Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mil Mi-10
Mil Mi-10 (rus. Миль Ми-10; NATO kod adı: Harke), Mil tərəfindən istehsal olunan Sovet istehsalı bir nəqliyyat helikopteridir. Mil Mi-6 əsas alınaraq dizayn olunan helikopter 1963-ci ildə xidmətə başlamışdır. Tikinti- quraşdırma və inşaat işlərində istifadə olunması nəzərdə tutulan hərbi nəqliyyat helikopteri Mi-10-un mülki modifikasiyası “uçan kran”dır. Bu “qısa ayaqları” və gövdə altında əlavə pilot kabinası olan bir versiyadır. İlk uçuşu 1965-ci ilin iyun ayında baş tutub və istehsalı 1975-ci ildə başlayıb. 17 ədəd helikopter istehsal edilib və onlardan dördü sonradan yenidən qurulub. Dizaynerlər xarici görünüş və platformadan imtina etdilər. Şassinin hündürlüyünü azaldaraq helikopterin çəkisinin və alın müqavimətinin azalmasına nail oldular. Helikopterin yüklənməsi və boşalması zamanı özünü doğrultmayan idarəetmə kameraları əvəzində “uçan kran” ikinci dairəvi görünüşə və üçüncü idarəetmə mexanizmlərinə malik asılma kabinə ilə təchiz olundu.
Mil Mi-17
Mil Mi-17 (NATO kod adı: Hip) — Sovet hərbi-nəqliyyat helikopteri. Hazırda Rusiyanın Kazan və Ulan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur. Ekstensiv olaraq Şri-Lanka Vətəndaş müharibəsində Şri-Lanka hərbi hava qüvvələri tərəfindən istifadə olunmuşdur. Əməliyyatlar zamanı hərbi hava qüvvələrinə məxsus 7 ədəd helikopter düşmən tərəfindən vurulmuşdur. Kolumbiya ordusu tərəfindən Jaque əməliyyatı zamanı istifadə olunmuşdur. Hindistan HHQ tərəfindən 1999-cu ilin may ayı ərzində Pakistana qarşı Kargil döyüşlərində iştirak etmişdir. Quru Qoşunlarına havadan dəstək məqsədilə əməliyyatlara cəlb olunmuş 1 ədəd Mil Mi-17 helikopteri vurulmuşdur. Malayziya tərəfindən axtarış və xilasetmə əməliyyatlarında bir neçə dəfə iştirak etmişdir.
Mil Mi-171V
Mil Mi-17 (NATO kod adı: Hip) — Sovet hərbi-nəqliyyat helikopteri. Hazırda Rusiyanın Kazan və Ulan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur. Ekstensiv olaraq Şri-Lanka Vətəndaş müharibəsində Şri-Lanka hərbi hava qüvvələri tərəfindən istifadə olunmuşdur. Əməliyyatlar zamanı hərbi hava qüvvələrinə məxsus 7 ədəd helikopter düşmən tərəfindən vurulmuşdur. Kolumbiya ordusu tərəfindən Jaque əməliyyatı zamanı istifadə olunmuşdur. Hindistan HHQ tərəfindən 1999-cu ilin may ayı ərzində Pakistana qarşı Kargil döyüşlərində iştirak etmişdir. Quru Qoşunlarına havadan dəstək məqsədilə əməliyyatlara cəlb olunmuş 1 ədəd Mil Mi-17 helikopteri vurulmuşdur. Malayziya tərəfindən axtarış və xilasetmə əməliyyatlarında bir neçə dəfə iştirak etmişdir.
Mil Mi-2
Mil Mi-2 (NATO kod adı: Hoplit) — Mil Moskva Helikopter Zavodu tərəfindən dizayn olunmuş çoxməqsədli helikopter Mi-2 yalnız Polşada, Svidnik şəhərindəki WSK "PZL-Świdnik" zavodunda istehsal olunur. Mil Mi-1 modeli ilk dəfə Sovet İttifaqında 1948-ci ildə istehsal edilmişdir. S-51 və Bristol Sycamore modelləri üzrə modelləşdirilmiş və ilk sınaq uçuşları 1948-ci ilin sentyabrında Mixail Mil istehsalat sahəsində baş tutmuşdur. Model üçün xüsusi olaraq Isotov GTH-350 mühərriki hazırlanmış və Mi-1-dən xeyli üstün olan Mi-2 modelinə inteqrasiya edilmişdir. Daha sonra, Mil (Sovet İttifaqındakı adı ilə V-2) ofisi 1964-cü ildə Polşanın Świdnik qəsəbəsinə köçürüldükdən sonra inkişaflar buradan da davam etdirilmişdir. 1964-cü ildən bəri PZL-Świdnik yüzlərlə helikopterin tədarükünü həyata keçirmiş və bunların təxminən 1/3 hissəsi hərbi məqsədlər üçün satılmışdır. Mülki məqsədlərdə istifadə üçün plastik rotor bıçaqlı və geniş gövdəyə malik 10 sərnişin tutumlu Mi-2M modeli hazırlanmışdır. Onun ən mühüm istifadə sahələrindən biri də ambulans kimi istifadə edilməsidir, çünki onun həcmi 4 xərək daşımağa imkan verir. Polşada bəzi xüsusi hərbi variantları da hazırlanmışdır. Birincisi, o, dəstək və kəşfiyyat məqsədləri üçün 23 mm-lik avtomatik top və iki ədəd 57 mm-lik raket podu, dörd ədəd 9K11 Malyutka tank əleyhinə raket sistemləri və ya Strela-2 AA raketlərini daşıya bilər.
