Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Simarə İmanova
Simarə Cəmaləddin qızı İmanova (1975, Əliqullar, İmişli rayonu) — Qran-Pri mükafatçısı, xanəndə, Azərbaycan Respublikasının Xalq artisti (14 sentyabr 2012). 1975-ci ildə İmişli rayonunun Əliqullar kəndində anadan olmuşdur. 1994-cü ildə A.Zeynallı adına musiqi texnikumuna, xalq artisti Ağaxan Abdullayevin sinfinə daxil olmuşdur. 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" festivalında, 46 ölkə müsiqiçiləri arasında ən ali mükafat olan "Qran-Pri" yə layiq görülmüşdür. Festivaldan qayıtdıqdan sonra dahi öndərimiz Heydər Əliyev tərəfindən (1997-ci il) Əməkdar artist fəxri adına layiq görülmüşdür. Milli opera səhnəsində ən gənc Leyli obrazını canlandırmışdır. 1998-ci ilin martın 8-də "İlin qadını" mükafatına layiq görülmüşdür. Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr pillələrini bitirib, hal-hazırda həmin universitetdə müəllim işləyir. Bir çox xarici ölkələrdə, Fransa, ABŞ, Hollandiya, Cənubi Koreya, Özbəkistan, Gürcüstan, Rusiya, İran, Türkiyə, Almaniya və s. Ölkələrdə milli musiqimizi uğurla təmsil etmişdir.
Səmayə Musayeva
Musayeva Səmayə Məmməd qızı (1 noyabr 1944, Qax rayonu) — Azərbaycan aktrisası. Musayeva Səmayə Məmməd qızı 1 noyabr 1944-cü ildə Qax rayonunda anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnistutunun «Musiqili-komediya aktyorluğu» fakultəsini bitirmişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əmək fəaliyyətinə başlamışdır. Bir çox televiziya tamaşalarına və kino-filimlərə çəkilmişdir. Teatrda işlədiyi müddət ərzində Fikrət Əmirov «Gözün aydın»da Gülər, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Milyonçunun dilənçi oğlu»nda Rəqs müəllimi, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Ballı, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Gülxanım, Süleyman Ələsgərovun, İsi Məlikzadə «Hərənin öz ulduzu»nda Xurma, Səid Rüstəmov, Süleyman Rüstəm «Durna»da Lalə, Nisə, Zülfüqar Hacıbəyov «50 yaşında cavan»da Mələk, Süleyman Ələsgərov, Şıxəli Qurbanov “Özümüz bilərik”Səlimə, Səid Rütəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin»də Səlbi, Şəfiqə Axundova, Novruz Gəncəli “Ev bizim sir bizim” Mələk, Emin Sabitoğlu, Sabit Rəhman “Hicran” Fatı (ikinci qruluş 1993), Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Nənəmin şahlıq quşu” Güllü, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Ceyran, Ramiz Mustafayev «Volqalı canan»da Təşəkkür, Zakir Bağırov, Şamxal Məcidov “Qaynana”da Mülayim, Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Boşanaq evlənərik” Zeynəb, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə»də Ruqiyə, V. Dolidze, A. Saqarelli “Xanuma” Nənə kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. 2000-ci ildə «Əməkdar artist» fəxri adını almışdır. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səmayə Piriyeva
Səmayə Piriyeva (tam adı: Səmayə Aslan qızı Piriyeva; 17 iyun 1945, Qazıməmməd) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü; Sabirabad rayonunun İcra Hakimiyyətinin başçısı (1999–2000). Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Səmayə Piriyevanın bir övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Səmayə Piriyeva Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1.1 il sonra isə o, Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilib.
Səmayə Quliyeva
Səmayə Əli qızı Quliyeva — Sovet Azərbaycan patofizioloqu, tibb elmləri doktoru, professoru, Azərbaycan SSR əməkdar həkimi. Səmayə Quliyeva 1 iyun 1927-ci ildə Bakı, Azərbaycanda doğulmuşdur. Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun patofiziologiya kafedrasının müdiri olaraq çalışmışdır. Tədqiqatı, əsasən, allergiyaya, eksperimental onkologiyaya və Naftalan nefti probleminə həsr olunmuşdur. Respublika Patofizioloqlar Cəmiyyətinin sədri də olmuşdur.
