Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov
Əsgər ağa Şəkibəyov — Azərbaycanın el qəhrəmanı == Tarix == Çar Rusiyasının 1873-cü il əhalinin kameral siyahıya almasına görə Qazaxın Ayrım kəndində Yaqublu nəslindən olan ağaların da adları qeyd olunmuşdur. Bunlardan biri Məşədi Sadıx ağa Yaqub ağa oğlu və onun ailə üzvləridir. Məşədi Sadıx ağanın ailə tərkibində onun oğulları Məmməd ağa- 41 yaş, Hüseyn ağa-37 yaş, Ələkbər ağa-29 yaş, Əsgər ağa-25 yaş olduğu qeyd olunmuşdur. 1886-cı il əhalinin kameral siyahıya almasına əsasən isə Məşədi Sadıx ağanın və ailəsinin artıq Gədəbəy rayonunun Yaqublu kəndində məskunlaşdığı görünür. Daha sonradan bu ailənin nümayəndələri Gədəbəy rayonunun Şah Talasında yurd salmışdır. == Həyatı == Yaqublu nəslinin görkəmli nümayəndələrindən biri Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov tarixi sənədlərə əsasən 1840-cı ildə doğulmuşdur. Bəy nəslindən olan Əsgər ağa zəngin mülkədar olmuş, ömrünü müsavatçı olaraq milli hökumətin dəstəklənməsinə, erməni daşnakları və Qırmızı Orduya qarşı mübarizəyə həsr etmişdir. == Fəaliyyəti == Xüsusən XX əsrin əvvəllərində Göyçəətrafı ərazilərdə məskunlaşan daşnaklar Gədəbəylə Şəmkirin sərhəd aralığında yığcam yaşayan ermənilərin vasitəçiliyi ilə gəlmə ruslarla "iş birliyinə" qoşularaq daha da fəallaşmışdılar. Müsəlman kəndlərinə basqınların, mal-qara talançılığının sayı artmışdı, erməni quldurları kəndləri yandırır, viranə qoyur, qadın və uşaqlar qaçqın düşürdülər… Qarət edilən kəndlilərin biri Gəncə qubernatorluğuna və ya Qəzanın Zəyəm Birliyinə şikayət edəndə məmurlar ermənilərin tərəfini saxlayırdılar. Məmməd ağa və Əsgər ağa Şəkibəyov qardaşları yaşadıqları Şahtalasını erməni basqınlarından qorumağa çalışırdılar.
Altay Sadıxzadə
Altay Oqtay oğlu Sadıqzadə (d. 27 aprel 1951, Bakı) — Azərbaycan rəssamı, Bakı Müasir İncəsənət Muzeyinin dizayneri, Azərbaycanın avanqard hərəkatının aparıcı nümayəndələrindən biri, SSRİ Rəssamlar İttifaqının üzvü (1979). == Həyatı == Altay Sadıqzadə 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildən isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdır. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. Rəssamın yaradıcılığının primitiv görünməsinə baxmayaraq, əsərləri akvarellə işlənmiş, maddi ağırlıqdan məhrum, ruhlandırılmış və parlaq koloritlə zəngindir. Bununla boya ilə işlənmiş formalar, öz-özünə kompozisiyaya həkk olunmuş rəngarəng yazılar təəssüratını oyadır. Rəssam əsərlərində qrotestlik xas olan obyektlərini təsvir edərkən onları ümumiləşdirir. Altay Sadıqzadənin əsərlərinə dinamika, bədii ifadənin emosional gücü, parlaq kolorit, ritm, kontrast xasdır.
Cəlil Sadıxov
Cəlil Sadıxov (?-?) — Azərbaycanın Ukraynada ilk səfiri. == Həyatı == Cəlil Sadıxov Azərbaycanın Ukraynada ilk diplomatik nümayəndəsi olmuş, 10 oktyabr 1918-ci il tarixində Kiyevdə yaradılmış Azərbaycanın Ukraynada komissarlığına rəhbərlik etmişdir. Komissarlıq Kiyev şəhəri Provorovska küçəsi 15 ünvanında fəaliyyət göstərmişdir. Cəlil Sadıxovun köməkçisi Yusif Salehov, katib Mir Cəlal Mirtağıyev və diplomatik kuryer Məmməd Tağı Sultanov 1910-cu illərdə Müqəddəs Vladimir adına İmperator Universitetinin (hazırda Taras Şevçenko adına Kiyev Milli Universiteti) tibb fakültəsində təhsil almışlar. Diplomatik nümayəndəliyin ikinci katibi Cahangir Həmzəyev 1910–1914-cü illərdə Müqəddəs Vladimir Universitetinin hüquq fakültəsində təhsil almış və sonra Kiyevdə qalmışdır.
Emin Sadıxov
Emil Nəsirli (doğum adı: Əli İldırım oğlu Məmişov; 1905, Bakı – 1975, Bakı) — nasir, publisist, == Həyatı == Əli İldırımoğlu (Məmişov) 1927-ci il noyabr ayının 17-də hazırkı Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olmuşdur. Burada orta məktəbin VIII sinifdə oxuyarkən 1941–1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlanmışdı. VIII–IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırmışdı. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirdilən X sinfə keçirilmişdi. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçmiş və həmin orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. === Əmək fəaliyyəti === Müharibənin gedişi ilə əlaqədar olaraq, kəndlərdə müəllim qıtlığı yaranmışdı. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilmişdir. Həmin kursu bitirdikdən sonra 1941–1942-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymur Musganlı yeddiillik məktəblərində müəllim işləmişdir. Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946–1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirmişdir.
Firuz Sadıxzadə
Firuz Sadıq oğlu Sadıqzadə (25 fevral 1931, Bakı – 24 may 1997, Bakı) — nasir, tənqidçi, ədəbiyyatşünas, şərqşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Firuz Sadıq oğlu Sadıqzadə 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Naxçıvanda, xalq yazıçısı Mirzə İbrahimovla birgə yüksək vəzifədə çalışan Sadıq Vahabov olmuşdur. 7 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçmüş, ibtidai təhsilini Sərab şəhərində, sonra Tehranda farsca almışdır. 1945-ci ildə İran Demokratik Gənclər İttifaqı sıralarına daxil olmuşdur. Azərbaycana qayıdarkən məşhur "Vahabovlar" soyundan olduğu üçün soyadının atasının adı ilə əvəzlənməsi tələb olunmuşdu. 1946-cı ilin dekabrında Bakıda orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. İctimai işlərdə fəal çalışmışdır. 1957-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibi olmuşdur.
Kamil Sadıxov
Kamil İsmayıl oğlu Sadıxov (27 fevral 1927-ci il Şimali Osetiya Muxtar Respublikasının Orcenikidze şəhəri - 8 iyul 2016-cı il Bakı şəhəri) — Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü(2001). == Həyatı == Sadıxov Kamil İsmayıl oğlu 1927-ci il 27 fevral SSRİ, Şimali Osetiya MR Orcenikidze şəhərində anadan olub. O, Azərbaycan kimyaçısı və texnoloqdur, əslən Azərbaycanlıdır. 1934-cü ildə Bakı şəhərindəki 13 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1940-cı ildə həmin məktəbdə 7 illik təhsili bitirdikdən sonra 1941-1944-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsində ali təhsil almışdır. Hələ beşinci kursda oxuyarkən keçmiş V.V.kuybışev adına AETNEİ-də (indiki Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu) laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsini bitirib. Universiteti bitirdikdən sonra həmin institutda mühəndis vəzifəsində işləmiş və 1953-1956-cı illərdə aspiranturada oxumuşdur. 1956-cı ildə "Avtotraktor yağlarına silfonat aşqarların sintezi və tədqiqi" namizədlik və 1967-ci ildə "Avtotraktor yağları üçün yuyucu və oksidləşməyə qarşı aşqaerların sintezi, texnologiyaların işlənməsi və sənayedə tətbiqi sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Texnika üzrə elmlər doktoru , professor, Azərbaycan MEA-nın həqiqi üzvü K.Sadıxov neft kimyası sahəsində görkəmli alimlərdən biri olub, keçmiş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut - Aşqarlar Kimyası İnstitutunun əsasını qoyanlardandır. Akademik K.İ.Sadıxov şərəfli yaradıcılıq yolu keçərək, sıravi laborantdan görkəmli alim səviyyəsinə kimi yüksəlmişdir.
Kazım Sadıxzadə
Kazım Sadıxzadə (23 aprel 1942, Təbriz) — əslən azərbaycanlı, tibbin analitik filosofu. Tibbi və fəlsəfəni Münhen, Berlin və Gettingen universitetlərində 1967-1971-ci illərdə öyrənib. Myunster universitetində 1982-2004-cü illərdə tibbi fəlsəfə professoru olub.
