Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Qabaq sukatı
Qabaq sukatı - Qabaqdan hazırlanmış quru mürəbbə Tərkibinə qabaq, şəkər tozu, vanil daxildir. Qabaq sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qaçaq Camal
Qaçaq Camal — Tanınmış bəy və qaçaq. Qeyri adi fiziki gücü, sərrast atəş açma, at minmə və şeir yazma qabiliyyətləri ilə ad-san qazanmışdır. Camal Usub oğlu Hacıyev (Qaçaq Camal) 1883-cü ildə Faxralı kəndində anadan olmuşdur. Qeyri adi fiziki gücü, sərrast atəş açmaq, at minməyi və şeir yazmağı var idi. O, qoçaqlığı və mərdliyi ilə Gəncəbasarda və uzaq ellərdə böyük ad-sana malik olmuşdur. Deyilənlərə görə Gəncə Karvansarayına bir Ləzgi pəhləvan gəlibmiş və burada bir çox pəhləvanlara meydan oxuyurmuş. Bu haqda eşidən Camal yaylaqdan enib pəhləvanla şavaşmaq qərarını verib. Savaş meydanı düzənlənib və ləzgi pəhləvan bu zaman Camala lağda edib ki, belə cələf adam mənə nə edəcək. Savaş başlayan kimi Camal əllərini pəhləvanın qabırğalarına keçirərək onu yerə sərib və oranı sakit halda tərk edib. Camal hər zaman fağır- füqarəyə arxa dayaq olarmış.
Qaçaq Fərzalı
Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Qaçaq Gülsüm
Qaçaq Gülsüm — Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. O, təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi artıq Qafqaz canişinliyində böyük marağa səbəb olmuşdur. Gülsüm kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə kasıb olduğu üçün Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırdı. 18 yaşlı qızı qardaşları işləməyə qoymasalar da, o, ailəsinə dəstək olmaq üçün çalışmağa üstünlük verirdi. Qapıya bir neçə dəfə elçi gəlsə də, cehiz toplamaq imkanları olmadığı üçün imtina etmişdi. Bu həyat belə davam edəcəkdi. Lakin Gülsümün həyatını dəyişən o müdhüş gün olmasaydı.
Qaçaq Həsi
İbalı Həsənxan Məmməd oğlu (Qaçaq Həsi) — qaçaq, mücahid Qaçaq Həsi 1861-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında dünyaya gəlmişdi. Oba içində adına qısaca Həsi deyirdilər. Həsi qaçaq həyatı yaşamışdı. Onun qaçaqlığının səbəbi bir əhvalatla bağlıdır. 1883-cü ildə yağləvəndlilər hansı obadansa bir sürü qoyun oğurlayırlar. Heyvan yiyələri pristava şikayət edirlər. Pristav başının atlıları ilə Yağləvəndə gəlir. Sorub-soruşdurmadan bir neçə nəfəri tutub-çataqlayır. Tutulanların içində Düz Məmməd də vardı. Pristav üzünü tutuqlulara tutub deyir: - Qoyunları kim aparıb boynuna alsın, yoxsa obanı yandıracağam.
Qaçaq Kərəm
Qaçaq Kərəm (1860, Qıraq Kəsəmən – 1909, Tehran) — XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə qan düşməni olmuşdur. On beş il qaçaqlıq eləyən Qaçaq Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Molla Zalın nəvəsi, Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin (Molla Zalın qardaşı) qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilmişdir, lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Molla Zal oğlu İsgəndər öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürmüşdür. Azacıq sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə də, bütün Zaqafqaziyada ümumxalq məhəbbəti qazandı. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması idi. M. Qorki haqlı olaraq yazırdı; "Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir". Zaqafqazyanın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları vardır; "Kərəm körpüsü", "Kərəm payası", "Kərəm bazarı"; "Kərəm çalası", "Kərəm yolu", "Kərəm payı", "Kərəm bulağı", "Kərəm meydanı" və s.
