AZ

AZ I say Sayca çox olmayan, cüzi. Ayrı cür olsaydı, seximiz iyirmi iki metr az parça toxuyacaqdı, başa düşürsənmi? (S.Qədirzadə).

AZ II f. Doğru yoldan çıxmaq, pis yola qulluq etmək, yolu itirmək. Nəbi olmasa kəndlilər bu cür qudurub yolundan azmazdılar (“Qaçaq Nəbi”).

AYRI
AZAD
OBASTAN VİKİ
Dadlı.az
.az
.az — Azərbaycanın internet kodudur. .az Azərbaycan Respublikası üçün yüksək səviyyəli milli domen. Azərbaycanda qeydiyyatdan keçmiş e-poçt, yaxud veb-ünvanı göstərən suffiksdir. 2023-cü ilin iyul ayının statistik məlumatına əsasən 41971 sayt qeydiyyatdan keçib. Onlardan 39263-ü ".az" domen zonasında, 1477 sayt ".com.az" domen zonasında qeydiyyatdan keçib. ".edu.az" domeni 581 saytla populyarlığa görə üçüncü yeri tutur. 2017-ci ilin aprel ayının statistik məlumatlarına əsasən dünya üzrə fəal domen adlarının sayı 143 857 563-ə çatıb, ".com" domen zonasında 128 676 761, ".net"-də 15 180 802 domen adı qeydiyyatdan keçib. Domen 1993-cü ilin 23 avqustunda daxil edilib, rəsmi olaraq fəaliyyətə isə 25 avqustdan başlayıb. Azərbaycan Respublikasında yerləşən, yaxud onunla əlaqəli olan obyektlər üçün istifadə olunur. 2-ci səviyyəli, yaxud bu səviyyəli bəzi domenlərin altında 3-cü səviyyəli domenlərin qeydiyyatı mümkündür.
AZ
Azərbaycan
525.az
525-ci qəzet — 1992-ci ildən etibarən Azərbaycan Respublikasında nəşr edilən qəzet."525-ci qəzet" Bakı Mətbuat Klubunun həmtəsisçisi, Azərbaycan Mətbuat Şurasının üzvüdür. "525-ci qəzet"in ilk sayı 1992-ci il noyabrın 17-də — Milli Dirçəliş Günü nəşr olunub. Nəşrə həftəlik qəzet kimi başlayan "525-ci qəzet" 1996-cı ildən həftədə iki dəfə, 1999-cu ildən gündəlik mətbu orqan kimi fəaliyyət göstərir. Qəzet həftədə 5 dəfə — çərşənbə axşamı, cümə axşamı və cümə günləri A3 formatında 16, çərşənbə və şənbə günləri isə A3 formatında 24 səhifə işıq üzü görür. Qəzetin səhifələrində əsasən ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman, ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar, müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələr dərc olunur. Azərbaycan ziyalıları, ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Xalq yazıçıları — Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud, Elmira Axundova, Xalq şairləri — Fikrət Qoca, Nəriman Həsənzadə, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, tanınmış şair və yazıçılar — Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli, Seyran Səxavət, Aqil Abbas, Əli Əmirli, akademiklər — İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, AMEA-nın müxbir üzvləri — Misir Mərdanov, Könül Bünyadzadə, Tehran Əlişanoğlu, elmlər doktorları — Vilayət Quliyev, Solmaz Rüstəmova-Tohidi, Aida Qasımova, Cahangir Məmmədli, Qəzənfər Paşayev, Nəsir Əhmədli, Qulu Məhərrəmli müntəzəm olaraq qəzetin səhifələrində öz yazıları, bədii əsərləri və məqalələri ilə çıxış edirlər. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, alim, mərhum professor Şirməmməd Hüseynov təxminən 20 il ərzində Azərbaycan tarixi üçün əhəmiyətə malik araşdırma yazılarını müntəzəm olaraq məhz "525-ci qəzet"də dərc etdirirdi. Müxtəlif illərdə onun təşəbbüsü ilə qəzetin səhifələrində Azərbaycan mətbuatının klassik nümunələrindən — "İrşad", "Həyat", "Azərbaycan" qəzetlərindən seçmələr də yer alırdı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində "Azərbaycan" qəzetinin Cümhuriyyətin yaranmasının bir illiyinə həsr olunmuş sayı da bu nümunələrdən biri kimi "525-ci qəzet"in içərisində ayrıca qəzet kimi çap edilmişdi. Yarandığı gündən yaradıcı, istedadlı gənclər üçün meydan olacağını vəd edən "525-ci qəzet" fəaliyyət göstərdiyi dövr ərzində bu vədinə sadiq qalaraq həmişə istedadlı qələm adamlarının yetişmələri, ilk qələm təcrübələrini qəzet səhifələrində dərc etdirmələri üçün maksimum imkan yaratmağa çalışıb.