Mirzə Sadıxov
Mirzə Sadıxov (1896 – 1970) — Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki (1958). SSRİ dövlət mükafatı laureatı. == Həyatı == Mirzə Hüseyn oğlu Sadıxov 1896-cı ildə Yelizavetpol quberniyasının Miskinli kəndində kasıb ailədə anadan olub. İlk təhsilini Miskinli kəndində alan Mirzə Sadıxov 1913-cü ildən Simens qardaşlarına məxsus misəritmə zavodunda fəhlə işləyib. 1920-ci ildən 1923-cü ilədək siyasi işlərdə çalışan Mirzə Sadıxov 1923-cü ildə Bakıdakı Politexnik İnstitutuna daxil olub, 1927-ci ildə ali təhsil alıb. O, 1970-ci ilin fevralında qəflətən vəfat etdi. Doğma yurduna, elinə, obasına qəlbən bağlı olan görkəmli alim hər il məzuniyyətini doğma kəndində — Soyuqbulaqda (keçmiş Komintern) keçirər, sadə xalq arasinda olmaqdan həzz alar, kəndlilərlə unsiyyətdən doymazdı. Sonuncu dəfə 1996-cı ildə doğma vətəni Gədəbəydə görkəmli alimin 100 illik yubileyi təntənəylə qeyd olundu. Mirzə Sadıxovun tələbələri olmuş kəndimizin professorları Müseyyib Əliyev və İsmayıl Sadıqov da etiraf edirlər ki, onların alim kimi yetişməsində Mirzə Sadıxovun böyük zəhməti olub. Soyuqbulaqdakı dəyirman və hamam onun göstərişi və yaxından köməyi ilə inşa edilib.
Məhluqə Sadıxova
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib.
Nüşabə Sadıxlı
Sadıxlı Nüşabə Ağabala qızı — filologiya üzrə fəlsəfə doktoru, Müsavat Partiyası Məclisinin sədri. == Həyatı == Nüşabə Sadıxlı 1949-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri 190 N-li məktəbdə alıb. 1972-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1984-cü ildə həmin fakültənin aspiranturasının əyani şöbəsini bitirib. 1972-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışır. Fəaliyyəti dövründə fakültə elmi şurasının üzvü olub və universitetin elmi, ictimai həyatında yaxından iştirak edib. Bu fəaliyyətinə görə BDU-nun rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Dünya ədəbiyyatı kafedrasının dosentidir. Dünya ədəbiyyatı fənnini Filologiya və Jurnalistika fakültələrində tədris edir. 1984-cü ildə "Azərbaycan-Bolqarıstan ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
Nəcməddin Sadıxov
Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik (2005). == Həyatı == Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Ailəlidir, 3 övladı var. == Təhsili == 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini "Qızıl medalla" bitirib; 1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib; 1991-ci ildə Sovet İttifaqı Marşalı B. M. Şapoşnikov adına "Vıstrel" ("Atəş") Ali Zabit Hazırlığı kursunu bitirib; == Fəaliyyəti == 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib; 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib; Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb; Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib; Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin iyulunda Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması iddiası barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb. 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı adı Müdafiə Nazirliyinin rəsmi saytının struktur bölməsindən çıxarılıb. 2021-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.
Rahid Sadıxov
Rahid Sadıxov (Rahid Vahid oğlu Sadıxov; 13 fevral 2001 - 28 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra, "Vətən uğrunda" medalı ilə təltif edilib. == Həyatı == Sadıxov Rahid Vahid oğlu 13 fevral 2001 ci il tarixində Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Azərbaycana, Sumqayıt şəhərinin Saray qəsəbəsinə köçüb. 2007-2016-cı illərdə Saray qəsəbəsinin M.Ələkbərov adına 1 No:li tam orta məktəbində təhsil alıb. Təhsilini 9-cu sinifə kimi bu məktəbdə davam etdirib. Daha sonra Maştağa qəsəbəsində yerləşən Cümə Məscidinin mədrəsəsinə daxil olub və iki il dini dərslər alıb. Orta ümumi təhsilinin son 6 ayını Cəlilabadda tamamlayıb. == Hərbi xidməti == 2019-cu il aprel ayının 1-də Masallı Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Goranboy rayonu və Tərtər rayonlarında hərbi xidmətdə olub.
Rövşən Sadıxov
Sadıxov Rövşən Oqtay oğlu — Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini. == Həyatı == Rövşən Sadıxov 26 iyun 1960-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 62 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Heydər Əliyevin göndərişi ilə 1977-ci ildə S.Orconikidze adına Moskva İdarəetmə İnstitutuna daxil olmuşdur. 1982-ci ildə həmin institutu bitirmişdir. 1996-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsinə daxil olmuşdur. 1999-cu ildə həmin universiteti bitirmişdir. 1982-ci ilin noyabr ayından 1986-cı ilin fevral ayına kimi Azərbaycan Sənayetikinti Nazirliyi "Sənayetikintimexanizasiya" trestinin 1 saylı Xüsusiləşdirilmiş Mexanizasiya İdarəsində usta, iş icraçısı vəzifələrində çalışmış. 1986-1994-cü illərdə 1 saylı Xüsusiləşdirilmiş Mexanizasiya İdarəsinin Həmkarlar İttifaqı komitəsinin sədri, "Azərtəmirtikintiməişət" trestinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir. 1994-2000-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində, Kassa Aparatlarının Nəzarəti və Tətbiqi şöbəsinin rəisi, İnzibati və Maliyyə Təminatı İdarəsinin rəis müavini, sonradan isə Nağd Hesablaşmaların Aparılması Qaydalarına Nəzarət İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
Rəhim Sadıxov
Rəhim Sadıxov (18 iyul 1996, Moskva) — Azərbaycan futbolçusu. == Karyera == Moskva "Spartak"ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində paytaxtın "Solyaris" (16 oyun) və "Torpedo" (71 oyun, 23 qol) klublarında çıxış edib.
Teymur Sadıxov
Teymur Sadıqov — NASA-da çalışmış azərbaycanlı mütəxəssis, gənc alim. == Həyatı == Teymur Sadıqov 1987-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.İstanbul Texniki Universitetində Aviasiya və Kosmik Elmlər fakültəsininin Aviasiya mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır. O, 2008-ci ildə İstanbul Texniki Universitetindən Aviasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə universitet birincisi olaraq məzun olmuş və universitetin 1773-cü ildə qurulmasından etibarən 4.00 üzərindən 4.00 ortalama qiymətlə məzun olan ilk tələbə olaraq tarixə keçmişdir. Teymur Sadıqov dünyanın aerokosmik tədqiqatlar mərkəzi hesab olunan NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlıdır. O, hazırda NASA-nın Reaktiv hərəkət laboratoriyasıda Robotik sistemlərin qiymətləndirilməsi, qərar və nəzarət qrupunda elmi tədqiqatçı, Mars planetində olan Curiosity Rover-in avtonom idarə olunması, eləcə də JPL yüksək mobilli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin avtonom, insansız idarə olunması layihələrinin iştirakçısıdır. İstanbul Texniki Universitetində Aviasiya və Kosmik elmlər fakültəsinin Aviasiya mühəndisliyi ixtisası üzrə təhsil alan Teymur Sadıqov hələ tələbə ikən dik və qısa məsafədə havaya qalxan və enən nəqliyyat vasitələrinin simulyasiyası və nəzarəti ilə bağlı elmi araşdırmalar aparıb. Bundan başqa o, yanacaq hüceyrəsi ilə çalışan yarış avtomobilinin manual nəzarətdən avtonom idarəetməyə keçirilməsi üzərində işləyib. 2008-ci ildə Kaliforniya Universitetinin San-Diyeqo kampusunda Mexanika və Aerokosmik Mühəndislik Fakültəsində "Powell" fondu təqaüdçüsü olaraq elmi təhsilə başlayan Dr. Sadıqov çoxrobotlu sistemlərin kooperativ və paylaşımlı nəzarəti üçün alqoritmlər üzrə elmi tədqiqat aparıb.
Vaqif Sadıxov
Vaqif Sadıqov və ya Vaqif Sadıxov; Vaqif Sadıqov (məşqçi) — azərbaycanlı futbol mütəxəssisi. Vaqif Sadıqov (diplomat) — Azərbaycan diplomatı, Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri. Vaqif Sadıxov (cazmen) — Azərbaycan cazmeni.
