Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zənginləri yeyin
"Zənginləri yeyin" (ing. Eat the rich) — antikapitalizm və solçu siyasətlə əlaqəli siyasi şüar. Bu, müxtəlif şəkildə sinfi mübarizə, sərvətin yenidən bölüşdürülməsi tələbi üçün metafora kimi istifadə edilir. Bu ifadə, adətən, siyasi filosof Jan-Jak Russoya aid edilir. O, ilk dəfə Fransa inqilabı zamanı populyarlaşan "Xalqın daha yeməyə heç bir şeyi qalmayanda onlar zənginləri yeyəcəklər" sitatını söyləmişdir. == Tarixi == === Mənşə === Paris Kommunasının prezidenti Pyer Qaspar Şomett 14 oktyabr 1793-cü ildə terror dövründə şəhərdə etdiyi çıxışda demişdir: Bu ifadə əvvəlcə Fransa zadəganlarının tənqidi idi, lakin sonralar Fransada ölkədə yoxsulluğu davam etdirən Fransa İiqilabının qəbul edilən uğursuzluqlarına cavab olaraq məşhurlaşmışdır. === Müasir dövrdə === XXI əsrdə bu ifadə artan sərvət bərabərsizliyinə və qida təhlükəsizliyinə cavab olaraq istifadə olunur. Bu ifadə ABŞ-də bu ifadə 2019-cu ildə proqressiv Demokrat namizəd Elizabet Vorrenin mitinqində izdiham tərəfindən Vorrenin sərvət vergisi ilə bağlı mövqeyi də daxil olmaqla sərvətin yenidən bölüşdürülməsi haqqında çıxışlarını təsdiqləmək üçün istifadə edilmişdir. Cənubi Afrikada "zənginləri yeyin" ifadəsi Torpaq Partiyası tərəfindən 2021-ci il bələdiyyə seçkiləri üçün kampaniya şüarı olaraq istifadə edilmişdir. İfadə onlayn əsas sosial şəbəkələrdə trend olmuşdur.
Adelin həyatı
"Adelin həyatı" (fr. La Vie d'Adèle — chapitre 1 & 2, hərfi tərcüməsi — "Adelin həyatı: I və II hissələr") — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. 2013-cü ildə ekranizasiya olmuşdur. Film Jüli Maronun "Mavi ən isti rəngdir" (fr. "Le Bleu est une couleur chaude") adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. Festivaldan sonra rejissor filmin prokat-montaj işləri üzərində çalışmışdı (Kannda filmin iş versiyası nümayiş etdirilmişdir). "Adelin həyatının" milli və beynəlxalq prokatı 2013-cü ilin payızında başlamışdı, Fransada box-office'in ilk xətti ilə başlayan filmi ilkhəftə sonunda 260 mindən çox insan izləmişdi.
El həyatı (qəzet)
El həyatı — Ordubad rayonunda nəşr olunan qəzet. == Tarixi == Keçmiş SSRİ-də mahallar ləğv edildikdən sonra ittifaq dövlətinin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da 1930-cu ildə Ordubad rayonu təşkil olundu. Aqarak qəsəbəsi və bir sıra kəndlər Ordubadın tərkibindən çıxarılaraq Ermənistanın Mehri rayonuna hədiyyə edilməklə Ordubad rayonu formalaşdırıldı. Rayon formalaşdırıldıqdan sonra 1932-ci ilin iyul ayının 24-də bugünkü "El həyatı" qəzetinin sələfi olan "Ordubad fəhləsi" nəşr olundu. Qəzet o dövrlərdə A4 fomatda 2 səhifədən ibarət çıxırdı. Qəzetin ilk redaktoru Abbas Qasımov, məsul katibi isə İsmayıl İsmayılzadə olub. 1935-ci ildən Hüseyn İbrahimov "Ordubad fəhləsi"ndə redaktor, Hüseyn Ağrılı (Talıbov) isə məsul katib işləmişlər. Hüseyn İbrahimov 1936-cı ilin yanvar ayında Ordubad rayon Partiya Komitəsinə katib seçildikdən sonra Nağı Babayev qəzetin redaktoru vəzifəsinə təyin olunmuşdur. 5 il "Ordubad fəhləsi" adı ilə çıxan rayon qəzeti 1937-ci ilin sonundan "Ordubad işçisi" adı ilə nəşr olunub. 1941-ci ildən "Ordubad işçisi" qəzetinə Səhralı Rüstəmov redaktor, Hüseynqulu Əzimov isə məsul katib təyin olunur.
Görkəmli adamların həyatı
Görkəmli adamların həyatı — məşhur şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında kitab seriyası. Əsası 1890-cı ildə Florenti Fyodoroviç Pavlenkov tərəfindən qoyulmuş və Maksim Qorkinin təşəbbüsü ilə 1933-cü ildən Moskvada buraxılmağa başlanmışdır. 1938-ci ildən "Molodaya qvardiya" nəşriyyatında buraxılır. Bu seriyaya daxil olan kitablar içərisində yazıçı, bəstəkar, rəssam və digər sənət adamlarına, alimlərə (İbn Sina, Şekspir, Dante, Mixail Lomonosov, Onore de Balzak, Gi de Mopassan, Şopen, Lev Nikolayeviç Tolstoy, Dostoyevski, Çexov və başqaları) həsr olunmuş nəşrlər mühüm yer tutur. Həmin seriyadan Babək, Nizami, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Firudin bəy Köçərli, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə və başqaları haqqında kitablar çap olunmuşdur. Nəşr olunan bu kitablarda dahi şəxsiyyətlərin həyatı, yaradıcılıqları diqqət mərkəzinə gətirilir, zəruri faktlar, yaxud arxiv sənədləri əsasında tədqiqata cəlb olunur, maraqlı faktlar, araşdırmalar üzə çıxarılır. Müəllifin həyat və fəaliyyətinin bütün incəliklərini olduğu kimi oxucuya təqdim etdiyi qəhrəmanı isə öz növbəsində, geniş oxucu marağı üçün zəmin yaradır. Məsələn, "Görkəmli adamların həyatı" seriyasından Şərqin böyük şairi və mütəfəkkiri Ömər Xəyyamla bağlı nəşr olunan kitabda şairin həyat və yaradıcılığından, xüsusən də bir çox dillərə tərcümə olunaraq dünya şöhrəti qazanmış rübailərindın bəhs edilir. Ömər Xəyyamın həm də bir riyaziyyatçı və filosof kimi məşhur olması diqqət mərkəzinə gətirilir. Ümumiyyətlə, müəlliflər az məlum olan çoxlu materiallar əsasında Ömər Xəyyamın həyat və fəaliyyətini işıqlandırmaqla yanaşı, həm də XI–XII əsrlərdə müsəlman Şərqində mövcud tarixi şəraiti və mənəvi həyatı da geniş qələmə almışlar .
Kənd həyatı (qəzet)
Kənd həyatı — Kənd Təsərrüfatı Nazirliyinin mətbuat orqanı olan "Aqroinfo" qəzetinin əvvəlki adı. Kənd həyatı — Sovet dövründə Zəngilanda çıxmış qəzet Kənd həyatı — Laçın qəzetinin keçmiş adı == Oxşar == Kənd həyatı — Azərbaycanın ən böyük YouTube kanalı.
