QABAQ

QABAQ I is. bot. Balqabaq. Qarpız, qovun və xiyar cinsindən olub, sarımtıl bostan bitkisidir. Sonra bibim haradansa bir ovuc qabaq toxumu tapdı, bir nimçə qarğıdalı çıxartdı (Ə.Əylisli).

QABAQ II zərf İrəli, ön. Bütün döyüşlərdə getdin qabaqda; Nə arxada qaldın, nə də yoruldun (B.Azəroğlu).

QABAQ III zərf Əvvəl. Qabaqlar biz onunla tez-tez görüşərdik (İ.Əfəndiyev).

KÜTLƏ
QABAQLIQ

Digər lüğətlərdə