Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sətir keçirmə
Sətir keçirmə (ing. line feed (LF)) – kursorun və ya çap başcığının yerini dəyişmədən kompüterə və ya printerə informasiyanı cari sətirdən bir sətir aşağıda çıxarmaq komandasını verən idərəedici simvol. Məsələn, Bu, mətnin bir sətridir. cümləsinin sonunda qoyulmuş sətir keçirmə simvolu kursoru və ya printerin çap başcığını bir sətir aşağı nöqtənin altına hərəkət etdirəcək. Kursoru və ya printerin çap başcığını yeni sətrin başlanğıcına hərəkət etdirmək üçün sətir keçirmə simvolu karetin dönüşü simvolu ilə (CARRIAGE-RETURN CHARACTER) müşayiət olunmalıdır. ASCII yığınında sətir keçirmə simvolunun onluq qiyməti 10-dur (onaltılıq 0Ah). Adətən, sətir keçirmə və karetin dönüşü (onluq qiyməti 13, onaltılıq qiyməti 0Dh) simvolları bir-birinin ardınca gəlir və bu kombinasiya çox zaman sətir keçirmə-karetin dönüşü kimi qeyd olunur. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qətl gününün mühakiməsi
Qətl gününün mühakiməsi (ing. The Doomsday Conspiracy) — Sidni Şeldonun 1991-ci ildə yazdığı romandır.
Yeddinci günün adventistləri
Yeddinci Günün Adventistləri — protestant xristian məzhəbi. 1831-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının Hempton şəhərində yaşamış baptist icmasının moizəçisi Uilyam Miller vaiz kürsüsünə çıxaraq, İsa Məsihin ikinci zühurunun yaxınlaşdığını bildirmişdir. Onun sözlərinə görə, bu əlamətdar hadisə on iki il sonra, yəni 1843-cü il martın 21-də baş verməli idi. Uzun illər Bibliyanı tədqiq etdikdən sonra belə nəticəyə gəldiyini iddia edən və bu məqsədlə "Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən dəlillər" adlı kitab nəşr edən Miller qısa müddətdə həm ölkəsində, həm də onun hüdudlarından kənarda xeyli tərəfdar toplamışdır. Beləliklə, yeni xristian dini cərəyanının əsası qoyulmuş və Millerin ardıcılları adventistlər (latınca "adventus" – zühur etmək) adlanmağa başlamışlar. İsa Məsihin gəlişini səbirsizliklə gözləyən Millerin ardıcılları onun alovlu nitqlərini maraqla dinləmiş və həmin ana sidqi-ürəklə hazırlaşmışlar. Bu "tarixi gün" gəlib çatdıqda minlərlə insan əllərində gül dağlara qalxaraq İsa Məsihi qarşılamağa çıxmış, lakin bunun baş vermədiyini görüncə məyus olmuşlar. İnamını itirməyən və insanlar qarşısında yalançı çıxmaq istəməyən Müller İsa Məsihin növbəti ilin yazında gələcəyini bildirmişdir. 1844-cü ilin yazında gözlənilən zühur baş vermədikdə, Miller yeni tarix müəyyənləşdirmişdir. Onun fikrincə, İsa Məsih 1844-cü ilin oktyabrında gəlməli idi, lakin bu da olmayınca, Miller və ardıcılları ümidsizliyə qapılmış, bu dövr cərəyanın tarixinə "Böyük məyusluq" adı ilə düşmüşdür.
Üçüncü günün adamı
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Günün cəngavəri (film, 2010)
Günün cəngavəri (ing. Knight and Day) — Ceyms Menqoldun rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan döyüş komediya filmi. == Süjet xətti == Tom Kruz təsadüfən adi bir qızla — Kameron Diazla tanış olan qəhrəman gizli agentdir və o tanış olduğu həmin qızı tükənməz enerji mənbəyi yaratmağın açarı olan super güclü batareyanı öz cinayətkar məqsədləri üçün istifadə etməyə çalışan cinayətkarlardan mühafizə etmək vəzifəsinə cəlb edir. Filmdə deyilir ki, bu akkumulyator hətta kiçik bir şəhəri də mütəmadi olaraq enerji ilə təmin etməyə qadirdir: bu batareyanı ələ keçirmək üçün bundanda gözəl səbəb ola bilərmi? Gizli agent batareya ilə birlikdə onu yaradan gənc alimi — yenicə məktəbi bitirmiş və təkbaşına yaratdığı batareyasını onlardan müdafiə edə bilməyən cinayətkarlardan mühafizə etməlidir. Bu zaman agentlə qız arasında sevgi münasibətləri də yaranır, lakin onlar bu münasibətləri ön plana çəkmirlər, onların əsas vəzifəsi batareyanı cinayətkarlardan hifz etməkdir.
Günün qəhrəmanı (film, 2014)
Günün qəhrəmanı — rejissoru Siddharth Anand və ssenari müəllifləri Abbas Tywala, Sujoy Ghosh və Suresh Nair olan 2014-cü ildə çəkilmiş hindi dilli döyüş komediya filmidir. Fox Star Studios tərəfindən istehsal olunan və 2010-cu ildə ekranlara çıxarılmış Gecə və Gündüz Amerika filminin rəsmən remeyki olan filmin baş rollarında Hritrik Roşan və Katrina Kaif, köməkçi rollarda isə Caved Jaffrey və Denni Denzonqpa çəkilmişdirlər. Xüsusi bir səhnədə isə Cimmi Şeirgil iştirak etmişdir.
Günün soyuq işığı (film, 2012)
Günün soyuq işığı (ing. The Cold Light of Day) rejissor Mabrouk El Meçrinin çəkdiyi 2012-ci il ABŞ və İspaniya istehsalı olan döyüş/triller filmidir. == Məzmun == Vill Şau ailəsi ilə birgə yay tətilini keçirtmək üçün İspaniyaya gedir. Qayıqda olarkən üzərək sahilə gələrək dərman alan Vill geri qayıtdıqda qayıqda heç kimin olmadığını görür. Ailəsini mafiya tərəfindən qaçırıldığını öyrənir və ailəsi qarşılığında bir vacib çamadanı taparaq həmin adamlara verməlidir. Həm sağ qalmaq həm də ailəsini xilas etməyə çalışan Vill eyni zamanda da atasının bir vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsində işlədiyini öyrənir. Bundan başqa atasının başqa qadından olan qızı ilə təsadüfən tanış olur və birlikdə bu çətin vəziyyətdən çıxmağa çalışır.
Üçüncü günün adamı (film, 2017)
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Yay gününün xəzan yarpaqları (film, 1986)
Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya-atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır. Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi (film, 1939)
Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi qısametrajlı sənədli filmi rejissor Əli Musayev tərəfindən 1939-cu ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Filmdə Bakıda Beynəlxalq Gənclər gününün 25 illiyinin təntənə ilə bayram edilməsindən, bayram tədbirlərindən danışılır. == Məzmun == Filmdə Bakıda Beynəlxalq Gənclər gününün 25 illiyinin təntənə ilə bayram edilməsindən, bayram tədbirlərindən danışılır.
