Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sakar
Sakar — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Sakar etrapının inzibati mərkəzi. Yaşayış məntəqəsinin adı etnotoponimdir və burada məskun olan Sakar tayfasının adından yaranmışdır. Qəsəbənin təxminən 1 km qərbindən Türkmənabad – Atamurad avtomobil şossesi keçir, 10 km şimal-şərqində isə Ceyhun çayı axır. Qəsəbə ölkənin paytaxtı Aşqabaddan 700 km, vilayətin inzibati mərkəzi Türkmənabaddan isə 20 km uzaqlıqda yerləşir.
Salar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.
Samar
Samar adası var. Samar (12°03′ şm. e. 125°07′ ş. u.) — Filippin arxipelaqının mərkəzində yerləşir. Adanın sahəsi 12 849,4 km² təşkil edir. Ada ilk dəfə ispaniyalı dənizçi Rui Lopes de Vilyalobos (isp. Ruy López de Villalobos) tərəfindən 1543-cü ildə kəşf edilir. Adanın ən iri şəhəri Kalbayoqdur. Ada inzibati cəhətdən Samar (733,377 nəf), Şimali Samar (589,013 nəf) və Şərqi Samar (428 877 nəf) cilayətlərinə bölünür.
Santr
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Sinar
Sinar (fr. Sinard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38492. Kommunanın 1999-cu il üçün əhalisi 579 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 485 ilə 1005 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 28 km cənubda yerləşir.
Sonar
Sonar (Sound Navigation and Ranging (az: Səs naviqasiyası və dəyişmə)) səs dalğalarından istifadə edərək obyektin ölçüsünü, məsafəsini və digər məlumatlarını görməyə imkan verən cihazdır. Səsin su altında yayılması xüsusiyyətindən istifadə edərək sualtı/suüstü səyahət, xəbərləşmə və digər cisimlərin aşkarlanmasına imkan verən bir texnikadır. Sonar, İngilis dilindəki “Sound Navigation and Ranging” ifadəsinin qısaltmasıdır və səs dalğaları olan bir obyektin məsafəsi, ölçüsü və digər məlumatları haqqında məlumat almaq üçün istifadə olunan alətin adıdır. Sonar sistem əvvəlcə sualtı qayıqlar üçün istehsal edilmişdir. Suyun altında dalğaların yayılmasından istifadə edərək su altında/ üstündə gəzməyi, məsafələr aralığını hesablamağı, xəbərləşməyi və digər cisimlər haqqında məlumat əldə etməyi təmin edən bir texnikadır. Sonarı delfinlər ünsiyyət üçün, yarasalar isə istiqamətlərini tapmaq üçün istifadə edirlər. Sistem aktiv və passiv olaraq ikiyə bölünür. Passiv sonar gəmilərin səsini eşitməkdir; Aktiv sonar atış səsləri yayır və əks-sədaları dinləyir. Bəzi heyvanlar (delfinlər və yarasalar) milyonlarla ildir ünsiyyət və cismin aşkarlanması üçün səslərdən istifadə etsələr də, insanın sudan istifadəsi ilk dəfə 1490-cı ildə Leonardo da Vinçi tərəfindən qeydə alınmışdır. XIX əsrdə mayakları təhlükə barədə xəbərdar etmək üçün bir köməkçi sualtı zəng istifadə edilmişdir.
Anar
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır.
Saar
Saarland (alm. Saarland‎) — Almaniyanın bir əyalətidir. Paytaxtı Saarbrükken şəhəridir. Əyalət Almaniyanın cənub-qərbində yerləşir. Qərbdə və cənubda Fransa ilə, qərbdə Luksemburq ilə, şimalda və şərqdə isə Reynland-Pfalts əyaləti ilə həmsərhəddir. Əyalət öz adını Reyn çayının bir qolu olan Saar çayından götürmüşdür. Ərazisi 2,568.65 km², əhalisi isə təxminən 1 milyon nəfərdir. Saar Almaniyada ən kiçik əyalətlərdən biridir, ərazisinə görə 4-cü, əhalisinə görə isə 2-ci ən kiçik əyalətdir. 20-ci əsrdə müxtəlif illərdə Fransanın tərkibində olsa da, yenidən Almaniyaya birləşdirilmişdir.
