Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Eldar & Nigar
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Nigar (Kirman)
Nigar — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,291 nəfər və 407 ailədən ibarət idi.
Nigar (Koroğlu)
Nigar — Azərbaycan xalq qəhrəmanı Koroğlunun həyat yoldaşı. "Koroğlu" dastanına görə sultan qızı olmuş, lakin xalq intiqamçıları tərəfinə keçmişdir. Dastanda mərd qadın kimi tərənnüm edilir. Tarixi şəxsiyyət olması müəyyən edilməmişdir.
Nigar Arpadarai
Nigar Cavid qızı Arpadarai (17 yanvar 1982, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü. O, 2015–2020 Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri və Milli mətbuat katibi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Nigar Cavid qızı Arpadarai 17 yanvar 1982-ci ildə Bakı şəhərində rəssam ailəsində anadan olmuşdur. O, 1998-ci ildə Bakı şəhəri 44 saylı tam orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə isə magistratura təhsili almış, magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. === Ailəsi === Atası Cavid Arpadarai Süleyman oğlu rəssamdır, 1992–2001-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Anası Lətafət Məmmədova SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. 1980–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. 1996–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Rəssamlıq kafedrasının rəhbəri vəzifəsində işləmişdir.
Nigar Axundova
Nigar Axundova (sənətşünas)
Nigar Bahadırqızı
Məmmədova Nigar Bahadır qızı (Nigar Bahadırqızı; 23 aprel 1988, Bakı) — Azərbaycan aktrisası. == Həyatı == Nigar Məmmədova 1988-ci il aprelin 23-ü Bakı şəhərində anadan olub. 2005-ci ildə məktəbi bitirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsinə daxil olub. Universiteti 2009-cu ildə bitirib. 2007-ci il sentyabr ayının 2-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası olaraq çalışıb. 2013-cü ildə teatr sənəti sahəsində əldə etdiyi uğurlarına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi "Gənclər mükafatı"na layiq görülüb. 2015-ci ildə həmin teatrdan öz istəyi ilə ayrılıb. Türkiyə vətəndaşı Ersel Aktar ilə ailə həyatı qurub (2015). İstanbulda yaşayır. == Əsas rolları == Orxan — ("İncəbel qarı", R. Tohidoğlu) Bala siçan — ("Çəkməli pişik", Ş. Perro) Keçi — ("Pişiyin evi", S. Marşak) Rəqqasə, müğənni, Tıq-tıq xanım — ("Tıq-tıq xanım", A. Şaiq) Ərəb şahzadəsi — ("Zoluşka", Ş. Perro) Susanna – ("Aydın", C. Cabbarlı) Mari – ("Şelkunçik", E. T. A. Hofman) Pərzad – ("Hekayəti xırs quldurbasan", M. F. Axundzadə) Xəlil – ("İfritin kələyi", Y. Şvarts) Gözəl qız – ("Ələddinin sehrli çırağı", ərəb xalq nağılı) Şardot – ("Oliver Tvistin macəraları", Ç. Dikkens) Səidə – ("Mənim ağ göyərçinim", T. Vəliyeva) Lalə – ("Mən səni sevirəm – MSS", Ə. Əmirli) Fəridənin dublyoru – ("Məhv olmuş gündəliklər", İ. Əfəndiyev) Ofeliya – ("Buzovna kəndinin əhvalatları", Elçin) Şərəfnisə – ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundzadə) Büllur, qaravaş – ("Şahzadə Xəzərin nağılı", K. Ağabalayev, N. Kazımov) B – ("Mən gəldim, qızlar", L. Nuren) Qorlin Kelleqer – ("Yalqız Qərb", M. Makdonax) Benina — "Müharibə" == Filmoqrafiya == Xoca (film, 2012) – Günel Ağabəyovlar (film, 2012-2014) Tək olanda qorxma...
