Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Midhat Paşa
Əhməd Şəfiq Mithat Paşa (d. 18 oktyabr 1822 - ö. 8 may 1884) — Sultan Əbdüləziz və II Əbdülhəmidin səltənətində 2 dəfə - ümumilikdə 4 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. 18 oktyabr 1822-ci ildə İstanbulda dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəfiqdir. Atası Hafiz Mehmed Əşrəf Əfəndi Əvkaf nazirliyində (dini işlər üzrə qurum) kiçik bir məmur idi. Bu səbəblə kiçik yaşlarında dini təhsil aldı. Hətta deyilənə görə, 10 yaşında Quranı əzbərləmişdi. 11 yaşında atasının naib təyin edildiyi Vidinə getsə də, ertəsi il atasıyla birlikdə İstanbula qayıtdı. 1834-cü ildə rəisülküttab Akif Paşanın vasitəsiylə divan-ı hümayunda xidmətə alındı.
Midhəd Abbasov
Midhət Teymur oğlu Abbasov — texnika elmləri doktoru (1962), neftçi, alim, professor, AMEA-nın həqiqi üzvü (1980), REA-nın müxbir üzvü (1984), Yer haqqında elmlər şöbəsinin akademik-katibi (1976–1990), SSRİ Ali Sovetində deputat, AMEA-nın vitse prezidenti (1990–1997), Azərbaycan Respublikası Prezident Şurasının üzvü (1991), AAzərbaycan Respublikasının dövlət katibi (1991–1992), AMEA Dərin Neft-Qaz Yataqları İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru (1971–2003), Azərbaycanın əməkdar elm xadimi (1990). Midhət Abbasov 31 iyul 1926-cı ildə Bakıda anadan olub. 1949-cu ildə "Neft-mədən işi" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsini bitirib. M. T. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" birliyində başlamışdır. "Azneft" İB-nin "Molotovneft" trestində işlədiyi müddətdə AzSİ-nun aspiranturasına daxil olub. 1951-ci ildən Azərbaycan EA-da işləyir. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində, 1960-cı ildən isə neft və qaz yataqları problemləri elmi tədqiqat institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, 1971-ci ildən isə direktor olmuşdur. 1951–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında işləyərək, kiçik elmi işçidən elmi işlər üzrə müdir müavini vəzifəsinə qədər yüksəlib. 1953-cü ildə "Qarışıq rejim şəraitlərində neft yataqlarının işlənilmə sistemlərinin layihələndirilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft ekspedisiyasının ləğvi ilə əlaqədar olaraq, 1958-ci ildə o, AzETNÇİ-nun yeraltı hidrodinamika laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir.
Midhəd Qəfərov
Midhəd Qəfərov (1966, Salyan rayonu) — hüquq elmləri doktoru, professor. Midhəd Seyidəhməd oğlu Qəfərov 1966-cı ildə Azərbaycan Respublikasının Salyan rayonunun Noxudlu kəndində anadan olmuşdur. 1973–1983-cü illərdə Salyan rayonunun Noxudu kəndindəki orta məktəbdə təhsil almışdır. O, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə ilə bitirmiş, 1994–1999-cu illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının aspirantı olmuşdur. M. Qəfərov 1993–1994-cü illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının baş laborantı vəzifəsində işləmişdir. 1994-cü ildən BDU-nun "Cinayət prosesi" kafedrasının müəllimidir. Midhəd Qəfərov 1999-cu ildən hüquq elmləri namizədi, dosent, 2009-cu ildən hüquq elmləri doktorudur. 2004–2011-ci ildən BDU-nun hüquq fakültəsinin magistratura üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2012-ci ildən "Cinayət prosesi" kafedrasının professorudur. Təhqiqat sahəsi: Cinayət prosesində müstəntiq tərəfindən müttəhimin hüquqları və qanuni mənafeyinin təmin edilməsi; Müqayisəli cinayət prosessual hüquq;AR-in hüquq-mühafizə orqanları; Təhqiqat; Appelyasiya və kassasiya instansiyalarında icraat.
Midqard
Midqard (q.skan. Miðgarðr — hərfi “fəzanın orta qatı” — “aralıq dünya”) German-skandinav mifologiyasında doqquz daləmdən biri olan insanların yaşadıqları məkan ya dünya.