AZ-CERT
AZ Alkmaar
AZ — Hollandiyada bir futbol klubu. 1967-ci ildə qurulan klub matçlarını Alkmaar 'dakı 17,023 şəxsiyyət AFAS Stadion'da oynayır. Baş məşqiçiliyini Ronald Koeman etməkdədir. İlk Hollandiya liqası çempionluğunu 1981-ci ildə əldə etmişdir. 2006-2007 mövsümündə son həftəyə qabaqda girməsinə baxmayaraq son matçda məğlub olaraq çempionluğu əldən verdi. 2008-09 mövsümündə ikinci çempionluğunu qazanmışdır.
Adam.az
Day.az
Day.az — 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan informasiya saytı. Sayt rus dilində fəaliyyət göstərir. 2009-cu ilin fevral ayına qədər saytın sahibi Anar Məmmədxanov, baş redaktoru Elnur Baimov olub. 11 avqust 2008-ci ildə, səhər saatlarında Day.az və "anspress.com" saytlarının informasiya serveri Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus xakerləri tərəfindən dağıdılsa da, axşama yaxın serverlərin işini bərpa etmək mümkün olmuşdur. Xakerlərin məqsədi Rusiya-Gürcüstan müharibəsinə aid informasiya saytlarının bloklanması olub. 2009-cu il fevralın 18-də saytda layihələrin fəaliyyəti dayanıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib. Azərbaycan xəbər saytlarının siyahısı Trend İnformasiya Agentliyi AzerNews Day.az "Anar Məmmədxanlı Day.Az-ın satıldığını xəbər verib" (az.).
Hafta.az
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Haqqin.az
Haqqin.az, bəzən Haqqın.az kimi qeyd olunur — Azərbaycan informasiya-analitik portalı. Sayt 29 sentyabr 2011-ci il də jurnalist Eynulla Fətullayev yaradılmış və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Saytda insan hüquqları problemləri ilə bağlı məlumat və təhlillər, Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə baxış və şərhlər, tematik müsahibələr, ekspert rəyləri, o cümlədən sual-cavab mövzulu məzmun dərc olunur. Xarici KİV-lərdə "Azərbaycan hakimiyyətinə tərəfli", "Azərbaycan müxalifət partiyalarını tənqid edən", "aqressiv" və "Azərbaycanın təhlükəsizlik xidmətləri ilə bağlı sayt" kimi xarakterizə edilmişdir. "Eurasianet"in jurnalisti Coşua Kuçera qeyd etmişdir ki, sayt Azərbaycan Prezidenti İlham Əliyevin dövlət müşaviri Fuad Ələsgərov tərəfindən maliyyələşdirilir və "Bakının rusdilli elitasına yönləndirilmişdir".
Kayzen.az
kayzen.az — bloq tipli veb sayt. Kayzen yapon dilində "kai" və "zen" sözlərindən (改善) əmələ gəlib mənası yaxşılığa doğru dəyişmək, inkişaf etmək deməkdir. Saytı yaradarkən slashdot.org, habrahabr.ru, livejournal.com, facebook.com kimi sosial proyektlərin bəzi özəllikləri istifadə olunub. Sayt Livestreet CMS açıq mənbəli kontent idarə sistemi üzərində qurulub modifikasiya edilmişdir. Saytın funksionalında TinyMCE WYSIWYG-redaktoru, MooTools və JQuery freymvörkü, Highslide və s. JavaScript-lərdən istifadə olunmuşdur. Saytın həm iş masası versiyası, həm də mobil versiyası fəaliyyət göstərir.
Kepeztv.az
"Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə Rüfət Razim oğlu Əsgərov tərəfindən yaradılıb və Gəncə şəhərində 6-cı kanalla yayımlanıb. 2002-ci ildə 46 kanalda yayımı davam edib. 2008-ci ilin iyunun 4-də "Kəpəz TV" Rüfət Əsgərova hec bir ödəniş etmədən əlindən zornan alınıb . Təşkilati-hüquqi forması dəyişdirilən televiziyaya yeni kadrlar cəlb olundu, yeni verilişlər hazırlandı. Bu gün “Kəpəz”in efirində cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı, mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterli verilişlər də yayımlanır. Hazırda 24 saat efirdə olmaqla telekanalda 20-dən artıq veriliş yayımlanır. “Bu səhər” informasiya kanalı, “Tac şou” əyləncəli veriliş, “Piyada” intellektual proqramı, “Zirvə” bilik yarışı, “Duyğulu könüllər” kimi verilişlər tamaşaçıların ixtiyarındadır. Xəbərlər Xidmətinin istehsalı olan “Kəpəz xəbər”, “İdman xətti”, “Kapital”, “Aqronom”, “Hadisə”, “Bu həftə” isə birbaşa insanların informasiya tələbatını ödəməyə xidmət edir. Televiziyanın nəzdində Dublyaj redaksiyası da fəaliyyət göstərir ki, bununla da ən son kinoların, cizgi və sənədli filmlərin öz ana dilimizdə səsləndirilməsi həyata keçirilir. 2009-cu ilin 4 iyun tarixindən etibarən telekanalın www.kepeztv.az saytı da istifadəyə verilib ki, izləyicilər həmin vebsayta daxil olaraq istədikləri verilişləri izləyə bilərlər.