IX beynəlxalq gənclər gününün bayram edilməsi (film, 1923)
IX beynəlxalq gənclər gününün bayram edilməsi qısametrajlı sənədli filmi 1923-cü ildə çəkilmişdir. Film "AFKİ"də istehsal edilmişdir. Filmdə Bakıda keçirilən təntənəli bayram, idmançıların çıxışları, komsomolçuların paradı və s. barədə danışılır. == Məzmun == Filmdə Bakıda keçirilən təntənəli bayram, idmançıların çıxışları, komsomolçuların paradı və s. barədə danışılır. == İstinadlar == == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Ekman qanunu
Habbl qanunu
Habbl qanunu — qalaktikaların bir-birindən uzaqlaşma sürətini ifadə edir. ABŞ astronomu Edvin Habbl tərəfindən kəşf edilmiş bu qanun alimin şərəfinə adlandırılmışdır və astronomiyanın fundamental qanunlarından biridir. == Qanun == İstənilən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşmasının nisbi sürəti, aralarındakı məsafə ilə düz mütənasibdir. υ = H ⋅ D {\displaystyle \upsilon =H\cdot D} Burada D {\displaystyle D} - qalaktikalar arasındakı məsafə, υ {\displaystyle \upsilon } - qalaktikanın birinin digərinə nəzərən hərəkət sürəti, H {\displaystyle H} - Habbl sabiti olub, sürət artmasının məsafə artmasına nisbətini ifadə edir. == İsbatı == Kainatın quruluşunu təsəvvür etmək üçün aşağıdakı müşahidə faktlarından istifadə edilmişdir: mikrodalğalı diapazonda Kainatın relikt şüalanma fonunun kəşfi; qalaktikaların bir-birinə nəzərən böyük sürətlə uzaqlaşmaları; Kainatda əsas kimyəvi elementlər olan hidrogen və helium elementlərinin nisbəti. Kainat quruluşunun müasir modelinə verilən əsas tələb ondan ibarətdir ki, həmin model bu müşahidə faktları ilə ziddiyyət təşkil etməsin. 1923-cü ildə Habbl Andromeda dumanlığının spiralşəkilli qollarında bir neçə parlaq dəyişən ulduz müəyyən etmişdir. Bu ulduzların parlaqlıq əyriləri (parlaqlığın zamandan asılılıq funksiyası) bizim Qalaktikada Sefeidlər adlanan dəyişən ulduzların parlaqlıq əyrilərinə bənzəyir. Habbl, ulduzların spektr xətlərinin spektrin qırmızı ucuna tərəf sürüşməsinə və Andromeda dumanlığındakı ən parlaq ulduzların görünən parlaqlığına əsasən, həmin qalaktikalara qədər məsafələri qiymətləndirmişdir. Nəticədə müəyyən edilmişdir ki, spektrdə xətlərin qırmızı tərəfə sürüşməsi qalaktikaya qədər olan məsafə ilə mütənasib olaraq artır.
Hays Qanunu
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Hess qanunu
Hess qanunu — 1836-cı ildə Hess tərəfindən təcrübi nəticələrə əsasən termokimyanın əsas qanunu kəşf edilmişdir. Hess qanunu həmçinin reaksiya istilikləri cəminin sabitliyi qanunu da adlanır və aşağıdakı kimi istifadə olunur: — reaksiyanın istilik effekti prosesin yolundan (aralıq mərhələlərdən) asılı olmayıb, yalnız sistemin başlanğıc maddələr və reaksiya məhsullarının təbiətindən və halından asılıdır. Hess qanunu izoxor-izotermik və izobar-izotermik şəraitdə gedən reaksiyalar üçün doğrudur. Bu qanun termodinamikanın birinci qanunundan əvvəl kəşf edilməsinə baxmayaraq onun riyazi nəticəsi olub, termokimyanın nəzəri əsasını təşkil edir. CH 4 ( q ) ⟶ C ( q ) + 4 H ( q ) {\displaystyle {\ce {CH4 (q) -> C (q) + 4H (q)}}} ; △H= 1664 kC/mol Bu qanundan müxtəlif termokimyəvi hesablamalardan istifadə olunur. Hess qanunu proseslərin istilik effektlərini təcrübi nəticələr olmadıqda və hətda onların ölçülməsi mümkün olmayan şəraitlərdə hesablamağa imkan verir. bu nəyinki kimyəvi proseslər, həm də həllolma, buxarlanma, sublimasiya, kristallaşma və s. proseslərədə aiddir. Bu qanunun tətbiqi istilik effektinə qoyulan tələblərin dəqiq ödənilməsini tələb edir. Termokimyəvi hesablamalar termokimyəvi tənliklərin köməyi ilə aparılır.
Huk qanunu
Huk qanunu — cismin deformasiyası zamanı yaranan elastiklik qüvvəsi, bu deformasiyanın ölçüsü ilə düz mütənasibdir. Huk qanunu 1660-cl ildə ingilis alimi Robert Huk tərəfindən kəşf olunmuşdur. F= -kx Huk qanunu ancaq kiçik deformasiyalarda doğrudur mütənasiblik həddini aşdıqda, gərginliklə deformasiya arasındakı asılılıq qeyri xətti olur. == Nazik çubuqlar üçün Huk qanunu == Nazik çubuğun dartılmasında Hüq qanunu aşağıdakı kimi yazılır: F = k Δ l . {\displaystyle F=k\Delta l.} Burada F {\displaystyle F} — qüvvə , Δ l {\displaystyle \Delta l} — mütləq uzanma я, а k {\displaystyle k} — elastiki modul . Elastikiyyət əmsalı materialın xassəsindən və ölçülərindən asılıdır. Aşkar şəkildə çubuğun ölçülərini istifadə edərək elastikiyyət əmsalını aşağıdakı kimi yazmaq olar. (kəsiyinin en sahəsi S {\displaystyle S} və uzunluq L {\displaystyle L} ) k = E S L . {\displaystyle k={\frac {ES}{L}}.} E {\displaystyle E} birinci növ elastiklik modulu və ya Yunq modulu və materialın mexaniki xarakterikdir. ε = Δ l L {\displaystyle \varepsilon ={\frac {\Delta l}{L}}} en kəsiyindəki normal gərginlik σ = F S , {\displaystyle \sigma ={\frac {F}{S}},} σ = E ε .
Kulon qanunu
Kulon qanunu – sükunətdə olan yüklü iki nöqtəvi cismin vakuumda qarşılıqlı təsir qüvvəsi onların yüklərinin modulları hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Bu qanunu 1785-ci ildə fransız alimi Şarl Kulon kəşf etmişdir. Şarl Kulon ilk dəfə bu qanunu burulma tərəzisinin köməyi ilə tapmışdır. == Düstur == F = k C | q 1 | | q 2 | r 2 {\displaystyle F=k_{C}{\frac {|q_{1}||q_{2}|}{r^{2}}}} Burada: F {\displaystyle F\ } qüvvət, q 1 {\displaystyle q_{1}\ } birinci kütlənin yükü, q 2 {\displaystyle q_{2}\ } ikinci kütlənin yükü, r {\displaystyle r\ } aralarındaki məsafə, k {\displaystyle k\ } tərs mütənasiblik əmsalıdır.
