İMARƏT
İMDADİ
OBASTAN VİKİ
İmdad Tağıyev
İmdad Əlizadə
İmdad Əli oğlu Əlizadə (1980, Oğuldərə, Laçın rayonu) — Azərbaycan yazıçısı, jurnalisti. İmdad Əli oğlu Əlizadə 1980-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1997-ci ildə Bakıda 265 saylı orta məktəbi bitirib. 1998-2004-ci illərdə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistratura pillələrində təhsil alıb. 2004-2005-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mediada çalışır. "İntibah", "Persona", "Həftə içi" qəzetlərində, "525-ci qəzet" və "Trend" İnformasiya Agentliyində işləyib. 2009-cu ildən "Media forum" saytının əməkdaşıdır. Parlament Jurnalistləri Birliyi 2013-cü ilin ən yaxşı media quruluşları və jurnalistlərini müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticəsinə görə “Media forum” saytının əməkdaşı İmdad Əlizadə “İlin internet jurnalisti” adını alıb. "Tərəqqi" medalı "Laçın yurdu" jurnalı,№2(2),2011,Bakı,"Nurlar",2011.
İnam İmdad oğlu Kərimov
İnam İmdad oğlu Kərimov (6 iyun 1977, Bakı) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və hakimi (2023-cü ildən), Məhkəmə-Hüquq Şurasının sədri (24.06.2023—h.h.), A. R. sabiq kənd təsərrüfatı naziri (2018–2023), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birinci sədri (2012–2018) 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb. İngilis, fransız, rus və fars dillərini bilir. Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin qardaşıdır.
İmdadiyyə dərnəyi
İmdadiyyə dərnəyi — 1878-ci ildə Moskvada yerləşən Petrovski-Razumovski Akademiyasında yaradılmış məqsədləri maarifçilik və xeyriyyəçilik olan dərnək. Dərnəyi Həsən bəy Zərdabinin təşəbbüsü ilə o illərdə akademiyada təhsil alan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani yaradıblar. 1878-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə Moskvada yerləşən Petrovski-Razumovski Akademiyasında təhsil alan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani İmdadiyyə dərnəyini yaradıblar. Məqsədləri Həsən bəy Zərdabinin rəhbərliyi altında təhsil üçün Rusiyanın qabaqcıl məktəblərinə, o cümlədən, Petrovski-Razumovski Akademiyasına üz tutan gənclərə yardım göstərmək və maarifçilik olub. Dərnəyi yaratdıqdan sonra onun üzvləri, Həsən bəy Zərdabini özlərinə rəhbər seçiblər. Dərnək bir qədər fəaliyyət göstərdikdən sonra təsisçiləri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani və onlarala əlaqədə olan Əbülfət ağa Şaxtaxtinski Çar Rusiyasında gizli polisin nəzarəti altına düşüblər. Sonrakı illərdə dərnək haqqında heç bir məlumata rast gəlinmir. İllər sonra 1963-cü il avqustun 17-də çıxan "Bakinskiy raboçi" qəzetində dərnək haqqında tarixçi, filosof Ziyəddin Göyüşov məlumat verib. Moskva Mərkəzi Dövlət Arxivində tədqiqat aparan alim, orada dərnəyə aid məxfi məlumatları və məktubları araşdırıb.

Digər lüğətlərdə