Mediaforum.az
Modern.az
"Modern" Media Qrupu — Azərbaycanda fəaliyyət göstərən hökumətyönümlü media-qrup. Təsisçisi və rəhbəri Elşad Eyvazlı, müavini Pərvin Arzuqızıdır. Media-qrupa "modern.az" xəbər saytı, "AzEdu.az" təhsil saytı və "MediaTürk TV" internet televiziyası daxildir. Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Maqomayev 3 döngəsi, 1-ci Qəsr (indiki Şəhid Fərid Əliyev) döngəsi 78-də yerləşir. Poçt indeksi AZ 1001-dir. "Modern.az" İnformasiya Agentliyi xəbər portalı 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayıb. Xəbər portalı Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir. Baş redaktoru Anar Rüstəmovdur. AzEDU.az MMC 2018-ci il martın 1-dən fəaliyyət göstərir. "AzEdu.az" təhsil portalı təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hesab etdiyi hadisələri Azərbaycan dilində çatdırır.
Olke.az
Oxu.az
"Global Media Group" və ya qısaca GMG — 2017-ci ildən fəaliyyət göstərən və Azərbaycan hökumətinin nəzarətində olan media-holdinq. Şirkətlər qrupuna Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. "Global Media Group" MMC-nin tərkibində olan şirkətlər — "Report" İnformasiya Agentliyi, "Oxu. Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb. GMG-nin Direktorlar Şurasının sədri azərbaycanlı sahibkar və sabiq dövlət məmuru Elnur Abdullayevdir 2019–2023-cü illərdə Azərbaycandakı media direktoru azərbaycanlı jurnalist Həmid Həmidov idi. "Каспий" qəzeti 1881-ci ildə rus dilində təsis edilib və 1919-cu ilə qədər nəşr olunub. 1999-cu ildə Sona Vəliyeva tərəfindən Azərbaycan, rus və ingilis dillərində yenidən fəaliyyəti bərpa edilib. 2020-ci ildən GMG-yə daxildir və həftəlik ictimai-siyasi qəzet olaraq, şənbə günləri rus dilində, 16 səhifədə, 2000 nüsxə tirajla, Azərbaycan dilində isə həftəlik, rəngli olmaqla yenə 16 səhifədə nəşr olunur. "BAKU. WS" xəbər saytı 2004-cü il yanvarın 5-də fəaliyyətə başlayıb. Xəbər portalı dünya və yerli xəbərləri yayımlayır.
President.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir. Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir. President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Prezident.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir. Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir. President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Qafqazinfo.az
"Qafqazinfo" — Azərbaycanda hakimiyyətyönümlüxəbər portalı. 2010-cu ilin avqust ayının 16-da Elbrus Ərud tərəfindən təsis edilib. "Qafqazinfo" üç növbədə 24 saat online olan internet qəzetdir. Portala Elbrus Ərud rəhbərlik edir. 20 nəfərlik əsas kollektivi gənclərdən ibarətdir. "Qafqazinfo" əsas maliyyə mənbəyinin reklam və PR məqalələrindən əldə edilən vəsaitlər olduğunu iddia edir. Şirkət ƏDV ödəyicisidir.
Report.az
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Trend.az
Trend İnformasiya Agentliyi — 1995-ci ildə Elmar Hüseynov tərəfindən təsis olunmuş informasiya agentliyidir. Xəzər regionunun, Cənubi Qafqazın və Mərkəzi Asiyanın xəbərlərini işıqlandırır. "Trend"in baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. Trend İA-nın tərkibində Azərbaycan, rus, ingilis, fars və türk dillərində xidmətlər faəliyyət göstərir. Xidmətlər regiondan, xüsusilə də Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistandan xəbərlərin verilməsinə diqqət ayırır. Regionun siyasi və iqtisadi, sosial əhəmiyyətli, təcili xəbərləri portalda yerləşdirilir. Regionda biznes üçün və biznes haqqında xəbərlər, iqtisadi təhlillər, neft və qaz xəbərləri, müxtəlif sektorların monitorinqi təqdim olunur. Trend İnformasiya Agentliyi "Made in Azerbaijan" brendinin fəal işıqlandırılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin mükafatına layiq görülüb. Azərbaycan Banklar Assosiasiyası 2017-ci ildə "Trend" agentliyini əsas media tərəfdaşı kimi mükafatla təltif edib. Azərbaycan və digər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə, mədəniyyət və incəsənət, iqtisadiyyat, neft-qaz, bank, idman sahələrində, o cümlədən Birinci Avropa Oyunlarının (2015), eləcə də İslam Həmrəyliyi Oyunlarının (2017) fəal işıqlandırılmasına görə dəfələrlə mükafatlandırıb.
