BƏŞAŞƏT
BƏŞƏRƏ
OBASTAN VİKİ
Bəşər (İran)
Bəşər (fars. بشر‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 787 nəfər yaşayır (167 ailə).
Bəşər Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Lamiyə Hacı Bəşər
Lamiyə Hacı Bəşər (ərəb. لمياء حجي بشار‎; 1998, Koço[d], Neynəvə mühafəzəsi) — yezidi əsilli İraq insan haqları fəalı. O, 2016-cı ildə Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. == Həyatı == Lamiyə Hacı Bəşər 1998-ci ildə İraqın Sincar şəhəri yaxınlığında yerləşən Koço kəndində anadan olmuşdur. O, 2014-cü ilin avqust ayında Nadiya Murad ilə birlikdə İraq Şam İslam Dövləti tərəfindən qaçırılmış və seksual köləliyə vadar edilmişdir. Terror təşkilatı onu intihar bombaçıları üçün jiletlər hazırlamağa məcbur edilmişdir. Lamiyə Hacı Bəşər 2016-cı ilin aprel ayında əsarətdən yerli qaçaqmalçılara ödəniş edən ailəsinin dəstəyi ilə qaça bilmiş, fəqət bu zaman minaya düşmüşdür. O, Almaniyada müalicə almağa göndərilir. 2016-cı ilin oktyabr ayında Lamiyə Hacı Bəşər Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. Mükafat mərasimi həmin ilin dekabr ayında keçirilmişdir.
Bəşəriyyət
Bəşəriyyət — yer kürəsinin əhalisi, təbiətin fəal hissəsi. Bəşəriyyət nəinki biosferi öz ehtiyaclarına görə istifadə etmək, hətta onu dəyişmək qabiliyyətinə malikdir, Bəşəriyyət fəzada bir nəsilartırma dövründə (azı 20 il) davamlı olan bir təbəqədir. Bəşəriyyət həmçinin yer kürəsinin anadan olandan ölənə qədər mövcud olan şüurlu canlı hissəsidir. O, irq lərə, xalq lara,etnos lara və həmçinin sosial və mədəni qruplara bölünür. Bəşəriyyət fəaliyyətinin bir hissəsi mədəniyyət adlanır.
Bəşəriyyətin Yaddaşı
Bəşəriyyətin Yaddaşı (ing. Memory of Mankind) – Martin Kunze tərəfindən 2012-ci ildə maliyələşdirilmiş qoruma layihəsi. Əsas məqsəd bəşəriyyət haqda bu zamana qədər əldə edilən məlumatları insanların unutma və kollektiv şəkildə yaddan çıxarma problemlərindən mühafizə etməkdir. İnformasiya keramika üzərinə çap edilir, daha sonra Avstriyanın Hallstatt şəhərində daş duz mədənləri içərisinə yerləşdirilir. Adi bir arxiv layihəsindən fərqli olaraq, bu "bizim eramızın zaman kapsulu" olmağı hədəfləyir və insanlara ora istədikləri mətin və şəkilləri əlavə etməyə icazə verir. Milli arxivlərin əksinə MOM-un məlumat bazası burada iştirak etmək istəyən hər kəs tərəfindən qurulur.
Bəşəriyyətin beşiyi (film, 2011)
Bəşəriyyətin beşiyi qısametrajlı sənədli filmi rejissorlar Şamil Nəcəfzadə və Nizami Abbas tərəfindən 2011-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın qədim daş abidəsi, bəşəriyyətin beşiyi Qobustan haqqındadır. == Məzmun == Film Azərbaycanın qədim daş abidəsi, bəşəriyyətin beşiyi Qobustan haqqındadır.
