Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Züheyr ibn Qain
Züheyr ibn Qain və ya Zühəyr ibn Qəyn (İraq – 10 oktyabr 680, Kərbəla) — Kərbəla döyüşündə iştirak edən İmam Hüseynin səhabilərindən biridir. Züheyr, Ömər bin Səd tərəfindən göndərilən I Yezidin dəstəsinə qarşı vuruşmuş və qəhrəmanlıqla döyüşərək vəfat etmişdir. Ərəb yazıçısı Əli Hüseyn Cəlalinin "Kərbəla və Aşurə" kitabında qeyd etdiyinə görə, Züheyr bu döyüşdə düşmən dəstəsindən 120 nəfər öldürmüşdür.
Zübeyr adaları
Zübeyr adaları (ərəb. مجموعة جزر الزبير və ya sadə: جزر الزبير‎‎)— Qırmızı dənizdəki əsas qalxan vulkanının üstündə dəniz səviyyəsindən 191 m (627 ft) hündürlüyə çatan 10 əsas vulkanik adadan ibarət bir arxipelaq. Tarixi dövrlərdə vulkan püskürməyə davam etmişdir. Hal-hazırda adalar Yəmənə aiddir. Ən böyük ada cavan adalardan biri olan Zübeyrdir. Digər cavan adalar- Mərkəzi Pik, Saba, Xeykok və Sədl. Sədl adasında tarixi dövrlərdə püskürmələr baş vermişdir. Vulkan şimal-şimal-qərbdən cənub-cənub-şərqə doğru olan rift xətti üzərində yaranmışdır. Bu bir müddət partlayış püskürmələri ilə başladı, sonra dəniz eroziyasının baş verdiyi bir dövrdə susma dövrü yaşadı. Bununla yanaşı, hər iki dövr və effuziv püskürmə fəaliyyəti nəticəsində hazırda mövcud olan Stak və Bərrən adaları qrupu yarandı.
Abdullah ibn Zübeyr
Abdullah ibn Zübeyr (1/622–73/692) – Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri olmuşdur. Zübeyr ibn Əvvamın oğlu idi. O həm də, dövrünün siyasi xadimi olmuşdur. Quran təfsirinin, fiqh elminin və hədislərin bilicilərindən hesab edilir. Onun nəql etdiyi 30-dan artıq hədis müxtəlif kitablarda yer almışdır. == Gənclik illəri == Abdullah ibn Zübeyr hicrətin birinci ilində Mədinədə, mühacirlər arasında doğulmuş ilk uşaqdır. Məhəmməd peyğəmbər onun dünyaya gəlməsinə sevinmiş, körpəni Abdullah adlandırmışdır. O, peyğəmbərin yanında böyüyərək, ondan dərin elm öyrənmişdir. Hicrətin 13-cü ilində, Abdullah ibn Zübeyr hələ 12 yaşında olarkən Yərmuq döyüşünü izləmiş, yetkinlik yaşına çatanda isə Misirdə, daha sonra Şimali Afrikada bərbərlərə qarşı yürüşlərdə iştirak etmişdir. == Şəxsi keyfiyyətləri == Abdullah ibn Zübeyr igidliyi, əqidəsi, ədaləti, yüksək əxlaqı, dərin düşüncəsi və digər müsbət xüsusiyyətləri ilə başqalarından seçilmişdir.