Yenicag.az
"Yeni Çağ" — Aqil Ələsgərin təsisçisi və rəhbəri olduğu, Azərbaycanda fəaliyyət göstərən hökumətəmeyilli media-qrup. 1 fevral 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin rəsmi saytı yenicag.az 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb. "Yenicag.az" İA 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir. Saytın rəhbəri Aqil Ələsgərdir. İnformasiya agentliyi Azərbaycan xəbərlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində fəaliyyət göstərir. "Yenicag.az"ın dəstəyi ilə Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayevanın "Erməni zindanında 8 gün" kitabı nəşr olunub. Türkiyədəki 15 iyul çevriliş cəhdindən əvvəl bu cəhdi həyata keçirən şəbəkənin ifşasında fəaliyyət göstərən media qrupun təsisçisi və rəhbəri Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi fəaliyyətinə həsr olunmuş "Terrorun Gülən üzü" və "Səssiz işğal" kitablarını çap etdirib. 2016-cı ilin dekabrından "Yenicag.az"ın türk (Yenicag.info) və rusdilli (Yenicag.ru) versiyaları fəaliyyətə başlayıb. Hal-hazırda "Yeni Çağ" Media Qrupuna "Yenicag.az" ( (az.)), "novayaepoxa.com" (Новая Эпоха) ( (rus.)) və "Yenicag.info" ( (türk.)), 2018-ci ildən isə "yenicag.tv" domenləri daxildir.
İslamazeri.az
İslamazeri.com — Azərbaycan, Yaxın Şərq, dünya, xüsusilə İslam dünyasında baş verən hadisələr haqqında xəbər verən azərbaycandilli onlayn internet qəzeti və portalı. Sayt 24 noyabr 2006-cı ildə fəaliyyətə başlayıb. Gündəlik xəbərlər, islami və digər məlumatlar saytda yer almışdır. Azərbaycan internet məkanında ilk dəfə islami internet radiosu təsis edən "İslamazeri" portalı, sonradan video-xəbərlərin yayımına da başlamışdır. 2008-ci ildən isə artıq peşakar səviyyədə onlayn xəbərlər xidmətinə keçmişdir. 2010-cu ildə saytın rusca versiyası fəaliyyət göstərib. 2011-ci ildə saytın baş redaktoru Ramin Bayramov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. "Freedom House" müstəqil nəzarət təşkilatı 2012-ci ildə yayımladığı "İnternetdə azadlıq" (Arxivləşdirilib 2017-06-12 at the Wayback Machine) adlı hesabata əsasən Azərbaycanda internet "qismən azad" vəziyyətdə qeyd edilib və "İslamazeri" saytının baş redaktoru Ramin Bayramovun həbs olunması Ərəb Baharı ərəfəsində Azərbaycanda internet azadlığının məhdudlaşdırılması ilə əlaqəndirilib. 26 yanvar 2015-ci ildə islamzeri.az saytında texniki problemlər yaşanıb. Həmin gün səhər saatlarından yaşanan problemin səbəbi müəyyən edilə bilməyib.
Medeniyyet.az
Mədəniyyət — qəzet. "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin 2 yanvar tarixində nəşr olunub. Qəzetin təsisçisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır. Azərbaycanın mədəni həyatının müxtəlif sahələri – teatr, musiqi, kino, rəssamlıq, heykəltəraşlıq, xalq yaradıcılığı və tətbiqi sənətlər, eləcə də mədəni irs, tarix və ədəbiyyatımız, folklor, aşıq yaradıcılığı, habelə muzey, kitabxana və digər mədəniyyət müəssisələrinin fəaliyyəti qəzetin səhifələrində əksini tapır. Bundan əlavə, dünya mədəniyyətinin diqqətçəkən olayları, Azərbaycanın beynəlxalq mədəni əlaqələri, milli adət-ənənələr və mənəvi dəyərlər, mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik kimi mövzular qəzetin gündəm mövzularını təşkil etməkdədir. Qəzet həftədə iki dəfə (çərşənbə və cümə günləri) çıxır.
Turan.az
Turan İnformasiya Agentliyi, həmçinin qısaca Turan və ya TİA — Azərbaycanda fəaliyyət göstərən informasiya agentliyi. Azərbaycanda Yeni Azərbaycan Partiyası hakimiyyətinə müxalifdir və müstəqil bir agentlikdir. 1990-cı ildə yaradılmışdır. "Turan İnformasiya Agentliyi" 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri kimi yaradılmışdır. "Turan İnformasiya Agentliyi"nin baş direktoru Mehman Əliyevdir. Agentliyin operatoru Adil Bünyatov 17 mart 1995-ci ildə dövlət çevrilişinə cəhdi işıqlandırarkən öldürülmüşdür. Baş direktor Mehman Əliyev 27 avqust 2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdir. Çox keçməmiş, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin, o cümlədən ABŞ, Almaniya, Fransa, Norveç və Birləşmiş Krallığın rəsmi nümayəndələri Azərbaycan hakimiyyətini Əliyevi dərhal azad etməyə və insan hüquqlarına hörmət etməyə çağırmışdılar. Onun vəkili ittihamların "tamamilə siyasi hakimiyyət tərəfindən uydurulmuş" olduğunu bildirmişdir və Əliyevin saxlanılmasından sonra agentlik öz fəaliyyətini müvəqqəti olaraq dayanmışdır, lakin 11 sentyabrda Əliyev azad edilmişdir. "Turan İnformasiya Agentliyi" oktyabr ayında fəaliyyətinə davam etmişdir.