Qaçaq Mayıl
Qaçaq Mayıl — XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki üzvü, Həmdulla əfəndi Əfəndizadənin ən yaxın adamlarından, ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına o cümlədən Qubaya hücumlarının qarşısını alan şəxslərdən biri. Quba üsyanın rəhbərlərindən biridir. 1865-ci ildə Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orada yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər). 1915-ci ildə Mayıl Zahir oğlu (1865–1924) Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılıb. Andiçmə Həmdulla əfəndi Əfəndizadənin xeyir-duası ilə "Qurani-Şərif"ə and içməklə başlanılıb, mərkəzi qərargahda, qəzanın Qonaqkənd kəndində keçirilib.
Qaçaq Mehdiqulu
Qaçaq Məmmədqasım
Qaçaq Məmmədqasım (1897 – 1967, Türkiyə) — Gəncə üsyanının təşkilatçılarından biri. 1897-ci ildə Gəncə quberniyası Samux nahiyyəsinin Tomulu kəndində anadan olub. Qaçaq Məmmədqasım yazırdı:”1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan Gəncədə alovlandı.Şəhərdə yerləşən bolşevik qərəgahını ələ keçirtdik. Yalnız ermənilərin himayəsi ilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mən Samuxdan 250 nəfər könüllü toplayaraq Gəncəyə qayıtmaq istəyirdim. Qarasaqqal ətrafında bolşeviklərin 500 nəfərlik dəstəsi ilə üzləşdik. İki saatlıq qanlı döyüşdə bolşeviklər darmadağın edildi. Bu döyüşdə 420 bolşevik əsgəri məhv edildi. Gəncəyə gəlib üsyançılarla birləşdik. Üsyanı Şeyx Cahangir bəy, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər.
Qaçaq Nəbi
Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı. Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir. Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır. Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir. Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir.
Qaçaq Nəcəf
Qaçaq Nəcəf - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Qazax rayonunun Aslanbəyli kəndinin Nəcəflilər soyunun ulu babasıdır. Qaçaq Nəcəf 19-cu əsrin 10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Soyu Aslanbəylidə Nəcəflilər kimi tanınır.
Qaçaq Rəşid
Qaçaq Rəşid (1885, Yağlıvənd, Cəbrayıl qəzası – 1918, Qaryagin) — Azərbaycan el qəhrəmanı, qaçaq. Murad Nəcəfqulu oğlu 1885-ci ildə Cəbrayıl qəzasının Yağləvənd obasında doğulmuşdu. Olduqca qoçaq, qorxmaz, qeyrətli olduğundan el içində "Rəşid" adlanmışdı. Qardaşını tutmaq istəyən çar məmurlarını öldürüb qaçaq olmuşdu. Qaçaq Süleymanın dəstəsinə qoşulmuş, dəstəbaşının sağ əlinə çevrilmişdi. Onunla bağlı el içində xeyli əhvalat var. Həmin əhvalatlardan gülləmələr. * * Keçən çağlarda Nikolay hökumətinin uryadnikləri Rəşidi tutub gətirib salırlar Qaryagin qazamatına. Qəza məhkəməsi Rəşidə ölüm hökmü kəsir. Yağləvənd obası içinə ün düşür.
Qab-qacaq
Qab-qacaq — məişətdə, əsasən də mətbəxdə yemək hazırlığı, ərzağın saxlanmsı və emalı üçün işlədilən əşyaların ümumi adı. Qab-qacaq aşağıdakı kateqoriyalara bölünür: Stol süfrəsinə düzülməsi üçün: boşqab, dayaz boşqab, dərin boşqab, salat qabı, fincan, nəlbəki, piyalə, stəkan, rumka, bokal, kiçik stəkan, stəkanaltı; Yeməyin hazırlanması üçün: qazan, tava Köməkçi əşyalar — bıçaq, qaşıq, çəngəl Yeməyin saxlanması üçün qablar. Son əsrlərdə qablar adətən saxsı qablar, daş qablar, çini və ya çini kimi keramika materiallarından hazırlanır. Qab-qacaq, ağac, metallar (məsələn, qalay), temperli şüşə, akril və melamindən də hazırlana bilər. Birdəfəlik qablara kağız və plastik kimi birdəfəlik qablar daxildir. Ətraf mühitlə bağlı narahatlıqlara görə, 2023-cü ilin oktyabrından İngiltərədə birdəfəlik plastik qablar və bıçaqlar qadağan ediləcəkdir. Oxşar qadağa Aİ-də 2021-ci ilin iyul ayından etibarən tətbiq edilir.
