Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baloğlan Abbasov
Balaoğlan Abbasov (tam adı: Balaoğlan Mirzağa oğlu Abbasov, rus. Балаоглан Мирзага оглы Аббасов; 15 dekabr 1919, Lənkəran, Lənkəran qəzası – 23 noyabr 1942, Volqoqrad vilayəti) — Azərbaycan-sovet snayperi, baş çavuş, İkinci Dünya müharibəsi iştirakçısı. == Həyatı == Baloğlan Mirzağa oğlu Abbasov 1919-cu il dekabrın 15-də Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. Kənddə ibtidai təhsil aldıqdan sonra Baloğlan 1939-cu ildə ordu sıralarına çağırılıb. Müharibə başlayanda Ukraynada döyüşlərdə yetkinləşdi, snayperlik sənətini səylə öyrəndi. Az müddətdə atıcı alayında ən yaxşı nişançılardan biri oldu. 1942-ci ilin yayında serjant Baloğlan Abbasovu ən mühüm cəbhə olan Stalinqrad şəhərinin müdafiəsinə göndərdilər. Vzvod komandiri təyin olunan Baloğlan Azərbaycan oğulları ilə birgə qəhrəmanlıqla vuruşur, əla snayperçinin atdığı güllələr boşa çıxmırdı. Sərrast atıcı kimi diviziyada ad-san qazanan Baloğlan Abbasov həlledici əks-hücum zamanı 1942-ci il noyabrın 19-da ağır yaralanıb həlak oldu. Stalinqrad cəbhəsi Hərbi Şurasının qərarı ilə müharibə qəhrəmanı kimi Baloğlan Abbasovun adı əbədi olaraq qvardiyaçı diviziyasının şəxsi heyətinin siyahısına daxil edildi.
Baloğlan Bağırov
Baloğlan Nağıyev
Baloğlan Rüstəmov
Baloğlan Əmrah oğlu Rüstəmov (1922-2007) — ictimai xadim, İkinci dünya müharibəsinin veteranı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Ümumdünya Müharibə Veteranları Baş Assambleyasının üzvü. 1987-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Veteranlar Şurasının sədri olmuşdur. 1994-cü ildə o, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi və sədr müavini, 2001-ci ildən ömrünün sonunadək qeyd olunan Şuranın sədri kimi fəaliyyət göstərmişdir. == Həyatı == Baloğlan Rüstəmov 1922-ci il iyun ayının 22-də Naxçıvanın indiki Culfa rayonunun Qazançı kəndində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Naxçıvan İkiillik Müəllimlər İnstitutuna daxil olmuş, lakin burada təhsilini başa vurmadan 1940-cı ildə Bakıya köçərək, 15 nömrəli fabrik-zavod məktəbinin şagirdi olmuş və eyni zamanda neft mədənlərində çalışmışdır. 1941-ci ildə könüllü olaraq ordu sıralarına yollanan Baloğlan Rüstəmov hərbi desant məktəbinə göndərilmişdir. 1941-1945-ci illər müharibəsi dövründə Baloğlan Rüstəmov Qafqazdan başlayaraq Berlinədək şərəfli döyüş yolu keçmişdir. O, alman-faşist işğalçılarına qarşı ağır döyüş əməliyyatlarının iştirakçısı olmuş, qəhrəmanlıqlar nümayiş etdirmişdir. O, müharibədən sonra – 1952-ci ildə Bakı partiya məktəbini bitirmiş, 1978-ci ildə isə Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin məzunu olmuşdur.
Baloğlan Süleymanov
Baloğlan Əhədli
Baloğlan Əşrəfov
Baloğlan Xanoğlan oğlu Əşrəfov (8 oktyabr 1951, Bədəlan, Masallı rayonu – 26 aprel 2021, Bakı) — Azərbaycanlı müğənni Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub. 1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib. 1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il Azərbaycan dili və ədəbiyyat müəllim işləmişdir. İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir. 1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında dəfələrlə solo konsertlər vermişdi. Baloğlan Əşrəfov oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki özü bəstələyib. Dünyanın bir sıra ölkələrində — Türkiyə, İraq, İran, Almaniya və MDB-nin bütün böyük şəhərlərində solo konsert proqramları ilə çıxış edib.
Elşad Baloğlanlı
Balovlan (Urmiya)
Balovlan (fars. ‎‎‎‎الولان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (57 ailə).
Kəloğlan
Kәloğlan (və ya Keçәl oğlan) - Türk və Anadolu nağıl qəhrəmanı. (Mənası: keçəl oğlan) Türk və altay mifologiyasında, xalq mədəniyyətində və nağıllarda adı çəkilən saçsız qəhrəmandır. Türkcә qısaldılmış olaraq Kalca (Kalça) və ya Kelçe (Kelce) olaraq da deyilir. == Xüsusiyyətləri == Çox vaxt güldürücü (komediya) elementləri daşıyır. Hiyləgərliyi və bəxti təmsil edir. Çətin vəziyyətlərdən ağılı və şansı sayəsində xilas olar. Tazşa ilə əlaqəlidir. Kalçapatır (Kelce Bator) olaraq keçdiyi dillər vardır. "Helce" formasıyla da deyildiyi olar. Bir çox Türk dilində '"Kal/Kel"' sözü keçəl deməkdir.