Həmid Zübeyr Koşay
Həmid Zübeyir Koşay (1897[…] – 2 oktyabr 1984, Ankara) — Ufa quberniyası Telançe Tamaq köyendä anadan olmuş, başqurd kökənli türk etnoqraf, arxeoloq, yazıçı və folklor araşdırmaçısı. == Həyatı == Atasının adı Übeydullah Əfəndi, anasının adı Nurizadə xanımdır. Ailəsi tərəfindən 1910-cu ildə təhsil alması üçün Osmanlıya göndərilmişdir. Selanikdə Mərkəz Rüşdiyyəsini bitirmiş, liseyi İstanbulda oxumuşdur. 1916-cı ildə İstanbul Darülmuallimdən məzun olmuş, 1917-ci ildə Kadıköy liseyinə təyin olunaraq 1 il müəllimlik etmişdir. Bu zaman İstanbul Darülmuallimdə etnoqrafiya və macarca dərslərində iştirak etmişdir. Macarıstanda türkologiya və dilçilik sahələrindəki təhsilini davam etdirmiş və 1923-cü ildə doktorantura təhsilini başa vurmuşdur. 1925-ci ildə Berlin Universitetində professor Banq Kaupun dərslərində iştirak etmiş və dövlət kitabxanasında tədqiqatlar etdikdən sonra Türkiyəyə geri dönmüş və Maarif Naziliyində çalışmağa başlamışdır. Koşay Türkiyədə etnoqrafiya, folklor və arxeoloji tədqiqatlarının elmi əsaslarını qurmuş elm adamıdır. 1 oktyabr 1984-cü ildə Ankarada vəfat etmişdir.
Zübeyr ibn Əvvam
Zübeyr ibn Əvvam (36/656-cı ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin səhabəsi. İslamı ilk qəbul edənlərdən olmuş və bu səbəbdən də təqiblərə məruz qalmışdır. 615-ci ildə Həbəşistana, sonra isə Mədinəyə hicrət etmiş, müsəlmanların qureyşlilərlə apardığı bütün döyüşlərdə istirak etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra Raşidi xəlifələrin dövründə Zübeyr Xilafətin Bizansa qarşı apardığı müharibədə də vuruşmuşdur. Xəlifə Ömər tərəfindən xəlifəliyi irəli sürülən altı namizəddən biri olmuşdur. O, xəlifə Osmanın öldürülməsinə qədər siyasətdən uzaq qalmışdır. O, əvvəllər Əli ibn Əbu Talibin xəlifəliyini tanısada, Cəməl döyüşündə ona qarşı vuruşmuş orada da həlak olmuşdur. A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s.
Zuheyr ibn Əbu Sulmə
Züheyr ibn Əbu Sülmə (520–609) — ərəb şairi. Züheyr ibn Əbu Sülmə şairlər nəslinə mənsubdur. Onun babası, atası, dayısı və övladları da şair olmuşlar. Şair təxminən 530-cu ildə Nəcddə anadan olmuşdur. O, Mudari tayfasının Muzayna qəbiləsindən idi. Şairin atası Rəbiə öz tayfasını buraxmış və Qatafan tayfasına getmişdir. Burada Umm Amru adlı qızla evləndikdən sonra bu tayfa ilə qohumluq əlaqələri ilə bağlandığından tayfanı tərk etməmişdir. Burada onların Qatafan tayfasında böyüyüb tərbiyə alacağı övladları Züheyr dünyaya gəlmişdir. Tayfa nümayəndələri arasında Züheyrin dayısı olan iflic olmuş müdrik Bəşamə adlı bir qoca da var idi. Züheyr Bəşamədən ayrılmır, ona qulluq edir, ondan həyatın müxtəlif cəhətləri, eyni zamanda şer sənətinin incəliklərini öyrənirdi.
Əz-Zubeyr Rəhma Mansur
Əz-Zubeyr Rəhma Mansur həmçinin Sebehr Rəhma və Rəhma Zubeyr (ərəb. الزبير رحمة منصور‎; 1830 – 1913) — XIX əsrin sonlarında yaşayan sudanlı ərəb qul taciri, daha sonra paşa və Sudanlı məmur. General Çarlz Qordonun düşməni kimi şöhrəti ona İngiltərədə demək olar ki, mistik bir status qazandırdı, burada o, "ən zəngin və ən pis", "quldarların kralı" kimi xatırlanır. Əz-Zubeyr Rəhma Mansur 1830-cu ildə Sudanda anadan olub. Rəhma Şimali Sudanın ərəb qəbiləsi olan Gemaab Ja-alin qəbiləsindən idi. O, 1856-cı ildə kiçik bir ordu ilə Xartumu tərk edərək, qul ticarəti və fil sümüyü ticarəti ilə məşğul olmağa başladı. Bunun üçün o, seriblər kimi tanınan ticarət qalaları şəbəkəsi qurmuşdu. 1871-ci ildə, hakimiyyətinin ən güclü vaxtında alman səyahı və alimi Georg Şeinfurt Rəhmanı ziyarət etdi. Şeinfurt onun sarayını "şahzadəninkindən bir az kiçik" kimi təsvir edib. İki il sonra o, illik fil sümüyü vergisi müqabilində Bəhr əl-Qəzalın qubernatorluğuna layiq görüldü.