Rokkonun müasir həyatı
"Rokkonun müasir həyatı" (ing. "Rocko's Modern Life") — ABŞ-də 1993-cü ildə Co Mürrey tərəfindən yaradılmış cizgi serial. 1996-cı ildə cizgi serial bağlanmışdır. Cizgi serial komediya janrındadır. "No Pain, No Gain" cizgi serialın ilk seriyasıdır. == Məzmun == Cizgi serialın baş qəhrəmanı kenquru Rokkodur. Cizgi serialda onun və dostlarının həyatı göstərilir. Onun ən yaxın dostları öküz Heffer, tısbağa Filbert və onun iti Spankidir. Rokkonun digər dostları da vardır. == Cizgi serialın personajlarını səsləndirənlər == == Maraqlı faktlar == "Rokkonun müasir həyatı" cizgi filminin rejissoru, prodüser olan Stiven Hillenberq sonradan SpongeBob SquarePants cizgi serialını yaratdı.
Azərbaycan köçəri həyatı
Azərbaycan köçəri həyatı — Azərbaycan mədəni mühitində tarixən və müasir dövrdə köçəri (tərəkəmə) və ya yarımköçəri (elat) həyat tərzi keçirən şəxs və ya icmaların tarixi, mədəniyyəti və adət-ənənələri. Azərbaycanda elatların istifadə etdiyi müvəqqəti yaşayış məskənlərinə oba, şenlik, sığırxana, yataq, binə, yurd, düşərgə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. daxil idi. Yaylaq vaxtı istifadə edilən evlər alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.-dir. 2023-cü ildə xınalıqların mədəni mühiti və Azərbaycandakı köç yolu Dünya irsi adına layiq görülmüşdür. == Terminologiya == Elat. İranda və Azərbaycanda çoxu türk soylu olan köçəri xalqlarını təsvir etmək üçün istifadə edilən ərəb mənşəli addır. Tərəkəmə. XIX əsr — XX əsrin əvvəllərində köçəri mənasında işlədilir, köçəri Azərbaycan türkləri üçün istifadə edilirdi. Müasir dövrdə bu adda tayfa (tərəkəmələr, qarapapaqlar) var.
Bir böcəyin həyatı
Bir böcəyin həyatı (ing. A Bug's Life) — 1998-ci ildə "Pixar" animasiya studiyası tərəfindən istehsal olunmuş animasiya filmi. Film ilk dəfə 14 noyabr 1998-ci il tarixində ABŞ-də göstərilmişdir. Film Con Lasseterin rejissorluğu ilə çəkilib. == İstinadlar == == Xarici keçidlər == Bir böcəyin həyatı — Internet Movie Database saytında.
Bu oğlanın həyatı
Bu oğlanın həyatı və ya orijinal adı ilə This Boy's Life — 1993-cü ildə Tobias Volfla eyniadlı filmin ekranlaşdırılmasıdır. Rejissoru Michael Caton-Cons olan və Tobias Wolffdan ekranlaşdırılan filmdə baş rolları Leonardo Di Kaprio, Duight Hansen, Robert De Niro və Ellen Barkin canlandırıb. == Süjet xətti == Həyat yoldaşından boşanan Karolin oğlu Tobini də özü ilə aparır və 1950-ci illərdəki Amerikada səyahət səfərinə başlayır. Bəzi şəhərlərdə yeni insanlarla tanış olan və onlarla qısa müddətli əlaqələrə girən Caroline, bu münasibətlərin hər dəfə müvəffəqiyyətsizliklə nəticələnməsindən sonra yenidən yola düşür. Bu arada Tobi də özünə onu tez-tez problemlərə salacaq yeni dostlar tapır. Yeni həyata başlamaq əzmində olan Karolin nəhayət avtomobil ustası Duaytla tanış olur və onun doğru insan olduğunu düşünərək onunla evlənir. Bununla belə, təqaüdçü hərbçi olan Duayt əslində sadist bir intizamçıdır. Eyni zamanda Tobi də şəhərdən qaçmaq istəyir. == Nəticə == === Kassa === Film 9 aprel 1993-cü ildə məhdud sayda efirə buraxıldı və həftəsonu 74,425 dollar gəlir əldə etdi; Aprelin 23-də nümayiş etdirildikdən sonra film 10-cu kassada açıldı və 1.519.678 dollar gəlir əldə etdi. Film nəhayət, 4,104,962 dollar gəlir əldə edərək, efirlərdən çıxarıldı.
Saturn oğlunu yeyir (rəsm əsəri)
Saturn oğlunu yeyir və ya Saturn ispan rəssam Fransisko Qoyyanın Quinta del Sordo adlandırılan evinin divarına bəzək məqsədi ilə çəkdiyi 14 tablodan biri. Digər tablolar ilə birlikdə 1819-1823-cü illərdə çəkilmişdir. Rəsmdə yunan tanrısı Kronun (Roma mifologiyasında Saturn ) övladlarından biri tərəfindən deviriləcəyindən qorxaraq övladlarını doğuşdan dərhal sonra yeyərək necə öldürdüyünü təsvir edir. == Rəsm == Qoyya oğullarından birini yeyərkən Saturnu təsvir edir. Uşağın başı və sol qolu yeyilmişdir. Tanrının uşağın sol qolunun başqa bir hissəsini dişlədiyi görülür. Açıq ağzına və gözlərin ağ rəngindəki fərqə görə bir növ dəlilik içərisindədir. Şəkildəki digər parlaq bölgələr uşağın ağ bədəni və ətrafındakı qırmızı qanla bədənin arxa tərəfində Saturn barmaqlarının birləşməsidir. Rəsmin mənasının bir çox təfsiri təklif edildi: gənclik və qocalıq arasındakı qarşıdurma, hər şeyi yeyən vaxt, tanrının qəzəbi, müharibələr və inqilablar zamanı sanki öz uşaqlarını yeyən İspaniyanın alleqoriyası. Yetkinlik yaşına qədər sağ qalan Qoyyanın yeganə övladı olan Xavier və ya bəlkə də sevgilisi, qulluqçu Leokadia Veiss ilə münasibətləri də rəsm üçün mümkün ilham mənbəyi kimi görülür.
Adelin həyatı (film, 2013)
"Adelin həyatı" (fr. La Vie d'Adèle — chapitre 1 & 2, hərfi tərcüməsi — "Adelin həyatı: I və II hissələr") — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. 2013-cü ildə ekranizasiya olmuşdur. Film Jüli Maronun "Mavi ən isti rəngdir" (fr. "Le Bleu est une couleur chaude") adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. Festivaldan sonra rejissor filmin prokat-montaj işləri üzərində çalışmışdı (Kannda filmin iş versiyası nümayiş etdirilmişdir). "Adelin həyatının" milli və beynəlxalq prokatı 2013-cü ilin payızında başlamışdı, Fransada box-office'in ilk xətti ilə başlayan filmi ilkhəftə sonunda 260 mindən çox insan izləmişdi.
