online ehtiyat hisseleri baki
www.4teker.az — Azərbaycanda avtomobil ehtiyat hissələrinin onlayn satışını həyata keçirən bir platformadır və Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlara da sürətli çatdırılma xidmətləri təqdim edir.

Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Drag queen
Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
Pearl (drag queen)
Pearl, bəzən Pearl Liaison (11 sentyabr 1990) kimi tanınan, amerikalı dreq ifaçısı və Musiqi prodüseri Metyu Ceyms Lentinin səhnə adıdır, o RuPaul's Drag Race in yeddinci mövsümündə ictimaiyyətin diqqətini cəlb edərək ikinci yerə layiq görülmüşdür. == Erkən həyatı == Lent anası və iki bacısı ilə Florida ştatının Sent Pitersberq şəhərində böyüyüb. O, uşaqlıq illərindən "böyük brilyant üzükləri və xəzləri olan zəngin yaşlı xanımları" təqlid etmək üçün çox vaxt sərf edirdi, bu da nəticədə onun dreq ifaçı olmağına gətirib çıxartdı. == Dreq karyerası == Çikaqoya köçdükdən sonra Lent 2012-ci ildə Kim Chi və Trixie Mattel ilə birlikdə Pearl səhnə adından istifadə edərək dreq kimi çıxış etməyə başladı. Lent əvvəlcə dreq obrazından hobbi kimi istifadə etməyi planlaşdırırdı, lakin tez bir zamanda konsert sifarişləri artmağa başladı. Daha sonra Nyu-Yorkun Bruklin şəhərinə köçdü. 2014-cü ilin dekabrında Pearl Logo TV -də RuPaul's Drag Race-in yeddinci mövsümünün iştirakçısı olduğu elan edildi. Müsabiqəyə ləng başlasa da, Pearl iki əsas nominasiyada qalib gəldi və nəticədə digər rəqibləri Ginger Minj və Violet Çaçki ilə birlikdə finala keçdi. Mövsümün finalında Violet Çaçki qalib gəldi və Pearl isə ikinci oldu. === Musiqi sahəsində === 2 iyun 2015-ci ildə Lent ilk sinqlı olan "Love Slave" üçün klip çəkərək Pleasure albomunu buraxdı.
RuPaul's Drag Race
ing. RuPaul's Drag Race - Logo TV üçün World of Wonder (mövsüm 1–8), WOW Presents Plus, VH1 (mövsüm 9–14) və MTV (mövsüm 15) tərəfindən istehsal olunan Drag Race franşizasında birinci olan Amerika tv realiti şou yarışması. == Ümumi məlumat == RuPaulu şousunun süarı "Amerikanın növbəti drag super ulduzu" axtarışı ilə sənədləşdirilir. RuPaul bu şounun aparıcısı, mentoru və baş hakimi rolunu oynayır, o, iştirakçılara hər həftə müxtəlif çalışmalar təqdim edirdi. Müsabiqə iştirakçıları RuPaul, Michelle Visage, Carson Kressley, Ross Mathews-dan ibarət əsas münsiflər. və onların müsabiqə boyu irəliləyişlərini tənqid edən bir və ya bir neçə qonaq münsifdən ibarət panel tərəfindən qiymətləndirilirdilər. RuPaul's Drag Race on beş mövsümü əhatə edir - RuPaul tərəfindən ev sahibliyi edilən Britaniya, Avstraliya və Yeni Zelandiya versiyaları, o cümlədən Çili, Tayland, Kanada, Hollandiya, İspan, İtalyan, Fransız, Filippin, Belçika, İsveç, Meksika, Braziliya və Alman buraxılışları və beynəlxalq səviyyədə Böyük Britaniya və Kanadada keçirilən dünya yarışları. Şou Loqo TV-də ən yüksək reytinqli televiziya proqramına çevrilərək Birləşmiş Krallıq, Avstraliya, Kanada, Hollandiya və İsrail də daxil olmaqla beynəlxalq səviyyədə yayımlanır. Şou RuPaul-a ən yaxşı realiti şou aparıcısı nominasiyasında yeddi ardıcıl Emmy Mükafatını (2016-2022) qazandırdı. Şou özü ardıcıl 4 dəfə (2018-2021) ən yaxşı realiti şou proqramı nominasiyasında Primetime Emmy və GLAAD Media Mükafatlarına layiq görülüb.
Mario Dragi
Mario Dragi (it. Mario Draghi; 3 sentyabr 1947[…], Roma) — 13 fevral 2021-ci ildən etibarən İtaliya Baş naziri olan italyan iqtisadçı, bankir, akademik və dövlət xadimi. İtaliyada akademik iqtisadçı olaraq fəaliyyətdən sonra, Dragi 1980-ci illərdə Vaşinqtonda Dünya Bankında çalışdı və 1991-ci ildə Romaya qayıdaraq İtaliya Xəzinədarlığının baş direktoru oldu. On ildən sonra "Goldman Sachs"-a qoşulmaq üçün bu postu tərk etdi və 2006-cı ildə İtaliya Bankının sədri təyin olunana qədər orada qaldı. Sədr fəaliyyəti 2008-ci il böhranı ilə üst-üstə düşdü və bununla mübarizə aparmaq üçün seçildi. Maliyyə Sabitliyi Forumunu əvəz edən qlobal standart quram olan Maliyyə Sabitliyi Şurasının ilk sədri. 2011-ci ildə Avropa Şurası tərəfindən Avropa Mərkəzi Bankının Prezidenti vəzifəsinə təyin olunandan sonra bu postu tərk etdi. Avrozona böhranı zamanı quruma başçılıq etdi və avronun düşüşünün qarşısını almaq üçün "lazım olan hər şeyi" etməyə hazır olacağını söyləməklə bütün dünya gündəmində məşhurlaşdı. 2014-cü ildə Dragi "Forbes" jurnalı tərəfindən dünyanın ən güclü səkkizinci adamı olaraq siyahıya alındı. 2015-ci ildə "Fortune" jurnalı onu "dünyanın ən böyük ikinci lideri" olaraq sıraladı.
