SUSMAQ

SUSMAQ Qızdırma zamanı sayıqlayan adam qızdırması kəsəndə necə yorğun, əzgin, lal-dinməz düşürsə, Həmzə də bir müddət sonra susdu, saatlarla danışmadı, key kimi olub qaldı (M.İbrahimov); AĞZINA SU ALMAQ (fr.v.) [Veysəl Ziynətə:] Anan mənə qapını göstərir, sən də ağzına su alırsan (B.Bayramov); AĞZINI AÇMAMAQ Nailə ilə Kamil əmi də, demək olar ki, ağızlarını açmırdılar (M.İbrahimov); DİNMƏMƏK Lakin Gülcamal bir daha dinmədi (M.Hüseyn); KİRİMƏK (dan.) Vahid. Buna görə də sualı təkrar eləmədi, kiridi (B.Bayramov); QIFILLAMAQ (dan.) Rüstəm bəy: Ay qız, sən qıfılla, sən danışma (Ü.Hacıbəyov); LAL OLMAQ Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi; Lal ol, a balam, başlama fəryada, əkinçi! (M.Ə.Sabir); MUMLAMAQ (məc.) Talıbov arvadına: Sən mumla (Y.Şirvan); SƏSİNİ KƏSMƏK Biz qorxumuzdan səsimizi kəsdik (H.Abbaszadə).

SUSƏPƏN
SUTKA

Digər lüğətlərdə

вспуши́ть манья́ческий оконе́чный полубольно́й популя́рность прогуля́ть разреше́ние флюоро́граф цо́кнуть пестре́ться продыми́ть сейсмологи́ческий ско́лько-нибудь хо́дики чунжи non-aggressive Nubian part track secretly voodoo zirconia взаимозаменяемый красноречивость пикули разложившийся