Lotka qanunu
Lotka qanunu (ing. Lotka’s law) — 1926-cı ildə ABŞ riyaziyyatçısı, fiziki kimyaçısı Alfred Lotka tərəfindən təklif edilmişdir. Lotka öz işində 2 verilənlər bazasından istifadə etmişdir, 1907–1916-cı illərdə çap olunmuş "Chemical Abstracts" jurnalında kimya sahəsinə aid olan məqalələr (yalnız soyadı A və B hərfi ilə başlayan müəlliflər); "Auerbach’s Geschichtstafeln der Physik" jurnalında fizika sahəsinə aid olan məqalələr analiz olunmuşdur. Elmi məhsuldarlığın Lotka qanunu ixtiyari elm sahəsində məqalələrin çap edilmə tezliyini öyrənir. X {\displaystyle X} sayda məqaləsi olan alimlərin sayı ( Y {\displaystyle Y} ) 1 məqaləsi olan alimlərin sayının ( C {\displaystyle C} ) 1 / X n {\displaystyle 1/X^{n}} hissəsinə təxminən bərabərdir (n≈2): Y = C X n ; {\displaystyle Y={\frac {C}{X^{n}}};} Misal üçün, əgər elmin bir sahəsəində əsərlərinin sayı 1-ə bərabər olan alimlərin sayı 100 olarsa, onda əsərlərinin sayı 2 olan alimlərin sayı 25, 3 məqaləsi olan alimlərin sayı 11, 4 məqaləsi olan alimlərin sayı 6 və s. olacaqdır. Nəhayət, 10 məqalə çap etdirən yalnız 1 alim olacaqdır. == Həmçinin bax == Bibliometriya == Ədəbiyyat == Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.
Mendel qanunu
Mendel qanunu — Qreqor Yohan Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin molekulyar mexanizmlərini və "təmiz qamet hipotezini" izah edən qanun. Mendel qanununun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur. Qeyd etmək lazımdır ki, Qreqor Yohan Mendelə qədər əldə olunmuş nəticələr qanun şəklində verməmişdir. XIX əsrin ortalarında (O.Sarje, Ş Noden) dominantlıq halı haqqında ilk təsəvvürlər meydana çıxmış olur. Çox vaxt birinci nəsil hibridləri bir-birilərinə və valideynlərin biri ilə (əlamət dominantlıq təşkil etdiyi üçün) oxşar olurlar. Resessiv olan və ya üzə çıxmayan əlamətlər itməyərək hibridlərin bibr-biri ilə çarpazlaşdırılmasından yaranan nəsildə üzə çıxa bilir. C. Qoss göstərmişdir ki, öz-özünə tozlanmada ikinci nəsil hibridlərində dominant əlamətlər iki cür: parçalanan və parçalanmayan ola bilirlər. Lakin tədqiqatçıların heç biri öz müşahidələrini nəzəri cəhətdən qiymətləndirə bilməmişdirlər. Növbəti iki biologiya imtahanından kəsilən Qreqor Yohan Mendel Avqustin monastrında abbatlıq etməyə başlamışdır.
Mur qanunu
Mur qanunu – Intel şirkətinin qurucusu Qordon Mur tərəfindən 1965-ci ildə irəli sürülmüş qanun. 1965-ci ildə Intel şirkətinin yaradıcısı Qordon Mur belə qanun ifadə etdi: istehsal olunan kompyüterlərin yaddaş həcmi hər iki ildə 2 dəfə artır. Əvvəlcə həmkarları buna skeptik yanaşdılar, amma sonra qeyd etdilər ki, qanun təkcə işləməklə kifayətlənmir, digər göstəricilərə də — prosessorun sürətinə, mikrosxemlərin ölçülərinə və s. də aiddir. Hər iki ildən bir kompyüterlər iki dəfə çox mükəmməl olur. Son illər Mur qanunu hətta sürətlənib. Tədqiqatçılar qeyd ediblər ki, "ikiqat yaxşılaşma hər il yarımda baş verir." Bu qanun əslində ilk dəfə 1865–1870-ci illərdə ortaya atılıb. Fikri ortaya atan İntel şirkətinin qurucularından olan mühəndis Qordon Murun şərəfinə Mur qanunu adlandırılıb. Mur qanununa görə kompyuterlərin gücü hər 18 aydan bir 2 dəfə artacaq. Bunun səbəbi isə müasir texnologiyanın əsasını təşkil edən yarımkeçirici cihazların getdikcə ölçülərinin kiçilməsi və bir səthə hər 18 aydan bir 2 dəfə artıq yarımkeçirici cihaz yerləşdirilə bilinməsidir.
Möhür Qanunu
1765-ci il tarixli "Möhür aktı" Böyük Britaniya Parlamentinin Amerikadakı İngilis koloniyalarına birbaşa vergi tətbiq edən və koloniyalardakı bir çox çap məhsullarının Londondan gələn möhürlənmiş kağız üzərində istehsal edilməsini tələb edən Böyük Britaniya Parlamentinin Aktı idi. Çap materialları arasında hüquqi sənədlər, jurnallar, oyun kartları, qəzetlər və koloniyalarda istifadə edilən bir çox digər kağız növləri var idi və onlar müstəmləkə dövrünün kağız pulları ilə deyil, Britaniya valyutası ilə ödənilməli idi. Verginin məqsədi Fransa və Hindistan müharibəsindən sonra Amerika koloniyalarında yerləşdirilən Britaniya hərbi qoşunlarının haqqını ödəmək idi, lakin müstəmləkəçilər heç vaxt Fransanın işğalından qorxmamışdılar və onlar iddia edirdilər ki, müharibədə öz paylarını artıq ödəyiblər. Amerikada Yeni kolonial sistemi meydana gətirən tədbirlərin sonuncusu, təşkil edilmiş ən böyük müqavimətə ilham verdi. "Möhür Qanunu" kimi tanınan bu qanun şərt qoyurdu ki, bütün qəzetlərə, plakatlara, pamfletlərə, lisenziyalara, icra müqavilələrinə və başqa qanuni sənədlərə vergi möhürü vurulsun. (Amerika gömrük agentlərinin topladığı) bu vergi koloniyaları "müdafiə etmək, onlara yardım etmək və onların təhlükəsizliyini təmin etmək" üçün istifadə olunmalı idi. Möhür Qanunu eyni zamanda biznesin hər hansı bir növü ilə məşğul olan adamlara da aid idi. Beləliklə, bu qanun Şimal və Cənubda, Şərq və Qərbdə Amerika əhalisinin ən güclü və bacarıqlı dəstələrindən olan jurnalistlər, hüquqşünaslar, ruhanilər, tacirlər və biznesmenlər arasında narazılıq hissi oyatdı. Tezliklə tacirlər müqavimət göstərmək üçün birləşdilər və idxaletməyən assosiasiyalar yaratdılar. Ana vətənlə ticarət 1765-ci ilin yayında çox ciddi şəkildə azaldı, çünki məşhur adamlar Möhür Qanununa qarşı çıxmaq üçün bir çox hallarda zorakı vasitələrlə özlərini "Azadlıq Oğulları" adı altında birləşdirərək, gizli təşkilatlar yaratdılar.