Vaqif Sadıxov (cazmen)
Vaqif Sadıxov (6 iyun 1946, Bakı) — Azərbaycanlı cazçı. == Həyatı == 1946-cı il iyun ayının 6-da Bakı şəhərində anadan olub. Hələ Bülbül adına məktəbdə təhsil alarkən, Vaqif Sadıxovu ona görə vunderkind adlandırırdılar ki, o, çox çətin əsərləri öz yaşına uyğun olmayan bacarıq və asanlıqla ifa edir və musiqini mütləq qavrama qabiliyyətinə malik idi, və eləcə də onun çox gözəl xarici görünüşü bu ada layiq idi. Ağ sifətli, toppuş, tamamilə ev uşağı, saçının səliqə ilə daranması buna sübut idi. Vaqifin atası — məşhur həkim, oğlunun nailiyyətlərinə hədsiz sevinir və oğlunu babası, məşhur tar ifaçısı Sadıxcanın davamçısı kimi görürdü. Lakin Vaqifin əmisi oğlu, caz həvəskarının maqnitofon kasetini qulaq asmaq üçün gətirməsi ilə hər şey dəyişdi. Oskar Piterson… Mən onun musiqisini eşidəndə başım gicəlləndi, və sonralar mən özümü onsuz təsəvvür etmirdim. Vaqif məktəbdə simfo-caz təşkil edir və bununla da atasını məyus edir. O konservatoriyada oxuyarkən cazı ifa edirdi. Ümumiyyətlə, Vaqif haqqında "konservatoriyada oxuyarkən" ifadəsi o qədər də düzgün olmazdı, belə tələbə Vaqifə qədər və ondan sonra da olmamışdır.
Xaqani Sadıxov
Xaqani Sadıxov (10 aprel 2000-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Qarabağ-2 klubunda hücumçu kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Xəzər Lənkəran === Sadıxov Xəzər Lənkəran akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 11 may 2016-cı ildə İnter Bakı klubuna qarşı oyunda etmişdir. O, 87-ci dəqiqədə Orxan Səfiyaroğlunu əvəz etmişdir. Azərbaycan Premyer Liqası görüşündə Xəzər Lənkəran rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. === Qarabağ === Sadıxov 2017-ci ilin iyul ayında Qarabağ klubu ilə müqavilə imzalamışdır. O, Qarabağ-2 klubu ilə debütünü 27 avqust 2018-ci ildə Turan Tovuz klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Nicat Süleymanovu əvəz etmiş və 67-ci dəqiqə qolla yadda qalmışdır. Azərbaycan Birinci Liqası görüşündə Qarabağ-2 rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 28 avqust 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Yusif Sadıxov
Sadıxov Yusif Mədət oğlu (1918, Tovuz rayonu – 11 iyun 1971, Tovuz) — Sovet İttifaqı Qəhrəmanı (31 may 1945). == Həyatı == 1918-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olmuşdur. 18 fevral 1942-ci ildə müharibəyə səfərbər olunmuşdur. Starşina rütbəsi ilə 1-ci tank ordusunun 19-cu mexanikləşdirilmiş briqadanın artileriyası dəstəsinin komandiri olmuşdur. Moskva şəhərinin müdafiəsində, Ukrayna və Belorusiyanın azad edilməsində iştirak etmişdir. 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyası üzvülüyünə qəbul edilmişdir. Berlinə hücumda, Reyxstaqın alınmasında iştirak etmişdir. Berlin şəhərinin alınması uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 31 may 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" və "Qızıl Ulduz" (№ 7071) ordenləri ilə təltif edilmişdir. Müharibədən sonra Tovuz şəhərində "Netbaza"nın direktoru vəzifəsində çalışmışdır.
Zemfira Sadıxova
Zemfira Emin qızı Sadıxova (17 iyun 1939, Bakı) — Azərbaycanın kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Zemfira Sadıxova 17 iyun 1939-cu ildə Bakıda anadan olub. O, 1961–1965-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Zemfira Sadıxova 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. O, bu kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmış və burada 30-dan çox filmdə rollar yaratmışdır. Aktyor Yusif Vəliyevin həyat yoldaşı olmuşdur. == Mükafatları == "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1 avqust 2007 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31 iyul 2019 == Filmoqrafiya == İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) (rol: tibb bacısı) Torpaq. Dəniz. Od. Səma (film, 1967) (tammetrajlı bədii film) (rol: Fatma) Dəli Kür (film, 1969) (tammetrajlı bədii film) (rol: Mələk) Noktürn (film, 1970) (rol: Rəna) Gecə söhbəti (film, 1971) (qısametrajlı sənədli-bədii film) (rol: ana) Ulduzlar sönmür (film, 1971) (tammetrajlı bədii film) (rol: Firuzə) Xatirələr sahili (film, 1972) (tammetrajlı bədii film) (rol: Əminə) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) (rol: Haşımın arvadı) Dörd bazar günü (film, 1975) (tammetrajlı bədii film) (rol: Sevda) Tütək səsi (film, 1975) (tammetrajlı bədii film) (rol: Xədicə) Çətirimiz buludlardır (film, 1976) (tammetrajlı bədii film) (rol: Firəngiz bacı) Dünən, bu gün, sabah (film, 1977) (rol: Dolores) Şir evdən getdi (film, 1977) (tammetrajlı bədii film) (rol: şəhər sakini) Üzü küləyə (film, 1977) (tammetrajlı bədii film) (rol: Nazlı xanım) Vulkana doğru (film, 1977) (üçseriyalı bədii film) (rol: Nisə) Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film) (rol: Anaxanım) Evin kişisi (film, 1978) (tammetrajlı bədii film) (rol: ana) Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) (rol: Nərimanın anası) Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) (rol: Eyvazın arvadı) Anlamaq istəyirəm (film, 1980) (tammetrajlı bədii film) (rol: Fəridə) İşgüzar səfər (film, 1982) (tammetrajlı bədii film) (rol: Gülsüm) Asif, Vasif, Ağasif (film, 1983) (tammetrajlı bədii film) (rol: bağça müdirəsi) Evlənmək istəyirəm (film, 1983) (tammetrajlı bədii film) (rol: Gülsümün anası) Park (film, 1983) (tammetrajlı bədii film) (rol: katibə) Qara gölün cəngavərləri (film, 1984) (tammetrajlı bədii film) (rol: Fatma) Arşınmalçı (film, 1985) Bağ mövsümü (film, 1985) (tammetrajlı bədii film) (rol: Ağabacı) Yataqda siqaret çəkməyin (film, 1986) (qısametrajlı sənədli-bədii film) Don Kixot (film, 1988) (tammetrajlı bədii film) (rol: Qulluqçu) Qətl günü (film, 1990) (tammetrajlı bədii film) (rol: Zəminə) Tələ (film, 1990) (tammetrajlı bədii film) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) (rol: hakim) Girişmə, öldürər!
Çingiz Sadıxov
Çingiz Hacı oğlu Sadıqov (5 aprel 1929, Bakı – 30 dekabr 2017, San-Fransisko, Kaliforniya) — pianoçu, Azərbaycan SSR xalq artisti (1987), Bakı Musiqi Akademiyasının professoru (1991–1994) == Həyatı == Cingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olmuşdur. İlk təhsilini 1939–1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939–1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (X), 1951–1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır. 1953–1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971–1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981–1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973–1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, 1983–1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991–1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir. Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir. 1994-cü ildən ABŞ-də San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur. Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıqova təbrik məktubu göndərmişdir. Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 30 dekabr 2017-ci ildə Amerikada vəfat etmişdir. == Mükafatları == "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 dekabr 1987 "Şöhrət" ordeni — 28 oktyabr 2009 == Filmoqrafiya == Onu bağışlamaq olarmı?
Şəmistan Sadıxov
Şəmistan Əbdulağa oğlu Sadıxov (1994; Əvilə, Lerik rayonu, Azərbaycan — 12 sentyabr 2022; Laçın, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin baş çavuşu, şəhid. == Həyatı == Şəmistan Sadıxov 1995-ci ildə Lerik rayonu, Əvilə kəndində anadan olmuşdur. 2013-cü ildə Əfqanıstanda Sülhməramlı qüvvələrin sıralarında xidmət aparıb. Ölümündən 84 gün əvvəl ailə həyatı qurmuşdur. == Hərbi xidmətləri == Şəmistan Sadıxov 13 sentyabr 2022-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi "Azərbaycan-Ermənistan sərhəd toqquşması" zamanı şəhid olub.
Əliövsət Sadıxov
Əliövsət Şirəli oğlu Sadıqov (21 dekabr 1906 – 17 noyabr 1970) — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1943) və xalq artisti (1956). == Həyatı == 21 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur. Əliövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir. Yaradıcılıq nailiyyətlərinə görə Əliövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb. 17 noyabr 1970-ci ildə Bakıda vəfat edən Əliövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.
