Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kirşə itləri
Kirşə itləri təlim keçmiş və qoşqu nəqliyyat vasitəsini, ən çox da qar üzərində kirşə dartmaq üçün istifadə edilən itlərdir. Kirşə itləri Arktikada ən azı 8000 ildir istifadə olunur və XX əsrdə yarımqoşqu yük maşınları, qar arabaları və təyyarələrin istifadəyə verilməsinə qədər su gəmiləri ilə birlikdə Arktika bölgələrində yeganə nəqliyyat vasitəsi olub, əlçatmaz ərazilərdə insanları və bu və ya digər ləvazimatları daşıyıb. Onlar hər iki qütbün öyərnilməsində, eləcə də Alyaskada qızıl axtarışları zamanı müvəffəqiyyətlə istifadə edilmişdir. Kirşə itləri qrupları Alyaska, Yukon, Şimal-Qərb əraziləri və Nunavutdakı kənd icmalarına poçt daşımışdır. Kirşə itləri bu gün hələ də bəzi kənd icmaları tərəfindən, xüsusən Rusiya, Kanada və Alyaskada, eləcə də Qrenlandiyanın əksər hissəsində istifadə olunur. Onlar istirahət məqsədləri və Iditarod Trail və Yukon Quest kimi yarışlar zamanı da istifadə olunur.
İtləri Sevməli
Nişan (informatika)
Nişan(ing.mark, ru. метка)- 1. Tətbiqi proqramlarda və verilənlərin saxlanmasında: çoxluğun elementini tanıdan (identifikasiya edən) simvol və ya qurğu. Nişan sözün başlanğıcını və ya sonunu, informasiya sahəsini və ya faylı göstərə bilər. Tətbiqi proqramda, məsələn, mətn prosessorunda nişan redaktə olunmuş mətnin orijinaldan seçilməsi üçün xüsusi simvol ola bilər. Menyu sistemi olan proqramlarda nişan, məsələn, menyunun seçilmiş bəndini əyani bildirən “quş” simvoludur. Apple Macintosh kompüterlərində nişan, bunlardan başqa, fayldan oxunulmalı və ya fayla yazılmalı olan növbəti verilənlər baytının daxili göstəricisidir. 2. Verilənlərin rəqəmli ötürülməsində: rabitə xəttinin vəziyyəti (müsbət və ya mənfi) ikilik rəqəmə (1 və ya 0) uyğun olur; asinxron ardıcıl rabitədə nişan göstərir ki, ikilik vahidlərin arasıkəsilməz ötürülməsi yerinə yetirilir və bununla da xəttə erişmənin mümkünsüzlüyünü xəbər verir. Tut: SPACE; 3.
Nişan mərasimi
Nişan mərasimi — Azərbaycanın milli toy adətlərinin tərkib hissəi.
Nişan üzüyü
Nişan üzüyü — ailə quran zaman bəy və gəlinin bir-birinə bağışladıqları üzük. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Üzük qapalı dairə formasında olduğundan əbədi sabitliyi ifadə edir. == Tarixi == Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə isə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyünün adsız barmağa taxıldığı göstərilir. Bu da ürəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir. == Əlamətlər və adətlər == Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmaqda olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmaqdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi. Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. Şərq ölkələrində bu adət indi də mövcuddur.
Veksilloloji nişan
Veksillologiya (lat. vexillum - "bayraq"; yun. λογία - "təlim", "elm") — bayraqları, ştandartları, vımpelləri və digər bu kimi predmetləri öyrənən köməkçi tarix elmi sahəsi. Bu elmin adı Roma legionları tərəfindən istifadə edilən veksillum adlı bayrağın adından yaranmışdır. == Bayraqların identifikasiya simvolları == Bayraqların identifikasiya simvolları Vitni Smit (en:Whitney Smith) tərəfindən yaradılmış və Beynəlxalq Veksillologiya Assosiasiyaları Federasiyası tərəfindən təsdiq edilmişdir. Birinci sıra quruda, ikinci sıra suda istifadəni nəzərdə tutur və şəxsi (mülki), dövlət (hökumət) və hərbi bayraqlara bölünür. Bu simvollardan istifadə etməklə 63 kombinasiya düzəltmək mümkündür. Onlardan ən çox istifadə olunanları aşağıdakı cədvəldə göstərilib: Həmçinin bayraqların istifadəsinin digər yönləri üçün xüsusi simvollardan istifadə edilir. Məsələn, rəsmi və ya qeyri-rəsmi status, bayrağın hansı üzü təsvir edilib və s.: Bayrağın rəsmi və ya de-yure versiyası, yaxud ön tərəfi Bayraq təklif edilib, amma rəsmi qəbul edilməyib Bayrağın təsvirlər əsasında bərpası Bayrağın arxa tərəfi Qeyri-əsas, amma istifadə edilən şəkil Bayrağın alternativ versiyası Bayrağın de-fakto versiyası İkiüzlü bayraq — bayrağın hər üzündə müxtəlif şəkillər var Bayrağın ağacından sola bayrağın ön tərəfi Rəsmi təsdiq edilmiş bayraq Tarixən istifadə edilən bayraq Arxa tərəfi — ön tərəfinin güzgü əksi Arxa tərəfi ön tərəfi ilə eynidir Arxa tərəfindəki təsvir məlum deyil Bayrağı flaqştoku 90° çevirib şaquli asmaq olar ki, bayrağın kantonu yuxarı sol tərəfdə qalsın. Şaquli asılma üçün çevrilmiş şəkli olan xüsusi bayraq istifadə edilir.
İtləri sevməli (film, 2005)
İtləri sevməli (ing. Must Love Dogs) — 2005-ci ilin romantik komediyasıdır. == Məzmun == Sara Nolan orta yaşlı, ərindən ayrılmış bir qadındır. İnternet aləmindən özünə yeni sevgili axtarışındadır. İş elə gətirir ki, o həm şagirdinin atasını, həm də internetdən tanış olduğu və itini parkda gəzdirərkən ilk dəfə rastlaşdığı Ceyk Andersonu bəyənir. İki nəfərin arasından birini seçmək məcburiyyətində qalan qadın tərəddüd edir, lakin bir müddət sonra əslində Ceyki sevdiyini anlayır. Filmdə faciəvi komediya janrından da istifadə edilmişdir.
BƏƏ-də təhsil
BƏƏ-də təhsil — Ərəbistan yarımadasının şərq hissəsində, Fars və Oman körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb Əmirliklərində mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == BƏƏ tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. BƏƏ-nin müasir təhsil sistemi əsasən XX əsrin ikinci yarısından sonra formalaşıb. 1952-ci ildə ölkədə çox az sayda formal məktəblər fəaliyyət göstərirdi. 1960-1970-ci illərdə məktəblərin yaradılması proqramının tətbiqi təhsil sisteminin nisbətən genişlənməsinə səbəb oldu. BƏƏ-də neft yataqlarının işlənilməsinə başlandıqdan sonra təhsilin inkişafına daha böyük diqqət yetirilmişdir. Ölkədə təhsil ən prioritet sahələrdən biri kimi önə çəkilib. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün investisiya qoyuluşunun ölkənin gələcəyi baxımından əhəmiyyətini qəbul edən BƏƏ federal hökumətin ümumi xərclərinin 25 faizini təhsilə sərf edir. Ölkə üzrə savadlılığın ümumi səviyyəsi 91 faiz təşkil edir. Bu ölkədə əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün bir sıra davamlı tədbirlər həyata keçirilir.
SSRİ-də sənayeləşmə
SSRİ-də sənayeləşmə 1929-cu ilin mayından 1941-ci ilin iyununa qədər həyata keçirilən inkişaf etmiş kapitalist dövlətlərindən iqtisadiyyatın geri qalmasını azaltmaq məqsədilə Sovet İttifaqının sənaye potensialının sürətlə artması prosesindən ibarət idi. Sənayeləşmənin rəsmi vəzifəsi Sovet İttifaqının əsasən aqrar dövlətdən aparıcı sənaye dövlətinə çevrilməsi idi. Sosialist sənayeləşməsinin başlanğıcı "cəmiyyətin kökündən yenidən qurulmasının üçqat tapşırıqı" (sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi və mədəni inqilab) tərkib hissəsi kimi əsası xalq təsərrüfatının ilk beşillik inkişaf planı (1928-1932) ilə qoyulmuşdur. Bu dövrdə yeni dövlət istehsal fondlarının yaradılmasına 45 000 000 000 rubl sərmayə qoyulmuşdur. Sovet dövründə sənayeləşmə, sovet mətbuatının yazdığı kimi, böyük qoçaqlıq hesab olunurdu. Ağır sənaye istehsalının istehsal güclərinin və həcmlərinin sürətlə artması kapitalist ölkələrindən iqtisadi müstəqilliyin təmin edilməsi və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyətə malik idi. Bu zaman Sovet İttifaqı aqrar ölkədən sənaye ölkəsinə keçid etdi. Böyük Vətən müharibəsi zamanı Sovet sənayesi nasist Almaniyasının sənayesi üzərində üstünlüyünü sübut etdi. == QOELRO == Ölkənin elektrikləşdirilməsi planının hazırlanmasına hələ 1915-ci ildə başlanılıb və müəyyən fasilədən sonra bolşeviklərin dövründə davam edib. 1920-ci ilin dekabrında QOELRO planı VIII Ümumrusiya Sovetlərinin qurultayı tərəfindən bəyənilmişdir, bir il sonra isə IX Ümumrusiya Sovetlərinin qurultayı təsdiq edilmişdir.