Om qanunu
Om qanunu — Elektrik dövrəsindəki naqildə gərginlik, cərəyan şiddəti və müqaviməti arasında münasibəti müəyyən edir. Qanun onu kəşf edən Georq Omun şərəfinə Om qanunu adlandırılmışdır. Om qanunu belədir: :Elektrik dövrəsindəki cərəyan şiddəti həmin hissədəki gərginliklə düz, müqavimətlə tərs mütənasibdir. Başqa sözlə, I = U R {\displaystyle I={U \over R}} , burada: I — cərəyan şiddəti (А), U — gərginlik (V), R — müqavimətdir (Om).
Optimum qanunu
Optimum qanunu — hər-hansı ekoloji amilin orqanizmlərə müsbət təsir göstərdiyi bir hədd. Optimum — ekoloji amilin müsbət təsir gücü verilmiş orqanizmdir. Ekoloji amilin çatışmazlığı kimi izafi təsiri də fərdlərin həyatında mənfi nəticələrə səbəb olur. Belə ki, ekoloji amilin maksimal və minimal qiymətləri böhran nöqtələri adlanır. Böhran hədlərindən kənarda orqanizmlər mövcud olmayıb, hətta məhv olur. Ekoloji amilin böhran həddinə yaxın qiymətləri isə pessimum adlanır. Böhran nöqtələri arasındakı dözümlülük həddinə konkret ekoloji amilə görə orqanizmin valentliyi deyilir. Növün mühit amillərinin dəyişkənliyinə uyğunlaşma dərəcəsi orqanizmlərin plastikliyi və ya ekoloji valentliyi adlanır. Ekoloji valentlik ekoloji amillərin elə bir diapazonu ilə ifadə olunur ki, bu diapazonda verilmiş növ normal həyat fəaliyyətini saxlaya bilir. Bu diapazon nə qədər geniş olarsa, ekoloji valentlik də bir o qədər yüksək olar.
Ouken qanunu
Ouken qanunu- işsizlik dərəcəsi ilə ÜDM-in artımı arasındakı əlaqəni əks etdirən qanundur. İşsizliklə ÜDM artımı arasındakı əlaqə ilk dəfə 1960-cı illərdə ABŞ İqtisadi Məsləhətçilər Konsulunun sədri vəzifəsində çalışan Artur Ouken tərəfindən araşdırılmışdır. A. Ouken ABŞ iqtisadiyyatındakı göstəricilər əsasında bu qanunauyğunluğu müəyyənləşdirmişdir. İşçilər istehsal prosesində iştirak etməzlərsə, yaradılması mümkün əmtəələr istehsal olunmayacaq. Bu makro səviyyədə potensial ÜDM-dən aşağı istehsal deməkdir. Ouken qanununa görə, mövcud işsizlik təbii işsizlikdən neçə faiz fərqlənərsə, potensial ÜDM ilə real ÜDM arasındakı fərq (ing. gap) iki qat çox olar. Bu qanunauyğunluğu aşağıdakı kimi təsvir edə bilərik: U D M p − U D M r U D M p = 2 ⋅ ( u r − u t ) {\displaystyle {\frac {UDM_{p}-UDM_{r}}{UDM_{p}}}={2\cdot (u_{r}-u_{t})}} U D M p {\displaystyle {UDM_{p}}} -Potensial ÜDM; U D M r {\displaystyle {UDM_{r}}} - Real ÜDM; u t {\displaystyle {u_{t}}} - Təbii işsizlik dərəcəsi; u r {\displaystyle {u_{r}}} - Real işsizlik dərəcəsi. Əgər işsizlik dərəcəsi təbii səviyyəsindən 2% çox olarsa, iqtisadiyyat öz potensial səviyyəsindən 4% aşağı olar. Ouken qanunu, həm də işsizliyin artmasının iqtisadi artımı necə azaltmasını əks etdirir.
Pareto qanunu
Pareto qanunu, Pareto prinsipi və ya 20-80 prinsipi – iqtisadçı və sosioloq Vilfredo Paretonun şərəfinə adlandırılmış empirik qaydadır. Mahiyyət etibarilə qısa formada belə qeyd etmək olar : əməyin 20%-i nəticənin 80% ni təmin edir, geridə qalan 80% sərf olunmuş əmək isə cəmi 20% nəticənin yaradıcısıdır. Bu qayda, qanun müxtəlif istiqamətli fəaliyyət sferalarında effektivlik faktorlarının analizində istifadə olunur və belə nəticəyə gəlinir ki, planlıaşdırılmış fəaliyyətin əhəmiyyətli hissəsinə ən vacib minimum zəruri resursları cəlb etməklə əldə etmək mümkündür,belə ki, sonraki artımlar və cəhdlər effektiv deyil və ya ümid olunan nəticəni təmin etmir. Bu qanunun meydana gəlməsi iqtisadçının 20-ci əsrin əvvəllərində vətənində - İtaliyada gəlirlərin bölüşdürülməsi ilə bağlı apardığı araşdırmaların nəticəsilə bağlıdır. Belə ki, müəyyən olunmuşdur ki, sərvətin 80% əhalinin 20%in əlində cəmlənmişdir. Bu maraqlı fakt onu bir qədər fikirləşməyə vadar edir və davamlı apardığı araşdırmalar nəticəsində rəqəmlərin nisbətinin qorunub-saxlanıldığını görür. 20-ci əsrin sonlarında Pareto qanunu çox populyarlaşdı və maraqlıdır ki, o hər sferada işləyirdi. 80/20 Prinsipinin ədalətliliyini sübut edən bir çox nümunələri biznesdə də tapmaq olar. Məhsul çeşidinin 20%-i adətən pul ifadəsində satışdan gəlirin 80%-ni verir, bunu 20% alıcı və ya müştəri haqda da demək olar. Bundan əlavə məhsul çeşidinin 20%-i və ya müştərilərin 20%-i adətən şirkətə gəlirin 80%-ni gətirir.