Qaçaq Səfəralı
Qədirli Səfəralı Nəcəfqulu oğlu (Qaçaq Səfəralı) — qaçaq, xalq qəhrəmanı. Qaçaq Səfəralı 1867-ci ildə Cəbrayıl qəzasının Yağlıvənd kəndində anadan olmuşdur. Rus istilasına qarşı uzun illər mübarizə aparmış, 1891-ci ildə Sibirə sürgün edilmişdir. On ilə yaxın bir müddətdən sonra Sibirdən qaçmağı bacarmışdır. Həbsxanadan qaçdıqdan sonra mübarizəsini davam etdirmiş, ömrünün son günlərini İranda keçirmişdir. Tağı Kərimlinin "Yağlıvəndin repressiya qurbanları" kitabı.
Qandağ
Qandağ — Şərur rayonu ərazisində dağ; Qandağ — Balakən rayonu ərazisində dağ silsiləsi.
Qabran
Qabran və ya Qabran mak Domanqart (şot.kelt Gabhran mac Domangart; VI əsr – 560) — 538–558-ci illərdə Dal Riada kralı. Qabran Dal Riada kralı I Domanqartın ikinci oğlu idi və onun yerinə böyük qardaşı Komqall keçmişdi. Onun hakimiyyəti dövründə əraziləri Dal Riada torpaqlarının şərqində yerləşən skottlarla piktlər arasında uzun müharibələr başlamışdır. 558-ci ildə (digər mənbələrə görə 560-cı ildə) Qabran Pikt kralı I Brude ilə müharibədə ölmüşdür. Qabranın yerinə qardaşı oğlu I Konall keçmişdir.
Qaçaq İsaxan
Qaçaq İsaxan (1897, Qarayazı rayonu – 1930, Cəlaloğlu rayonu) — XX əsrin 20-ci illərin sonu və 30-cu illlərin əvvəlində Gürcüstan və Ermənistan ərazilərində sovet rejiminə qarşı silahlı üsyana başçılıq etmiş qaçaq. Həmin dövrdə "kollektivləşmə" siyasətinə xalq arasında etiraz hərəkatları geniş vüsət almışdı. 1930-cu ilin əvvəllərində Ermənistanda mütəşəkkil silahlı üsyan Kərbəlayı İsmayılın başçılığı ilə Vedibasar mahalında baş vermişdi. Lənkəran ətrafinda sərhəd qoşunları və milis qüvvələri ilə gərgin döyüşlər aparan dəstələrə Həsən İsa oğlu və Cankişi başçılıq edirdilər. 1928/30-cu illərdə Qarabağda, Quba, Nuxa, Göyçay, Zaqatala, Gəncə kimi yerlərdə silahlı müqavimət hərəkatının ardı-araşı kəsilmirdi. Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund və Rüstəmin dəstələri döyüşürdülər. Gürcüstanın Qarayazı mahalında başlayan və Ermənistanın azərbaycanlılar yaşadığı bir çox yerləri də əhatə edən silahlı üsyana isə Qaçaq İsaxan adı ilə tanınmış İsaxan Hacıbayramlı başçılıq etmişdir. Qaçaq İsaxan haqqında aşıqlar mahnılar qoşmuş, dastan yaratmış, şairlər ona şeirlər həsr etmiş, qəhrəmanın 100 illiyi Azərbaycan və Gürcüstanda böyük təntənə ilə qeyd edilmişdir. Xalq qəhrəmanının mübarizə dolu həyatı və fəaliyyəti elmi araşdırmalarda, bədii əsərlərdə və aşıq ədəbiyyatında öz əksini tapmışdır. Sovet ordusunu ciddi itkilərə uğratmış Qaçaq İsaxan öz igidliyi və cəngavərliyi ilə nəsillərin yaddaşına yazılıb.
