Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Renaj
Renaj (fr. Renage) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38332. Kommunanın 2012-ci il üçün əhalisi 3647 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 464 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 25 km şimal-qərbdə yerləşir.
Ernest Renan
Yozef Ernest Renan (fr. Joseph Ernest Renan; 28 fevral 1823[…] – 2 oktyabr 1892[…], 5-ci Paris dairəsi[d]) — fransız yazıçısı, tarixçi və filoloqu. == Həyatı == Jozef Ernest Renan 1823-cü il fevral ayının 28-də Fransada Bretani şəhərciyində anadan olmuşdur. Atası dənizçi idi və Ernest Renanın 5 yaşı olanda dünyasını dəyişib. Renana böyük bacısı Genrietta daha çox təsir göstərmişdir. O, ölümünə qədər bacısı ilə həm də dost olmuşdur. Onun həyatını kilsəyə həsr etməsini istəyən anası 1838-ci ildə Ernesti ruhani seminariyaya qoymuşdur. O, yerli ruhani seminariyadan daha sonra təhsilini Müqəddəs Nikolay adına Paris Seminarında davam etdirir. Məhz həmin seminariyada dünyəvi ədəbiyyatla tanış olmuşdur. Mişle, Viktor Hüqo, Lamartinin əsərləri onda dərin iz qoymuşdur.
Frederik Renal
Frederik Renal (fr. Frédérick Raynal; 15 mart 1966, Briv-la-Qayard[d]) — Fransa geymdizayneri və proqramçısı. O, "Infogrames", "Adeline Software International" və "No Cliché" şirkətlərindəki fəaliyyəti ilə tanınır, videooyun sənayesində 1990-cı və 2000-ci illərin öncül şəxslərindən biri hesab edilir. Renal "İncəsənət və Ədəbiyyat" ordeninin kavaleridir. Renal proqramlaşdırma karyerasına 1980-ci illərin axırlarında start vermiş, ancaq 1992-ci ildə "Infogrames" tərəfindən satışa çıxarılan "Alone in the Dark" survival horror videooyununun rejissoru olduqdan sonra populyarlaşmışdır. Renal "Infogrames" şirkətindən ayrılandan sonra "Adeline Software International" studiyasında çalışmış, "Little Big Adventure" (1994), "Little Big Adventure 2" (1997), və "Time Commando" (1997) kimi videooyunların üzərində işləmişdir. "Adeline" studiyası "Sega" korporasiyası tərəfindən satın alındıqdan sonra onun adı "No Cliché" olaraq dəyişdirilmişdir, ancaq studiya 2004-cü ildə bağlanmışdır. Renal videooyun sənayesinə geri dönmüş və müxtəlif studiyalarla çalışmışdır. Onun üzərində işlədəyi axırıncı layihə "2Dark" (2017) videooyunudur. == Həyatı == Frederik Rünal 15 mart 1966-cı il tarixində Fransanın Briv-la-Qayard şəhərində anadan olmuşdur.
Renald Makdonald
Renald Makdonald (ing. Ranald MacDonald; 3 fevral 1824 – 24 avqust 1894) – 1840-ci illərdə Yaponiyaya səyahət edən ABŞ macəraçısı. İngilis dilini Yaponiyada tədris edən ilk şəxs hesab olunur. "Yaponiya: Macəra hekayəsi" memuarının müəllifidir. == İlk illəri == 1824-cü ildə ABŞ-nin Oreqonda yerləşən Astoriya qəsrində doğulub. Atası "Hudson's Bay" şirkətində işləyən tacir, anası isə Çinuki qəbiləsi şefinin qızı olan Şahzadə Şahzadə Sandi idi.Britaniya Kolumbiyasındakı uşaqlıq illəri zamanı qəzaya uğramış 3 yapon dənizçinin Flatteri yarımadasında quruya çıxması haqqında eşitdiyi xəbərdən sonra Yaponiyaya maraq göstərməyə başlamışdır. 1839-cu ildə məktəbi bitirdikdən sonra Ontarionun Sent-Tomas şəhərində yerləşən bir bankda 2 il boyunca məmur işləmişdir. == Səyahəti == Makdonald bankda işlədikdən sonra növbəti beş il ərzində dənizçi kimi bütün dünyanı səyahət etmək fikrinə düşmüşdür. Həmin dövr ABŞ-də Uzaq Şərqə marağın yaranmağa başladığı dövr idi və Makdonald da Yaponiyaya səyahət etmək istəyirdi.O, 1847-ci ildə "Plymouth" balina ovu gəmisi ilə Havay adalarından ayrılaraq Yaponiyaya doğru yola düşmüşdür. 27 iyun 1848-ci ildə Hokkaydonun qərb sahilində gəmidən ayrılaraq Yaqişiri və Rişiri adalarına doğru özü qayıqla üzməyə başlamışdır.