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtıdır. Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
El Sadar
Estadio Reyno də Navarra İspaniyanın Pamplona şəhərində 1969-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın CA Osasuna komandasının matçlarını oynadığı stadion, 23.576 tamaşaçı tutumuna malikdir.
Janar Duqalova
Canar Asılbəy qızı Duğalova (qaz. Жанар Дұғалова; a.o. 18 yanvar 1987, Qızılorda) — Qazaxıstan pop müğənnisi və aktrisası. 2015-ci ildən Qazaxıstanın əməkdar artistidir. 2014 Türkviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur. KeşYou qazax qadın pop-qrupunun keçmiş ifaçısı olmuşdur. Canar Duğalova 18 yanvar 1987-ci ildə Qazaxıstanın Qızılorda şəhərində anadan olmuşdur. 3 il Tallində yaşamış, sonra isə yenidən vətənə qayıtmışdır. Yaşlı anasının təkidi ilə Canar 5 il pionerlərin yerli Saray estrada studiyasında fəailiyyət göstərmişdir. 6 yaşı olarkən Canar "Ənşi balaban" vilayət vokal müsabiqəsini qalibi olmuşdur.
Kanar Adaları
Kanar adaları — Mərakeşin qərbində İspaniyaya bağlı, Atlantik okeanında iştirak edən arxipelaq. Vulkan məşəlli arxipelaqdır. Afrika qitəsinin 100 km qərbində iştirak edər. Əhalisi 1.438.686 (1986), sahəsi 7.273 km²-dir. Kanar adaları rəhbərlik baxımından iki İspan eli arasında paylaşılar: Santa Kruz de Tenerife və Las Palmas. Tenerife, Böyük Kanar, Fuerteventura, Lanzarote, La Palma, La Gomera və El Hierro olmaq üzrə başlıca 7 ada ilə bir neçə kiçik adacıqdan meydana gələr. Köhnə çağda Hesperides, Roma dövründə Fortunatae adlarıyla xatırlanan adalar 1402 də Jean da Bethencourt tərəfindən fəth edildi. Portuqaliyalılar ilə İspanlar arasındakı çəkişmələrə mövzu olan ada 1479 da Alçaçova Andlaşmasıyla İspanlara keçdi. Buna qarşı qiyam qaldıran adanın yerli xalqı Guancheler İspanlarca qətl edildi. 1902də Afrika xalqlarının dəstəyində İspanlara qarşı başlayan qiyam da qanlı bir şəkildə basdırıldı.
Kanar cərəyanı
Kanar cərəyanı— Şimali Atlantik sprilvari hərəkətinin bir hissəsi olub, soyuq okean cərəyanıdır. Bu cərəyanın şərq sərhədləri Şimali Atlantik cərəyanının cənubundan keçir və cənub-qərbə doğru Seneqala qədər axır, sonra Atlantik Şimali Ekvatorial əks cərəyanına birləşir. Cərəyan adı Kanar adalarının adıyla adlandırılmışdır. Arxipelaq Kanar cərəyanının hərəkətını qismən əngəlləyir (Gyori, 2007). Bu geniş və yavaş hərəkət edən cərəyanın Mərakeşin qərb sahilləri boyunca erkən Fenikiya naviqasiyasında və məskunlaşmada istifadə edildiyi düşünülür. Antik Fenikelilər yalnız bu cərəyan zona daxilində bir çox balıqçılığı istismar etməklə kifayətlənmədilər, eyni zamanda dəniz gastropod murex növündən Tyrian bənövşəyi boya çıxarmaq üçün bugünkü Essaouira şəhərində olan Iles Purpuraires-də bir zavod qurdular. Kanar adaları Folklend cərəyanı Braziliya cərəyanı Labrador cərəyanı Ansa-Emmin, M. (1982) Fisheries in the CINECA region. Rapp. P.-v. Reun.