Parkinson qanunu
Parkinson qanunu — zamanın idarə olunması modellərindən biri. İlk dəfə 1955-ci ildə N. Parkinson tərəfindən "The Economist" qəzetində çap olunmuş essedə bəhs edilmiş bu qanununa görə, hər bir iş onun tamamlanmasına ayrılan bütün vaxtı əhatə edəcək şəkildə genişlənir. Bu qanunda göstərilir ki, gərəksiz əlavə vaxtın verilməsi işin səmərəliyini azaldır. Bu mənada işə müvafiq son tarix müəyyən etmək çox önəmlidir. Yaşlı bir qadının bütün gününü qardaşı qızına açıqca göndərməklə keçirməsi mümkündür. O, 1 saat açıqcanın, 1 saat eynəyinin, yarım saat isə ünvanın tapılmasına, 1,5 saat yazının məzmununa, 20 dəqiqə poçta gedəndə çətiri götürüb-götürməməyə qərar verməə xərcləmə bilər. Ancaq çox məşğul biri bütün bunlara çox qısa vaxt xərcləyib bitirə bilər.
Prays qanunu
Derek de Solla Prays — bibliometrik istinadların strukturu elmi-tədqiqat cəbhəsini xarakterizə edir. 1965-ci ildə elmin tarixçisinə çevrilən fizik Derek de Solla Praysməqalələr arasındakı istinadların strukturunu təqdim edən "Elmi məqalələrin şəbəkəsi" adlı nüfuzlu məqaləsini nəşr etdirmişdir. Bu məqalədə, məqalələr istinadlar vasitəsilə bir-biri ilə əlaqələndirilən şəbəkənin düyünləri kimi təsvir olunur. D. J. Prays bu şəbəkənin heyranedici xüsusiyyətlərini meydana çıxarmışdır. O, çoxlu sayda məqalələrin istinadlar siyahısını aşkarladıqdan sonra göstərmişdir ki, k dəfə istinad alan məqalələrin sayı pk, k artdiqca Pareto paylanması və ya qüvvət qanunauyğunluğuna əsasən azalır. Bibliometriya Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.
Qayıdış qanunu
Qayıdış qanunu (ivr. ‏חֹוק הַשְׁבוּת‏‎ , ḥok ha-shvūt) 5 iyul 1950-ci ildə qəbul edilmiş, yəhudilərə İsrailə gəlib yaşamaq və İsrail vətəndaşlığı almaq hüququ verən İsrail qanunudur. Qayıdış Qanununun 1-ci bölməsində deyilir: "Hər bir yəhudinin bu ölkəyə oleh [mühacir] olaraq gəlmək haqqı var." Qayıdış qanununda İsrail Dövləti, Sionist hərəkatın İsrailin bir yəhudi dövləti olaraq qurulmasını tələb edən "kredosunu" qüvvəyə mindirdi. 1970-ci ildə, bir yəhudi baba və yəhudi ilə evli bir şəxsə, Halaxanın pravoslav təfsirlərinə görə yəhudi hesab olunsa da, girmək və məskunlaşmaq hüququ genişləndirildi. İsrailə gəldiyi gün və ya daha sonrakı dövrdə, Oleh olaraq Qayıdış qanunu ilə İsrailə girən şəxs, həqiqətən də oleh olduğunu ifadə edən bir sertifikat alacaq. Oleh, vətəndaş olmaq istədiyinə və bu müddət ərzində vətəndaşlıqdan imtina edə biləcəyinə qərar vermək üçün üç ay müddətinə malikdir. Bir şəxs yəhudi xalqına qarşı yönəlmiş, ictimai sağlamlığa və ya dövlətin təhlükəsizliyinə təhlükə yaradan və ya ictimai rifahı təhlükəyə ata biləcək cinayət keçmişi olan bir fəaliyyətlə məşğul olarsa, oleh sertifikatı almaq hüququndan məhrum edilə bilər. Qayıdış qanunu 5 iyul 1950-ci ildə İsrail Parlamenti Knesset tərəfindən yekdilliklə qəbul edildi Tarix, sionist uzaqgörən Teodor Herzlin ölüm ildönümünə təsadüf etməsi üçün seçildi. Bildirildi: "Hər bir yəhudinin bu ölkəyə oleh olaraq gəlməyə haqqı var." İsrailin o vaxtkı baş naziri David Ben-Gurion, Knessetə verdiyi bir bəyannamədə, qanunun bir haqq vermədiyini, əksinə yəhudilərin artıq sahib olduğu bir hüququ təsdiqlədiyini iddia etdi: "Bu qanun, dövlətin xaricdə yaşayan yəhudiyə məskunlaşma haqqı verməsini təmin etmir; bu hüququn, yəhudi olması faktından ona xas olduğunu təsdiqləyir; Diaspora yəhudiləri. Bu hüquq Dövləti (sic) qabaqladı; bu hüququ dövləti qurur; Yəhudi xalqı ilə vətən arasındakı tarixi və heç vaxt kəsilməyən əlaqədə onun mənbəyini tapmaq lazımdır.
Qreşem qanunu
Qreşem qanunu (Kopernik — Qreşem qanunu kimi də tanınır) — iqtisadi qanun, əsas fikri odur ki: "Ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar". Qanun 1526-cı ildə Polşa astronomu, iqtisadçısı və riyaziyyatçısı Nikolay Kopernik (1473—1543) tərəfindən "Monetae cudendae ratio" (Sikkələrin zərb edilməsi haqqında) traktatında təsvir olunmuşdur və 1560-cı ildə İngiltərə maliyyəçisi Tomas Qreşem (1519—1579) tərəfindən tamamlanmışdır. "Dövlət tərəfindən süni şəkildə yüksək qiymətləndirilən pullar onun tərəfindən süni şəkildə aşağı qiymətləndirilən pulları dövriyyədən çıxardılar". "Ucuz pullar bahalı pulları dövriyyədən çıxardacaqlar". "Mübadilə məzənnəsi qanun tərəfindən quraşdırılanda, ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar". Bir çox ölkə hökümətləri sikkələri korlayırdılar. Korlama sikkənin nominal dəyərini dəyişmədən onun tərkibindəki qızıl və ya gümüş miqdarının azaldılmasından ibarət idi. Pulları "korlayaraq" dövlət tez-tez ortaya çıxan maliyyə çətinlikləri həll etməyə çalışırdı. Bu cür hərəkətlərin nəticələri bahalaşma və əhalidə "tam çəkili pulların" toplanması idi. Gündəlik həyatdan "tam çəkili pulların" yox olmas; və onların "qeyri-tam çəkili pullar" ilə əvəzlənməsi faktını erkən merkantilistlərdən biri və İngiltərə kraliçası I Elizabetin maliyyə müşaviri Tomas Qreşem qeyd etmişdir.
Sabitlik qanunu
“Sabitlik qanunu”– belə ki, biosferin canlı maddəsinin miqdarı sabit kəmiyyətdir. Bu qanun ilk dəfə V.İ.Vernadski tərəfindən şərh edilmişdir: Belə ki, qanunun əsas mahiyyəti ondan ibarətdir ki, biosferin canlı maddəsinin miqdarı (müəyyən geoloji vaxt ərzində) sabit kəmiyyətdir. Bu qanun daxili dinamiki tarazlıq qanunu ilə sıx əlaqədardır. Sabitlik qanununa görə biosferin hər hansı bir sahəsindəki canlı maddə miqdarının hər hansı bir dəyişikliyi mütləq biosferin digər bir sahəsində əks işarə ilə həcmcə həmin qədər canlı maddə miqdarının dəyişməsinə səbəb olur.