Cucumis melo var. azmirli
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cəbrayılın azad edilməsi
Cəbrayıl uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan hərbi əməliyyatlar. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Saat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi. Sentyabrın 28-də saat 18:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini açdığı atəşə tutması nəticəsində 2006-cı il təvəllüdlü H. İ. Həziyev baş nahiyəsindən qəlpə yarası alaraq xəstəxanaya yerləşdirildi. Sentyabrın 29-da saat 17:00–18:00 radələrində isə Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası — Azərbaycan dövlət kinostudiyası. Kinostudiya 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq. 1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir. Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926–1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930–1931-ci illərdə "Azərkino", 1934–1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932–1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939–1959-cu illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
Azərbaycanda teatr muzeyinin — Azərbaycan Respublikasının zəngin və qabaqcıl mədəniyyət ocaqlarından biri. Direktoru Sevinc Mikayılovadır. Muzeydə 140 mindən çox əşya toplanmışdır. Muzey Mərkəzində yerləşir. Muzeyin təşkili 1934-cü ilə təsadüf edir. Muzeyin yaradıcısı teatr tariximizin öyrənilməsində və təbliğində böyük əmək sərf etmiş Ağakərim Şərifov olmuşdur. 1934-cü ildə teatr işçilərinin respublika müşavirəsində belə bir muzeyin yaradılması barədə məsələ qaldırılmış və elə həmin ildə Azərbaycan Dövlət Dram Teatrının binasında belə bir muzey təşkil olunmuşdur. Əslində bu, teatr tarixinə aid sərgi və gələcək muzeyin təməli idi. Şahidlərin xatırladığına görə, sərginin açılış lentini kəsən böyük ədiblərimiz – Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev belə demişlər: "Yaşasın Azərbaycan teatrı!" Məhz həmin gündən bu muzey teatr tarixinə və teatr xadimlərinə aid yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini, müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilmişdir. Sərgi tez bir zamanda o vaxtlar fəaliyyət göstərən Azərbaycan Dövlət Muzeyinin teatr şöbəsi kimi rəsmiləşdirilir.
Cəfərabad (Qərbi Azərbaycan ostanı)
Cəfərabad (fars. جعفراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (54 ailə).
Cəngavər (Azərbaycan)
Cəngavər — orta əsrlər dövründə, yəni Ağqoyunlu və Səfəvi imperiyaları zamanı orduda ağır süvariləri bildirmək üçün istifadə edilən söz. Termin qədim pəhləvi dilindən gələn iki sözdən yaranmış — Cəng (döyüş) və Vər’е (gedən)-, mənası döyüşə getmək deməkdir. Bu termin sadəcə at üzərində döyüşə gedən süvarilər ilə ağır silahlarla silahlanmış və ya zirehlər geyinmiş döyüşçüləri tərif etmək üçün istifadə edilmişdir. Ağqoyunlu və Səfəvi imperiyaları zamanı ordu əsasən qeyri-nizami hissələrdən təşkil edilirdi və müharibə zamanı müxtəlif türk tayfalarından toplanırdı. Səfəvilər dövründə cəngavərlər həm də qızılbaş hesab edilməklə birlikdə, şahın davamçıları mənasını verən müridlər — iman üçün döyüşən — kimi qəbul edilirdilər. Bu cəngavərlərin ən çox məşhurlaşdığı döyüşlərdən birinci Çaldıran döyüşüdür. Döyüşdə Səfəvi imperiyasının məğlub olmasına baxmayaraq, cəngavərlərin Osmanlı ordusunun yeniçəri və sipahilərinə qarşı inadlı müqavimətləri onların məşhurlaşmasına səbəb olmuşdu. Döyüş zamanı onlar yeniçərilərə və sipahilərə aramsız hücumlar edərək, ağır zərbələr vurur və dərhal da geri çəkilirdilər, Osmanlı ordusu onların öhtəsindən yalnız artilleriya atəşinin gücü ilə gələ bildi. Bu isə, Səfəvi ordusunda yox idi. I Şah Abbas dövründə yenidən başlayan Səfəvi-Osmanlı müharibələrində də cəngavərlərdən istifadə edilmiş və bu dəfə uğurlu olunmuşdur.
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi. 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər.
Cənub-qərbi Azərbaycan general-qubernatorluğunun yaradılması haqqında qərar
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi. 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər.
Cənubi Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az-əbcəd. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az-əbcəd. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az-əbcəd. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 5 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi ostanları. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Qərbdə Türkiyə və cənub-qərbdə isə İraqla həmsərhəddir.