Nigar Camal
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. == Həyatı == Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nigahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Nigar Cəfərova
Nigar Cəfərova — "Tərəqqi medalı" laureatı (2004). == Həyatı == 16 yanvar 1960-cı ildə anadan olmuşdur. == Mükafatları == 2004-cü ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Nigar Həbibi
Nigar Həbibi — incəsənət tarixçisi. O, İsveçrənin Cenevrə Universitetində islam incəsənət tarixi üzrə lektor və Sudavar fondunun əməkdaşıdır. Onun tədqiqatları əsasən İran tarixinin erkən müasir dövrünün rəsm əsərlərinə yönəlmişdir. Onun multidissiplinar yanaşmanı mənimsəyən akademik işi rəssamların karyerasına və həyatına, imzalarının həqiqiliyinə, gender məsələlərinə və bədii himayəçiliyə əsaslanır. Həbibi XVII əsrin sonlarında İranın incəsənəti və rəssamları haqqında bir neçə məqalə dərc etmişdir. == Seçilmiş əsərləri == Habibi, Negar. ʿAli Qoli Jebādār et l'Occidentalisme Safavide: Une étude sur les peintures dites farangi sāzi, leurs milieux et commanditaires sous Shāh Soleimān (1666-94) (fransız). Brill. 2018. 1–157.
Nigar Həsənzadə
Nigar Həsənzadə (aktrisa) — Azərbaycan aktrisası. Nigar Həsənzadə (şair) — Azərbaycan şairi.
Nigar Həşimzadə
Nigar Həşimzadə (d. 19 iyul, 1964, Bakı, Azərbaycan) — iqtisadçı, professor, Durham Universitetində professor. == Həyatı == 1964-cü il iyul ayının 19-da anadan olmuşdur. === Ailə üzvləri === Atası Firidun Məmmədəli oğlu Həşimzadə (d. 1935) Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət mükafatı laureatıdır.Anası Munirə Ənvər qızı Nizamətdinova (1932-2015) Fizika-riyaziyyat elmləri doktoru, Fizika professorudur.Babası Məmməd Əli Uğurlu oğlu Həşimzadə (1906-1980). == Hazırkı vəzifələri: == Durham Universiteti, Maliyyə və İqtisadiyyat Departamenti, Professor. Maliyyə, İqtisadiyyat, və İslami Maliyyə, Biznes Məktəbində Beynəlxalq Sığorta Şirkəti proqramlarının İdarə Heyətinin sədri. Elmi işçi, Maliyyə Araşdırmalar İnstitutu Elmi işçi, Vergi Araşdırma Mərkəzi İşçi, CESifo Tədqiqat Şəbəkəsi Baş Redaktor, Vergi Administrasiyası jurnalı == Könüllü vəzifələri == 2016-cı il oktyabr - dekabr: Könüllü araşdırmaçı CESifo Münhen, Almaniya 2009-cu il yanvar - may: Könüllü professor, Kornell Universiteti, ABŞ == Təhsili == 1998 - 2003: Kornell Universiteti, Ithaca, Nyu York, Amerika Birləşmiş Ştatları. İqtisadiyyat, MA; İqtisadiyya üzrə fəlsəfə doktoru. Sage təqaüdü.
Nigar Köçərli
Nigar Köçərli (15 oktyabr 1975, Bakı) — Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi. == Həyatı == Nigar Köçərli 15 oktyabr 1975-ci ildə Bakı şəhərində ailəsində anadan olub. 138 saylı məktəbi gümüş medal ilə bitirib. 1997-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997–1999-cu illərdə xarici şirkətin Azərbaycan nümayəndəsi olub, 1999–2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildən kitab biznesi ilə məşğul olmağa başlayıb. 17 avqust 2003-cü ildə 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açıb. Hazırda “Əi və Nino” kitab şəbəkəsi 10 kitab mağazasından, eləcə də "Alinino.az" onlayn mağazasından ibarətdir. === Ailəsi === Fridun Köçərlinin qardaşı qızıdır. Tofiq Köçərlinin qardaşı qızıdır.