Əvəz Sadıxov
Əvəz Şiri oğlu Sadıxov (18 avqust 1942, Blaband, Lerik rayonu – 9 noyabr 1999, Bakı) — talış əsilli Azərbaycan dilçi-alimi, professor, "Tolışi sədo" qəzetinin ilk redaktoru. Əvəz Sadıxov talış xalqına verdiyi ciddi töhfələrlə tanınır. == Həyatı == Talış dilçi-alimi, professor Əvəz Sadıxov 1942-ci ildə Lerik rayonunun Bilaband kəndində anadan olub. Əvəz Sadıxov uzun müddət Elmlər Akademiyasının Dilçilik İnstitutunda çalışıb. Talış və Azərbaycan dillərindən əlavə olaraq ərəb və fars dillərini bilib. Müasir dövrdə talış dilinin qrammatikasını tərtib edən ilk şəxs olan Əvəz Sadıxov, eyni zamanda "Tolışi sədo" qəzetinin ilk redaktoru olub. Universitetə imtahan verərkən onun bildiyi talış dili haqqında qrammatika kitabı olmadığından dil biliyi kimi qəbul olunmayıb. Əvəz Sadıxov bu dilin qrammatikasının olduğunu və bu qrammatikanı beynində daşığıdığını söyləsə də, Talış dilində qrammatika kitabı olmadığı təkrar xatırlanaraq onun istəyi qəbul olunmayıb. O, uzun müddət bu haqsızlığı aradan qaldırmaq üçün çalışmış, tələbəlik illərində tərtib etdiyi talış dilinin qrammatikasını çap etməyə çalışsa da, bəzən siyasi, bəzən isə maddi səbəblərdən bu baş tutmayıb, onun yazıları uzun zaman əlyazma şəklində qalıb. Əvəz Sadıxov rəhmətə getdikdən sonra onun əlyazmaları kitab şəklinə salınaraq çap edilib.
Nazim Sadıxov
Nazim Sadıxov — UFC-də çıxış edən Azərbaycan əsilli ABŞ qarışıq döyüş sənəti iştirakçısıdır. == Həyatı == Nazim Sadıxov 6 yaşı olanda ailəsi ilə birlikdə Azərbaycanın paytaxtı Bakıdan Bruklin, Nyu-Yorka köçdü. Uşaq yaşlarından karate, daha sonra MMA ilə məşğul olmağa başladı. == Karyerası == 16 avqust 2022-ci ildə, Sadıxov əfqan əsilli MMA döyüşçüsü Əhməd Həsənzadə ilə Dana White's Contender Series - Contender Series 2022 yarışmasında yüngül çəkidə qarşılaşdı və UFC prezidentinin qarşısında kifayət qədər təsirli qalibiyyəti sayəsində UFC ilə müqavilə bağladı.Nazim Sadıxov UFC-də ilk görüşünü 18 fevral 2023-cü ildə Evan Elder-ə qarşı keçirib və qalib gəlib.2023-cü il iyulun 16-da Terrensi Makkenniyə qarşı döyüşdə UFC-dəki ikinci qələbəsini qazanıb.Sadıxov karyerası boyu 9 görüşdə 9 qələbə və 1 məğlubiyyət yaşayıb.
Zülfi Sadıxov
Zülfi Kazım oğlu Sadıxov (1942, Qarabulaq, Gədəbəy rayonu – 25 mart 2023, Sumqayıt) — Azərbaycanın istehsalatçı-kimyaçısı, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü. == Həyatı == Zülfi Sadıxov 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində anadan olub. Orta təhsilini 1959-cu ildə Miskinli kəndində orta məktəbi bitirib. 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Sumqayıt Sintetik Kauçuk zavodunda əmək failiyyətinə başlasada sonralar Sumqayıt "Kimyasənaye" İB-də əmək failiyyətini davam etdirib. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır. Daha sonra Moskva İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 25 mart 2023-cü ildə vəfat etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Sumqayıt "Kimyasənaye" İstehsalat Birliyində çalışmışdır. 1980-ci ildə Zülfü Sadıxovun rəhbərlik etdiyi sulfanol istehsalatında iki aydan artıq davam edən geniş həcmli rekonstruksiya işlərinə başlanılmışdı. İstehsalatın gücünün artırılmasının nəticəsi olaraq müəssisədə həmin il çox böyük iqtisadi gəlir əldə edilməsinə nail olunmuşdu.
Fikrət Sadıq
Sadıqov Fikrət Abbas oğlu — şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1990). == Həyatı == Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s.
Mirzə Sadıq
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar.Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. 1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar. == Həyatı == === Uşaqlığı və erkən illəri === Sadıq Mirzə Əsəd oğlu 1846-cı ildə Şuşa şəhərində anadan olub.
Natalya Sedıx
Natalya Sedıx (rus. Ната́лья Евге́ньевна Седы́х; d. 10 iyul 1948, Moskva, RSFSR, SSRİ) — Rus teatr və kino aktrisası, balerina, fiqurlu konkisürən. == Həyatı və fəaliyyəti == Natalya Sedıx 10 iyul 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur.Onun karyerasının maraqlı tarixçəsi var. Belə ki, bir dəfə balaca Natalya televizorda beynəlxalq fiqurlu konkisürmə yarışına baxarkən çexoslovakiyalı idmançı İndra Kramperovanın çıxışı ona çox təsir edir. Valideynlərindən xahiş edir ki, onu da fiqurlu konkisürmə dərnəyinə yazdırsınlar. Amma yaşı az olduğundan onu dərnəyə götürmək istəmirlər. Bundan çox təsirlənən 4 yaşlı Natalya birdən cəsarətli addım ataraq xalçanın üstünə çıxır və elan edir: “Qarşınızda İndra Kramperova çıxış edir”. Balaca Natalya elə hərəkətlər göstərir ki, hamı təəccüblənir. Məşqçi Tatyana Qranatkina onu dərnəyə götürməyə razılaşır.
Qurbanəliyev sadıq
Sadıq Bağırov
Sadıq Bağırov (1940—2015) — azərbaycanlı əməkdar rəssam. == Həyatı == Sadıq Bağırov 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət və respublika sərgilərinin iştirakçısı idi. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır. O, Rusiya prezidenti Vladimir Putinin mədəniyyət məsələləri ilə bağlı Kaluqa vilayəti üzrə müşaviri olmuşdur.20 may 2015-ci ildə vəfat etmişdir. Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.
Sadıq Dadaşov
Sadıq Ələkbər oğlu Dadaşov (2 (15) aprel 1905, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 24 dekabr 1946, Moskva) — Azərbaycan-sovet memarı, memarlıq tarixçisi, Azərbaycan sovet memarlığının banilərindən biri, professor, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1941), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), SSRİ Dövlət Mükafatı laureatı (1941). == Həyatı == Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda anadan olmuşdur.Sadıq Dadasov 1929-cu ildə M. Əzizbəyov adına Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirmişdir.O, 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olmuşdur.Sadıq Dadaşov 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.1940-cı ildə ona Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı verilmiş və 1941-ci ildə SSRİ Dövlət mükafati laureatı olmuşdur.O, “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilmişdir.Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur. == Elmi fəaliyyəti == Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. O, Azərbaycan memarlığı tarixinin öyrənilməsinin əsasını qoymuş, bu məqsədlə 1934-1940 və 1944-1946 illərdə Azərbaycanın bir sıra rayonlarına elmi səfərlər təşkil etmişdir.Sadıq Dadaşov memarlıq və nəzəri əsərlərini görkəmli Azərbaycan memarı və memarlıq tarixçisi Mikayıl Hüseynovla birgə yaratmışdır. Sadıq Dadaşovun layihəsi əsasında Bakıda və respublikanın digər şəhərlərində çoxlu yaşayış, ictimai və mədəni-məişət binaları tikilmiş və bu memarlıq əsərləri Azərbaycan memarlığının inkişafında böyük rol oynamışdır.Sadıq Dadaşov 1929-1933 illərdə 23 tikilinin layihəsini vermişdir. Bunlara Bakıdakı fabrik-mətbəx (Bayılda), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki Azərbaycan Dövlət Neft Akademiyası; hər ikisi 1932), İncəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası (hamısı 1933) aiddir. Sadıq Dadaşovun əsas işləri: Azərbaycan Texniki Universitetinin binası (1935) "Nizami" kinoteatrının binası (1934) Bakı Musiqi Akademiyasının binası (1936) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası (1940) və s.Sadıq Dadaşov Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə , 1949-cu ildə Bakıda qoyulmuş abidələrinin layihə müəllifidir. == Əsas elmi əsərləri == Памятники Азербайджанской архитектуры в Баку. Москва, 1938. Архитектурные памятники Баку.