Dracula 3: The Path of the Dragon
Dracula 3: The Path of the Dragon - "Kheops Studio" oyun şirkəti tərəfindən 2008-ci ildə "Microsoft Windows" platforması üçün yaradılan, macəra oyunudur.
Dragon Ball
Dragon Ball (ドラゴンボール, Doragon Bōru) Akira Toriyama tərəfindən yaradılmış Yapon media franşizasıdır. İlk olaraq 1984-cü ildə Weekly Shonen Jump jurnalında nəşr olunan eyniadlı manqa seriyası ilə başlamış, daha sonra anime serialları, filmlər, video oyunlar və digər məhsullarla genişlənmişdir. == Manqa == Dragon Ball manqası 1984-cü ildən 1995-ci ilə qədər Weekly Shonen Jump jurnalında nəşr olunmuşdur. Manqa, Son Qoku adlı bir döyüş sənəti ustası olan gənc oğlanın macəralarını izləyir. Qoku, dünyanı gəzərək yeddi sehrli Dragon Ball-u toplayır və istəklərini yerinə yetirmək üçün əjdaha Şenronu çağırır. Manqa, döyüş sənəti, macəra və komediya elementlərini özündə birləşdirir. == Anime serialları == Dragon Ball franşizası bir neçə anime serialından ibarətdir: Dragon Ball (1986–1989): Son Qokunun uşaqlıq və yeniyetməlik illərini izləyir. Dragon Ball Z (1989–1996): Son Qokunun yetkinlik dövrünü və daha güclü düşmənlərlə döyüşlərini izləyir. Dragon Ball GT (1996–1997): Toriyama tərəfindən yaradılmamış, lakin Toei Animation tərəfindən istehsal edilmiş alternativ bir davam seriyasıdır. Dragon Ball Z Kai (2009–2015): Dragon Ball Z-nin yenidən işlənmiş və qısaldılmış versiyasıdır.
Dragonplay
Black Isle Studios (əvvəlki adı: Dragonplay) — videooyun istehsalçısı və yayımçısı "Interplay Entertainment" şirkətinin rol videooyunları üzrə şöbəsi. Studiya digər istehsalçılardan da bir neçə oyun satışa çıxarmışdır "Black Isle Studios" studiyasının baş qərargahı ABŞ-nin Kaliforniya ştatının İrvin şəhərində yerləşir. Şöbə 1996-cı ildə "Dragonplay" adı ilə qurulmuş, sonradan 1998-ci ildə "Black Isle Studios" adını almışdır. Studiyanın adı qurucu Ferqus Urkhartın əslən olduğu Şotlandiyanın Blek-Ayl yarımadasından gəlir. Studiya "Fallout" seriyasındakı ilk iki videooyun üzərində işləməklə yanaşı, "Planescape: Torment" ilə də tanınır. Studiya "Icewind Dale" və sadəcə yayım sahəsində iştirak etdiyi "Baldur's Gate" rol videooyun seriyası ilə də uğur qazanmışdır. 1999-cu ildə "IGN" saytını "RPG Vault" layihəsi studiyanı "İlin istehsalçısı" mükafatına layiq görmüşdür. Bir müddət sonra "Interplay" şirkəti maddi çətinliklərlə üzləşmiş, nəticədə isə "Black Isle Studios" 2003-cü ilin sonunda bağlanmışdır. "Interplay" eyni ad altında yeni rol videooyunları satışa çıxarmaq məqsədilə studiyanı 2012-ci ilin avqustunda yenidən açmışdır. "Black Isle Studios" 2021-ci ilin may ayında "Baldur's Gate: Dark Alliance" videooyununun remaster edilmiş versiyasını satışa çıxarmışdır.
Dragunov SVD
Draqunov snayper tüfəngi — Draqunovun 7.62 mm-lik snayper tüfəngi. Peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanmışdır. Tüfəng snayperin ştat silahıdır. Qarabag müharibəsində geniş istifadə olunmuşdur. Silahdan atəş açmaq üçün adi, trasser, zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş tək-tək açılır. Optik nişangah gecə infraqırmızı obyektlərə və pis görünən hədəflərə atəş açmaq üçün nəzərdə tutulub. Bundan əlavə gündüz hədəfi məhv etmək üçün də istifadə olunur. Gecə infraqırmızı obyektlərin şüaları nişangaha düşərək yaşıl rəngli işıqlı ləkə kimi görünür ki, bununla da həmin obyekti dəqiq nişan almaq olur. == Xarakteristikası == Atəş uzaqlığı — 1300 m., açıq nişangahla 1200 m.
G-Dragon
Kvon Ci Yon (təxəllüsü: G-Dragon; kor. 권지용; 18 avqust 1988, Seul) — Koreya müğənnisi, repçisi, bəstəkarı, söz yazıçısı, musiqi prodüseri, modeli, BIGBANG qrupunun lideri. Ləqəbi K-Pop kralıdır. G-Dragon, 2006 -cı ildə, dünyanın ən məşhur qruplarından biri olan hip hop qrupu The Big Bang-in lideri olaraq cənubi Koreya əyləncə şirkəti YG Entertainment-da 6 il işlədi. İlk solo albomu Heartbreaker ve 2009'da satışa çıxan eyni adı ilə satışlar yaxşı getdi; həmin ərəfədə Koreyalı bir solist tərəfındən ən çox satılan album oldu və o "2009 Mnet Asiya Musiqi Mükafatları"nda İlin Albomunu qazandı. G-Dragon, 2010-cu ildə GD & TOP albomunu satışa vermək üçün Big Bang qrupundan dostu TOP ilə birlikdə işlədi. İlk EP One of the Kind (2012) çox bəyənildi və üç single qazandı: "One of a Kind", "Crayon", "This XX". EP, 2013 Seoul Music Awards-da İlın Rekordu'nu Qazandı. 2013 -cü ildə, dünya səviyyəsində ilk turuna solist olaraq başladı . G-Dragon, ikinci albomu Coup d'Etat'ın (2013) müvəffəqiyyəti ilə 2013 Mnet Asian Music Awards-da İlin Sənətkarı mükafatını qazandı.