Mil Mi-26
Mil Mi-26 (ru: Миль Ми-26, NATO kod adı: "Halo") "İzdeliye 90" istehsal kodu altında istehsal olunan və Sovet İttifaqı dövründə istehsalına başlanılan Rus ağır nəqliyyat helikopteridir. Həm hərbi, həm də mülki helikopterlər arasında indiyədək istehsal olunan ən böyük və ən güclü helikopterdir. Mi-26-dan daha ağır olan Mil Mi 12 (prototip adı: Mil V-12) helikopterinin inkişaf mərhələsi tamamlana bilmədikdə, 1970-ci illərin əvvəllərində yeni bir ağır nəqliyyat helikopterinin inkişafı layihəsinə başlanıldı. İlk növbədə İzdeliye 90 ("Layihə 90") adlandırılan layihə sonradan Mi-26 adlandırıldı. Bu yeni helikopterdə olması gözlənilən əsas xüsusiyyət, boş ağırlığının maksimum qalxma ağırlığının yarısından az olmasıdır. Mi-26 helikopteri, OKB-329 Dizayn Bürosunun (sonradan Mil Moskva Helikopter Zavodu adlandırıldı) qurucusu Marat Tişçenkonun köməyi ilə Mixail Mil tərəfindən hazırlanmışdır. Hərbi və mülki ehtiyacları ödəyə bilən ağır nəqliyyat helikopteri olaraq inkişaf etdirilən Mi-26, əvəz etdiyi Mil Mi-6 helikopterinin kabin həcminin və daşıma qabiliyyətinin iki dəfə artırılmış versiyasıdır. Mi-26-nın hazırlanmasında əsas məqsəd 13 tonluq amfibiya zirehli transportyor və portativ ballistik raket batareyaları kimi hərbi texnikanın Antonov An-22 və ya Ilyushin Il-76 kimi hərbi nəqliyyat təyyarələri ilə əsas nöqtələrə çatdırıldıqdan sonra daha uzaq və çatılması çətin olan ərazilərə daşınmasıdır. Mi-26 ilk uçuşunu 14 dekabr 1977-ci ildə etdi. 1983-cü ildə inkişaf mərhələsi tamamlanan vertolyot, 1985-ci ildən Sovet Hərbi Hava Qüvvələrinin və Sovet İttifaqındakı mülki təşkilatların inventarına girdi.
MiG
MiQ (rus. МиГ), Rusiyanın hərbi təyyarə istehsalı şirkəti. Artyom Mikoyan və Mixail Qureviç tərəfindən "Mikoyan-Qureviç" adı ilə yaradılmışdır. MiQ qırıcı təyyarələri xüsusilə Sovet İttifaqı və Rusiya Silahlı Qüvvələri tərəfindən geniş istifadə edilir və bir çox ölkəyə ixrac olunur. MiQ şirkəti müxtəlif modelləri ilə tanınır. Bunlar arasında ən məşhurları MiQ-15, MiQ-21, MiQ-29 və MiQ-35 modelləridir. Bu qırıcı təyyarələr müxtəlif hava döyüşləri və müdafiə missiyalarında istifadə olunur və yüksək manevr qabiliyyəti, sürət və silah sistemləri ilə seçilirlər. Rusiya hökuməti tərəfindən 2006-cı ildə İlyuşin, İrkut, Suxoy, Tupovlev və Yakovlevlə "Birləşmiş Təyyarə Şirkəti" adı altında birləşdirilib. Firma həmçinin Kamov helikopter layihəsi kimi müxtəlif texnikaların istehsalı üzərində də işləyir.
Miq.
Friedrich Anton Wilhelm Miquel (alm. Friedrich Anton Wilhelm Miquel‎; 24 oktyabr 1811 – 23 yanvar 1871) — XIX əsr Hollandiya botanik-sistematiki. De nord-nederlandsche vergiftige Gewassen. Amsterdam, 1836 (36 cədvəl) (nid.) Commentarii phytographici. Leyden, 1838—1840 (14 cədvəl) (lat.) Genera cactearum : descripta et ordinata, quibus proemissi sunt characteres totius ordinis et adfinitatum adumbratio scripsit F. A. Guil. Miquel. Roterodami, 1839 (Yoxlanılıb 1 aprel 2011) (lat.) Monographia generis Melocacti. Breslau, Berlin, 1841 (11 cədvəl) (lat.) Monographia Cycadearum, Utrecht, 1842 (с 8 таблицами) (lat.) Systema Piperacearum, Rotterdam,1843—1844 (lat.) Illustrationes Piperacearum, Bonn, 1847 (92 cədvəl) (lat.) Revisio critica Casuarinarum, Amsterdam, 1848 (12 cədvəl) (lat.) Stirpes surinamenses selectae, Leyden, 1850 (65 cədvəl) (lat.) Analecta botanica indica, Amsterdam, 1850—1852 (20 cədvəl) (lat.) Cycadeae quaedam Americanae, partim novae. Amsterdam, 1851 (lat.) Plantae Junghuhnianae, Leyden, 1851—1855 (lat.) Flora Indiae batavae, Amsterdam, 1855—1859 (2 cilddə) (lat.) Prodromus Florae Sumatranæ, Amsterdam, 1860—1861 (lat.) Sumatra, seine Pflanzenwelt und deren Erzeugnisse, Leipzig, 1862 (alm.) Choix des plantes rares et nouvelles, cultivées et dessiné es dans le jardin botanique de Buitenzorg, Den Haag, 1863 (26 cədvəl) (fr.) Annales Musei botanici Lugduno-Batavi, Amsterdam, 1863—1869 (4 cilddə, 40 cədvəl) (lat.) Prolusio Florae japonicae, Amsterdam, 1865—1867 (lat.) De Palmis Archipelagi Indici observationes novae. Amsterdam, 1868 (lat.) Catalogus Musei botanici Lugduno-Batavi.
MiQ
MiQ (rus. МиГ), Rusiyanın hərbi təyyarə istehsalı şirkəti. Artyom Mikoyan və Mixail Qureviç tərəfindən "Mikoyan-Qureviç" adı ilə yaradılmışdır. MiQ qırıcı təyyarələri xüsusilə Sovet İttifaqı və Rusiya Silahlı Qüvvələri tərəfindən geniş istifadə edilir və bir çox ölkəyə ixrac olunur. MiQ şirkəti müxtəlif modelləri ilə tanınır. Bunlar arasında ən məşhurları MiQ-15, MiQ-21, MiQ-29 və MiQ-35 modelləridir. Bu qırıcı təyyarələr müxtəlif hava döyüşləri və müdafiə missiyalarında istifadə olunur və yüksək manevr qabiliyyəti, sürət və silah sistemləri ilə seçilirlər. Rusiya hökuməti tərəfindən 2006-cı ildə İlyuşin, İrkut, Suxoy, Tupovlev və Yakovlevlə "Birləşmiş Təyyarə Şirkəti" adı altında birləşdirilib. Firma həmçinin Kamov helikopter layihəsi kimi müxtəlif texnikaların istehsalı üzərində də işləyir.