Sadıq Elcanlı
Sadıq Elcanlı (Sadıq Qurbanqulu oğlu İbrahimov) — ssenari müəllifi, kino redaktoru. == Həyatı == Sadıq Elcanlı 12 yanvar 1956-cı ildə Dəvəçinin Surra kəndində anadan olub. Universitetin flologiya fakültəsində təhsil alıb (1974-1979). 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində işləyir, ədəbiyyat və incəsənət redaksiyasında baş redaktordur. "Sirli səsin sorağı", "Əbədi sevginin xatirələri" povest və hekayələr kitabının müəllifi, əməkdar jurnalistdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb == Filmoqrafiya == Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) — ssenari müəllifi "Atikva" ümid deməkdir (film, 1994) Avşarlar (film, 1996) Bəsdir, ağlama! (film, 1999) Bir ömrün xatirəsi (film, 2007) Böyük ömrün davamı (film, 2007) Dahi qurucu (film, 2009) Dünya bir pəncərədir (veriliş, 2007) Etnoqrafik etüdlər (film, 1996) Ey, Vətən! (film, 1995) Əbədi zirvə (film, 1998) Əbədiyyət ünvanı (film, 2004) Güllələnmiş heykəllər (film, 2002) Hacı Arif (film, 1995) Heydər Əliyev və Azərbaycan dili (film, 1997) Xilaskar. I film (film, 2003) Xilaskar. II film (film, 2003) İşğal (film, 1994) Kamil (film, 1997) Qanlı Bakı (film, 1994) Qisas günü (film, 1993) Qobustan (film, 1997) Mətbuat fədaisi (film, 2007) Novruz (film, 1995) Olacağa çarə yoxdur (film, 2003) Pirə qayıdan yol (film, 1994) Səhnəmizin Yaşarı (film, 1996) Səni axtarırıq...
Sadıq Hüseynov
Sadıq Hüseynov (aktyor)
Sadıq Həsənzadə
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Sadıq Murtuzayev
Sadıq (Sadıx) Nəbi oğlu Murtuzayev (25 iyul 1927, İlisu, Şəki qəzası – 4 fevral 2021) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri, filologiya elmləri namizədi, Şəki, Abşeron və Ağdam Rayon Partiya Komitələrinin birinci katibi. == Həyatı == S. Murtuzayev 1956-cı ildə Zaqatala rayon Partiya Komitəsinin ikinci katibi seçilir. Bir qədər sonra namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik adı alır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov onun bu işini alqışlayır, digər partiya işçilərinə nümunə göstərir. Sadıq müəllim tez-tez respublika mətbuatında aktual mövzularla çıxışlar edir. 1959-cu ildə Zaqatala rayon Partiya Komitəsinin birinci katib seçilən S. Murtuzayev cəmi ilyarım sonra SSRİ Ali Sovetinın deputatı olur və Sov. İKP-nin XXII qurultayına nümayəndə seçilir, Lenin orderinə layiq görülür. 1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1963-cü ildən 1990-cı ilin sonunadək Abşeron, Şəki, Ağdam və yenidən Abşeron rayonlarının birinci katibi vəzifələrində çalışır. O, eyni zamanda 30 ilə yaxın Azərbaycan KP MK-nın üzvü, Sov. İKP-nın XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi olur.
Sadıq Nurumbetov
Sadıq Nurumbetov (1900-1972) - Özbəkistanın və Qaraqalpaqstanın xalq şairi, Berdax adına Dövlət mükafatı laureatı, qaraqalpaq poeziyasının görkəmli nümayəndələrindən biri. == Həyatı == Sadıq Nurumbetov 1900-cü ildə Kegeyli rayonunda dünyaya göz açmışdır. Şair ilk şeirləri yumoristik və satirik formada qələmə almışdır. Bu əsərlərdə Sadıq Nurumbetov insanlardakı zəif cəhətləri və eybəcərlikləri qeydə almışdır. Abbas Dabılovdan fərqli olaraq psixoloji lirika ustası olan Sadıq Nurumbetov şeirlərində vətəndaş lirikasına daha çox yer verirdi. Onun xalqlar dostluğu haqqında şeirləri yüksək bədii keyfiyyətləri ilə seçilirdi. Şairin satirik və yumoristik şeirləri «Şamanlar», «Tənbəllər» və başqaları qrotesklə dolu və gülüş doğuran əsərlərdən ibarət idi. Bu əsərlər məhz onu yumor ustası kimi tanınmasına səbəb olmuşdur. «Qardaşlar» poema-dastanında isə müəllif Xarəzm ərazisində yaşayan xalqların dostluğunu vəsf etməklə, həm də onların yeni dövr və cəmiyyətin qurulmasında iştirakını tərənnüm edirdi. Abbas Dabılov kimi Nurumbetov da şifahi epik yaradıcılığın ənənələrini uğurla davam etdirirdi.
Sadıq Nəcəfi
Sadıq Nəcəfi Təbrizin əlli beşinci bələdiyyə başçısı.O, 1960-cı ildə Əcəbşir şəhristanının Xızırlı şəhərində dünyaya gəlibdir.
Sadıq Qarayev
Sadıq Qurbanov
Sadiq Qurbanov (Sadiq Haqverdi oğlu Qurbanov; 12 iyul 1972, Əlikli, İliç rayonu) — Texniki elmlər namizədi. Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). == Həyatı == Sadiq Qurbanov 12 iyul 1972-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. 1989-cu ildə Ərəbyengicə kənd orta məktəbini bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1994-cü ildə təhsilini başa vuraraq həmin fakültənin dissertantı olmuş, eyni zamanda "Nəzəri mexanika və bütöv mühit mexanikası" kafedrasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi namizədlik dərəcəsini almışdır. 1997–2001-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil almışdır. 2001–2004-cü illərdə YAP-ın göndərişi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsində təhsil almışdır. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == 1999–2006-cı illərdə YAP-ın icra katibliyində "Partiyalar arası əlaqələr şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır.
Sadıq Qurbanəliyev
Qurbanəliyev Sadıq Arif oğlu (1 avqust 1973, Üçgünqışlaq, Xaçmaz rayonu – 20 aprel 1993, Papravənd, Ağdam rayonu) — Şəhid == Həyatı == Sadıq Qurbanəliyev 1 avqust 1973-cü ildə Xaçmaz rayonu Üçgünqışlaq kəndində anadan olub. == Təhsili == 1980-ci ildə birinci sinifə daxil olmuşdur. 1990-cı ildə məktəbi bitirmişdir. == Hərbi xidməti == 1991-ci il may ayının 25-də hərbi xidmətə çağırılmışdır. Həmin ildə Əlibayramlı şəhərində komandirlik kursunu bitirmiş və könüllü olaraq cəbhəyə getmişdir. O, Ağdam rayonu Papravənd kəndi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş, 1993-cü il aprel ayının 19-u ermənilərə qarşı gedən döyüşdə ağır yaralanmış, Aprel ayının 20-si şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin cənazəsi boya-başa çatdığı Üçgünqışlaq kənd qəbirstanlığında torpağa tapşırıldı. 1996-cı ildə Xaçmaz rayon İcra hakimiyyətinin qərarı ilə Üçgünqışlaq kənd orta məktəbinə, Şəhid Sadıq Qurbanəliyevin adı verilmişdir. 2001-ci ildə məktəbin həyətində heykəli ucaldılmışdır.
Sadıq Rəhimov
Sadıq Hacıyarəli oğlu Rəhimov (14 (27) sentyabr 1914, Balaxanı, Bakı qəzası – 11 iyun 1975, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin Sədri (1954–1958). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü. == Həyatı == 1914-cü il sentyabrın 27-də Bakının Balaxanı kəndində neftçi fəhlə ailəsində anadan olmuşdur. Atası Yarəli Balaxanıda neft mədənlərində əvvəllər fəhləlik etmiş, sonralar qazmaçı və qazma ustası olmuşdur. Usta Hacıyarəli oğlunu savadlı və dövrünün ziyalı adamlarından olmasını istəyirdi. O, bu məqsədlə də oğlu Sadığı Balaxanıda yeni açılmış kənd 7 illik məktəbinə oxumağa qoyur. S. Rəhimov 1929-cu ildə Balaxanı kənd məktəbini bitirmiş və Bakı neft texnikumuna daxil olmuşdur. 1931-ci ildə texnikumu müvəffəqiyyətlə bitirən S. Rəhimov Bakı maşınqayırma zavodunda texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. S. Rəhimov 1932–1936-cı illərdə Azərbaycan SSR Xalq Yüngül Sənaye Komissarlığının 2 saylı Bakı ayaqqabı fabrikində əvvəl texnik, sonra isə mexaniki emalatxananın müdiri olmuşdur. Elmə, təhsilə, savadını artırmağa daima can atan S. Rəhimov fabrikdə işləməklə yanaşı, 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur.
Sadıq Sadıqov
Sadıq Sadıqov — "Neftçi" PFK-nın 6-cı prezidenti (2010–2015). == Həyatı == Sadıqov Sadıq Asəf oğlu 1965-ci ildə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri vəzifəsində çalışan Sadıq Sadıqov Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir. Onun müxtəlif illərdə İdman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında çoxlu sayda uğur qazanıblar. Sadıq Sadıqov idmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Sadıq Sadıqov 2009–2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.