Səmayə Sadıqova
Səmayə Seyfulla qızı Sadıqova — aktrisa. Səmayə Sadıqova M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. 1955-ci ildən 1977-ci ilə kimi bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. 1995-2000-ci illərdə S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərir. Sumqayıt Dram Teatrında çalışdığı illərdə ona "Əməkdə fərqlənmə"yə görə medalı və Azərbaycan SSR Əməkdar artisti fəxri adı verilmişdir. 1993-cü ildə Aqşın Babayevin "Oğul" tamaşasında yaratdığı Ana obrazına görə ilin ən yaxşı aktrisası olub, Teatr Xadimlər ittifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Səmayə Əliyeva
Səmayə Əliyeva (1934 və ya 1937, Tütəpeştə, Lənkəran rayonu – 18 oktyabr 2013, Lənkəran) — Sosialist Əməyi Qəhrəmanı (1966); Azərbaycan prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). Səmayə Dadaş qızı Əliyeva 1934-cü ildə Lənkəranın Tütəpeştə kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Rayondakı Dövlət Maşın Sınaq Stansiyasında manqa başçısı, briqadir və sahə aqronomu vəzifələrində çalışmışdır. 1966-cı ildə çaybecərmə sahəsində göstərdiyi yüksək nəticələrə görə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Bir neçə çağırış SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Dəfələrlə ÜLKGİ və Azərbaycan Kommunist Partiyası qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü olub. Səmayə Əliyeva 2002-ci ildən Azərbaycan prezidentinin fərdi təqaüdçüsü idi. 2013-cü ilin oktyabr ayında Lənkəranda vəfat etmişdir.
Simane tayfası
Simane tayfası Bu tayfa dünyada ən sağlam ürək-damar sisteminə malik xalq Boliviyanın cəngəlliklərində yaşayır. Müayinəsi aparılmış yaşı 40-94 olan 705 simane hindusunun 90%-nin damarlarında xolesterin qalıqları aşkar olunmamış, ürək-damar sistemi xəstəliklərinin riski yalnız yaşı 75-dən yuxarı olan əhalinin 8%-də qeydə alınmışdır. Tayfa nümayəndələrində hipertoniya, sürətləndirilmiş nəbz, qanda şəkərin və xolesterinin yüksək miqdarı çox az halda müşahidə olunur. 13 min nümayəndədən ibarət tayfanın əhalisi 85 xırda kəndlərdə yerləşmişdir. Simane tayfası əhalisinin ürək-damar sisteminin yaxşı vəziyyətdə olması, tədqiqatçıların fikrincə, onların yaşam tərzi və qidalanmaları ilə bağlıdır. Burada kişilər gündə 6-7 saat, qadınlar isə 4-6 saat fiziki işlərlə - ovçuluq, balıq tutma, qida məhsullarının toplanması - məşğul olurlar. Onların qidası mürəkkəb karbohidratlardan - düyü, plantan (bananların şirnisiz tərəvəz növü), qarğıdalı, qoz və meyvələrdən ibarətdir. Ət zülalları və yağlar rasionun 14-15%-ni təşkil edir. Tütünün nə olması barədə onlarda məlumat yoxdur, arabir maniokadan pivə düzəldilib içilir.
Şimane prefekturası
Şimane prefekturası — Yaponiyanın Çuqoku regionunda prefektura. Ərazisi 6 707 kvadrat kilometr, əhalisi 716 000 nəfərdir. İnzibati mərkəzi Masue şəhəridir.