Renan Contar
Renan Contar (25 dekabr 1983, Kampinas, San-Paulu ştatı) — Braziliya siyasətçisi. Hazırda Mato Grosso do Sul əyalət deputatıdır. O, hazırda Mato Qrosso do Sul hökuməti üçün ikinci turda mübarizə aparır. İngilis və ispan dillərində sərbəst danışır.
Renat Dadaşov
Renat Dadaşov (ləzg. Дадашрин Олеган хва Ренат) — 17 may 1999, Rüdeshaym-am-Reyn[d], Hessen) — Azərbaycan və Almaniya futbolçusu, Isvəçre "Grasshoppers Club Zurich" klubunun hücumçusu. == Həyatı == Renat Dadaşov 17 may 1999-cu ildə Almaniyanın Hessen əyalətindəki Rüdeshaym qəsəbəsində anadan olub. Milliyəti ləzgi. Atası Oleq cavan yaşlarında su polosu üzrə Azərbaycan millisində oynayıb. Renatın böyük qardaşı Rüfət Dadaşov da hal-hazırda Azərbaycan millisinin üzvüdür. == Klub karyerası == === Ayntraxt Frankfurt === 19 may 2017-ci ildə Dadaşov Bundesliqa klublarından Ayntraxt Frankfurtla 3 illik müqavilə imzaladı. O, Ayntraxtın 19 yaşadək futbolçulardan ibarət komandasında oynayarkən 22 matça 14 qol vurmuş, 9 assist etmişdir. === Eştoril === 11 iyun 2018-ci ildə Dadaşov Portuqal klublarından Eştorillə 2 illik müqavilə imzaladı. O, klubda ilk rəsmi matçına "Porto"nun əvəzedicilərdən ibarət komandasıyla qarşılaşmada çıxdı.
Renat Məhəmmədi
Renat Məhəmmədi (d. 10 dekabr 1948) — tatar türklərindən olan tanınmış yazıçı və filosof, “Abdullah Tokay” adına dövlət müfatı sahibi (1993), SSRİ Yazıçılar Birliyinin üzvü (1979-cü ildən etibarən). Həyatı Renat Məhəmmədi 1948-ci ilin 10 dekabrında Tatarıstanın Mamadiş bölgəsinin Keçe Kırman kəndində kolxozçu ailəsində anadan olmuşdur. == Təhsili == 1966-cı ildə bu bölgənin Tüben Uşmı məktəbini, 1971-ci ildə Qazan Dövlət Universitetinin tatar dili və dəbəiyyatı fakültəsini bitirmişdir. Daha sonra Kazan Televiziya Studiosunda işləmiş, 1973-1976-cı illərdə Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində magistr təhsili almışdır. == Fəaliyyəti == Magistr təhsilini bitirib, 1977-ci ilin fevralında Yazıçılar Cəmiyyətinin orqanı “Kazan utları” (Kazan odları) jurnalının redaktorluğunu etmişdir. Burada ədəbi tənqidlə məşğul olmuşdur. 1981-ci ilin may ayından etibarən bu jurnalın baş redaktoru olaraq çalışmışdır. 1979-cu ildə Renat Məhəmmədi filologiya sahəsində doktorluq dərəcəsi almışdır. Yazıçı 1980-ci ildən bTatarıstan Yazıçılar Birliyinə, 1987-1989-cu illərdə Tatarıstan kitab nəşriyyatı müdiri olmuşdur.