Mil Mi-28
Mi-28 (NATO kod adı Havoc) döyüş helikopteri Rusiya istehsalıdır. Ruslar ötən əsrdə apardığı müharibələrdə çoxlu sayda Mi-24 tipli döyüş helikopterlərindən istifadə edib. Xüsusi ilə bu özünü Çeçenistanda daha qabarıq şəkildə büruzə verdi. Bundan sonra rus mutəxəssisləri daha mükəmməl helikopter yaratmaq üçün işə başladılar. Beləliklə 70-ci illərin sonu 80-ci illərin əvvəllərində Mi-28 və Ka-50 döyüş helikopterləri istehsal olundu. Silahlanması haqqında indinin özündə də çox az məlumat verilir. İlkin istehsal variantı. İlk uçuşunu 1982-ci ildə həyata keçirmişdir. Tank əleyhinə silahlarla təchiz olunmuş istehsal variantı. İstənilən hava şəraitində verilən tapşırığı yerinə yetirə bilir.
Mil Mi-6
Mil Mi-6 (Миль Ми-6; NATO kod adı: Hook), Mil Moskva Helikopter Zavodu tərəfindən buraxılan SSRİ mənşəli çoxməqsədli helikopter olub, daha çox ağır nəqliyyat helikopteri kimi istifadə olunur. Helikopter, ilk uçuşunu 3 iyun 1957-ci ildə həyata keçirmişdir. Hərbi və mülki təyinatlı olub, çoxlu sayda istehsal edilmişdir.. 1959-1980-ci illər arasında 926 ədəd istehsal edilmişdir.
Mil Mi-8
Mil Mi-8 (rus. Ми-8, NATO kod adı: Hip) Sovet İttifaqı tərəfindən dizayn olunmuş, hazırda Rusiya tərəfindən istehsalı davam etdirilən çoxməqsədli helikopterdir. Əsasən nəqliyyat helikopteri kimi istifadə olunmasına baxmayaraq, desantlaşma, kəşfiyyat və zirehli döyüş helikopteri kimi də istismar oluna bilir. Mi-8 helikopteri hazırda dünyada ən çox istehsal olunmuş helikopter hesab olunur. 2015-ci ildə qeydə alınmış hesablamalara əsasən hərbi əməliyyatlar tarixində ən çox istifadə olunan üçüncü helikopterdir. 92 ölkədə 5 mindən çox Mi-8/17 helikopteri qeydiyyata alınıb. Bu baxımdan, Mi-8 helikopterləri tarixin ən kütləvi istehsal edilən helikopterlərindən biri sayılır. 1991-ci ildən etibarən xarici müştərilər 1500-dən çox helikopter ilə təmin olunub. Xalq arasında Mi-8 “Kolya” ya da “Mikolka” ləqəbi alıb. İlk uçuşu 1961-ci il iyunun 24-də icra edilib.
Mil Mi 12
Mil Mi-12 (V-12) nəqliyyat helikopteri. NATO kod adı: Homer İstehsalçı: SSRİ İstehsalçı firma: Mil Moskva Helikopter Zavodu Tip: Nəqliyyat helikopteri prototip İlk uçuş: 10 iyul 1968-ci il İstismarı dayandırılıb: 1974-cü il İstehsal sayı: 2 ədəd Dünya aviasiyası tarixində ən ağır qaldıra bilən helikopter hesab edilir. İlk uçuş 1968-ci il iyulun 10-da baş tutub. 1969-cu il avqustun 6-da indiyə qədər helikopterlər üçün əlçatmaz olan rekorda imza atıb — 2255 metr hündürlüyə 44205 kq yük qaldırıb. Mi-12 toplam yeddi dünya rekorduna imza atıb. Mi-12-ni yaradan Mil adına Büro, helikopter texnologiyasında görkəmli nailiyyətlərinə görə Amerika Helikopter Cəmiyyəti tərəfindən Sikorski adına mükafata layiq görülüb. Mi-12-nin əsas fərqləndirici xüsusiyyəti geriyə doğru daralan qanadlar üzərində olan vintlərin yan tərəfli tənzimlənməsidir. Bu helikopterin, Strateji Raket Qüvvələri üçün qitələrarası ballistik raketlərin daşınması üçün ən azı 30 ton qaldıra biləcək super-ağır nəqliyyat helikopteri kimi istifadə olunması nəzərdə tutulub. 105 tonluq "ağırçəkilini" havaya hər biri 6500 at gücündə olan dörd mühərriki qaldırır. Mi-12-nin sürəti 260 km /saata çatır.
Mil Mi 14
Mil Mi-14 (rus. Миль Ми-14; NATO kod adı: Haze) - Mil tərəfindən istehsal olunan Sovet istehsalı amfibiya sualtı helikopteridir. Vertolyot “Mi-8” helikopterinin bazası üzərində hazırlanıb və 1975-ci ildə istifadəyə verilib. 1969-1989-cu illər arasında istehsal edilmişdir.
Mil Mi 38
Mil Mi-24
Mil Mi-24 (rus. Миль Ми-24; NATO kod adı: Hind) ― Sovet İttifaqı və Rusiya tərəfindən istehsal olunan hücum və hərbi nəqliyyat helikopteridir. Pilotlar tərəfindən uçan tank adlandırılır. Digər adı isə, xarici görünüşünə görə "Timsah"dır. Mil Moskva Helikopter Zavodu tərəfindən istehsalı həyata keçirilən bu helikopter 1972-ci ildən etibarən başda Sovet İttifaqı olmaqla bir çox ölkənin hərbi hava qüvvələri tərəfindən istifadə olunur. Mi-24 hərb tarixində ilk hücum helikopterlərindən biridir. Korpusu olduqca möhkəm zirehlə örtülüdür. Əhəmiyyətli xüsusiyyətlərindən biri eyni zamanda 8 əsgər, yük və sursat daşıma imkanıdır. Zəif cəhəti yüksək səviyyəli manevr bacarığına sahib olmaması və xüsusilə kəskin dönüşlər zamanı qəza vəziyyətinə düşməsidir. Üzərində aparılan uzun müddətli çalışmalara baxmayaraq bu çatışmazlığı aradan qaldırmaq mümkün olmayıb.