Azərbaycanda qaçaq hərəkatı
Azərbaycanda qaçaq hərəkatı — Azərbaycan xalqının müstəmləkə və feodal zülmünə qarşı milli-azadlıq hərəkatının əsas formalarından biri. == Qaçaq hərəkatının səbəbləri == XIX əsrdə Azərbaycanda qaçaqçılıq hərəkatını doğuran əsas səbəb 1828-ci il fevralın 10-da bədnam Türkmənçay müqaviləsi əsasında Şimali Azərbaycanın Rusiya tərkibinə zorla tabe edilməsindən sonra ölkədə baş verən mənfi hallar olmuşdur. İstismar olunan, əsarətdə yaşayan, istilaya düçar olan xalqla istismarçı, hər şeyi məhv edən zülmkar rus imperialist rejimi arasında tarix boyunca mübarizə olmuşdur. İstismarçı rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Məhkum xalq imperialist idarələrinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, biyara getməməklə passiv mübarizə yolunu seçirdi. Bəzi hallarda isə idarə məmurlarını öldürməklə öz məqsədlərinə nail olurdular. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə qarşı və onlara rüşvət verməklə əlbir olub xalqa zülm edən yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. İgidlik, yenilməz qəhrəmanlıq dastanlarını yaradan qaçaqları gördükləri xeyirxah əməllərə görə Azərbaycan xalqı onları sevmiş, tərifləmiş və qorumuşlar. Erməni qırğınları zamanı ermənilərin qarşısının alınmasında qaçaq hərəkatının böyük rolu olmuşdur. Çar istibdad üsul-idarəsinə qarşı narazılıqların əsas səbəblərindən biri də təhkimçi rus kəndlisi ilə azad azərbaycanlı kəndlisi arasındakı fərqi görməyən komendantların fəaliyyəti idi.
Qabaq bulaq (Şot)
Qabaq bulaq (fars. قاباخ بلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qabaq təpə (Salmas)
Qabaq təpə (fars. قاباخ تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 157 nəfər yaşayır (28 ailə).
Qaçaq Kərəm (Ağstafa)
Qaçaq Kərəm — Azərbaycan Respublikasının Ağstafa rayonunun Xətai kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Xətai kənd Sovetinin ərazisindəki yaşayış məntəqəsi Qaçaq Kərəm kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
Qaçaq Kərəm (roman)
Qaçaq Kərəm — Fərman Eyvazlının Qaçaq Kərəmdən bəhs edən romanı. Romanda XIX əsrin sonlarında Azərbaycanda uzun illər kasıb təbəqənin, əsasən də kəndlilərin haqlarının tapdanmasına qarşı çıxmış xalq qəhrəmanı Kərəmin həyat və mübarizəsindən bəhs olunur. Bu qəhrəman özü kimi cəsur və qoçaq insanları ətrafına toplayaraq qaçaq dəstəsi yaratmış, o zamankı Rusiya imperiyasına qarşı çıxmış, haqq-ədalət uğrunda mübarizəyə qalxmışdı. O torpaqsızlara torpaq, kimsəsizlərə dolanacaq verir, bəylərin, tacirlərin və başqa varlıların var-dövlətini talayıb yoxsullara paylayırdı... Bütün roman boyu qatı kasıbçılıq, düşmənçilik və xainlik fonunda Azərbaycan kişilərinin necə öz mərdliklərini qoruyub saxlamaqları oxucunu kitabdan ayrılmağa qoymur... Roman bəy-rəiyyət qarşıdurması kimi saxta Sovet təbliğatından xali deyil, amma Azərbaycanın yaxın tarixi keçmişi və real dövlətçilik həyatından götürülmüş çoxlu zəngin material istifadəsi baxımından indiki dövr üçün də tamamilə aktuallığını saxlayır. Əsər ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1986, 1987, 1990-cı illərdə, latın qrafikalı Azərbaycan əlifbası ilə isə 2015-ci ildə Bakı Kitab Klubunda 2 hissədə nəşr edilib. 2-ci kitaba ʺQaçaq Kərəmʺ romanının ikinci hissəsindən parçalar olan ʺDüyünlü günlərʺ və ʺBir kisə qızılʺ povestləri, İsrafil ağanın həyatla vidalaşması səhnəsinə həsr olunmuş ʺAğanın ölümüʺ hekayəsi və ədibin İran səfəri əsasında yazılmış ʺXoy səfəriʺ publisistik yazısı daxil edilmişdir. Goodreads-də Qaçaq Kərəm Series "Qaçaq Kərəm (2‐ci hissə)" ( (az.)). bbclub.az.