SSRİ-də təhsil
SSRİ-də xalq təhsili sistemi — Sovet İttifaqında mövcud olan təhsil sistemidir. Sovet İttifaqında təhsil şəxsiyyət xüsusiyyətlərinin tərbiyəsi və formalaşması ilə sıx bağlı idi. Sovet məktəbi təkcə ümumtəhsil problemlərini həll etməyə, şagirdlərə təbiətin, cəmiyyətin və təfəkkürün inkişaf qanunauyğunluqları haqqında bilikləri, əmək vərdiş və bacarıqlarını öyrətməyə deyil, həm də bu əsasda şagirdlərin kommunist baxışlarını və əqidəsini formalaşdırmaq, tələbələri yüksək mənəviyyat, sovet vətənpərvərliyi və proletar beynəlmiləlçiliyi ruhunda tərbiyə etmək idi . == Tarixi == Sovet İttifaqında təhsilin prinsipləri hələ 1903-cü ildə RSDLP-nin II Qurultayında elan edilmiş RSDLP Proqramında təsbit edilmişdir: hər iki cinsdən olan uşaqlar üçün 16 yaşa qədər universal pulsuz icbari təhsil; sinif məktəblərinin ləğvi və milli əsaslarla təhsildə məhdudiyyətlər; məktəbin kilsədən ayrılması; öz ana dilində öyrənmək və s. Sovet dövləti yaranandan bəri təhsilə üstünlük verilirdi.1917-ci il noyabrın 9-da (1917-ci il oktyabrın 26-da (8 noyabr) II Ümumrusiya Sovetlər Qurultayından sonrakı gün) Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin birgə dekreti ilə təhsil üzrə Dövlət Komissiyası yaradıldı bütünlükdə xalq maarif və mədəniyyət sistemini idarə etmək vəzifəsi həvalə edilən təhsil üzrə Dövlət Komissiyası yaradılmışdır. Rusiya Sosialist Federativ Sovet Respublikası zəhmətkeşlərin biliyə real çıxışını təmin etmək üçün fəhlələri və ən yoxsul kəndliləri tam, hərtərəfli və pulsuz təhsillə təmin etmək vəzifəsini qoyur. 1918-ci ilin oktyabrında "RSFSR-nin vahid əmək məktəbi haqqında" əsasnamə məktəb yaşlı uşaqların pulsuz və birgə təhsilini tətbiq etdi . 1919-cu il dekabrın 26-da ölkə əhalisinin səkkiz yaşından əlli yaşınadək oxuyub yaza bilməyən bütün əhalisinin öz istəkləri ilə öz ana və ya rus dilində oxumağı və yazmağı öyrənməli olduğunu bildirən fərman imzalandı. Əhalinin əhəmiyyətli hissəsinin, xüsusən də kəndlilərin savadsızlığı ciddi problem idi. Sovet rəhbərliyi ümumi savadlılığa nail olmağı prioritet məsələlərdən biri hesab edirdi.
Sənə də qalmaz
Sənə də qalmaz — musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan mahnıdır. İlk dəfə Rəşid Behbudov tərəfindən ifa edilmişdir. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilmişdir.
Tintin SSRİ-də
Tintin Sovetlər ölkəsində — Belçika yazıçısı Erjenin yazdığı Tintin macəralarından biri. Tintin macəralarının birincisidir. 20 yanvar 1929-cu ildən 11 may 1930-cu ilə kimi "Le Petit Vingtième" yayımlanmışdır. == Mövzu == Tintin sadiq iti Milu ilə birlikdə işlədiyi qəzetdən iş üçün SSRİ-nin paytaxtı Moskvaya göndərilir. Onun mindiyi qatar Rusiya gizli polis təşkilatı tərəfindən partladılır və bu "qəza"nın müqəssirinin Tintin olduğunu iddia edirlər. Tintin həbsxanaya göndərilir, amma polisdən yayınaraq oradan qaça bilir. Daha sonra maşın oğurlayır və Moskvaya çatmazdan qabaq başına bir neçə hadisə gəlir. Burada o, SSRİ-nin silah gücü ilə insanlara səs verdirtdiyini və boş fabrikaların sadəcə əcnəbiləri aldatmaq üçün tikildiyini görür. Həmçinin SSRİ-nin sadəcə kommunist olan gəncləri işlə təmin etdiyini öyrənir. Tintin Moskvanın buğda cəhətdən aclıq çəkdiyini, beləcə SSRİ liderlərinin kommunist maskası altında tarlaları talan etmək fikirlərini görür.
ABŞ-də QİÇS
ABŞ-də QİÇS (ing. HIV/AIDS in the United States) - Amerika Birləşmiş Ştatlarında QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Qazanılmış İmmun Çatışmazlığı Sindromuna ABŞ-də ilk dəfə 1969-cu ildə rast gəlinmişdir. 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində Kaliforniya ştatında və xüsusəndə bu ştatın Los-Anceles şəhərində həkimlər tərəfindənçoxlu sayda insanda Kaposi sarkoması xərçəngi aşkarlanmışdır. Virusun Haitidən gəlmiş miqrantlarla ölkəyə daxil olduğu təxmin edilməkdədir. 320 milyondan çox əhalinin yaşadığı ölkədə 1.2 milyon HİV müsbət şəxsin yaşadığı təxmin edilir. Bu şəxslərdən təqribən 1/8 hissəsi virus daşıyıcısı olmasından xəbərsizdir. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının 2009-cu ilə aid məlumatına görə ABŞ-də yaşayan 1.2 milyon HİV müsbət şəxsdən 310 mini qadınlardır. Kaliforniya ştatında uşaqlarda daxil olmaqla HİV müsbət vətəndaşların sayı 184 mindən çoxdur. 85.958 nəfər bu günə qədər virusun səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib.
ABŞ-də din
ABŞ-də din — ABŞ konstitusiyasına edilən birinci dəyişiklik dinin azad həyata keçirilməsinə zəmanət verir və qurulmasına uyğun olaraq Konqresi qanunların qəbul edilməsinə qadağa qoyur. 2013-cü ildəki sorğuda amerikalılar 56%-i dinin "onların həyatında çox önəmli rol" oynadığını demişdilər, bu rəqəm də digər inkişaf etmiş ölkələrdən çok daha yüksəkdir. 2009-cu il Qellap sorğusunda amerikalıların 42%-i həftəlik və ya demək olar ki, həftəlik kilsədə iştirak etdiyini söylədilər, bu rəqəm ən az Vermontda olmaqla 23% və ən çox Missisipidə olmaqla 63% dəyişir.
ABŞ-də fahişəlik
ABŞ Konstitusiyasının 1-ci maddəsinə görə, ABŞ-də fahişəlik Federal Konqresin səlahiyyətində deyildir, bu səbəbdən onun tənzimlənməsi ayrı-ayrı ştatların öhdəliklərinə verilir. Təkcə Nevada ştatından başqa ştatların hamısında cinsi xidmətlərin alqı-satqısı bu və ya digər dərəcədə qanunla qadağandır. == Tarixi == 1672-ci ildə Bostonda fahişəxanalar qadağan edildi; bu, Amerikanın ilk fahişəlik əleyhinə qanunu idi. Kanzasda 1868-ci ildə fahişəxanalar qadağan edildi. 1870-ci ildə Kaliforniyada 3.536 Çinli qadın var idi ki, onların 61%-ı siyahıyaalmada peşə olaraq fahişəliyi qeyd etmişdir. 1880-ci ildə bu rəqəm yüzdə 24-ə düşdü. 5 iyul 1870-ci ildə Missuri ştatının Sent-Luis Şəhər Şurası qeydiyyatdan keçmiş fahişələrin icbari tibbi müayinədən keçməsini tələb edən fahişəliyin tənzimlənməsi fərmanını qəbul etdi. Lakin, artıq 1874-cü ildə 100 min adamın imzaladığı ərizə sayəsidə fərman ləğv edildi. 1890-cı ildən Montana ştatının Byutt şəhərində leqal fahişəxana fəaliyyət göstərirdi, lakin 1982-ci ildə bağlandı. 6 iyul 1897-ci ildən 14 noyabr 1917-ci ilədək Yeni Orleanda fahişəlik peşəsi ilə məşğul olanlara aid reqlament tətbiq olundu; qırmızı işıqlar rayonu Storivill oldu.
ABŞ-də idman
ABŞ-də idman (ing. Sports in the United States) — ABŞ mədəniyyətinin mühüm tərkib hissələrindən biri. Amerika futbolu bir çox göstəriciyə görə ən məşhur tamaşaçı idmandır, Milli Futbol Liqası (NFL) dünyada ən yüksək ortalama iştirakçıya malik idman liqasıdır və Super Boul dünyada milyonlar tərəfindən izlənilir. Beysbol XIX əsrin sonundan ABŞ-nin milli idman növü olaraq qəbul edilib, Böyük Beysbol Liqası (MLB) üst liqadır. Basketbol və buzüstü hokkey ölkənin növbəti iki aparıcı peşəkar komanda idmandır, Milli Basketbol Assosiasiyası (NBA) və Milli Hokkey Liqası (NHL) üst liqalardır. Bu dörd böyük idman peşəkarlıqla oynanıldıqda hər biri ilin fəqli, lakin üst-üstə düşən vaxtlarında bir mövsüm keçirirlər. Kollec futbolu və basketbolu böyük auditoriyanı cəlb edir. Futbolda ölkə 1994 FİFA Dünya Kubokuna ev sahibliyi etdi, kişi milli futbol komandası on dəfə Dünya Kubokuna vəsiqə qazanıb və qadın milli futbol komandası üç dəfə FİFA Qadınlararası dünya çempionatı qalibi olub, MLS ABŞ-də bu idmanın ən yüksək liqasıdır (21 Amerika və 3 Kanada komandası çıxış edir). ABŞ-də professional idman bazarı təxminən 69 milyard $ təşkil edir, bu bütün Avropa, Yaxın Şərq və Afrika ölkələrinin cəmindən təxminən 50% böyükdür. ABŞ-də səkkiz Olimpiya oyunları təşkil edilib (2028 Yay Olimpiya Oyunları doqquzuncu olacaq).
ABŞ-də köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-də seçkilər
== Maliyyələşmə == ABŞ-də bu məsələ 1971-ci ildə qəbul edilmiş Seçki kampaniyaları haqqında Federal Aktla tənzimlənir. ABŞ-də siyasi partiyalara seçki zamanı könüllü "donorlar" pul buraxır. 1996-cı ildə bu xərclər Senata keçirilən seçki kampaniyasında 2/3-ni, Nümayəndələr Palatasına seçkilərdə isə ½ -ni təşkil edib. Akt seçki ianələrini ciddi çəkildə məhdudlaşdırıb. Məsələn, hər bir vətəndaş il ərzində dəstəklədiyi namizədin xeyrinə yalnız 1000 dollar keçirə bilər. Mənsub olduğu siyasi partiyanın Mərkəzi Komitəsinə isə il ərzində 20 min dollar vermək icazəsi var. Əgər digər bir namizəd xoşuna gəlirsə, vətəndaş onun fonduna yalnız 5 min dollar keçirə bilər. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Amerikanın siyasi partiyalarını maliyyələşdirməsi qadağandır. ABŞ-nin iki partiyası — Demokratlar və Respublikaçılar seçki ianələrdən yaxşı bəhrələnirlər. Məsələn, ABŞ seçkilərlə bağlı Federal Komissiyasının məlumatlarına görə, 2005-ci ilin yanvarından 2006-cı ilin iyununa qədər Respublikaçıların seçki Fonduna 695 milyon dollar yığılıb.