Mil Mi-38
Mil Mi-38 (rus. Миль Ми-38) - Mil tərəfindən istehsal edilən Rusiyanın orta ölçülü nəqliyyat helikopteridir. Helikopter Mi-8 və Mi-17-ni əvəz etməsi üçün hazırlanıb və həm hərbi, həm də mülki variantlarda satılması planlaşdırılır. 30 dekabr 2015-ci ildən Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsi olan Rusiya Hərbi Hava Qüvvələri tərəfindən istismar edilir. Rusiyanın ən yeni çoxməqsədli “Mi-38” helikopteri də ilk dəfədir ki, xaricdə təqdim olunur. Maşın unikal texniki xüsusiyyətlərə malikdir. Konstruktorlar helikopterin maksimal universallığını təmin etmək üçün onun istismar imkanlarını genişləndiriblər. Yeni maşının isti iqlim şəraitində, səhralıq və dağlıq ərazilərdə rahat və etibarlı isitismarı Yaxın Şərqdən olan mütəxəssislərin xüsusi marağına səbəb olub. Amma onun istismar zonası bundan da genişdir - həm dəniz, həm tropik, hətta arktik mühitdə istifadəsi mümkündür. Helikopter ən sərt müasir təhlükəsizlik və ekoloji təmizlik normalarına uyğun layihələndirilib.
Miu-Miu
Miu-Miu (fr. Miou-Miou əsl adı Silvet Erri - Sylvette Herry Silğvet Arri) (22 fevral 1950[…], XI arondisman, Fransa) — tanınmış Fransa aktrisası. Miu-Miu 22 fevral 1950-ci ildə anadan olub.
.mil
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Mif
Mif (q.yun. μῦθος — dastan, ənənə) və ya Əsatir— təbiət hadisələrinin, kortəbii qüvvələrin, səma cisimlərinin insanların xəyalında, təsəvvür və düşüncələrində müəyyən bir şəkilə salınması, gah insanlara, gah da tanrılara bənzər təsvir olunmasıdır. Mif şifahi xalq ədəbiyyatının ən qədim janrlarından biri hesab olunur. Bu janrı ibtidai insanların ibtidai təsəvvür və anlayışları yaratmışdır. Mif sözü Azərbaycan dilində XX-ci əsrdə rusca "миф" sözündən keçib, rus dilinə isə - avropa dillərində olan "myth/mythe" sözündən; kökü yunanca "μῦθος" [mitos] sözüdür və "hekayə, nağıl" kimi tərcümə olunur. Əsatir sözü ərəbcə isə ostura/usturə (az-əbcəd. اوسطوره‎) sözünün cəmidir, yəni əsatir (az-əbcəd. اساطیر‎‎) əslində "miflər, mifologiya" mənasını verir. Miflər daha çox bəşəriyyətin "uşaqlıq dövründə" yaranmışdır. Mif inkişaf etmiş, mərhələlər keçmiş, ən əski fəlsəfənin predmeti onunla şərtlənmişdir.
Mil
Mil (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Milabad — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Yeni Mil — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Mil (ölçü vahidi) — uzunluq ölçü vahidi. Mil düzü — Kür-Araz ovalığının cənub qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi.
Min
Min (rəqəm) — Min (bir min), say sistemində saylardan biridir. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Min (mifologiya) — Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı. Minkənd – Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Mir
Mir (Rus: Dünya deməkdir: dünya və ya sülh), 1986-cı ildən 2001-ci ilə qədər aşağı Yer orbitində qalan Sovet İttifaqının və ardınca Rusiya tərəfindən idarə olunan kosmik stansiyası. İlk modul 19 fevral 1986-cı ildə kosmosa göndərilib. Bəşəriyyətin uzun müddətli olaraq kosmosda, içində yaşayıb araşdırmalar apardığı ilk elmi-kosmik tədqiqat stansiyasıdır . Edilən beynəlxalq əməkdaşlıq sayəsində, müxtəlif millətlərin kosmik xadimlərinin istifadəsinə verildi. Orbitə 1986-cı il ilə 1996-cı illər arasında göndərilən bir çox modul ilə uğurlu birləşmələr həyata keçirdi. 23 mart 2001-ci ildə missiyası başa çatdı və atmosferə girərək yanması təmin edildi. Mir, əvvəl Sovet İttifaqı tərəfindən göndərilmiş Salyut kosmik stansiyaları əsas alınaraq hazırlanmışdır(1971-ci ildən sonra yeddi Salyut kosmik stansiya göndərilmişdir). Əsasən Rusiya istehsalı insanlı "Soyuz" raketləri və Progress yük gəmiləri tərəfindən təmir edildimişdir, lakin bundan sonrakı uçuşlar Буран kosmik gəmisi üçün təyinat nöqtəsi olaraq planlanmışdır. Orbitdəki " Mir " -in əsas məqsədi geniş və yaşanıla biləcək elmi laboratoriya yataymaq idi. ABŞ özünə Mir-ə oxşar olaraq Space Station Freedom stansiyasını yaratmağı planlamış, amma bu layihə Sovet İttifaqının süqutundan sonra beynəlxalq əməkdaşlıq yolunun açılması məqsədilə dayandırılmışdır (bax.
Mis
Mis (Cu) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element. Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdə və bürünc heykəltaraşlığında istifadə edilir. Bürünc də mis tərkiblidir. Kənd təsərrüfatında su yosunu öldürücü (alqasit) olaraq istifadə edilir. Şəkərlərlə edilən analitik kimya testlərində istifadə edilən Fehlinq məhlulu kimi müxtəlif kombinasiyalar də mis tərkiblidir. Bitkilərdə misin miqdarı 0,001-dən 0,05%-ə (kütlə ilə) qədər dəyişir və bitkinin növündən və misin miqdarından asılı olur. Bəzi tərəvəzlərdə və meyvələrdə mis 30–230 mq-a qədər olur.