Sadıq Sadıqzadə
Sadıq İsmayıl oğlu Sadıqzadə (29 dekabr 1917, Ordubad – 3 noyabr 1988) — elmlər doktoru, II Dünya müharibəsi iştirakçısı. == Həyatı == Sadıq İsmayıl oğlu Sadıqzadə 1917-ci il dekabrın 29-da Ordubad şəhərində anadan olmuşdur. 1926-cı ildə Ordubad yeddiillik məktəbinin birinci sinifinə daxil olmuş və oranı 1932-ci ildə bitirdikdən sonra Bakı şəhərində N.Nərimanov adına Sənaye Texnikumunun (ST) kimya bölməsinə qəbul olmuşdur. 1937-ci ildə ST-ni qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin (ADU) kimya fakültəsinin birinci kursuna qəbul olunmuşdur. 1939-46-cı illərdə Hərbi Dəniz Donanmasında qulluq etmişdir. Hərbidən tərxis edildikdən sonra yenidən ADU-nun kimya fakültəsinin III kursuna bərpa edilmiş və 1949-cu ildə oranı bitirmişdir. Həmin ildə Azərbaycan Elmlər Akademiyası (EA) Kimya İnstitutunun (Kİ) aspiranturasına daxil olmuş və dissertasiya işini yerinə yetirmək üçün SSRİ EA Ümumi Kimya İnstitutuna (ÜKİ) (Moskva ş.) ezam edilmişdir. == Elmi fəaliyyəti == S.İ.Sadıqzadə 1953-cü ildə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün “Bir sıra silisium tərkibli karbohidrogenlərin sintezi və reaksiyaları” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Həmin il Kİ-də böyük elmi işçi vəzifəsinə seçilmiş və yenidən SSRİ EA ÜKİ-yə ezam edilmişdir. 1962-ci ildə Moskvada ÜKİ-nin Elmi Şurasında kimya elmləri doktoru dərəcəsi almaq üçün “Katalitik üsulla karbofunksional qruplu silisium-üzvi birləşmələrin sintez üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Sadıq Saleh
Sadıq Saleh Xəlil oğlu Bağırov (6 (19) mart 1907, Bakı – 27 sentyabr 1977, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Sadıq Saleh Xəlil oğlu Bağırov 19 mart 1907-ci ildə Bakı şəhərində anadan olmuşdur. Üçsinifli şəhər, sonra üç il 9 saylı, 1920–1922-ci illərdə sovet fəhlə məktəblərində təhsil alıb. 1926-cı ildə Əbilov adına klubun dram dərməyinə üzv olub. Həmçinin Qaraşəhər, Metallist, Həkimlər klublarının dram dərnəklərində həvəskar aktyorluq edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb. Tələbə vaxtı Akademik Milli Dram Teatrının yardım heyətinə götürülüb. Təhsilini başa çatdırdıqdan sonra isə bu truppaya götürülüb. == Yaradıcılığı == === Səhnə həyatı === Sadıq Saleh sənətə 1925-ci ildə gəlmişdir. Teatra məhəbbət Sadıq Salehdə çox gənc yaşlarında yaranmışdır.
Sadıq Təbrizi
Sadıq Təbrizi — rəssam, xəttat və Rəsm-Xətt stilinin banisi 22 fevral 1939-cu ildə Tehranda anadan olmuşdur.
Sadıq Vəkilov
Sadıq Vəkilov (1899, Qazax – 1973, Bakı) — Podporuçik == Həyat və fəaliyyəti == Sadıq Əsgər ağa oğlu Vəkilov Qazax qəzasının Yuxarı Salahlı kəndində mülkədar ailəsində doğulmuşdur. Anası Badisəba xanım Mehdi ağa qızı Qiyasbəyovadır. Salahlı rus-tatar məktəbini bitirdikdən sonra (1912) Zaqafqaziya Müəllimlər Seminariyasında oxumuşdur (1912–1917). Təhsilini başa vurduqdan sonra bir ilə yaxın Salahlıda ikisinifli məktəbdə müəllim işləyir. 1918-ci il mayın 24-də hərbi xidmətə səfərbər olunur. Bakı alındıqdan sonra Osmanlı zabitlərinin təşkil etdikləri Gəncə Hərbiyyə Məktəbinə qəbul olunmuş, buranı 1919-cu il noyabrın 18-də bitirmişdir. Milli Ordunun 3-cü Gəncə piyada alayında və 3-cü Şəki süvari alayında kiçik zabit rütbəsində (podporuçik) komandir vəzifələrində xidmət etmişdir. 1920-ci ildə sovetləşmədən sonra Azərbaycan Qızıl Ordusuna daxil olur. 1923-cü ilin aprelinədək kiçik zabit rütbəsində komandir vəzifələrində xidmət edir. 1923-cü ildə keçmiş zabit kadrlarının Qızıl Ordudan uzaqlaşdırıldığı vaxt o da tərxis olunur.
Sadıq Xanəliyev
Sadıq Şahsuvar oğlu Xanəliyev (8 mart 1936, Bist, Naxçıvan MSSR) — Azərbaycan şairi. == Həyatı == Sadıq Xanəliyev 1936-cı il mart ayının 8 də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Bist kəndində anadan olmuşdur. 1953-cü ildə VII sinfi əla qiymətlərlə bitirib Naxçıvan kənd təsərrüfatı texnikomunun aqronomluq şöbəsinə qəbul olunmuşdur. 1953-cü ildən o, respublikanın qəzetlərində publisist yazıları ilə çıxış etmişdir. 1956-cı ildə texnikomun IV kursundan ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordu sıralarında Moskva hərbi vilayətinin “Krasnı voin” qəzetində hərbi müxbir kimi yazıları ilə müntəzəm çıxış etmişdir. 1959-cu ildə hərbi xidmətdən tərxis edilən Sadıq Xanəliyev texnikomda təhsilini davam etdirərək oranı bitirmiş və 1960-cı ildə Bist kəndindəki “oktyabrın 40 illiyi” adına olan kalxozda aqronom və orta məktəbinə əmək təlimi müəllimi təyin edilmişdir. 1964-cü ildə S.M.Kirov adına Azərbaycan dövlət universitetinin filologiya fakültəsinə daxil olaraq 1970-ci ildə oranı bitirmişdir. 1951-ci ildən publisist yazıları, 1963-cü ildən isə qəzet, jurnal və almanaxlarda şeirləri ilə çıxış etmişdir. Rəsmi nümayəndə tərkibində 1964, 1976 və 1988-ci illərdə Azərbaycan respublikası komsomolu və SSRİ müəllimləri qurultayının nümayəndəsi olmuş, 1975-88-ci illərdə isə fasiləsiz olaraq SSRİ-Fransa dostluq cəmiyyətinin xətti ilə Moskva, Kiev, Oryol, Kursk, Leninqrad, Bryansk, Riqa, Kaluş, İvanova, Kenovçı və Belqrad şəhərlərindəki məktəblilərinin ümumittifaq görüşlərində iştirak etmişdir.
Sadıq Zərbəliyev
Sadıq Zərbəliyev (11 aprel 1951, Kürdəmir rayonu) — Azərbaycanın tanınmış qoşanağara ustası, Azərbaycanın xalq artisti (1998) == Həyatı == Sadıq Zərbəliyev 1951-ci il aprelin 11-də Kürdəmir rayonunda musiqiçi ailəsində anadan olub. Atası zurna-balaban ifaçısı, qardaşı Ağabəy isə gözəl səsə malik xanəndə olub. Onda musiqiyə marağı atası, qardaşı oyadıb. Sadıq Zərbəliyev orta təhsilini Kürdəmir rayon 1 saylı orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 1973-cü ildə Bakıya gəlir və Respublikasının Əməkdar artisti Baba Salahovun ansamblında xalq artistləri Vəli Qədimov və Aftandil İsrafilovla bir yerdə çalışır. Sadıq Zərbəliyev 1975-ci ildən bu günə qədər SSRİ Xalq artisti və millət vəkili Zeynəb Xanlarova ilə bir yerdə çalışır. Amerika Birləşmiş Ştatları, İordaniya, Suriya, Yəmən, Türkiyə, Əlcəzair, Tunis, Hollandiyada səfərlərdə olub, Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.
Sadıq İbrahimov
Sadıq Əliabbas oğlu İbrahimov (23 dekabr 1945 – 21 avqust 2010) — aktyor, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == İbrahimov Sadıq Əliabbas oğlu 23 dekabr 1945-ci ildə doğulmuşdur. 1970-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1970-ci ildən Akademik Milli Dram Teatrına artist heyətinə qəbul edilmişdir. Sadıq İbrahimov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. Sadıq İbrahimov 20 avqust 2010-cu ildə ürək çatışmazlığından vəfat edib.