Dirayə
Dirayə hədisin sənədi, mətni, təriqi - istər səhih ola istərsədə əlil və həmçinin məqbulu mərduddan ayırmaq üçün ehtiyac duyulanlardan bəhs edən elmdir. Şeyx Bəhauddin Amili "əl-Vəcizə" kitabında dirayə elminə bu cür tərif vermişdir: "Dirayə hədisin sənədi, mətni, necə təhəmmül olunması və nəql olunma ədəblərindən bəhs edən elmdir. Ayətullah Cəfər Subhani Dirayə elmini bu cür tərif etmişdir: Dirayə hədisə sənəd və ya mətn baxımından ariz olan hallardan bəhs edən elmdir. Sənəd dedikdə ayrı-ayrı ravilər deyil, hədisin tam təriqi (ravilər məcmusu) nəzərdə tutulur. Raviləri ayrı-ayrıliqda, məfəssəl şəkildə araşdırmaq isə "rical" elminin öhdəsinə düşür. Yuxarıda deyilənlərə aydınlıq gətirək: Hədisin təriqinə ariz olan hallara nümunə: Əgər deyilsə ki, hədisin raviləri siqa və imamilərdir hədis səhihdir. Hədisin ravilərinin hamısı siqa lakin qeyri-imamilər olarsa və yaxud yalnız biri qeyri-imami olarsa hədis müvəssəq hesab olunur. Ravilər imami məmduh olarlarsa həsən, olmazlarsa hədis zəif hesab olunur. Buradan da rical elmi ilə dirayə elminin fərqi aydın olur. Rical elmində hədisin raviləri ayrılıqda, müfəssəl şəkildə, dirayə elmində isə hədisin sənədi bütövlükdə nəzərdən keçirilir.
Kinayə
Kinayə — komizm üsullarından biri, fikrin ifadəsi üçün sözün, ifadənin, cümlənin əks mənada işlədilməsi. Ərəb sözü olub, "dolayı yolla məna ifadə edən söz; tənə ilə söylənən söz" mənasında işlənir. Fikrin ifadə tərzinin onun daxili mənasına qarşı qoyulması kinayə adlanır. Kinayənin əsas xüsusiyyəti odur ki, söz, ifadə iki mənada başa düşülə bilir, lakin müstəqim məna deyil, əks, neqativ məna əsas götürülür. Əsas məna ilə əks məna arasında ziddiyyət nə qədər kəskin olarsa, kinayə də o qədər güclü olur. Kinayə gülüş yaratma üsullarından biri kimi, həm yumora, həm də satiraya xidmət edir, lakin daha çox satirik xarakter daşıyır. Kinayədən komizm üsulu kimi istifadə tarixi çox qədimdir. Hələ vaxtilə "Mən onu bilirəm ki, heç nə bilmirəm" deyən qədim yunan filosofu Sokrat kinayəli nitqdən geniş istifadə etmişdir. Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və başqalarının yaradıcılığında fikrin kinayəli ifadəsi mühüm yer tutur. Kinayədə, adətən, mənfi bir cəhət müsbət görünüşlə təqdim olunur.
Siminə
Siminə (tarixi adı Qaramusalı)(fars. سیمینه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanının Siminə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957 nəfər və 188 ailədən ibarət idi. Şəhərin tarixi adı olan Qaramusalı, şəhərin Tatavuçay (farsca adı Siminərud) çayının sağ sahilində yerləşdiyinə görə Siminə olaraq dəyişdirilmişdir. Şəhər Tatavuçayın sağ sahilində, dəniz səviyyəsindən 1309 metr yüksəklikdə, Qərbi Azərbaycan ostanının inzibati mərkəzi olan Urmiya şəhərindən 129 kilometr cənub-şərq məsafədə yerləşir.
Sövmayə
Sövməə (Çaroymaq)
Sərmayə
İqtisadiyyat elmində mal çıxarmaq üçün istifadə qurğu, fabrik kimi fiziki vasitələrdir. İqtisadiyyat elmindəki sərmayə anlayışı ilə maliyyə elmindəki sərmayə fərqlidir. Maliyyədə, sərmayə anlayışı, fiziki sərmayə üzərindəki mülkiyyət haqqını ifadə edər. Pula çevrilə bilən bon, səhm kimi dəyərlər də sərmayə olaraq qəbul edilir. 1. gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslar; 2. istehsal vasitələri formasında hər hansı bir işə qoyulan fəaliyyətdə olan mənbə; 3. izafi dəyər, gətirən dəyər öz-özünə artan dəyərdir; 4. investorun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivində öhdəliklər çıxılmaqla, pul ifadəsində payı; 5. fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu; 6.