Kanar finiki
Kanar adalarıdr.Bu növ Aralıq dənizyanı ölkələrin quru subtropik bölgələrində, Şimali Afrikada da geniş yayılmışdır. Təbiətdə bitkinin hündürlüyü təxminən 10–15 m-ə çatır. Yarpaqları kənarlara yayılmış, ensiz lələkvari, iridir , uzunluğu 30- 200 sm-ə çatan, bir az əyilmiş, göyümtül-yaşıl rənglidir.Yaşlı nüsxələrinin yarpaqlarının sayı 50-yə çatır, ikievlidir. Uzunluğu 1-2 sm olan saplaqları möhkəm iynələrlə örtülmüşdür.Toxumla çoxaldılır. Rütubətsevəndir.Quraqlıqda yarpaqların ucları qonurlaşır. Azərbaycanın rütubətli subtropik zonalarında, xüsusilə Abşeron , Lənkəran, Astara bölgəsində palmanın bu növü mədəni şəraitdə becərilir. Mərdəkan dendrarisində həm erkək, həm də dişi nüsxələri vardır. Bu növ il ərzində dekorativ görünüşlü olur. Meyvələri təzə halda qidad istifadə edilir.Tərkibində 70%-ə qədər şəkər vardır.Cavan bitkilər hər il, 5 yaşından yuxarı bitkilər isə lazım olduqda köçürülür. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Kanar çəkçəkisi
Kanar çəkçəkisi (lat. Saxicola dacotiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Kanar şamı
Vətəni Kanar arxipelaqı adalarıdır. Dekorativ ağacdır. Dünyanın digər şamlarından iynələrinin uzunluğu və yarpaq qoltuğunda 2 deyil, 3 iynəyarpağın olması ilə fərqlənir. Hündürlüyü 25 m-ə çatır. Düzdayanan budaqlı gövdəsi sarıdır, qabığının üzərində çatlar var. Parlaq, yaşıl iynəyarpaqlarının uzunluğu 30 sm-dir. Qozalar ovaldır. Tüzböyüyən və quraqlığadavamlı ağac növüdür. Kanar şamının oduncağı çox möhkəm və odadavamlıdır, ona görə qiymətli inşaat və bəzək materialıdır. Bu ağacın oduncağından düzəldilən eyvanlar çürümür və yanğına davamlıdır.
Mikayıl Yanar
Mikayıl Yanar (Rəhimov Mikayıl Binnət oğlu; 15 may 1938, Qovlar, Tovuz rayonu) — Azərbaycan Yazıçılar Birliyinin (2000), Azərbaycan Jurnalistlər Birliyinin (1986) üzvü, şair-publisist. Rəhimov Mikayıl Binnət oğlu 1938-ci il mayın 15-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Burada yeddiillik, Samux rayonunun Qarayeri qəsəbəsində onillik məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1958-1959). Xanlar Pedaqoji Texnikumunda təhsil almışdır (1959-1961). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır (1966-1972). 1977-1979-cu illərdə Azərbaycan KP MK-nın Kirovabad şəhərindəki marksizm-leninizm universitetinin təbliğatçı fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Şabran (keçmiş Dəvəçi), Abşeron rayonlarının Gəndob orta ümümtəhsil məktəbində müəllim, Surra, Baş Əmirxanlı, Padar kənd ibtidai məktəblərində məktəb müdiri kimi başlamışdır (1961-1964). Samux rayonunun Qarayeri qəsəbə orta məktəbində müəllim işləmişdir (1964-1973). "Gəncənin səsi" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1992). Gəncə şəhər 7 saylı orta ümumtəhsil məktəbində mü-əllim (1992-2011), Nizami Ev Muzeyində fond müdiri vəzifəsində işləmişdir (1992-1999).
Nejdət Sançar
Nejdət Sançar (d. 1910, 1 may, İstanbul - ö. 1975, 22 fevral, İstanbul) — məşhur Türkçü və Turançı, Hüseyn Nihal Atsızın kiçik qardaşı, maarifçi və yazardır. Hüseyn Nihal Atsızla soyadının fərqli olmasının səbəbi isə soyad qanununun qüvvəyə mindiyi zaman bir-birləri ilə əlaqələrinin olmamasıdır. Nejdət Sançar İstanbul Universiteti Ədəbiyyat fakultəsi məzunudur. Əsgərlikdən sonra Sivas Müəllim okuluna ədəbiyyat müəllimi olaraq təyin edilmiş, yalnız o dövrün Milli Eğitim Bakanı Hasan Ali Yüceli qarşılama törəninə qatılmadığı əsas götürülərək bu vəzifədən alınmış və Balikesir Lisesinə göndərilmişdir. Balikesir Lisəsində işinə davam edərkən Türkçülük-Turançılıq adı altında 1944-cü ilin may ayında başlayan və Hüseyn Nihal Atsız, Alparslan Türkeş, Ankara Konservatoriyasının direktoru Orhan Şaik Gökyay, Hikmet Tanyu, Türk tarixi Professoru Zeki Validi Toqan, Reha Oğuz Türkkan gibi Türkçülərin də olduğu dava da tutulmuş və Sıkıyönətim Məhkəməsində olan məhkəmələr sonrası 14 ay həbsə məhkum edilmişdir.Əsgəri Məhkəmə Türkçülər haqqındakı qərarı ləğv etmiş, yəni Nejdət Sançar o zamanlar ‘Tabutluq’ deyilən hücrədə 14 ay boşuna yatmışdı. Nejdət Sançar 1960-ci ildə oğlu Afşını 16 yaşında itirdikdən sonra ifliç oldu. Afşın üçün 1962-ci ildə Yeni İstanbul qəzetində "Türk Gənçliyi Necə Olmalıdır?" başlıqlı mükafatlı yarışma təşkil olunur. Bu daha sonrakı iki ili də davam edir.