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və ya qısaca CAMAH (Farsca: جنبش آزادیبخش ملی آذربایجان جنوبی) — Cənubi Azərbaycanın milli azadlıq hərəkatı təşkilatı olaraq, 1991-ci ildə Piruz Dilənçinin rəhbərliyi altında bir qrup siyasətçi və ziyalı tərəfindən yaradılmışdır. İranın parçalanması, müstəqil Cənubi Azərbaycan dövlətinin yaradılması və nəhayətdə Bütöv Azərbaycanın qurulması CAMAH təşkilatının ali və son məqsədidir. 1999-cu ildə Təbrizdə milli hərəkatın güclənməsi ilə, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatının lideri seçilmiş, 2002-ci ildə isə təşkilatda baş verən daxili fikir ayrılıqları nəticəsində səs çoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır və təkrar Piruz Dilənçi CAMAH təşkilatının lideri olaraq fəaliyyətini davam etdirməyə başlamışdır. Bundan sonra, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatından ayrılan bir qrup şəxslə GAMOH adlı yeni bir qurum yaratmışdır. Dünya Azərbaycanlıları Konqresi, Bütöv Azərbaycan Birliyi və Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi təşkilatlar bünövrəsini CAMAH-dan götürmüşdür. CAMAH 1991–1999-cu illər arasında Şimali Azərbaycandakı cənub mövzusu ilə bağlı aparıcı mövqeyinə görə hətta Azərbaycan Respublikasının dövlət dairələri tərəfindən də dəstəklənməkdə idi. Xüsusilə Heydər Əliyevin prezidentliyi və Namiq Abbasovun MTN-ə rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycan mövzusu Azərbaycan mətbuatı və kütləvi informasiya vasitələrinin gündəmində əhəmiyyətli yer tuturdu. O dönəmdə hətta ölkə prezidenti, Prezident Aparatı və MTN səviyyəsində CAMAH-la bağlı rəsmi və qeyri-rəsmi münasibətlər bildirilmişdi. South Azerbaijan Arxivləşdirilib 2013-05-17 at the Wayback Machine CAMAH-ın rəsmi internet səhifəsi CAMAH barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müxtəlif tarixlərdə yayınladığı raportlar: 1., 2.
Cənubi Azərbaycan bayrağı
Güney Azərbaycanın bayrağı və ya Cənubi Azərbaycan bayrağı — irredentist siyasi qüvvələr üçün Güney Azərbaycanı təmsil edən bayraq. Azərbaycan milli hərəkətçıları tərəfindən Güney Azərbaycanı təmsil edən bayraq və simvolun olması bir zərurət kimi qəbul edilsə də, hələlik vahid bayraq formasını qəbul etmək mümkün olmamışdır. Bəzi qüvvələr Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatında Cənubi Azərbaycanı təmsil edən Güney Azərbaycan Milli Oyanış Hərəkatının bayrağını "Güney Azərbaycanın bayrağı" kimi qəbul edirlər. 2007-ci il fevralın 1-də Güney Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı-UNPO-nun üzvlüyünə qəbul olunub. Elə həmin mərasimdən sonra Güney Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı BMT-də dalğalanmağa başlayıb. Güney Azərbaycanın milli bayrağı 2003-cü ildə Babək qalasına yürüş zamanı on minlərlə azərbaycanlı tərəfindən milli hərəkatın simvolu kimi qəbul edilib. BMT-də Güney Azərbaycanın UNPO-ya üzv qəbul olunması ilə bağlı keçirilən təntənəli qəbul mərasimində Güney Azərbaycan və onu təmsil edən GAMOH lideri doktor Mahmudəli Çöhrəqanlı iştirak etmişdi. Güney Azərbaycan milli hərəkatının Şimali Azərbaycanın üçrəngli bayrağını qəbul etməsi barədə təkliflər səslənsə də, sonda nisbətən fərqli bayrağın qəbulu zəruri sayıldı. Ancaq bayraq yalnız rənglərinin ölçülərinə görə fərqlənir. Burda da müsavatçılıq, çağdaşlıq, müsəlmançılığn rəmzləri mövcuddur.
Cənubi Azərbaycan mətbuatı
Cənubi Azərbaycan mətbuatı — Cənubi Azərbaycanda mətbuat. 1905–1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı. İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "…doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi.