Mir Tağı Mir
Mir Tağı Mir (28 may 1723 – 20 sentyabr 1810, Birləşmiş Krallıq) — Urdu ədəbiyatının tanınmış şairi və təzkirəçisi. Hicazdan Hindistana köç etmiş bir ailəyə mənsub olub Aqrada (Əkbərabad) dünyaya gəlmişdi. Doğum iliylə ilgili olaraq 1134 (1722), 1135 və 1137 kimi dəyişik tarixlər zikr edilməkdəysə də dördüncü divanında qardaşı oğlu Məhəmməd Hüseynin yazdığı, Ləknəvdə doxsan yaşında ikən öldüyünə dair qeyddən 1135-ci ildə (1723) doğulduğu anlaşılır. Mir Məhəmməd Tağı, 1146-cı (1733-cü) ildə mütəsəvvif olan atası Mir Əli Müttağı və atasının yaxın dostu Əmanullah Dərviş bir-biri ardınca vəfat edincə çeşidli çətinliklərlə qarşılaşdı. Bir müddət Aqrada iş aradıysa fərli bir nəticə alamayınca Dehliyə getdi (1147/1734). Burada atasının dostu Nəvvab Samsamüddövlə Əmirülüməra ona maaş bağladı. Ancaq onun da Nadir şah Qırxlı-Avşarla aparılan savaşda ölməsinə görə (1151/1738) bu gəlirdən məhrum qaldı. Bu hadisədən sonra Aqraya gedən Mir Məhəmməd qarşılaşdığı sıxıntılar səbəbiylə yenə Dehliyə döndü (1152/1739) və ögey qardaşı Məhəmmədhəsənin əmisi şair Siracüddin Əli xan Arzunun yanında qalmağa və ərəbcə, farsca və şeir dərsləri almağa başladı. Bəzi qaynaqlarda, bu dönəmdəki müəllimləri arasında olan Seyyid Səadət Əlinin Mir Məhəmmədi Urduca şeir yazmağa təşviq etdiyi bildirilirsə də onu bu mövzuda yönləndirən şəxsin Əli xan Arzu olduğunu qeyd edən çalışmalar da vardır. Sünni olan Əli xan Arzunun, Şiə olması səbəbiylə ona qarşı arzuolunmaz bir tövr sərgiləməsi və ya başından keçən bir eşq məcərası üzündən Əli xan Arzunun evindən ayrıldı.
Mir Həsən Ağa Mir
Mir Həsən Seyid Hüseyn oğlu Ağa Mir — Xurşidbanu Natəvanın ortancıl oğlu, şair. Mir Həsən 1870-ci ildə Şuşada doğulmuşdur. Xurşidbanu Nətəvanın ikinci əri Seyid Hüseyndən olan ortancıl oğludur. O, Azərbaycan, fars və ərəb klassiklərinin əsərlərini mütaliə etmiş, həmin xəzinə əsasında şeirlər yazmışdır. Xurşidbanu Nətəvan irsinin görkəmli tədqiqatçısı Bəylər Məmmədov onun Mir təxəllüsü ilə şeirlər qələmə aldığını göstərmişdir. Mir Həsən 33 il ömür sürmüş, 1903-cü ildə vəfat etmişdir. Mir Həsən Ağa Mirin yazdığı şeirlərdə bədbin bir ruh, fərəhdən çox əzab, tərkidünyalığa meyl və həyat ziddiyyətlərindən yaranan bir narazılıq özünü göstərir. Mir Həsən farsca yazdığı şeirlərdə Ömər Xəyyama yaxınlaşmışdır. Təzkirələrdə onun iti hafizəsi, rəvan təbə malik olduğu bildirilir. Şairin qələmə aldığı mənzumələr əlyazma şəklində pərakəndə halda cünk və bəyazlarda, şeir dəftərlərində qalmışdır.
MiG-35
MiQ-35 (rus. МиГ-35, NATO kod adı: Fulcrum-F) — MiQ tərəfindən dizayn edilmiş rus çoxməqsədli qırıcı təyyarə. MiQ-29 təyyarələrinin daha da inkişaf etdirilmiş versiyasıdır. Bu təyyarələrin Qərbli rəqibləri Rafale və EF-2000 hesab olunur. Bu təyyarələrin radarlardan qaçmaq imkanı yoxdur. İlk dəfə olaraq 2007-ci ildə Aeo India 2007 sərgisində nümayiş etdirilmişdir. Yeni məlumat sistemi, radar sistemi, nişanalma sistemi və əlavə bir sıra müasir cihazlar ilə təchiz edilmiş olan hərbi təyyarədir. Vahidinin qiyməti təxminən 40 milyon ABŞ dollarıdır. Satış üçün iki versiyası təklif olunur: MiQ-35 (təkoturacaqlı) və MiQ-35D (cütoturacaqlı). Silahları isə aşağıdakılardır: 1.
MiQ-1
MiQ-1 (rus. МиГ-1) — İkinci dünya müharibəsi zamanı SSRİ tərəfindən istifadə olunan bir qırıcı. İstifadəsi olduqca çətin olmasına baxmayaraq MiQ-3 üçün olduqca uğurlu bir baza modeli olmuşdur. Yüksək hündürlükdə uçarkən qazandığı uğurları ilə ad çıxarmışdır. MiQ-1 Polikarpovdan ayrılıb MiQ OKB-ni quran Artyom Mikoyan və Mixail Qureviçin öz adları altında ərsəyə gətirdikləri birinci təyyarə və məşhur bir seriyanın başlanğıcıdır. 1938-ci ildə VVS-nin tələbilə dizayn üzərində işlərə start verilmiş, I-200 kodlu ilk prototipi uçuşunu 30.03.1940 tarixində reallaşdırmışdır. Yüksək hündürlükdə uçan qırıcı təyyarə olaraq 1941-ci ilin aprel ayından xidmətə qəbul edilmişdir. SSRİ Hərbi Hava Qüvvələrinin aşağı və orta hündürlükdə uçan təyyarələrə olan güclü meyli səbəbilə və əsas üstünlüyünü Il-2 təyyarələrinə verməsi və mühərrik istehsalçısı olan Mixulin şirkətinin AM-35 mühərriklərinin istehsalını dayandırmasına görə qısa ömürlü olmuşdur. MiQ-3 MiQ-1 ilə eyni aerodinamik quruluşa malikdir. Ən böyük fərqləri pilot oturacağının arxa hissəsində yerləşən zireh, daha artıq yanacaq daşımaq qabiliyyəti və qanadların altında 8 ədəd hava-yer tipli raket daşıya bilməsi qabiliyyəti idi.