Zübeyrə Tuxuqov
Zubayra Əlixanoviç Tuxuqov (15 yanvar 1991, Qroznı) — rus qarışıq üslublu döyüşçü, yüngül çəki kateqoriyasında təmsilçidir. 2010-cu ildən bəri peşəkar səviyyədə çıxış edir, UFC, Cage Warriors, ProFC, Fight Nights Global mübarizə təşkilatlarının turnirlərində iştirakı ilə tanınır. Tuxuqov peşəkar debütünü 2010-cu ildə Pankration Atrium Cup 2 səkkiz nəfərlik, bir gecəlik turnirdə qazanaraq üç rəqibini məğlub etdi. 10-3 qarışıq döyüş sənəti rekordundan sonra o, Rusiya promosyonu olan Döyüş Gecələri ilə imzalanacaq və burada Romano De Los Reyes, Harun Kina və Vaso Bakoceviçi məğlub edərək 3 döyüşünün hamısında qalib gəlmişdi. Döyüş Gecələrində olduğu müddətdə Tuxuqov CWFC 58-də Denys Pidnebesnyi məğlub edərək Cage Warriors üçün döyüşdü. 2013-cü ilin dekabrında Tuxuqovun UFC ilə müqavilə bağladığı və fevralın 15-də UFC Fight Night: Machida vs. Mousasi-də Tiaqo Tavaresə qarşı promosyon olaraq debüt edəcəyi bildirildi. Bununla belə, Tavares açıqlanmayan zədə səbəbindən yarışı tərk etmək məcburiyyətində qaldı və onu UFC-nin yeni üzvü Duqlas Silva de Andrade əvəz etdi.Tuxuqov döyüşdə üstünlük təşkil etdi və yekdil qərarla qalib gəldi. Tuxuqov daha sonra oktyabrın 4-də UFC Fight Night: Nelson vs. Story-də Ernest Çaveslə qarşılaşdı.O, ilk raundda vurduğu zərbələrə görə texniki nokautla döyüşü qazandı.
İbn Cübeyr
Məhəmməd İbn Əhməd ibn Cübeyr ak-Kinani - ərəb şairi, Qranadda Almohadov həyətində xidmət etmişdir. 1183-cü ildə ibn Cübeyr Məkkəyə həcc ziyarətinə gedir. Səyahəti 2 il sürdü. Sonra Aralıq dənizi ilə üzərək ibn Cübeyr Aleksandiraya gəlir. O Misirə piramidaları görməyə gedir və Sfinskanı görür. Sonra yenidən Mosula qayıdır. Bu zaman o rus dilini öyrənir. 1189-1191-ci ildə ibn Cübeyr yenidən şərqə gedir, ancaq hara getdiyi bilinmir. Üçüncü səyahəti isə 1217 ildə edir ancaq rəhmətə gedir, gedı bilmir. Onun şeirləri bəzilər qalır onların əksəriyyəti Saladinaya həsr olunub.