Imagine Dragons
Imagine Dragons – Den Reynoldsun liderlik etdiyi Amerikan rok qrupu. == Yaranması == 2008-ci ildə qrupun hazırkı lideri Den Reynolds Yutada qrupun gitaristi Ueyn Sermon ilə tanış oldu. Daha sonra Las-Veqasda Ben Makki, Andryu Tolman və Briteni Tolmanın, Den və Sermona qatılması ilə qrup tamamilə yarandı. == Qrup üzvləri == Den Reynolds Ben Makki Ueyn "Uinq" Sermon Daniel Platsmen == Keçmiş üzvləri == Andru Tolman Brittani Tolman Tereza Flaminio Deyv Lemke Andryu Bek Aurora Florens == Beynəlxalq uğurlar == Qrupun ilk üzvlərindən Andryu və Briteni Tolman 2011-ci ildə qrupdan ayrıldılar və yerinə Daniel Platzman gəldi. 2012-ci ildə ilk studiya albomları olan Night Vision-u Amerika Müstəqillik Günü'ndə çıxartdılar. Ən məşhur mahnıları olan Radioactive də həmin albomda idi. 2013-cü ildə Avropa və Şimali Amerikada konsertləri olmuşdur.
Monthly Dragon Age
Monthly Dragon Age (月刊ドラゴンエイジ, Gekkan Doragon Eiji) — Fujimi Shobo nəşriyyatı tərəfindən nəşr olunan aylıq şonen manqası jurnalı. Jurnal Fujimi Shobo tərəfindən nəşr olunmuş iki jurnalın — "Monthly Comic Dragon" və "Monthly Dragon Junior" jurnallarının birləşməsindən sonra fəaliyyətə başlamışdır. İlk sayı 2003-cü ilin aprelində işıq üzü görmüşdür. Jurnal hər ayın 9-da çıxır. Jurnal "New Age Standard Comic" başlığına malikdir. Jurnalın "Dragon Age Pure" adlı xüsusi versiyası 2006-cı ilin yanvarından 2009-cu ilin fevralına kimi nəşr olunmuşdur.
Warriors (Imagine Dragons mahnısı)
"Warriors" (azərb. "Döyüşçülər"‎) — ABŞ rok qrupu Imagine Dragons tərəfindən bəstələnmiş mahnı. 2014-cü il League of Legends Dünya Çempionatının rəsmi musiqi videosunda istifadə edilmiş, həmçinin 2015-ci ildə FİFA Qadınlararası Dünya Çempionatının rəsmi mahnısı olmuşdur. Bunlardan əlavə, mahnı 2015-ci ildə Survivor Series-in rəsmi mahnısı olmuş, "Diverqent: Insurqent" filmində, USA Network-un "Koloniya" teleserialında və "Ecazkar qadın" filminin son rəsmi treylerində istifadə olunmuşdur. Sinql rəqəmsal şəkildə 18 sentyabr 2014-cü ildə buraxılmışdır. == Musiqi videosu == Mahnı ilk öncə League of Legends-in rəsmi YouTube kanalı vasitəsilə 17 sentyabr 2014-cü ildə paylaşılmışdır. Mahnı və video 2014-cü il League of Legends Dünya Çempionatını reklam etmək xarakteri daşıyırdı.
Year of the Dragon (Modern Talking albomu)
Year of the Dragon (azərb. Əjdaha ili‎) - 2000-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Draco dragonalis
Ədəm ağacı (lat. Dracaena draco) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü.
Oedera dragonalis
Ədəm ağacı (lat. Dracaena draco) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü.
Dram
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik və lirik ilə yanaşı, 3 əsas ədəbi növdən biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur. Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması)və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. == Dram nəzəriyyəsi == Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır.
Dra-dra göycəqarğa
Dra-dra göycəqarğa (lat. Coracias garrulus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin əsl rakşilər fəsiləsinin göycəqarğa cinsinə aid heyvan növü. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında fəsilənin tək növüdür. == Qısa təsviri == Sığırçından iridir. Ümumi rəngi yaşıl-göydür. Bel tərəfi qəhvəyi gil rənginə çalır. Quyruğu və qanadları üzərində tünd göy rənglər var. Boğazı ağdır. Adi səsi kəskin cırıltıdır "rak-rak", lakin reproduksiya dövrünün əvvəlində tez-tez "kra-kra-kra-kra" edir. Qarğa kimi ləng uçur.
Corel Draw
CorelDraw — qrafik redaktor. Vektor qrafikası ilə işləmək üçün istifadə olunur. CorelDraw proqramı əsasən rəssam və dizaynerlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub. Proqramdan istifadə etmək üçün onun imkanlarından istifadə etməyi bacarmaqla yanaşı rəssamlıq, dizayn və müxtəlif illüstrasiyaları yerinə yetirmək bacarığı da olmalıdır. == Təyinatı == Vektor qrafikası redaktorları arasında özünəməxsus yer tutan CorelDraw proqramı çox tez-tez yenilənir. CorelDraw proqramı nəşriyyat, poliqrafiya, reklam fəaliyyətində çox geniş istifadə edilir. Bunun da səbəbi onun vasitəsilə müxtəlif formalı və ölçülü təsvirlərin yaradılmasının mümkün olmasıdır. Vektor təsvirlərinin ölçüləri faylın həcminə təsir etmir. Ona görə də vektor qrafikasının köməyilə yaradılmasının reklam plakatlarını, bannerlər və s. bu kimi faylları çox asanlıqla daşıyıcı disklərə yazmaqdan əlavə, e-mail ilə də göndərmək olur.
Drap (kommuna)
Drap (fr. Drap) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu. mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Qiyom kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,54 km², əhalisi — 4453 nəfərdir (2006) artım tendensiyası ilə: 4341 nəfər (2012), əhalinin sıxlığı 783,6 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 4297 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 4341 nəfər.