ABŞ-də təhsil
ABŞ-nin təhsil sistemi – ABŞ-nin təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir. ABŞ-də savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır. Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-də təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz qanunları var.
SSRİ-də fəlsəfə
SSRİ-də fəlsəfə - XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur. XX əsrin 20–30–cu illərində bir sıra görkəmli alim–filosofların məcburi mühacirətə yollanması (onlar bolşeviklərin ideoloji doktrinaları ilə razılaşmırdılar) heç də fəlsəfi həyata son qoymadı. Sovetlər birliyində qalıb işləyən və eləcə də yetişməkdə olan yeni filosof nəsilləri çox çətin bir siyasi dövrdə yaşamalarına, bəzi fikirləri açıq şəkildə deyə bilmədiklərinə, hətta öz ideyalarına görə həyatlarını belə qurban verməklərinə baxmayaraq, fəlsəfə elmini inkişaf etdirmişlər.
SSRİ-də fəlsəfəsi
SSRİ-də fəlsəfə - XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur. XX əsrin 20–30–cu illərində bir sıra görkəmli alim–filosofların məcburi mühacirətə yollanması (onlar bolşeviklərin ideoloji doktrinaları ilə razılaşmırdılar) heç də fəlsəfi həyata son qoymadı. Sovetlər birliyində qalıb işləyən və eləcə də yetişməkdə olan yeni filosof nəsilləri çox çətin bir siyasi dövrdə yaşamalarına, bəzi fikirləri açıq şəkildə deyə bilmədiklərinə, hətta öz ideyalarına görə həyatlarını belə qurban verməklərinə baxmayaraq, fəlsəfə elmini inkişaf etdirmişlər.
ABŞ-də liberalizm
Amerika Birləşmiş Ştatlarında liberalizm fərdin hüquqlarının qəsb edilməzliyi əsasında təşkil olunmuşdur. Liberal ideyaların əsasları kimi söz azadlığı, mətbuat azadlığı, inanc azadlığı, din və dövlətin ayrılığı, haqqların qorunması və qanun qarşısında bərabərlik kimi dəyərlərin azadlıqçı fikirləri qəbul edilir. ABŞ liberalizminin dünyadakı liberalizmdən oturmuş ənənəvi aristokratiyası olmadığına görə fərqlənir və Avropadakı sinfi mübarizəni özündə ehtiva etmir.
ABŞ-də səhiyyə
ABŞ-də səhiyyə, əsasən, özəl şirkətlər tərəfindən təmin olunur və ödənişlər dövlət xidmətləri, ictimai sığortalar və pasiyentlərin özləri tərəfindən edilir. Amerika Birləşmiş Ştatları universal səhiyyə xidməti mövcud olmayan yeganə inkişaf etmiş ölkədir.
BƏƏ-də ali təhsil
BƏƏ-də ali təhsil — Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil sistemi Birləşmiş Ərəb Əmirliklərində çox sayda ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlara lisenziyanı BƏƏ Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin tabeliyində olan Akademik Akkreditasiya Komissiyası verir. Ali məktəblərin tədris proqramlarının akkreditasiyasını da bu qurum həyata keçirir. Bu ölkənin vətəndaşları dövlət ali təhsil müəssisələrində pulsuz oxuya bilərlər. Orta təhsil pilləsinin sonuncu sinfini bitirən qızların 95, oğlanların isə 80 faizi ali təhsil müəssisələrinə qəbul olunurlar. == Ali təhsil müəssisələri == === Dövlət === Ölkənin dövlət ali təhsil müəssisələrinin sırasına bu üç ali məktəb daxildir: Birləşmiş Ərəb Əmirlikləri Universiteti; Zayed Universiteti; Ali Texnologiya Kollecləri. === Özəl === Özəl ali təhsil müəssisələri arasında daha məşhur və nüfuzlu olanlar bunlardır: Şarcah Amerikan Universiteti; Dubay Amerikan Universiteti; Şarcah Universiteti; Acman Elm və Texnologiya Universiteti; Abu-Dabi Universiteti; Əl-Hosn Universiteti. BƏƏ-də ilk tibb məktəbi 1998-ci ildə təsis olunmuş və Acman Əmirliyində yerləşən Körfəz Tibb Universitetidir. Ölkədə fəaliyyət göstərən beynəlxalq özəl ali məktəblərin əksər hissəsi nüfuzlu beynəlxalq qurumlar tərəfindən akkreditasiya olunur. BƏƏ-də hazırda bakalavriatura proqramı üzrə tədris aparan 17 beynəlxalq təhsil müəssisəsi var. Bu ali məktəblərin əksəriyyəti öz tədris proqramlarını Cenevrədəki Beynəlxalq Bakalavriatura Təşkilatı tərəfindən təsdiq etdirirlər.
SSRİ-də ilin futbolçusu
SSRİ-də ilin futbolçusu mükafatı SSRİ futbol liqasında hər mövsüm üzrə parlaq oyun nümayiş etdirmiş futbolçulara 1964-cü ildən 1991-ci ilədək təqdim edilən mükafatdır. Səsvermə həftəlik idman qəzeti olan Futbol qəzetinin jurnalistləri arasında keçirilirdi. Hər bir jurnalist ilin 3 ən yaxşı oyunçusunun adını qeyd edə bilərdi. Mükafatın təsisi ideyası Lev Yaşinin 1963-cü ildə Qızıl top mükafatını qazanmasından sonra yarandı.
Nisan
Nisan (ivr. ‏נִיסָן‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
İtlər
İtlər (lat. Canidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Axtarış işləri
Axtarış işləri (rus. Разведка месторождений полезных ископаемых) — faydalı qazıntı yataqlarının aşkar edilməsi və qiymətləndirilməsinə dair işlər kompleksi. Faydalı qazıntı yataqlarının axtarışı 3 mərhələdə aparılır: ümumi axtarışlar. bilavasitə axtarış işləri. axtarış-qiymətləndirmə işləri. Ümumi axtarışlar prosesində ərazilərdə tədqiqat aparmaqla faydalı qazıntıların mövcudluğuna birbaşa əlamətlərin olması ilə onların perspektivliyi təsdiq edilir. Axtarış işlərinin miqyası axtarış müşahidələri şəbəkəsinin sıxlığı ilə müəyyən edilir, faydalı qazıntıların növü və ərazinin geoloji quruluşunun mü rəkkəbliyindən asılı olur. Axtarış işlərinə geoloji, geokimyəvi və s. üsullar kompleksi ilə axtarışlar aparılması, səth mədən qazmalarının keçilməsi, axtarış quyularının, qanov, şurf, dairəvi şurf qazılması ilə ana süxurların aşkarlanması daxildir. Səmərəli xtarış işləri kompleksi faydalı qazıntıların növündən və işlərin aparıldığı ərazinin quruluşu, landşaft-coğrafi şəraitin dən asılı olaraq seçilir.
Balina bitləri
Balina bitləri (lat. Cyamidae) — xərçəngkimilər yarımtipinə aid fəsilə. == Bədən quruluşu == Balina bitləri enli olmaları ilə seçilirlər. Ayaqları güçlü olub, üçüncü və dördüncü seqmentlər istisna olaraq digər yerlər ayalarla ördülüdür. Bu seqmentlərdə kisəyə bənzər qəlsəməyə sahibdirlər. == Həyat tərzi == Xərçənkimilərə daxil balina bitləri parazitlərdir. Onlar Balinakimilərin dərilərində yaşayırlar. Əsasən dəliklər olan sahələrə yapışırlar. Dəridəki hüceyrələrlə qidalanırlar. Uzun zaman dərində qaldıqları zaman burada xorlar əmələ gətirirlər.
Barmaq izləri
Barmaq izi - hər şəxsin DNT proqramında yaradılışdan mövcud olub embriyonik dövrdə barmaqların ucunu örtən dərinin Əzəli Nəqqaş və Hafizi Əbədinin sonsuz elm və qüdrəti ilə işlənməsi nəticəsində meydana gətirilir. Barmaq izləri müxtəlif cinayətlərin açılmasında istifadə edilməkdədir. Barmaq uclarındakı dəri qabarmalarının təşkil etdiyi naxışlar, bir-birini kəsən və ya bir-birinə paralel, oval yaxud dairəvi cizgilərin hərəkətləri ilə meydana çıxarılır. Mürəkkəblə tam islanmış bir süngərə toxundurulan barmaq daha sonra bir kağıza basılarsa, barmaq ucundakı naxış mürəkkəb sayəsində kağıza keçər. Bu formada arxivlənən barmaq izləri, gələcəkdə meydana gələ biləcək şübhəli bir vəziyyətdə yeni izlərlə müqayisə edilərək dəyərləndirilir. Dərimizin hər tərəfinə paylanan tər bezləri, vücudumuzun hər bölgəsində müxtəlif sıxlıqdadır. Barmaq uclarımıza da bir çox tər bezi yerləşdirilmişdir. Barmağımızla hər hansı bir əşyaya toxunduqda tər bezlərinin deşiklərindən çıxan tərimiz, toxunduğumuz yerdə qalır və barmaq izi naxışımızın həmin yerə keçməsinə səbəb olur. Barmaq izini buraxan tərin doxsan doqquz faizi sudur. Qalan bir faizlik qismində yağ turşuları, yağ, esterlər, amin turşusu və duzlar var.