Başqalarının həyatı (film, 2006)
"Başqalarının həyatı" (alm. Das Leben der Anderen‎, ing. The Lives of Others) — ssenarist və rejissor Florian Henkel fon Donnersmarkın debütü, 2006-cı il alman dram triller filmi. Film Almaniya Demokratik Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (Ştazi) əməkdaşları tərəfindən Şərqi Berlinin mədəni həyatı üzərində total nəzarətdən bəhs edir. Film 2006-cı il 26 mart tarixində Almaniyada prokata çıxarılmışdır. Film 2007-ci ildə "Ən yaxşı əcnəbi dildə olan film" nominasiyasında Oskar mükafatı qazanmışdır. Bundan əvvəl Almaniyada film "Deutscher Filmpreis" tərəfindən 7 nominasiya əldə etmişdir: 11 nominasiya üzrə namizədliyi sürülsə də, "ən yaxşı film", "ən yaxşı rejissor", "ən yaxşı ssenari", "ən yaxşı aktyor" və "ikinci planda olan ən yaxşı aktyor" nominasiyasında qalib olmuşdur. Bununla film 1 il ərzində ən çox kinomükafat əldə etməklə yeni rekord vurmuşdur. Həmçinin bu kinolent "Qızıl qlobus" mükafatının 64-cü açılış mərasimində "ən yaxşı əcnəbi film" nominasiyasında qalib olmuşdur. == Məzmun == Şərqi Berlin, 1984-cü il.
Bu oğlanın həyatı (film)
Dəniz Həyatı Parkı (Sinqapur)
Dəniz Həyatı Parkı» (ing. Marine Life Park) — Sinqapurun Sentosa adasında yerləşən dünyanın ən böyük okeanariumu. Park 22 noyabr 2012 -ci ildə açılmış və iki hissədən ibarətdir: S.E.A Aquarium okeanariumu və Adventure Cove Waterpark su əyləncə mərkəzi. == Okeanarium == Okeanariumda 45 000 000 litr həcmində dəniz suyu cəmləşib. Parkda 100 000 dəniz canlısı, 800 növ məskunlaşıb. Okeanarium 10 yaşam sahəsinə və 49 dəniz arealından ibarətdir. Mərkəzi akvarium açıq okean bölməsidir. Məhz burda dünyanın ən böyük müşahidə aynası yerləşir. Eni 36 metr, hündürlüyü 8,3 metr olan bu bölmə ziyarətçilərdə əsil dəniz dibi illuziyası yaradır. Okeanariumda dünyanın ən böyük skatların sərgisi nümayiş olunur.
Arbini
Arbini (fr. Arbigny) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01016. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 399 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 250 nəfər arasında (15-64 yaş) 188 nəfər iqtisadi cəhətdən fəal, 62 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.2%, 1999-cu ildə bu 72.7%). Aktiv 188 sakindən 173 nəfəri (98 kişi və 75 qadın), 15 nəfəri işsizdir (8 kişi və 7 qadın). Fəal olmayan 62 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 17 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Gəncəli Xosrovun əzablı həyatı
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Hərbi Dənizçilərin Həyatı (1923)
Kənd həyatı (qəzet, Laçın)
İt həyatı (film, 1918)
"İt həyatı" (ing. A Dog's Life) — rejissor Çarli Çaplinin filmi. == Məzmun == Əsl avara Çarli çəpərin altında gecələyir, boş yerə özünə iş axtarır və asanlıqla polisdən qaçır. Avaranı təkcə bir fakta görə başa düşmək olar: onun qalmağa yeri olmayan iti Çarli kimi rədd edilməyib və onun başqa itlərlə münasibəti var. == Film haqqında == Çarli Çaplin bu filmi haqqında demişdir: "Filmin süjetində əsas yeri satira tutur. Avaranın və itin həyatı paralel göstərilir. Bu ana xətt mənim bura yığdığım bütün müxtəlif trüklər və adi komediya elementlərinə xidmət edir." == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Çarli Çaplin Rejissor : Çarli Çaplin Operator : Roland Totero Prodüser : Çarli Çaplin === Rollarda === Çarli Çaplin – avara Edna Pörviens – müğənni Tom Vilson – polis Henri Berqman – kafedəki kök işsiz qadın Sidni Çaplin – satıcı Çarlz Reysner – ticarət agenti Billi Vayt – kafe sahibi Albert Ostin – oğru Bad Cemison – oğru Ceyms Kelli == İstinadlar == == Xarici keçidlər == İt həyatı — Internet Movie Database saytında.
Gəncəli Xosrovun əzablı həyatı (əsər)
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Hərbi dənizçilərin həyatı (film, 1923)
Stiv Zissu ilə su həyatı
Stiv Zissu ilə su həyatı (ing. The Life Aquatic with Steve Zissou) — 2004-cü il ABŞ istehsalı macəra, komediya-dram filmi. Filmin rejissoru olan Ves Anderson ssenarisini Noa Baumbax ilə birlikdə yazıb. Film sənədli film ulduzu, okeanoloq Stiv Zissunun dəniz macəralarından bəhs edir. == İstinadlar == == Xarici keçidlər == Stiv Zissu ilə su həyatı — Internet Movie Database saytında.
Beyin aхını
Beyin aхını (ing. Brain drain, rus. Утечкa мозгов) — mütəxəssis, alim və ixtisaslı işçilərin siyasi, iqtisadi, dini və digər səbəblərdən ölkə və ya regiondan kütləvi surətdə miqrasiya etməsidir. Bu anlayış elmi ədəbiyyata ilk dəfə 1962-ci ildə mühəndis, teхnik və alimlərin Böyük Britaniyadan ABŞ-yə miqrasiya etməsindən sonra istifadə olunmağa başlanıb. Qeyd etmək lazımdır ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr arasında bu ölkə mühacirət etmiş mütəxəssislərin sayına görə öndə olmuşdur. Əhalinin ən savadlı hissəsinin kütləvi surətdə ölkəni tərk etməsinin əsas səbəbləri qazanc əldə etmək, daşınmaz əmlak qiymətlərinin, vergilərin yüksək olması, əlverişsiz iqlim şəraiti və s.-dir. "Beyin aхını” prosesinin ölkədaхili (yüksəkiхtisaslı mütəxəssislərin digər sahələrə, хüsusən biznes və gəliri çoх olan işlərə qoşulması) və хaricə miqrasiya (yüksək qazanc və karyera ardınca inkişaf edən ölkələrə köçmə) tərəfləri vardır. Beləliklə, "beyin aхını” əsas ölkə üçün “beyin itkisi” (brain waste), gedilən ölkə üçün isə “bilik və təcrübənin paylanması” (brain eхchange) kimi qiymətləndirilə bilər. Hazırkı dövrdə İnternetin yaranması və İT-nin imkanları "beyin aхını”nın yeni, fiziki yerdəyişmədən fərqli olaraq, ölkəni tərk etmədən onlayn mühitdə fəaliyyətlə xarakterizə olunan virtual formasını yaratmışdır. Onu da əlavə edək ki, “beyin aхını”, elm və teхnikanın güclü inkişafına gətirib çıxarmış, kompüterlərin, İT-nin, İnternetin, yüksək texnologiyaların və s.
Adelin həyatı filminin qazandığı mükafatların siyahısı
"Adelin həyatı" — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. Film Jüli Maronun "Mavi ən isti rəngdir" adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. == İstinadlar == == Xarici keçidlər == Adelin həyatı filminin mükafatları Internet Movie Database-də.