Renat Salavatov
Renat Salavat oğlu Salavatov (tatar. Ренат Салават улы Салаватов, 5 noyabr 1949-cu il, Çimkənd, Qazaxıstan SSR, SSRİ) — SSRİ dirijoru, bəstəkarı. Tatarıstanın xalq artisti və Qazaxıstanın əməkdar mədəniyyət xadimi, Rusiya Federasiyasının əməkdar artisti (2010). Musa Cəlil adına Tatarıstan Opera və Balet Teatrının baş dirijoru (2003-cü ildən). == Həyatı == Renat Salavatov oğlu Salavatov 5 noyabr 1949-cu ildə Qazaxıstan SSR-in Çimkənd şəhərində anadan olub. 1969-cu ildə Moskva Mərkəzi Musiqi Məktəbinin violonçel (müəllim Alla Evgenievna Vasilieva), 1974-cü ildə Leninqrad Dövlət Konservatoriyasının (indiki N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) simfonik dirijorluq fakültəsini bitirmişdir. Konservatoriyada onun müəllimləri professorlar K.A.Simeonov və İ.A.Musin idilər. Orduda xidmətdən sonra təhsilini professor L.M.Qinzburgun kursunda P.İ.Çaykovski adına Moskva Konservatoriyasının aspiranturasında davam etdirmişdir. === Yaradıcılığı === 1979-cu ildə aspiranturanı bitirdikdən sonra Kazan şəhərindəki Tatarıstan Dövlət Filarmoniyasının simfonik orkestrinin rəhbəri vəzifəsinə qəbul edilmişdir. 1985-ci ildə Abay adına Qazaxıstan Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsinə dəvət edildi.
Renat Xarisov
Renat Xarisov (tatar. Ренат Мәгъсүм улы Харисов; 6 may 1941, Tsilninsk rayonu[d], Ulyanovsk vilayəti) — şair, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı (2005), Qabdulla Tukay adına Tatarıstan Respublikası Dövlət Mükafatı laureatı (1997), 40-a yaxın şeir toplusunun və poemanın, musiqi və səhnə əsərlərinin müəllifi (Leonid Lyubovskinin "Yusuf əfsanəsi" baletinin librettosu daxil olmaqla). Rusiya Yazıçılar Birliyinin katibi, "Naş Sovrimennik", "Tatarıstan", "İstoriçeskaya Gazeta" (Moskva) jurnallarının redaksiya heyətinin üzvüdür. == Bioqrafiyası == Renat Xarisov 6 may 1941-ci ildə Ulyanovsk vilayətinin Tsilninsk rayonunun Elxovoe Ozero kəndində kənd müəllimləri ailəsində anadan olmuşdur. O alı təhsilini Kazan Dövlət Pedaqoji Universitetində alır. 1963–1964-cü illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Arsk Pedaqoji Məktəbinin müəllimi işləyir. 1965–1971-cü illərdə Tatarıstan qəzetləri redaksiya heyətinin ədəbi əməkdaşı olur. 1971–1973-cü illrədə Tatarıstan MSSR Yazıçılar Birliyinin məsul katibi işləyir. 1973–1982-ci illərdə Tatarıstan MSSR Mədəniyyət nazirinin müavini olur. 1982–1989-cu illərdə "Kazan utları" ədəbi jurnalının baş redaktoru kimi fəaliyyət göstərir.
Renat Şıxnəbiyev
Renat Güləmməd oğlu Şıxnəbiyev (31 dekabr 1990, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Renat Şıxnəbiyev 31 dekabr 1990-cı ildə Qusar rayonunun Bala Qusar kəndində anadan olmuşdur. === Təhsili === Şıxnəbiyev 2008-ci ilə qədər Bala Qusar kənd tam orta məktəbində təhsil almışdır. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2012-ci ildə ali hərbi məktəbi bitirmişdir. Həmin ildən 2013-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı ixtisası üzrə təhsil almışdır. === Ailəsi === Ailəlidir, üç övladı var. == Hərbi xidməti == 2012-ci ildə ali hərbi məktəbi bitirib "leytenant" rütbəsi alan Şıxnəbiyev 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi təyinatlıların "N" saylı hərbi hissəsində xidmətə başlamışdır. === Günnüt əməliyyatı === 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib.
Renod Blank
Renod Blank (3 yanvar 1991) — İsveçrəli peşəkar kişi BMX velosipedçisi. Renod Blank İsveçrəni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Renod Blank 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.265 saniyəlik nəticəsi ilə 26-cı yeri tutdu.