Prad-Salar
Prad-Salar (fr. Prades-Salars, oks. Pradas de Salars) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12188. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 283 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 168 nəfər arasında (15-64 yaş) 120 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə bu 69.6%).
Sahar TV
Səhər Televiziyası və ya qısaca Səhər TV (fars. شبکه سحر‎; ing. SAHAR TV) — İranın 6 dildə yayımlanan telekanalı. İran İslam Respublikasının Televiziya-yayım Şurasında (IRIB) iki telekanal ilə qeydiyyatdan keçib (Sahar TV 1, Sahar TV 2). Kanal 6 dildə, o cümlədən Azərbaycan dilində də yayımlanır. Azərbaycan dilindən başqa İngilis, Fransız, Kürd, Bosniya, Fars dillərində də vaxt ardıcıllığı ilə yayımlanır. Səhər Televiziyasının Azərbaycan redaksiyası 1992-ci ildən fəaliyyət göstərir. İranda yaşayan azərbaycanlılar və digər azərbaycandilli əhali üçün yaradılıb.
Sakar etrapı
Sakar etrapı (türkm. Sakar etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Sakar qəsəbəsidir.
Salar Aslanov
Salar dili
Salarca yayğın olduğu bölgənin ətrafında olan böyük Türk dillərindən fərqli olaraq Uyğur qrupuna deyil Oğuz qrupuna aiddir. Danışılan iki ayrı ləhcəsi vardır (Ciezi və Menqda) .
Salmo salar
Atlantik qızılbalığı (lat. Salmo salar) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Ömürünün çoxunu Atlantik okeanında keçirər. Yalnız çoxalma zamanı Avropanın və Şimali Amerikanın çaylarına girər və dağların ətəklərində olan qaynaqlarına qədər köç edər. Bu səfərin sonunda cütləşib yumurtlayar və təkrar geri dönər. Amma bu köç və cütləşmə işi çox yorucudur, və köç əsnasında yemək yeməzlər. Buna görə çoxu dənizə dönə bilmədən ölər. Ayrıca şirin su da daha tez xəstəliklərə qapıla bilərlər. Dənizə dönməyə bacaranların qapdığı mikrobları dəniz suyunun duzu öldürər.
Semih Sancar
Səmih Sancar (7 mart 1911 – 8 dekabr 1984, İstanbul) — Türk əsgəri. Türkiyə Silahlı Qüvvələrinin 16-cı Baş Qərargah rəisi. 1930-cu ildə Kuleli Hərbi liseyini,1932-ci ildə Hərbi Akademiyanı topçu müdavim rütbəsi ilə bitirmişdir. 1934-cü ildə Topçu Sinfi məktəbini bitirmişdir. 1939-cu ilədək müxtəlif artilleriya birliklərində batareya komandiri vəzifəsini icra etmişdir. 1939-cu ildə daxil olduğu Hərbi Akademiyanı 1942-ci ildə bitirib müdavim oldu. 1960-cı ilə qədər müxtəlif qərargah və birliklərin komandanlığı vəzifəsini icra etmişdir. 1960-cı ildə briqada generalı, 1963-cü ildə general-mayor, 1964-cü ildə general-leytenant və 1969-cu ildə ordu generalı rütbəsinə yüksəlmişdir. briqada generalı rütbəsi ilə 4-cü Diviziya komandanı,Baş Qərargah heyəti rəisi və Baş Qərargah əməliyyat rəisi,general-mayor rütbəsi olan Hərbi Akademiyalar komandiri müavini,5-ci Korpus komandirinin müavini və Quru qüvvələri Əməliyyatları baş qərargah başçısının müavini,general-leytenant rütbəsi ilə Quru Qoşunları Təhsil Korpusu komandiri və 9-cu Korpus komandiri vəzifələrini icra etdi. 29 avqust 1969–29 avqust 1970-ci tarixləri arasında jandarma baş komandanlığı və bu tarixdən sonra 28 avqust 1972-ci ilədək 2-ci Ordu komandiri vəzifələrini icra etdi.