Ukraynanın xalq memarlığı və həyatı muzeyi
Ukraynanın Milli Xalq Memarlığı və Həyatı Muzeyi (ukr. Національний музей народної архітектури та побуту України; eyniadlı kəndin adından götürülmüş məşhur ad: “Piroqov” ukr. «Пирогів», «Piroqovda açıq səma altında muzey», ukr. «Музей просто неба в Пирогові») — açıq muzey, Ukraynanın bütün tarixi və etnoqrafik bölgələrinin memarlıq və landşaft kompleksi. Kiyevin cənub kənarında, Goloseevski rayonunda, Pirogov kəndi yaxınlığında yerləşir. Ümumi sahəsi 133,5 hektardır. 6 fevral 1969-cu ildə Ukrayna SSR Xalq Memarlığı və Həyatı Muzeyi kimi yaradılmışdır. Bundan əvvəl ictimai təşəbbüslər, xüsusən də “Ədəbiyyatlı Ukrayna” qəzetində 14 avqust 1965-ci il tarixli Kiyevdə xalq mədəniyyəti muzeyinin yaradılması haqqında açıq məktubun dərci baş verdi. Hökumət proqramı xalq memarlığı və etnoqrafiyası tədqiqatçıları tərəfindən hazırlanmışdır. Muzeyin kollektivi 1976-cı ildə açılışı üçün qısa müddətdə memarlıq, bədii və məişət kolleksiyaları və sərgiləri yaratmaq üçün ekspedisiya axtarış işləri aparmışdır.
Quqllamaq
Quqllamaq (ing. To google) — internetdə məlumat tapmaqdan ötürü Google axtarış sistemindən istifadə etməyi izah edən neologizm fel. Sadəcə Google-də deyil, digər axtarış sistemlərində axtarış apararkən bu sözdən istifadə oluna bilər. Adını məşhur axtarış sistemi və şirkət olan Google-dən alan söz ABŞ Dialekt Dərnəyi tərəfindən "2002-ci ilin ən faydalı sözü" seçilmişdir. 15 iyun 2006-cı ildə rəsmi olaraq Oksford İngiliscə Lüğətinə və iyun 2006-cı ildə Merriam-Uebster Universitet Lüğətinin 11-ci nəşrinə daxil edilmişdir. Bu sözdən ilk dəfə fel kimi 8 iyun 1998-ci ildə Google-nin qurucularından biri Larri Peyc tərəfindən bir e-poçt məktubunda istifadə edilmişdir. Marka dəyərinin düşməsindən və marka adının məhsul adına çevrilməsindən ehtiyatlanan Google adının "ümumi internet axtarışları" mənasında istifadə edilməsini dəstəkləmir. Buna görə də 23 fevral 2003-cü ildə şirkət yeni sözləri təqib edən Word Spy saytının yaradıcı Pol Makfidresə xəbərdarlıq məktubu göndərmişdir."Washington Post" qəzetindəki bir məqaləsində Frank Arends bir Google vəkilindən aldığı və "Quqllamaq" felinin düzgün istifadəsindən bəhs edən məktubu ələ almışdır. Bu narahatlığa görə Merriam Uebster Universitet Lüğətinin lüğət yazıçıları felin ilk hərfini kiçiltmişdir. Lakin Oksford İngiliscə Lüğətinin tərtibçiləri belə addım atmamışlar.
Uolter Mittinin qeyri-adi həyatı (film, 2013)
Volter Mittinin qeyri-adi həyatı (ing. The Secret Life of Walter Mitty) — Ben Stillerin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş komediya filmi. Baş qəhrəmanı özü canlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == 20thfox.it/i-sogni-segre… — Volter Mittinin qeyri-adi həyatının rəsmi saytı Volter Mittinin qeyri-adi həyatı — Internet Movie Database saytında.
Volter Mittinin qeyri-adi həyatı (film, 2013)
Volter Mittinin qeyri-adi həyatı (ing. The Secret Life of Walter Mitty) — Ben Stillerin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş komediya filmi. Baş qəhrəmanı özü canlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == 20thfox.it/i-sogni-segre… — Volter Mittinin qeyri-adi həyatının rəsmi saytı Volter Mittinin qeyri-adi həyatı — Internet Movie Database saytında.
Mahmud Heyrani
Mahmud Heyrani (türk. محمود حيراني; v. 1269, Akşehir, Konya ili) — Rum sultanlığında yaşamış sufi. O, Akşehirdə yaşayırdı. Məhəmmədin nəslindən olan və seyid titulu daşıyan Heyraninin atası Səlcuqlu dövlət xadimlərindən Məsud Paşadır. Qaraman vilayətində Akşehirdə bir zaviyədə yaşayan Mahmud Heyrani ilə Mövlana Cəlaləddin Rumi dost idilər və çox vaxt eyni məclisdə olurdular. Eyni zamanda, Sarı Saltıq və Nəsrəddin Xocanın şeyxi olan Heyraninin mövləvi və ya yəsəvi təriqətinə mənsub olduğu güman edilir. Başqa bir versiyaya görə, o, bektaşi idi.
Cim Heyni
Cim Heyni (ing. Jim Haynie; 6 fevral 1940, ABŞ) — ABŞ aktyorudur. Cim Heyni Meqqi Kozi ilə ailə həyatı qurmuş və ondan dörd övladı dünyaya gəlmişdi.
Heyan-cinqu
Heyan məbədi (平安神宮, Heyan-cinqu) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi. Yaponiya imperatorları Kanmu və Komeyə həsr olunmuşdur. == Haqqında == Heyan məbədi 1895-ci ildə Heyan şəhərinin qurulmasının 1100 illiyi münasibətilə tikilmişdir. Məbəd Heyan şəhərinin qurulduğu dövrdə imperator olmuş Kanmuya və 1868-ci ildə Kiotoda oturan son imperator olan Komeyə həsr olunmuşdur. Məbədin haydeni və əsas darvazası Kioto sarayının orijinal binasının replikalarıdır. Məbəd bağçalarına görə tanınır. İllik festivalları 3 aprel və 30 yanvar tarixlərində baş tutur. 3 apreldəki festival İmperator Kanmuya, 30 yanvardakı festival isə İmperator Komeyə həsr olunur. Bunlardan əlavə, məbəd 22 oktyabr tarixində baş tutan Ciday festivalına sponsorluq edir. Bu tədbir münasibətilə Kioto şəhərinə bir çox ziyarətçi gəlir.
Heyan məbədi
Heyan məbədi (平安神宮, Heyan-cinqu) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi. Yaponiya imperatorları Kanmu və Komeyə həsr olunmuşdur. == Haqqında == Heyan məbədi 1895-ci ildə Heyan şəhərinin qurulmasının 1100 illiyi münasibətilə tikilmişdir. Məbəd Heyan şəhərinin qurulduğu dövrdə imperator olmuş Kanmuya və 1868-ci ildə Kiotoda oturan son imperator olan Komeyə həsr olunmuşdur. Məbədin haydeni və əsas darvazası Kioto sarayının orijinal binasının replikalarıdır. Məbəd bağçalarına görə tanınır. İllik festivalları 3 aprel və 30 yanvar tarixlərində baş tutur. 3 apreldəki festival İmperator Kanmuya, 30 yanvardakı festival isə İmperator Komeyə həsr olunur. Bunlardan əlavə, məbəd 22 oktyabr tarixində baş tutan Ciday festivalına sponsorluq edir. Bu tədbir münasibətilə Kioto şəhərinə bir çox ziyarətçi gəlir.
Abdınlı
Abdınlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Kənd oradakı Tağıbəyli kəndindən çıxmış Abdınlı adlı nəslin həmin kəndə məxsus qışlaq yerində XX əsrin əvvəllərində məskunlaşması nəticəsində yaranmışdır. Bu kiçik elin yaylağı Mərzili kəndinin yaxınlığında, yaylağı Kəlbəcərin Sarıyar dağında, qışlağı isə Qarabağın düzündə məskunlaşdığı yer idi.