Sadıq İmanov
Sadıq İmanov-AXC ordusunda podporuçik, repressiya qurbanı == Həyatı == Sadıq Həsən oğlu İmanov- 1898-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakı rus-tatar və ticarət məktəblərini, 1918-ci ildə isə Gəncə praporşiklər məktəbini bitirib. 1920-ci ilin aprel ayında bolşeviklər Bakıya hücum edəndə həbs edilib, "filtrasiya"adı ilə Nargin adasına sürgün olunub. Sovetlər vaxtı Azərbaycan ticarət idarəsində işləyib. 1922-ci ildən "Azərbaycanın müstəqilliyi uğrunda!" gizli hərbi təşkilatın üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya ÇK-sı həbs edərək Şimal sərhədlərinə sürgünə göndərib.
Sadiq
Sadiq — ad.
Salix
Söyüd (lat. Salix) — söyüdkimilər fəsiləsinə aid bitki cinsi. Qışda yarpağını tökən, iki evli bitkidir. İri ölçülü ağaclar və ya xırda kollardır. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Söyüd cinsinin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir.
Şalıx
Şalıx Xan — türk və altay mifologiyasında ov ilahı. Çalıx Xan və ya Salıx Xan olaraq da xatırlanır. İlk əvvəllər bir insandır. Meşələrdə ovlanır. Həddindən çox güclü, böyük və itaət etməzdir. Heç bir ilahi gücü tanımaz. Özünü beğenmişliği o qədər irəli səviyyəyə varmış ki, biləyinin gücünə o qədər güvənmiş ki, yeraltına enib Erlikin sarayının qapılarından bir neçəsini qırmış. Buna hirslənən Erlik onu okuyla ayağından və dilindən yaraladı, beləcə peltek və topal bir ruha çevrilərək göyə çıxmış. Ovlarının uğurlu keçməsini istəyənlər ona dua edərlər. == Etimologiya == (Çal/Şal/Sal) kökündən törəmişdir.
Ağamalı Sadiq
Ağamalı Əhməd oğlu Əfəndiyev (8 mart 1947, Qaymaqlı, Qazax rayonu – 12 dekabr 1995, Qazax) — azərbaycanlı şair, naşir, ictimai xadim, dissident, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), "Müxalifət" qəzetinin yaradıcısı və ilk baş redaktoru (1991), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993). == Həyatı == Ağamalı Sadiq 1947-ci ilin mart ayının 8-də Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi doğulduğu kənddə bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik montyoru kimi başlamışdır (1964–1972). Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində təhsil almış, jurnalistika istisasına yiyələnmişdir (1972–1977). Universiteti bitirdikdən sonra "Yazıçı" nəşriyyatında korrektor (1978–1981), "Maarif" nəşriyyatında redaktor (1983–1986), "Ulduz" dərgisində ədəbi işçi (1986–1990), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993) vəzifələrində çalışmışdır. Ağamalı Sadiq Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizədə fəal iştirak etmiş, 1988-ci ildə başlayan Meydan hərəkatının öncüllərindən biri olmuşdur. 1991-ci ildə "Müxalifət" qəzetini yaratmış və qəzetin ilk baş redaktoru olmuşdur. 1995-ci ilin dekabr ayının 24-də vəfat etmiş, vəsiyyətinə uyğun olaraq doğulduğu Qaymaqlı kəndində dəfn olunmuşdur. === Ailəsi === Gənc yaşlarında Nabat xanımla ailə həyatı quran Ağamalı Sadiqin Nofəl və Orxan adlı iki oğlu olmuşdur.
Balayar Sadiq
Balayar Sadiq (1965, Lerik rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı və beynəlxalq "Rəsul Rza" mükafatı laureatı. == Həyatı == Əliyev Balayar Sadıq oğlu 1965-ci ildə Lerik rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.İlk şeiri 1983-cü ildə “Lənkəran” qəzetində çap olunub. Şair Balayar Sadiq 2004-cü ildə Lənkərandan Bakıya köçüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Kitabları == "Sərkərdə", "Şuşa nəşriyyatı", 1996 "İgidliyin Bəxtiyar zirvəsi", "Təbriz nəşriyyatı", 1997 "Ömürün hünər nəğməsi", "Təbriz nəşriyyatı", 1998 "Ulu dağlar oğlu", "Hərbi nəşriyyat", 1999 "Arzumanın döyüş yolu", "Adiloğlu nəşriyyatı", 2001 "Rembo Elxan", "Hərbi nəşriyyat", 2002 "Sərkərdə ömrünün işığı", "Əbilov, Zeynalov oğulları nəşriyyatı", 2002 "Dağların Bəxtiyar oğlu", "Planet-press nəşriyyatı", 2004 "Dağların oğul harayı", "Nasir nəşriyyatı", 2005 "Müdrikliyin zirvəsi", "Əbilov, Zeynalov oğulları nəşriyyatı", 2007 "Allahın unutuğu adam", "Yazıçı nəşriyyatı", 2010 "Hünər simfoniyası", "MHS-poliqraf nəşriyyatı", 2010 "Qeyrət qalasıdır vətən sərhədi", "Apostrof nəşriyyatı", 2012 "Vətən ətirli olmur", "MBM nəşriyyatı", 2013 "Ömrün gəraylı çağları", "MBM nəşriyyatı", 2014 "İşıqlı adam", "MBM nəşriyyatı", 2015 "Küsəkəran", "Elm və təhsil nəşriyyatı", 2015 "Gözəllik işığı", "MBM nəşriyyatı", 2015 "Payız məktubları", "MBM nəşriyyatı", 2016 "Qızılbaş fəsli" , "Elm və təhsil nəşriyyatı" , 2018.
Cephalophus spadix
Cephalophus spadix (lat. Cephalophus spadix) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Cəfər Sadiq
Cəfər Sadiq (699, Mədinə, Hicaz, Əməvilər xilafəti – 3 dekabr 765, Mədinə, Hicaz, Abbasilər) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. == Həyatı == Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. == İmamın Elmi Mübahisələri == Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..."Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". == İmamın şəhid edilməsi == Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Cəfəri-Sadiq
Cəfər Sadiq (699, Mədinə, Hicaz, Əməvilər xilafəti – 3 dekabr 765, Mədinə, Hicaz, Abbasilər) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. == Həyatı == Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. == İmamın Elmi Mübahisələri == Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..."Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". == İmamın şəhid edilməsi == Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Cəfəri Sadiq
Cəfər Sadiq (699, Mədinə, Hicaz, Əməvilər xilafəti – 3 dekabr 765, Mədinə, Hicaz, Abbasilər) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. == Həyatı == Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. == İmamın Elmi Mübahisələri == Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..."Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". == İmamın şəhid edilməsi == Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Dendrolagus spadix
Dendrolagus spadix (lat. Dendrolagus spadix) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinin ağac vallabisi cinsinə aid heyvan növü.
Elbəyi Sadiq
Elbəyi Maqsudov — == Həyatı == Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Gərməçataq kəndində anadan olmuşdur. 1980-ci ildə filologiya fakültəsini bitirmişdir. 25 il orta ümumtəhsil məktəblərində-Gərməçataq kənd orta məktəbində,Naxçıvan şəhərindəki "Xanım qızlar" , "Türk oğlanlar" liseylərində və 3 saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1986-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) aspiranturasına qəbul olmuş, 1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2000-ci ildə dosent, 2008-ci ildə isə "Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri" mözusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. "Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri","XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər","Azərbaycanca -türkcə,türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti", "Dillərarası əlaqə təliminin metodikası","Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr","Ürək bir dünyadır","Sözlər də insan kimidir","Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar","Poetik türkəçarələr","Təmsillər","Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri"və s.elmi-metodiki,bədii əsərlərin müəllifidir. Bakı, Naxçıvan, Səmərqənd, Moskva, Ankara,İstanbul,Konya,Trabzon,Mersin, İslamabad,Maku,Təbriz və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda və qurultaylarda çıxışlar etmişdir. 1994-2004-cü illərdə NDU-nun Elmi Şurasının katıbı vəzifəsində işləmiş,2004-cü ildən isə Naxçıvan Dövlət Universitetinin "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
Sadiq Nəcəfli
Sadiq Nüsrət oğlu Nəcəfli (22 iyun 2000, Yuxarı Cürəli, Biləsuvar rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sadiq Nəcəfli 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik leytenantı olan Sadiq Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Nəcəfli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Nəcəfli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Nəcəfli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Nəcəfli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sadiq Qurbanov
Sadiq Qurbanov (Sadiq Haqverdi oğlu Qurbanov; 12 iyul 1972, Əlikli, İliç rayonu) — Texniki elmlər namizədi. Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). == Həyatı == Sadiq Qurbanov 12 iyul 1972-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. 1989-cu ildə Ərəbyengicə kənd orta məktəbini bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1994-cü ildə təhsilini başa vuraraq həmin fakültənin dissertantı olmuş, eyni zamanda "Nəzəri mexanika və bütöv mühit mexanikası" kafedrasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi namizədlik dərəcəsini almışdır. 1997–2001-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil almışdır. 2001–2004-cü illərdə YAP-ın göndərişi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsində təhsil almışdır. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == 1999–2006-cı illərdə YAP-ın icra katibliyində "Partiyalar arası əlaqələr şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır.
