Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ABDA
ABDA — İkinci dünya müharibəsinin gedişində Cənub-Şərqi Asiyada əməliyyatların razılaşdırılması üçün 15 yanvar 1942-ci ildə yaradılmış ABŞ, Britaniya, Hollandiya və Avstraliya silahlı qüvvələrindən ibarət (ing. American-British-Dutch-Australian (ABDA) adlarının baş hərflərindən götürülmüşdür) müttəfiqlər qoşunlarının komandanlığı. == Haqqında == ABDA müttəfiq komandanlığı həm dənizdə, həm də quruda hərbi əməliyyatlara rəhbərlik etməli idi. Ali baş komandan vəzifəsinə Britaniya generalı Arçibald Ueyvell, ABDA-nin hərbi donanmasının komandanı vəzifəsinə Amerika admiralı Tomas Xart təyin olunmuşlar. Quru qoşunlarına Hollandiya general leytenantı Xeyn ter Porten, aviasiyaya Britaniyanın aviasiya marşalı Riçard Pirs başçılıq edirdilər. Komandanlıq Niderland Ost-Hindinin paytaxtı Bataviyada yerləşirdi. ABDA komandanlığı 21 fevral 1942-ci yapon qoşunları tərəfindən Yava adasının işğalı üçün təhlükə yaranması ilə əlaqədar ləğv olunmuşdur. General Ueyvell Hindistanda və Birmada yerləşən Britaniya qoşunlarının komandanı təyin edilmişdir. == Mənbə == Морисон С. Э. Американский ВМФ во Второй мировой войне: Восходящее солнце над Тихим океаном, декабрь 1941 — апрель 1942. — М.: ACT; СПб.: Terra Fantastica, 2002.
Chloroceryle inda
İkirəng yaşıl balıqçıl (lat. Chloroceryle inda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Elaeagnus igda
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
MBDA Meteor
MBDA Meteor raketi, çoxmillətli “MBDA” şirkəti tərəfindən hazırlanan, 320 km məsafəli, radarla idarə olunan hava-hava tipli döyüş raketidir. Yüksək intensivlikdə olan elektron müharibə mühitində işləyən və qabaqcıl ramjet mühərrik texnologiyasından istifadə edən raket 2016-cı ildə Avropa ölkələrində istehsal olunmağa başlanmışdır. Meteor raketi AIM-120 AMRAAM raketinin əvəzinə yeni nəsil, çox uzaq mənzilli, görüş dairəsindən kənarda fəaliyyəti təmin edəcək bir önləmə raketinin axtarışı ilə ortaya çıxmışdır. Raket üzərində həyata keçirilən işlər, layihədə bir sıra digər Avropa ölkələrinin iştirakı və qısa müddət ərzində Boeing-in dəstəyini bu layihəyə verməsi ilə MBDA şirkətinin rəhbərliyi çərçivəsində beynəlxalq bir proqrama çevrildi. Aktiv idarə olunan radar, yüksək sürətlərdə hərəkətinə imkan verən ramjet mühərriki və uzun mənzili sayəsində qısa və orta mənzildə effektiv MICA ilə işləyən meteor raketi; Eurofighter Typhoon, Dassault Rafale, Saab JAS 39 Gripen, Lockheed Martin F-35 Lightning II kimi döyüş təyyarələrində istifadə olunur. == İstifadəçilər == Meteor raketi, İngiltərə Kral Hərbi Hava Qüvvələri, Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələri, Alman Hərbi Hava Qüvvələri, İspaniya Hərbi Hava Qüvvələri, İtaliya Hərbi Hava Qüvvələri, Fransa Hərbi Hava Qüvvələri, İsveç Hərbi Hava Qüvvələri, Çex Respublikası Hərbi Hava Qüvvələri, Misir Hərbi Hava Qüvvələri, Hindistan Hərbi Hava Qüvvələri, Qətər Hərbi Hava Qüvvələri kimi bir çox dövlətin hərbi hava qüvvələri tərəfindən istifadə olunur.
Məşədi İbad
Məşədi İbad Kərbəlayi Xocaverdixan oğlu — "O olmasın, bu olsun" komediyasında Əliağa Ağayev tərəfindən canlandırılan obrazdır. == Haqqında == Məşədi İbad, hər şeydən göründüyü kimi, qalanlarından imkanlıdır. Amma pulu başqalarından fərqli olaraq tamaşaçının gözləri qarşısında özünün dar dükanında halal yolla qazanır. Məşədi İbad bütün süjet boyu yeganə adamdır ki, heç kəsi aldatmaq istəmir. O, hamıyla son dərəcə səmimidir, nə istədiyini və istəklərini gerçəkləşdirmək üçün vasitələri gizlətmir. Ətrafda hamı bir-birinə kələk gəlir, oyunbazlıq edir. O, sadəlövhlük dərəcəsində doğruçuldur, hamıya inanır və tərəf müqabillərindən də eyni münasibət gözləyir. Filmdə hamı onun səmimiliyindən istifadə edir. Bu yalançıların "bacarığı"ndan və düzgünlüyə səmimi olaraq inanan Məşədinin "primitivliyi"ndən ləzzət alıb heyrətlənmək neçə illərdir tamaşaçılarda bir səbəbə çevrilib. Hər halda ondan başqa heç kim heç kimə pul vermir.