Nigar Mahmudova
Nigar Mahmudova (12 dekabr 1981, Bakı) — azərbaycanlı jurnalist və diktor. "Xəzər Televiziyası"nda yayımlanan "Xəzər Xəbər" verilişinin diktoru. == Həyatı == Nigar Mahmudova 1981-ci il dekabrın 12-də Bakı şəhərində anadan olub. Atası əslən Gədəbəy rayonundan, anası isə Zaqatala rayonundandır. 1988–1998-ci illərdə Bakı şəhər 288 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərində həmçinin musiqi məktəbinin Fortepiano şöbəsində də təhsil alıb. Məktəbi bitirdikdən sonra, yəni 1999–2003-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Modelyer və rəssamlıq fakültəsində "modelyer-dizayner" ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra 2003–2005-ci illərdə həmin akademiyada magistr təhsili də alıb. Nigar Mahmudova 2009-cu ilin aprel ayında aktyor Zaur Şəfiyevlə ailə həyatı qurmuş, 2012-ci ildə isə boşanmışdır. Övladı yoxdur.
Nigar Mütəllimzadə
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. == Həyatı == Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nigahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Nigar Rəfibəyli
Nigar Xudadat qızı Rəfibəyli (23 iyun 1913, Yelizavetpol – 9 iyul 1981, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967). == Həyatı == Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor (1931), "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor (1937–1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunmuşdur. "Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Nigar Usubova
Nigar İbrahim qızı Usubova (2 may 1914, Qazax – 15 sentyabr 1995, Bakı) — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, fortepiano kafedrasının müdiri, tədris-elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib. General İbrahim ağa Usubovun qızıdır.[mənbə göstərin] == Həyatı == Nigar İbrahim qızı Usubova 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu, 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1952-ci ildən 1970-ci ilədək konservatoriyanın fortepiano kafedrasının dosenti, tədris-elmi işlər üzrə prorektoru olub. 1960-cı ildə əməkdar incəsənət xadimi adını alıb. 1966-cı ildən fortepiano üzrə professor, 1959-1969-cu illərdə fortepiano kafedrasının müdiri vəzifəsində çalışıb. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib.
Nigar Vəliyeva
Nigar Vəliyeva (Nigar Çingiz qızı Vəliyeva; 14 fevral 1971, Bakı) — filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının fəal üzvü, Avropa Linqvistik Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dillər Universitetinin Elmi Metodik Şurasının sədri, Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının üzvü. == Həyatı == 1971-ci il fevralın 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977–1987-ci illərdə Bakı şəhərinin Səbail rayonunun 189-saylı orta ümumtəhsil məktəbini bitirib. 1987–1992-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) "ingilis-alman dilləri" fakültəsinə daxil olub və 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1992–1995-ci illərdə ADU-nun "Ümumi Dilçilik" kafedrasının əyani aspiranturasını bitirib və 16.10.1996-cı ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Dil Nəzəriyyəsi" ixtisası üzrə namizədlik dissertasiya işini müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1996-cı ildə ADU-nun ingilis dilinin qrammatikası kafedrasına gənc mütəxəssis kimi qəbul olunub. 2000-ci ildə ADU-nun ingilis dilinin qrammatikası kafedrasının baş müəllimi, filologiya elmləri namizədi vəzifəsinə seçilib. 2001-ci ildə ADU-nun ingilis dilinin qrammatikası kafedrasının dosent vəzifəsinə seçilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür (Üzvlük vəsiqəsi № 174728). 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda "Dil Nəzəriyyəsi" və "German Dilləri" ixtisasları üzrə doktorluq dissertasiya işini müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır.
Nigar Xatun
Nigar Xatun (1450 – mart 1503, Antalya) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Doğum tarixi dəqiq olmasa da, ilk övladı Ayşə Sultanın doğum tarixinə əsasən, 1450-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Ayşə Sultanı, 1467-ci ildə Şahzadə Qorqudu, 1468-ci ildə isə Fatma Sultanı dünyaya gətirdi.1480-ci ildə oğlu Şahzadə Qorqud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Ertəsi il padşahın vəfatının ardından əri II Bəyazid dərhal İstanbula yola düşdü və bu əsnada oğlu Şahzadə Qorqud atasının yerinə səltənət naibi olaraq taxta çıxarıldı. Əri II Bəyazidin taxta çıxmasından bir müddət sonra Nigar Xatun, sultanın digər ailə üzvləriylə birlikdə Amasya sarayından İstanbula köçürüldü. Burada şahzadə anası olaraq nüfuz sahibi olan Nigar Xatun günlük 50 axca maaş alırdı. Çox keçmədən 1483-cü ilin dekabrında oğlu Şahzadə Qorqud Manisa sancaqbəyi təyin edildi və Nigar Xatun da oğluyla birlikdə Manisaya yollandı.
Nigar xanım
Nigar xanım (1856[…], Konstantinopol – 1918, Konstantinopol) (نگار خانم) — Osmanlılar dövründə yaşayan türk şair. Atası macar əsilli Makar Osman Paşa idi. == Həyatı == İstanbulda 1856-cı ildə anadan olub. Əsl adı Şandor Farkaşdır və 1848-ci il Macarıstan İnqilabından sonra Türkiyəyə sığınan və “Macar” ləqəbi ilə tanınan Osman Paşanın qızıdır; Anası, vəzir Keçecizadə Fuad Paşanın katibi Nuri bəyin qızı Əminə Rifati Xanımdır. Yeddi yaşında o, Kadıköydəki Madam Qarosun internat məktəbinə verilir. Bu məktəbdə o, yunan, italyan və erməni dilləri ilə yanaşı, fransız dili, fortepiano, rəssamlıq və tikiş sənətini də öyrənir. O, çarşab yaşının yaxınlaşması ilə əlaqədar olaraq məktəbdən ayrılır, fortepiano və dil dərslərini evdə davam etdirib. Erkən yaşda evliliyindən Sâlih Münir, Sâlih Feridun ve Sâlih Kerâmet adlı uşaqları dünyaya gelir. Yeddi il sonra həyat yoldaşından ayrılır. "Əfsus" adlı şeir kitabını çap etdirir.
Nigar İsmayılqızı
Nigar İsmayılqızı (tam adı: İsmayılova Nigar İsmayılqızı; 13 sentyabr 1984, Dəvəçi – 14 sentyabr 2018, Bakı) — jurnalist, yazıçı, Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü. == Həyatı == İsmayılova Nigar İsmayılqızı 13 sentyabr 1984-ci ildə Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AZTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da televiziya sahəsində işləyib. 2018-ci ildə onda xərçəng xəstəliyi aşkar edilmişdir. 3 sentyabr 2018-ci ildə Hacəttəpə xəstəxanasına yerləşdirilmişdir. Nigar İsmayılqızının bu vəziyyətində ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər. Nəticədə bir çox dövlət xadimini və ölkə ziyalısını əhatə edən kompaniya başlamışdır.
Niqab
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. == Mənşə == Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. == İstifadəsi == Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Siqar
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
Fredriç Hiqar
Fredriç Hiqar (11 oktyabr 1841[…], Bazel – 2 iyun 1927[…], Sürix) — İsveçrəli bəstəkar, dirijor və "Sürix Tonholl Orkestri" -nin qurucu dirijoru. == Həyatı == == Biblioqrafiya == Hindley, Geoffrey. Music in the Modern World: Music in Switzerland // The Larousse Encyclopedia of Music (2nd). New York City: Excalibur. 1982. ISBN 0-89673-101-4.
Nigar Şıxlinskaya
Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya (10 oktyabr 1871 və ya 21 mart 1878, Tiflis – 15 avqust 1931, Bakı, Azərbaycan SSR, SSRİ) — ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın. Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşı. == Həyatı == Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya 1871-ci ildə Tiflisdə anadan olmuşdur. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi. 1909-cu ildə polkovnik Əliağa Şıxlinski qohumları ilə görüşmək üçün Tiflisə gəldi. Bu günə qədər ömrünün qırx altıncı baharına qədəm qoyan mərd topçu zabit hərbi sahədə misilsiz xidmətlər göstərmiş, Sankt-Peterburqdakı Mixail artilleriya məktəbini bitirdikdən sonra qüsursuz qulluğa, Uzaq Şərq müharibəsi zamanı Port-Artur müdafiəsi zamanı şücaət və hünərinə görə Rusiya imperiyasının bir sıra mötəbər mükafatlarına — ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, üçüncü və dördüncü dərəcəli Müqəddəs Vladimir, üçüncü və dördüncü dərəcəli Müqəddəs Anna, qızıl qılıncla birlikdə təqdim olunan dördüncü dərəcəli Müqəddəs Georgi ordenlərinə və rus-yapon müharibəsinin xatirə medalına layiq görülmüşdür. Tsarskoye Selodakı Artilleriya zabitləri məktəbində müvəffəqiyyətlə oxuyub biliklərini müəllim qismində həmin tədris müəssisəsinin müdavimlərinə ötürən Ə. Şıxlinski bütun hərbi mütəxəssislərini heyrətə gətirmiş Şıxlinski uçbucağı kimi tanınan artilleriya atəşinin dəqiqliyini artıran sxem işləyib hazırlamışdır.