Büreyr ibn Xudeyr əl-Həmdani
Büreyr ibn Xudeyr əl-Həmdani (ərəb. بُرَيْر بن خُضَيْر ٱلْهَمْدَانِيّ‎) — əslən Yəməndən olan Bəni-Həmdan tayfasının bir qolu olan Bəni-Məşriq nəslindəndir. O, qari idi və Məscidül-Kufədə Quran öyrədirdi. O, həm də tabiinlərdən və Əlinin də səhabəsi idi. Büreyr Hüseyn ibn Əlinin Mədinədən Kərbəlaya hicrət etdiyini eşidəndə Hüseynin ordusuna qoşulmaq üçün Kufəni tərk etdi. == Ömər ibn Sədə etiraz == Hüseynin bəzi səhabələri Ömər ibn Sədi Kərbəla döyüşündə Hüseyn ibn Əlinin su əldə etməsinə icazə vermədiyinə görə qınamışlar ki, onların arasında İbn Sədin yanına gedən Büreyr ibn Xudeyr İbn Sədin yanına gedərək Allahı və Onun Rəsulunu tanıdığını iddia edərkən "peyğəmbər ailəsini susuzluqdan ölümə tərk edib-etməyəcəyini" soruşdu. == Yezidlə mübahilə == Əbdülqeysin müttəfiqi Yezid ibn Moqal Hüseynin düşərgəsinə doğru hərəkət etdi və yaxınlaşaraq uca səslə Büreyr ibn Xudeyri çağırıb soruşdu ki, Allahın onun üçün təyin etdiyi taleyi necə tapdığını soruşdu. Bureyr cavab verdi ki, Allah onun barəsində xeyir, Yezidə isə şər göndərmişdir. Buna cavab olaraq Yezid onu azğınlardan olan yalançı adlandırdı. Büreyr onu "mübahilə"yə (yəni yalançı olana Allahın lənətini yağdırmağa) çağırdı.
Karl Büher
Karl Büher (alm. Karl Wilhelm Bücher‎, 16 fevral 1847 – 12 noyabr 1930, Leypsiq, Prussiya[d]) — Almaniya iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == Karl Büher - Derpt, Bazel, Karlsruer və Leypsiq Universitetlərinin professoru tərəfindən "Xalq təsərrüfatının meydana gəlməsi" (1893)-cü il) adlı əsərində təklif olunan bəşəriyətin iqtisadi tarixinin dövrləşdirilməsi böyük maraq doğurur. Büher təsərrüfatın inkişaf sxemini irəli sürərək onu üç mərhələyə ayırır: "qapalı və ev təsərrüfatı pilləsi" (xüsusi istehlak üçün istehsal, mübadiləsiz təsərrüfat), "şəhər təsərrüfatı pilləsi" (xarici istehlakçı üçün istehsal və ya bilavasitə mübadilə pilləsi) və "xalq təsərrüfatı pilləsi" (mallar istehlakçıya çatana qədər bir sıra təsərrüfatlardan keçir). Buherin təsərrüfatın inkişaf sxemi onun fikrincə bəşəriyyətin inkişaf səviyyəsini müəyyən edən mübadilə konsepsiyasına əsaslanır. Büher mübadilə üsulunu iqtisadi inkişafın əsası hesab edirdi. Büherin təsərrüfat tarixinin ümumi sxemindən onun sənayenin inkişafının forma və mərhələlərinin təsnifatı doğur. O, göstərir ki, bunun birinci mərhələsi ev, qapalı istehsalla, ikincisi - sifarişlə işləyən sənətkarın işi ilə, üçüncüsü - onun azad bazar üçün işi ilə, dördüncüsü - möhtəkir üçün ev istehsalı ilə, beşincisi - iri fabrik istehsalı ilə üst-üstə düşür. Yeni tarix məktəbi və onun nəzəri irsi kifayət qədər ziddiyyətli olmuşdur. Şmoller və onun arxadaşları monarxizmlə, iqtisadiyyata güclü əlin yaxşı təsirinə inamları ilə, milliyyətçilik və mühafizəkarlıqla fərqlənirdilər, onlar sağ mühafizəkarların iqtisadi proqramlarının formalaşmasına böyük təsir göstərdilər.