Ayrınc
Ayrınc (əvvəlki adı: Arınc) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qarababa kənd inzibati ərazi dairəsi tərkibindəki Arınc kəndi Ayrınc kəndi adlandırılmışdır. == Tarixi == == Coğrafiyası == Rayon mərkəzindən 3 km şimalda, Şahbuz-Kükü yolunun üzərində, Naxçıvançayın sol sahilində yerləşir. == Əhalisi == Əhalisi 574 nəfərdir.(2009 - cu il). Sərin bulaqları, gözəl təbiəti var.
Suya tullanma
Suya tullanma, müəyyən bir yüksəklikdən atlayıb, havada estetik hərəkətlər etdikdən sonra suya dimdik girməyə dayanan idman növüdür. Ümumiyyətlə balıqlama edilən atlayış əsnasında ayrıca müxtəlif gimnastika və akrobatika hərəkətləri həyata keçirilir. Tramplen atlanma. Yarışmalarda tramplen atlanmaları, su üzündə 5 və 10 metr yüksəklikdəki sabit bir platformla 1 ya da 3 metr yüksəklikdəki elastik sıçrayış taxtasından edilir. Olimpiya oyunlarında ancaq 10 metrlik yüksəkliklə 3 metrlik sıçrayış taxtaları istifadə olunur. Yarışmalarda ən azından 3 hakim sıçrama,bədənin havadakı vəziyyəti,nəzərdə tutulan hərəkətin edilməsini,suya baş vurmanı nəzərə alaraq xal verirlər.Hər atlanma üçün verilən xallar toplanır çətinlik səviyyəsinə vurulur.11 atlanmadan sonra ən çox bal yığan idmançı birinci olur. Kişilərdə 5-i vacib,6-si sərbəst 11 atlayış,qadınlarda 5-i sərbəst və 5-i vacib olan 10 atlayış edilir. Qüllə atlanma. Tramplendən fərqli olaraq,üzərindən atlanan platform tərpənən deyil və sudan yüksəkliyi 10 metrdir. Yarışmalarda atlayışlar 5 qrupda həyata keçirilir;ayrıca ancaq sabit platformlarda əlüstü furuşla atlanmalar da edilir.
Hündürlükdən tullanma
Hündürlükdən tullanma (ing. bungee jumping) — böyük bir elastik ipə bağlı olan bir insanın çox hündür məsafədən tullanmasını əhatə edən bir attraksiondur. Başlatma meydançası adətən bina və ya kran kimi hündür strukturda, dərin dərə üzərindən körpüdə və ya qaya kimi təbii coğrafi obyektin üzərində qurulur. İsti hava şarı və ya vertolyot kimi yerin üzərində uçmaq qabiliyyətinə malik olan bir tipli təyyarədən tullanmaq da mümkündür. Həyəcan sərbəst düşmə və beynin buraxdığı adrenalin hormonlarından irəli gəlir. Şəxs tullananda ip uzanır və ip geri çəkildikcə tullanan adam yenidən yuxarıya doğru uçur və bütün kinetik enerji dağılana qədər yuxarı və aşağı salınmağa davam edir.
Yetim Seyid
== Həyatı == Yetim Seyid - XX əsr aşıqlarındandır. 1895-ci ildə Tovuzun Ocaqlı kəndində anadan olub. 10-12 yaşlarından çobanlıq etməyə başlayıb. Çobanlıq etdiyi dövrlərdə həm də aşıq kimi tanınıb. Gəraylı və qoşma şəklində söylədiyi şeirləri məlumdur. == Yaradıcılığı == BAYRAMIDI Bahar fəsli yaz ayları gələndə, Sanarsan bülbülün gül bayramıdı. İki sevgi bir araya gələndə, Dodaq busə içər, dil bayramıdı. Bülbül təki daldan-dala qonanda, Şirin canım eşq oduna yananda, Bir saatım yardan ayrı qalanda, Elə bilginən ki, il bayramıdı. Yetim Seyid bu dastanı deyəndə, Sallanıban nazlı yarı gələndə, Gözüm görüb, əlim ələ dəyəndə, Könül müjdə verir, el bayramıdı. ŞİRİNDİ Bir gözəl görmüşəm əsrik əlində, Tər, nazik əllərdə saqi şirindi, Camalın bənzətdim şəmsü-qəmərə, Baxdıqca qaşların tağı şirindi.
Əyani dərslik
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait. == Əyani dərslik == Biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.
Heyan dövrü
Heyan dövrü — ( yap. 平安時代 : Heian-jidai ) Yaponiya tarixində eramızın 794-1185-ci illərini əhatə edən dövrdür.Heian dövrü klassik Yapon tarixinin son fəslidir və paytaxtı bugünkü Kyoto olan Heian-kyonun şərəfinə adlandırılmışdır. Bu, Yapon tarixində Konfutsiçilik və digər Çin təsirlərinin zirvəsində olduğu bir dövrdür. Heian dövründə incəsənətə, xüsusən də şeirə və ədəbiyyata önəm verilirdi. Heian (平安) sözü yapon dilində "sülh" və ya "sakitlik" deməkdir. == Tarix == Heian Dövrü Nara Dövrünün davamıdır və 794-cü ildə Yaponiyanın paytaxtı Heian Kyoya (平安京, indiki Kyoto ) köçürüldükdən sonra İmperator Kammu (50-ci imperator) ilə başlamışdır. Heian dövründən sonra da nəsillər təriflənir və Yapon mədəniyyətinin yüksək nöqtəsi hesab olunur. Bu dövr həm də samuray sinfinin də yüksəlişdə olduğu bir dövr idi (sonunda hakimiyyəti ələ keçirərək Yaponiyanın feodal dövrünü başlatdılar). Güman ki, hakimiyyət imperatora məxsus idi, amma əslində bu səlahiyyəti nəcib Fucivara klanı saxlayırdı. Bununla belə, Fucivaralar və digər zadəganlar əyalətlərdə öz maraqlarını qorumaq üçün əsgərlərə, cangüdənlərə və polisə ehtiyac duyurdular.
Enn Heyni
Anne Haney (ing. Anne Haney; d. 4 mart 1934, Memfis, Tennessi, ABŞ — ö.
Bitkilərin həyati formaları
Bitkilərin həyati formaları - Bitkilərin tumurcuqlarının əlverişsiz şəraitdə (ilin soyuq və quru mövsümlərində) torpağın və qar örtüyünün səviyyəsinə uyğunlaşması və özünü qorumasıdır. Bu sistem ilk dəfə 1905-ci ildə, Danimarka botaniki K.Raunkiaer tərəfindən təklif edilmişdir. Raunkier bitkiliyin formalaşdığı, müxtəlif ekoloji şəraiti əks etdirən, bitkilərin həyati formalarının 5 əsas tipini təsnif etmişdir. Müəyyən bir həyati formaya aid olan növlərin faizini hesablayaraq, dünyanın müxtəlif bölgələrinin və ya planetin müxtəlif tipli bitkiliklərinin həyati formalarının spektri əldə olunur. == Fanerofitlər == Fanerofit bitkilərdə tumurcuqlar qışlayır və ya quraqlıq dövrünü "açıq şəraitdə", torpaqdan hündürdə keçirirlər. Onları tumurcuqları xüsusi pulcuqşəkilli qabıqla mühafizə olunur. Bu tip özündə ağaclar, kollar və lianları birləşdirən 15 alttipi birləşdirir. Alttiplər ölçüdən (meqa-, mezo-, mikro- və nanaofanerofit), tumurcuğun tipindən (qorunan və ya açıq) və yatpaqtökməsinə (həmişəyaşıl və ya yarpağını tökənlər) görə bölünür. == Xamefitlər == Xamefit bitkilərdə qönçələr və təpə tumurcuqları əlverişsiz şərati torpağın səthinə sərilən və ya torpağa yaxın yerləşən əlavə tumurcuqlardan inkişaf edir. soyuq ərazilərdə bitən xamefitlərdə qönçə və təpə tumurcuqlarını qar, isti bölgələrdə isə onları bitki qalıqları örtür.