Nigar Əliyeva
Nigar Ramiz qızı Əliyeva (1969, Bakı) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini. == Həyatı == 1969-cu ildə Bakı şəhərində anadan olub. 1976–1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil almışdır. 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "müalicə işi" fakültəsinə qəbul olunmuş və 1992-ci ildə bitirmişdir. 1992–1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında "terapiya" ixtisası üzrə internatura keçmişdir. 1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlamış və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışmışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri" proqramı üzrə ixtisasartırma kursu keçmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. == Siyasi fəaliyyəti == 2009-cu ildə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmişdir.Azərbaycan Prezidentinin 3 fevral 2022 tarixli sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsindən azad edilmişdir.Yeni Azərbaycan Partiyasının üzvüdür. == Mükafatları == 2013-cü ildə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.
Nigar Ələkbərova
Nigar Ələkbərova (9 mart 1956, Bakı)— fəlsəfə elmlər doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi İdarəetmə kafedrasının müdiri. == Həyatı == Nigar İbrahim qızı Ələkbərova 9 mart 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında almışdır. == Fəaliyyəti == Əmək fəaliyyətinə ilk dəfə Azərbaycan Dövlət İncəsənət İnstitutunda başlayan Nigar Ələkbərova, 1992-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda aparıcı elmi işçi olmuşdur. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinə (1-ci çağırış) deputat seçilmiş, Milli Məclisin Mədəniyyət məsələləri komissyiası sədrinin müavini olmuşdur. Gənc Filosoflar Beynəlxalq Assosiasiyası şurasının üzvüdür (1989). Hal-hazıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi İdarəetmə kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Nigar Ələkbərova 51 beynəlxalq konfransda çıxış etmişdir. O, Sonuncu dəfə Rusiya Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyası, Rusiyanın Təhsil Nazirliyyi tərəfindən Moskva şəhərinda keçirilən "Gənclər arasında ekstrimizm: mənbələri, qarşısını alınması və profilaktika" mövzusunda elmi-praktiki konfrasın iştirakçılarından biri olmuşdur. == Elmi əsərləri == Nigar Ələkbərova 53 elmi məqalə, 24 publitistik məqalə, 6 fənn proqramı, o cümlədən 4 kitab müəllifidir.
Nigar Nəsirova
Nigar Nəsirova (16 sentyabr 1987) — Azərbaycanı təmsil edən atıcı. == Həyatı == Nigar Nəsirova 1987-ci il sentyabrın 16-da anadan olub. 2001-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Ruqiyyə Bağırovadır. Neftçi İdman Klubunun üzvüdür. == Karyerası == Nigar Nəsirova 2006-cı ildə Rusiyada baş tutan gənclər arasında Avropa Çempionatının gümüş medalına sahib oldu. 2017-ci ilin martında Nigar Nəsirova Sloveniyanın Maribor şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Nəticədə Nigar Nəsirova və Ruslan Lunyov 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində bürünc medalın sahibi oldu. Həmin ilin mayında isə Nigar Nəsirova IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirini bürünc medalla başa vurdu, Ruslan Lunyov ilə birgə isə 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirinin qalibi oldu. Nigar Nəsirova Azərbaycanı 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında təmsil edib.
Hisar Sefid (Bicar)
Hisar Sefid (fars. حصارسفيد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (60 ailə). Əhalisini kürdlər təşkil edir.