Əbdülxaliq Renda
Əbdülxaliq Mustafa Renda (türk. Mustafa Abdülhalik Renda ; 29 noyabr 1881, Yanina – 1 noyabr 1957, Kadıköy, İstanbul ili) — Türkiyə dövlət xadimi, Türkiyə Böyük Millət Məclisinin 4-cü sədri (1935–1946). == Həyatı == === Osmanlı imperiyası dövrü === 29 noyabr 1881-ci ildə Yanyanın görkəmli şəxslərindən biri alban əsilli Rendazade Aslan Əfəndinin ailəsində anadan olmuşdur. Orta təhsilini Yanya Lisesi və İstanbul Liseyində bitirdikdən sonra 25 iyul 1903-cü ildə Mülkiye Mektebindən diplom aldı. İlk işinə 27 iyul 1903-cü ildə Ziraat Bankda Mühasib Katibi, Qeydiyyatçı Refiki adı ilə başladı. 27 oktyabr 1903-cü ildə Rodos Liseyinə riyaziyyat, həndəsə, əkinçilik, sağlamlıq və fransız dili müəllimi təyin edildi. 11 avqust 1904-cü ildə Cəzayir-i bəhr-i səfid vilayətində (Egey Adaları) əyalətinin qubernatorunun idarəsində vəzifə aldı. 1906-cı ilin martında Tepelena, 1908-ci ilin noyabrında — Ças, 1909-cu ilin yanvarında — Delvin mahalları idarəçisi vəzifəsinə təyin edildi. İki dəfə Beratın mutasarrifi oldu, daha sonra — Kavala bölgə müdiri, 1911-ci ilin fevralında Çamlıq mutasarrifi təsdiq edildi. 1913-cü ilin may ayında o, Siirt mutasarriifi, 1914-cü ilin dekabrında Bitlis valisi təyin edildi.
Ol-e-Renod
Ol-e-Renod (fr. Ols-et-Rinhodes, oks. Òls) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnö kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12175. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfərin (15-64 yaş arasında) 65-i iqtisadi cəhətdən fəal, 13-ü fəaliyyətsizdir (fəaliyyət göstərici - 83,3%, 1999-cu ildə 66.3%).
Rəna
Rəna — Qadın adı.
Kəsəmənli Rəşad
Rəşad Nüsrət oğlu Kəsəmənli (20 iyul 1975, Bakı) — Azərbaycanlı aktyor. == Həyatı == Kəsəmənli Rəşad (Reşat) Nüsrət oğlu 1975-ci il iyulun 20-i Bakı şəhərində anadan olub. Əslən Qazaxın (Ağstafanın) Qıraq Kəsəmən kəndindəndir. 1982-ci ildə 95 saylı orta məktəbə daxil olub və 2 il sonra 173 saylı orta məktəbdə təhsilini davam etdirib. 10 yaşından 14 yaşına kimi aktyorluq dərnəyinə gedib. 1992-ci ildə orta təhsilini bitirib, Təfəkkür Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Bir il təhsil aldıqdan sonra könüllü olaraq ordu sıralarına yazılıb. 1995-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə yarım qalan hüquq təhsilini davam etdirməyib. Sənədlərini uşaqlıqdan həvəsində olduğu ADMİU aktyorluq fakültəsinə verib və yüksək balla qabiliyyət imtahanından keçib. Aktyor sənəti müəllimi Azərpaşa Nemətov olub.
Rəşad Səfərəliyev
Rəşad Səfərəliyev (tam adı: Rəşad Fərman oğlu Səfərəliyev; 2 oktyabr 2001; Xaçmaz, Azərbaycan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Səfərəliyev 2001-ci il oktyabrın 2-də Xaçmaz rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəşad Səfərəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Rəşad Səfərəliyev sentyabrın 27-də şəhid olub. Xaçmaz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Səfərəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rəşad Tağıyev
Rəşad Ənvər oğlu Tağıyev (1981, Neftçala rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı. == Həyat və fəaliyyəti == Rəşad Ənvər oğlu Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq" ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003–2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007–2013-cü illərdə "Ata Konsaltinq" MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ" MMC-də baş direktorun müavini kimi fəaliyyət göstərib.2013–2015-ci illərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015–2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Təhsil nazirinin 2020-ci il 11 dekabr tarixli əmri ilə vəzifəsindən azad edilərək Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub"Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi medalı" ilə təltif olunub.Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 sentyabr tarixli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. === Ailəsi === Ailəlidir, iki övladı var.
Rəşad Təhməzov
Rəşad Qərib oğlu Təhməzov (12 yanvar 2002; Ərəbşalbaş, Qobustan rayonu, Azərbaycan — 29 sentyabr 2020; Gülüstan, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Təhməzov 2002-ci ilin yanvar ayının 12-də Qobustan rayonunda dünyaya gəlib. Xəzər rayonu, Qala qəsəbəsi 92 saylı tam orta məktəbdə təhsil almışdır. 28 mart 2020-ci ildə hərbi xidmətə çağırılıb. 2020-ci il yanvarin 24-də həqiqi hərbi xidmətə yola düşən Rəşad Goranboy rayonunda, N saylı hərbi hissədə xidmət keçib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəşad Təhməzov Goranboy, Tərtər, Murovdağ və Suqovuşan istiqamətlərində döyüşüb. O, sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhid olub. Qobustanda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rəşad Xəlifə
Rəşad Xəlifə (19 noyabr 1935 – 31 yanvar 1990, Tuson, Arizona) ― misirli biokimyaçı və Qurançı.