Tarixi dram
Tarixi dramı (həmçinin tarixi dövr dramı, dövrü dram və ya dövr dramı) — əsasən film və televiziya kontekstində istifadə olunan və keçmiş dövrdə baş vermiş olan hadisələrin işıqlandırıldığı film janrıdır Historical dramas have also been described as a conservative genre, glorifying an imagined past that never existed. Tarixi dram janrında olan filmlərə tarixi fantastika, romantika və macəra filmləri də daxildirlər. Bu janrda çəkilmiş olan filmlərdə dövr orta əsrlər kimi qeyri-müəyyən və ya ümumi bir dövr, yaxud 1920-ci illər kimi xüsusi bir dövr ola bilər. Dini janrda çəkilmiş filmlər dövrü dram kimi qəbul edilə bilər, lakin belə əsərlər tarixi deyildirlər.
Dram (dəqiqləşdirmə)
Dram (teatr), Səhnə üçün yazılmış teatr pyesi. Dram (ədəbi növ), aktyorları üçün yazılmış epizodları emosional - fantastika janrında göstərmə sənətidir.
Dram (janr)
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik və lirik ilə yanaşı, 3 əsas ədəbi növdən biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur. Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması)və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. == Dram nəzəriyyəsi == Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır.
Dram filmi
Dram filmi — realistik xarakterlərin emosional obrazlarla ifadə olunması. Bütün digər janrlarda dramatik obrazlar və məqamlar tapmaq olar. Lakin dramatik filmlərin əsas məğzini dramatik hadisələr təşkil edir. Bu hadisələr çox zaman müəyyn insanların və ya ailənin ətrafında konfliktlərlə birlikdə cərəyan edir.
Dram teatrı
Dram Teatrı — opera, balet, kukla və pantomim teatrları ilə yanaşı teatrın janrlarından biri.
Komediya-dram
Komediya-dram — komediya və dram elementlərini birləşdirən dramatik əsərlər janrı. == Tarixi == Qədim yunanlarla başlayan ənənəvi şərq teatrı Sock və Buskin, yəni komediya və faciə olaraq ikiyə bölünürdü. Faciə adətən uydurma və ya tarixi qəhrəmanın ölümü ilə başa çatsa da, komediya orta səviyyəli personajların həyatına diqqət yetirir və onların nailiyyətləri ilə başa çatır. "Dram" termini tamaşanın bütün hərəkətlərini təsvir etmək üçün istifadə edilmişdir. 19-cu əsrdən başlayaraq Anton Çexov, Corc Bernard Şou və Henrik İbsen kimi yazıçılar komediya ilə dram arasındakı sərhədləri bulandırdılar. Radio teatrının, kinonun və xüsusən də televiziyanın meydana çıxması ilə komediya və ya dram kimi bir məhsulu aydın şəkildə müəyyən etmək üçün marketinqdə böyük təzyiqə səbəb oldu. Kütləvi informasiya vasitələrində komediya və dram açıq-aydın bir-birindən ayrılırdı, baxmayaraq ki, canlı teatrda fərq daha az əhəmiyyətli idi.
Mənzum dram
Mənzum dram — nəzmlə (şeirlə) yazılmış dram əsəri. Dramatik növün faciə və komediya kimi janrları hələ antik yunan ədəbiyyatında (Esxilin faciələri, Aristofanın komediyaları) mövcud olsa da, dram janrı orta əsrlərdən sonrakı dövrün məhsuludur. Dünya ədəbiyyatında mənzum dramın ilk nümunələrini U.Şekspir (XVI əsr), Azərbaycan ədədbiyyatında isə H.Cavid yaradıb. Mənzum dramın özünəməxsus səhnə həlli var. Əgər nəsrlə yazılmış dram əsərində sözlərin tam surətdə hərəkət və əməllə dolması şərtdirsə, mənzum dramda aktyor həm də şeiriyyətin gözəlliyini tamaşaçıya çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə çatdırılması deməkdir. Burada sözün fəlsəfi tutumu aktyorun ifasında aydın verilməlidir.
Peyğəmbər (dram)
Peyğəmbər — Azərbaycan yazıçısı və dramaturqu Hüseyn Cavidin 1922–1923-cü illərdə yazdığı dram əsəri. Əsər İslam dininin peyğəmbəri Məhəmmədin həyatından bəhs edir. "Maarifçilik və Mədəniyyət" jurnalında qismən dərc edilmişdir. İkinci və üçüncü dəfə "Azərnəşr" (1922–1923 və 1926) nəşriyyatında çap olunub . Tamaşa teatr səhnəsində qoyulmayıb. Hüseyn Cavidin bu əsərini fərqləndirən cəhət ondan ibarətdir ki, burda obrazlar yoxdur. Peyğəmbərin bir çox adları (Məhəmməd, Əhməd, Mustafa, Rəsul, Əkrəm, Mürsəl, Nəbi, ibn Abdulla, Məhəmməd Əmin, Mahmud və s.) olduğu da məlumdur. "Peyğəmbər" dramında Cavid Məhəmməd Peyğəmbərdən, "ibn Abdulla" və ya "Abdullanın oğlu" kimi bəhs edir. == Süjet == Dram dörd pərdədən ibarətdir və başlanğıc remarkasından etibarən tarixi gerçəkləri əks etdirir. Bu pərdələrin hər biri Məhəmməd Peyğəmbərin həyatının müəyyən dövründən (Bisat, Dəvət, Hicrət və Nüsrət) bəhs edir.