Sadiq Rəhimov
Sadiq Nadir oğlu Rəhimov (10 dekabr 1997, Veri Əliabadı, Lerik rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sadiq Rəhimov 10 dekabr 1997-ci ildə Lerik rayonunun Veri Əliabadı kəndində anadan olmuşdur. 2 qardaş 3 bacı olmaqla ailədə 7 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2004-cü ildə Lerik rayonu şəhid Valeh Rəhimov adına Veri Əliabadı kənd ümumi məktəbin 1-ci sinfinə daxil olub. 2013-cü ildə həmin məktəbin 9-cu sinfini başa vurduqdan sonra Astara Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyinə daxil olub. 2017-ci ildə kolleci başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindəm həqiqi hərbi xidmətə çağırılan Sadiq Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 2019-cu ilin yanvar ayında xidmətini başa vurduqdan sonra evinə qayıdır və ticarətə məşğul olmağa başlayıb. == İkinci Qarabağ müharibəsində iştirakı == 2-ci Qarabağ müharibəsində, 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan müharibədə iştirak etmək istəyən Sadiq 21 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və döyüşə yollanır. Füzuli və Xocavənd uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir.
Sadiq Sadıqov
Sadiq İzzət oğlu Sadıqov (13 may 1963, Sumqayıt) — Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri. == Həyatı == Sadiq Sadıqov 1963-cü il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. Evlidir, iki uşaq atasıdır. == Təhsili == O, 1980-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olaraq 1985-ci ildə həmin universitetin Fəlsəfə fakültəsini bitirmişdir. 1992–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquq fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == 1985–1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəl asistent, daha sonra Komsomol Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990–2003-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında çalışmışdır. 2003–2015-ci illərdə "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin IV-Enerji Satış Regional İdarəsində əhali üzrə rəis müavini və "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətində idarə rəisi, texniki direktor və İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 14.10.2015-ci il tarixli 1449 nömrəli Sərəncamı ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
Sadiq Salmanov
Sadiq Söhbət oğlu Salmanov - Azərbaycanlı şəhid. == Həyatı == Salmanov Sadiq Söhbət oğlu 23 mart 1978-ci ildə Arıqıran kəndində anadan olub. 22 iyun 1998-ci ildə şəhd olub. == Təhsili == O,1995-ci ildə Arıqıran kənd orta məktəbini bitirmişdir. Məktəbdə oxuduğu müddətdə müəllimlərinin və şagird yoldaşlarının dərin hörmətini qazanmışdır. == Hərbi xidməti == 1996-cı ildə hərbi xidmətə gedib. 22 iyun 1998-ci ilədək N saylı hərbi hissədə mühəndis istehkam bölüyündə, Tərtər rayonunun Marquşavan kəndində hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu iki il müddətində hər vaxt komandirlərinin döyüş tapşırığını yerinə yetirməklə bərabər öz mərdliyi, cəsurluğu ilə fərqlənmişdir. == Vəfatı == 1998-ci il iyun ayının 22-də döyüş tapşırığını yerinə yetirərkən aldığı ağır güllə yarası nəticəsində şəhid olmuşdur. == İstinadlar == "Gədəbəy Şəhidləri".
Sadiq Səmədov
Sadiq İbrahim oğlu Səmədov (13 iyul 2000; Yevlax rayonu, Azərbaycan - 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Sadiq Səmədov 2000-ci il iyulun 13-də Yevlax rayonunda anadan olub. == Hərbi xidməti == Sadiq Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sadiq Səmədov oktyabr 10-da Suqovuşan ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Səmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. == Təltifləri == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (29.12.2020) - "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020. İstifadə tarixi: 08.12.2020 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)).
Sadiq Tağıyev
Sadiq Rza Oğlu Tağıyev - Ukraynada Çerniqiv vilayəti üzrə Apelyasiya Məhkəməsinin sabiq sədri, Luqansk vilayətinin Ali Məhkəmə sədrinin sabiq birinci müavini, hüquq elmləri doktoru. == Həyatı == 1959-cu ilin sentyabr ayının 5-də Azərbaycanın Tovuz rayonunun Əyyublu (Tovuz) kəndində anadan olub. == Təhsili == 1977-ci ildə Ukraynanın Donetsk Tibb İnstitutunu bitirən Sadiq Tağıyev tibb sahəsində çalışıb. 1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu, 1987-ci ildə Ukrayna Xarkiv Universitetində hüquq fakültəsini bitirmişdir. == Fəaliyyəti == 1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu bitirdikdən sonra Ukraynanın Luqansk vilayətində polis idarələrində işləyib. 1987-ci ildə Ukraynanın Xarkiv Universitetində hüquq fakültəsini bitirən Sadiq Tağıyev 1992-ci ildən məhkəmə sistemində müxtəlif vəzifələrdə, o cümlədən 2010-1018-ci illərdə Ukraynanın Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri vəzifəsində işləyib. O, Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri olmazdan öncə Luqansk vilayətində Ali Məhkəmənin sədr müavini vəzifəsində çalışıb.. Ukraynanın əməkdar hüquqşünası rütbəsinə layiq görülüb. Hazırda elmi və pedagoji fəaliyyət göstərməkdədir. === Elmi fəaliyyəti === Sadiq Tağıyev “İstintaq zamanı telefon dinləmələrinin qaydaları” mövzusu üzrə elmi tətqiqatı nəticəsində hüquq elmlər doktoru dərəcəsinə nail olub.
Sadiq Zeynalov
Sadiq Kamal oğlu Zeynalov (19 sentyabr 1998; Astara rayonu, Azərbaycan — 25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sadiq Zeynalov 1998-ci il sentyabrın 19-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. == Hərbi xidməti == Sadiq Zeynalov 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Sadiq Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Zeynalov oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sadiq Zeynaloğlu
Sadıxov Sadıx Zeynal oğlu (17 noyabr 1934, Ordubad rayonu, Nüsnüs kəndi) (Sadıqov Sadıq Zeynal oğlu) Polkovnik, Azərbaycan SSR-in, Naxçıvan MSSR-in Daxili İşlər Naziri (1981-1987) vəzifəsində çalışıb. == Həyatı == Sadıx Zeynal oğlu Sadıxov 1933-cü il noyabrın 17-də Ordubad rayonu, Nüs-Nüs kəndində anadan olmuşdur. 1937-ci ildən-1954-cü ilə kimi Qazaxıstanda yaşayıb, 1954-cü ildə Az.SSR-ə qayıtmışdır. 1963-cü ildən - Az.SSR Daxili İşlər Nazirliyinin orqanlarında çalışıb . 1989-cu ildən - Az.SSR Daxili İşlər Nazirliyinin Reabilitasiya Komissiyasının üzvü. 1981-1987-ci illərdə Azərbaycan SSR-in, Naxçıvan MSSR-in Daxili İşlər Naziri vəzifələrində çalışıb.
Sadiq dost
Sadiq dost (ing. The Devoted Friend) — görkəmli irland yazıçısı Oskar Vayld tərəfindən yazılmış nağıl.Nağıl ilk dəfə 1888-ci ildə "Xoşbəxt şahzadə və digər nağıllar" antologiyasında nəşr edilib.Antologiyaya "Sadiq dost"dan başqa "Bülbül və qızılgül", "Eqoist nəhəng", "Görkəmli raket" nağılları da daxildir. Bir çox əsərlərin müəllifi Oskar Uayldı ən çox məşhurlaşdıran onun nağıllları olmuşdur. Kiçikhəcmli əsərlərin adi dialoqlarında belə böyük mətləblər ifadə etmək bacarığı, humanizm, ədalətsizliyə və amansızlığa qarşı üsyankarlıq,onları ifşa etmək onun yaradıcılığının əsas məziyyətlərindəndir.Bu məqamda demək olar ki, bu nağılda bədii gülüş aparıcıdır. Əlbəttə ki, bu gülüş ironiya, kinayə olub insanlardan istifadə edən, hər cür əliaçıqlığa, sədaqətə, dostluğa yad olan insanlaradır.
Nadir Hüseynov (Sabir oğlu)
Nadir Sabir oğlu Hüseynov (d. 11 sentyabr 1960, Gəncə) — Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini, diplomat. == Həyatı == 1960-cı il sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur. 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir. 1988–1991-ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı olmuşdur. 1991-ci noyabrın 6-da Kiyev Dövlət Universiteti tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1983–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri vəzifələrində işləmişdir. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998–2010-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olmuşdur. 2002-ci il yanvarın 12-də ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir. 2010-cu noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.