Bəşəriyyətin birliyi (Bəhailikdə)
Bəşəriyyətin birliyi Bəhai dininin ən vacib prinsiplərindən biridir. Bəhai təlimlərinə görə, Allah bütün insanları öz surətində yaratdığı üçün onlar arasında irqi və ya milli fərq qoymur. Odur ki, bütün insanlar bərabər yaradılmışlar deyə, onlar hamısı eyni imkanlara və eyni münasibətə layiqdirlər. Bəhai baxışı bəşəriyyətin birliyini, insanların bütün dünyanı "qucaqlaması" gərəkdiyini və yalnız öz xalqlarını deyil, bütün dünyanı sevməsi gərəkdiyini önə sürür. Bununla belə, bu təlimlər yeknəsəklikdə birliyi yox, müxtəliflikdə birliyi nəzərdə tutur, harada ki, insan irqinin fərqlilikləri bəşəriyyətin zənginliyidir. == Birlik == Bəhai dinindəki "bəşəriyyətin birliyi" prinsipi bütün insanların bərabər şəkildə Allahın bənzəri və surətində yaradılması təliminə əsaslanır və Allah onlar arasında heç bir fərq qoymur. Bu təlimlər bütün növ irqi, milli, cinsi, sinfi və sosial bölünmələrin fövqündə olan və onların müxtəlifliyini qoruyan bir bəşəri birliyi vurğulayır. Bəhai yazıları qeyd edir ki, bütün insan növü vahid bir orqanizmdir, bütün insanlar eyni təməl qabiliyyətlərə malikdirlər, və dərinin rəngi və ya digər fiziki fərqlər önəmli deyil və bir etnik qrupu digəri üzərində yüksəltmir. Bəhai baxışına görə, insanlıq həmişə bir növə məxsus olub, lakin cəhalət, önyarğı və hakimiyyət hərisliyi bunun qəbul edilməsinin qarşısını alıb. Müxtəlif etnik qruplar arasında mövcud olan tarixi fərqlər uzun vədəli perspektivdə təlim-tərbiyə və mədəni imkanlardakı fərqlərlə, həmçinin irqi təəssübkeşlik və yaşadılmış zülmlərlə bağlıdır.
Bəşəriyyətin ixtiralar tarixi
Bəşəriyyətin ixtiralar tarixi — xronoloji ardıcıllıqla düzülmüş dünya ixtiralarının siyahısıdır. == İbtidai-icma quruluşu == === Paleolit dövrü === 2.6mln il əvvəl Daş alətlərin düzəldilməsi 1.5–2 mln il əvvəl Odun kəşf edilməsi 800–400 min il əvvəl Baltanın düzəldilməsi 790 min il əvvəl Afrikada Homo Erektuslar odu əldə etdilər 400 min il əvvəl Zambiyada Piqmentin alınması 400 min il əvvəl Avropada Nizənin düzəldilməsi 164 min il əvvəl Afrikada Daş bıçağın düzəldilməsi 100min il əvvəl Paltarın tikilməsi 77 min il əvvəl Çarpayının yaranması 60 min il əvvəl İynənin yaranması 50 min il əvvəl Oxun düzəldilməsi 36 min il əvvəl Parça və Kətanın hazırlanması 25 min il əvvəl Keramikanın yaranması 16 min il əvvəl Çində Dulusçuluğun yaranması 15min il əvvəl Avstraliyada Bumeranqın düzəldilməsi === Mezolit dövrü === bizim eradan əvvəl (b.e.ə) 10 min il Əkinçiliyin yaranması b.e.ə 9 min il İordan çayı ətrafında Taxıl anbarlarının tikilməsi b.e.ə 8 min il Ağacdan ilk Oyma qayığın düzəldilməsi === Neolit dövrü === b.e.ə 7500 il Çatalhöyük tikililəri b.e.ə 6 min il Mesopotamiyada Soba tikilməsi b.e.ə 4 min il Misirdə Sement hazırlanması b.e.ə 3500 il Çində Baramaçılığın yaranması b.e.ə 3500 il Təkərin düzəldilməsi === Tunc dövrü === b.e.ə 3 min il Mesopotamiyada Mixi yazıları b.e.ə 3 min il Misirdə Papirusdan istifadə b.e.ə 3 min il Misirdə Şamın düzəldilməsi b.e.ə 2800 il Babildə Sabunun hazırlanması b.e.ə 2600 il Mesopotamiyada Döyüş arabalarının düzəldilməsi b.e.ə 2 min il Misirdə Şüşənin tökülməsi.