Salik qanunu
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Sey qanunu
Sey qanunu yaxud bazarlar qanunu — Jan Batist Sey tərəfindən irəli sürülmüş iqtisadi qanundur. Daxili və xarici ticarətdə "məhsullar məhsullar üçün ödənilir" deyimi bazarlar qanununun mahiyyətidir və burada ticarət mahiyyətcə barter mübadiləsindən ibarətdir. Əmtəələr bilavasitə insanların tələbatını ödəmək üçün istehsal olunur, bu mübadilədə pul passiv, vasitəçi rolunu oynayır, o, yalnız tədavül vasitəsidir. Bu qanuna görə, cəmiyyət tərəfindən iqtisadi liberalizmin bütün prinsiplərinə nail olunduqda və riayət edildikdə, istehsal uyğun istehlak doğuracaq, yəni əmtəə və xidmətlərin istehsalı hökmən bu əmtəə və xidmətlərin sərbəst reallaşdırılan gəlirlərini doğuracaq. Seyin qanununa görə, qiymətin səviyyəsindən asılı olmayaraq iqtisadiyyatda həmişə məcmu tələb məcmu təklifə bərabərdir. Bunun isə əsas şərti pula tələbin olmamasıdır.
Stoks qanunu
Stoks qanunu-özlü mayelərdə cismin hərəkəti zamanı meydana çıxan müqavimətinə aiddir. Bu müqavimət qüvvəsi (F) mayenin axma sürəti (v), özülülük əmsalı ( η {\displaystyle \eta } ) və cismin xətti ölçüləri (r) ilə mütənasibdir. F = 6 π η r v {\displaystyle F=6\pi \eta rv} Özülülük əmsalı maddəyə görə dəyişir.
Brext qanunu
Brext qanunu (ing. Brecht’s law) — adambaşına düşən dövlət xərclərinin artımının əhalinin sıxlığından asılılığı. Qanunu 1932-ci ildə alman iqtisadçısı Arnold Brext kəşf edib. Bu qanunda qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarının adambaşına düşən xərcləri əhalinin sayı artdıqca artır, bu isə o deməkdir ki, icma gəlirlərinə ehtiyac artır. == Tarixi == Qanun 1932-ci ildə alman iqtisadçısı Arnold Brextin “Dövlət xərclərinin beynəlxalq müqayisəsi” əsərində təklif edilmişdir. == Qanunun mahiyyəti == Brext qanununda göstərilir ki, adambaşına düşən dövlət xərclərinin artımı əhalinin sıxlığından asılı olacaq. Böyük bələdiyyələr əhaliyə nisbətən kiçik bələdiyyələrə nisbətən daha çox pul almalıdırlar. Əhali artdıqca yerli özünüidarəetmə orqanlarının adambaşına düşən xərcləri artdığından, icma gəlirlərinə ehtiyac da artır. == Səbəblər == Müsbət amillər Brext qanunu böyük şəhərlərin məhsuldarlıq səviyyəsinin kiçik şəhərlərdən daha çox olması ilə izah olunur. Urbanizasiya ilə bağlı yüksək xərclər də var (məsələn, cinayətlə mübarizə).
Oğru qanunu
Oğru qanunu (rus. Воровской закон) həmçinin oğru inancı (rus. воровская вера), oğru kodeksi (rus. воровской кодекс), oğru anlayışı (rus. воровские понятия) və ya oğru düşüncəsi — Sovet İttifaqı dövründə və postsovet məkanında oğrular cəmiyyətində yazılmamış qaydalar və davranış normaları. Bu, cinayətkarların sosial qrupunun dövlətə müxalifət şəraitində təcrid olunması ilə əlaqədar işlənib hazırlanmışdır. 1930-cu illərdə SSRİ-də kriminal elementə və kriminal birliyə qarşı mübarizənin güclənməsi, kollektivləşmə və 1930-cu illərin əvvəllərində baş verən aclıq ilə əlaqədar güclənən kriminal icmalar daha mütəşəkkil dəstələrdə birləşməyə başlamışdılar. Cinayət dünyasının əsas birləşdirici qüvvəsi qeyri-siyasi müxalifət və hakimiyyətə itaətsizlik meyli idi. Onun elitası özlərini inqilabdan əvvəlki Rusiyanın cinayət ənənələrinin keşikçiləri adlandıran "qanuni oğrulara" çevrilmişdir. Bu baxımdan qanuni oğrular xüsusi davranış kodeksi, öz adət və ənənələrini yaratmışdılar.
Kəsişmək
Kəsişmək ( ing. intersect ~ ru. пересекать ~ tr. kesişmek) – verilənlər bazalarının idarə olunmasında istifadə olunan relyasiya cəbri operatoru. Birtipli kəmiyyətləri özündə saxlayan eyni sayda sahədən ibarət olan iki A və B münasibətləri (cədvəlləri) üçün INTERSECT A , B yeni bir münasibətdir (cədvəldir); bu yeni münasibət (cədvəl) həm A-da, həm də B-də olan kortejlərdən (sətirlərdən) təşkil olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Bvindi keçilməz Milli Parkı
Bvindi keçilməz Milli Parkı — Uqandanın cənub-qərbində milli park. Park Bivindi keçilməz meşəsinin bir hissəsidir və Konqo Demokratik Respublikası sərhədi boyunca, Virunqa Milli Parkının yaxınlığında, Albertin riftinin hüdudlarında yerləşir. 321 kvadrat kilometr ərazini əhatə edən park həm montan meşəsini, həm də ovalı meşəni əhatə edir. Park yalnız piyada keçilə bilər. Bvindi keçilməz Milli Parkı UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Parkın xüsusiyyətlərindən biri buradakı növ müxtəlifliyidir. Milli Park 120 növ məməlinin, 348 növ quşun, 220 növ kəpənəyin, 27 növ qurbağanın, buqələmunun və bir çox nəsli kəsilməkdə olan növlərin yaşayış yerini təmin edir. Park 1000-dən çox çiçəkli bitki növü, o cümlədən 163 növ ağac və 104 növ qıjı ilə floristik baxımdan Şərqi Afrikanın ən fəqli meşələrindən biridir. Ərazi xüsusilə, Albertin riftinin yüksək səviyyəli endemik növlərini paylaşır. Park ağ-qara kolobus, şimpanze və kərgədan quşu və turako kimi quşların sığınacağıdır.