Şərqdə həyati məkan
Şərqdə həyati məkan (alm. Lebensraum im Osten‎) — Şərqi Avropada german xalqlarının (nasist rəhbərlərinin anlayışına görə "arilər") ərazilərinin məskunlaşdırılması planlarını əks etdirən nasional-sosialist təbliğat termini. İlk dəfə bu termin Vilhelm dövründə meydana gəlsə də, sonradan nasistlər ona irqi və bioloji bir kontekst vermişdir. "Məkansız insanlar" (alm. Volk ohne Raum‎) üçün geniş ərazilər əldə etmək istəyi Henrix Himmler tərəfindən hazırlanan "Ost" Baş Planının ideoloji əsaslarından biri olaraq xidmət etdi. "İrqi baxımdan arzuolunmaz" əhalinin genişmiqyaslı deportasiyasını, əsarətini və iqtisadi istismarını təmin edirdi. Fridrix Ratsel (1844-1904) bu termini "Siyasi coğrafiya" (1897) və "Həyati məkan" (1901) adlı elmi əsərlərində irəli sürmüşdür. Eyni zamanda o, Çarlz Darvinin heyvanlar aləmində yaşamaq uğrunda mübarizəyə dair nəzəriyyələrini xalqlar arasındakı münasibətlərə köçürmüş və dövlətləri davamlı olaraq yaşayış sahəsi uğrunda mübarizə aparan, mövcudluğunun varlığından asılı olan canlılar kimi təsvir etmişdir. Bu termin Xalq hərəkatı (Völkische beewegung) və Ümumalman ittifaqı (Alman Alldeutscher Verband) tərəfindən götürülmüş və Şərqi Avropada o zaman çoxsaylı Alman azlıqları (Volksdeutsche) və onların genişlənmə planları ilə əlaqədar istifadə edilmişdir. Hesab olunurdu ki, onların sahib olduğu torpaqlar itirilməməli, məqsəd yeni qəsəbələr salmaq olmalıdır.
ARINC
«Aviasiya radiosu» korporasiyası (ing. Aeronautical Radio, Incorporated, ARINC) — 1929–cu ildə qurulan şirkət, beş istiqamətdə kommunikasiya və sistem tədqiqatları sistemlərinin hazırlanmasında dünya liderlərindən biridir-aviasiya, hava limanları, müdafiə, dövlət və yüklərin daşınması. Baş qərargah Annapolisdə (Merilend, ABŞ). 1999-cu ildən bəri Londonda və 2003-cü ildən bəri Sinqapurda 2 böyük filial mövcuddur. Şirkətin 3800-dən çox heyəti dünyanın 80 zavodunda çalışır. == Standartların kateqoriyaları == 400: montaj, qoşulma, məlumat şinlərinin və məlumat bazalarının seçilməsi və s. üzrə texniki təlimatlar.
Abrıx
Abrıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Abrıx kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Abrıx kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Keçən əsrə aid materiallara əsasən, Abrıx Tikanlı kəndindən yaranmış yaşayış məntəqəsidir. IX əsr ərəb coğrafiyaşünaslarının yazdığına görə, Beyləqanda (bu şəhərin xarabalıqları Mil düzündə indiyədək Örənqala adı ilə qalmaqdadır) Abrik/Abrek adlı qala mövcud olmuşdur. Toponimikada belə bir fərziyyə var ki, həmin Abrik qalası bir vaxt müəyyən hadisə ilə əlaqədar olaraq (bəlkə də monqolların XIII əsr basqınları) dağıdıldıqdan sonra əhalisinin müəyyən hissəsi bu zonaya gəlmiş və bu adı da özləri ilə gətirmişlər. Mənbələr Bizansda da Abrik adlı şəhərin mövcudluğundan xəbər verir. Azərbaycan dilinin dialekt və şivələrində avırıx/avruğ "çay qırağında olan qamışlıq, çubuq" deməkdir. Türk dilində avrık "hörülmüş, sarınmış, bağlanmış" mənalarını ifadə edir. Deməli, Abrıx/Abrik/Abriq qalası "qamışdan hörülmüş qala" kimi izah oluna bilər. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir.
Heyan dövrü ədəbiyyatı
Heyan dövrü ədəbiyyatı (平安文学, Heian-bungaku) və ya Çuko ədəbiyyatı (中古文学, Chūko-bungaku, azərb. Orta qədim ədəbiyyat‎) – Heyan dövründəki Yapon ədəbiyyatına verilən ad. 794-cü ildən 1185-ci ilə kimi davam etmişdir. Heyan dövrünün ilk poeziya almanaxı olan "Kokinşu", ilk nağıl kimi təqdim edilən "Taketori-monoqatari", ilk lirik povest sayılan "İse-monoqatari" bütünlüklə bu yeni dövrə məxsusdur. Heyan dövrü ədəbiyyatı mövcud olan tayfa aristokratiyası ilə çox sıx bağlı idi. Həyat qayda-qanunlarının yeni forması, hakim sülalənin dünyagörüşü ilə bağlı olan yeni ədəbiyyat cəmiyyətin bütün məzmununu özündə əks etdirirdi. Heyanların mədəni yaradıcılığı özünəməxsus okkultizm xətti ilə inkişaf edirdi. Heyanlıların bütün həyat tərzinə gedonistik tendensiyalar çox dərindən işlənmişdir. Heyanlılar üçün sevgi ancaq utilitar xarakter daşıyırdı. Qadın diqqət mərkəzində idi: qadın gözəlliyi ətrafında iki əsas gözəllik də dururdu, təbiət və məişət gözəlliyi, yəni Heyanlılar təbiətdən də zövq alırdılar, hətta sadə mənzərələrdən də onlar öz fərdi evlərində də bu gözəllik qanunları ilə yaşayırdılar.
Ağrılı aybaşı
Ağrılı aybaşılar olaraq da bilinən Dismenoreya menstruasiya (aybaşı) zamanı ortaya çıxan simptomları ifadə edir. Birincili və ikincili dismenoreya ayırd edilir. Aybaşı ağrıları ginekoloji diaqnostika üçün böyük önəm kəsb edir. == Simptomlar == === Birincili dismenoreya === Birincili dismenoreya adətən menarxedən (ilk menstruasiyadan) sonra başlayır və bəzən menopauzaya qədər davam edir. Menstural ağrı bədənin öz ağrı xəbərçiləri olan və uterusun (uşaqlığın) selikli qişasının rəddedilməsi zamanı uşaqlıq əzələlərinin yığılmasına səbəb olan prostaqlandinlər tərəfindən əmələ gəlir. Bu əzələ spazmı uşaqlığın zəif qan təchizatına səbəb olur, bu da ağrını əmələ gətirir. Emosional narahatlıq və stress simptomları ağırlaşdıra bilər. Birincili dismenoreyada menstruasiyanın özü ağrının səbəbidir. Xüsusilə çox arıq qadınlar menstruasiya dövrünün özəlliklə ilk bir neçə ilində qasıqüstü nahiyədə ağrı, baş ağrısı və halsızlıqdan əziyyət çəkirlər. Ağrı ürəkbulanması, şişkinlik hissi, qusma və ishalla da müşayiət oluna bilər.