Qaçaq Nəbi (Axundov)
Qaçaq Nəbi — Əhliman Axundovun tərtib etdiyi və ilk dəfə 1941-ci ildə nəşr edilən Azərbaycanın xalq qəhramanı Qaçaq Nəbidən bəhs edən dastan. Azərbaycan xalq qəhrəmanı 19-cu əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı olan Alı oğlu Nəbi Zəngəzur və Naxçıvanda (Zəngəzur qəzası) qorxmadan partizan müharibəsi aparan qaçaqlardan biri olmuşdur. Kitab xalq qəhrəmanının həyatı,qaçaqlıq fəaliyyəti haqqında dolğun və hərtərəfli tarixi məlumatlarla zəngindir. "Qaçaq Nəbi" dastanı həyatını və qısa ömrünü xalqına, onun azad yaşamasına həsr etmiş və bu yolda həlak olmuş Nəbi Alı oğlu haqqındadır. Dastan ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1941-ci ildə, 2-ci dəfə 1961-ci ildə Azərnəşrdə çap edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə 2009-cu ildə Çıraq nəşriyyatında 440, 2016-cı ildə Bakı Kitab Klubunda 504 səhifədə çap edilib. Qaçaq Nəbinin tarixi "Qaçaq Nəbi" ( (az.)). bbclub.az. 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
Qaçaq Nəbinin tarixi
Qaçaq Nəbinin tarixi — Bəhlul Bəhcətin yazdığı və Qaçaq Nəbi haqqında ilk elmi araşdırma olan tarixi-tədqiqat kitabı. Arxivdə saxlanılan bu əsər (əlyazması, ərəb əlifbası ilə 266 səh., latın qrafikası ilə 370 səh.) Qaçaq Nəbinin həyatı, qaçaqçılıq fəaliyyəti haqqında tarixi məlumatlarla zəngindir. Ona görə də bu əsərin çap olunması münasib hesab olunmuş və "Çıraq" nəşriyyatı onu 296 səhifə həcmində çap etmişdir. Zəngəzurun sonuncu qazısı, islamşünas, tarixçi, folklorşünas Bəhlul Bəhcətin 1930-cu illərdə yazdığı, 80 il arxivdə saxlanan “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabı ilk dəfə 2011-ci ildə çapdan çıxıb. Qaçaq Nəbi (Axundov) Həcər (xalq qəhrəmanı) "12 Mart Qaçaq Nəbinin Ölüm Günüdür" ( (az.)). mediaforum.az. 2011-03-11, 12:15:00. İstifadə tarixi: 2014-10-09. "Qaçaq Nəbi haqqında 1930-cu illərdə yazılmış tədqiqat işıq üzü görüb" ( (az.)). mediaforum.az.