Rəşad Yusibov
Rəşad Nazim oğlu Yusibov (19 avqust 1996; Şəmkir, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəşad Yusibov 19 avqust 1996-cı ildə Şəmkir şəhərində anadan olmuşdur. 2002-ci ildə Şəmkir şəhəri C. Rüstəmov adına tam orta məktəbin birinci sinfində təhsil almış, 2013-cü ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == Rəşad Yusibov 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmağa başlamışdır. 2016-cı ildə hərbi xidmətini başa vurmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Yusibov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur. Həmin ilin 19 dekabr tarixində doğulduğu Şəmkir şəhərində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Yusibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Yusibov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rəşad Yusibov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Rəşad Zeynallı
Rəşad Zeynallı (tam adı: Rəşad Qiyas oğlu Zeynallı; 21 aprel 1998; Bakı, Azərbaycan — 8 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Zeynallı 1998-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb. 2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (AZTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi. Zeynallı Rəşad Qiyas oğlu ailəsinin,dostlarının,onu tanıyanların həyatında gözəl əməlləri,qüsursuz əxlaqi ilə yaddaşlarında iz qoyub getdi. Rəşad hər bir valideynin arzu etdiyi gözəl bir övlad,sədaqətli dost,onu tanıyan ətrafı üçün xoş rəftar,alicənab,mehriban,saf,təmiz birisi olaraq xatirələrə həkk oldu.Bu gün Rəşadı istər orta məktəb,istər universitet müəllim kollektivi fəxirlə yad edir,onunla qürur duyurlar. Qürur verici haldır ki,Rəşad hərbi xidmətdə olduğu müddətdə dəfələrlə hərbi hissə tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.Bu gün hərbi hissə komandirləri,əsgər yoldaşları Rəşadın gözəl əxlaqı dəyərlərə malik igid,cəsur,vətənə sədaqətli bir əsgər kimi xatırlayırlar.Rəşad əsgər yoldaşlarının xatirəsində,hər zaman məsləhət ala biləcəyimiz biri,çox gözəl dost,mehriban,mərhəmətli,tikəsini hamı ilə bölüşən,kimsənin haqqına girməyən,yersiz zarafatları sevməyən,gözəl təşkilatcılığı malik biri kimi yaddaşlarına həkk olub. ŞƏHİD ATASI ZEYNALLI QİYASIN OĞLU RƏŞADLA BAĞLI SON XATİRƏSİ: Hərbi xidmətdə olarkən Rəşadın tərxis olunma əmri verilmişdi,xidmətini başa vurub evə gəlməyinə saylı günlər qalmışdı.Rəşada xəbər vermədən getmişdik onun görüşünə,bizim gəlişimiz onun üçün gözlənilməz və sevincli oldu. Evə qayıdarkən mülkü geyimdə gəlməyi istədiyini eşitdiyim üçün bəyəndiyi geyimləridə alıb aparmışdım.Bu bizim Rəşadla sonuncu görüşümüz imiş...görüşüb ayrıldıq,maşına oturanda bizi geri çağırdı bir-bir hamımızla yenidən görüşdü.Məni qucaqlayıb bərk-bərk özünə sıxdı,boynumdan öpdü,heç vaxt belə etməmişdi,sanki mənimlə sonuncu dəfə görüşdüyünü hiss edirmiş.....
Rəşad Zeyniyev
Rəşad Ələkbər oğlu Zeyniyev (13 sentyabr 2001, Cəlilabad rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Zeyniyev 13 sentyabr 2001-ci il tarixində Cəlilabad rayonunda anadan olub. Rayonun Petrovka kəndinin 5 saylı tam orta məktəbində təhsil alıb. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. 8 il ərzində güləş idman növü ilə məşğul olub. Ailədə 3 övladdan son beşik olub. == Ailəsi == Subay idi. Atası — Zeyniyev Ələkbər Poladxan oğlu Anası — Zeyniyeva Təranə Tərlan qızı == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayında Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yollanıb. 28 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücayət göstərib.