Çəki bitləri
Çəkiyeyənlər, çəki bitləri (lat. Branchiura)— xərçəngkimilərə aid yarımsinif. 130 növdən ibarət, o cümlədən 109 növü birləşdirən Argulus çinsi daxil olmaqla 6 cinsi var. Balıqların bədənində, bəzən suda-quruda yaşayanlarda parazitlik edir. Ayrıcinsiyyətlidir. Çəkiyeyənlər müvəqqəti parazitlər olub, qansorandır. Bəzi növləri balıq körpələrinin və yetkin balıqların kütləvi invaziyasına səbəb olur. Mübarizə tədbirləri: su hövzəsinin oksigen rejimini yaxşılaşdırmaq, pestisidlərdən (xlorofos və s.) istifadə etmək.
İtlərin döyüşü
İtlərin döyüşü — azərbaycanlı rəssam Əzim Əzimzadənin 1938-ci ildə çəkdiyi rəsm əsəri. == Poçt markası üzərində == 2007-ci ilin iyun ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Əzim Əzimzadəyə həsr olunmuş 2 poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 10000 ədəd olan həmin markalardan biri "İtlərin döyüşü" adlı rəsm əsərinə həsr olunmuşdur.
Türkiyənin illəri
Türkiyənin illəri Anadolu yarımadası və Frakiya torpaqları üzərində qurulan Türkiyənin 81 vilayəti var. Vilayətlər (illər) Türkiyənin ən böyük inzibati əraziləridir. Bu 81 il 973 ilçəyə bölünür. Bu ilçələrə ən kiçik inzibati vahidlər olan məhəllə və kəndlər daxildir. İllərdə idarəetmə və icra vəzifəsi daxili işlər naziri tərəfindən tövsiyə edilən və Nazirlər Şurasının təsdiqindən sonra prezident tərəfindən təyin olunan qubernatorlar tərəfindən həyata keçirilir. Osmanlı imperiyasının dağılmasından və 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin rəsmi qurulmasından sonra inzibati sistemdə dəyişikliklər edildi. İki il sonra Ərdəhan, Bəyoğlu, Çatalca, Dersim, Ergani, Gelibolu, Gənc, Kozan, Oltu, Muş, Siverek və Üsküdar vilayətləri (illəri) ilçələrə çevrildi. 1927-ci ildə Şərqi Bəyazid ilçəyə çevrilərək Ağrıya birləşdirildi. 1929-cu ildə Muş yenidən il, Bitlis isə ilçə oldu. Dörd il sonra Aksaray, Cəbəlibərəkət, Hakkari və Şebinqarahisar ilçə olması, Mersin və Silifke birləşdirilərək İçel adlı yeni ilin yaradılmasıyla, Artvin və Rizə birləşdirilərək Çoruh adlı yeni bir ilin yarandılmasıyla sayı 56-ya düşdü.
Desen-1
Desen-1(C10H20) - doymamış karbohidrogenlər – alkenlər sinfinə aid olan düzxətli quruluşa malik doymamış karbohidrogendir. O, 10 karbon atomuna, eləcə də 20 hidrogen atomuna malik bu sinfin tipik nümayəndəsidir. == Fiziki xassələri == Desen-1 suda həll olmayan, etanolda və dietil efirində həll olan rəngsiz mayedir. == Tətbiqi == Desen-1 motor yaglarının və E907 qida əlavəsinin istehsalında istifadə olunan polimerləşdirilmiş desenin istehsalında tətbiq olunur. == Alınması == Bu karbohidrogen, əsasən, termiki krekinq yolu ilə alınır. Onu almaq üçün ilkin maddə kimi eykozan (C20H42) istifadə olunur. Reaksiya ümumi şəkildə belədir: C20H42 −(t, Pt)→ C10H22 (dekan) + C10H20 (desen). == Mənbə == Свойства органических соединений: Справочник. — Под ред. Потехина А. А. — Л.: Химия, 1984.
Şəhər və itlər
Şəhər və itlər (isp.:La ciudad y los perros, 1962) - Peru yazıçısı və Nobel mükafatı laureatı Mario Varqas Lyosanın 1963-cü ildə yazdığı roman. Bu, Varqas Lyosanın ilk romanı idi və hekayəsi onun yeniyetmə ikən qatıldığı Limadakı Leonsio Prado Hərbi Akademiyasının kursantları arasında keçir. Roman məktəbi o qədər dəhşətli şəkildə təsvir edir ki, onun rəhbərliyi bir çox nüsxələri yandırmış və kitabı Peruya qarşı Ekvador təbliğatı olaraq qınamışdır. 1962-ci ildə ən yaxşı nəşr olunmamış roman üzrə Premio Biblioteca Breve mükafatını və 1963-cü il Premio de la Crítica Española Mükafatını qazanmışdır. == Fon == Roman Varqas Lyosanın 1950-ci illərin əvvəllərində yeniyetmə ikən iştirak etdiyi Leoncio Prado Hərbi Akademiyasında öz təcrübələrinə əsaslanır. O, Fransada yaşayarkən romanın əlyazması üzərində işləmiş və 1962-ci ildə ilk romanı kimi nəşr edilmişdir. == Film adaptasiyası == Roman Peru rejissoru Fransisko Lombardi tərəfindən 1985-ci ildə çəkilmiş La ciudad y los perros adlı filmə uyğunlaşdırılmışdır. == İstinadlar == == Xarici keçidlər == Lyosanın itləri kimdir?
Buyar Nişani
Bujar Faik Nishani (alb. Bujar Faik Nishani; 29 sentyabr 1966, Durres – 28 may 2022, Berlin) — alban siyasətçi, Albaniyanın prezidenti. Seçkilərə Demokrat Partiyasının üzvü və Daxili İşlər Naziri kimi qatılmışdır. Albaniya Parlamentində müxalifətin uzlaşması olmadan, 140 səs üzərindən aldığı 73 səs sayının tam əksəriyyəti ilə prezidenti seçilmişdir. == Şəxsi həyatı və təhsili == Buyar Nişanı 29 sentyabr 1966-cı ildə Albaniyanın Durres şəhərində anadan olub. 1988-ci ildə "Skënderbej" (İskəndərbəy) Hərb Akademiyasını bitirdi. 1996-cı ildə San-Antonio, Texas və Kaliforniyada işləyib. 2004-cü ildə Tiran Universiteti Hüquq Fakültəsindən məzun olub. Avropa tədqiqatları sahəsində master etdi. Odeta Nişanı ilə evlidir və 2 uşaq atasıdır.
Döş nişanı
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədi ilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Hollivud nişanı
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. == Tarixi == Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı. Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.
Nihan Əliyev
Nihan Əlipənah oğlu Əliyev (23 dekabr 1938, Bakı) — professor. == Həyatı == Nihan Əliyev 1938-ci il dekabrın 22-də Baki şəhərinin II Zabrat kəndində anadan olub. Natamam orta təhsilini həmin kənddə 75 saylı orta məktəbdə almış, sonra isə orta təhsilini I Zabrat qəsəbəsindəki 73 saylı orta məktəbdə başa vurmuşdur. Bu orta təhsil 1946–1957 ci illəri əhatə edir. 1958-ci ildə Bakı Dövlət Universitetinin "Mexanika riyaziyyat" fakultəsinə daxil olub, 1963-cü ildə oranı riyaziyyatçı kimi bitirmişdir. Ailəlidir, üç övladı var. == Təhsili və elmi dərəcələri == 1963–66-cı illərdə BDU-nun "Riyazi fizika tənlikləri" kafedrasında aspiranturaya saxlanılıb. 1967-ci il martın 29-da Ukrayna Respublikasının Lvov şəhərindəki İvan Franko adına Lvov Dövlət Universitetində "Xarakteristik tənliyin kökü təkrarlanan olan adi xətti diferensial tənliklər sisteminin həllinin asimptotik ifadəsi və ixtiyari matris-funksiya üçün ayrılış formulu" mövzusunda elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 2013-cü ildə AMEA-nın Riyazıyyat və Mexanika İnstitutunda 1211.01 indeksli diferensial tənliklər üzrə "Ümumi xətti sərhəd şərti daxilində xüsusi törəməli tənliklər üçün sərhəd məsələsinin həllinin araşdırılması" mövzusunda riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Elmi məsləhətçisi AMEA-nın müxbir üzvü R.Hüseynov olmuşdur.
Nişaq (Miyanə)
Nişaq (fars. نشق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 460 nəfər yaşayır (110 ailə).
Nişat Mehdiyev
Nişat Əhməd oğlu Mehdiyev (31 yanvar 1963, Ağstafa) — "Qanunun hədəfində" qəzetinin təsisçisi və baş redaktoru (avqust 2008-dən), Azərbaycan Təhsil İşçiləri Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri (2003-dən). Alim-pedaqoq Əhməd Mehdiyevin oğludur. == Həyatı == Nişat Əhməd oğlu Mehdiyev 31 yanvar 1963-cü ildə Ağstafa şəhərində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 13 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1980-cı ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və 1988-cu ildə həmin institutu tarix və ictimaiyyət müəllimi ixtisası alaraq bitirmişdir. 1981-cü ilin may ayından 1983-ci ilin aprelinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1991-ci ilin oktyabrından 1995-ci iln fevralınadək (fasilələrlə) Azərbaycan Milli Ordusu sıralarında erməni hərbi qüvvələrinə qarşı döyüşlərdə iştirak etmişdir. Dəfələrlə yaralanmağına baxmayaraq, müalicələlərini aldıqdan sonra yenidən öz döyüş dostlarının yanına qayıtmış və mübarizəsini davam etdirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1980-cı ildən fəhləlikdən başlamışdır. 1996-cı ildən təhsil sistemində - 20, 286 №-li məktəblərdə tarix fənnini tədris etmiş, 2005-ci ildən isə Yasamal Rayon Təhsil Şöbəsində, 2007-ci ildən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metod Mərkəzində metodist vəzifəsində çalışır.
Nişat İsfahani
Əbdülvahab Nişat İsfahani (fars. نشاط اصفهانی‎ 1761 və ya 1759, İsfahan – 1828 və ya 1829) — İranın xarici işlər vəziri, şair, xəttat. == Həyatı == Mirzə Əbdülvahab 1761-ci ildə İsfahanda anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Əbdülvahab şair idi. Nişat təxəllüsü ilə şeir yazırdı. Mirzə Əbdülvahab Fətəli şah Qacarın hakimiyyəti dönəmində İranın Xarici İşlər vəziri olmuşdu. Mötəmədüddövlə ləqəbini daşıyırdı.O, 1817-ci ildə Rusiya səfiri general Yermolovla görüşmüşdü. Mirzə Əbdülvahab 1864-cü ildə vəfat edib.