Yunan qabaq piroqu
Bu piroq Azərbaycanın göyərti küküsünü xatırladır, amma ondan fərqlidir. Bir növ Türk börəyini də xatırladır, amma içincə yuxa yoxdur. Qabaqlı piroq həm səhər yeməyində, həm də pratik qəlyanaltı kimi çox ləzzətli olur. 1/2 stəkan zeytun yağı 1 stəkan xırda doğranmış yaşıl soğan 3 qabaq (kabaçok, zukini) – təxminən 700 qram, kubiklərə doğranmış 5 iyi yumurta 1 stəkan qatıq (süzülmüş, susuz olmalıdır, turş olmamalıdır) 1 stəkan un 3 çay qaşığı qabartma tozu (baking powder) 1 stəkan ovulmuş və ya kiçik doğranmış Feta pendiri (Feta pendiri Yunan pendiridir. *Supermaketlərinizde yoxdursa, her hansı növ duzlu ağ pendirdən istifadə edə bilərsiniz) 1 stəkan sürtkəcdən keçirilmiş Kasseri pendiri (Yunanıstanın kasseri pendiri Türkiyədə bilinən *Kaşar pendiridir. Mozzarella pendiri ile əvəz oluna bilər) 1 stəkan xırda doğranmış şüyüd və ya cəfəri (mən cəfəri ilə daha çox bəyənirəm) zövqə görə istiot zövqə görə qurudulmuş qırmızı şirin bibər tozu (paprika) üzərini bəzəmək üçün qabaq dilimləri Uzunluğu 38 cm, genişliyi isə 25 cm olan dərin soba formasını bir az yağlayın. Tavada zeytun yağını qızdırın. Soğan və qabağı əlavə edərək tez-tez qarışdıraraq yumuşalana qədər (amma xaşıl olmasın) və suyu çəkilənə qədər təxminən 15 dəqiqə bişirin. Bir az duzlayın. Kənara qoyun.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Qaçaq Nəbinin tarixi (kitab)
Qaçaq Nəbinin tarixi — Bəhlul Bəhcətin yazdığı və Qaçaq Nəbi haqqında ilk elmi araşdırma olan tarixi-tədqiqat kitabı. Arxivdə saxlanılan bu əsər (əlyazması, ərəb əlifbası ilə 266 səh., latın qrafikası ilə 370 səh.) Qaçaq Nəbinin həyatı, qaçaqçılıq fəaliyyəti haqqında tarixi məlumatlarla zəngindir. Ona görə də bu əsərin çap olunması münasib hesab olunmuş və "Çıraq" nəşriyyatı onu 296 səhifə həcmində çap etmişdir. Zəngəzurun sonuncu qazısı, islamşünas, tarixçi, folklorşünas Bəhlul Bəhcətin 1930-cu illərdə yazdığı, 80 il arxivdə saxlanan “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabı ilk dəfə 2011-ci ildə çapdan çıxıb. Qaçaq Nəbi (Axundov) Həcər (xalq qəhrəmanı) "12 Mart Qaçaq Nəbinin Ölüm Günüdür" ( (az.)). mediaforum.az. 2011-03-11, 12:15:00. İstifadə tarixi: 2014-10-09. "Qaçaq Nəbi haqqında 1930-cu illərdə yazılmış tədqiqat işıq üzü görüb" ( (az.)). mediaforum.az.
Plastik qablar
Plastik qablar — gündəlik həyatımızda hər gün istifadə etdiyimiz plastik stəkanlar, çəngəllər, butulkalar və s. bu kimi qida vasitələrindən istifadə edirik. Əsasən maliyyə cəhətdən istehsalçılara ucuz başa gələn plastik qablar insan sağlığına isə baha başa gəlir. Çünki plastik bir stəkana isti çay və ya digər hər hansi isti bir içki tökdüyümüz zaman istinin təsiri ilə plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır. Hər gün istifadə etdiyimiz və nisbətən daha keyfiyyətli olduğu düşünülən su bidonları da həmçinin insan sağlamlığı üçün həddən artıq dərəcədə təhlükəli olan polikarbonat adlı kimyəvi maddədən istehsal edirlər ki, bu maddə də 100 dərəcə istilikdə tərkiblərə ayrılaraq qidaya qarışır. Digər plastik qablar hazırlanan bir kimyəvi maddə isə fosgendir ki, bu maddənin ayrılaraq qidaya qarışması üçün isə soyuq qida məhzullarınin təsiri nəticəsində asanlıqla ayrılaraq qidaya qarışma qabilliyətinə malikdir. Həmçinin mütəxəsislər analara körpələrinə plastik butulkalarda isti süd və ya çay verməyin düzgün olmadığını butulkaları şüşələrlə əvəz etməyin daha məqsədəuyğun olduğunu bildirirlər. Müsbət xüsusiyyətləri: Yüngül asan daşınandır. Qab əldən düşərkən sınır, plastik qab isə yox.
Saat Qabağı
Saat Qabağı — Təbrizin ən önəmli meydanının adıdır və qədim zaman oraya Milli Məclis deyərmişlər, amma indi bələdiyyə tikintisidir.