İbad Abbasov
İbad Musa oğlu Abbasov (1953, Ağcabədi rayonu) — İqtisad elmləri doktoru, professor, Bakı Biznes Universitetinin təsisçisi və rektoru. == Həyatı == İbad Musa oğlu Abbasov 1953-cü ilde Ağcabədi rayonunda anadan olub. 1970-ci ildə Ağcabədi rayon 1 saylı orta məktəbini bitirmişdir. 1974–1978-ci illərdə D. Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Ümumi iqtisadiyyat" fakültəsində tam ali təhsil almışdır. 1979–1990-cı illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyində baş mütəxəssis, 1990–1992-ci illərdə "İqtisadçı" EİM-nin direktoru, Azərbaycan İcarədarlar və Sahibkarlar İttifaqının vitse-prezidenti vəzifələrində çalışmışdır. 1988-ci ildə Sankt-Peterburqda "Rabitə müəssisələrində nəzarət-təftiş işinin təkmilləşdirilməsi" mövzusunda namizədlik və 2001-ci ildə Kazan şəhərində "Auditdə maliyyə təhlili" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə elmdə və təhsildə əldə etdiyi nailiyyətlərinə görə professor elmi adına layiq görülmüşdür. === Ailəsi === Evlidir, 2 övladı var. == Elmi fəaliyyəti == İbad Abbasov 125-dən çox elmi əsərin, o cümlədən 4 dərslik, 5 monoqrafıya, 5 dərs vəsaiti, 2 metodik vəsaitin, bir çox fənn proqramlarının və elmi məqalələrin müəllifıdir. Onun elmi əsərləri Almaniya, Türkiyə və Rusiya Federasiyasının nüfuzlu elmi jurnallarında dərc edilmişdir.
İbad Abdullayev
İbad Baba oğlu Abdullayev — kolxozçu. == Həyatı == 1937-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1962-ci ildən Sov.İKP üzvüdür, natamam orta təhsili var. 1955-ci ildən kolxozda traktorçu, mexankiləşdirmiş kompleks briqadanın briqadiri olmuş, Sovet Ordusunda xidmət etmişdir. 1974-cü ildən Xaçmaz rayonundakı "Şəfəq" sovxozu traktor briqadasının başçısıdır. Azərbaycan SSR Ali Soveti qanunverçilik mülahizələri komissiyasının üzvüdür. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Çarxı seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
İbad Hüseynov
İbad Mövsüm oğlu Hüseynov (18 oktyabr 1970, Muğanlı) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşu, Birinci Qarabağ müharibəsi veteranı, Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı və fəaliyyəti == İbad Hüseynov 1970-ci ildə Xocavənd rayonunda anadan olmuşdur. Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Hüseynov Rusiyanın Amur vilayətində yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlilərinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Nəticədə rəhbərlik İbad Hüseynov və aclıq aksiyasında iştirak edən bir neçə nəfər əsgər yoldaşını 4 ay öncədən tərxis edir. İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır. Ermənilər terror qrupları yaradırlar. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.
İbad Mirzəyev
İbad Mansur oğlu Mirzəyev (25 aprel 1999; Ağsu rayonu, Azərbaycan — 19 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbad Mirzəyev 1999-cu il aprelin 25-də Ağsu rayonunun Kəndoba kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İbad Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbad Mirzəyev oktyabrın 19-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbad Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbad Mirzəyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İuda Makkavey
İuda Makkavey (ivr. ‏יהודה המכבי‏‎; Yehuda ben Matityaqu ha-Haşmonay; e. ə. I minillik, bilinmir – e.ə. 160) — Yəhudi (İudeya) vilayətində Selevkilərin ağır siyasi, dini və vergi siyasətinə qarşı xalq üsyanının rəhbəri. == Həyatı == 167-ci ildə Selevki padşahı IV Antioxun yəhudilərin təqibini genişləndirməsinə cavab olaraq başlanmış üsyana rəhbərlik etmişdi (bu üsyan "Makkavey müharibəsi" adını almışdı). E.ə.167-162-ci illərdə İuda Makkaveyin ordusu Selevkilərin üstün qüvvələrini darmadağın etmiş, e.ə.164-cü ildə Yerusəlimi tutmuş, Yəhvanın məbədini yenidən müqəddəsləşdirmişdi. Döyüşdə həlak olmuşdur. == İstinadlar == == Mənbə == Иуда Маккавеј // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба.