Midraş
Midraş (İvrit dili: מדרש; əsasən midraşim), İudaizmdə olan müqəddəs mətnlərin həftəlik keçirilən sinaqoq yığıncaqlarında oxunması və dinləyicilərə dərs olaraq keçirilən və onları müşahidə edən izahlardan ibarət olan külliyyatdır. Midraş İslam mədəniyyətində olan təfsir ilə bərabərdir. Eyni zamanda bu məqsədlə yazılmış olan kitablara da midraş deyilir. Talmud və Midraş yəhudi mədəni qaydaları, yazılı qanunlar və əfsanələrdən formalaşmışdır. Danışılan hekayələrdə reallıq deyil, alınması vacib olan dərs önəmlidir; “Midraş Rabbah”a görə, İbrahim məbəddəki ən böyük bütdən başqa hamısını sındırır. Bundan sonra atası Taruh və digər rəhbər adamlar tərəfindən sorğu-sual edilən İbrahim, suallara kinayəli bir üslubda cavab vermişdir. İbrahim bütlərin yeməsi üçün ən böyük bütə bir öküz verdiyini, ancaq kiçik bütlərin cəld tərpənib öküzü yediklərini, böyük bütün də özünə qarşı edilmiş olan hörmətsizliyə görə əsəbləşərək digərlərini parçaladığını bildirmişdir. Başqa bir hekayədə İbrahimin böyük bütə verdiyini bildirdiyi şeyin bir qab buğda unu olduğu bildirilir. Ayrıca sinaqoqlarda dini təhsil verən məktəblərə də midraş adı verilir. Türkiyədəki sinaqoqların midraş bölümləri, 1948-ci ildə İsrail dövlətinin yaranması ilə Türkiyədə yaşayan yəhudilərin adı çəkilən dövlətə köçməsi ilə yəhudi toplumun sayca azalmasına görə bağlanması zəruri olmuşdur.
Mizhar
Cihad
Cihad yəni Allah yolunda savaşmaq — İslamda dinin vacib əməllərindən biridir. Bu savaşda məqsəd haqq ayinlərin kafirlərə qəbul etdirilməsi, İslam hakimiyyətinin bərpasıdır. Quran bir çox ayələrdə cihadı ən həyati bir prinsip kimi önə çəkir. Belə ki, Quranda cihadın fitnə aradan qalxıb, İslam hakimiyyəti bərpa olanadək davam etdirilməsinin zəruri olduğu qeyd olunur.: "(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir)." Cihadı 5 qismə bölmək olar: Kafirlərə tövhidi qəbul etdirmək üçün ibtidai cihad (allahpərəstliyin, ədalətli ictimai quruluşun bərqərarı, İslamın bərqərarı, məzlumlar və məhrumların zülm-sitəmdən qurtuluşu, fitnə-fəsadın aradan qaldırılması, haqpərəstlik) Zamənə imamının icazəsi ilə şərtlənmiş cihad (şiə məzhəbində — zamanə imamı qeybə olduğundan bu cihad hazırda mümkünsüzdür); Müsəlmanları öldürmək və ya qarət etmək məqsədilə hücum edən kafirlərlə savaş; onların məqsədi İslamın kökünü kəsmək olur; Müsəlmanları öldürmək, onların malını qarət etmək üçün hücum edən kafirlərlə cihad; bu cihadda kafirlərin İslamı məhv etmək məqsədi olmur; Canın, malın və namusun müdafiəsi üçün savaş; bu savaşda məqsəd İslam torpaqlarını, müsəlmanların can və malını düşməndən qorumaqdır. Bu savaş yalnız düşmənin hücumundan sonra baş verir və siz malınızı, canınızı, namusunuzu, şərəfinizi qorumaq üçün düşmənlə savaşa qalxmalısınız.
Midas
Midas — E.ə. 738-696-cı illərdə Frigiya çarı. Yunan əfsanəsinə görə, Midasa, Dionisi tərəfindən toxunduğu hər şeyi qızıla çevirmək qabiliyyəti bəxş edilmişdi. Qədim mifə görə, kobud və özündənrazı Midas Apollon və Pan arasında musiqi yarışmasında qələbəni sonuncuya vermişdi (buradan da "midas məhkəməsi" - "nadan (cahil) məhkəməsi" ifadəsi yaranmışdır); bu əməlinə görə Apollon Midası eşşək qulaqlı etmişdi(buradan isə "Midasın qulaqları" ifadəsi yaranmışdır). БСЭ.səh.799.