Bəşəriyyətin könüllü yox olması üçün hərəkat
Bəşəriyyətin könüllü yox olması üçün hərəkat, VHEMT daha çox tanınır (['viːəmənt] dinlə), ing. Voluntary Human Extinction Movement) — məqsəd, çoxalmadan imtina etməklə bəşəriyyətin könüllü şəkildə məhv olması olan beynəlxalq ictimai ekoloji hərəkatdır. Hərəkətin əsas ideyası budur ki, bəşəriyyət mövcud olmadıqda Yer kürəsinin biosferi üçün daha yaxşı olar. Bu hərəkatın tərəfdarlarına görə, insan növləri bir növ "ekzotik işğalçı"-dır, əhali nəzarətdən çıxaraq Yerin ekosisteminə, orada yaşayan heyvan və bitkilərə təhlükə yaratmağa başladı; və növlərin yalnız tamamilə yox olması Homo sapiens əşyaların təbii qaydasını və təbiətin harmoniyasını bərpa edəcəkdir. == Tarixi == Hərəkat Les Nayt tərəfindən təsis edilmişdir (təxəllüsü ing. Les U. Knight [lɛz ju naɪt] ingiliscə demək olar ki, eyni səslənir let’s unite [lɛts ˈjuˌnaɪt] — "birləşək") 1991-ci ildə Amerikanın Oreqon ştatının Portlend şəhərində. Nayt — vhemt.org saytının sahibi və hərəkatın "səsi" dir. Nayt özü hərəkati başlatmadığını iddia etsə də, ancaq adını vermişdir. Les Nayt 1970-ci illərdə Vyetnamdan qayıtdıqdan sonra Sıfır əhali artım hərəkatının üzvü oldu və 20 yaşında ikən könüllü olaraq vasektomiya (sterilizasiya) əməliyyatı ilə məşğul oldu. == Hərəkatın ideologiyası == Hərəkatın qeyri-rəsmi şüarı: "Uzun yaşayacağıq və öləcəyik!" (ing.
Bəşəriyyətin qlobal problemləri
Bəşərü çayı
Bəşərü (hidronim) — Astara və Lənkəran rayonları ərazisində çay. == Coğrafiyası == Lənkəran çayının sağ qoludur. Uzunluğu 38 km, Talış silsiləsindən (1800 m. yüksəklikdən) başlanır. == Adı == Toponim talış dilindəki bəş (qol) (-ə bitişdirici sait) və rü (çay) sözlərinin birləşməsindən düzəlib, "çay qolu" deməkdir. == İstifadəsi == Suvarmada istifadə edilir. Suyunun bir hissəsi kanalla Xanbulançay su anbarına axıdılır.
Sapiens: Bəşəriyyətin qısa tarixi
Sapiens: Bəşəriyyətin qısa tarixi Yuval Noy Hararinin 2011-ci ildə nəşr olunan və 2014-cü ildə ingilis dilinə, 2015-də isə türkcəyə çevrilən kitabıdır. Harari kitabında Jared Diamondun Tüfəng, Mikrob və Polad kitabının onun üçün ən böyük ilham mənbəyi olduğunu bildirmiş və bunun səbəbini çətin suallara elmi cavab vermənin mümkün olması kimi göstərmişdir. Sapiens: Bəşəriyyətin qısa tarixi, daş dövründən iyirmi birinci əsrə qədər qədim insan növlərinin təkamülünə diqqət ayırır. Müəllifin əsas ideyası, Homo Sapiensin iş birliyi bacarığı ilə dünyaya hakim olmasıdır. Bundan əlavə, Harari yazılı tarixdən əvvəlki Sapienslərin Neandertallar və digər insan növlərinə qarşı soyqırım həyata keçirdiyini və onları yer üzündən sildiyini bildirməsi ilə yanaşı, həmçinin Neandertalların və Homo Sapienslərin hər zaman mübarizə aparmadıqlarını və hətta cütləşdiklərini də vurğulamışdır. Kitabda Homo Sapiensin özünəməxsus tanrılar, millətlər, pul və insan hüquqları kimi uydurma şeylərə inanma qabiliyyəti sayəsində kütləvi şəkildə hərəkət edə bilmək qabiliyyəti olduğunu iddia etmişdir. Yazıçı, dinlərin, siyasi sistemlərin, ticarət şəbəkələrinin və hüququn qondarma olduğunu iddia edir. Pulun qarşılıqlı etimada əsaslanan bir sistem olması; kapitalizmin iqtisadi bir nəzəriyyədən çox dini bir fenomen olması; aqrar inqilabın rifah məqsədi ilə başlayıb və sonda insanların həyatını məhv etməsi; imperiya sisteminin son 2000 ilin ən yaxşı siyasi sistemi olması; pulun, imperatorluğun və dinlərin dünyanı birləşdirən qüvvələrə çevrilməsi iddiası; heyvanların əhliləşdirilməsinin tarixin ən böyük cinayətlərindən biri olduğu iddiası; bugünkü insanların qətiyyətlə keçmişdə yaşamış insanlardan daha xoşbəxt olmaması və insanların özlərini ilahiləşdirmə mərhələsinə keçirdikləri iddiası kitabdakı digər təəccüblü iddialar sırasındadır. 30-dan çox dilə tərcümə olunmuş kitab 2015-ci ildə Çin Milli Kitabxanasının Wenjin Kitab Mükafatını qazanmışdır.