Cənubi Azərbaycan mətbəxi
Güney Azərbaycan mətbəxi - tarixi Azərbaycan torpaqlarının böyük hissəsi olan, müasir İranın şimal qərbində yerləşən və Türklərin Oğuz qolundan olan Güney Azərbaycan xalqı hələ öz adətlərini və ənənələrini yaşadır. İran Türklərinin sıx yaşadığı Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Arak və Həmədan bölgələrindən başqa Tehran, Qum, Gülüstan, Kürdüstan, Xorasan, Kirman və Fars bölgələrində də yaşayan Türklərin mədəniyyəti və adətləri hələ yaşanır və başqa xalqların mədəniyyətinə təsir etmiş, həm də onlardan təsir götürmüşdür. Cənubi Azərbaycan və İran türklərinin mədəni dəyərləri qədim zamanlardan günümüzə qədər inkişaf etmiş və cəmiyyət üzvləri arasında maddi və mənəvi əlaqələr yaratmışdır. Bu xalqın tarixini, ənənələrini, sənətlərini və ədəbiyyatını öyrənmək çox vacibdir. İran Türklərinin mətbəxi dünyanın ən zənginlərindən biridir. Türk və İslam dəyərlərinə uyğun olan yeməklərin ana maddəsi heyvani və bitki mənşəli məhsullarından əldə olunan ət, süd, taxıl, tərəvəz, yumurta və meyvədən ibarətdir. İran və Güney Azərbaycan mətbəxinin təməli sayılan bu nemətlərdən müxtəlif qidalar, o sıradan xəmirli, sulu, ətli və göyərtilərdən hazırlanan yeməklər Güney Azərbaycan mətbəxinin əsasını təşkil edir. Ümumiyyətlə Güney Azərbaycan mətbəxinin adi günlərə, mövsümlərə və xüsusi günlərə görə fərqli növləri vardır və onların digər Türk xalqlarının mətbəxləri ilə bənzəri çoxdur. Aşağıda İran və Güney Azərbaycanda bişirilən və istifadə edilən xəmir işlərini, şorbaları, plovları, dolmaları, kababları, salatları və turşuları izah etməyə çalışırıq. Astara iranın Gilan ostanının şimal-qərbində və tarixi azərbaycan ərazisində yerləşibdir.Əhalisinin çoxunu azərbaycan türkləri təşkil edərək,astaranın özünə məxsus yeməkləri var ki aşağıda bir neçəsinin adını çəkəcəyik: 1-Ləvəngi 2-Bastırma Plov 3-Çığırtma Plov 4-Bürani Plov 5-Müsəmma 6-Nəzir Çörək 7-Qovurma və ya Cızvız Bünab yaxud Bınab Şərqi Azərbaycan ostanının cənub-qərbində yerləşən bir şəhərdir ki özünü aid ənənəvi yeməklərə malikdir,ancaq onların ən önəmlisi Bınab Kababıdır.Bu kababın hazırlamasında sığır əti,soğan və məxsus turş dadlı ədviyyələrdən istifadə olunur.Kababla yanaşı Baslıqda bünabın ənənəvi şiriniyatlarından sayılır ki onun əsas ərzaqı üzüm şirəsidir.
Cənubi Azərbaycanca Vikipediya
Cənubi Azərbaycanca Vikipediya (az-əbcəd. تورکجه ویکی‌پدیا‎) — Vikipediyanın ərəb qrafikalı Azərbaycan əlifbası ilə yazılmış azərbaycanca versiyası. Vikipediyanın Cənubi Azərbaycanca versiyası 2015-ci ilin iyulunda ayrı dil bölməsi kimi istifadəyə verilmişdir. Hal-hazırda burada 243.560 məqalə və 50.904 qeydiyyatdan keçmiş istifadəçi var. 18 sentyabr 2016-cı ildə 10,000 məqalə, 9 avqust 2018-ci ildə isə 100,000 məqaləni keçmişdir.
Cənubi Azərbaycanda soyqırım
Cənubi Azərbaycanda soyqırım (1917–1918) — erməni və aysor silahlı birləşmələrinin Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırım. Ermənilərin təşkilatçılığı ilə vaxtilə ruslar tərəfindən Cənubi Azərbaycan ərazisinə yerləşdirilən Aysorlarda bu hadisələrdə ermənilər tərəfdən çıxış etmişdirlər. Aysorlara yerli türklər Cilo deyirdilər. Hadisələr öncə Urmiya şəhərində başlasa da, hələ 1917-ci ildən ermənilərin yerli türklərə hücumları adi hal almışdı. Urmiyadakı ABŞ nümayəndəsi Şedin təşəbbüsü və zəmanət ilə tərk-silah edilmiş şəhər sakinləri ermənilərə müqavimət göstərə bilmədilər. Seyid Əhməd Kəsrəvinin yazdığına görə, toplardan da istifadə edən erməni-aysor dəstələri, bunun sayəsində şəhərdə xeyli insanın öldürülməsinə nail oldular. İran arxiv materiallarına əsasən, təkcə 1918-ci ilin, mart ayının 17-də, axır çərşənbə günü erməni-daşnak dəstələri və aysor dəstələri 500-dən çox evi yandırmış, 10 mindən çox insanı isə qətlə yetirmişdirlər. Xalq arasında "Urmi bəlası" kimi bilinən bu hadisələr xalq folklorunda hələ də yaşamaqdadır. Bu hadisələr təkcə Urmiyada baş verməmiş, , Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də olmuşdur. 1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu hadisələrin qarşısı alınmışdır.