Monqolların Gürcüstanı ələ keçirməsi
Monqolların Gürcüstanı ələ keçirməsi – orta əsrlərdə Gürcüstan krallığının XIII əsrdə Monqol imperiyası orduları tərəfindən ələ keçirilməsi nəzərdə tutulur. İlk döyüşlər 1220-ci ildə monqol kəşfiyyatçı dəstələri ilə baş verdi. 1236-cı ildə isə monqollar bütün qüvvələri ilə bölgəni ələ keçirdilər və 1243-cü ildə Gürcüstan monqol hakimiyyətini qəbul etdi. Dövlət hər il çox ağır vergi vermək məcburiyyətində qaldı və bitib tükənməyən monqol səfərləri üçün döyüşçü təmin etməyi öhdələrinə götürdülər. İlk dövrlərdə zəif olan gürcü mqaviməti getdikcə yüksəldi. Gürcüstanda monqol tərəfdarı vı monqol əleyhdarı qrupların çəkişmələri ölkəni bölmüşdü. 1320-ci illərdə taxta çıxan kral V Georgi diplomatik və hərbi sahədəki uğurları ilə krallq torpaqlarında yenidən monqolları məğlub edərək müstəqil oldu. Monqollar gürcü torpaqlarında ilk dəfə görüldüyü zaman gürcü krallığı hələ də güclü idi və Qafqazın çoxuna hakim idi. İki ölkə arasında ilk təmas 1220-ci ildə yaşandı. Sabutay və Cebe komandanlığındakı 20 min monqol Xarəzmşahlar dövləti hökmdarı Şah II Əlaəddin Məhəmmədi Xəzər dənizi sahilərinə qədər qovmuşdu.
Osmanlının Quriyanı ələ keçirməsi
Osmanlının Quriyanı ələ keçirməsi – Osmanlı imperiyasının Quriya çarlığının bir hissəsini ələ keçirməsi ilə nəticələnən hərbi kompaniyadır. Hərbi əməliyyatların sonunda Çaneti (Lazıstan sancaqlığı), Acara, Qonio və Batumun sahil qismi Osmanlı imperiyasına qatılmışdır. Hərbi əməliyyatlar 1547-ci ildə başlamışdır. Müharibənin gedişatında Quriya hökmdarı Rostom Qurieli digər gürcü hökmdarları ilə ittifaq qurmağa çalışsa da, buna müvəffəq ola bilməmişdir. Bir-birləri ilə fedodal ara müharibələri aparan müxtəlif gürcü knyazları və iri feodalları Osmanlı imperiyasına qarşı birləşə bilməmiş və nəticədə Rostom Qurieli hökmdarı olduğu torpaqların böyük bir hissəsini itirmişdir. Osmanlının isə Gürcüstandakı mövqeləri daha da güclənmişdir. 1547-ci ildə Osmanlı ordusu Quriyanın sahil qisminə gələrək Qonio və Batumun dənizə yaxın olan məntəqələrini işğal etdi. Rostom Qurieli İmereti kralı III Baqrat və Meqreliya şahzadəsi I Levan Dadianiyə yardım çağırışı etdi. Bu çağırışa cavab olaraq I Levan abxaz və meqrellərdən ibarət ordu formalaşdıraraq Rioni çayının sahilində düşərgə saldı. Bununla bərabər, Rostoma onun əvvəllər Meqreliyaya etdiyi hücumlara görə qəzəbli olan İmereti kralı III Baqrat Levanla Rostomun arasının pozulmasına səbəb oldu və nəticədə, Levanın ordusu Meqreliyaya geri döndü.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Gülüzü
Gülüzü — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == Kəndin əski adı Pekraşendir (erm. Փեքրաշեն). == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 69 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 27 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 779 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Çıldır şöbəsinin Zurzuna kənd cəmiyyətinin Pekraşen kəndində 360 nəfər əhali yaşayırdı, onların 351 nəfərini etnik qarapapaqlar, 9 nəfərini isə kürdlər təşkil edirdi.
Gümüşü
Gümüşü – rəng çaları.
Günnüt
Günnüt (digər tarixi adı Günnüt Cəfərli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Kənd Naxçıvan-Sədərək magistrial yolunun sağında, Şərur rayonunun inzibati mərkəzindən 22 km uzaqlıqda, Şərur düzənliyində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən darmadağın edilmişdir. Buna görə də, kənd əhalisi Mahmudkəndə köçmüşdür. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordusunun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində kəndin ətrafındakı erməni mövqeləri məhv edilmiş və kəndə nəzarət tam olaraq Azərbaycan Ordusunun əlinə keçmişdir. == Toponimikası == Kəndin keçmiş adı Günnüt Cəfərli olmuşdur. Yaşayış məntəqəsini cəfərli nəslinə mənsub ailələr Günnüt adlı yerdə salmışlar. Toponimiyada günnüt sözünü "çəmən, düzən", günnük sözünün təhrif forması kimi "gün vuran yer", "güzdək, son bahar yaşıllığı, payız otlağı" mənaları və nəhayət monqolların tərkibində Naxçıvana gəlmiş günnüt tayfasının adı ilə bağlayırlar. Həmçinin Günnüt kəndinin adı etimoloji cəhətdən yaxınlıqda yerləşən Xunut dağının (Kömürlüdağ) adıyla bağlı ola, habelə onunla eyni kökə malik ola bilər. == Əhalisi == 1992-ci ildə kənd Ermənistan ordusu tərəfindən işğal olunduqdan sonra kənd əhalisi Naxçıvan rayonunun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur olub.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Günən
Günən — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən «güney» sözü əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. Ermənistan SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi (1697–1701) — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi. Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı. Səfəvi imperiyasının Bəsrəni geri qaytarmaq üçün 1624, 1625 və 1628–1629-cu illərdəki cəhdləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdə yaranmış çətin şərait və nəhayət I Abbasın ölümünə görə uğursuzluqla nəticələnir. Bəsrə coğrafi və iqtisadi səbəblərə görə Səfəvilərə doğru yuvarlanmaqda davam edirdi.
Əmir Teymurun Gürcüstanı ələ keçirməsi
Gürcüstan krallığı 1386-1403-cü illər arasında imperiyası Orta Asiyadan Anadoluya qədər uzanan Teymurun orduları tərəfindən bir neçə dəfə hücuma məruz qaldı. Bu hücumlar Qızıl Ordanın xanı Toxtamışla Əmir Teymur arasındakı rəqabətlə sıx bağlı idi. Teymur səkkiz hücumundan ilkində Gürcüstanın paytaxtı Tiflisi yağmaladı və 1386-cı ildə Kral V Baqratı ələ keçirdi. Gürcülərin müqaviməti türk ordusunun yendən hücum etməsinə səbəb oldu. Baqratın oğlu və xələfi VII Georg sərt müqavimət göstərdi və hakimiyyətinin çoxunu (1395-1405) Teymurun işğalları ilə döyüşməyə məcbur oldu. Teymur ona qarşı olmuş hücumların bir çoxuna rəhbərlik etmişdir. Gürcüstan üzərində möhkəm hakimiyyət qura bilməsə də, ölkəyə heç bir zaman unudulmayacaq zərbələr vurmağı bacardı. Teymurun Qafqazdakı ilk ortaya çıxışı Toxtamışın 1385-ci ildə Qafqazdan Şimali İrana girərkən etdiyi yağmaçılığa cavab idi. Bu iki hökmdar arasında düşmənlik var idi. Teymur inkişaf etməkdə olan imperiyanın qərb sərhədi ilə Toxtamışın xanlığı arasında qalan kiçik sərhəd ölkələrinə tam miqyaslı hücum başladaraq cavab verdi.