MiQ-15
MiQ-15 — 1947-ci ildə MiQ konstruktor bürosu tərəfindən yaradılmış birmotorlu və biryerlik təyyarədir. Rusiyanın ilk reaktiv təyyarəsidir. Təyyarədə Rolls-Roysun Nene turboreaktiv mühərriki Klimov VK-1 adlandırılaraq istifadə edilmişdir. MİQ-15 Koreya müharibəsində istifadə edilmişdir. ABŞ-də bu təyyarəyə qarşı F-86 Thunder təyyarəsi yaradılmışdır. 1 ədəd 37 mm və 2 ədəd 23 mm-lik top və idarə olunmayan raket daşıya bilir.
MiQ-17
MİQ-17 Fresco, 1949-cu ildə Mikoyan Qureviç bürosu tərəfindən inkişaf etdirilən tək motorlu və tək şəxsiyyət bir təyyarədir. MiQ-15-in inkişaf etdirilmiş versiyasıdır. İlk dəfə bu təyyarədə AAM (Hava Hava) mərmiləri istifadə edilmişdir.
MiQ-19
Mikoyan Qureviç MiG-19 (NATO kod adı “Farmer”), Sovet istehsalı ikinci nəsil bir yerli, reaktiv motorlu ovçu təyyarəsi. Düz uçuşda səs üstü sürətə çata bilən ilk Sovet təyyarəsidir. NATO-da qarşılaşdırıla biləcəyi təyyarə North American F-100 Super Sabredir, ancaq Vyetnam müharibəsi əsnasında qarşısında daha müasir F-4 Phantom və Republic F-105 Thunderchief təyyarələriylə vuruşmaq vəziyyətində qalmışdır.
MiQ-21
MiQ-21 (rus. Микоян и Гуревич МиГ-21) (NATO kod adı: “Fishbed”) — SSRİ-də Mikoyan Guryeviç KB tərəfindən düzəldilən və istehsal olunan supersonik (səsdən sürətli) qırıcı təyyarədir. Təyyarənin məşhur rus telli musiqi alətinə oxşadığına görə pilotlar ona “balalayka” ləqəbi vermişdilər. İlk versiyaları ikinci nəsil qırıcı təyyarə olaraq bilinsə də sonrakı versiyaları üçüncü nəsil qırıcı təyyarələr kimi qəbul edildi. MiG-21 dörd qitədə əllidən çox ölkənin üzərindən uçmuşdur və ilk uçuşundan 50 ildən çox keçməsinə baxmayaraq hələ də bəzi ölkələrdə istifadə olunur. Bu döyüş təyyarəsi modern aviasiya tarixində ən çox istehsal olunan supersonik təyyarə, Koreya müharibəsindən bəri ən çox istehsal olunan döyüş təyyarəsi və 1959-cu ildən 1985-ci ilə kimi bütün versiyalarında ən çox istehsal olunan döyüş təyyarəsi rekordunu hələ də özündə saxlayır. MiG-21-in bütün versiyalarından təqribən 11.000 ədəd istehsal olunmuşdur. Ekipaj: 1 Uzunluq: 15.76 m (51 ft 8.47 in Qanadların uzunluğu: 7.154 m (23 ft 5.66 in) Qanadların uzunluğu: 7.154 m (23 ft 5.66 in) Hündürlük: 4.1 m (13 ft 5.41 in) Qanadların sahəsi: 23.0 m² (247.3 ft2) Boş halda ağırlığı: 4,871 kg (10,738 lb) Dolu halda ağırlığı: 7,100 kg (15,650 lb) Mühərrik: 1 × Tumanskiy R11F-300, normal itələmə gücü 37.27 kN (8,380 lbf), afterburner-ilə itələmə gücü 56.27 kN (12,650 lbf) Maksimum sürət: 2,175 km/s (1,350 mph) Mach 2.05 Uçuş məsafəsi: 1,580 km (981 mil) Uçuş hündürlüyü: 19,000 m (62,335 ft) 1 ədəd 23 mm-lik QŞ-23 aviatop K-13,K-5,R-60,R-77,R-73,R-27 Hava-hava tipli raketlər Kh-25,Kh-31,S-24 Hava-yer tipli raketlər KAB-500KR Televizor idarəli bomba Bəzi təyyarələr hal-hazırda bəzi kolleksiyaçılar tərəfindən satın alınaraq döyüş quşu (warbird) olaraq uçurulurlar. Hətta ABŞ-də bəzi idxalatçılar r və digər ölkələrdən MiG-21, MiG-15 ve MiG-17 təyyarələrini satın alaraq bunları mülki insanlara təxminən 45,000 dollara satırlar.
MiQ-23
MiQ-23 (rus. МиГ-23; NATO kod adı: Flogger) Mikoyan adına konstruktor bürosunda, Qureviç tərəfindən çıxarılan dəyişən qanad quruluşuna sahib Sovet döyüş təyyarəsi. İlk prototip uçuşu 1967-ci ildə olmuşdur. 1968-ci ildə Domodedovo Aviasiya Sərgisində Avropa ölkələrinin böyük marağına səbəb olmuşdur. Təyyarə MiQ-23S kimi 1968-ci ildə seriyalı istehsala başlamışdır. Qısa və qeyri-standart yollarda havaya qalxma xüsusiyyətinə malikdir. Ayrıca MiQ-23PD kodlu bir VTOL dikinə qalxıb-enə bilən bir modeli də mövcuddur. Rusiya Hərbi Hava Qüvvələrində 1998-ci ildən etibarən silahlanmadan çıxarılsa da, bir sıra ölkələrdə istifadə edilir. İyirmi bir ölkədə on beş ayrı modeli istifadə edilmişdir. Bir motorlu və bir yerli təyyarədir.