Kifayə hərəkatı
Kifayə (ərəb. كفاية‎, [keˈfæːjæ]) — tam adı (ərəb. الحركة المصرية من أجل التغيير‎‎) Misir Ərəb Respublikasında siyasi partiya.
Minayə Azaflı
Minayə Azaflı (Zeynaova Minayə Mikayıl qızı; d. 1952, Azaflı kəndi, Tovuz rayonu, Azərbaycan) — Azərbaycan aşığı. Zeynalova Minayə Mikayıl qızı (Dilarə Azaflı) 1952-ci ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 2000-ci ildə isə Yenidən Hazırlanma Bakı Baş İnstitutunda təhsilini davam etdirmiş, psixoloq ixtisasına yiyələnmışdir. Hazırda filoloq-psixoloq kimi fəaliyyət göstərir. Ailəlidir, dörd övladı var. İlk şeirləri dördüncü sinifdə oxuyanda "Azərbaycan pioneri" qəzetində çap olunub. "Aşıq Pəri" şeirlər kitabında şeirləri nəşr olunub. Bir çox televiziya verilişlərində çıxışları olub.
Minayə Əkbərova
Minayə Əkbərova (19 iyul 2001, Ağcabədi) — Azərbaycanı təmsil edən taekvondoçu. Minayə Tapdıq qızı Əkbərova 2001-ci il iyulun 19-da Ağcabədi şəhərində anadan olub. Minayə Əkbərova beynəlxalq səviyyə birinci uğuruna 2014-cü ildə Lommel şəhərində baş tutan yeniyetmələr arasında "Belgian Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsidə Çexiya nümayəndəsi Sara Xattibovanı 8:4, final görüşündə isə Xorvatiya təmsilçisi Lara Peteni 5:4 hesabı ilə məğlub edən Minayə Əkbərova, "Belgian Open" beynəlxalq turnirinin qalibi oldu. Daha sonra o, Avstriyada baş tutan "Austrian Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsidə İtaliya nümayəndəsi Sofiya Zampettiyə 11:10 hesabı ilə qalib gələn Minayə Əkbərova, final görüşündə Çexiya təmsilçisi Sara Xattibovaya 0:4 hesabı ilə məğlub oldu və "Austrian Open" beynəlxalq turnirinin gümüş medalına oldu. 2014-cü ilin əsas turniri iyulda Azərbaycanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində ABŞ nümayəndəsi Ashleigh Rose Oganı 4:2, 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Şayanne Sarsozanı 5:2, 1/2 final mərhələsində isə Rusiya nümayəndəsi Yelizaveta Rojinanı 5:2 hesabları ilə məğlub edən Minayə Əkbərova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, İran təmsilçisi Mahla Momenzadəyə 1:6 hesabı ilə məğlub oldu və yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Minayə Əkbərova 2014-cü ilin noyabrda Antalya şəhərində baş tutan yeniyetmələr arasında Klublararası Avropa Çempionatında çıxış elədi.
Sibay
Sibay — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Simgə
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.
Minayə Əliyeva
Minayə Əlisahib qızı Əliyeva (14 noyabr 1943, Sabirabad rayonu) — azərbaycanlı dövlət və siyasi xadim Azərbaycan Milli Məclisinin I çağırış üzvü. Minayə Əliyeva 1943-cü il noyabrın 14-də Sabirabad rayonunda anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Minayə Əliyeva ailəlidir, 2 övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində 82 nömrəli Sabirabad dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Minayə Əliyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Minayə Əliyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Müharibənin siması
"Müharibənin siması" (isp. La Cara de la Guerra) — ispan rəssamı Salvador Dalinin 1940-cı ildə çəkilmiş rəsm əsəri. Rotterdam şəhərində yerləşən Boymans Van Böningen muzeyində saxlanılır. Rəsm əsəri rəssamın səkkiz il yaşadığı və ümumdünya şöhrətinin zirvəsinə çatdığı ABŞ-də çəkilmişdir. Əsərin süjeti qeyri-adi dərəcədə vahid istiqamətə malikdir. Dali burada "böhranlı paranoid üslubu"ndan daha çox simvolizmin vasitələrini qabardır. Kətan üzərində fısıldayan ilanlarla əhatə olunmuş, kəllə sümüyünə bənzər baş təsvir edilmişdir. Göz və ağız boşluğu da daxil olmaqla, başın hər üç dəliyində kəllə yerləşdirilmiş və onların da içi kəllələrlə işlənmişdir. Buna görə də baş "saysız-hesabsız ölümlə doldurulmuşdur". Əsərin aşağı sağ tərəfində Salvador Dalinin əl izini görmək mümkündür.