Süheyl ibn Əmr
Süheyl ibn Əmr (ərəb. سهيل بن عمرو‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, məşhur Qureyşlilərdən biri. O, xətib ləqəbini daşıyırdı. O, Bədr döyüşündə müsəlmanlar tərəfindən əsir düşmüş, yalnız Məkkənin alındığı gün İslamı qəbul etmişdir. Onun tam adı Əbu Yezid Süheyl ibn Əmr ibn Əbd Şəms ibn Əbd Vəd ibn Nəsr ibn Malik əl-Kürəşidir. Məhəmmədin peyğəmbərlik missiyasının başlanğıcı zamanı Süheyl Məkkənin rəhbərlərindən biri idi. Uzun illər Süheyl müsəlmanların müxalifi olmuşdur. O, ət-Taifə köçmək üçün uğursuz cəhddən sonra Məhəmməd peyğəmbəri müdafiə etməkdən imtina edənlərdən idi. Onun iki oğlu var idi: Abdullah və Əbu Cəndəl. Hər iki oğul İslamı atalarından əvvəl qəbul etmişdir.
Şüheyb ər-Rumi
Şüheyb ər-Rumi (ərəb. صهيب الرومي‎; 587, İraq, Sasanilər dövləti – 1 mart 659, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Erkən yaşlarında bizanslılar tərəfindən əsir götürüldüyündən ər-Rumi ("Romalı") olaraq anılır. Tam adı: Əbu Yəhya Şüheyb ibn Sinan ibn Malik ən-Numeyri ər-Rumidir. Atası Sinan ibn Malik Bənu Numeyr adlı ərəb qəbiləsindəndir. Fars padşahı II Xosrov Pərviz Sinanı Bəsrəyə aid olan köhnə əl-Ubul şəhərinə hakim (satrap) təyin edir. Anası Səlma Bənu Təmim qəbiləsindəndir. İran-Bizans müharibəsi zamanı o, anası ilə İraqda olub. Bir dəfə anası kiçik oğlu, yoldaşları və qulluqçuları ilə dincəlmək üçün İraqın əl-Saniy kəndinə gedir. Bu kəndə bizanslıların bir dəstəsi hücum etdiyində, onlar mühafizəçiləri öldürür, mallarını talayır və uşaqları əsir götürürlər.
Buheyra
Buheyra (ərəb. بحيرى‎, klass. süry. ܒܚܝܪܐ) — İslam mənbələrində görünən suriyalı nestorian rahib. == Bioqrafiya == Dəməşqə və ya geriyə gedən Məkkə karvanları tez-tez Buheyranın evində dayanırdılar. Peyğəmbərin uşaqlığını təsvir edən İbn Hişam, İbn-Səd-əl-Bağdadi və İbn-Cərir-ət-Təbərinin dediyi kimi, İslamdan əvvəlki dövrdə rahib Buheyra Büsrada əmisi Əbu Talibin ticarət karvanı ilə birlikdə Cənubi Suriyaya ilk səfərini edən Məhəmməd peyğəmbəri görüşmüşdür. Buheyra gənc Məhəmməddə bir peyğəmbər görür. Məhəmmədin kürəyindəki peyğəmbərlik möhürünə, başının üstündəki ağ buluda və digər əlamətlərə baxaraq onun “son peyğəmbər” olduğunu təxmin edir və Əbu Talibə onun Şamda yəhudilər tərəfindən öldürülə biləcəyini söyləyir. Başqa bir versiyaya görə, Buheyra Məhəmmədi nestorianlığa çevirməyə çalışmışdır. Bəhirənin söz və xəbərdarlıqları nəticəsində Əbu Talib Şama getmədi və mallarını Büsrədə sataraq oradan Məkkəyə qayıtmışdır.
