QOŞMAQ₂

f. Getmək, bir tərəfə üz tutmaq, yüyürüb getmək.
Vaxta ki bu izdihamı gördüm; Mən də o yerə qoşub yüyürdüm. M.Ə.Sabir.
Kənd uşaqları əllərində badya, mis kasa dərəyə doğru qoşurdular. A.Şaiq.
Azacıq keçmədən cəsur insanlar; Qoşdu iş başına, tərpəndi şəhər. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOŞMAQ qoşmaq bax qatmaq 1
  • QOŞMAQ bağlamaq — bəndləmək — ilişdirmək
  • QOŞMAQ birləşdirmək — qoşmaq
  • QOŞMAQ göndərmək — getmək
  • QOŞMAQ düzəltmək — yaratmaq

Omonimlər

  • QOŞMAQ QOŞMAQ I f. Bağlamaq, bənd etmək. Payızın əvvəlində Nurəddin arabasını qoşub, şəhərə kirayəçiliyə getdi (S

Antonimlər (əks mənalı sözlər)

  • QOŞMAQ QOŞMAQ – AÇMAQ Sənin xatirin üçün qırx yeddi manata qoşaram (Ə.Haqverdiyev); Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın (A

Etimologiya

  • QOŞMAQ Mənası “qaçmaq” deməkdir. Görünür, qoş və qaç eyni söz olub, sonra dəyişib. İndi hər iki söz sinonimləşib
QOŞMAQ₁
QOŞULAN
OBASTAN VİKİ
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.

Digər lüğətlərdə

анахоре́т дре́йфовый истрёпывать на́до ж откорми́ться панибра́тски припа́с сбочку́ фальсифици́рованный запоя́сываться ла́герница любить как собака па́лку прелюбоде́йный пуска́ть толь трёхсло́жный Blackpool Panamanian urtication безмозглый ионный межправительственный набавочный обрусеть правосознание