Sənə, bəşəriyyət!
"Sənə, bəşəriyyət!" — rəssam Tahir Salahovun 1961-ci ildə çəkdiyi rəsm-panno əsəri. İlk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Əsər Bakının Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsər Tahir Salahovun ən məşhur işlərindən sayılır. Böyük kətan Salahovun atelyesinə yerləşmədiyi üçün, rəssam yaxınlıqdakı məktəbdə rəsmi çəkmişdir. Salahovun sözlərinə görə, o, rəsmi sifarişlə deyil, "ruhun daxili, optimist əmri ilə" çəkmişdir. Sənət tənqidçisi Nurəddin Həbibovun fikrincə, rəssam əsərdə kosmosun fəthinin heyranlığını çatdırmaq istəyirdi. Fiqurların ovucu içərisində hətta ilk peyklər kimi bir şey görünür. Sənət tənqidçisi Yekaterina Dyoqot isə rəsmi Salahovun "ən qəribə" əsərini adlandırın. Dyoqotun fikrincəm əsərdə "paradiqma dəyişikliyi" açıq şəkildə göstərilir və fiqurlar valkiriyalara bənzəyir.
Sənə bəşəriyyət
"Sənə, bəşəriyyət!" — rəssam Tahir Salahovun 1961-ci ildə çəkdiyi rəsm-panno əsəri. İlk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Əsər Bakının Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsər Tahir Salahovun ən məşhur işlərindən sayılır. Böyük kətan Salahovun atelyesinə yerləşmədiyi üçün, rəssam yaxınlıqdakı məktəbdə rəsmi çəkmişdir. Salahovun sözlərinə görə, o, rəsmi sifarişlə deyil, "ruhun daxili, optimist əmri ilə" çəkmişdir. Sənət tənqidçisi Nurəddin Həbibovun fikrincə, rəssam əsərdə kosmosun fəthinin heyranlığını çatdırmaq istəyirdi. Fiqurların ovucu içərisində hətta ilk peyklər kimi bir şey görünür. Sənət tənqidçisi Yekaterina Dyoqot isə rəsmi Salahovun "ən qəribə" əsərini adlandırın. Dyoqotun fikrincəm əsərdə "paradiqma dəyişikliyi" açıq şəkildə göstərilir və fiqurlar valkiriyalara bənzəyir.
Sənə bəşəriyyət!
"Sənə, bəşəriyyət!" — rəssam Tahir Salahovun 1961-ci ildə çəkdiyi rəsm-panno əsəri. İlk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Əsər Bakının Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsər Tahir Salahovun ən məşhur işlərindən sayılır. Böyük kətan Salahovun atelyesinə yerləşmədiyi üçün, rəssam yaxınlıqdakı məktəbdə rəsmi çəkmişdir. Salahovun sözlərinə görə, o, rəsmi sifarişlə deyil, "ruhun daxili, optimist əmri ilə" çəkmişdir. Sənət tənqidçisi Nurəddin Həbibovun fikrincə, rəssam əsərdə kosmosun fəthinin heyranlığını çatdırmaq istəyirdi. Fiqurların ovucu içərisində hətta ilk peyklər kimi bir şey görünür. Sənət tənqidçisi Yekaterina Dyoqot isə rəsmi Salahovun "ən qəribə" əsərini adlandırın. Dyoqotun fikrincəm əsərdə "paradiqma dəyişikliyi" açıq şəkildə göstərilir və fiqurlar valkiriyalara bənzəyir.
Şeyx Bəşərət (Bicar)
Şeyx Bəşərət (fars. شيخ بشارت‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (68 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.

Digər lüğətlərdə