Müsəb ibn Ümeyr
Müsəb ibn Ümeyr (ərəb. مصعب بن عمير‎ Müs'əb ibn 'Ümeyr; 585, Məkkə – 625) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. Müsəb ibn Ümeyr varlı Məkkəli ailəsində anadan olmuşdur. Qüreyş qəbiləsinin Əbd-əd-Dar nəslindən idi. İslamı qəbul etdikdən sonra İslam müxaliflərinin təqiblərindən qorxaraq bir müddət onu gizlədir. Ailəsi onun İslamı qəbul etməsindən xəbər tutduqdan sonra onu dinindən dönməyə məcbur etməyə çalışır və onu ev dustaqlığında saxlayırlar. Təqiblərdən qaçaraq Efiopiyaya köçür və oradan gəldikdən sonra ailəsi onun müsəlman olması ilə barışmalı olur. 621-ci ildə Kəbənin ənənəvi ziyarəti zamanı Mədinəli Aus və Xəzrəc qəbilələrinin nümayəndələri Əqabə adlanan yerdə danışıqlar aparmaq üçün Məhəmməd peyğəmbərlə görüşür. On iki mədinəli Məhəmməd peyğəmbərə yalnız Allaha ibadət etməyə, oğurluq etməməyə, zina etməməyə, uşaq öldürməməyə, böhtan və böhtandan çəkinməyə and içmiş, həmçinin Məhəmmədə peyğəmbər olaraq itaət edəcəklərinə and içmişlər. Əvvəlcə müəyyən çətinliklərlə qarşılaşan Əsəd ibn Zürarə Mədinədə təbliğat aparır və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir.
Yusif ibn Küseyr türbəsi
Yusif ibn Küseyir türbəsi — Naxçıvan şəhərində yerləşən, Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin əsəri olan tarixi memarlıq abidəsidir. Türbə ikiqatlı olub, hər iki qatı planda səkkizbucaqlı biçimdədir. Sərdabə yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür. Yusif Küseyir oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə yadda qalır. Sərdabə ikiüzlü plana uyğun ortası yastı olan günbəzlə örtülüdür. Üst qüllədə isə səkkizüzlünün həm içəri, həm də bayır üzlərində dayaz sivri tağçalar (içəridə sivri, bayırda düzbucaqlı) verilmiş, iç məkan sferonik, bayır prizmatik tutum isə səkkizüzlü uca piramidavari günbəzlə örtülmüşdür. Bütün türbə bişmiş kərpicdən tikilib, yüksək tikinti texnikası ilə seçilir. Türbənin yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı deşik, onun altında yerləşən sərdabəyə açılır. Sərdabənin damı mürəkkəb günbəz şəklindədir. Divar müstəviləri ilə günbəz (qübbə) arasında kiçik çıxıntılar vardır.
Ez-Zubаyr
Zübeir-İraqın Bəsrə mühafəzəsində,Küveyt və BƏƏ ən yaxın şəhəri. == Haqqında == Əl-Zubeyr şəhəri İraqın cənubundakı Bəsrə şəhərinin cənub-qərbində yerləşir və şəhər Ərəbistan yarımadası ilə Ərəb körfəzi bölgəsi və İraq arasındakı səyahət mərkəzləri və Badia ilə yaxınlığı var.Onu Nəcd çöllərindən gələn İraq Bədiyyələri və onlarla ticarət mübadiləsi üçün gələn hər kəs bir bölgə etdi. Əl-Zubeyr, İraq şəhəri olaraq tarixi statusa sahibdir və yarandığı bir neçə əsr ərzində miras və hadisələrlə doludur. Ayrıca İraqın şimalından və şərqindən kənarda olan Allahın Müqəddəs Evi olan Həcc ziyarətinə gələn və gedənlər üçün bir yerdir. == Etimologiyası == E.ə 38–658-ci ildə orada dəfn olunmuş Əl-Zubeyr İbn Əvam ilə əlaqədar olaraq bu ad verildi və o, Məhəmməd Peyğəmbərin əmisi oğlu və Cənnətin on təbliğatçısından biridir. Əl-Mirbadın arxeoloji məkanı ilə xəlifə Ömər bin Əl-Xattabın dövründə Ataba Bin Qazvan tərəfindən qurulmuş qədim Bəsrə şəhəri arasında yerləşir.