İuda ordeni
İuda ordeni — 1709-cu ildə Rusiya çarı I Pyotrun əmri ilə getman İvan Mazepanın təltif edilməsi üçün tək nümunədə hazırlanmış orden. == Ordenin təsviri == Orden 5kq çəkiyə malik gümüşdən hazırlanmış dairə formasında idi. Dairənin içərisində ağcaqovaq ağacında edam edilən İuda İskariot, 30 gümüş pul və yazı təsvir olunmuşdur. İuda İskariotun bu ordendə təsvir edilməsi simvolik xarakter daşıyır. Çünki İsa Məsihin 12 həvarisindən biri olan İuda Sonuncu şam yeməyi zamanı onu 30 gümüş pula romalılara satmışdır. Təsvirin aşağısında bu yazı vardır: "Lənətə gəlmiş pulpərəst İuda boğulur". I Pyotr vaxtilə təltif etdiyi Andrey Pervozvannı ordeninin əvəzinə ona xainlik edərək İsveç kralı XII Karlın tərəfinə keçmiş Mazepanı bu ordenlə təltif etməyi tapşırmışdır. Lakin I Pyotrun planı baş tutmamışdır. Nəticədə I Pyotr tərəfindən Bütün Təlxəklər, Sərxoşlar və Dəlisovlar kilsəsi (I Pyotr İçki məclislərində, karnavallarda əylənmək məqsədilə katolik kilsəsinə parodiya olaraq yaratmışdır.) yaradılmış və ordenlə knyaz Yuri Fyodoroviç Şaxovski təltif olunmuşdur. .
243 İda
243 İda (/ˈaɪdə/) — Asteroid qurşağında yerləşən və Koronoid ailəsinə məxsus S sinifli asteroid. 29 sentyabr 1889-cu ildə avstriyalı astronom İohan Paliza tərəfindən kəşf edilmiş və asteroidə yunan mifologiyasında nimfalardan biri olan İdanın adı verilmişdir. == Kəşfi == 29 sentyabr 1889-cu ildə Vyana rəsədxanasında Avstriya astronomu İohan Paliza tərəfindən kəşf edilmişdir. Bu kəşf edilən 45-ci asteroid idi. İda adını həvəskar astronom və pivəbişirən Moriz von Kuffner vermişdir. İda yunan mifologiyasında Kritin nimfasıdır. Kiyotsuqu Hirayama tərəfindən Koronoid ailəsinə salınmışdır. İdanın spektrumunu 1980-ci ilin 16 sentyabrında astronomlar David Tolen və Edvard Tedesko ölçmüşdür. O gün S sinifinə aid edilmişdir. İdanın tədqiq edilməsi 1993-cü ilin əvvəllərində həyata keçirilmişdir.
İba Fuyu
İha Fuyu (伊波 普猷, 15 mart 1876, Naha – 13 avqust 1947, Tokio) və ya İba Fuyu – əslən ryukyulu olan Yaponiya dilçisi, etnoloqu və folklorşünası. "Okinavaşünaslığın atası" hesab olunur. O, Okinava dilinin müasir linqvistik tədqiqinin əsasını qoymuş, Okinava ədəbiyyatını və folklorunu öyrənmişdir. == Həyatı və karyerası == İha Fuyu 1876-cı ildə Ryukyu krallığının paytaxtı Naha şəhərində doğulmuşdur. 1900–03-cü illərdə Kioto şəhərində yerləşən Üçüncü liseydə, 1903–06-cı illərdə Tokio Universitetinin dilçilik fakültəsində təhsil almışdır. Bu dövrdə Okinava mədəniyyətinin linqvistik tədqiqinə maraq göstərmişdir. Məzun olduqdan sonra Okinavaya qayıtmış, Okinava Prefektura Normal Məktəbində dərs deməyə və Okinava mədəniyyəti haqqında araşdırmalar aparmağa başlamışdır. 1909-cu ildə Okinava Prefektura Kitabxanasını qurduqdan sonra birinci direktoru təyin olunmuş və Okinava mədəniyyətə həsr olunmuş 5.000 mənbədən ibarət kolleksiyanın yaradılmasına töhfə vermişdir. == Elmi töhfələri == İha xristian, prohibitionist və esperantist kimi göstərdiyi fəaliyyətlərə görə də tanınmış, Okinava xalqının hüquqlarını müdafiə etmişdir. 1924-cü ildə kitabxana direktorluğundan çıxmış və həyatının qalan hissəsini müxtəlif tədqiqatlara həsr etmək üçün Tokioya köçmüşdür.
İda-Virumaa
Raplamaa (est. Ida-Virumaa), və ya (est. Ida-Viru maakond) — Estoniyanın şimal-şərqində vilayətidir. Vilayətin paytaxtı Yıhvidir. Sahəsi 3 364 km², əhalisi 153 642 min nəfərdir. Vilayətin ərazisi şərqdə Rusiya ilə həmsərhəddir, cənubda Çud gölünə, şimalda isə Fin körfəzinə çıxır. Vilayətin sahəsi 3364,05 km², bu Estoniyanın ümumi ərazisinin 7,4 % təşkil edir. Yıhvi şəhəri paytaxt Tallindən 165 km məsafədədir. == Əhali == Vilayətin etnik mənsubiyyatı onun rusdilli əhalisinin çoxluğu ilə xarakterizə olunur. 70,8 % ruslar (123 min), 19,9 % estonlar (34 min), 2,7 % ukraynalılar, 2,8 % beloruslar, 1,4 % finlər və ingermanlandlar, 2,4 % digərləri (almanlar, tatarlar, ermənilər v.s.) == Şəhər və icmalar == Vilayət 5 şəhərdən və 15 icmadan ibarətdir.