Rəşad İlyasov
Rəşad İlyasov — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Rəşad İlyasov 1974-cü il noyabrın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildən 20 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. Valideynləri musiqiçi olmasa da (atası İlyasov Mirzə Rüstəm oğlu — mühəndis, anası Eyvazova Zərifə Alxas qızı Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist kimi çalışıblar), Rəşadda hələ uşaqlıqdan musiqiyə böyük həvəs olub. Belə bir həvəsin əsas səbəblərindən biri də Rəşadın gözünü açandan daima ətrafında sənətçiləri görməsi olub. Onun xalası — Şəfiqə Eyvazova Azərbaycanın xalq artisti, kaman ustası, dayısı Yasəf Eyvazov isə ud ifaçısıdır. Beləliklə Rəşad orta məktəbdə oxumaqla bərabər 16 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almağa başlayıb. Lakin 1990-cı ildən gənc musiqiçi yeni seçim edir: o, kanon alətində ifa etməyə başlayır. Artıq 90-cı illərdən Rəşad Zeynəb Xanlarova, Nisə Qasımova kimi sənətçilərlə çalışmaşa başlayır. O, "Ümid" ansamblının üzvü olur.
Rəşad İsmayılov
Rəşad İsmayılov ( Rəşad Fail oğlu İsmayılov; 7 iyun 1974, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2018—2022). == Həyat və fəaliyyəti == Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981–1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub. ==== Təhsili ==== 1981–1991 — M. Rəhim adına 7 saylı orta məktəb, Bakı şəhəri, Səbail rayonu 1991–1996 — M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti Fakültə — Hüquq , İxtisası — Hüquqşünas. Fərqlənmə ilə bitirmişdir. 2001–2003 — Azərbaycan Dövlət İqtisad Universiteti Fakültə — Maliyyə Kredit, İxtisas — İqtisadçı. === Təkmilləşdirmə Kursları === 2003 — İtaliya, Turin şəhəri, BMT-nin Xətti ilə "İctimai Sərmayənin Mərkəzləşdirilməsi və Yoxsulluğun Aradan Qaldırılması" seminar proqramı.
Rəşad İzbırak
Rəşad İzbırak - Cümhuriyyət vaxtının coğrafiyaçılarından olub, müasir coğrafiyanın qurucularındandır. == Həyatı == Rəşad İzbırak 1911-ci ildə Harputda anadan olub. Uşaqlığı və gəncliyi isə Kayseridə keçib. Kayseri liseyini bitirdikdən sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 1934-cü ildə məzun olub. 1935-ci ildə ixtisasını artırmaq üçün Almaniya Berlin Universitetinə göndərilib. Burada prof.Norbert Krebsin yanında doktorant olub və ‘’Geomorphologische Studien im Westlichen Bayerischen Walde’’ adlı tezisi üzrə 1939-cu ildə müdafiə edib. 1944-cü ildə dosent 1953-cü ildə isə professor olub. Həmin ildə Dil və Tarix Coğrafiya fakültəsinin fiziki coğrafiya kafedrasına dekan seçilir. 1981-ci ildə təqaüdə çıxır və 1988-ci ildə vəfat edir.
Rəşad Şiriyev
Rəşad Rasim oğlu Şiriyev (5 dekabr 2001; Bürsülüm, Lerik rayonu, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Şiriyev 5 dekabr 2001-ci ildə Lerik rayonunun Bürsülüm kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəşad Şiriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Talışın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 oktyabr 2020-ci ildə səhər saatlarında Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rəşad Şiriyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Rəşad Şolan
Rəşad Fərhad oğlu Şolan (Məmmədov Rəşad Fərhad oğlu; 27 iyun 1980, İmişli rayonu) — cərrah-uroloq, transplantoloq, Amerika Uroloqlar Assosiasiyasının və Avropa Uroloqlar Assosiasiyasının araşdırmaçı üzvü, "Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyası"nın İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi (2019-2021), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti, Respublika Diaqnostika Mərkəzinin "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsinin müdiri, AMEA A.Qarayev adına Fiziologiya İnstitutunun "İmmunofiziologiya və eksperimental transplantologiya" laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru. == Həyatı == Rəşad Şolan 27 iyun 1980-ci ildə Azərbaycan SSR-in İmişli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1987-1993-cü illərdə Bakı şəhəri 264 saylı orta məktəbdə təhsil almış, 1993-cü ildə isə müsabiqə yolu ilə akademik Azad Mirzəcanzadənin fəxri rəhbərliyi altında Həbibbəy Mahmudbəyov adına Texniki-Humanitar Litseyə qəbul olunmuşdur. 1997-ci ildə təhsilini başa çatdırmış, elə həmin ildə Azərbaycan Tibb Universitetinin birinci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2000-ci ildə "Xroniki pielonefrit və qlomerulonefrit xəstələrində sidiyin mikroflorasının öyrənilməsi" mövzusunda ilk elmi-araşdırma işini aparmış və müəllifi olduğu elmi iş Tələbə Elmi Cəmiyyətinin (TEC) konqres materiallarında çap olunmuşdur. 2002-ci ildə birinci müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir. 2003-cü ildə "İvanisseviçin əməliyyatı zamanı mini-çıxışdan istifadə" mövzusunda tələbə elmi işi ilin ən yaxşı tələbə işi nominasiyasına layiq görülmüşdür. 2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Türkiyə Cümhuriyyətinin Ege Universitetinin "Urologiya" kafedrasında urologiya üzrə rezidenturaya qəbul olunmuşdur. 2003-2009-cu illərdə Ege Universitetinin "Urologiya" kafedrasının assistenti olmuşdur.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.