Baş ağrısı
Baş ağrısı və ya başağrısı — Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır. Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Baş ağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqli ola bilir. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xarakter alması hallarında həkimə müraciət etmək vacibdir. == Baş ağrısının formaları == Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənın əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur. Birincli baş ağrılarına tipik nümunə kimi Miqreni misal göstərmək olar.
Bel ağrısı
Bel ağrısı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir. Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi: Kəskin BA: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları Yarımkəskin BA: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları Xronik BA: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları Qayıdan (residiv verən) BA: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin BA. == Epidemiologiya == Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır . İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, “ara həkimlərinə” və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir.
Ağrılı yaddaş
Ağrılı yaddaş filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1995-ci ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyası və Müdafiə Nazirliyi sənədli filmlər kino-telestudiyasının istehsalıdır. Film erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş, Bərdə, İmişli və Tərtərdə çadır düşərgələrində, vaqonlarda məskunlaşmış məcburi köçkünlərin ağır yaşayış şəraitindən bəhs edir. Şahidlər ermənilərin törətdikləri vəhşiliklərdən danışır. == Məzmun == Film erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin çətin həyat şəraitindən bəhs edir. Filmdə Bərdə, İmişli və Tərtərdə çadır düşərgələrində, vaqonlarda məskunlaşmış məcburi köçkünlərin ağır yaşayış şəraiti əks etdirilir. Şahidlər ermənilərin törətdikləri vəhşiliklərdən danışır.
Böyümə ağrısı
Böyümə ağrısı – funksional xarakterlidir, 4–12 yaşda, cins fərq yoxdur, ağrılar budda və baldırda, gecə və axşamlar olur, heç vaxt səhərlər olmur, müayinədə obyektiv və laborator dəyişikliklər tapılmır
Abrıx bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bal arısı
Bal arısı (lat. Apis mellifera) – Pərdəqanadlılar dəstəsinin əsl arılar fəsiləsinə aid həşərat növü. Vətəni Cənubi Asiyadır. Hər arı ailəsi bir ana arıdan, 60–80 min işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Yuvalarını ağac koğuşlarında, qaya yarıqlarında və s. dalda yerlərdə düzəldir. Ayrı-ayrı arı fərdləri təklikdə yaşayıb çoxalma qabiliyyətinə malik deyildir, buna görə də bal arıları üçün "ailə" məfhumu bioloji təsərrüfat vahidi kimi qəbul edilmişdir. Bal arısı beçə verməklə çoxalır; partenogenez səciyyəvidir. Yayda əmələ gələn erkək arılar payızda tələf olur. Qışlamaya yalnız ana və işçi arılar qalır.
Giriş axını
Giriş axını (en. input stream ~ ru. поток ввода ~ tr. giriş akışı) – proqramda spesifik məsələ ilə bağlı olan baytlar ardıcıllığı kimi istifadə olunan informasiya axını. Proqramlaşdırmada giriş axını klaviaturadan yaddaşa oxunan simvollar sırası, yaxud diskdə konkret fayldan oxunan və ya ora yazılan verilənlər bloku ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Hava axını
Lava axını
Lava axını (rus. лавовый поток, ing. lava flow) — vulkandan axan lavanın yatım forması; lavanın qatılığından və yer səthinin meyilliyindən asılı olaraq ensiz və xeyli uzun olması ilə səciyyələnir. Turş lava axını adətən qısa /1–10 km/ və qalın, bazalt axını isə uzun /60–80 km-ə qədər/ və nazik olur.
Malta arısı
Malta arısı (lat. Apis mellifera ruttneri) — Bal arısının qərb yarımnövü. == Formalaşması == Malta arısı Malta adalarının təbiətinə uyğunlaşmış, qərb bal arısının bir yarımnövüdür. Malta adalarının materik Avropasından ayrılmasından sonra müstəqil bir yarımnöv kimi inkişaf etmişdir. == Xüsusiyyətləri və davranışları == Arı nisbətən qara rəngə malikdir. Yüksək temperatur, quru yay və sərin qışlara yaxşı uyğunlaşmışdır. Koloniyalarda il boyu artım müşahidə edilir. Adaların fəsillərə yaxşı uyğunlaşmışdır. Şanı yaxşı təmizləyirlər. Kifayət qədər tədarük olduqda ümumiyyətlə, kraliçanı uçururlar.
Material axını
Material axını - materialın əldə olunması, emalı, həmçinin müəyyən olunmuş sahə daxilində paylanması ilə bağlı bütün proseslərin birləşdirilməsi. Material axınının təşkili materialın hərəkəti, anbarlanması ilə bağlı tapşırıqları əhatə edir. Burada müəssisə xarici və daxili material axını fərqlənirlər. Müəssisə xarici hərəkətlər materialın əldə olunması və müəssisəyə çatdırılması ilə bağlı işləri əhatə edir və müəssisəni yalnız o vaxt əhatə edir ki, o, material axının icrasında iştirak edir. Müəssisə daxili material axını material xərcləri, material daxili, materialın yoxlanması, materialın anbarlanması və verilməsi mərhələlərinə bölünür. Maşınqayırmada material axını [[istehsal]ın planlanmasında yerinə yetirilən əsas işlərdəndir. İstehsal üçün vacib olan material axınının təşkili üçün aparılan analiz ona təsir edən bütün amilləri araşdıraraq material axını üçün vaxtin minimallaşdırılması, materialın anbarlarda gözləmə vaxtini kiçiltməyə, nəqliyyatın təşkilini yaxşılaşdırmağa və anbarların optimal yüklənməsinə nail olmağa xidmət edir. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Qabaqtəpə arısı
Qabaqtəpə arısı - Bozdağ-Qafqaz arılarına daxil olan populyasiya yerli şəraitin təsiri nəticəsində meydana gəlmişdir. Bu arı ölkəmizin Daşkəsən rayonu Qabaqtəpə kəndi yaxınlığında formalaşdığı üçün Qabaqtəpə arısı adlandırılmışdır. == Qısa məlumat == Qabaqtəpə arıları açıq-boz rəngdə olur. Qarın nahiyəsində sarı həlqələr yoxdur. Üzəri tükçüklərlə örtülüdür. Kənardan baxdıqda yan hissələr gümüşü rəngə çalır. Bu populyasiya dünyada uzun xortumlu olması ilə fərqlənir. Onların xortumlarının uzunluğu 6,9 mm təşkil edir. Bu isə arıya üstünlük verir. Arının şirə vəziləri çiçək dərinliydən məhsul toplaya bilir və bitkiləri sərbəst çarpaz tozlandırır.