İda Freund
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. == Bioqrafiya == İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.
İda Froynd

İda Mayrin
İda Mayrin (30 oktyabr 1997, Kokand, Fərqanə vilayəti) — İsraili təmsil edən bədii gimnast. İda Mayrin 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Mayrin həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == İda Mayrin 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Yekaterina Levina və Karina Lixvar ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
İda Qendel
İda Qendel (ing. Ida Haendel; 15 dekabr 1928, Xelm[d] – 30 iyun 2020 və ya 1 iyul 2020, Mayami, Florida ) — Polşa mənşəli Britaniyalı skripkaçı, Britaniya imperiyasının ordeni komandiri. == Şəxsi həyatı == İda Qendel Xelm şəhərində yaşayan yahudi ailəsində doğulub. O Natan və Fela Qendellərin kiçik qızı idi. Atası rəssam və qeyri-peşəkar skripkaçı idi. == Musiqi karyerası == İda skripkada çalmağı 3 yaşında Varşava şəhərində Meçislav Mixayloviç adlı skripkaçıdan öyrənməyə başlayır. 5 yaşında o, Betxovenin konsertini ifa etdiyinə görə, Bronislav Quberman mükafatına layiq görülür. 1953-ci ildə İda Venyavskiy adına Birinci skripkaçıların beynəlxalq müsabiqəsinin ən gənc iştirakçısı olur. Karl Fleş və Corce Eneskunun rəhbərliyi altında təkmilləşir. 1937-ci ildə Londonda Henri Vudun rəhbərliyi altında orkestrlə çıxış edir.
Məşədi İbad (film)
Məşədi İbad (fars. مشهدی عباد‎) — Azərbaycan əsilli İran rejissoru Səməd Sabahi tərəfindən 1953-cü ildə çəkilmiş musiqili komediya filmi. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" adlı operettası əsasında çəkilmişdir. == Süjet == Filmin adını daşıyan baş qəhrəman Məşədi İbad qoca kişidir. O, müflisləşmiş tacir Rüstəm bəyin qızı Gülnara aşiq olub. Rüstəm bəy borclarını ödəməyə bir yol axtarır və buna görə də onların evliliyinə razı olur, ancaq Gülnar Sərvər adlı gənc oğlanı sevir. Məşədi İbad Gülnar ilə evlənməyə hazırlaşır. Evlilik günündə qarışıqlıq baş verir və Sərvər Məşədi İbadı həm biabır edir, həm də ki Rüstəm bəyin borclarını ödəməsinə vadar edir. == Həmçinin bax == O olmasın, bu olsun (film, 1956) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === İssari, Məhəmməd Əli. Cinema in Iran, 1900-1979 (ingilis).
Məşədi İbad 94
Məşədi İbad 94 — Üzeyir Hacıbəyovun 110 illik yubiliyinə həsr olunmuş və onun "O olmasın, bu olsun" komediyasının remeyk filmi. == Məzmun == Film bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilsə də müasirləşdirilmişdir. Bakı. 1994-cü il. Rüstəm bəy (Elçin Həmidov) müxalifətçidir və köhnə vəzifəsini əldə etmək üçün biznesmen İbka (Rafael İsgəndərov) ilə qohum olmaq istəyir və hadisələr eynilə cərəyan edir. Filmdə obrazlar da təhrif olunmuşdur. == Film haqqında == Film Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunur. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Baş məsləhətçi: Siyavuş Kərimi Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Nadir Mehdiyev Quruluşçu rəssam: P.P.B.S. Bəstəkar: Üzeyir Hacıbəyov Səs rejissoru: Teymur Abdullayev Səs operatoru: Tariyel Həsənzadə Sinxron səsləndirmə: Əliqulu Səmədov Musiqi tərtibatı və aranjman: Vüqar Camalzadə, Ənvər Sadıqov, Mahir İbrahimov, Saleh Məmmədov Geyim rəssamı: P.P.B.S. Qrim ustası: Vəfa Yunusova, Aybəniz Yunusova Rejissor assistenti: Nemət Cəfərov Operator: Asif Şirəliyev, Elmir Süleymanov Montaj edən: Mahir Rəhimov, Gülməmməd Məmmədov Kompüter qrafikası: PPB-Dizayn Rəqslərin quruluşu: Nailə Məmmədzadə Oriyental rəqs: Nailə Dadaşova (II) Çəkiliş arabasının texnikləri: Faiq Abdullayev (II), Elməddin Qəhrəmanov İşıq ustası: Tahir Bağırov İşıqçı: Gülbala Məmmədov, Xəqani Abdullayev Ofis: Nizami Həsənov Sürücü: Coşqun Həsənov Tar: Elçin Həşimov Kamança: Elnur Əhmədov Gitara: İlham Ələsgərov (III) Nağara: Fuad Mehdiyev, Kamran Kərimov Nəfəsli alətlər: Şirzad Fətəliyev Trüklərin quruluşu: Əli Məmmədov Kaskadyor: Əli Məmmədov, Əhməd Cəfərov, İsa Əsədov, Vüsal Mehrəliyev Pirotexnik: Əlibala Məmmədov Kadrarxası mətn: İlham Qasımov Reklam kampaniyasının rəhbəri: Müşfiq Hətəmov İnzibatçı: Zaur Mollaquliyev, Çinarə Hüseynova İcraçı prodüser: Fərid Ələsgərov, Saleh Abdullayev Filmin direktoru: Azər Quliyev Prodüser: Tahir İmanov Musiqilərindən istifadə edilən bəstəkar: Dmitri Şostakoviç, Karl Orff, Deni Elfman ("Missiya mümkün deyil" filmindən) Repertuarından istifadə edilən müəllif: Maykl Cekson, "Mezdeke" qrupu, "Modo" qrupu === Rollarda === Rafael İsgəndərov — Məşədi İbad — İbka Elçin Həmidov — Rüstəm bəy Coşqun Rəhimov — Qoçuyev Əsgər Aygün Kazımova — Sənəm Tahir İmanov — Avtoş Sərvər Elnarə Xəlilova (Elnarə kimi) — Gülnaz Məbud Məhərrəmov — Rza bəy Telman Adıgözəlov — Həsən bəy Ələsgər Məmmədoğlu — hambal Ramiz Sərkərov — Həsənqulu bəy Arzu Rzayev — İbkanın cangüdəni Samir Ələsgərov Kübra Əliyeva — hamamçı Hacı İsmayılov — ətir satan Elariz Məmmədoğlu — loto qarışdıran Lalə Qasımova — Nara Nailə Məmmədzadə İlqar Nəbiyev — Sərvərin dostu Fatma Mahmudova Nazim Pişyari Cabir İmanov — Qoçu Yaşar Nuri — Həkim Firəngiz Mütəllimova Vüqar Əbdülov Ağamirzə O. Bağırov E. Seyfullayev R. Əliyev H. Hüseynzadə Y. İsmayılov K. Rəşidov S. Nəcəfova S. Hüseynova S. Ömərova C. Qafarova Z. Səidi V. Nəzərova L. Səlimova S. Əliyeva R. Qarayeva G. Məmmədova A. Levkina Mehriban Abdullayeva X. Əlizadə N. Nağıyeva Aida Hüseynova F. Həsənova F. Şəfiyev Ə. Muradov A. Quliyev R. Əfqanlı C. Sadıxov Musa Məhərrəmov S. Mehdiyev == Çəkilişə köməklik edən qurumlar == Heydər Əliyev Sarayı "Şeron" qrupu Yasamal Rayonu 27-ci Polis Bölməsi "Yevro Stayl" — gəlin paltarları Bakı "Çinar" Soyuduculari ASC Zavodu Bakı Dəmiryol Xəstəxanası "Uniforma" dükanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Lunapark" əyləncə mərkəzi "Half Vey İnn" restoranı "Badi Səba" şadlıq sarayı "Muğam" teatrı "Ulu Klub" restoranı "Akva Sport" mağazalar şəbəkəsi "Vahid" Poeziya Evi Salon "N" Art-Studio "Merinos Halı" şirkəti Ekspo Treyd İndastrial Kompani "Erko" firması Şahin Optik == Çəkilişə kömək edənlər == Fuad Mirzəyev Fərhad Babayev Fəxri Abbasov Oqtay Əliyev Eyyub Yaqubov Akif Nəbiyev (Polkovnik-leytenant) Rafiq Əliyev Rasim Əsədov Cuma Əhmədzadə Arif Qazıyev == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı == Xarici keçidlər == Filmi izlə Planet Parni iz Bakunun rəsmi saytında Məşədi İbad filmi Kommersiya — komediya filmləri.
İda Sakston MakKinli
İda Sakston MakKinli (ing. Ida Saxton McKinley; 8 iyun 1847[…], Kanton[d], Ohayo – 26 may 1907[…], Kanton[d], Ohayo ) - ABŞ Prezidenti Vilyam Mak-Kinlinin həyat yoldaşıdır.