Vaqif (dram)
Vaqif — Səməd Vurğunun Molla Pənah Vaqifə həsr edərək 1937-ci ildə yazdığı mənzum dramıdır. Bu əsər Səməd Vurğunun yaradıcılığının zirvəsidir. Dram heca vəznində yazılmışdır və tarixi mövzusundadır. Vaqif ədəbiyyatımızda əsası ilk dəfə Cəfər Cabbarlı tərəfindən qoyulmuş tarixi qəhrəmanlıq dramıdır. Vaqif 1937-ci ildə yazılıb və 1938-ci ilin 5 oktyabrında tamaşaya qoyulub. Vaqif dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan Səməd Vurğun əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. Pyes Səməd Vurğunun yazdığı ilk səhnə əsəridir. "Vaqif" dramına görə Səməd Vurğun 1941-ci ildə "Stalin mükafatı"na layiq görülmüşdür. == İştirak edənlər == Vaqif - XVIII əsrin dahi Azərbaycan şairi. Ağa Məhəmməd şah Qacar - İran hökmdarı.
İnsan (dram)
İnsan dramı — Səməd Vurğunun 1945-ci ildə yazdığı və həmin ildə tamaşaya qoyulan "İnsan" fəlsəfi dramında şair gələcək həyatı , romantik vüsətlə əks etdirmiş., müharibəni odu-alovu içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı : " mən "İnsan" adlı beş pərtəli böyük mənzum dramı üzərində işləyirəm. İnsan mənim dördüncü mənzum dramımdır. Bu əsər üzərində işləmək mənə zövq verir. Çünki tarixi mövzularda yazdığım əvvəlki üç əsərimdən fərqli olaraq burada mən ilk dəfə öz müasirlərimi obrazlarına müraciət etmişəm və onların nəvələrini göstərməyə çalışmışam. Səməd Vurğun- un "İnsan" dramı bu günumüzlə səsləşən səhnə əsəridir.
Aleks Dram Houks
Aleks Dram Houks (ing. Alex Drum Hawkes; 1927 – 1977, Kinqston) — ABŞ botaniki. == Əsərləri == Editor of The Horticulture Publications, Coconut Grove, Florida Editor of COOKERY NOTES (1960s-70s) Coconut Grove, Florida (FL.) Recipes by Alex D. Hawkes South Florida Cookery: Unique Recipes from the Tropics and Elsewhere (1964) Wake-Brook House, Coral Gables, Florida Tropical Cookery (1960s) The Shrimp Cookbook: 140 Wonderful Ways To Serve Shrimp (1966) Culinary Arts Institute, Chicago, Illinois A World of Vegetable Cookery: An encyclopedic treasury of recipes, botany, and lore of the vegetable kingdom (1968) Simon & Schuster, New York [Rev. ed. 1984] illustrations by Bill Goldsmith Cooking with vegetables : an encyclopedic treasury of recipes, botany, and lore of the vegetable kingdom (REVISED) Eating Out in Jamaica: A Unique Guide to Good Eating (1971) DMP Publications Ltd., Kingston, Jamaica The Rum Cookbook (1972) William Collins & Sangster, Jamaica Photography by Maria La Yacona The Flavors of The Caribbean & Latin America: a personal collection of recipes (1977) Viking, New York illustrations by Lynda West Compiled & Foreword by Elisabeth Lambert Ortiz Qəzet, televiziya, radio Garden Club of the Air (1960) WTHS-TV, Miami, Florida The Miami Herald (1960s) Miami News (1960s) The Tropical Gardener (1961) WTHS-TV, Miami, Florida Tropical Gardener (1962) Radio — WFFG, Marathon, Florida Keys (World's Finest Fishing Grounds) St.
Azərbaycan Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və ya qısaca AzDrama — Bakıda yerləşən akademik dram teatrı. == Tarixi == Görkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M. F. Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. 1918-ci il oktyabrın 18-də Cümhuriyyət Hökuməti xalq maarifi nazirinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsini dinləyərək, teatr üçün Mayılov Qardaşları Teatr binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) almaq barədə qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Bakıda Dövlət Teatrının yaradılmasının vacibliyini və bu məqsəd üçün daha çox Mayılov qardaşları Teatr binasının yararlı olduğunu nəzərə alaraq, xalq maarifi nazirinə tapşırılsın ki, Mayılov Qardaşları Teatrını məcburi surətdə, lakin ədalətli qiymətlə, dövlət teatrı üçün öz sərəncamına alsın, onun satınalma qiymətini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratsın və həmin teatr bundan sonra Dövlət Teatrı adlandırılsın. Cümhuriyyət dövründə Dövlət Teatrı səhnəsində opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, onda mühüm dövlət tədbirləri üçün istifadə etmək nəzərdə tutulurdu. Zülfüqar və Üzeyir Hacıbıyli qardaşları truppasının bütün tədbirləri Dövlət Teatrının səhnəsində keçirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Teatrı öz pərdələrini ilk dəfə 1918-ci il noyabrın 4-də Hacıbəyli qardaşları truppasının hazırlağı, Nəriman Nərimanovun "Nadir Şah" faciəsinin tamaşası ilə açdı. 1919–1920-ci illərdə teatrın səhnəsində daha çox Üzeyir Hacıbəylinin opera və operattaları göstərilirdi.
Ağdam Dram Teatrı
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərən dram teatrlarından, eləcə də Qarabağ mədəniyyətinin nümumələrindən biri. Ağdam Dövlət Dram Teatrı Qarabağın Ermənistan ordusu tərəfindən işğalından sonra məcburi köçkün rayonun müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini davam etdirir. Teatrın yaradıcı kollektivi Ağdam şəhərinin ermənilər tərəfindən işğalı və məhvi nəticəsində iş yerlərini tez-tez dəyişmək məcburiyyətində qalır. == Tarixi == Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Ə.Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılmışdır. İki il gərgin işdən sonra 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə açılmışdır. Uzun illər ictimai əsaslarla fəaliyyət göstərmişdir. 1923-cü ildə teatra "dövlət teatrı" statusu verilmiş[mənbə göstərin], 1937-ci ildən isə teatra Ə. Haqverdiyevin adı verilmişdir. İlk günlərdən teatrın yaradıcı kollektivində Əməkdar Artistlər Qaflan Muradov və Narınc Məlikova çalışırdı. 1937—1941-ci illərdə teatrda qoyulmuş C. Cabbarlının "Aydın", S. Vurğunun "Vaqif", G. Mdivaninin "Vətən namusu", Z. Hacıbəyovun "Evliykən subay", Ü. Hacıbəyovun "O olmasın, bu olsun", N. Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" kimi tamaşaları öz ideya mükəmməlliyi ilə seçilirdi. Teatr Azərbaycan əsərləri ilə yanaşı, rus, belarus, gürcü dramaturgiyasına da müraciət edirdi.
Ağdaş Dram Teatrı
Ağdaş Dram Teatrı — Nəcəf bəy Vəzirov adına Ağdaşda fəaliyyət göstərmiş Dövlət Dram Teatrı. == Tarixi == 1939-cu ilin sonlarında yaradılıb və Nəcəf bəy Vəzirovun adı verilib. İlk tamaşası 1 yanvar 1940-cı ildə Sabit Rəhmanın "Toy" komediyası olub. Bundan sonra Üzeyir Hacıbəyovun Leyli və Məcnun operası səhnəyə qoyulmuşdur. Teatrın bədii rəhbəri ayrı-ayrı vaxtlarda Məmmədəli Qasımov, Cəlil Bağdadbəyov, Yusif Yulduz, Ağəli Dadaşov və İbrahim Qaradağlı olublar. Rəssamlar Bəhram Əfəndiyev, Tələt Şaxtaxtinski, Əsgər Abbasov, Gülməmməd Əliyev, İvan Qorbunov müxtəlif tamaşalara səhnə tərtibatı veriblər. Musiqi hissə müdiri müxtəlif vaxtlarda Əhməd Ağdamski və Əkrəm Əfəndiyev idi. Truppanın üzvləri: Məmmədəli Qasımov, Ümid İsrafilov, Arif Hacıyev, Rasim Səmədov, Əbülqasım Məmmədov, Cəmil İmanov, Ağaisa Məmmədov, Habil Məmmədov, Məhərrəm Novruzov, Qafar İsgəndərov, Rza Nadirov, Ağaibrahim Əzizov, Mustafa Süleymanov, Bəhram Çələbiyev, Böyükağa Abbasov, Məmmədtağı Cəfərov, Yəhya Əhədzadə, Habil İsmayılov, Qəzənfər İsmayılov, Rasim Səmədov, Rəhimə Tağıyeva, Rübabə İmanova, Şərqiyə Pepinova, Səfurə Həsənzadə, Tamara Abbasova, Şəfiqə Hüseynova, Şərqiyə Həsənova, Lyuba İmanova, Yelena Çtanova, Olya Nadirova, Marusya Hacıyeva, Rəhilə Tağıyeva, Cəmilə Bədirli. Xalq artistlərindən kaman ustası Habil Əliyev (musiqi dəstəsində) və Gəncə Teatrının aparıcı sənətkarlarından olan Sədayə Mustafayeva bir müddət bu kollektivdə çalışıblar. Rejissor və aktyor İbrahim Qaryağdı 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
Başqırdıstan Dram Teatrı
Başqırdıstan Dram Teatrı (tam adı: Məjit Qafuri adına Başqırdıstan Dram Teatrı; başq. Мәжит Ғафури исемендәге Башҡорт дәүләт академия драма театры) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində fəaliyyət göstərən dram teatrı. == Tarixi == Teatrın əsası 4 dekabr 1919-cu ildə Sterlitamakda 1-ci Başqırdıstan Dövlət Teatrı kimi qoyulmuşdur. İlk bədii rejissoru və direktoru V.Q. Murtazin-İmanski olmuşdur. 1922-ci ildən Ufaya köçürülmüş, Ufa Dövlət nümunəvi teatrının tatar-başqırd truppası ilə birləşdirilmişdir. Burada başqırd və tatar müəlliflərinin pyesləri, həmçinin rus və dünya klassiklərinin əsərləri tamaşaya qoyulurdu. 1929-1930-cu illər teatr üçün dönüş mövsümü olmuşdur. Belə ki, həmin mövsümdə teatr başqırd ədəbi dilinə keçmiş və Moskvadakı Malı Teatr ilə yaradıcılıq əməkdaşlığı haqqında müqavilə bağlamışdır. Teatrın tarixində V.Q. Murtazin-İmanski, Z.İ. Bikbulatova, T.M. Biktaşeva, L.V. Valiyev, V.Q. Qalimov, T.Q. İmaşev, R.V. İsrafilov, M.A. Maqadeyev, A.K. Mübarəkov, Ş.M. Murtazina, A.Q. Sadıkova, R.S. Sırtlanov, Q.R. Şamukov, X.Q. Yarullin və başqalarının böyük rolu olmuşdur. 1935-ci ildən akademik dram teatrı statusuna malikdir.
İçke Draj (Şaran)
İçke Draj (başq. Иҫке Драж), rus. Стародражжево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 21 km, kənd sovetliyindən (Pisarev): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 51 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (69%) üstünlük təşkil edir.
Şaxtı Dram Teatrı
Şaxtı Dram Teatrı — Rostov vilayəti, Şaxtı şəhəri ərazisində yerləşən teatr. Teatr 1929-cu ildən fəaliyyət göstərir. Hazırda teatr Şevçenko keçəsi 143 ünvanında yerləşir. Teatrın əvvəlki adı Şaxtı şəhər «Plast» Dram Teatrı (1992—2006). == Tarix == Şəhərdə ilk teatr trupbası 1923-cü meydana gəlmişdir. Teatr trupbası əsasən şaxtaçılardan və sadə işçilərdən toplanmışdı. Bir müddət sonra onlar artıq professionallara çevrilsələr də onların uzun zaman binası olmamışdır. 1929-ci ildə Sovetski küçəsində bir binada teatr açılır. Bu tatrın tarixi olaraq qeyd edilir. İlk səhnəyə qoyulan tamaşa Aleksadr Vasileviç Suxovo-Kobılının «Kraçinskinin toyu» tamaşası olmuşdur.