Simiya adası
Simiya adası (ing. Shemya; aleut. Самияҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. 2000-ci il məlumatına görə adada 27 nəfər yaşayır. Adanın sahəsi 15,289 km²-dir. Ada Ankoricdən 1900 km aralıda yerləşir. Ada 4,49 km uzunluğa və 6,95 km enə malikdir. Vitus Berinq tərəfindən 1741-ci ildə xristian tarixində müqədəs sayılan günə əsasən adlandırılır. 1762-ci ildə ada sahillərinə yaxın ərazidə ruslara aid gəmi qəzaya uğrayır.
Sitarə Rəhimova
Sitarə Cavanşir qızı Rəhimova (21 mart 1945, Tbilisi – 5 mart 2010, Bakı) — Azərbaycan tətbiqi incəsənət ustası. Sitarə Rəhimova 21 mart 1945-ci ildə Tbilisi şəhərində dünyaya gəlmiş, 1950-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, erkən yaşlarından təsviri incəsənət və muncuqla işləmələrə maraq göstərmiş, əBakıdakı muzeylərdən birində gördüyü Azərbaycan şairəsi Xurşidbanu Natəvanın işlərindən təsirlənmiş və incəsənət sahəsində fəaliyyətə bağlamışdır. Sitarə Rəhimova 1969-cu ildə Bakı İncəsənət Kollecini bitirdikdən sonra təhsilini Bakıdakı Politexnik İnstitutun memarlıq fakültəsində davam etmiş, 1974-cü ildə həmin universitetdə təhsilini başa vurmuşdur. Sitarə Rəhimova Azərbaycan Rəssamlar İttifaqının və Dizaynerlər Birliyinin üzvü olmuşdur. Rəssam uzunmüddətli ciddi xəstəlikdən sonra 5 mart 2010-cu ildə vəfat etmişdir. Sitarə Rəhimovanın əsərləri mürəkkəb olduğu üçün çox detallıdır. Taxılan hər muncuq tikiş iynəsi vasitəsilə parçaya tikilmişdir. Şüşə və büllur muncuqlardan əlavə olaraq, Sitarə Rəhimova əsərlərində minerallardan və qiymətli daşlardan da istifadə etmişdir. Onun əsərlərinin xüsusiyyəti iri ölçülü rəsmi hazırlamaq üçün xırda detallara diqqət ayırmaqdan ibarətdir.
Sədayə Mustafayeva
Sədayə İsmayıl qızı Mustafayeva (15 iyul 1926, Nuxa – 13 avqust 2004, Gəncə) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1981). Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır. "Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S. Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S. Mustafayeva məktəbinin yetirməsidir.
Səmayi-Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
Əsmayə Hacıyeva
Əsmayə Hacıyeva — (9 mart 2005 - Bakı, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. "Xırdalan Siti", "8-li İOEUGİM" klubunun və Azərbaycanın qadınlardan ibarət U19 millisinin keçmiş yarımmüdafiəçisi. Əsmayə 2023-cü ildə karyerasını başa vurmuşdur. Hazırda "Sabah" klubun qadınlar ibarət komandasında məşqçi olaraq çıxış edir == Həyatı və Karyerası == 2021/2022-ci il futbol mövsümündə"8-li İOEUGİM" klubunda çıxış edirdi. Bu klubunda ilk ildə çempion tituluna yiylənməşdir. Növbəti sezon, yəni 2022/2023 sezonunda "Xırxalan Siti" klubunda çıxış etmişdir. Bu klubda 3-cülük əldə etmişdir. Daha sonra karyerasını erkən dövrlərdə bitirərək futbol məşqçisi kimi fəaliyyət göstərməyə başlamışdır. Azərbaycanın gənc məşqçilərdindən biri olaraq tanınır. == Milli Karyerası == 2021-ci ildə Azərbaycanın qadınlardan ibarət U17 millisinə dəvət əldə etmişdir.