Elaeagnus hortensis var. igda
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
Məşədi İbad (film, 1953)
Məşədi İbad (fars. مشهدی عباد‎) — Azərbaycan əsilli İran rejissoru Səməd Sabahi tərəfindən 1953-cü ildə çəkilmiş musiqili komediya filmi. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" adlı operettası əsasında çəkilmişdir. == Süjet == Filmin adını daşıyan baş qəhrəman Məşədi İbad qoca kişidir. O, müflisləşmiş tacir Rüstəm bəyin qızı Gülnara aşiq olub. Rüstəm bəy borclarını ödəməyə bir yol axtarır və buna görə də onların evliliyinə razı olur, ancaq Gülnar Sərvər adlı gənc oğlanı sevir. Məşədi İbad Gülnar ilə evlənməyə hazırlaşır. Evlilik günündə qarışıqlıq baş verir və Sərvər Məşədi İbadı həm biabır edir, həm də ki Rüstəm bəyin borclarını ödəməsinə vadar edir. == Həmçinin bax == O olmasın, bu olsun (film, 1956) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === İssari, Məhəmməd Əli. Cinema in Iran, 1900-1979 (ingilis).
Məşədi İbad-94 (film, 2005)
Məşədi İbad 94 — Üzeyir Hacıbəyovun 110 illik yubiliyinə həsr olunmuş və onun "O olmasın, bu olsun" komediyasının remeyk filmi. == Məzmun == Film bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilsə də müasirləşdirilmişdir. Bakı. 1994-cü il. Rüstəm bəy (Elçin Həmidov) müxalifətçidir və köhnə vəzifəsini əldə etmək üçün biznesmen İbka (Rafael İsgəndərov) ilə qohum olmaq istəyir və hadisələr eynilə cərəyan edir. Filmdə obrazlar da təhrif olunmuşdur. == Film haqqında == Film Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunur. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Baş məsləhətçi: Siyavuş Kərimi Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Nadir Mehdiyev Quruluşçu rəssam: P.P.B.S. Bəstəkar: Üzeyir Hacıbəyov Səs rejissoru: Teymur Abdullayev Səs operatoru: Tariyel Həsənzadə Sinxron səsləndirmə: Əliqulu Səmədov Musiqi tərtibatı və aranjman: Vüqar Camalzadə, Ənvər Sadıqov, Mahir İbrahimov, Saleh Məmmədov Geyim rəssamı: P.P.B.S. Qrim ustası: Vəfa Yunusova, Aybəniz Yunusova Rejissor assistenti: Nemət Cəfərov Operator: Asif Şirəliyev, Elmir Süleymanov Montaj edən: Mahir Rəhimov, Gülməmməd Məmmədov Kompüter qrafikası: PPB-Dizayn Rəqslərin quruluşu: Nailə Məmmədzadə Oriyental rəqs: Nailə Dadaşova (II) Çəkiliş arabasının texnikləri: Faiq Abdullayev (II), Elməddin Qəhrəmanov İşıq ustası: Tahir Bağırov İşıqçı: Gülbala Məmmədov, Xəqani Abdullayev Ofis: Nizami Həsənov Sürücü: Coşqun Həsənov Tar: Elçin Həşimov Kamança: Elnur Əhmədov Gitara: İlham Ələsgərov (III) Nağara: Fuad Mehdiyev, Kamran Kərimov Nəfəsli alətlər: Şirzad Fətəliyev Trüklərin quruluşu: Əli Məmmədov Kaskadyor: Əli Məmmədov, Əhməd Cəfərov, İsa Əsədov, Vüsal Mehrəliyev Pirotexnik: Əlibala Məmmədov Kadrarxası mətn: İlham Qasımov Reklam kampaniyasının rəhbəri: Müşfiq Hətəmov İnzibatçı: Zaur Mollaquliyev, Çinarə Hüseynova İcraçı prodüser: Fərid Ələsgərov, Saleh Abdullayev Filmin direktoru: Azər Quliyev Prodüser: Tahir İmanov Musiqilərindən istifadə edilən bəstəkar: Dmitri Şostakoviç, Karl Orff, Deni Elfman ("Missiya mümkün deyil" filmindən) Repertuarından istifadə edilən müəllif: Maykl Cekson, "Mezdeke" qrupu, "Modo" qrupu === Rollarda === Rafael İsgəndərov — Məşədi İbad — İbka Elçin Həmidov — Rüstəm bəy Coşqun Rəhimov — Qoçuyev Əsgər Aygün Kazımova — Sənəm Tahir İmanov — Avtoş Sərvər Elnarə Xəlilova (Elnarə kimi) — Gülnaz Məbud Məhərrəmov — Rza bəy Telman Adıgözəlov — Həsən bəy Ələsgər Məmmədoğlu — hambal Ramiz Sərkərov — Həsənqulu bəy Arzu Rzayev — İbkanın cangüdəni Samir Ələsgərov Kübra Əliyeva — hamamçı Hacı İsmayılov — ətir satan Elariz Məmmədoğlu — loto qarışdıran Lalə Qasımova — Nara Nailə Məmmədzadə İlqar Nəbiyev — Sərvərin dostu Fatma Mahmudova Nazim Pişyari Cabir İmanov — Qoçu Yaşar Nuri — Həkim Firəngiz Mütəllimova Vüqar Əbdülov Ağamirzə O. Bağırov E. Seyfullayev R. Əliyev H. Hüseynzadə Y. İsmayılov K. Rəşidov S. Nəcəfova S. Hüseynova S. Ömərova