Brend
Brend (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s."brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. === Şəxsi brendinq === Şəxsi brendinq bir şəxsin tanıtımıdır. Burada əsas olan həmin şəxsin təklif etdiyi xidmətin potensial istehlakçılara tanıdılması və izahıdır.
Drenaj
Drenaj (ing. drain - qurutmaq) - Torpağı, yeri qurutmaq üçün qrunt və ya axıntı sularının süni yolla axıdılmasıdır. Açıq drenaj arxlarla, qapalı drenaj isə yeraltından çəkilən borularla suyun arxlara, yaxud kanallara buraxılmasıdır. == Drenajın əhəmiyyəti == Torpaqların qurudulması zamanı qurutma drenajı, quraqlıq rayonlarda torpağın şorlaşmasına qarşı mübarizə məqsədilə ilə duzsuzlaşdırma drenajı, ağır gilli torpaqlarda qaz mübadiləsini qüvvətləndirmək üçün areasiya drenajından istifadə edilir. Kənd təsərrüfatında iki cür drenaj aparılır: Üfuqi drenaj - bu drenaj özü iki cür olur:Açıq drenaj - kanallar sadəcə elə yerləşdirilir ki, tarlada kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsinə və müvəqqəti suvarma arxlarının çəkilməsinə maneçilik törətməsin. Qapalı drenaj - Torpaq itkisinə yol verməmək üçün istifadə olunur. Kanalların dərinliyi 2,5–3 m, drenaj arasında məsafəsi 200–800 m olur Şaquli drenajDrenajlardan binaları və tikililəri qrunt sularının təsirindən qorumaq üçün də istifadə olunur. Bunlar suları toplayan və kənara axıdan mühəndis (kəhriz, quyu, yeraltı lağımlar və s.) ibarətdir. Tikinti ərazisində yeraltı suların ümumi səviyyəsinin aşağı salınması (adətən yer səthindən 3-3,5 m dərinlikdə olmalıdır) lazımı effekt vermədikdə yerli drenaj sistemləri, yəni lay drenaji, divaryanı drenaj və dairəvi drenaj tətbir olunur. == Süni drenajın səbəbləri == Sulu torpaqlar kənd təsərrüfatında istifadə üçün drenaja ehtiyac duya bilər.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.
Qrenada
Qrenada (ing. Grenada) — Karib dənizinin cənub-şərqində yerləşən ada dövlət, Qrenada və Qrenadin adasının cənub hissəsini əhatə edir. == Tarix == 1649-1763-cü illərdə Qrenada Fransanın müstəmləkəsi olmuşdur,sonra isə Böyük Britaniyanın hakimiyyəti altında idi.Ölkə 1974-cü ilin fevralın 7-də müstəqilliyini qazandı. == Siyasət == Vaxtilə Böyük Britaniya müstəmləkəsi olan Qrenadanın kraliçası II Elizabet sayılır. Qrenadanın 1983-cü ildə ABŞ tərəfindən işğal edilməsindən bəri daimi orduya malik deyil. Qrenada Krallıq Polis Qüvvəsi ölkənin daxili təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş bir xüsusi xidmət bölməsi idarə edir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir. == İqtisadiyyat == 2010-cu ildə Qrenadada 201 million kVt-saat elektrik enerji istehsal edildi. == Əhali == Əhalinin 80% - Afrika mənşəli zəncilərdir,15% - mulatlar,yerdə qalanlar isə- ağ avropalılar və hindistan -pakistanlılardır.