Milad
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.
Midhət Abasov
Midhət Teymur oğlu Abbasov — texnika elmləri doktoru (1962), neftçi, alim, professor, AMEA-nın həqiqi üzvü (1980), REA-nın müxbir üzvü (1984), Yer haqqında elmlər şöbəsinin akademik-katibi (1976–1990), SSRİ Ali Sovetində deputat, AMEA-nın vitse prezidenti (1990–1997), Azərbaycan Respublikası Prezident Şurasının üzvü (1991), AAzərbaycan Respublikasının dövlət katibi (1991–1992), AMEA Dərin Neft-Qaz Yataqları İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru (1971–2003), Azərbaycanın əməkdar elm xadimi (1990). Midhət Abbasov 31 iyul 1926-cı ildə Bakıda anadan olub. 1949-cu ildə "Neft-mədən işi" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsini bitirib. M. T. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" birliyində başlamışdır. "Azneft" İB-nin "Molotovneft" trestində işlədiyi müddətdə AzSİ-nun aspiranturasına daxil olub. 1951-ci ildən Azərbaycan EA-da işləyir. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində, 1960-cı ildən isə neft və qaz yataqları problemləri elmi tədqiqat institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, 1971-ci ildən isə direktor olmuşdur. 1951–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında işləyərək, kiçik elmi işçidən elmi işlər üzrə müdir müavini vəzifəsinə qədər yüksəlib. 1953-cü ildə "Qarışıq rejim şəraitlərində neft yataqlarının işlənilmə sistemlərinin layihələndirilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft ekspedisiyasının ləğvi ilə əlaqədar olaraq, 1958-ci ildə o, AzETNÇİ-nun yeraltı hidrodinamika laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir.
Midhət Ağamirov
Midhət Ağamirov (15 may 1920, Şuşa) —Tanınmış filosof, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və əməkdar elm xadimi. Azərbaycan SSR EA müxbir üzvü. Marksist-leninçi fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisinin görkəmli nümayəndəsi. Midhət Mir Musa oğlu Ağamirov 15 may 1920-ci ildə Şuşada ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1940-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. Midhət Ağamirov öz dövrünə görə elmin bir çox sahələrində məşhur olan Mir Möhsün Nəvvabın oğul nəvəsidir. Midhət Ağamirov 15 yanvar 1939-cu ildən 12 oktyabr 1940-cı ilə kimi “Gənc işçi” qəzetində çalışmış, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi aparatında əməkdaçlıq etmiş, “Gənc bolşevik” jurnalında məsul katib kimi fəaliyyət göstərmiş, “Pionerskaya pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. 1 sentyabr 1940-cı ildən 1 iyul 1941-ci ilə kimi Vladimir İliç Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. 8 oktyabr 1941-ci ildən 15 iyul 1942-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Partiya Tarixi İnstitutunda-Sov.İKP MK yanında Marksizm-leninizm İnstitutunun Azərbaycan filialında elmi işçi vəzifəzində çalışmılşdır. 16 iyul 1942-ci ildən 28 iyul 1957-ci ilə kimi həmin İnstitutda böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.
Midhət Quliyev
Midhət Quliyev (1921, Şuşa rayonu – 1970, Bakı) — 9 may faşizm üzərində qələbə qazanılmasında böyük rolu olan azərbaycanlı, Şuşanın tanınmış həkimlərindən biri. Midhət Quliyev Qarabağda, Şuşada məşhur olan Quliyevlər nəslindəndir. Bu soyun ulu babası Nəsib ağadır. Nəsib Şuşa şəhərində anadan olub, XVIII əsrin II yarısında, XIX əsrin əvvəllərində yaşamışdır. Nəsib ağa Sultanağa xanım ilə ailə qurmuş, onların Bayramqulu, Lətif adlı oğlanları dünyaya gəlmişdir. Bayramqulu Nəsib oğlu 1799-cu ildə Şuşa şəhərində doğulmuş, ilk təhsilini məhəllə mollaxanasında almışdır. Məşədi Bayramqulu papaqçılıqla məşğul olmuşdu. Məşədi Bayramqulunun törəmələri Quliyev soyadını daşıyırdılar. Məşədi Bayramqulu Zeynəb xanımla ailə qurmuş, onların Əhməd, Mahmud, Bədəl, Cabbar, Muxtar, Əli, Salman adlı oğlanları, Xanım adlı qızları dünyaya gəlmişdir. Məşədi Bayramqulunun üçüncü oğlu Bədəl 1845-ci ildə Şuşa şəhərində anadan olmuş, təhsilini məhəllə mollaxanasında almış, papaqçılıqla məşğul olmuşdu.