Şanas
Şanas (fr. Chanas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38072. Kommunanın 1999-cu il üçün əhalisi 1931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 142 ilə 223 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub, Qrenobldan 75 km qərbdə yerləşir.
Şanlar
Şanlar və ya şan xalqı — Cənub-Şərqi Asiyada yaşayan etnik qrupdur. Şanlar, əsasən, Birmanın (Myanma) Şan əyalətində yaşayırlar. Eyni zamanda Mandalay regionunun Kaçin və Kayin əyalətlərinin bir hissəsində və Çinin qonşu bölgələrində (Day xalqı), Laosun Assam regionunda (Ahom xalqı) və Taylandda da yaşayırlar. 1935-ci ildən bəri Myanmada etibarlı siyahıyaalma aparılmasa da, şanların sayının 4-6 milyon olduğu təxmin edilir. "Şan" Myanmanın içərisindəki bütün Tay etnik mənşəli insanlar üçün ümumi bir termindir. Şan əyalətinin paytaxtı təxminən 390.000 nəfər əhalisi olan, Myanmanın beşinci böyük şəhəri Tauncidir. Digər böyük şəhərlərə Hsipav, Laşio, Kenqtunq və Taçileik daxildir. Şan xalqının əsas qrupları bunlardır: Tay Yay və Şan Proper - bu günədək şan xalqının tay dilində bildiyi ən böyük qrup Tay Lü - ənənəvi əraziləri Sişuanqbanna (Çin) və şərqi əyalətlər Tay Xuen və ya Tay Xün - Tay Yayın Kenqtunq bölgəsində əksəriyyəti təşkil edən alt qrupu. Kenqtunq rayonunun keçmiş hakim ailəsi bu qrupa aid idi.
Şapar
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Şasnar
Şasnar (fr. Chassenard) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03063. 2008-ci ildə əhalinin sayı 935 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 611 nəfər (15-64 yaş) arasında 466 nəfər iqtisadi cəhətdən, 145 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.3%, 1999-cu ildə 70.1%). Fəal olan 466 nəfərdən 434 nəfər (231 nəfər və 203 qadın), 32 nəfər işsiz (12 kişi və 20 qadın) idi. Aktiv olmayan 145 nəfər arasında 32 nəfər şagird və ya tələbə, 77 nəfər pensiyaçı, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Erken-Şaxar
Erken-Şaxar (abq. Эркин-ШахӀар, kab.-çərk. Эркен-Шахер, Эркен-Щыхьэр, Эркен-Щэхьэр, qaraç.-balk. Эркин-Шахар, noq. Эркин-Шахар ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Noqay rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. Qəsəbə Noqay rayonunun şərq hissəsində, Kuban çayının sol sahilində, Kiçik Zelençuk çayının ona töküldüyü yerdən bir qədər yuxarıda yerləışir. Çerkesskdən 18–20 km şimal-qərbdə və Nevinnomıssk şəhərindən 31 km cənubda yerləşir. Qəsəbədə Nevinnomısskaya stansiyası vardır. Bu stansiya Nevinnomıssk-Cequta yolu üzərində yerləşir.
Kiçik Şantar
Kiçik Şantar — Şantar adaları qrupuna daxil olan üçüncü böyük ada. Böyük Şantar adasından 8 km aralıda qərarlaşır. Şimaldan cənuba uzanır və balığa bəngər quruluşa malikdir. Adanın sahəsi 100 km², uzunluğu 19 km, eni isə 1,5–6 km arasında dəyişir. Materikdən Lindholm boğazı, Beliçi adası adasından isə Opasnı boğazı ilə ayrıllr. Adanın şimal nöqtəsi Uspeniya burnu, cənub nöqtəsi isə Qaykovski burnudur. Bütünlüklə tayqa meşələri ilə örtülüdür. 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.