Qrenaş
Qrenaş (ing. Grenache) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Dünyada geniş yayılan ikinci üzüm növü. Bu üzüm növü quraqlıq və həddindən artıq isti olan yerlərdə yetişdirilir.
Reana
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Rebab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır.Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı). Ərəb dünyasında rəbab yerinə daha çox skripka və kamançadan istifadə edilir.
Allianz Arena
Alyans Arena — Almaniyanın Münhen şəhərində futbol stadionu. Bayern Münhen futbol klubu 2005/06 mövsümündən etibarən ev oyunlarını burada keçirir. Dortmundda yerləşən Siqnal İduna Park stadionundan sonra Almaniyanın ikinci böyük stadionudur. == Haqqında == 2005-ci ildə istifadəyə verilən Alyans Arena Avropanın ən yaxşı stadionlarından sayılır. Stadionun tutumu ev oyunlarında 75 min, beynəlxalq yarışlarda 70 min nəfərdir. Stadionun fasadı axşamlar və ya oyunlar keçirilən zaman işıqlandırlır. Tikintisinə 340 milyon avro sərf edilmişdir.
Amsterdam Arena
Yohan Kroyf Arena (nid. Johan Cruijff Arena) — Hollandiyanın Amsterdam şəhərində yerləşən stadion. Ayaks AFK futbol klubu ilı Avropa-Amerikan Futbolu Liqası (NFL) təmsilçisi "Amsterdam Admirals" bu stadiondan istifadə etməkdədir. == Tarixi == Bu stadionun tikilməsi ilk dəfə 1992-ci ildə Amsterdamın Yay Olimpiya Oyunlarına namizəd olduğu zaman gündəmə çıxmışdı. Amma bu haqqı Barselona şəhəri qazandıqdan sonra bu layihə unudulmuşdur. Daha sonra bu layihə yenə gündəmə gəlmiş və 1993-cü ildə stadionun təməli atılmışdır. Kraliça Beatriks stadionun açılışını 14 avqust 1996-cu ildə etmişdir. == Haqqında == Stadionda futbol və Amerikan futbolu müsabiqələri, konsertlər də keçirilir. İçində həmçinin restoranlar, konfrans otaqları və azarkeşlərin tələblərini ödəyən digər müəssəsələr vardır. Ən əhəmiyyətli xüsusiyyəti damının açılıb-bağlana bilməsidir.
Ariana Qrend
Ariana Qrande-Butera və ya sadəcə Ariana Qrande (ing. Ariana Grande-Butera 26 iyun 1993[…]) — amerikalı müğənni, bəstəkar və aktrisa. == Həyatı == İlk olaraq 15 yaşında Broadway teatrında səhnəyə çıxmışdır. Nickelodeon sitkomlarından biri "Victorious"-da canlandırdığı Ket Valentayn (ing. Cat Valentine) xarakteri ilə tanınmağa başlamışdır. O eyni zamanda bir neçə teatrlarda iştirak etmiş və müxtəlif filmlərdə müəyyən obrazları səsləndirmişdir. Ariananın musiqi karyerası 2011-ci ildə "Victorius" teleserialının saundtreki ilə başlamışdır. O, 2013-cü ildə "Yours Truly" adlı ilk studio albomunu təqdim etmişdir. Müğənninin ilk albomundan olan mahnılar qısa zamanda Amerika hit paradlarında yer almağa başlamışdır. Bir çox insanlar onun səs diapazonunu Meraya Keri ilə tutuşdurmuşdurlar.
Astana Arena
«Astana Arena» — Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən stadion. Stadionun tutumu 30 000 yerlikdir. Stadion ilk rəsmi açılışda Kajımukan stadionu adlanır. Stadion güləşçi Kajımukan Munaytpasovun şərəfinə adlandırılmışdır. Sonradan stadionun hazırkı adı Astana Arena olaraq təstiqlənmişdir. Stadion futbol üzrə ixtisasladırılsada digər məqsədlər üçün uyğunlaşdırıla bilər. Burada güləş, cüdo və boks kimi idman yarışları keçirilə bilər. Stadion 30 000 azarkeşlikdir. Stadionun üzəri 20 dəqiqə ərzində açıla və bağlana bilir. Bütün infrastruktura sahibdir.