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi — 1614-cü ildə Qızılbaş ordusunun İmamqulu xanın komandanlığı altında müasir Bəndər-Abbas bölgəsində yerləşən Kambarao (və ya Gembrun) qalasını ələ keçirməsi nəzərdə tutulur. Qala Portuqaliyaya məxsus idi. 1507-ci ildə portuqaliyalı Afonsu d' Albukerki Hörmüz adasına hücum edərək oranı ələ keçirdi. Bu adanın ələ keçirilməsi ilə Hindistan ilə Avropa arasında körfəz üzərindən gedən ticarətə nəzarət etmə imkanı Portuqaliyanın əlinə keçdi. I Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyası Hörmüzü ələ keçirmək barədə düşünürdü. Onun əsas məqsədi ümumiyyətli portuqaliyalıları buralardan vurub çıxarmaq idi. Osmanlı əleyhinə Portuqaliya və İspaniya əleyhinə ittifaq qurmaq üçün çalışdığına görə Abbas bu hücumu ertələmişdi, ittifaq alınmadıqdan və qızılbaşlar tək başına Osmanlı ordusunu darmadağın etdikdən sonra Portuqaliya əleyhinə hərbi əməliyyat reallıq oldu. 1614-cü ildən etibarən isə Abbas bütün qəzəbini İran körfəzindəki portuqaliyalılara və ispaniyalılara qarşı yönləndirdi. 1613-cü ildə Fars körfəzindəki kiçik limanlardan birindən olan bir neçə ərəb taciri Hörmüz adasının portuqaliyalı qubernatoru Luis da Qama tərəfindən pis rəftar edildi. Bu tacirlər Hörmüzün bir məhəlləsində kartazsız ələ keçirildilər.
Fars düyünü
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Gümüşü Qaranquşlar
Gümüşü Qaranquşlar (ing. Silver Swallows) İrlandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1986-cı ildə qurulmuşdur. İlk komanda Fouga CM.170 Magister təyyarələri istifadə edirdi. 1998-ci ildə ləğv olunmuşdur. 2022-ci ildə komanda Pilatus PC-9 təyyarələri ilə yenidən fəaliyyət göstərməyə başladı.
Gümüşü Ulduzlar
Gümüşü Ulduzlar (ərəb. النجوم الفضية‎) Misir Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda1974-cü ildə qurulub. Uçuşlar üçün Hongdu JL-8 təyyarəsinin K-8E versiyası istifadə olunur. Təyyarələr ağ, qırmızı və göy rənglərdən ibarət dizaynda boyanıb. Təyyarələr ağ, qırmızı və göy rəngli tüstü generatorları ilə təchiz olunub. 2010-cu ildən 10 təyyarədən ibarət komanda ilə uçuşlar həyata keçirilir: 9-u qrup şəklində düzülüş və 1 solo.
Gümüşü akasiya
Gümüşü akasiya (lat. Acacia dealbata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Təbii yayılması == Gümüşü akasiya Avstraliyanın cənub-şərq sahillərində, Uels, Viktoriya, Tasmaniya adasında, mədəni halda Hindistan, Şri-Lanka, Cənubi Afrika, Aralıq dənizi sahili ölkələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə, diametri 1 m-ə çatan, tikanlı və tikansız, həmişəyaşıl, enli çətirli ağac və ya koldur. Cavan budaqların qabığı yaşıl və hamardır, aşağıya getdikcə çoxçatlı və boz rəngdədir, üzərində uzununa qeyri-bərabər çatlar olur, bu çatlardan çox zaman qatran ifraz olunur. Yarpaq düzülüşü növbəli və bəzən topa halındadır. Çох zaman xırda yarpaqcıqları fillodilər şəklindədir və ya tikansız saplağı əvəz edir. Yarpaqları cütlələkvari, gümüşü-yaşıl, yаxud gümüşü-bozdur. Yarpaqları iki sıralıdır. Birinci sırada 8–25 cüt, ikinci sırada isə 30–40 cüt yarpaqcıq yerləşir.
Gümüşü buludlar
Gümüşü buludlar-Seraski 1885-ci il == İlk müşahidə == 1885-ci ilin yayında məşhur rus astronomu Seraski ilk dəfə tutqun toran göyün üzündə qeyri-adi, əvvəllər heç bir zaman təsadüf edilməyən, yarım-şəffaf, parlaq, parlaq işıq verən gümüşü-ma-vi rəngli buludlar görmüşdür. Çox keçmədən astronomlar müəyyən etdilər ki, gümüşü buludlar göyün üzündə həmişə görünməyib, yalnız yay aylarında, həm də üzərlərinə üfüqün arxasına keçən günəşin şüaları düşən müddətdə görünür. == Gümüşü buludlar == Son zamanlar müəyyən edilmişdir ki, gümüşü buludlar yerdən 82 km yuxarıda və atmosferin da-ha yüksək qatında olur. Sürəti bəzən saatda bir neçə yüz kilometrə çata bilir. Gümüşü buludlar qütb şəfəqinin əmələ gətirdiyi səviyyənin aşağı sərhəddində də yaranır. Atmosferin yuxarı qatları (aşağı qatlar kimi) əsasən oksigen və azotdan ibarətdir. Gündüz günəşin ultrabənövşəyi şüalarının təsiri altında oksigenin molekulu atomlara parçalanır. Su molekulunu əmələ gətirmək üçün oksigenin bir atomunun 2 hidrogen atomu ilə birləşməsi lazımdır. Atmosferin yuxarı qatlarında hidrogen olmadığı üçün hidrogen atomları, günəşdən atmosferə tünd ləkələrlə əlaqədar olan coşqun fəaliyyəti dövründə düşür. Yuxarıda göstərdiyimiz yüksəklikdə su izah edi-lən formada əmələ gəir.
Günnüt əməliyyatı
Günnüt əməliyyatı — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1 əsgəri həlak olub. == Zəmin == Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Döyüşlər == "Günnüt əməliyyatı" — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş verib. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib. Mayın 20-də Azərbaycan Ordusunun hərbçisi Adil Tatarov bu istiqamətdə gedən atışmada həlak olub. Bu barədə açıqlama verən Ermənistan Müdafiə Nazirliyi bildirib ki, "Son həftələrdə Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində Azərbaycan qüvvələri mövqelərini inkişaf etdirmək və irəli çəkmək üçün aktiv mühəndislik işləri aparırlar.