Nişat Şirvani
== Həyatı == Nişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şeirlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. İnsan gərəkdir sirrlərini və fikirlərini sevsin və cani-dil ilə onları ürəyində bəsləyib həddi-kəmala yetirsin və sonra faş etməyi lazım isə, faş eləsin və bundan maəda hər naəhlə və hər bidərdə dərdi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəminə şərik olmayacaqdır və sənin xiffət və küdurətini azaltmayacaqdır, ona daha dərdi söyləməkdən nə hasil? Kişi dərdini söyləsə də, gərəkdir dərd əhlinə söyləsin və bilmək istəsin ki, dərd əhli və dusti-həqiqi kimdir. Lazımdır dost adlandırdığı şəxsi yaman günündə, yəni sənə bir yas və müsibət üz verən halda imtahan edəsən. Hər gah dostun yaman günündə dəyanət göstərib öz dostluq və sədaqətində möhkəm və sabitqədəm olsa, o, həqiqi dostdur.
Razılıq nişanı
Punktasiya nişanını ✓ ("Razılıq nişanı") biz düzgün olan cavabları qeyd etməyə və razılığımızı bildirmək üçün istifadəyə adət etmişik. Lakin İsveç, Norveç, Finlandiya, Puerto-Riko və Yaponiyada bu əks məna verir. Misal üçün, isveç məktəblərində səhv cavablara quş qoyurlar, düzgün cavabları isə "R" ("Rätt" isveçcədən tərcümədə "Düzgün") hərfi ilə markalayırlar. Fin dilində ✓ "väärin" ifadə edir, yəni "doğru deyil". "Düzgün" cavab isə ⋅ / ⋅ {\displaystyle \cdot \!/\!\cdot } (maili şaquli xətt və hər iki tərəfində nöqtə) nişanı ilə işarə olunur.
Anuna De Vever
Anuna De Vever (nid. Anuna De Wever; 16 iyun 2001) — Belçika ətraf mühit fəalı, Belçikada iqlim üçün məktəb tətilinin liderlərindən biri. O, iqlim naminə gənclər hərəkatının lideridir. == Bioqrafiya == Anuna De Vever 16 iyun 2001-ci ildə Mortseldə anadan olub. Kira Gantois və Adelaide ilə birlikdə Charlier de Wever Belçikadakı iqlim üçün məktəb tətilinin liderlərindən biri olur. Məktəb tətillərindən sonra Flanders mərkəz sağ ətraf mühit naziri Coke Şauvliq, iqlim tətilinin bir cəbhə siyasi təşkilatı olduğunu yalan iddia edərək istefaya getməyə məcbur olur. 2019-cu ilin avqustunda daxili fikir ayrılıqları həmtəsisçi Kira Qantuanın gedişi ilə İqlim Naminə Gənclər hərəkatının parçalanmasına səbəb olur. 2019-cu ildə De Vever iqlim problemlərini ictimaiyyətin diqqətinə çatdırmaq üçün Pukkelpop musiqi festivalında çıxış edir. Təşkilatın çıxışı festival iştirakçılarının bəzilərini qəzəbləndirir, bundan sonra onlar onlara sidiklə dolu butulkaları atmağa başlayırlar, sonra onları təqib edərək fiziki zorakılıqla hədələyirlər. 2019-cu ilin oktyabrında De Vever, Reqina Maris gəmisində Çilinin Santyaqo şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına transatlantik səyahətə çıxaran ən gənc iqlim fəallarından biri olur.
Qərər
Qərər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmişdir. == Toponimikası == Qərər Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dursunludur. Yerli əhali kəndi Qərar Dursun da adlandırır. Kənd taqr•. XIX əsrin awəllərində buradaki Qərər Dursun pirinin yanında salındığına görə onun adı ila adlandırılmışdır. Pirin adı isə "Dursun adlı şəxsin dəfr olunduğu (qarar tutduğu) yər” mənasındadır.
Veber
Veber – Beynəlxalq vahidlər sistemində maqnit seli vahidi. Veber alman fiziki Vilhelm Eduard Veberin adı ilə adlandırılmış və ya ilə işarə olunur. Elə maqnit seli 1 Veber adlanır ki, həmin sel sıfradək azaldıqda, müqaviməti 1 olan konturda onun yaratdığı qısa müddətli cərəyan zamanı bu konturdan keçən elektrik yükü 1 kulon olsun. İnduksiyası 1 tesla olan bircinsli maqnit sahəsinə perpendikulyar qoyulmuş 1 müstəvi səthindən keçən maqnit seli də 1 Veberdir.
Vərəm
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. == Ümumi == Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Vətər
Vətər - çevrənin iki müxtəlif nöqtəsini birləşdirən düz xətt parçası adlanır. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Başqa sözlə ən uzun vətər elə diametrin özüdür. Vətər başqa adla xorda da adlanır. Vətərlə ayrılan çevrənin hissələrinə qövs deyilir. Eyni çevrənin qövsləri bərabərdirsə uyğun vətərlər də bərabərdir. Vətərə perpendikuliyar olan çevrə diametri onun əmələ gətirdiyi qövsləri və və vətərin özünü tən yarıya bölür. Bir çevrə daxilində istənilən kəsişən vətərlərin ikiyə bölünmüş hissələrinin hasilləri bir-birilərinə bərabərdir. Dairənin vətər və onun ayırdığı qövs arasında qalan sahəyə seqment (şətri işarəsi: ⌓)) deyilir.
İnsan dişləri
İnsan dişləri ― mədə-bağırsaq yolunun əvvəlində yerləşən, qida maddələrini mexaniki olaraq parçalama funksiyasını daşıyan, normal halda kökləri üst və alt çənənin alveolar çıxıntısında yerləşən və adətən sayı 28 və ya 32 olan orqan. İnsanlarda dörd növ diş olur: kəsici, köpək, kiçik azı və azı dişlər. Bunların hər birinin özünə aid funksiyası var. Dişlər əsasən qidalanma-həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı, dişlər başqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də rolu var və həm də üzün estetik görünüşünün də əsas elementlərindəndir. Kəsici dişlərin kəsmə, qidanı saxlama kimi funksiyaları var, danışıq prosesində bir sıra hərflərin formalaşmasında da iştirak edirlər, üzün aşağı üçlüyünün hündürlüyünü təşkil edirlər, həm də danışıq və gülüş zamanı daha çox görsənən və beləliklə üzün estetik görünüşünün əsas amillərindən biridirlər, köpək dişlər qidanı əsasən qoparma, kiçik azı və azı dişlər isə qidanı əsasən əzirmə funksiyasını yerinə yetirir. Dişlərin fiziki və kimyəvi xüsusiyyətlərini xüsusi toxumalar, onların biokimyəvi tərkibi təyin edir. İnsan çox məməlilər kimi difiyodontdur, yəni ki, diş çıxarmada iki mərhələ yaşayır, doğumdan əsasən 6 ay sonra başlayan süd dişlərin çıxması və onu əvəz edən əsasən 6 yaşdan sonra başlayan daimi dişlərin çıxması, halbuki bəzən bir və ya daha çox diş ilə doğula bilər ki, bu cür dişlərə natal dişlər deyilir. == Anatomiya == Dişlərin anatomiyası dişlərin ümumi görünüşünü, strukturunu, özəlliklərini, sinifləndirməsini, diş cərgəsində yerləşməsini öyrənən insan anatomiyasının bir hissəsidir. Həmçinin dişlərin anatomiyasına dişlərin taksonomik adlandırılması da aiddir.
Deşər (alət)
Mexaniki çəkic yaxud deşər — bərk , məsələn dağ çöküntü süxurları, asfalt, beton konstruksiyaların dəlinməsi, kəsilməsi yaxud eşilməsi üçün nəzərdə tutulmuş zərbə hərəkətli əl aləti. Hər hansı təhriklə (məsələn pnevmatika ilə) hərəkətə gətirilən metal süngü və ya tir. Təhrik hissəsinin zərbə hissəsinə ötürdüyü impuls nəticəsində, dəmir süngü emal olunan metariala dəlməklə və ya kəsməklə təsir edir.
Cerən Özbək
Bazarcıq
Bazarcıq rayonu
İçəri bazar
İçəri bazar (Qax qala qapıları və divarları) — Qax şəhərinin mərkəzində yerləşir. XVIII əsrin I yarısında inşa olunmuş, XIX əsrdə ruslar tərəfindən təmir edilmişdir. Əvvəllər xalq arasında İçəribazar adlanan (indi İcəribazar küçəsidir) məhəlləni əhatə edən qala divarları və bürclərlə əhatələnmiş qala qapılarından ibarətdir. Bəstəkar Müslüm Maqomayevin atasının emalatxanası bu məhəllədə yerləşir.
Alfred Veber
Alfred Veber (alm. Alfred Weber‎; 30 iyul 1868[…], Erfurt – 2 may 1958[…], Heydelberq, Baden-Vürtemberq) — Alman iqtisadçı və sosioloq. Böyük Maks Veber (1836 — 1897) və Helena Veberin (1844 — 1919) ikinci oğlu. Dünyaca məşhur sosioloq, tarixçi və iqtisadçı Maks Veberin kiçik qardaşı. == Bioqrafiyası == === Uşaqlıq və gənclik illəri === Veber uşaqlıq və gənclik illərini 1869-cu ildə Veber ailəsinin köçdüyü Berlin ətrafındakı Şarlottenburqda keçirdi. 1888-ci ildə yetkinlik sertifikatı aldıqdan sonra əvvəl Bonnda sənət tarixi və arxeologiyasını, daha sonra 1889-cu ildə Tübingendə hüquq, 1890-1892-ci illərdə Berlində hüquq və xalq təsərrüfatını oxudu. 1895-ci ildə tarixi məktəbin xalq təsərrüfatında təmsilçisi Qüstav Şmoller rəhbərliyi altında doktorluq dissertasiyasını müdafiə etdi. 1899-cu ildə dövlət elmləri və xalq təsərrüfatının tam doktoru (Habilitation) oldu və dosent vəzifəsini aldı. === Peşəkar fəaliyyəti === 1904-1907-ci illərdə Praqa Alman Çarlz Universitetində adi xalq təsərrüfatı professoru vəzifəsini tutdu. Burada sosioloq və daha sonra Çexoslovakiyanın ilk dövlət prezidenti Tomas Masaryk ilə dostluq əlaqələri qurur.