Türk axını
Türx axını (türk. Türk Akını, rus. Турецкий поток) ya da rəsmi adı ilə TürkAxın — Rusiyadan başlayıb Qaradəniz üzərindən Türkiyəyə köçürülməsi planlanan təbii qaz boru xətti layihəsinin adı. Layihənin tövsiyəsi Türkiyəyə etdiyi bir dövlət ziyarəti vaxtı 1 dekabr 2014 tarixində Rusiya dövlət başçısı Vladimir Putin tərəfindən edildi. Daha əvvəlcədən edilməsi planlanan "Cənub Axın Layihəsi"nin yerini alan layihə 10 oktyabr 2016 tarixində imzalanan Dövlətlərarası Müqavilə ilə rəsmiyyət qazanmışdır. Boru xəttinin Anapa yaxınlarındakı Russkaya kompressor dayanacağından başladılması planlanarkən, Türkiyəyə haradan giriş edəcəyi hələ qərar bağlanmamışdır. Xəttin Türkiyədəki başlanğıc nöqtəsinə qərar verildiyinə "Gazprom"un boru döşəmə işlərinə tezliklə başlaması gözlənilməkdədir. Həmçinin iki dənə boru döşəmə gəmisi Qaradənizdə hal-hazırda gözləyir. Boru xəttinin planlanan təxmini daşınma tutumu ildə 31.5 milyard kub metrdir. Türkiyənin bu layihədən ildə 15.75 milyard kub metr təbii qaz alması və qalan 15.75 milyard kub metr qazın Avropaya ixrac edilməsi düşünülür.
Abaeni
Abaeni — Urartu dövlətində şəhər. Assuriya çarı I Sarqon VIII yürüşündə Abaenini ələ keçirə bilmişdir. Qriqor Qapantsyan şəhərin Malazgird ilə Bağrevənd arasında olduğuna inanır. Bəziləri bunu Apaxunik vilayəti ilə eyniləşdirir. Adların fonetik yaxınlığı çox güman ki, təsadüfidir.
Abdinli
Abdinli — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abidinli kəndi Yardımlı rayonunun əhalisinə və ev tikilisi sayına görə, çox kiçik kəndlərindən biridir. Hazırda Abidinli kəndində 28 tikili ev, Yeni Abidinli kəndində isə 17 tikili ev mövcuddur. Abidinli kəndi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Kənd rayon mərkəzindən şimal–qərbdə, mərkəzdən 11 km aralı məsafədə yerləşən dağ kəndlərindən biridir. Azərbaycan respublikasının dövlət sərhədinin 2 km kənarında, Savalan dağının şimal yerləşir. Kənd beş kiçik təpəciklə əhatə olunmuş, sıldırım qayaların üzərində qərar tutmuşdur. Kəndin qərb qurtaracağında, qayaların üstündə tarixi bir Qala yeri vardır. Bu Qala Azərbaycan Mədəniyyət Nazirliyinin qeydiyyatinda olmaqla Abibinli Qalası kimi 1204 nömrəsi ilə qeydiyyatdadır.[mənbə göstərin] Abidinli qalasının eni 56 metr, uzunluğu isə 100 metrdən artıqdır. Bu qala qədim Sasanilik-Atəşpərəstlik dövrünün qalalarının ehtimalları sırasındadır.
Abronia
Abroniya (lat. Abronia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinə aid bitki cinsi.
Armini
Armini (təq. e.ə. 17[…] – təq. 21) — germanların Xerusk tayfasının başçısı. == Həyatı == Qədim german tayfalarının qəhrəmanı. Xerusk tayfaları ordularının komandanı Siqimerin oğlu Armini idi. O, dövrün ənənələrinə uyğun olaraq Romada tərbiyə alıb gənc yaşlarından imperator Avqustun qoşununda qulluq etmişdi. Üzdə özünü imperiyaya sadiq göstərsə də, imperatorun şəxsən ona yaxşı münasibətinə baxmayaraq, Romada döyüş qaydalarının və hərbi taktikanın bütün sirlərini öyrənəndən sonra Germaniyaya qaçmışdı. Germaniyada bu zaman Roma legionlarına əslən suriyalı prokonsul Kvintali Var başçılıq edirdi. Daha doğrusu, o, Reynin o biri sahilindəki tayfa və xalqları itaətdə saxlamaq vəzifəsini icra edən general-qubernator idi.
Aurinia
Aurinia (lat. Aurinia) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Ceyrani
Ceyranı (Ceyran balası) — qədim Azərbaycan milli rəqslərindən biridir. == Özəllikləri == Şuşada meydana çıxmışdır. İncə, qəşəng, lirik rəqsdir. Burada ceyranın qəddi-qaməti və hərəkətlərinin mülayimliyi qabarıq göstərilir. Rəqs orta tempdə gedir, əsasən qadınlar tərəfindən ifa olunur. Lakin bəzi rayonlarda, məsələn, Şəkidə onu kişilər də oynayır. Bu rəqs indi də məşhurdur.
Deyang
Deyan (çin. 德阳市) – Çin Xalq Respublikasının Sıçuan əyalətində yerləşən şəhər.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Heyratı
Heyratı – Azərbaycan zərbi muğamı və bu muğam üzərində qurulmuş unudulmuş Azərbaycan rəqsi. == Mənası == "Heyratı" sözü Herat coğrafi adının təhrif olunmuş biçimidir. Hazırda Herat İranda şəhər və Əfqanıstanda İranla həmsərhədd olan vilayətin adıdır. Amma vaxtılə orada Səfəvilər dövlətinin önəmli mərkəzlərindən biri olan Herat bəylərbəyliyi olub. Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti"ndə "Kabili" sözü bu muğamın başqa bir adı kimi göstərilmişdir. == Özəllikləri == Mahur-hindi muğamı kökündə gümrah, nikbin və cəngavər əhvali – ruhiyyəli zərbi muğam. Rast məqamına əsaslanır . Özü də "do" mayeli rast lad-məqamına əsaslanır. Heyratı zərbi muğamı "Mahur – hindi" muğam dəstgahının ayrı-ayrı melodik dönəmlərini özündə birləşdirən sərbəst improvizəyə malikdir. Ölçüsü 4/2-dir.
Heyvalı
Heyvalı (əvvəlki adı: Drombon və ya Drmbon) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Heyvalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Drombon kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Drmbon kəndi Heyvalı kəndi adlandırılmışdır. == Tarixi == XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş erməni ailələri burada yerləşdikdən sonra kənd Drmbon (Heyvalı toponimindən erm.-yə kalkadır) kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edildi. Oykonim "heyva ağacları olan yer" mənasındadır. Heyvalı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Heyvalı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Heyvalı kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Heyvan
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Huyandi
Huyandi şanyü (v. e.ə. 67) — seçkilərlə hakimiyyətə gəlmiş bir hökmdar. Buna görə də əyanların əlində oyuncaq olaraq qalmışdı. Dövləti idarə edən Huluqunun həyat yoldaşı idi. Eramızdan əvvəl 83-cü ildə Hunlar bir Çin generalını öldürüb geri çəkilmişdilər. 3 il sonra şanyü böyük bir ordu ilə Çinə hücuma keçdi. Lakin məğlub olaraq geri döndü. Bir çox hun şahzadəsi Çinin tərəfinə keçərək üsyan etdilər. Sonraki illərdə şanyünün həyatı müharibələrlə keçdi.
Keylani
Kehlani Eşli Perriş (ing. Kehlani Ashley Parrish; 24 aprel 1995, Oklend, Kaliforniya) — amerikalı müğənni, bəstəkar və rəqqasə.