Su qabağı
Su qabağı (lat. Lagenaria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Adenopus Benth. Sphaerosicyos Hook.f.
Yozef Qabçik
Yozef Qabçik (slovak. Jozef Gabčík; 7 aprel 1912, Poluvsie[d], Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 18 iyun 1942[…]) — İkinci Dünya müharibəsi illərində Çexoslovakiya ordusunun rotmistrı, Antropoid əməliyyatının iştirakçısı. Əməliyyat zamanı Bohemiya və Moraviyanın nasist rəhbəri Reynhard Heydrix məhv edilib. Çexoslovakiya Sosialist Respublikasının Milli Qəhrəmanı. Milliyyəti slovak idi. Yozef Qabçik 1918-ci ildə yaranmış Çexoslovakiyanın tərkibinə daxil olan Avstriya-Macarıstan imperiyasının Slovakiya hissəsində anadan olub. Atası Frantişek işləmək üçün ABŞ və Argentinaya gedən fəhlə, anası Mariya (qız soyadı Barankova) isə evdar qadın idi. Yosefin 2 qardaşı və bir bacısı var idi. Raetsk-Teplice şəhərində məktəbi bitirdikdən sonra o, Çexiyanın Vltavou üzərində Kosteleç kəndində yerli dəmirçi Y.Kunikin ailəsində yaşamış, 1932-ci ilə qədər burada dəmirçilik və metal işləmə ixtisasları üzrə təhsil almışdır. 1927-ci il məktəb məlumatlarına görə, o, həm də qonşu Kovarjov kəndində ikiillik ticarət məktəbində oxuyub.
Ayaqlı qablar
Ayaqlı qablar (ing. Stemware) — baza üzərində yüksələn ayaq üzərində duran içki qablarıdır. Bu cür qablar adətən müxtəlif şüşə materiallardan hazırlansa da, bəzən keramik və metal variantlarına da rast gəlinir. Ayaqlı qablar, istifadəçiyə əl vasitəsilə içkinin tempraturuna təsir etmədən onu tutmağa imkan verir. Ayaqlı qablara aşağıdakılar daxildir: Absent badəsi Şampan badəsi Potir və kubok Kokteyl badəsi (Martini və marqarita badələri daxil olmaqla) Likör badələri Ramerlər Qədəhlər Şərab badələri == İstinadlar == == Ədəbiyyat == Rinker, Harry L. Stemware of the 20th Century: The Top 200 Patterns (1st). New York: House of Collectibles. 1997. ISBN 9780676600841. İstifadə tarixi: 23 February 2013. Cech, Mary; Schact, Jennie.
Yəşəmi qablar
Yəşəmi qablar (ing. Jasperware) — Cozaya Vedcvud tərəfindən 1770-ci illərdə kəşf edilmiş dulusçuluq məhsulları. Yəşəmi qablar adətən yüksək tempraturlu keramika (keramoqranit) kimi təsvir edilsə də, biskvit çinisinə xas mat səthə malik olur və müxtəlif rəng tonlarında istehsal edilir. Yəşəmi qabların ən məşhur rəng tonu solğun mavidir ki, bu ton sonradan Vedcvud mavisi kimi tanınmışdır. Yəşəmi qablar üçün kontrastlı rənglərdən (adətən rənglərdən biri həmişə ağ olsa da, digər rənglərin istifadəsinə də rast gəlinir) istifadə edərək kameo effekti yaradan relyefli naxışlar xarakterikdir. Relyeflər qəliblər vasitəsi ilə hazırlanmaqla, yapma texnologiyası ilə məhsula əlavə edilir. Bir neçə il davam edən təcrübələrdən sonra 1770-ci illərdə "Wedgwood" yəşəmi qabları əvvəlcə kiçik elementlər şəklində, 1780-ci illərdən etibarən isə həm də böyük güldanlar kimi satışa çıxarır. Satışa çıxdığı vaxtdan etibarən yəşəmi qablar çox məşhurlaşır və bir neçə il sonra digər dülgərlər də yəşəmi qabların yeni versiyalarını təqdim etməyə başlayırlar. XXI əsrdə "Wedgwood" yəşəmi qabların istehsalını davam etdirir. Dekor zamanı əsasən dəbli neoklassik üslub istifadə edilsə də, bəzi hallarda başqa tərzlərə də rast gəlinir.