C. Qafarova Z. Səidi V. Nəzərova L. Səlimova S. Əliyeva R. Qarayeva G. Məmmədova A. Levkina Mehriban Abdullayeva X. Əlizadə N. Nağıyeva Aida Hüseynova F. Həsənova F. Şəfiyev Ə. Muradov A. Quliyev R. Əfqanlı C. Sadıxov Musa Məhərrəmov S. Mehdiyev == Çəkilişə köməklik edən qurumlar == Heydər Əliyev Sarayı "Şeron" qrupu Yasamal Rayonu 27-ci Polis Bölməsi "Yevro Stayl" — gəlin paltarları Bakı "Çinar" Soyuduculari ASC Zavodu Bakı Dəmiryol Xəstəxanası "Uniforma" dükanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Lunapark" əyləncə mərkəzi "Half Vey İnn" restoranı "Badi Səba" şadlıq sarayı "Muğam" teatrı "Ulu Klub" restoranı "Akva Sport" mağazalar şəbəkəsi "Vahid" Poeziya Evi Salon "N" Art-Studio "Merinos Halı" şirkəti Ekspo Treyd İndastrial Kompani "Erko" firması Şahin Optik == Çəkilişə kömək edənlər == Fuad Mirzəyev Fərhad Babayev Fəxri Abbasov Oqtay Əliyev Eyyub Yaqubov Akif Nəbiyev (Polkovnik-leytenant) Rafiq Əliyev Rasim Əsədov Cuma Əhmədzadə Arif Qazıyev == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı == Xarici keçidlər == Filmi izlə Planet Parni iz Bakunun rəsmi saytında Məşədi İbad filmi Kommersiya — komediya filmləri.
IBDb
Internet Broadway Database (azərb. İnternetdə Brodvey teatrlarının verilənlər bazası‎) — база данных о Brodvey teatr tamaşaları, eləcə də aktyor, rejissor və digər teatr xadimləri haqqında məlumatların toplandığı internet resursu. IBDb — Brodvey teatrının rəsmi arxividir. Burada XVIII əsrdən bu yana bütün Brodvey teatr tamaşaları haqqında məlumatlar, eləcə də maraqlı faktlar və statistik göstəricilər toplanmışdır. Baza 2000-ci ildə Amerika teatrları və prodüserləri elmi-tədqiqat liqasının rəhbəri Karen Hauzer tərəfindən yaradılmışdır.
Məşədi İbad 94 (film, 2005)
Məşədi İbad 94 — Üzeyir Hacıbəyovun 110 illik yubiliyinə həsr olunmuş və onun "O olmasın, bu olsun" komediyasının remeyk filmi. == Məzmun == Film bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilsə də müasirləşdirilmişdir. Bakı. 1994-cü il. Rüstəm bəy (Elçin Həmidov) müxalifətçidir və köhnə vəzifəsini əldə etmək üçün biznesmen İbka (Rafael İsgəndərov) ilə qohum olmaq istəyir və hadisələr eynilə cərəyan edir. Filmdə obrazlar da təhrif olunmuşdur. == Film haqqında == Film Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunur. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Baş məsləhətçi: Siyavuş Kərimi Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Nadir Mehdiyev Quruluşçu rəssam: P.P.B.S. Bəstəkar: Üzeyir Hacıbəyov Səs rejissoru: Teymur Abdullayev Səs operatoru: Tariyel Həsənzadə Sinxron səsləndirmə: Əliqulu Səmədov Musiqi tərtibatı və aranjman: Vüqar Camalzadə, Ənvər Sadıqov, Mahir İbrahimov, Saleh Məmmədov Geyim rəssamı: P.P.B.S. Qrim ustası: Vəfa Yunusova, Aybəniz Yunusova Rejissor assistenti: Nemət Cəfərov Operator: Asif Şirəliyev, Elmir Süleymanov Montaj edən: Mahir Rəhimov, Gülməmməd Məmmədov Kompüter qrafikası: PPB-Dizayn Rəqslərin quruluşu: Nailə Məmmədzadə Oriyental rəqs: Nailə Dadaşova (II) Çəkiliş arabasının texnikləri: Faiq Abdullayev (II), Elməddin Qəhrəmanov İşıq ustası: Tahir Bağırov İşıqçı: Gülbala Məmmədov, Xəqani Abdullayev Ofis: Nizami Həsənov Sürücü: Coşqun Həsənov Tar: Elçin Həşimov Kamança: Elnur Əhmədov Gitara: İlham Ələsgərov (III) Nağara: Fuad Mehdiyev, Kamran Kərimov Nəfəsli alətlər: Şirzad Fətəliyev Trüklərin quruluşu: Əli Məmmədov Kaskadyor: Əli Məmmədov, Əhməd Cəfərov, İsa Əsədov, Vüsal Mehrəliyev Pirotexnik: Əlibala Məmmədov Kadrarxası mətn: İlham Qasımov Reklam kampaniyasının rəhbəri: Müşfiq Hətəmov İnzibatçı: Zaur Mollaquliyev, Çinarə Hüseynova İcraçı prodüser: Fərid Ələsgərov, Saleh Abdullayev Filmin direktoru: Azər Quliyev Prodüser: Tahir İmanov Musiqilərindən istifadə edilən bəstəkar: Dmitri Şostakoviç, Karl Orff, Deni Elfman ("Missiya mümkün deyil" filmindən) Repertuarından istifadə edilən müəllif: Maykl Cekson, "Mezdeke" qrupu, "Modo" qrupu === Rollarda === Rafael İsgəndərov — Məşədi İbad — İbka Elçin Həmidov — Rüstəm bəy Coşqun Rəhimov — Qoçuyev Əsgər Aygün Kazımova — Sənəm Tahir İmanov — Avtoş Sərvər Elnarə Xəlilova (Elnarə kimi) — Gülnaz Məbud Məhərrəmov — Rza bəy Telman Adıgözəlov — Həsən bəy Ələsgər Məmmədoğlu — hambal Ramiz Sərkərov — Həsənqulu bəy Arzu Rzayev — İbkanın cangüdəni Samir Ələsgərov Kübra Əliyeva — hamamçı Hacı İsmayılov — ətir satan Elariz Məmmədoğlu — loto qarışdıran Lalə Qasımova — Nara Nailə Məmmədzadə İlqar Nəbiyev — Sərvərin dostu Fatma Mahmudova Nazim Pişyari Cabir İmanov — Qoçu Yaşar Nuri — Həkim Firəngiz Mütəllimova Vüqar Əbdülov Ağamirzə O. Bağırov E. Seyfullayev R. Əliyev H. Hüseynzadə Y. İsmayılov K. Rəşidov S. Nəcəfova S. Hüseynova S. Ömərova C. Qafarova Z. Səidi V. Nəzərova L. Səlimova S. Əliyeva R. Qarayeva G. Məmmədova A. Levkina Mehriban Abdullayeva X. Əlizadə N. Nağıyeva Aida Hüseynova F. Həsənova F. Şəfiyev Ə. Muradov A. Quliyev R. Əfqanlı C. Sadıxov Musa Məhərrəmov S. Mehdiyev == Çəkilişə köməklik edən qurumlar == Heydər Əliyev Sarayı "Şeron" qrupu Yasamal Rayonu 27-ci Polis Bölməsi "Yevro Stayl" — gəlin paltarları Bakı "Çinar" Soyuduculari ASC Zavodu Bakı Dəmiryol Xəstəxanası "Uniforma" dükanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Lunapark" əyləncə mərkəzi "Half Vey İnn" restoranı "Badi Səba" şadlıq sarayı "Muğam" teatrı "Ulu Klub" restoranı "Akva Sport" mağazalar şəbəkəsi "Vahid" Poeziya Evi Salon "N" Art-Studio "Merinos Halı" şirkəti Ekspo Treyd İndastrial Kompani "Erko" firması Şahin Optik == Çəkilişə kömək edənlər == Fuad Mirzəyev Fərhad Babayev Fəxri Abbasov Oqtay Əliyev Eyyub Yaqubov Akif Nəbiyev (Polkovnik-leytenant) Rafiq Əliyev Rasim Əsədov Cuma Əhmədzadə Arif Qazıyev == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı == Xarici keçidlər == Filmi izlə Planet Parni iz Bakunun rəsmi saytında Məşədi İbad filmi Kommersiya — komediya filmləri.
ABAD
"ABAD" — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. "ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb. Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.). == İstiqamətlər == Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi. ==== Qida ==== "ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir.
ABBA
ABBA —1970–1982-ci illərdə fəaliyyət göstərmiş İsveç musiqi kvarteti. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb. Dünya üzrə qrupun 350 milyon albomu satılmışdır. 1974-cü il Avroviziya Mahnı Müsabiqəsinin qalibidir. İlk albomu olan "Ring Ring" 1973-cü ildə çıxıb. 2008-ci ildə isə "The Albums" komplekti buraxılıb. Bu buraxılışa ABBA-nın 8 studiya albomu və 1 hədiyyə diski daxildir. ABBA 1972–1982-ci ilərdə fəaliiyət göstərmiş və ifaçılarının adlarının ilk hərflərinə görə adlandırılmış İsveç musiqi kvartetidi. ABBA dünya musiqi tarixinin ən məşhur və uğurlu qruplarınnan biridir. Qrupun musiqi yazıları bütün dünya üzrə 350 milyon nüsxədən çox satılmışdı.
ADDA
Azərbaycan Dövlət Dəniz Akademiyası — Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir. Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb. == Haqqında == Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir. Akademiya Rusiyanın admiral S.O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F.F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası, Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya Tədris Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin “Turksen Eğitim Ltd” beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub. Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir. 2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-nin “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-nin uyğunluq sertifikatını əldə edib.
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Abdan
Abdan — İranın Buşehr ostanının Deyr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6 058 nəfər və 1 224 ailədən ibarət idi.