Sühəyl Ünvər
Sühəyl Ünvər (türk. Süheyl Ünver 1898[…], Konstantinopol – 14 fevral 1986, İstanbul) — Türkiyə yazıçısı və həkimi. Ünvər xeyli sayda roman və hekayələr müəllifidir. Sühəyl Ünvər 1898-ci il fevralın 17-də İstanbulda anadan olub. İlk təhsilini "Medresetü'l-Hattatin"'də almış, burda xəttatlığı öyrənmişdi. Gənc Sühəyl türk ornament miniatür sənəti ilə məşğul idi. "Darülfün"də Tibb Fakültəsində təhsil almış, 1920-ci ildə onu bitirmişdir. 1927-1929-cu illərdə daxili xəstəliklər üzrə tibb ixtisasını Paris Universiteti Tibb Fakültəsində tamamlamışdır. 1930-cu ildə Tibb Fakültəsi Müalicə Klinikasında Farmakodinamikanın dosenti vəzifəsində çalışmışdır. Gureba və Haseki xəstəxanalarında, Sənaye Məktəbində həkim köməkçi olaraq işləmişdir.
Yuhey Tokunaqa
Yuhey Tokunaqa (25 sentyabr 1983) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Zuhur TV
Zumər Surəsi
39-cu surə
Şuhey Kamimura
Şuhey Kamimura (上村 周平, Kamimura Shuhei, 15 oktyabr 1995-ci ildə Masikidə anadan olub) — Hal-hazırda Roasso Kumamoto FK klubunda çıxış edən Yaponiya futbolçusudur. 23 fevral 2016-cı il məlumatlarına əsasən.
Şuhey Terada
Şuhey Terada (d. 23 iyun 1975) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Şuhey Uetsuka
Şuhey Uetsuka (上塚周平, Uetsuka Şuhey, 12 iyul 1876, Kumamoto – 6 iyul 1935) – Braziliyada yapon icmasının lideri. O, "yaponların Braziliyaya immiqrasiyasının atası" hesab olunur. Şuhey Uetsuka 1876-cı ildə Yaponiyanın Kumamoto prefekturasında doğulmuş, Tokio Universitetində hüquq təhsili almışdır. 1908-ci ildə Braziliyaya immiqrasiya edən ilk yaponlara sponsorluq edən "Kokku" kolonizasiya şirkətinin agenti olmuşdur. O, Braziliyaya immiqrasiyanın ilk illərində yapon icmasına böyük dəstək göstərmiş, müstəqil fermerliyi müdafiə etmiş və bir çox yapon kənd təsərrüfatı məskəni qurmuşdur. 1918-ci ildə San-Paulu ştatında Promisan koloniyasının əsasını qoymuşdur. Braziliyada yapon icmasına başçılıq etməklə yanaşı boş vaxtlarında hayku poeziyası ilə məşğul olmuşdur. 1935-ci ildə ölmüş və Promisan bələdiyyə qəbiristanlığında dəfn olunmuşdur. 1978-ci ildə Braziliyaya gəlişinin 60 illiyi münasibətilə San-Paulu ştatında onun heykəli qoyulmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə).
Ceremi Zuker
Ceremi Skott Zuker (3 mart 1996, Franklin Lakes[d], Nyu-Cersi) — Amerikalı müğənni və bəstəkar. == Həyatı == Əslən Nyu-Cersi dən olan Zuker valideynləri və iki böyük qardaşı ilə birlikdə musiqili ailədə böyüdü. Ramapo Liseyində tələbə olarkən yataq otağında musiqi hazırlamağa başladı və daha sonra "Foreshadows" adlı qrupa qatıldı. Onun yazdığı ilk mahnı əslində qardaşının hündürlük qorxusu haqqında idi. Orta məktəbi bitirdikdən sonra o, Kolorado Kollecinə getdi və burada 2018-ci ildə molekulyar biologiya dərəcəsi ilə məzun oldu. Öz musiqisini istehsal etməzdən əvvəl ilk işi snoubord təlimatçısı idi. == Diskoqrafiya == === EP === Beach Island (2015) Breathe (2015) Motions (2016–2017) idle (2017) stripped.