Sürayə Ağayeva
Ağayeva Sürayə Xosrov qızı (29 aprel 1947, Bakı – 19 oktyabr 2024) — Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Əməkdar incəsənət xadimi, professor. == Həyatı == 29 aprel 1947-ci ildə Bakıdan dünyaya gəlmişdir. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi idi. Muğam sənəti ilə bağlı Azərbaycan, rus, türk, fars, ingilis dillərində çap olunmuş çoxsaylı materilların müəllifidir. 95 elmi əsəri çapdan çıxıb. 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adı ilə təltif olunub. 19 oktyabr 2024-cü ildə vəfat edib.
Sımada
Sımada — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Saatlı rayonunun Sımada kəndi Azadkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sımada kənd Soveti yaradılmışdır. Miqrant toponimdir. İkinci Dünya müharibəsi illərində Gürcüstanın Adığün rayonunda möv­cud olmuş Böyük Smada və Kiçik Smada adlı kəndlərin türk əhalisi qanunsuz olaraq Özbəkistana sürgün edilmişdir. Həmin ailə­lərin bir qrupu 1965-ci ildə Azərbaycana gələrək Saatlı rayonu ərazisində məskunlaşmış və yeni salmış olduqlan yaşayış məntəqəsini öz ilk yurdlarının adı ilə adlandırmışdılar. Kənd Muğan düzündə yerləşir. Əhalisinin sayı 1752 nəfərdir.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Şampye
Şampye (fr. Champier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38069. Kommunanın 1999-cu il üçün əhalisi 967 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 470 ilə 631 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Şikayət
Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər.
Şirazə
Şirazə — toxuculuqda toxunmuş toxuculuq məmulatının (xalça, parça və s.) en tərəfdən qıraqları. Bir çox halda şirazələr iş üstündə hazırlanmır, xalça toxuma dəzgahından yerə salındıqdan sonra əsasən bazarda çalışan xüsusi şirazəbənd ustalar tərəfindən xalçanın yanlarına yun iplərlə dolandırırlar.
Şitake
Şiitake (Lentinula edodes) Şərqi Asiyada yerli olan və bir çox Asiya ölkələrində becərilən və istehlak olunan yeməli göbələk. Bəzi ənənəvi tibb formalarında bir dərman göbələk kimi hesab olunur.
Şəmayı
Şəmayılar (lat. Chalcalhurnus) — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də proses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı.
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Marko Simone
Marko Simone (it. Marco Simone ; 7 yanvar 1969, Castellanza, İtaliya) — İtaliyalı keçmiş futbolçu. Əsasən hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. Hal hazırda məşqçi kimi fəaliyyət gödtərir. "Milan", "PSJ" və "Monako" klublarında oynaması ilə tanınır. Futbolçu İtaliya millisində 4 oyun keçirib. İtaliya (1992, 1993, 1994 və 1996-cı illərdə "Milan"ın heyətində) və Fransa çempionu (2000-ci ildə "Monako"nun heyətində), Çempionlar Kubokunun (1990 və 1994), Avropa Superkubokunun (1989 və 1994), Qitələrarası Kubokun (1989) qalibi olub. Həmçinin Fransa Kuboku və Fransa Liqa Kubokunu (1998) qazanıb. == Bioqrafiya == Marko İtaliya A Seriyasında 11 yanvar 1987-ci ildə "Komo" klubunun heyətində debürt edib. A seriyasında bir neçə oyundan sonra o, C1 seriyasında çıxış edən "Alzano" klubuna icarəyə verilib.