Cənubi Azərbaycanlı musiqi və incəsənət xadimlərinin siyahısı
Bu siyahıda Gülüstan müqaviləsindən sonra yetişmiş olan Cənubi Azərbaycanlı şair və yazıçılar göstərilmişdir.Bura daxildir:
Cənubi Azərbaycanlılar
İran azərbaycanlıları, cənubi azərbaycanlılar, İran türkləri və ya İran azəriləri (Farsca: ایرانیان آذربایجان; Azərbaycanca: ایران آذربایجانلیلاری [iˈɾɑːn ɑːzæɾbɑjˈdʒɑnlɯlɑɾɯ]) — İranda yaşayan və Azərbaycan türkcəsini özlərinin ana dili kimi danışan etnik qrup. Onlar Şimali Azərbaycanda yaşayanlarla eyni etnik qrup hesab edilirlər və İrandakı Türk xalqlarından birini təşkil edirlər. İran azərbaycanlıları özlərinin doğma bölgəsi olan İran Azərbaycanında və ya Cənubi Azərbaycanda yaşamaqdadırlar. Buraya Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Qərbi Azərbaycan ostanları daxildir. Bu ostanlarda onlar əhalinin mütləq əksəriyyətini təşkil etsələr də, habelə Kürdüstan, Qəzvin, Həmədan, Gilan, Mərkəzi və Kermanşah ostanlarında da kütləvi şəkildə yaşamaqdadırlar. Həmçinin onlardan xeyli sayda insan Tehranda, Kərəcdə və digər yerlərdə də yaşamaqdadır. İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 35–40 milyondur. Bu isə İran əhalisinin 42% — 46%-ni təşkil edir. İran Orta Şərqdəki bir çox digər dövlət kimi çoxmillətli bir dövlətdir.
Cənubi Azərbaycanın maarif və mədəniyyəti
Şahlıq rejimi zamanı (1925–1978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi ilə mədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (xüsusilə azərbaycanlılara) öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi. XV–XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik. Ədəbiyyat və incəsənət xadimləri I Şah İsmayılın himayəsi şəraitində fəaliyyət göstərirdilər. Azərbaycan Səfəvilər dövlətinin banisi, nüfuzlu siyasi xadim və sərkərdə olmuş Şah İsmayıl həm də görkəmli şair idi. O dövrlərdə rəngkarlıq, xəttatlıq, memarlıq güclü surətdə inkişaf etmişdi. XV əsrdə formalaşmış Təbriz miniatür məktəbi dünya rəssamlığında mövcud olan 5 aparıcı rəssamlıq məktəbindən biri idi. Bu məktəbin görkəmli nümayəndələrindən biri Sultan Məhəmməd idi. Onun miniatürləri dünya muzeylərində mühafizə olunur.
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC; vyet. Mặt trận Dân tộc Giải phóng miền Nam Việt Nam), həmçinin Vyetkonq (ing. Viet Cong, vyet. Việt Nam Cộng sản – Vyetnam kommunizmi) — Vyetnam Fəhlə Partiyası Mərkəzi Komitəsinin 1959-cu il yanvar plenumunda qəbul edilmiş ölkənin cənubunda "silahlı üsyana" keçid haqqında qərarına uyğun olaraq qurulmuş, 1960–1977-ci illərdə Vyetnam müharibəsində döyüşən tərəflərdən biri kimi Cənubi Vyetnamda fəaliyyət göstərmiş hərbi-siyasi təşkilat. Vyetkonq VDR və Cənubi Vyetnam partizanlarının siyasi və ictimai xadimlərinə istinad etmək üçün istifadə edilən bir termindir. 1960-cı illərin axırlarından termin Amerika mediasında bütün Vyetnam kommunistlərinə istinad etmək üçün istifadə edilmişdir. 1954-cü ildə Fransaya qarşı Hindçin müharibəsi başa çatdıqdan sonra Vyetnam iki yerə bölünmüşdür: Lao-Donq Kommunist Partiyasının rəhbərlik etdiyi Şimali Vyetnam və Cənubi Vyetnam. Birləşmə 1956-cı ildə azad ümumi seçkilərdən sonra baş tutmalı idi. 1955-ci ilin oktyabrında cənubda Vyetnam Respublikası elan edlmişdir. 1957-ci ilin payızında məxfi kommunist qüvvələri Cənubi Vyetnam hökumətinə qarşı silahlı mübarizəyə keçmişdir.
D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Dahi azərbaycanlı (film, 2013)
Demokratik Azərbaycan Dünyası Partiyası
Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur. 2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib. 2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür : Fatma Əliyeva sədrliyində Əlisahib Hüseynov sədrliyində 2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir. 23 avqust 2020-ci il tarixində DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi. 9 iyun 2023-cü il tarixində Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır. Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur. Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir.
Dendrologiya İnstitutu (Azərbaycan)
Dendrologiya İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi-nin strukturuna daxil olan elmi təşkilat. Təşkilatın rəhbəri biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovadır (botanik). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1925-ci ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924–1926-cı illərdə Ümumittifaq Tətbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926–1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936–1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945–1964-cü illərdə E. T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası, 1964–1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. 1966–1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adını almışdır. 28 iyl 2022 - ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərmanı ilə Dendrologiya İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür.

Digər lüğətlərdə