Qabar Əli
Qabarəli — İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. 1830-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Kabar eli yə'ni Kabar tayfası. Mənşəcə Xəzərlərin Kabar (Kəbər) tayfasının adını əks etdirir. Azərbaycanda Kəbirli və Kəlbəcər rayonunda Havarlı (Qabarlıdan təhrif) kənd adları ilə mənşəcə eynidir.
Qalça sümüyü
Qalça əzələsi
Qalça əzələsi (lat. musculus iliacus) daxili qrup çanaq əzələlərindən olub, qalça çuxurundan başlanğıc götürüb, bud sümüyünün kiçik troxanter çıxıntısına bağlanır.
Qalpaq
Qalpaq (türk. kalpak) — kəsik konus şəklində, əsasən kürk, parça və ya dəridən tikilən bir papaq növüdür. ƏsasənTürkiyədə, Qafqazda, İranda, Rusiyada və Orta Asiya ölkələrində istifadə edilir. Tarixən müxtəlif türk birliklərində çox geniş istifadə edilmişdir. İndiki dövrdə Özbəkistan sərhədləri içində yaşayan Qaraqalpaqlar da adlarını qalpaq sözündən götürmüşdür. "kalpak." Arxivləşdirilib 2009-04-04 at the Wayback Machine Güncel Türkçe Sözlük. Türk Dil Kurumu. 2009. "kalpak." Büyük Larousse Sözlük ve Ansiklopedisi. Gelişim Yayınları.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Qaynaq
Qaynaq bu mənaları ifadə edə bilər: Qaynaq (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Qazocaq
Qazocaq — Türkmənistan Respublikasının Lebap vilayətində etrap tabeli şəhər.
Quycaq
Quycaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Quycaq Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeydə alınmışdır. Əvvəllər Qışlaq, daha sonra Azərbaycanın c.-undan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlanmışdır. Kəndin şm.-ş.-indəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara həmçinin Dağıstanın va Ermənistanın toponimiyasında da rast gəlinir: Quyucuq yol ayrıcı, Piraquyu qəbristanlığı (Ermenistan), Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqam (Dağıstan) va s.
Qıpçaq
Qıpçaq (Qax) — Azərbaycanın Qax rayonunun inzibati ərazi vahidində kənd. Qıpçaq bələdiyyəsi — Qax rayonunda bələdiyyə. Qıpçaq (Şörəyel) — Şörəyel mahalının inzibati ərazi vahidində (indiki Ermənistanın Şirak mərzində) kənd. Qıpçaq (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) şəhristanında kənd. Qıpçaq (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanında kənd. Qıpçaq (Bostanabad) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanında kənd. Qıpçaq (Həmədan) — İranın Həmədan ostanının Həmədan şəhristanında kənd. Qıpçaq (Əlborz) — İranın Əlborz ostanının Nəzərabad şəhristanında kənd. Qıpçaq (Tehran) — İranın Tehran ostanının Mələrd şəhristanında kənd. Qıpçaq (Qaqauziya) — Moldovanın Qaqauz Muxtar Regional Torpağında kənd.
Sancaq
Sancaq — inzibati vahid kimi işlədilmişdir. Türk dillərində əvvəlcə quberniya, sonra bayraq kəlmələrinin sinonimi olub. Canişin yerinə, sancaqbəyi işlətilmişdir. Rayon müəyyən radiusda olan ərazini əhatə etdiyi kimi, görünür, sancaq da sancıldığı yerdə müəyyən ərazini bildirmək anlamı ilə bağlı olub. Kağız vərəqlərini bir-birinə bəndləmək üçün dəmirdən düzəldilmiş ucu iti dəftərxana gərəyi. Yaxaya, başa sancmaq üçün adi və ya qiymətli metaldan olan müxtəlif ölçülü və formalı qadın bəzəyinə də sancaq deyilir.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.