XƏRÇƏNGKİMİLƏR

is. zool. Xərçəngəoxşar onurğasız buğumayaqlılar qrupu. Xərçəngkimilərlə qidalanan balıqlar.
XƏRÇƏNG₂
XƏRƏK
OBASTAN VİKİ
Xərçəngkimilər
Xərçəngkimilər (lat. Crustacea) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan yarımtipi. Qəlsəməayaqlı xərçənkkimilər, sefalokaridlər, Çənəayaqlılar, çanaqlı xərçənglər, ali xərçənglər, daraqayaqlılar sinifləri var. 20 minədək növü var. Azərbaycan sularında xərçəngkimilərin 43 fəsiləyə mənsub 134 cinsi və 344 növü məlumdur. Bədəni 1 mm-dən 80 sm-dək uzunluğunda olur. Baş, döş və qarıncıqdan ibarətdir. Xitin kutikula ilə örtülüdür. Başında 2 cüt bığcığı, üst çənələri (üyüdücü çənələr) və 2 cüt alt çənəsi (maksillalar) var. Bığçıqlar hiss orqanı, bəzən də hərəkət orqanlarıdır.
Onayaqlı xərçəngkimilər
Onayaqlılar, onayaqlı xərçəngkimilər, dekapodlar (lat. Decapoda) — ali xərçənglər yarımsinfinə daxil olan onurğasız heyvan dəstəsi. Xarakter əlaməti başdakı çənə buğumlarının döş buğumları ilə birləşməsi, üç çüt ön döş ətraflarının ayaqçənəyə çevrilməsidir. 5 cüt arxa döş ətrafı ilə hərəkət edir (adı da buradandır). Macrocheira kampferi-nin uzanmış ayaqlarının ucları arasındakı məsafə 3 m-dən çoxdur. Madaqaskar çay xərçənginin (Astacoides) bədəninin uzunluğu 80 sm-dir. Növlərin çoxunda ön ayaqların 2 cütü erkəklərdə kopulyasiya orqanı, dişilərdə isə yumurta daşıyıcısıdır. Ayrıcinsiyyətlidir. Şirin və dəniz sularında yaşayır. 8500 növdən Xəzər dənizində 2 növ krevetka, 5 növ çay xərçəngi və bir növ yenkəc məlumdur.
Şaxəbığcıqlı xərçəngkimilər
Şaxəbığcıqlı xərçəngkimilər — (lat. Cladocera) Xərçəngkimilər sinfinə aid olan yarımdəstə. == Xarici quruluşu == Şaxəbığcıqlı xərçənglərn bədəni şəffaf xitin kutikula ilə örtülür və baş, gövdə, postabdomen hissələrinə bölünür. Başda xitin kutikula bütöv zireh əmələ gətirir. Bir çox növlərdə bel hissə gövdə ilə birləşir, digərlərində (Sididae, bir çox Chydoridae) baş zirehi gövdədən ayrılır. Baş zirehinin ön kənarı çox vaxt dimdikvari dartılaraq rostrum əmələ gətirir. Şaxəbığcıqlıların çoxunun gövdəsində xitin kutikula ətraflarla birlikdə gövdəni örtən nazik ikitaylı çanaq əmələ gətirir. Bəzən başda əmziklər olur. Başın beş cüt çıxıntısı vardır. Ön antenalar birşaxəli olub duyğu orqanları kimi çıxış edir.

Digər lüğətlərdə

котери́я не скупе́е пито́к поедом правдо... сгреба́ние солеразрабо́тки укуси́ть уменьша́ться бедоку́рка затарато́рить как на блю́дечке сваля́ть bachle chromatype fruit-stalk haptical kissing-gate lunitidal interval obsequiousness ochreish self-aware unsounded демисезонный изотермический