Ağoğlan
Ağoğlan dağı — Laçın rayonu ərazisində dağ. Ağoğlançay — Həkəri (Əkərə) çayının sağ qolu olub Laçın rayonundan axır. Ağoğlan (Laçın) — Laçın rayonunda kənd. Ağoğlan monastırı — Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində bazilika. Ağoğlan qalası — Amaras monastırının yerləşdiyi qala. Ağoğlan piri — Cəbrayıl rayonu Şahvəlli və Əfəndilər kəndindən üç kilometr aralıqda yerləşən pir. Ağoğlan qapısı — Şuşa qalasının üç əsas qapısından biri Ağoğlan türbəsi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən şimalda yerləşən ziyarətgah.
Baloban
Ütəlgi qızılquş (lat. Falco cherrug) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qarğadan az iridir (0,8-1,1 kq). Bel tərəfi paslı-qonur, qarın tərəfi isə ağdır, amma üzərində damcı formalı naxışlar uzanır. Quyruğu uzundur, tünd qəhvəyi və sarı rəngli köndələn zalaqları var. Ayağı sarıdır. == Yayılması həyat tərzi == Avropada və Asiyada yayılıb, qışlamaq üçün Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir və miqrasiya edən bəzi populyasiyası buradan keçir (oktyabrda və martda). == Yaşayış yeri və həyat tərzi == Seyrək ağac və qaya olan açıq sahələrdə yaşayır.
Bağlan
Bəğlan vilayəti
Güloğlan Cabbarlı
Güloğlan Məhərrəm oğlu Cabbarlı (14 iyul 1976, Düdəngə, İliç rayonu) — Kunqfu-Sanda Dünya Çempionu (2007, Peruci, İtaliya). == Həyatı == Güloğlan Cabbarlı 1976-cı il 14 iyul tarixində Naxcıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə Şərur rayonu Cəlilkənd orta məktəbini bitirmişdir. 1999–2004-cü illərdə Bakı Dövlət Üniversitetinin (BDU) hüquq fakültəsindən məzun olmuşdur. 2004–2005-ci illərdə Azərbaycan ordusunda həqiqi hərbi xidmətdən keçmişdir. Ailəlidir.
Güloğlan Cabbarov
Güloğlan Məhərrəm oğlu Cabbarlı (14 iyul 1976, Düdəngə, İliç rayonu) — Kunqfu-Sanda Dünya Çempionu (2007, Peruci, İtaliya). == Həyatı == Güloğlan Cabbarlı 1976-cı il 14 iyul tarixində Naxcıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə Şərur rayonu Cəlilkənd orta məktəbini bitirmişdir. 1999–2004-cü illərdə Bakı Dövlət Üniversitetinin (BDU) hüquq fakültəsindən məzun olmuşdur. 2004–2005-ci illərdə Azərbaycan ordusunda həqiqi hərbi xidmətdən keçmişdir. Ailəlidir.
Güloğlan Qədimov
Xanoğlan Bayramov
Xanoğlan Bayramov — Sosialist əməyi qəhrəmanı, neftçi. 1933-cü ildə həyata göz açıb 1999-cu ildə dünyasını dəyişən Xanoğlan Bayramov ömrü boyu qurub-yaratmaqla məşğul olub. 66 illik həyatında o qədər ev tikib, qurğu quraşdırıb ki… Başqa inşaatçılardan fərqi isə onda olub ki, torpağın üstündə deyil, suların qoynunda qurub-yaradıb. Dənizdə ağırlığı minlərlə ton olan platformaların quraşdırılması, suyun az qala 300 metr dərinliyində kəmərlərin çəkilməsi bugünümüzün gerçəkliyidir və heç kəsi təəccübləndirmir. 40, 50, 60 il əvvəl isə bunlar möcüzə kimi görünürdü. Onda təkcə Neft daşları vardı. Burada dəniz şəhəri salınırdı, evlər tikilirdi, estakadalar, estakadayanı meydançalar inşa edilirdi. Dəli-dolu dalğaların qoynunda Xanoğlan kimi igidlər xarüqə yaradırdı. Lerikdə anadan olmuş, Əmircanda səkkizillik məktəbi bitirmiş, sonra peşə təhsili alaraq qaynaqçılığı öyrənmişdi. Hünər göstərdiyi məkan isə Neft daşları olmuşdu.
Xanoğlan Məmmədov
Xanoğlan Sadıq oğlu Məmmədov (13 fevral 1975, Neftçala rayonu – 17 mart 1995, Qazax rayonu) — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Xanoğlan Məmmədov 1975-ci il 13 fevral tarixində Neftçala rayonunun Beşdəli kəndində anadan olmuşdur. 1983-cü ildə VIII sinfi bitirib Salyan rayonundakı 104 saylı texniki peşə məktəbinə daxil olmuş, iki il dülgərlik sənətinin sirlərini öyrənmişdir. 1993-cü ildə hərbi xidmətə yollanaraq, Pirişküldə, Murovdağda xidmət etmişdir. Xanoğlan Məmmədov bir müddət təlim keçdikdən sonra Murovdağ cəbhəsinə göndərilir və bir neçə döyüşdə iştirak edir. 1995-ci il martın 15-də Qazax-Afstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olmuşdur. Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır. Məzarı Beşdəli kənd qəbiristanlığındadır. Subay idi. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Xanoğlan Sadıq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Xanoğlan Xəlilov
Xanoğlan Şıxəliyev
Ağoğlan (Laçın)
Ağoğlan (əvvəllər Kosalar adlandırılırdı) — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağoğlan kəndi Laçın rayonunun Malıbəy kəndinin inzibti ərazi vahidində yerləşir. Ağoğlan çayının sağ sahilində, Qarabağ yaylasındadır. Ağoğlan kəndinin keçmiş adı Kosalar olmuşdur. Sonralar yaşayış məntəqəsi kəndin ərazisindəki, Ağoğlan pirinin adı ilə adlandırılmışdır. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan mənasını daşıyır. Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun 1923-cü ilədək adı Ağoğlan olmuşdur. Kəndin əsasını kosalar nəsli qoymuşdur. Bu tayfanın nümayəndələri harada məskunlaşıblarsa oranı "Kosalar" adlandırıblar. Azərbaycan Respublikasının bir sıra rayonlarında Kosalar adında yaşayış məskənləri mövcuddur.
Ağoğlan (Təbriz)
Ağoğlan — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 33 km cənub-qərbdədir.
Ağoğlan bazilikası
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Ağoğlan dağı
Ağoğlan dağı — Laçın rayonu ərazisində dağ. Türk dillərində "oğlanak" — "kiçik oğlan, kiçik şahzadə" deməkdir. Müqəddəs dağ sayılır.
Ağoğlan monastırı
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Balıqlar
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfi tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Qalıq balıqlar
Zirehli balıqlar (lat. Placodermi) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. 380 milyon il bundan əvvəl Materpiscis zirehli balığı məlum olan ən qədim diri doğan orqanizm hesab olunur.
Qanoid balıqlar
Chondrostei (lat. Chondrostei) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan infrasinfi. 4 dəstəni özündə birləşdirir: Çoxüzgəclikimilər (Polypteriformes), Amiekimilər (Amiiformes), Zirehlikimilər (Lepisosteiformes), Nərəkimilər (Acipenseriformes).
Qığırdaqlı balıqlar
Qığırdaqlı balıqlar (lat. Chondrichthyes) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Qığırdaqlı balıqlar (Chondrichthyes) sinfinin nümayəndələri, əsasən, dəniz və okeanlarda, bəzi növləri şirin sularda yaşayır. Bu sinfə 730 növ balıq aiddir. Sinif 2 alt sinfə - Yastıqəlsəməlilər (Elasmobranchii) və Bütövbaşlılara (Holocephali) bölünür.Ən tanınmış nümayəndələri köpəkbalıqları və skatlardır. Qığırdaqlı balıqların uzunluğu bir neçə sm-dən başlayaraq 20 metrə kimi olur. Onların xarakterik xüsusiyyəti skeletin qığırdaqdan ibarət olması, dişcikli pulcuqlarla örtülmüş dəri örtüyü, dişlərin emal qatı ilə örtülməsi, 5-7 cüt xarici qəlsəmə dəliyinin olması, üzmə qovuğunun olmamasıdır. Qığırdaqlı balıqlar üçün eninə ağız və mürəkkəb quruluşlu beyin xarakterikdir. Bəzi balıqlar elektrik orqanlara (bizquyruq skat), bəziləri isə zəhərli vəzilərə (dəniz tülküsü) malikdir. Bu balıqlar, əsasən, (skatlar istisna olmaqla) kürü tökməklə çoxalır.
Sümüklü balıqlar
Sümüklü balıqlar (lat. Osteichthyes) — skeletləri sümük quruluşda və deyildin mənşəli işçilər olan balıqları ehtiva edən sinif. Bədənləri müxtəlif şəkillərdə ola bilər. Bədən üzərindəki Marka sikloid, ktenoid və ya ganoid tipdədir. Quyruq üzgəci ümumiyyətlə homoserk quruluşdadır, ancaq müxtəlif qruplarda fərqlilik göstərə bilər. Yenə fərqli qruplarda, digər üzgəclərdə görülən strukturca dəyişikliklər, sistematik baxımdan əhəmiyyət daşıyar. Ağızları üst və ya uc mövqelidir. Hərəkətli çənələrində müxtəlif quruluşda dişlər ol/tapılar. Bəzi qruplarda ayrıca, yeddinci qəlsəmə yayı üzərində farinks dişləri görülər. qəlsəmələrin üzəri "operkulum" adı verilən kapakçıkla örtülüdür.