Midhət Əhmədov
Midhət Əhmədov — Azərbaycan bəstəkarı, pedaqoq. 1914-cü ildə Bakıda neftçi - mühəndis ailəsində dünyaya gələn M.Əhmədov orta məktəbi bitirdikdən sonra işçi fakültəyə, - kontrabas sinfinə daxil olur. O illər Azərbaycanda milli musiqiçi kadrların yetişdirilməsi məsələsi aktual idi və elə bu məqsədlə 1934-cü ildə M.Əhmədov Leninqrada (Sankt-Peterburq) ezam olunur. Leninqrad konservatoriyasının professorları K.Kuşnaryov və M.O.Şteynberqin sinfində bəstəkarlıq sənətinin sirlərini mənimsəyir (həmçinin D.Şestakoviçin dərslərində də könüllü iştirak edən). İkinci Dünya müharibəsi M. Əhmədovu təhsilini yarımçıq qoyub Bakıya dönməyə məcbur etdi. Bakı Konservatoriyasında təhsilini davam etdirməklə yanaşı (B.İ.Zeydmanın sinfində) o, ictimai fəaliyyətə də başlayır. Azərbaycan Konsert Birliyində, Respublika Uşaqların Bədii Tərbiyəsi Evində M.Əhmədov genişmiqyaslı işlər aparır. Bir çox dövlət mükafatı qazanıb. Bunların sırasında 1978-ci ildə layiq görüldüyü Azərbaycan SSR Əməkdar Müəllimi fəxri adı var.
Miqdad Abduləlimov
Miqdad İsmayılov
Miqdad İsmayılov (d. 12 yanvar 1981, Şamaxı rayonu) — fizika−riyaziyyat elmləri namizədi, müəllim, 2008-ci ildən BDU-da çalışır. 1981-ci il yanvarın 12-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olmuşdur. Orta təhsili 1988-ci ildə Şamaxı rayonu Qızmeydan kənd orta məkətəbində almışdır. 1998-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş, 2002-ci ildə həmin universitetin məzunu olmuşdur. 2008-ci ildən Bakı Dövlət Universitetində çalışır. Ailəlidir. 2002-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsini əyani bitirmişdir. 2002-ci ildə magistraturaya daxil olmuş və 2004-cü ildə magistr dərəcəsi alaraq BDU-nu bitirmişdir. 2005-ci ildə BDU-nun aspiranturasına qəbul olmuş və 2008-ci ildə "Öz-özünə qoşma olmayan bəzi operatorlar siniflərinin spektral xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika−riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
Mirsad Türkcan
Mirsad Türkcan (türk. Mirsad Türkcan), ilkin adı Mirsad Yahoviç (serb. Мирсад Јаховић; doğum tarixi 7 iyun 1976-cı il. Novi-Pazar, Raşka dairəsi, Yuqoslaviya) — Serb əsilli Türkiyə peşəkar basketbolçusu. Uzun hücumçu mövqeyində oynuyurdu. Mirsad Yahoviç Yuqoslaviyanın Novi Pazar şəhərində anadan olmuşdur və gənc yaşlarında Efes Pilsen məşqişilərinin dəvəti ilə Türkiyəyə köçmüş və adını Mirsad Türkcan olaraq dəyişdirmişdir. Professional basketbol karyerasına Türkiyənin Efes Pilsen klubunda başlamışdır. 1998-ci ildə Hyuston Rokets klubu tərəfindən NBA seçmələri üçün seçildi, daha sonra oyunçunun hüquqları Filadelfiya Seventi Siksers klubuna keçdi. 1999-cu ildə isə Nyu-York Niksiyə verildi. 1999/2000 mövsümündə Türkan, New York Niks və Miluoki Baksda 17 matçda qalib gələrək, Türkiyənin NBA-dakı ilk nümayəndəsi oldu.
