SANAT

sənət
SAMİMİYET
SANATKAR
OBASTAN VİKİ
Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası
Gülüş sanatoriyası (film, 1989)
== Məzmun == Gülüş hər dərdin dərmanıdır. Televiziya operettasında xəstəlikləri gülüşlə müalicə edən sanatoriya işçilərinin başlarına gələn gülməli əhvalatlardan bəhs edilir.
Naftalan sanatoriyası
== İqlimi və coğrafi mövqeyi == Naftalan kurortu Bakıdan 338 kilometr qərbdə yerləşir. Naftalan kurortu Qafqaz sıra dağlarının ətəyində, dəniz səviyyəsindən 220 – 250 metr yüksəklikdə qərar tutmuşdur. Kurortun iqlimi mülayim – tropikdir. Orta illik temperatur müsbət +14 dərəcə Selsidir. Yağıntılar az miqdarda olub, ildə 100 – 250 millimetr təşkil edir. Az küləklidir. Küləklər əsasən musson xarakterli şimal – qərb küləkləridir. Kurort insan əli ilə salınmış, əsasən şam ağaclarından ibarət meşə parkda yerləşmişdir. Bunun nəticəsində kurortun havası təmizdir. "Naftalan Sanatoriyası" – nın tərkibində 3050 yerlik sanatoriya kompleksi tikilsə də , bunun 2000 – dən çox yerində məcburi köçkünlər yerləşmişdir Şəfa mənbəyi kimi Naftalan nefti Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir.
Sanatoriya
Sanatoriya (lat. sano "sağaldıram, şəfa verirəm") — sağalma və ya xəstəliklərin profilaktikası üçün iqlim, mineral su, şəfaverici palçıq, dəniz vannası, idman, fizioterapiya və dietik yeməklərdən istifadə edilən sağlamlıq-profilaktik müəssisələri. Sanatoriyalar təşkil olunacaq necə kurortlarda, həm də onlardan kənar, əlverişli iqlimlə, landşaftla yerlərdə (şəhərətrafı zonalar) və sanitardır – gigiyenik şərait (şərtlər) (yerli sanatoriyalar). İşləyənlər üçün sənaye müəssisələrinə yaxın sanatoriyalar təşkil olunacaq – profilaktorilər.
Sanatruk
Sanatruk (v. 338, Ermənistan) — 298–338-ci illərdə Paytakaran hökmdarı, bəlkə də Qafqaz Albaniyasının çarı. == Xristianlığa qarşı mübarizəsi == Sanatruk Albaniyaya xristianlığı yaymaq üçün göndərilmiş əslən parfiyalı erməni din xadimi Müqəddəs Qriqorisi və onun yerli sakinlərdən xristian dininə cəlb edə bildiyi şəxsləri edam etdirdikdən sonra, alban feodalları ilə birgə 337-ci ildə Erməni çarlığına hücum etmiş və ölkənin paytaxtı Valarşapatı bir il əlində saxlamışdır. Romalıların köməyinə arxalanan ermənilər bir il sonra əks hücuma keçmiş və Sanatruku Erməni çarlığından çıxara bilmişlər. Döyüşlərin birində Sanatruk həlak olmuşdur. == Tarixşünaşlıqda yeri == Baxmayaraq ki Musa Kalankatlının təqdim etdiyi Alban Arşakilərinə aid siyahıda Sanatrukun adı yoxdur, bir çox tədqiqatçılara görə Alban Arşakilərinin əsasını məhz o qoymuşdur. F. C. Məmmədova və Z. M. Bünyadova görə Sanatruk Şimal xalqlarının Ermənistana basqını ilə bağlı olan tarixi şəxsiyyətdir. Mənbələrdə onu Sanesan və Sanatruk adlandırırlar. Sanatrukun adı ilk dəfə Maarifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisin adı ilə, onun Albaniyada, İberiyada və Maskutlar ölkəsində missioner fəaliyyəti ilə əlaqədar olaraq çəkilir.
İstisu sanatoriyası
İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzi. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutqun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib. == Haqqında == İstisu kurortu Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub.