Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vaquas
Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır. XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Vüqar
Vüqar (ərəb. وقار‎ (Vəqar) – qürur, iftixar) — ərəb mənşəli kişi adıdır. Azərbaycanda geniş istifadə olunan addır. İngiliscə "Vugar", rusca "Вугар" kimi səslənir. Vüqar Bağırov — Rusiya alimi. Vüqar Həşimov — Azərbaycan şahmatçısı, qrosmeyster Vüqar Rəhimzadə — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, əməkdar jurnalist Vüqar Əsgərov Vüqar Əsgərov (yazıçı) — "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Vüqar Əsgərov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Vaquas monastırı
Vaquas monastırı – Kəlbəcər rayonunun Qozlu kəndi (keçmiş Mardakert rayonunun Vaquas kəndi) ərazisində yerləşən, elmi ədəbiyyata Vaquas məbədləri adı altında daxil olmuşdur. Kompleksə XIII əsrə inşa edilmiş əsas kilsə binası, daha qədim dövrə aid olduğu ehtimal edilən kiçik sovməə, narteks və məişət xarakterli tikililərdən ibarətdir. Kompleksə daxil olan binalar hamısı ciddi dağıntılara məruz qalmış və ya qəzalı vəziyyətdədir. Qədim adı Vaquas olan Qozlu kəndi çoxəsrlik tarixə malikdir. Tətrtər çayının sağ sahilində yerləşən Qozlu kəndi Yuxarı Xaçın ərazisində ən aktiv ictimai həyata malik yaşayış məntəqələrindən, Dvin-Bərdə ticarət yolunun ən vacib nöqtələrindən biri olmuşdur. Həmçinin kənd ərazisindəki körpüdən keçən yol Xaçın – Craberd – Göyçə hövzəsi ərazilərini birləşdirən ən qısa yol olmuşdur. Qədim Vaquas kəndinin xarabalıqları müasir Qozlu kəndinin iki-üç kilometrliyində yerləşir. Kəndin mərkəzində vaxtilə 3 metr hündürlüyə malik, incə naxışlarla bəzədilmiş 1218-ci ilə aid xaç daşı ucalırdı. Kənd ərazisində yerləşən Vaquas monastırının əsas kilsə binası üzərindəki kitabədə onun inşa olunma tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: “664-cü ilin (miladi 1215) yayında, mən, Hassan, Böyük Qriqorun qızı, knyaz Taxanın həyat yoldaşı bu kilsəni inşa etdirdim...”. G.Məmmədova Qozlu məbədlərini IX-X əsrlərə aid edilmişdir.
Vüqar Abbasov
Vüqar Zakir oğlu Abbasov (12 aprel 1974, Naxçıvan) — azərbaycanlı iş adamı, Cahan Holdingin prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış deputatı. Vüqar Zakir oğlu Abbasov 1974-cü il aprel ayının 12-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini 1981-ci ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbdə başlamış və oranı 1991-ci ildə qırmızı attestatla bitirmişdir. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinə qəbul olmuş, 1996-cı ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1998–2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq və iqtisadiyyat fakültəsində, 2001–2006-cı illərdə isə Hüquq fakültəsində təhsil alaraq hər ikisini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun dissertantı olmuş, xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 2016-cı ildə Regionda Sahibkarlığın İnkişafı üzrə elmi işini müdafiə edərək İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır. Cahan Holdingin 1995-ci ildən təsisçisi və rəhbəridir. Vüqar Abbasov 9 fevral 2020-ci ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 24 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Vüqar Abbasov 24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8%-nin səsini toplayaraq deputat seçilmişdir.
Vüqar Abdulkərimov
Vüqar Abdulkərimov (24 oktyabr 1974, Bakı) — Azərbaycan alimi, tədqiqatçı. Azərbaycanda professor Nürəddin Lüləci ilə birlikdə ilk ağrı mərkəzinin qurulmasındakı fəaliyyəti və alqologiya sahəsindəki kliniki tədqiqatları ilə tanınır. Vüqar Abdulkərimov 1974-cü ilin 24 oktyabrında Bakıda anadan olmuşdur. Orta təhsilini 1981–1991-ci illərdə Bakıda 29 nömrəli məktəbdə almış, 1992-ci ildə İstanbul Universitetinin cərrahpaşa tibb fakültəsinə daxil olmuş və 1999-cu ildə məzun olmuşdur. 16 iyun 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Evlidir. 3 övladı var. 2009-cu ildən Mərkəzi Klinikanın reanimasiya və intensiv terapiya şöbəsində şöbə müdiri kimi çalışır. Vüqar Kərimov birtərəfli spinal anesteziyada bupivakain lokal anestetiki üzrə fəaliyyəti olmuş, ürək əməliyyatından sonra sternotomiyadan sonrakı xəstələrdə miyofasiyal ağrısı üzrə 1226 xəstədə klinik tədqiqat aparmışdır. O herniated bel diskləri üçün ağrı və əlillik skorlarında nukleoplastika və avtomatlaşdırılmış perkutan lomber diskektomiya prosedurlarının effektivliyinin müqayisəsi və diz artroskopiyasında təktərəfli spinal anesteziya və ümumi anesteziya tətbiqlərinin bərpa xüsusiyyətləri baxımından müqayisəsi üzrə elmi iş işləmişdir.
Vüqar Abdullayev
Vüqar Alkərəmov
Vüqar Oruc oğlu Alkərəmov — polkovnik-leytenant. Vüqar Alkərəmov 26 fevral 1969-cu il tarixdə Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. 1976-cı ildə Bahar qəsəbəsi orta məktəbinin 1-ci sinfinə gedib, 1986-cı ildə həmin məktəbi bitirib. 1987-ci ildə hərbi xidmətə çağırılıb Hərbi xidmətini İrkutsk şəhəri N saylı hərbi hissədə keçib. 1989-cu ilin may ayında tərxis olunub. 1989-cu ilin oktyabr ayında Azərbaycan İnşaat Mühəndisləri Universitetinin hazırlıq kursuna qəbul edilib. 1990-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “Sənaye və Mülki Tikinti” fakültəsinə qəbul olub, 1995-ci ildə həmin universiteti inşaat mühəndisi ixtisası ilə bitirib 1998-ci ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinə qəbul olub, 2002-ci ildə həmin universiteti hüquqşünas ixtisası ilə bitirib. Ailəlidir, 2 (iki) övladı var. 1986-cı ildə Beyləqan rayon təmir-tikinti idarəsində işləməyə başlayır. 1989-cu ildə Hərbi xidmətdən sonra Beyləqan rayon təmir-tikinti idarəsində yenidən işə qəbul edilir.
Vüqar Aslanov
Vüqar Aslanov (20 mart 1976, Bakı) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Vüqar Aslanov 1993-cü ildə Avstriya gənclər arasında Avropa Çempionatında uğursuz çıxış eləsə də bir il sonra Macarıstanda gənclər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 1995-1997-ci illərdə Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Vüqar Aslanov 1998-ci ildə tələbələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. 1999-cu ildə Avropa Çempionatını 10-cu, Dünya Çempionatını isə 16-ci pillədə başa vuran Vüqar Aslanov 2000-ci ildə Dünya Olimpiya Təsnifat Turnirlərində uğursuz çıxış elədi və olimpiada da mübarizə apara bilmədi. 2002-2004-cü illərdə də Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Vüqar Aslanov nəhayət 2004-cü ildə olimpiada da debüt elədi. Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında Vüqar Aslanov qrup mərhələsində əvvəl Yunanıstan nümayəndəsi Alexios Kolitsopoulosa (2:2), sonra isə Özbəkistan nümayəndəsi Alesandr Doxturişviliyə (0:4) məğlub oldu. Vüqar Aslanov qrup mərhələsinin üçüncü görüşündə Macarıstan nümayəndəsi Tamaş Berziçza ilə üz-üzə gəlməli olsa da, görüş formal əhəmiyyətə sahib olduğuna görə Vüqar Aslanov görüşdən imtina elədi və qrup mərhələsini üç məğlubiyyətlə sonuncu pillədə başa vurdu. 2004-cü ildəcə Vüqar Aslanov idmanla vidalaşdı.
Vüqar Bəybalayev
Vüqar Bəybalayev (5 avqust 1993, Sumqayıt) — Azərbaycanlı peşəkar futbolçu. Vüqar Bəybala oğlu Bəybalayev 1993-cü ilin 5 avqustunda Sumqayıt şəhərində anadan olmuşdur. O, "Gənclər Birliyi" klubunun uşaq futbolu bölümündə, Sumqayıt şəhərində 9 yaşında futbol oynamağa başlayıb. 1.5 il sonra o, Sumqayıt şəhər Gənclər İdman Məktəbinə keçdi və oraya Sumqayıt FK-nın mentoru Tofiq Rzayev tərəfindən dəvət edilmişdi. 6 il bu məktəbdə təhsil alıb. Çempionat Vüqar Bəybalayev "Bakı" FK-nın yetirməsidir. O, ilk dəfə 2010-cu ildə mentor Məqsəd Yəqubəliyev tərəfindən klubun həftəlik təlim-məşq toplanışına dəvət olunub. Yoxlamadan uğurla keçərək bir mövsüm Bakının 17 yaşadək futbolçulardan ibarət gənclər komandasında çıxış edir. Bundan əlavə, o, yarım mövsümü Qəhrəman Əliyevin məşqçisi olduğu Bakının əvəzedici komandasında keçirir. 2011-ci ildə futbolçu icarə əsasında Azərbaycan çempionatının birinci divizionunun — Bakının Balacarı kəndindən "Lokomotiv Baladjarı" klubuna keçib və onunla 1+1 sistemi üzrə müqavilə imzalayıb.
Vüqar Rəsulov
Vüqar Ural oğlu Rəsulov (5 aprel 1991, Gəncə) — azərbaycanlı şahmatçı, qrosmeyster (2011). Vüqar Rəsulov 5 aprel 1991-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şahmat məktəbinin yetirməsidir. Müxtəlif illərdə Azərbaycanı fərqli yaş qruplarında gənclər arasında keçirilən şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil edib. 2006-cı ildə Avropa çempionatında 16 yaşlı oğlanlar arasında bürünc, bir il sonra isə eyni yaş qrupunda qızıl medal qazanıb. 2006-cı ilin avqust ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənin Ağrı şəhərində keçirilmiş 5-ci Dünya Gənclər U16 Şahmat Olimpiadasında iştirak edib. 2010 və 2011-ci illərdə 20 yaşadək oğlanlar arasında şahmat üzrə Azərbaycan çempionatının, 2012-ci ildə ildə isə kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olub.
Vüqar Şıxıyev
Vüqar Rəhimov
Vüqar Həmidulla oğlu Rəhimov (ukr. ́Вюгар Гамидулла огли Рагимов; 5 fevral 1986, Bakı) — Azərbaycan əsilli Ukrayna güləşçisi, Avropa çempionatının gümüş və ikiqat bürünc mükafatçısı. 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı. Ukraynanın beynəlxalq dərəcəli idman ustası. Vüqar Rəhimov 5 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. Atası fabrikdə, anası isə uşaq bağçasında tərbiyəçi işləyirdi. Ailədə 4 uşaq olublar — 3 qardaş, 1 bacı. Vüqarda güləşə sevgi bu idman növü ilə məşğul olan böyük qardaşları — Atamoğlu və Rəhim (sonralar gənclər arasında yunan-Roma güləşi üzrə Ukrayna çempionu olub) sayəsində yaranıb. İdman zalına ilk dəfə 14 yaşında, Bakının Binə kəndində getmiş və burada qardaşları ilə birlikdə məşq etməyə başlamışdır. 2002-ci ildə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionu olub.
Vüqar Əli
Əliyev Vüqar Əli oğlu ( ) Azərbaycan Respublikasının əməkdar rəssamı Vüqar Əliyev, 16 mart 1970-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, 1985-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olub, 89-cu ildə oranı bitirmişdir. 1991–97-ci illərdə – A. Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Sənaye qrafikası fakültəsinin tələbəsi olmuşdur. Yaradıcılığının əsas prinsipi insanlara gözəllik bəxş etməkdir. 2019-cu ildə I thank the creators of the site and for the active promotion of art in the world. Adi Lasri, İsrael virtual fəxri fərmanı verilib. 2019-cu ildə ANNİA Azəraycan Nar İstehsal və İxracatçıları Assosiasiyası ildönümü münasibətilə Fəxri Üzv medalı və fəxri fərman mükafatlarına layiq görülüb. 10.10.2019 tarixində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının 3 ili münasibətilə bu Assosiasiyanin fəxri üzvlüyünə saçilmə mərasimi olub. 2019-cu ildə ADMİU, Elvin Quliyevin Lahıc haqqında filminə çəkilmişdir. 2023-cü il, mart ayında Dünya Rəssamları Akademiyasının həqiqi üzvülüyünə seçilib.11 dekabr 2023-cü il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi.
Vüqar Qurbanov
Vüqar Qurbanov — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov 1977-ci ildə anadan olub. 1994-cü ildə orta məktəbi fərqlənmə attestatı ilə, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2001–2003-cü illərdə təhsilini Türkiyə və Rusiyada davam etdirmiş və aspirantura təhsili almışdır. 2006-cı ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Beynəlxalq və yerli elmi konqreslərdə məruzəçi kimi çıxış etmişdir. 100-dən artıq elmi çap işinin müəllifidir. 2000–2001-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə həkim-intern, 2001–2016-cı illərdə həkim-nevroloq kimi fəaliyyət göstərib. 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri və 2018-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri kimi çalışıb. 2021–2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildə TƏBİB-in icraçı direktoru təyin edilib "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalı Müdafiə Sənayesi Nazirliyi tərəfindən "Vətən müharibəsində yüksək keyfiyyətli və davamlı tibbi xidmətlərin təşkilində göstərdiyi dəstə görə" yubiley medalı Vüqar Qurbanov: İlk növbədə tibbi turizm xidmətini Yeni Klinika üzərindən həyata keçirməyi düşünürük Vüqar Qurbanovun səlahiyyəti artırıldı Vüqar Qurbanov 3D verilişində TƏBİB-ə icraçı direktor təyin edildi Vüqar Qurbanov: "Randevu sistemi bütün tibb müəssisələrində tətbiq olunacaq" Vüqar Qurbanov: "İcbari tibbi sığortanın tətbiqi ilə Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoydu" "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Nizamnaməsi "TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov".
Vüqar Abdurahmanov
Vüqar Oruc
Vüqar Oruc (27 oktyabr 1975, Masallı) — Türk Dövlətləri Qiymətləndimə Birlikləri Şurasının prezidenti. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri. == Həyatı == Vüqar Oruc 27 oktyabr 1975-ci ildə Masallı şəhərində anadan olub. 1982-ci ildə ilk təhsilini Masallı şəhər 1 saylı Orta məktəbdə başlayıb. 1992-ci ildə təhsilini başa vuraraq, Azərbaycan Dövlət İqtisad Universitetidə iqtisadi nəzəriyyə ixtisası üzrə təhsilini davam etdirib. 1997-ci ildə təhsilini bitirib və ölkənin ali və orta ixtisas tədris müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub, İqtisadi nəzəriyyə fənnini tədris edib, iqtisadçı ekspert kimi də uzun müddət fəaliyyət göstərib. 1992–1998-ci illərdə Türk Millətçi Gənclər Təşkilatının, 1998–2007-ci illərdə Türk Millətçi Partiyasının, 2007–2021-ci illərdə Milli Qurtuluş Partiyasının rəhbəri olub. 2021-ci il 4 mart tarixində rəhbərlik etdiyi Milli Qurtuluş Partiyası hakim Yeni Azərbaycan Partiyasına birləşib. Bu qərarın yekdilliklə təsdiqləndiyi 7-ci qurultayda YAP sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz yekun çıxışında bu addıma yüksək qiymət verib. 2019-cu ildə Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzi, qiymətləndirmə sahəsində uğurlu fəaliyyətinə görə Xəzər Milli Mükafatı ilə təltif olunub.
Vüqar Ağayev
Vüqar Əhməd oğlu Ağayev (4 mart 1973, Qubadlı rayonu – 1 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Vüqar Ağayev 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Səbahət Ağayeva ilə ailəli idi. Yeganə və Pərvin adında 2 övladı yadigar qaldı. Mayor Vüqar Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun mayoru olan Vüqar Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Ağayev noyabrın 1-də Qubadlının azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vüqar Babayev
Vüqar Bahadurzadə
Vüqar Bayramlı
Vüqar Bayramov
Vüqar İbad oğlu Bayramov (13 iyun 1975, Aşağı Güzlək, Füzuli rayonu) — Azərbaycanlı iqtisadçı, Azərbaycan Milli Məclisinin deputatı (2020). Vüqar Bayramov 1975-ci il 13 iyun tarixində Füzuli rayonu Aşağı Güzlək kəndində doğulub. İbtidai təhsilini Aşağı Rəfədinli kənd orta məktəbində, orta təhsilinin bir hissəsini Füzuli şəhər Bünyad Sərdarov adına orta məktəbdə, bir hissəsini isə Bakı Şəhəri Fizika-riyaziyyat təmayüllü məktəbdə alıb. 1992–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır. 1997-ci ildə isə həmin universitetin aspiranturasına daxil olan Vüqar Bayramov, 2002-ci ildə iqtisadiyyat elmləri namizədi dərəcəsi almışdır. 2003–2004-cü illərdə ABŞ-nin Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb. Vüqar Bayramov ingilis, rus, türk və azərbaycan dillərini bilir. Ailəlidir. İki övladı var. Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşıdır.
Vüqar Bağırov
Vüqar Bağırov (rus. Багиров, Вугар Алинияз оглы; 21 iyun 1968, Aşağı Surra) — Rusiya alimi; Biologiya elmləri doktoru (2005). Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü (2010), Ümumrusiya Donuzçuluq ETİ-nin elmi katibi (1999–2002), Ümumrusiya Elmi‑Tədqiqat Heyvandarlıq İnstitutunun heyvanların reproduktiv kriobiologiya laboratoriyasının müdiri. SSRİ-Əfqanıstan müharibəsi iştirakçısı. Bağırov Vüqar Əliniyaz oğlu 1968-ci il iyunun 21-də Azərbaycan Respublikasının Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmət keçib. Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda iştirak edib. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Bir il sonra Ümumrusiya Heyvandarlıq ETİ-nin (Moskva) aspiranturasına qəbul olunub. 1996-cı ildə "Heyvan toxumundakı xarici nuklein turşularının mayalanmaya və emiriogenezə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Vüqar Biləcəri
Vüqar Biləcəri (tam adı: Vüqar Zakir oğlu Paşayev; 24 avqust 1988, Bakı – 29 avqust 2020, Bakı) — Azərbaycan meyxanaçısı. Vüqar Paşayev 24 avqust 1988-ci ildə Bakıda doğulub. Atası yük maşını sürücüsü olub. Uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü bir yaş kiçildib. 2004-cü ildə "De, Gəlsin!" meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, daha çox dini qəzəl, şeirləri ilə, əruz vəznini gözəl bilməsi ilə seçilirdi. Sağlığında xeyli qəzəl və şeir müəllifi olan Vuqarın kitabları o, dünyasını dəyişdikdən sonra dostları və yaxınları tərəfindən işıq üzü görmüşdür. "Qərib Xəyal" "XIV əsr sonra" Bir bacısı, bir qardaşı olub. 2020-ci il avqustun 29-da uzun sürən qanqren xəstəliyindən sonra öldü. Hökməli qəbiristanlığında dəfn edilib.
Vüqar Camalzadə
Vüqar Vaqif oğlu Camalzadə (9 oktyabr 1974, Bakı) — Bəstəkar, Azərbaycanın əməkdar artisti (2015). Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda doğulub. Ailəlidir 2 övladı var.3 saylı orta ixtisas məktəbinə daxil olub. 1983-cü ildə, 23 saylı 7 illik musiqi məktəbinin piano sinifinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olub və 1996-cı ildə bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov). 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb. Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli sinfoniya. Magistr dərəcəsinin - diplom işi kamança və sinfonik orkestr üçün 2 hissəli konsert.Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi - nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər. Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Vüqar Cəfərov
Ləğuat
Ləğuat (ərəb. الأغواط‎, Əl-Əqvat) — Əlcəzairin mərkəzi hissəsinin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Böyük Səhranın şimal hüdudlarında, eyniadlı vahənin ərazisində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 750 metrdir. Ləğuat ölkənin paytaxtı Əlcəzairdən təxminən 325 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci il siyahıyaalınmasında əhalinin 144,747 nəfər olduğu göstərilmişdir. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Əlcəzair Hərbi Hava Qüvvələri bazası şəhərin cənub-şərqində, ən yaxın mülki hava limanı Hassi-Rmel şəhərində yerləşir. == İqtisadiyyat == Kənd təsərrüfatı Ləğuat iqtisadiyyatının əsasını təşkil edir. Əhali meyvə, tərəvəz və dənli bitkilər yetişdirir. Xalçaçılıq inkişaf etmişdir.
Tuğut
Tuğut, Teğut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Erməni mənbələrində kəndin adı Teğut formasında qeyd edilir. Toponim qıpçaq türk tayfasından olan tuq etnoniminə qədim türk dilində cəmlik bildirən -ut şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. "Tuğlara, yəni tuğ tayfasına mənsub kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Tuğut rayon mərkəzindən 11–13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi. Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir.
Alba Auqust
Alba Auqust (ing. Alba August; 6 iyun 1993, Kopenhagen) — Danimarka-İsveç aktrisa, müğənni və bəstəkarı. == Həyatı == Auqust 6 iyun 1993-cü ildə Danimarkanın Kopenhagen şəhərində danimarkalı rejissor Billi Auqust və isveçli aktrisa və rejissor Pernilla Auqustun qızı olaraq dünyaya gəldi. Böyük bacısı Asta Osterqren də aktrisadır. Atası tərəfdən iki ögey böyük qardaşı Anders Auqust və Adam Auqust ssenaristdirlər. 2018-ci ildə Kopenhagendə Milli İfa Sənəti Məktəbini bitirib. == Karyerası == Auqust aktrisalıq fəaliyyətinə uşaq ikən başlamış və atasının "Martin üçün mahnı" (2001) filmində kiçik rol almışdır. 2017-ci ildə Danimarka istehsalı Netflix platformasında yayımlanan "Yağış" serialında yer aldı. Həmçinin "Astrid olmaq" filmində də rol almışdır. Aktrisalıq fəaliyyətindən başqa müğənni də olan Auqust 30 iyul 2020-ci ildə "We're Not Gonna Make It" adlı sinqlını nəşr etdi.
Auqust Alle
Auqust Alle (est. August Alle; 1890‒1952 ) — Eston yazıçı və şair. == Bioqrafiyası == Auqust Alle 31 avqust 1890-cı ildə Vilyandi şəhərində daşyonan ailəsində anadan olmuşdur. Vilyandi və Nаrvа şəhərlərində təhsil almışdır. Kubanda və Ulyanovskda aptek şagirdi kimi işləmişdir. Sonra Vilnüsdə ev müəllimi kimi fəaliyyət göstərmişdir. 1915-ci ildə ekstern tərəfindən Orledə bilik attestatına imtahan vermişdir. 1915-ci ildən 1918-ci ilə kimi saratov Universitetinin tibb fakültəsində təhsil almışdır. Bir müddətdən sonra Estoniyaya köçmüş və burada jurnalist kimi fəaliyyətə başlamışdır. 1937-ci ildə Tartu Universitetinin hüquq fakültəsini bitirmişdir.
Auqust Landmesser
Auqust Landmesser (almanca: August Landmesser; 24 may 1910 – 17 oktyabr 1944. Ölümü 1 oktyabr 1949-cu ildə rəsmən açıqlanmışdır) — kütlə psixologiyasına uymazlıq simvolu və qorxu üzərində qurulmuş zorakı idarəçiliklə barışmazlığın real personajı. Almaniyanın Hamburq şəhərində Blohm+Voss tərsanəsində fəhlə işləyib, 13 iyun 1936-cı ildə "Horst Wessel" adlı döyüş gəmisinin təqdimatında çəkilmiş foto sayəsində nasist salamı verməyən yeganə adam kimi məşhurlaşıb. == Bioqrafiya == Auqust Frans Landmesser və Vilhelmina Maqdalinanın tək övladı olmuşdur. Ana xəttindən olan qohumları ilə birlikdə iş tapmaq ümidilə 1931-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasına (NSAFP, Nasist Patiyası) üzv olmuşdur. 1935-ci ildə yəhudi mənşəli İrma Eklerlə nişanlandığına görə partiyadan xaric edilmişdir. Bir ay sonra irqi təmizləmə haqqında Nürnberq qanunları qəbul edilmiş, dolayısı ilə Hamburq şəhərinin VVAQ idarəsi almanların yəhudilərlə evlənməsini təsdiqləməmiş olurdu. 29 oktyabr 1935-ci ildə qızı İnqrid doğulmuşdur. 1937-ci il iyul ayının əvvəllərində Auqust qanunsuz yolla Danimarkaya keçmək istəmiş, lakin sərhəddə yaxalanaraq, müvəqqəti nəzarətdə saxlanmışdır. Bu zaman arvadı İrma ikinci uşağa hamilə idi.
Auqust Sanq
Auqust Sanq (est. August Sang; 27 iyul 1914, Pyarnu — 14 oktyabr 1969, Tallin) — Estoniya şairi və ədəbi tərcüməçi. == Həyat və yaradıcılığı == Auqust Sanq Pyarnuda poçt qulluqçusu ailəsində anadan olmuşdur. 1932-ci ildə Pyarnuda kişi gimnaziyasını bitirmişdir. Hərbi xidmətini bitirdikdən sonra Auqust bir il yarım telefon bağlantısı işçisi kimi çalışmışdır. 1934-cü ildən 1942-ci ilə qədər Tartu Universitetində fəlsəfə fakultəsində təhsil almışdır. Bir neçə dəfə bəzi səbəblərdən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmışdır. Artıq Auqust Sanq səkkiz yaşı olarkən şeirlər yazmağa başlamışdır. İnyo təxəllüsü altında şeirlər yazan Auqust 1933-cü ildə Improvisatsioon poeması ilə Kevadik adlı gənclər jurnalının ədəbi müsabiqəsinin qalibi olmuşdur. 1934-cü ildə onun şeiri ilk dəfə Looming ədəbi jurnalında çap olunmuşdur.
Buğurt qalası
Buğurt qalası — Şirvanşahlar dövründə istifadə olunmuş, hazırda xarabalıqları qalan istehkam. == Coğrafi mövqe == Qala Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Qala yerləşən dağı cənubdan Qız qalası və Cəngi dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir. == Şirvanşahlar dövründə == Nə zaman tikildiyi bilinmir. Qala hələ Monqol işğalları dövründə şirvanşahın sığınacaq yeri olub. Şirvanşah Keyqubad və Kavus dövründə də istifadə olunmuşdur. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1518-ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.
Züğürt Ağa
Züğürt Ağa — Nesli Çölgeçenin rejissorluğu ilə 1985-ci ildə çəkilmiş Türkiyə istehsalı dram filmi. Filmdə Türkiyədə feodalizmin süqutundan bəhs edilir. Burada Şənər Şenin canlandırdığı Züğürt Ağa obrazı Haraptar kəndində ev sahibidir. Sonradan kəndə işləmək üçün gələn hiyləgər Kekeç Salman quraqlıq səbəbilə kifayət qədər məhsul yığa bilməyən kənd camaatını Ağanın mallarını oğurlayıb bu malları sataraq İstanbula köçmələrini təşkil edir. Əlində az olan, mərabəsini itirən Ağa kənddən şəhərə köçmüş, ailəsi ilə birlikdə İstanbulda yeni həyat qurmağa çalışmışdır. 1986 Antalya Qızıl Portağal Film Festivalı,En İyi Yardımcı Kadın Oyuncu — Füsun Dəmirəl 1986 Antalya Qızıl Portağal Film Festivalı, En İyi Müzik — Atilla Özdemiroğlu 1986 İstanbul Film Festivalı, En İyi Türk Filmi — Nesli Çölgeçen Filmin Haraptar kəndində baş tutan səhnələrinin çəkilişləri 1985-ci ilin payızında Şanlıurfanın Sultantəpə kəndində aparılmışdır.
Auqust Taylor