MiQ-25
MiQ-25, (rus. МиГ-25) (NATO kod adı: Foxbat Foksbet — «qanadlı») - SSRİ istehsalı olan biryerli, yüksək hündürlükdə və yüksək sürətlə uça bilən qırıcı təyyarəsi. MiQ-25 proyekti 60-cı illərdə Mikoyan-Quryeviç Konstruktor Bürosu tərəfindən yüksək sürətli və yüksək hündürlükdə uça bilən Amerikan bombardman (XB-70 "Valkyrie") və kəşfiyyat (SR-71 “Blackbird”) təyyarələrinə qarşı müdafiə məqsədi ilə başlanmış, nəticədə Sovet ordusunda MiQ-25, səsdən 3 dəfə sürətli təyyarə kimi effektiv qırıcı-kəşfiyyatçı rolunu oynamışdır. Güclü radar və dörd ədəd hava-hava roketlərilə təchiz olunmuş təyyarə bir müddət NATO üçün çox böyük təşviş yaratsa da, 1976-cı ildə Sovet pilotu Leytenant Viktor Belenkonun idarə etdiyi MiQ-25 ilə Yaponiyaya qaçması Qərb ölkələrinə bu təyyarəni analiz etməyə və sirrlərini öyrənməyə imkan vermişdir. İlk prototipi 1964-cü il mart ayının 6-sı uçmuşdur. İstismar müddəti hələ də davam edir. İstehsal miqdarı təqribən 1200-dür. Təyyarənin hissələrinin çoxu əl ilə və olduqca kobud şəkildə qaynaq olunmuşdur. Ucuz və asan istehsal olunması üçün amerikan dizaynlarının əksinə olaraq boltların başları təyyarənin aerodinamik dizaynına təsir edə bilməyəcəyi düşünülən yerlərdə gövdəyə bastırılmamışdır. Təyyarənin elektronika sistemlərinin çox hissəsi vakuum diodlarından (lampalı dövrədən) ibarətdir.
MiQ-27
MiQ-27 (NATO-nun təsnifatına görə Flogger-D) - 1974-cü ildə Mikoyan Qureviç Konstruktor Bürosu tərəfindən yaradılan təyyarə MiQ-23-ün modernizasiya edilmiş variantıdır. Tək motorlu, bir yerli təyyarənin qanadları dəyişə bilən əyilmə bucağına malikdir. Təyyarədə: 1 ədəd 30 mm-lik top AAM (Hava Hava) vəzifələri üçün: AA-8 AGM (Hava Yer) vəzifələri üçün: AS-12, AS-14 mərmilərini istifadə etməkdədir. Uzunluğu: 16,6 metr Hündürlüyü: 8,5 metr Qanadların eni: 14,26 metr Çəkisi (boş): 11 908 kq Çəkisi (tam yüklü): 18 100 kq Uçuş yüksəkliyi: 14 000 metr Maksimal uçuş sürəti: yer səthinə yaxın: 1350 km/s 8000 m yüksəklikdə: 1885 km/s MiQ-27 Dil--en Vikianbarda MiQ-27 ilə əlaqəli mediafayllar var.
MiQ-29
MiQ-29 (rus. МиГ-29) (NATO kod adı: Fulcrum – Dayaq nöqtəsi) — Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsi. 1970-ci illərdə Mikoyan dizayn bürosu tərəfindən konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilmişdir. Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilmişdir. Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunmuşdur ki, bunlardan da ən müasiri MiG-35 hesab olunur. İlkin modellə müqayisədə növbəti variantlar təkmilləşdirilmiş mühərrik, HOTAS uçuşu idarəetmə sistemi ilə təchiz olunmuş şüşə kokpit, müasir radar və IRST sensorları, həmçinin artırılmış yanacaq tutumu və bəzi variantlar isə havada yanacaqdoldurma imkanlarına sahibdir. Sovet İttifaqının dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. Rusiya HHQ hal-hazırda öz silahlanmasında olan mövcud flotiliyaları modernizasiya olunmuş MiQ-29SMT konfiqurasiyası ilə əvəz etmək istəsə də, maliyyə çətinliklərinə görə bu plan tamamlanmamışdır. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi də hesab edilir.
MiQ-3
MiG-3 (Микоян и Гуревич МиГ-3) İkinci Dünya müharibəsi dövründə SSRİ tərəfindən istifadə olunan qırıcı təyyarə. İkinci dünya müharibəsində SSRİ tərəfinin istifadəsində olmuş birinci qırıcı təyyarə olmuşdur. MiQ-1 qırıcı təyyarəsindən yaradılmış olan uğurlu bir versiya olmuşdur. Yüksək hündürlükdə qazandığı uğurları ilə ad çıxarmışdır. İlk uçuşunu 29 oktyabr 1941-ci ildə həyata keçirmişdir. 1940–1941-ci illər arasında istehsal edilmişdir. 1945-ci ildə xidmətdən çıxarılmışdır. MiG-3, MiG-1 ilə eyni aerodinamik quruluşa malikdir. Ən böyük fərqləri pilot oturacağının arxa hissəsində yerləşən zireh, daha artıq yanacaq daşımaq qabiliyyəti və qanadların altında 8 ədət hava-yer tipli raket daşıya bilməsi qabiliyyəti idi. Ümumi olaraq 3400 MiG-1 və MiG-3 istehsal edilmişdir.
MiQ-31
MiQ-31 — 1975-ci ildə MiQ tərəfindən inkişaf etdirilən iki yerli, iki motorlu yüksək hündürlükdə uçan təyyarəsi olan MiQ-25-in inkişaf etdirilmiş törəməsidir. Vəzifəsi düşmənin nüvə başlıqlı mərmilərini, cəsus təyyarələrini və borbardmançı təyyarələrini havadaca qabaqlamaq ya da məhv etməkdir. Dünyanın mexaniki olaraq ən yüksək performanslı havada üstünlük qazanmaq üçün nəzərdə tutulmuş təyyarəsidir. Çox yüksək sürətə və çox yaxşı manevr qabiliyyətinə malikdir, ancaq istehsalından qaynaqlanan səhvlər səbəbilə vəzifəsini Suxoy Su-27-ə vermişdir. Təyyarədə 200 km mənzilə sahib Zaslon radarı istifadə edilməkdədir. Son illərdə modernizasiya edilərək yer hücum xüsusiyyəti də qazanan MiQ-31, müasir aviyoniklər və rəngli ekranlı kokpitə malikdir. MiQ-31 MiQ-25in konstruksiyasının əsasında inkişaf etdirilmişdir. Əsas vəzifəsi düşmənin ərazisində yuxarıdan kəşfiyyat aparmaq və düşmənin hücumlarının qarşısını almaqdır. İlk prototipləri 1975-ci ildə uçmuş, kütləvi surətdə istehsalında isə 1978-ci ildən etibarən başlanılmışdır. 1983-cü ildən etibarən SSRİ Silahlı Qüvvələrinin arsenalına qəbul edilmişdir və MiQ-25lərin yerini tutmağa başlamışdır.