Alfred Verner
Alfred Verner(alm. Alfred Werner‎; 12 dekabr 1866, Müluz — 15 noyabr 1919, Sürix) — İsveçrə kimyaçısı. Kimya üzrə Nobel mükafatı laureatı (1913). == Həyatı == Müluzda (Elzas, Fransa) (1866–1919), İsveçrə kimyaçısı Verner Alfred 1889- cu ildə Sürix Politexnik institutunu bitirmişdir. 1893–1915- ci illərdə Sürix Universitetində professor vəzifəsində çalışmış, 1909- cu ildə Universitetin nəzdindəki Kimya İnstitutunun direktoru olmuşdur. 1913- cü ildə molekulda atom rabitələrinin xarakterinin öyrənilməsi sahəsindəki işlərinə və qeyri- üzvi kimyanın yeni sahələrinin kəşfi ilə əlaqədar həyata keçirdiyi tədqiqatlara görə alimə Nobel mükafatı verilmişdir. Alfred Verner 15 noyabr 1919-cu ildə vəfat edib.
Bernar Verber
Bernar Verber (fr. Bernard Werber; d. 18 sentyabr 1961, Tuluza, Fransa) — müasir fransız yazıçısı, publisisti, filosofu. == Həyatı == === Uşaqlıq illəri === Bernar Verber 1961-ci ildə Tuluzada yəhudi ailəsində dünyaya gəlmişdir. Gələcək yazıçının uşaqlığı nisbətən sakit keçmiş, beş yaşından o, rəsmə marağı ilə seçilmişdir. Onun bu marağını görən müəllimi uşağa xüsusi tədris mühiti yaradaraq rəssamlıqla məşğul olmasına şərait yaratmışdı. Hələ yeddi yaşında olanda Bernar sərbəst mövzu kimi özünün ilk əsərini - Birənin sərgüzəştlərini yazır. Burada birənin dilindən onun insan bədənində başına gələn hadisələrdən danışılırdı. Maraqlıdır ki, bu yaşlarında fransız ədəbiyyatı istisna olmaqla o, digər fənlərdə elə də uğur əldə etmirdi. Xüsusilə də Bernar çoxsaylı düsturları və mətnləri yadda saxlamaqda çətinlik çəkirdi.
Elisabet Şerer
Elisabet Şerer (30 İyul 1914 – 18 Aprel 2013) — Almaniyalı film aktrisası. O, 1942-ci il ilə 2009-cu il arasında 30-dan çox film və televiziya şousunda rol oynamışdır.
Fransis Veber
Fransis Veber (fr. Francis Veber) — Fransa kinorejissoru və ssenaristi. == Həyatı == Fransis Veber 28 iyul 1937-ci ildə Nöyi-sür-Sendə anadan olmuşdur. O, bir çox gözəl komediyalar çəkmişdir. "Dublyor" filmində hətta epizodik rolda çəkilmişdir. İlk ekran işlərini Fransada çəkmişdir. XX əsrin 90-cı illərinin ortalarında həmişəlik Amerikada yaşamağa getmişdir. Onun ilk filmi olan "Oyuncaq" Pyer Rişarın iştirakı ilə lentə alındı və böyük uğur qazandı. Rejissor sonralar bir neçə dəfə həmin aktyorla işləmişdir.
Henrix Veber
Henrix Veber (ing. Heinrich Martin Weber; 1842 – 1913) — Alman riyaziyyatçısı, cəbri ədədlər, cəbri funksiyalar nəzəriyyələri, cəbri həndəsə və riyazi fizika üzrə əsərlərin müəllifidir, 1898-ci ildə qrupun aksiomatik tərifini vermişdir.
Maks Veber
Maks Veber (alm. Max Weber‎; 21 aprel 1864[…], Erfurt, Saksoniya[d], Prussiya – 14 iyun 1920[…], Münxen, Veymar Respublikası) — alman sosioloqu, tarixçisi. Maks Veberin ən böyük və populyarlıq qazanmış əsərləri "Protestant işçi etikası" və "Kapitalizm ruhu və iqtisadiyyat və cəmiyyət", həmçinin sosioloji metodologiya, idarəçilik və din haqqındakı olan işləridir. Bütün bu işlərinin nəticəsi olaraq Maks Veber sosiologiya və sosial elmlərin inkişafında müstəsna xidmətlər göstərib və buna görə də Karl Marks və Emil Durkhaym ilə birgə sosial elmlərin təməlini qoyan şəxslərdən biri sayılır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Cəmiyyət haqqında müasir elmlər içərisində alman mütəfəkkiri Maks Veberin (1864- 1920) ideyaları geniş surətdə yayılmışdır. Onun fikrincə, hansı prinsiplərə əsaslanmasından asılı olmayaraq heç bir konsepsiya gələcəyimizi əvvəlcədən bildirməyə, yaxud proqnozlar verməyə qadir deyildir. Toplanmış empirik materialı ümumiləşdirmək və dünya tarixini izah etmək üçün Veber ideal tiplər adlanan konsepsiyanı işləyib hazırlamışdır. Həmin konsepsiya bəşər sivilizasiya tarixinin müxtəlif dövrlərinin modelini, yaxud sxemini vermək üçün əlverişli sayılır. Ona müvafiq olaraq bəşəriyyət tarixində bu cür dövrlər, antik biliklər, feodalizm və kapitalizm kimi başa düşülən ənənəvi cəmiyyətlər özünə determinə edilən əsas, yaxud ikinci dərəcəli prinsiplərə obyektiv olaraq daxil etmir.
Mənəvi zərər
Mənəvi zərər — iqtisadiyyat elmində şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növü. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. == Tarixi == Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu. Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər. == İstinadlar == == Xarici keçidlər == Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times.
Nataliya Şerer
Nataliya Şerer (28 oktyabr 1985) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Nataliya Şerer Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Timo Verner
Timo Verner (6 mart 1996-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === VfB Ştutqart === Verner Ştutqart klubu ilə debütünü 1 avqust 2013-cü ildə 2013-14 UEFA Avropa Liqası təsnifat mərhələsində Botev Plovdiv klubunaq qarşı oyunda etmişdir. 17 yaş, 4 ay və 25 günlüyündə meydana çıxan Verner rəsmi oyunlarda oyuna daxil olan ən gənc futbolçu kimi Bundesliqa klubu olan Ştutqart klubunun tarixinə düşmüşdür. O, Bundesliqada debütünü 17 avqust 2013-cü ildə Bayer Leverkuzen klubuna qarşı oyunda etmişdir. Verner Bundesliqada ilk qolunu 22 sentyabr 2013-cü ildə Ştutqart klubu ilə Ayntraxt Frankfurt klubuna qarşı oyunda vurmuşdur. 10 noyabr 2013-cü ildə Verner Frayburq klubuna qarşı oyunda iki qolla yadda qalmışdır. O, ikinci və üçüncü qolun müəllifi olmuş və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Bu nəticə ilə Verner Bundesliqa tarixində bir oyunda iki qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. Verner 18-ci ad günündə Ştutqart klubu ilə 2018-ci ilin iyun ayına qədər peşəkar müqavilə imzalamışdır. Amma Leypziq 2016-cı ilin yayında 10 milyon avro qarşılığında onu transfer etmişdir.
Gedən Dənizdən də Keçib Gedər (1962)
Gedən dənizdən də keçib gedər (film, 1962)
Alıcı bazarı
Alıcı bazarı – cari qiymətlər şəraitində əmtəə və xidmətlərin izafi təklifi mövcud olan və qiymətlərin düşməsi ilə nəticələnən qısamüddətli bazar situasiyası. Təklifin tələbi üstələməsi alıcıların sövdələr zamanı öz şərtlərini satıcılara qəbul etdirmələrini təmin edir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində 1950-ci illərdən başlayaraq əmtəə təklifi artan tələbi üstələdiyi üçün satıcı bazarı Alıcı bazarına çevrilmiş və marketinq kommersiya fəaliyyəti sırasına qatılmışdır. Həmçinin Alıcı bazarı zamanı bazarda güclü rəqabət hökm sürür.İstehsalçıların çox,istehlakçıların az olması istehsal olunandan daha az əmtəə və xidmətin satışını yaradır ki, bura da rəqabət mexanizmi üçün ən əlverişli şərtlərdən yaranır. Həmçinin Alıcı bazarı əsasən inhisarın olmadığı bir səviyyədə müşahidə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.
Bit bazarı
Bit bazarı (alm. Flohmarkt‎, fr. Marché aux puces, ing. Flea market, Car boot sale, Swap meet, fin Kirpputori) — insanların köhnə, işlənmiş və ya sadəcə olaraq faydalı olmayan əşyaları satıb aldıqları yer. Həm də bit bazarında antikvarlar, əntiq əşyalar, kolleksiya əşyaları və digər xüsusi maraq doğuran mallar satılır və alınır. Mallar adətən olduqca ucuzdur və onların keyfiyyəti istehsal yeri, üsul (əldə qayırma və ya zavod), bu anda əşyanın populyarlığı, habelə birja bazarının özünün ölçüsü kimi bir neçə amildən asılıdır. Bəzən bir bit bazarında malların qiyməti bütövlükdə şəhər üzrə orta qiymətlərdən asılı ola bilər. "Bit bazarı" adı və anlayışı fransızcadan gəlir. Bu tip bazar çox vaxt mövsümi olur. Bununla belə, son illərdə bu cür bazarların "formal" və "daimi" olmasıda müşahidə olunur.