Mithas Turan
Mithas Turan (Aleksandr Yakovleviç Çerpakov, rus. Александр Яковлевич Черпаков; 21 iyun 1929, Xakasiya dairəsi[d], Sibir diyarı[d] – 1992, Xakasiya) — Xakas yazıçısı, dramaturqu və publisisti, SSRİ Yazıçılar İttifaqının üzvü Əsl adı Aleksandr Yakovleviç Çerpakov olan Mithas Turan 21 iyun 1929-cu ildə Xakasiya Respublikasının indiki Askiz rayonunun Murza ulusunda anadan olmuşdur. Gələcək yazıçının uşaqlıq və gənclik illəri Yuxarı Askiz qəsəbəsində keçmişdir. Orta məktəbi bitirdikdən sonra Abakan Dövlət Pedaqoji İnstitutunda qiyabi təhsil almışdır. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik etmiş, daha sonra "Xakasiya zəhmətkeşləri" ("Хакасский труженик") qəzetində çalışmışdır. 1968-ci ildən ömrünün sonuna qədər "Lenin yolu" ("Ленин чолы") qəzetlərində jurnalist işləmişdir. SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir. 6 may 1992-ci ildə Abakanda vəfat etmişdir. Mithas Turanın ilk hekayəsi 1957-ci ildə "Xızıl aal" ("Хызыл аал") qəzetində dərc olunmuşdur. O ilk bədii yazılarını yerli qəzetlərdə və "Sibir işıqları", "Yenisey", "Nov" və başqa ədəbi almanaxlarında nəşr etdirmişdir.
Əhməd Midhət
Əhməd Midhət (türk. Ahmet Mithat Efendi; 1844[…], Konstantinopol – 1912[…], Konstantinopol) — Osmanlı yazıçısı, jurnalisti və nəşriyyatçısı. Tənzimat dövrünün yazıçılarındandır. O, türk ədəbiyyatının əsl mənada ilk məşhur müəllifidir. 1870-ci ildə Devir (Çağ) adlı bir qəzet çıxartdı, lakin ilk sayında qapadıldı. Az müddət sonra Bədr adı ilə buraxıldı. 1878-ci ildə nəşrə başlayan və nəşr ömrünü 1921-ci ilə qədər davam etdirən “Tercüman-ı Hakikat” qəzeti Osmanlı mətbuatı tarixinin ən uzunömürlü və təsirli nəşrlərindən biri olmuşdur. Onun məzarı Fateh məscidində, II Mehmed türbəsinin də yerləşdiyi ayrıca hissədədir. Türkiyə Milli Təhsil Nazirliyinin 100 böyük türk ədəbiyyatçısı siyahısındadır. Əhməd Midhət bir sıra tarixi və məişət romanlarının, hekayə və oçerklərin müəllifidir.
MİDA
Mənzil İnşaatı Dövlət Agentliyi — Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir. 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır. Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.
Kosa Mihal
Mixail Kosses və ya İslamı qəbul etdikdən sonrakı adı Abdullah Kosa Mihal Qazi (qısaca Abdullah Qazi və ya Kosa Mihal) (?-1328) — Bizans tabeliyində Çirmenkiya (Harmanqaya) təkfuru (başçısı), daha sonra 1303-cü ildən Osmanlı tabeliyində yenə Harmanqaya sancaqbəyliyinin (və ya uc bəyliyinin) sancaqbəyi (və ya uc bəyi), həmçinin Osmanlıda Akınçı bölüyünün qurucusu, Mihaloğulları nəslinin əcdadı. == Kökü == Mixail Kossesin hansı nəslə aid olduğu mübahisəlidir. Tarixçi Yozef fon Hammer və bir sıra tarixçilər, Mixail Kossesin Paleoloq sülaləsindən olduğunu iddia edirlər. Bir nəzəriyyəyə görə, Mixael Kossesin mənşəyi. John III. Doukas Vatazesin sərhəd qüvvəsi kimi yerləşdirdiyi Kuman-Qıpçaqlara əsaslanır. == Bizansın Çirmenkiya Təkfurluğunun təkfuru Mixail Kosses == Mixail Kosses 1303-cü ilə qədər İmperator II Andronikos Paleoloqos tərəfindən Çirmenkiya təkfuru təyin edilmişdir. == Osmanlıda Harmanqaya sancaqbəyi Abdullah Bəy == 1303-cü ildə Osman Qazi ilə Əskişəhir bəyi arasında bir toqquşmada Mixail Kosses Əskişəhər bəyinin tərəfində döyüşür və əsir düşür. Nəticədə Mixail Kosses müsəlman olur və daha əvvəl Osman Qazi tərəfindən fəth edilmiş Harmanqayaya (keçmiş Çirmenkiyaya) yenidən rəhbər təyin edilir. Kosa Mihal Mihaloğulları nəslinin əcdadı və Axıncı bölüyün qurucusudur. == Kinoda == Quruluş 1299 adlı serialda Əhməd Məkin tərəfindən canlandırılmışdır.
Midat Səlimov
Midat Səlimov (krımtat. Midat Selimov; 13 dekabr 1918, Qaşıq-Jermay[d], Feodosiya qəzası[d] – 2001, Moskva) — Sovet və rus infeksiyanisti. Tibb elmləri doktoru (1963), Professor (1967). Quduzluq əlihinə peyvəndinin yaradıcısı. İkinci Dünya müharibəsinin işyirakçısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü. Rusiya Federasiyasının əməkdar elm xadimi. 13 dekabr 1918-ci ildə Qaşıq-Jermay kəndində anadan olub. Feodosiyada məktəbdə oxumuşdur. Krım Tibb İnstitutunu bitirib (1940). Məzun olduqdan sonra Nijneqorsk rayon xəstəxanasına rəhbərlik etmişdir.
Mihay Babiç
Mihay Babiç (mac. Babits Mihály; 26 noyabr 1883[…], Seksard, Macarıstan krallığı – 4 avqust 1941[…], Budapeşt) — Macarıstan şairi, yazıçısı və tərcüməçisi. Daha çox dini mövzuda yazdığı şeirləri ilə məşhurdur. Babiç Seksard şəhərində anadan olmuşdur. 1901-1905-ci illərdə Budapeşt Univeritetində təhsil almışdır. Burada o, Dejö Kostolanyi və Dyula Yuhas ilə tanış oldu. Müəllim kimi fəaliyyət göstərmiş və Baya (1905–06), Seqed (1906–08), Feqeraş (1908–11), Uypeşt (1911) və Budapeşt (1912–18) şəhərlərində məktəblərdə dərs demişdir. 1908-ci ildən başlayaraq yazdığı poemalar ona şöhrət gətirdi. Həmin ildə İtaliyaya səfər etdi və Dante Aligyeri ilə maraqlanmağa başladı; sonrakı illərdə İtaliyaya yenidən səfərlər etdi. Qazandığı təcrübələrdən qaynaqlanaraq Dantenin “İlahi Komediya” əsərini macar dilinə tərcümə etdi.
Mihay Bobocica
Mihay Bobocica (8 sentyabr 1986) — İtaliyanı təmsil edən stolüstü tennisçi. Mihay Bobocica İtaliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Mihay Bobocica İtaliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Mihay Matura
Mihay Matura (mac. Mihály Matura; 8 aprel 1900, Budapeşt – 7 iyun 1975, Budapeşt) — macar Yunan-Roma güləşçisi, Avropa çempionatlarının mükafatçısı. 1900-cü ildə Budapeştdə anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir və orada 5-ci yeri tutmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatlarının bürünc mükafatçısı olmuşdur. Mihay Matura Arxivləşdirilib 2020-04-18 at the Wayback Machine — Sports-Reference.com saytında Olimpiya statistikası (ing.) Mihay Matura — International Wrestling Database saytında profili (ing.
Mihay Pank
Mihay Pank — Rumıniya futbolçusu Sol cinah müdafiəçisi mövqeyində oynayan Pank zəngin təcrübəyə və hündür boya malikdir. 30 yaşlı futbolçu karyerası ərzində vətənində Qloriya Reşitsa, Ekstensiv Krayova, Styaua Buxarest, Proqresul Buxarest klublarının şərəfini qoruyub. Boyu 187 sm olan Mihay Rumıniyanın güclülər dəstəsində 119 matça 3, birinci dəstədə keçirdiyi 84 oyuna 8 qol vurub.