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Oraq
Oraq — kənd təsərrüfatı aləti. Taxıl, qismən də ot biçinində istifadə edilir. Kiçik polad tiyədən və ağac sapdan ibarətdir. Dişsiz olması ilə çindən fərqlənir. Tiyənin arxa tərəfi ağac sapa geydirilir. Neolit dövründə yaranmışdır İlk dəfə Ön Asiyada tapılmışdır. Oraq gövdəsi ağac, sümük və gildən olurdu, sonralar isə tunc, dəmir və poladdan da hazırlanırdı. Arxeoloji qazıntılar zamanı Azərbaycanda tapılmış qədim oraqlarla XX əsrdə istifadə olunan oraqlar arasında oxşarlıq var. Oraq "urak" adı ilə bir sıra türkdilli xalqlar arasında da yayılmışdır. Həyətyanı təsərrüfatda işlədilir.
İraq
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
Daraq
Maqazin — tapança, tüfəng, avtomatik silah, yüngül pulemyot, avtomatik snayper tüfəngi kimi odlu silahın güllələrini atəşə hazır vəziyyətdə saxlayan bir cihazdır. Silahın xüsusiyyətlərinə görə 7, 9, 14 və s. növləri mövcuddur. Sinə-sinəyə həyata keçirilən küçə döyüşlərində istifadə olunan qısa lüləli 9 mm çaplı Stenlərin maqazinləri 32 sm uzunluğundadır və fleuber mərmi atan kiçik kalibrli yivli-setli tüfənglərinki isə daha yüksək tutuma malikdir.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1. Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır.
Şimali İraq
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. == Tarixi == === İraq mandatı === Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
Əqrəblər (İraq)
Əqrəblər — İraqdakı işğal müqavimət qruplarından biridir. Əfqanıstandakı Taliban kimi, Əqrəblərin də Əl-Qaidə və İraq İslam Ordusu ilə əlaqəli olduğu düşünülür. Onun əsas düşmənləri; ABŞ, İngiltərə, NATO, ISAF və Koalisiya dəstəkli İraq hökumətidir. 2003–2004-cü illər arasında qurulub. Bu gün də aktivdir. Ayrıca konkret bir rəhbəri və ya komandir yoxdur. Baas Partiyasının hərbi üzvləri və generalları ABŞ və müttəfiqlərinin İraq ilə müharibəsində İraqın müharibəni itirəcəyini biləndə son ümid olaraq Mehdi Ordusuna alternativ kimi qurmuşdurlar. Lakin sonra təşkilat daha müstəqil bir quruluşa sahib idi. Bu, əsasən bir rəhbərinin olmaması ilə əlaqədardır, çünki Səddam Hüseyn və digər İraq siyasətçiləri ya edam edilmiş, ya da həbs edilmişdilər.
Dreq-kvin
Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
Dreq Kvin
Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
İraq Kürdistanı
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. == Tarixi == === İraq mandatı === Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
İraq əməliyyatı
İraq əməliyyatı (Böyük Britaniyada İngiltərə-İraq müharibəsi kimi tanınır, ing. Anglo-Iraqi War) — İkinci Dünya müharibəsi zamanı Böyük Britaniya silahlı qüvvələrinin İraq Krallığı qoşunlarına qarşı strateji hərbi əməliyyatı. == Tarixi == İngiltərənin Avropa və Şimali Afrikadakı məğlubiyyətlərindən sonra İraqın baş naziri Rəşid Əli əl-Geylani, İraq Baş Qərargahının rəisi Əmin Zəki Süleyman və polkovniklər Salah əd-Din əs-Sabahın rəhbərlik etdiyi almanpərəst millətçi "Qızıl Meydan" qrupu, Mahmud Salman, Fəhmi Səid və Kamil Çabib 1 aprel 1941-ci ildə Böyük Britaniyaya qarşı hərbi çevriliş həyata keçirdilər. Şahzadə Əbd al-İlah və ingilispərəst nazirlər Bağdaddan qaçdılar. Əl-Geylani sui-qəsdçilərin yaratdığı "milli müdafiə" hökumətinə rəhbərlik edirdi. Britaniya hərbi bazaları istisna olmaqla, ölkənin demək olar ki, bütün ərazisi yeni hökumətin nəzarətinə keçdi. Beyməlxalq dəstək qazanmağa çalışan yeni hakimiyyət SSRİ ilə diplomatik əlaqələr qurdu. Aprelin 17-də baş nazir Rəşid Əli əl-Geylani Milli Müdafiə Hökuməti adından Britaniya ilə müharibə olacağı təqdirdə faşist Almaniyasına hərbi yardım üçün müraciət etdi. Üçüncü Reyx İraqın yeni hökumətinə müsbət cavab verdi. Almaniya mayın 7-də Vişi rejimi ilə razılaşaraq Fransanın mandatı olan Suriya vasitəsilə İraqa hərbi texnika göndərməyə başladı.
İraq müharibəsi
İraq müharibəsi — ABŞ və onun müttəfiqlərinin İraqa Səddam Hüseyn rejmini devirmək məqsədilə müdaxiləsi. == Müharibə əvvəli geosiyasi vəziyyət == 1980–1988-ci illər İranla müharibədən sonra iqtisadi cəhətdən zəifləməsinə baxmayaraq, İraq 1990-cı ilin 2 avqustunda qonşu Küveytə qarşı hərbi təcavüzə başlayır. İraq hökuməti sübut etməyə çalışmışdır ki, Osmanlı imperiyası dövründə Küveyt Bəsrə vilayətinin bir hissəsi kimi İraqın tərkibində olmuş sonralar isə zorla ingilis müstəmləkəçiləri tərəfindən Bəsrə vilayətindən qoparılmışdır. BMT-nin Təhlükəsizlik Şurası İraqa zəbt etdiyi ərazidən öz qoşunlarını geri çəkmək üçün 1991-ci ilin 15 yanvarına qədər vaxt vermişdir. Bir gün sonra, daha doğrusu, yanvarın 16-dan 17-nə keçən gecə şərti adı " "Səhrada tufan" " əməliyyatı ilə tərkibi əsasən ABŞ, Böyük Britaniya, Fransa və bəzi ərəb ölkələrinin qoşunlarından ibarət çoxmillətli hərbi qoşun kontingenti Küveytin ərazisinə daxil olub İraqla müharibəyə başlayır və qısa müddət ərzində Küveyt ərazisi İraq qoşunlarından təmizlənir. Bununla "ürəyi soyumayan" BMT-nin Təhlükəsizlik Şurası İraqa qarşı daha sərt tədbirlərə əl atır və müxtəlif sanksiyalar tətbiq etməyə başlayır. Başqa sözlə desək İraqdan hər cür xammal və hazır məhsulun çıxarılmasına ilk növbədə neftin və təbii qazın ixracına, eləcə də ərzaq və dərman məmulatları istisna olmaqla İraqa xammalın, hazır məhsulların, xüsusilə hərb sənayesinə kömək edəcək məmulatların idxalına qadağa qoyulur. 1998-ci ilin dekabrında ABŞ və Böyük Britaniya hərbi hava və hərbi dəniz qüvvəlləri İraqı, ilk növbədə Bağdadı raket atəşinə tutur. ABŞ rəhbərliyindəki müttəfiq qüvvələr 1993, 1996, 1998 və 2001 illərdə İraqa qarşı hava hücumları, sonra tətbiq olunan BMT embarqosu 1996-cı ildə başlayan qida qarşılığı Neft proqramı ilə yumşaldıldı. ABŞ-nin İraqa mümkün ola biləçək hərbi müdaxiləsi haqqında ilkin ehtimallar Kütləvi informasiya vasitələrində 2001-ci il 11 sentyabr hadisələrindən sonra peyda olmağa başladı.
Bəşir (İraq)
Bəşir (ərəb. قرية بشير, Bašīr‎, türk. Beşir) İraqın Kərkük mühafəzəsinə tabe olan kənddir. Əhalisi şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. Kənd 2014-cü ilin iyununda İŞİD tərəfindən ələ keçirilib. 1 may 2016-cı ildə İraq qüvvələri tərəfindən geri alınıb.
Qaratəpə (İraq)
Qaratəpə (ərəb. قرة تبة‎, türk. Karatepe) — İraqın Diyalə mühafəzəsində şəhər. Əhalisi əsasən şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. Kifridən cənubda yerləşir. Şəhərin adı Türk mənşəlidir. == Tarix == 1820-ci ildə Klaudi Riç Qara Təpəyə baş çəkərək onu türkmənlərin məskunlaşdığı bir kənd kimi təsvir edir. 1805-ci ildə 700 evi var idi amma kəndin əhalisi hökumət zülmündən buranı tərk etdiyi üçün, buradakı evlərin sayı 75-ə düşmüşdür. Ceyms Bukingem 1820-ci illərdə Qaratəpəyə baş çəkmiş və onu türkmənlərin məskunlaşdığı kənd kimi təsvir etmişdir. O, kəndin əhalisini 1000 nəfər və sahəsini Kifrinin yarısı qədər qiymətləndirmişdir.
Əmirli (İraq)
Əmirli (ərəb. آمرلي‎, türk. Emirli) — İraqın Səlahəddin mühafəzəsində şəhər. Əhalisi əsasən şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. Şəhər İran sərhədindən təxminən 100 kilometr aralı yerləşir. Əkinçilik bölgəsinin mərkəzidir. == Tarix == === 2007-ci ildə bombalama === 7iyun2007-ci ildə İŞİD tərəfindən Əmirli bazarında törədilən partlayış nəticəsində 165 nəfər həlak olmuş, 350 nəfər yaralanmışdır. === 2014-cü ildə İŞİD tərəfindən mühasirəyə alınması === Şəhər və onun 20,000-ə yaxın şiə müsəlman türkmən əhalisi 2014-cü ilin iyun ayından başlayaraq İŞİD tərəfindən mühasirəyə alınıb. Ərzaq, su və təchizat tükənmək üzrə idi. BMT nümayəndəsi bildirib ki, "Əmirlidə insanların vəziyyəti çıxılmazdır və vətəndaşların mümkün qətliamının qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələb edilir".
Dreq kvin
Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
İraq ədəbiyyatı
Osmanlı imperiyasının geridə qalmış əyalətlərindən biri olan İraqda mədəni dirçəliş Misir və Suriyaya nisbətən daha ləng gedirdi. İqtisadi gerilik, Qərb ölkələri ilə əlaqələrin zəifliyi, ölkəni bürümüş savadsızlıq və cəhalət maarifçilik hərəkatının İraqda zəif olması elm və mədəniyyətin inkişafında bir maneə idi. == Tarixi == XIX əsrin ikinci yarısında İraq Türkiyədən göndərilən valilər tərəfindən idarə olunurdu.
İraq krallığı
İraq krallığı (ərəb. المملكة العراقية الهاشمية‎) — 1932-1958-ci ildə mövcud olan konstitusiyalı monarxiya. Birinci Dünya Müharibəsinin Orta Şərq cəbhəsində Osmanlı imperiyasının məğlub edilməsinin ardından bölgədə Birləşmiş krallığın müstəmləkəsi kimi 23 avqust 1921-ci ildə İraq Mandat Rejimi quruldu. 1930-cu ildə tərəflər arasında bağlanan sazişin ardından 1932-ci ildə Birləşmiş Krallığın bölgədəki formal idarəsi sona çatdı və İraq Haşimilər krallığı müstəqillik qazandı. === Krallar === == Mənbə == === Ədəbiyyat === Gareth Stansfield; Anderson, Liam D. (2004). The Future of Iraq: Dictatorship, Democracy or Division?. Basingstoke: Palgrave Macmillan. ISBN 1-4039-6354-1 Donabed, Sargon (2015). Reforging a Forgotten History. Edinburgh University Press.