Fond bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. == Qiymətli kağızlar bazarının infrastrukturu == == Tarixi == Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Kapital bazarı
Kapital bazarı (rus. рынок капитала, ing. Capital market) — maliyyə bazarının uzunmüddətli pulların dövriyyədə olduğu hissəsi, yəni tədavül müddəti bir ildən çox olan vəsaitlər. Kapital bazarında sərbəst kapitalın yenidən bölüşdürülməsi və onların müxtəlif gəlirli maliyyə aktivlərinə investisiyası baş verir. Kapital bazarında vəsaitlərin (maliyyə resurslarının) tədavül formaları müxtəlif ola bilər: bank kreditləri (kreditlər); səhm; istiqrazlar; maliyyə törəmələri. Kapital bazarı əməliyyatları adətən maliyyə sektoru qurumları və ya hökumətlərin və korporasiyaların xəzinədarlıq departamentləri tərəfindən idarə olunur, lakin bəziləri birbaşa ictimaiyyətə açıq ola bilər. Məsələn, ABŞ-də internet bağlantısı olan istənilən ABŞ vətəndaşı TreasuryDirect hesabı yarada və ondan ilkin bazarda istiqraz almaq üçün istifadə edə bilər, baxmayaraq ki, fiziki şəxslərə satış satılan ümumi istiqrazların yalnız kiçik bir hissəsini təşkil edir. Müxtəlif özəl şirkətlər, şəxslərə təkrar bazarlarda səhmlər və bəzən hətta istiqrazlar almağa imkan verən brauzer əsaslı platformalar təqdim edir. Minlərlə belə sistemlər var ki, onların əksəriyyəti ümumi kapital bazarlarının yalnız kiçik bir hissəsinə xidmət edir. Sistemlərə ev sahibliyi edən təşkilatlara birjalar, investisiya bankları və dövlət qurumları daxildir.
Maliyyə bazarı
Maliyyə bazarı (lat. financia — mövcudluq, gəlir) — qiymətli kağızların, qiymətli metalların, valyutaların və digər investisiya alətlərinin borc alınması, buraxılması, alqı-satqısı ilə əlaqəli iqtisadi münasibətlər sistemi. Maliyyə bazarında kapitalın səfərbər edilməsi, kreditlərin verilməsi, mübadilə əməliyyatlarının həyata keçirilməsi və vəsaitlərin istehsalda yerləşdirilməsi mövcuddur. Fərqli ölkələrdən borc verənlərin və borcalanların kapitalına tələb və təklifin birləşməsi dünya maliyyə bazarını təşkil edir. Maliyyə bazarının tərkib hissələri bunlardır: kredit kapitalı bazarı (pul bazarı, kredit bazarı), valyuta bazarı, qiymətli kağızlar bazarı (ilkin, ikincil, üçüncü dərəcəli), sığorta və təkrarsığorta bazarı, qiymətli metal bazarı. Maliyyə bazarının işini şirkətlər, banklar və digər kredit və maliyyə təşkilatları, birjalar təmin edir. Fərdi şəxslərin maliyyə bazarındakı əməliyyatlarda iştirakı milli qanunvericiliklə müəyyən edilir. Ölkədən asılı olaraq, maliyyə bazarının tənzimlənməsi tək bir qurum (Rusiyada olduğu kimi) və ya bir neçə qurum tərəfindən idarə edilə bilər. == Tarixi == Dünya maliyyə bazarının elementləri feodalizm dövründə yenidən formalaşmağa başladı. Əmtəə-pul münasibətlərinin inkişafı və qiymətli kağızların meydana çıxması ilə kapital bazarı formalaşdı.
Meyvəli bazarı
Meyvəli bazarı — Meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarı və bazası. Bazar Qaradağ rayonunun Lökbatan–Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşir. Baza həmçinin Beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədədir. Regionda ən böyük Meyvə Tərəvəz Bazasıdır. == Tarixi == Meyvəli Məhdud Məsuliyyətli Cəmiyyəti 16 may 2008-ci ildə bir qrup işadamı tərəfindən təsis edilmişdir. Meyvəli MMC-nin əsas faaliyət istiqaməti Meyvə və Tərəvəzlərin Topdan və Pərakəndə Satış işinin təşkilidir. Meyvəli MMC-nin əsas yaranma məqsədi Azərbaycan Respublikasında ölkə əhalisinin tələblərinə cavab verə bilən və yerli fermerlərin kənd təsərrüfatı məhsullarını keyfiyyətli və rahat şəkildə yerli bazara çıxarılmasını təmin etməkdir. Bunun üçün Meyvəli Bakı şəhərinin girişində yerləşməklə ölkənin hər bir istəqamətindən gətirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə paytaxta gətirilməsinə şəait yaratmışdır. Bundan əlavə Meyvəli tikilib yerli fermelərin istifadəsinə verilən soyuducu anbarda kənd təsərrüfatı məhsullarının keyfiyyətini itirmədən əhalinin istifadəsinə verilməsi də bu məqsədə qulluq etməkdədir. Ən əsası olaraq da, ölkəmizdə müasir standartlara tələb verən Meyvəlinin qurulması nəinki regionda və hətta MDB məkanında analoqu olmayan bir Meyvə Tərəvəz Bazası olmaqla ölkənin inkişaf tempinə ozdəstəyi və əhalinin rifahini yaxşılaşdırılması və yeni iş yerlərinin açılması baxımından oz əvəzedilməz tovhəsini vermiş və bununla da ölkə rəhbərliyinə bir dəstək nümunəsi nümayiş etdirmişdir.
Qızıl bazarı
Qızıl bazarı — beynəlxalq ödənişlərin, sənaye və məişət istehlakının, şəxsi yığımların, investisiyaların, risklərin sığortalanmasının, spekulyativ əməliyyatların həyata keçirilməsini təmin edən bazar. == Bazar növləri == Təşkilatlanma dərəcəsinə görə birja və birjadankənar qızıl bazarları fərqləndirilir. Qızıl digər əmtəə və maliyyə aktivləri ilə birlikdə birja ticarətinin obyektidir. Qızıl birja bazarı qiymətli metalların və qiymətli daşların mübadiləsi ilə təmsil olunan mütəşəkkil bazardır. Birjadankənar qızıl bazarları qızıl alveri ilə məşğul olmaq səlahiyyətinə malik bir neçə bankın konsorsiumu ilə təmsil olunur. Banklar alıcılarla satıcılar arasında vasitəçilik əməliyyatları aparır, orta bazar qiymət səviyyəsini müəyyənləşdirir, həmçinin təmizləmə, qızılın saxlanması, külçə istehsalı ilə məşğul olurlar. Paylanma dairəsinə görə dünya və daxili qızıl bazarları fərqləndirilir. Daxili qızıl bazarları, öz növbəsində, məhdudiyyətlərə münasibətdə azaddır və azad deyil. Hökumətin qızıl əməliyyatlarına tətbiq etdiyi valyuta məhdudiyyətlərinə cavab olaraq yaranan qızıl üçün "qara" bazarlar da mövcuddur. Hazırda dünyada 11-i Qərbi Avropada, 14-ü Amerikada, 19-u Asiyada, 8-i Afrikada olmaqla 50-dən çox qızıl bazarı fəaliyyət göstərir.Qlobal bazarlara London, Sürix, Nyu-York, Çikaqo, Syanqan (Honq Konq), Dubay və s.
Rəqabət bazarı
Təkmil rəqabət (ing. perfect competition) — mikroiqtisadiyyatda xüsusi bir bazar növüdür. Nəzəri cəhətdən bu bazarın növü əhəmiyyətli nümunə kimi istifadə olunur, və digər növlər ona müqayisə olunur. Real həyatda mükəmməl rəqabət ən yaxın olaraq kənd təsərrüfatının bazarını əks etdirir. Mükəmməl rəqabət bazarı növbəti xüsusiyyətlərə malikdir: Satıcıların çox olmağı Standartlaşdırılmış mallar "Qiymət ilə razılıq" Sərbəst giriş və çıxış Çox inkişaf etmiş rəqabət bazarına müstəqil satıcıları sayı çox olur. Onlar müştərilərə standartlaşdırılmış malı təklif edirlər, yəni ki mallar bir biri ilə eynidir, və alıcı üçün müəyyən qiymətə hansını almaq fərqi yoxdur. "Qeyri-qiymət" rəqabəti (misal üçün keyfiyyət, reklam) üçün stimullar yoxdur. Ayrıca götürülən şirkətlər qiymətin əmələ gəlməsinə təsir göstərə bilmirlər, çünki onlardan hər biri cəm məhsulun əncaq balaca hissəsini istehsal edir. Əgər şirkət bazar qiymətindən bir az yüksək qiymət qoyarsa, həmin mal heç kimə satılmaz, çünki ondan başqa eyni malı aşağı qiymətə təklif edən çoxlu digər satıcılar var. Əgər şirkət bazar qiymətindən bir az aşağı qiymət qoyarsa, gəlir itkilərinə məruz qalacaq.
Slavyan Bazarı
Slavyan Bazarı (belar. Славянскі Базар у Віцебску) — Avropa ölkələrinin və Böyük Şərqi Avropanın mühüm vokal yarışmalarından biridir. 1992-ci ildən bəri keçirilir. Müxtəlif illərdə bu yarışmanın qalibləri arasında Rumıniya, Xorvatiya, Rusiya, Ukrayna, Serbiya, Makedoniya, Belorus təmsilçiləri olub. Bu il keçiriləcək "Slavyan bazarı" vokal festivalında Azərbaycanı "Eurovision 2011″in milli seçim turlarının finalçısı Aynişan Quliyeva təmsil edəcək.