Zəhər tuluğu
Zəhər tuluğu — Ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, tammetrajlı bədii Azərbaycan filmi. Bıçaqlandıqdan sonra sağ qalan Adil (Taleh Yüzbəyov), müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, "zəhər tuluğudur" – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş "həyat qadını" Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır. Xəstəxananın həyətindən çıxmamış Şakirin maşınına tanımadıqları hamilə qadın əyləşir. Dünyaya gətirəcəyi qız övladını qorumaq üçün ərindən və onun ailəsindən, daha doğrusu abortdan qaçan qadını qorumaq üçün Şakir və Rəna israr edir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onu dünyaya gələcək körpənin xilaskarına çevirir.
Əmir ibn Fuheyrə
Əmir ibn Fuheyrə (586, Məkkə – 625, ərəb. أبو عمرو عامر بن فهيرة التيمي‎) — Məhəmməd peyğəmbərin (s.a.v) səhabələrindən biri. 622-ci ildə Məhəmməd və Əbu Bəkr əs-Siddiqin gizli şəkildə Mədinəyə köçməsinə kömək etmiş şəxsdir. Əmir ibn Fuheyrə Afrika əsilli idi. Azdit tayfasının ixtiyarında qul kimi doğulmuşdu. Sonralar bu qəbilədən olan Əbu Bəkrin ögey oğlu ət-Tufeyl ibn əl-Harisə məxsus idi. O, Məkkədə yaşamış və Məhəmməd peyğəmbərin in təbliğ fəaliyyətinə başladıqdan sonra İslamı qəbul etmişdir. 614-cü ildən sonra o, bir çox Məkkə müsəlmanları kimi təqiblərə məruz qalır; onu inancından dönməyə məcbur etmək məqsədilə işgəncələrə məruz qoyulur. Onun təqibçisinin adı açıqlanmır; lakin Əbu Bəkr onu Tufeyldən fidyə alıb azad etdikdən sonra zülm dayanır. Əmir Əbu Bəkrin xidmətində qalır.
Əbu Mərvan ibn Zühr
Əbu Mərvan ibn Zühr (ərəb. ابن زهر‎; d. 1091 – ö. 1161) — İslam dünyasında İbn Zühr, Qərbdə isə Avenzoar adıyla tanınan Əbdülməlik ibn Əbil-Ala Zühr (ləqəbi "Əbu Mərvan") Əndəlüsdə yetişən məşhur tibb alimi. O, İslamın qızıl dövrünün ən böyük həkimlərindən olmuşdur. Qərbdə "father of the experimental medicine" (azərb. təcrübi tibbin atası, qurucusu‎) kimi tanınmışdır. İbn Zühr dövrünün digər müsəlman alimlərindən fərqli olaraq, yalnız tibb sahəsində əsər yazmışdır. Həmin kitablar latın və ibrani dillərinə tərcümə edilərək XVIII əsrədək istər Şərqdə, istərsə də Qərbdə önəmli yerə sahib olmuşdur. İbn Zühr kiçik yaşlarında elm öyrənməyə başlamış, fiqh, ədəbiyyat və dini elmləri mənimsəmişdir.
Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi
Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi (?-?) — Abbasi sərkərdəsi. Xürrəmilərin qələbəsi Xəlifə Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi. Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı.
Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi
Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi (?-?) — Abbasi sərkərdəsi. Xürrəmilərin qələbəsi Xəlifə Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi. Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı.
Qəsr əl-Heyr əl-Qərbi
Qəsr əl-Heyr əl-Qərbi (ərəb. قصر الحير الغربي‎; mənası – "Qərbi rifah sarayı") — Suriyada, Hümsün şərqində ərəb qəsri. 727-ci ildə VI əsrə aid Bizans monastırının yerində tikilmişmişdir. Sarayın tikintisi zamanı Palmira xarabalıqlarından çıxarılmış sütunlar və digər dekorativ elementlərdən istifadə edilmişdir. Hal-hazırda xarabalıqdır, qala yerində tapılan freskalar, stükko relyeflər, heykəltəraşlıq parçaları Dəməşq Milli Muzeyində yerləşdirilmişdir.