdir. Zil səsə malik olan sənətkardır. "Koroğlu havaları"nın mahir ifaçısıdır. Xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində iştirak etmişdir. Aşıq Dəmir Gədəbəyli poetik yaradıcılıqla da məşğul olmuşdur. Gədəbəy Aşıqlar Ansablının üzvüdür.
Ay Tsin
Ay Tsin (çin. ənən. 艾青, sadə. Aì Qīng), əsl adı Tsyan Çjenxan (çin. ənən. 蔣正涵, sadə. Jiǎng Zhènghán; 27 mart 1910[…], Çzinxua[d], Çjetszyan – 5 may 1996[…], Pekin) — Çin şairi. O, vətənpərvərlik mövzusunda "Günə doğru" (1938), "Şimal" (1939), "Sübh xəbərləri" (1943), "Bahar" (1956), "Qayıdış nəğməsi" (1980) şeir və şeirlər toplularının, "Poeziya haqqında" (1940) kitabının müəllifidir. Ay Tsin sərbəst şeir nəzəriyyəsinə mühüm töhfə vermişdir. == Həyat və yaradıcılığı == Ay Tsin 27 mart 1910-cu ildə Tsin imperiyası ərazisində, Çjetszyan əyalətinin Çzinxua mahalında anadan olmuşdur.