Sığorta bazarı
Sığorta bazarı — sığorta xidmətlərinin təklif olunduğu maliyyə bazarının bir hissəsi. Bu bazarda sığorta xidmətləri sığorta şirkətləri tərəfindən təklif olunur. Sığorta xidmətləri bazarı üçün vacib olan sığorta fəaliyyətinin dövlət tənzimlənməsidir ki, bu da icbari lisenziyalaşdırmanı, sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsinə nəzarəti nəzərdə tutur. Sığorta bazarının təşkilinin ən mühüm prinsiplərindən biri sığorta şirkətlərinin ədalətli rəqabətinin təmin edilməsidir. Rusiya Federasiyasında sığorta xidmətləri bazarında ədalətli rəqabət meyarlarını müəyyən edən "Rəqabətin qorunması haqqında" xüsusi qanun mövcuddur. Azərbaycan müstəqillik illərindən sonra, yerli sığorta bazarı formalaşmağa başladığı vaxtdan etibarən, cəmi 2 xarici kapitalla işləyən sığorta şirkəti daha uzun dövrdə bazarda fəaliyyət göstərmişdir. Onlardan biri 90-cı illərin sonunda Azərbaycan-Türkiyə müştərək müəssisəsi olaraq yaradılmışdır (Başak-İnam Sığorta Şirkəti) və sonradan bu şirkət müstəqil yerli şirkət kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə isə maliyyə vəziyyətinə əsaslanaraq, sığorta requlyatoru tərəfindən şirkətin lisenziyası ləğv edilmişdir. Xarici şirkət olaraq, yerli bazarda 2-ci ən uzun müddət fəaliyyət göstərən şirkət isə "AXA MBASK" şirkəti olmuşdur ki, bu da Fransaya məxsus qlobal "AXA" şirkətinin törəmə müəssisəsi olmuşdur. Bu şirkət ilk olaraq, yerli "MBASK" şirkətinin səhmlərinin 51%-ni alaraq fəaliyyətə başlamış, sonrakı illərdə şirkətin səhmləri 100% qlobal "AXA" şirkətinə satılmışdır.
Andre Deren
Andre Deren (fr. André Derain, 10 iyun 1880[…], Şatu[d][…] – 8 sentyabr 1954[…], Qarş[d][…]) — Fransız rəssam, qrafik rəssamı, teatr tərtibçisi, heykəltaraş, keramikaçı. == Bioqrafiya == O, E. Karyeranın (1898–1899) sinfində Parisdə Julian Akademiyasında (1904) təhsil almışdır. Rəssamın formalaşması onun yoldaşı Mauris de Vlaminka və daha sonra ona böyük təsir göstərən Henri Matisse tərəfindən təsirləndi. Orduda uzun bir xidmətdən sonra (1900–1904), sənətçi iki il (1905–1906) Böyük Britaniyaya yola düşdü. Fauvizmin ruhunda hazırlanmış bu mənzərələr təbiət həyatının gərginliyini çatdırmaq istəyi ilə doludur; onların dekorativ effekti təmiz kontrast rənglərin böyük yamalarından olduqca gərgin səslərə əsaslanır (Londra Limanı, 1906, Tate Gallery, London). Şəkillər dərin Autumn Salon 1905-də ictimaiyyətin diqqətini çəkdi. == İstinadlar == == Ədəbiyyat == Sutton D., André Derain, L., 1959.
Bərbər dilləri
Bərbər dili - Avrasiya dillərindən biridir. Şimali Afrikada geniş bir ərazidə yayılmışdır. Təqribən 12 milyon adam bu dildə danışır. Bərbər dili dörd qrupa bölünür: Ərəb dilinin güclü təsiri altındadır. Söz sırası: xəbər, mübtəda, tamamlıqdır (XMT).
Beren Partiyası
Beren - Qırğızıstanda siyasi partiya. 2006-cı ilin dekabrın 30-da Ar-Namıs partiyasının keçmiş üzvləri tərəfindən qeydiyyatdan keçirilmişdir. Partiya parlament üsuli-idarəsini müdafiə edir.
Beren Saat
Beren Saat (26 fevral 1984, Ankara) — məşhur Türkiyə aktrisası. == Bioqrafiya == Beren Saat 26 fevral 1984-cü il tarixində Ankarada dünyaya göz açıb. Atası Hüseyn futbolçu, anası Ayla isə müəllimdir. Özündən böyük Cem adlı qardaşı var. İlk dəfə "Aşkımızda ölüm var" serialında rol alıb. Daha sonra Eşqə sürgündə Zilan, "Xatırla sevgili"-də Yasəmən obrazını canlandırıb. 2008–2010-cu illərdə Aşk-ı Memnu serialında Bihtər Ziyagil obrazını canlandırıb, hansı ki onu bütün dünyada tanıdıb və bu roluna görə daha çox sevilib. Daha sonra isə "Fatmagülün suçu nə?", İntiqam kimi seriallarda da oynayıb. Son olaraq 2015-ci ildə Möhtəşəm Yüz İl Kösəm serialında Kösəm Sultan rolunu canlandırıb. 2014-cü ildə Kənan Doğulu ilə Los Ancelesdə ailə qurub və o vaxtdan karyerasını müvəqqəti dayandırıb.
Bəşər (İran)
Bəşər (fars. بشر‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 787 nəfər yaşayır (167 ailə).
Bəşər Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Ceren Hindistan
Ceren Hindistan — Türkiyəli aktrisa. == Həyatı == Cərən Hindistan 1989-cu ildə fevralın 27-də Ankarada anadan olub . Orta təhsillidir - Anadolu Otelçilik və Türizm Peşə Litseyi məzunudur . == Filmoqrafiyası == 2013 - Firuze | Firuze rolunda 2013 - Muhteşem Yüzyıl | Ahsen Hatun rolunda 2012 - Babalar ve Evlatlar | Zeynep rolunda 2009 - Sakarya Fırat | Nihan Tekintaş rolunda 2008 - Baba Ocağı | İsmet rolunda 2007 - Sənin uğrunda | Serpil rolunda 2007 - Fədai | Ceyda rolunda 2007 - En iyi arkadaşım | hangi rolde olduğu bilinmiyor, son 2 bölüm yani 56. bölüm ve 57.
Cərən Hindistan
Ceren Hindistan — Türkiyəli aktrisa. == Həyatı == Cərən Hindistan 1989-cu ildə fevralın 27-də Ankarada anadan olub . Orta təhsillidir - Anadolu Otelçilik və Türizm Peşə Litseyi məzunudur . == Filmoqrafiyası == 2013 - Firuze | Firuze rolunda 2013 - Muhteşem Yüzyıl | Ahsen Hatun rolunda 2012 - Babalar ve Evlatlar | Zeynep rolunda 2009 - Sakarya Fırat | Nihan Tekintaş rolunda 2008 - Baba Ocağı | İsmet rolunda 2007 - Sənin uğrunda | Serpil rolunda 2007 - Fədai | Ceyda rolunda 2007 - En iyi arkadaşım | hangi rolde olduğu bilinmiyor, son 2 bölüm yani 56. bölüm ve 57.
Cərən Özbək
Xırdayarpaq çərən
Xırdayarpaq çərən == Təbii yayılması == İranda və Orta Asiyada yayılmış,Terek və Kumey çayları arasından təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 20-90 sm olan çoxbudaqlı kolcuqdur,cavan zoğları rənglidir.Yarpaqları xırda və ətli olub,saplağa tərəf qısa,ensizləşəndir.Çiçəkləri ikicinsli,şarvarı,uzunsov-yumurtavarı,qaidədən bir biri ilə bitişikdir.Çiçəkyanlığı yaşıldır,əksər hallarda ətlidir,sərbəst və ya yarıya qədər bitişmişdir.Erkekciyi 5-dir.Dişiciyi 2-5 ağızcıqlı,çiçəkaltlıqları içində topa şəklində 2-6 (20) ədəd olur.May ayında çiçəkləyir,oktyabrda meyvə verir.Toxumları 0,75-1,25 mm uzunluğunda,ovalşəkilli hamar,qara,parlaqdır. == Ekologiyası == İstiyə və duzadavamlı bitkidir.Şoranlaşmış torpaqlarda bitir. == Azərbaycanda yayılması == Abşeron,Kür-Araz ovalığı və onun şərq hissəsində Salyan,Muğan çölündə,Cənub-şərqi Şirvanda,Naxçıvan düzənliyində yayılmışdır.Xırdayarpaq çətənə cəngəlliklərdə rast gəlmək olar.Müstəqil qruplaşmalar əmələ gətirir və şoran səhra və yarımsəhralarda bitir. == İstifadəsi == Potaş hazırlanmasında istifadə olunur.Tərkibində alkaloidlər vardır. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çərən (Miyanə)
Çərən — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Tirçayı kəndistanında, Türkmən qəsəbəsindən 17 km şimal-şərqdədir.
Babadin
Babadin — Azərbaycan Respublikasının Laçın rayonunun Təzəkənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Kənd ərazisi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Dağətəyi ərazidədir. Baba və din (xalq terminologiyasında "hündür yer, təpə"; "düşərgə, dincəlmək üçün yer") sözlərindən düzəlib. "Hündür təpə" mənasını ifadə edir. Oykonim ərazidəki dağların birinin adından törəmişdir. Kəndin yaşlı sakinlərinin söyləməsindən aydın olur ki, Babadin sözü "dinə inananların alisi", "əsl dinə inananlar", "əvvəldən, qədimdən dinə inananlar" mənasını ifadə edir, "baba" və "din" sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb sözdür. Babadin (Babadinli) tayfa adıdır. Burada "baba" ulu, böyük, ali, uca mənasındadır.
Bavaric
Bavaric — Baricah dəniz gəmilərinə görə Bavaric adlandırılan, Qucaratdan olan, Hindistan və Çinə səfər edən ərəb gəmilərini təqib edən Sind dəniz quldurları. == Haqqındɑ == VIII əsrin sonu və IX əsrin bir neçə onilliyi ərzində Oman sahilləri də Bavariclər tərəfindən hücumlara məruz qalırdı. Bu hücumların qarşısı İmam Həsən ibn Abdulla (809-823) tərəfindən dəf edilmişdi. Bir neçə il sonra isə İmam Muhənnə ibn Cəfər bu cür hücumların qarşısını almaq üçün 300 nəfərlik donanmaya malik olduğunu qeyd edir. X əsrin sonu XI əsrdə hind dəniz quldurları daha çox tanınmağa başladılar. Ərəb coğrafiyaçısı və səyyahı Əbu İshaq İbrahim ibn Məhəmməd əl–Farisi əl-İstəxri (850—934), X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi Qətər barədə Qətəriyyə formasında məlumat verir. Onun sözlərinə görə, Qətəriyyədə Sokotra və Qırmızı dənizə yaxın adaların sakinləri məskunlaşmışdı. Bu ərazi Bavaric adlanan hind dəniz quldurlarını tez-tez ziyarət etdiyi məntəqələrdən biri idi. Baricah dəniz gəmiləri cəmdə Bavaric mənasını ifadə edir. Bunu Sir Elliot da təsdiq edir.