MiQ-33
MiQ-29 (rus. МиГ-29) (NATO kod adı: Fulcrum – Dayaq nöqtəsi) — Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsi. 1970-ci illərdə Mikoyan dizayn bürosu tərəfindən konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilmişdir. Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilmişdir. Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunmuşdur ki, bunlardan da ən müasiri MiG-35 hesab olunur. İlkin modellə müqayisədə növbəti variantlar təkmilləşdirilmiş mühərrik, HOTAS uçuşu idarəetmə sistemi ilə təchiz olunmuş şüşə kokpit, müasir radar və IRST sensorları, həmçinin artırılmış yanacaq tutumu və bəzi variantlar isə havada yanacaqdoldurma imkanlarına sahibdir. Sovet İttifaqının dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. Rusiya HHQ hal-hazırda öz silahlanmasında olan mövcud flotiliyaları modernizasiya olunmuş MiQ-29SMT konfiqurasiyası ilə əvəz etmək istəsə də, maliyyə çətinliklərinə görə bu plan tamamlanmamışdır. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi də hesab edilir.
MiQ-35
MiQ-35 (rus. МиГ-35, NATO kod adı: Fulcrum-F) — MiQ tərəfindən dizayn edilmiş rus çoxməqsədli qırıcı təyyarə. MiQ-29 təyyarələrinin daha da inkişaf etdirilmiş versiyasıdır. Bu təyyarələrin Qərbli rəqibləri Rafale və EF-2000 hesab olunur. Bu təyyarələrin radarlardan qaçmaq imkanı yoxdur. İlk dəfə olaraq 2007-ci ildə Aeo India 2007 sərgisində nümayiş etdirilmişdir. Yeni məlumat sistemi, radar sistemi, nişanalma sistemi və əlavə bir sıra müasir cihazlar ilə təchiz edilmiş olan hərbi təyyarədir. Vahidinin qiyməti təxminən 40 milyon ABŞ dollarıdır. Satış üçün iki versiyası təklif olunur: MiQ-35 (təkoturacaqlı) və MiQ-35D (cütoturacaqlı). Silahları isə aşağıdakılardır: 1.
MiQ-5
DIS-200 və ya MiG-5, (Дальний истребитель сопровождения — "uzun mənzilli qırıcı eskortu"), SSRİ-nin İkinci dünya müharibəsi zamanında istifadə etmək istədiyi MiQ Dizayn Bürosu tərəfindən yaradılmış olan bir prototip idi. Cüt mühərrikli və cüt quyruqlu kombinasiya edilmiş olan təyyarədən sadəcə olaraq iki ədəd istehsal edilmişdir. Kəşfiyyat təyyarəsi və bombardmançı kimi istifadə edilməsi planlaşdırılmışdı, amma bu plan heç vaxt həyata keçirilməmişdir. İlk örnək T dizayn ofisi tərəfindən Mikulin AM-37 mühərriki ilə istehsal edilmişdir. İlk uçuşunu 1941-ci ilin oktyabr ayında reallaşdırmışdır. Testləri çox uğurlu olmuşdur. İkinci örnək, IT, Shvetsov M-82F motoru ilə 1942-ci ilin oktyabr ayında hazır edildi, ancaq ilk uçuş reallaşdırılmadan layihə ləğv edilmişdir. Prototipin uğuruna baxmayaraq yükgötürmə tutumu və qabiliyyətləri istehsal olunan Petlyakov Pe-2 ilə çox yaxın olduğu düşünülmüş və buna görə də layihə ləğv edilmişdir. MiQ-5 adı bu təyyarə üçün nəzərdə tutulmuş olsa da, istehsalı baş tutmadığı üçün adı DIS olaraq qalmışdır.
MiQ-9
Mikoyan-Qureviç MiQ-9 (Микоян и Гуревич МиГ-9; NATO kod adı: Fargo), Mikoyan-Qureviç şirkəti tərəfindən istehsal olunan SSRİ mənşəli reaktiv qırıcı hərbi təyyarə növüdür. Təyyarə İkinci dünya müharibəsindən sonra reaktiv təyyarəyə olan ehtiyaclara görə yaradılmış və orta səviyyəli nailiyyətlərə malik olmuşdur. Birinci nəsil reaktiv qırıcı hesab edilən bu təyyarə, silahlarını yüksək hündürlükdə işə salarkən, mühərrikin silah qazlarını udmasına görə mühərrikində daimi yanğınlar çıxırdı. Buna görə təyyarədə çoxsaylı mühərriklər sınaqdan keçirilmiş, ancaq Mikoyan-Gurevich MiG-15 təyyarəsi daha üstün olduğu üçün öz yerini MiQ-15 təyyarələrinə vermişdir. 1946-1948-ci illər arasında 598 ədəd istehsal edilmişdir.
MiQ 29
MiQ-29 (rus. МиГ-29) (NATO kod adı: Fulcrum – Dayaq nöqtəsi) — Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsi. 1970-ci illərdə Mikoyan dizayn bürosu tərəfindən konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilmişdir. Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilmişdir. Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunmuşdur ki, bunlardan da ən müasiri MiG-35 hesab olunur. İlkin modellə müqayisədə növbəti variantlar təkmilləşdirilmiş mühərrik, HOTAS uçuşu idarəetmə sistemi ilə təchiz olunmuş şüşə kokpit, müasir radar və IRST sensorları, həmçinin artırılmış yanacaq tutumu və bəzi variantlar isə havada yanacaqdoldurma imkanlarına sahibdir. Sovet İttifaqının dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. Rusiya HHQ hal-hazırda öz silahlanmasında olan mövcud flotiliyaları modernizasiya olunmuş MiQ-29SMT konfiqurasiyası ilə əvəz etmək istəsə də, maliyyə çətinliklərinə görə bu plan tamamlanmamışdır. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi də hesab edilir.
Min bir gecə
Min bir gecə (fars. هزار و يك شب‎ hezār o yek šab; ərəb. كتاب ألف ليلة وليلة‎ kitāb 'alf layla wa layla) — Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir. Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır. Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir.