Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laher Ze
Laxer-Ze gölü (alm. Laacher See‎) – Almaniyanın Reynland-Pfalts vilayətinin Arvayler bölgəsinin Qles kommunasında vulkan mənşəli axarsız göl. Göl 1,9 km diametrli vulkanik kalderada, Koblensdən 24 km şimal-qərbdə və Bonndan 37 km cənubda, Reyn çayı üzərində yerləşən Andernax şəhərindən 8 km məsafədə yerləşir. Vulkan Ayfel dağlarındə qərarlaşır. Laxer-Ze gölü eramızdan əvvəl 10,930-cu ildə əmələ gəlmişdir. Vulkanik partlayıcılıq indeksi VEI 6-ya bərabər olan Lah super vulkanının Plinian tipli püskürməsindən sonra, bu təxminən Filippin Pinatubo vulkanının 1991-ci ildə püskürməsinə uyğundur. Radiokarbon üsulu Lah vulkanının püskürməsinin 13006 ± 9 təqvim ili əvvəl baş verdiyini müəyyən edib. Bu püskürmə Böyük Şaxta iqlim anomaliyasının mümkün səbəbi kimi müzakirə edilir. Yaxınlıqdakı ərazilər əlli metrlik vulkanik kül və pemza təbəqəsi altında idi, daha kiçik hissəciklər əsasən cənubdan müasir Şimali İtaliya ərazisinə və şimal-şərqə - müasir Rusiya ərazisinə və Skandinaviya yarımadasına uzanırdı. Ola bilsin ki, Lah vulkanının püskürməsi müasir Danimarka ərazisində Bromme mədəniyyətinin yaranmasına səbəb olub.
Laxer-Ze
Laxer-Ze gölü (alm. Laacher See‎) – Almaniyanın Reynland-Pfalts vilayətinin Arvayler bölgəsinin Qles kommunasında vulkan mənşəli axarsız göl. Göl 1,9 km diametrli vulkanik kalderada, Koblensdən 24 km şimal-qərbdə və Bonndan 37 km cənubda, Reyn çayı üzərində yerləşən Andernax şəhərindən 8 km məsafədə yerləşir. Vulkan Ayfel dağlarındə qərarlaşır. Laxer-Ze gölü eramızdan əvvəl 10,930-cu ildə əmələ gəlmişdir. Vulkanik partlayıcılıq indeksi VEI 6-ya bərabər olan Lah super vulkanının Plinian tipli püskürməsindən sonra, bu təxminən Filippin Pinatubo vulkanının 1991-ci ildə püskürməsinə uyğundur. Radiokarbon üsulu Lah vulkanının püskürməsinin 13006 ± 9 təqvim ili əvvəl baş verdiyini müəyyən edib. Bu püskürmə Böyük Şaxta iqlim anomaliyasının mümkün səbəbi kimi müzakirə edilir. Yaxınlıqdakı ərazilər əlli metrlik vulkanik kül və pemza təbəqəsi altında idi, daha kiçik hissəciklər əsasən cənubdan müasir Şimali İtaliya ərazisinə və şimal-şərqə - müasir Rusiya ərazisinə və Skandinaviya yarımadasına uzanırdı. Ola bilsin ki, Lah vulkanının püskürməsi müasir Danimarka ərazisində Bromme mədəniyyətinin yaranmasına səbəb olub.
Edinburq of ze Sii
Yeddi dəniz Edinburqu (ing. Edinburgh of the Seven Seas) — Tristan-da-Kunya arxipelaqında yeganə daimi yaşayış məntəqəsi. 2005-ci ildə əhalisi 275 nəfər idi. Yerli əhali qəsəbəni sadəcə The Settlement (qəsəbə) adlandırırlar. Yaşayış məskəni adanın britaniyalıların işğalından sonra salınıb. 1867-ci ildə kraliça Viktoriyanın ikinci oğlu, Edinburq hersoqu şahzadə Alfredin "Qaleteyq" freqatının kapitanı kimi səfərinin şərəfinə adlandırılıb. İkinci dünya müharibəsinin sonuna qədər adada hərbi qarnizon yerləşib. 1961-ci ildə vulkan püskürməsi qəsəbəni, balıq fabrikini və kartof sahələrini dağıdıb, bu səbəbdən də əhali adadan köçürülüb. Tədricən əhali geri qayıdıb, fabrik və qəsəbə isə 1963-cü ildə tam bərpa edilib. Qəsəbədə məktəb, kiçk xəstəxana, ərzaq dükanı, poçt şöbəsi, radiostansiya, kafe, videomallar marketi, basseyn və bir nəfər polisi olan polis məntəqəsi vardır.
Düzənlik zebri
Düzənlik zebri (lat. Equus burchelli) — at cinsinə aid heyvan növü. Kvaqqa (Equus quagga) yarımnövünün 1883-cü ildə nəsli kəsilib. Düzənlik zerbləri Cənub-Şərqi Afrikada, Həbəşistanın cənubundan CAR-ın şərqi və Anqolaya kimi yayılıb. == Xarici görünüşü == Kip bədən quruluşuna və qısa ayaqlara malik orta ölçülü zolaqlı heyvandır. Orta hesabla bədəninin uzunluğu 2-2,4 m, quyruğu 47-57 sm, hündürlüyü 1,12-1,4 m, kütləsi isə 290-340 kq olur. Erkəkləri dişilərdən 10%-ə qədər böyük olurlar. Erkəkləri dişilərdən fərqləndirən xüsusiyyətlərindən biri də yoğun boyuna malik olmasıdır. Yalları düs və qısa olur. Quyruğunun sonunda qotaz şəklində tüklər olur.
Eldar Zeynalov
Eldar Zeynalov (kimyaçı) — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Eldar Zeynalov (heykəltaraş) — heykəltaraş, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).
Eldar Zeynalov (heykəltəraş)
Eldar Heydər oğlu Zeynalov (22 avqust 1937, Bakı – 13 yanvar 2001, Bakı, Azərbaycan) — heykəltaraş, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992), "Humay" mükafatı laureatı (2001). == Həyatı == Eldar Zeynalov 22 avqust 1937-ci ildə Heydər Zeynalov və Dürrə Zeynalovanın ailəsində Bakı şəhərində anadan olub.
Eldar Zeynalov (kimyaçı)
Zeynalov Eldar Bahadır oğlu (8 oktyabr 1948, Bakı) — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Azərbaycan kimyaçısı, Azərbaycanda və bir sıra xarici ölkələrdə kimyəvi kinetika və kataliz, yüksək molekullu birləşmələr və neft kimyası sahəsində mütəxəssis və ekspert, tanınmış kimyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor, AMEA-nın akademik M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə" laboratoriyasının müdiri, eyni zamanda, "Neft mənşəli kaustobiolitlərdən nanokarbon materialları əsasında katalizatorların sintezi və tətbiqi üzrə fundamental tədqiqatlar (İNTERLABCAT)" beynəlxalq laboratoriyasının rəhbəri. 2009-cu ildən Amerika Kimya Cəmiyyətinin üzvüdür. == Həyatı == Eldar Zeynalov 8 oktyabr 1948-ci ildə Bakı şəhərində ziyalı və alim, neft kimya sahəsində Azərbaycanın görkəmli alimlərindən biri, Azərbaycanın əməkdar elm xadimi, akademik Bahadır Zeynalovun ailəsində anadan olmuşdur. Həyat yoldaşı Zeynalova Səadət Məmməd qızı – təvəllüdü 1954, dil nəzəriyyəsi və german dilləri üzrə mütəxəssis, professor, filologiya elmləri doktoru, AFR-in Aleksandr-fon-Humboldt Fondunun laureatı, Ümumdünya Germanistlər Birliyinin üzvüdür. == Fəaliyyəti == 1971-ci ildə E. B. Zeynalov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Eldar Zeynalovun elmi fəaliyyəti 1971-ci ildə başlanmış. O, Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının tövsiyəsi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasına daxil olub və sonra SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunun aspiranturasına göndərildi. 1976-cı ildə Moskva vilayəti, Çernoqolovka şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutun Bölməsində "Poliorqanosiloksanların oksidləşdirici destruksiyası və stabilləşməsi sahəsində tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və SSRİ Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarı ilə "Fiziki kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görulmüşdür.
Eldəniz Zeynalov
Eldəniz Məmməd oğlu Zeynalov (1 yanvar 1937, Bakı – 5 noyabr 2001, Bakı) — görkəmli Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Teatrında uşaq rollarında çıxış edib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956–1962). Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sonralar teatr və kinoda, televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yadda qalan obrazlar yaradıb. Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib, Yasamal qəbiristanlığında dəfn edilmişdir.
Elena Vladimirovna Zelenskaya
Elena Vladimirovna Dreyden (Zelenskaya) (d. 19 noyabr 1981) — rus aktrisası. == Həyatı == 19 noyabr 1981-də doğulub. Omskdakı 125 saylı məktəbi bitirmişdir. 1999-cu ildən 2000-ci ilədək Omsk şəhərində Studio Dram Teatrında aktyorluq kursunda oxumuşdur. 2005-ci ildə Sankt-Peterburq Dövlət Teatr İncəsənət Akademiyasını bitirmişdir.
Eleyalı Zenon
Elealı Zenon (yun. Ζήνων, m. ö. 490 – 430) — qədim yunan filosofu, Eleya məktəbinin təmsilçisi, Parmenidesin şagirdi olmuşdur. == Aporiaları == == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 39-40. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).
Elmir Zeynalov
Elnur Zeynalov
Elnur Zeynalov (28 iyul 1994, Naxçıvan – 26 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Baş Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Zeynalov 28 iyul 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini Naxçıvan şəhər M. C. Cəfərov adına 14N-li tam orta məktəbdə aldıqdan sonra, 2008-ci ildə Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə Hərbi Liseyi bitirdikdən sonra həmin ili Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2015-ci il Azərbaycan Ali Hərbi Məktəbini Xüsusi Təyinatlı ixtisası üzrə bitirir. 2015-ci ildə Ağstafa rayon N saylı Hərbi hissədə Kəşfiyyat qrup komandiri vəzifəsində işləməyə başlayır. 2018-ci ildə Baş Leytenant rütbəsini alır. Həmin ili Xüsusi Təyinatlı kurslarına yazılır və kursu müvəffəqiyyətlə bitirir. Bu illər ərzində bir çox kurslarda iştirak edir (Snayper kursu, Xüsusi Təyinatlı Dalğıc Kəşfiyyatçı kursu, Antiterror kursu, Xüsusi Təyinatlı kursu, Paraşüt kursu). 2020-ci ilin iyun ayında təyinatı üzrə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı N saylı hərbi hissəsinə yollanır.
Elxan Zeynallı
Elxan Aqşın oğlu Zeynallı, (3 aprel 1987, Bakı) və ya səhnə adı ilə Qaraqan, — azərbaycanlı repçi, musiqiçi, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibidir. Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. == Karyerası == Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir.
Elxan Zeynalov
Equus zebra
Dağ zebri (lat. Equus zebr) — Təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin at cinsindən növ. İki yarımnövə ayrılır: Hartman dağ zebri (Equus zebr hartmannae) və Equus zebr zebr. == Görünüşü == Düzənlik zebrindən qara zolaqlarının daha enli olması ilə fərqlənir. Ağ zolaqlar daha ensiz olduğundan bu zebrlər qara görsənir. Ayaqlarındakı zolaqlar dırnaqlara kimi davam edir. Kütləsi orta hesabla 260-dən 370 kq-a qədər, uzunluğu 2,20 m, kütləsi isə 1,2-1,5 m-ə qədər olur. Hartman dağ zebrinin bir qədər böyük olanlarında digər alt növə nisbətən daha dəqiq qara zolaqları ilə seçilir.
Equus zebra hartmannae
Hartman dağ zebri(lat. Equus zebr hartmannae) — Dağ zebri növünə daxil ola yarımnöv. Əsasən Anqolanın cənub-qərbində və Namibiyanın qərbində yayılmışlar. Hartman dağ zebri 7–12 başdan ibarət olan qruplarda yaşayır. Onlar qayalarda hərəkət etməyi bacaran cəld heyvanlardır. Əsasən quru sərt dağlarda yaşayırlar. Belə bir fikir vardlr ki, Hartman dağ zebrini ayrıca bir növ olaraq qeyd etmək lazımdır. Ancaq genetik müayinələr bunun əksini deyir. Hartman dağ zebrinin populyasiyası son zamanlar azalmışdır. Onların sayı Namibiyada hazırda 15 min başdır.
Erigeron zederbaueri
Erigeron zederbaueri (lat. Erigeron zederbaueri) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eyvaz Zeynalov
Eyvaz Zeynalov (tam adı: Zeynalov Eyvaz Mahmud oğlu; 18 yanvar 1950, Qiyaslı, Ağdam rayonu) — Azərbaycan yazıçısı. == Həyatı == 18 yanvar 1950-ci ildə Ağdam rayonunda anadan olub. Tanınmış yazıçı ilk və orta təhsilini Ağdam şəhər 1 nömrəli məktəbində almış və bu məktəbi əla qiymətlərələ bitirmiş,1973-cü ildə V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini bitirmişdir. “Qəlibə sal” adlı ilk hekayəsi hələ orta məktəbin 9-cu sinfində oxuyarkən “Lenin yolu” qəzetində çap olunub. 2007-ci ildə “Avropa Nəşr Mətbu Evi”nin keçirdiyi müsabiqədə “Ən yaxşı vətənpərvər yazıçı” Beynəlxalq Qızıl mükafatına layiq görülüb, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə müsabiqəsinin qaliblərindən biri olub. 2010-cu ildə Azadlıq radiosunun “Ədəbi azadlıq” kiçik hekayə müsabiqəsinin qalibi olub və 1-ci yeri tutub. 1990-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” (povest, hekayələr) adlı ilk kitabı çapdan çıxmıb. 1999-cu ildə “Bahalı şokolad qutusu”, 2007-ci ildə “Qırmızı almalar” (uşaqlar üçün) kitabları, 2006-cı və 2009-cu illərdə “Qarabağ hekayələri” (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə “Hekayələr”, 2008-ci ildə “Qış günəşi” (povestlər, hekayələr), 2013/14-cü ildə “Bələdçi” (iki roman: “Bələdçi” və “Qisas”) kitabı, 2014-cü ildə “Tələ” romanı, 2015-ci ildə “Alın yazısı” romanı, “Ömrə atılan daş” romanı çap edilib. 2010-cu ildə Tiflisdə iki dildə - azərbaycan və gürcü dilində “Uşaq hekayələri və nağıllar” adlı kitabı çap olunub. 2011-ci ildə Türkiyədə, Ankarada Türkiyə türkcəsində “Kara(b)ağlayan Hikayeler” kitabı çıxıb.
Fikrət Zeynallı
Fikrət Zeynalov
Flora və Zefir
"Flora və Zefir" (fr. Flore et Zephyre) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1875-ci ildə işlənmiş rəsm əsəri. Əsərdə yunan mifologiyasından Flora və Zefir təsvir edilmişdir.
Fələstində zeytun istehsalı
Fərhad Zeynalov
Fərhad Ramazan oğlu Zeynalov (22 iyun 1929, Ordubad – 16 oktyabr 1984, Bakı) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru (1966), professor (1968), müasir türkologiyanın inkişafında müstəsna xidmətləri olan elm adamlarından biri. == Həyatı == Fərhad Zeynalov 1929-cu ildə Ordubad şəhərində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Ordubad Şəhər Mədəniyyət Evində direktor işləmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1948-1953) və M. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır (1953-1956). Orada onun elmi rəhbəri məşhur türkoloq N. A. Baskakov olmuşdur. Fərhad Zeynalovun müdafiə etdiyi mövzu – "Nitq hissələrinin təsnifat prinsiptləri" – daha sonra da bir çox elmi tədqiqatlara başlanğıc vermişdir. 1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində işə başlamışdır. 1962-ci ildə bu universitetdə Ümumi dilçilik kafedrasının dosenti olmuşdur. Elə həmin universitetdə 1969-cu ildə Türkologiya kafedrasının yaradılması məhz onun adı ilə bağlıdır. O, həmin ildən etibarən bu kafedraya rəhbərlik etmişdir.
Fərman Zeynalov
== Həyatı == Fərman Hüsən oğlu Zeynalov - 29 yanvar 1944-cü ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Həsənqaydı kəndində kolxozçu ailəsində anadan olub. O, Hacılı yedillik və Şükürbəyli kənd orta məktəblərini bitirdikdən sonra, 1961-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili şöbəsinə daxil olub. (Hazırkı Azərbaycan Dillər Universiteti ). O,institutda oxuduğu zaman hərbi xidmətə çağrılıb (1963). Hərbi xidməti başa vurduqdan sonra (1966), yenidən doğma instituta qayıdıb, təhsilini davam etdirib. İnstitutun 1969-cu ildə əla qiymətlərlə bitirdiyindən İnstitut Elmi Şurasının qərarı ilə o, institutda müəllim saxlanılır. O, 1969-cu ilin sentyabrından fonetika kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. 1984-cü ildə Tbilisi Dövlət Universitetində “İngilis və Azərbaycan dillərində cümlə vurğusunun fonetik xüsusiyyətləri müqayisəli təhlili (rus dilində) mövzusunda (10.02.04 – German dilləri 10.02.06 Türk dilləri ixtisasları üzrə) namizədlik dissertasiya işini uğurla müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. F.H.Zeynalov 1992-ci ildə dosent elmi adı almışdır. Namizədlik dissertasiyasının müzakirəsində çıxış edən keçmiş postsovet məkanında tanınmış türkoloq f.e.d.
Fərrux Zeynalov
Fərrux Məmmədnəbi oğlu Zeynalov (4 may 1942, Bilgəh – 13 yanvar 2022) — Azərbaycanın dövlət və siyasi xadimi, Azərbaycan Respublikasının material ehtiyatları naziri (1992–1997), iqtisad elmləri namizədi. == Həyatı == Fərrux Məmmədnəbi oğlu Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhəri Lenin rayonunun Bilgəh qəsəbəsində anadan olmuşdur. 1959-cu ildə qəsəbə orta məktəbini, 1963-cü ildə Yüngül Sənaye Texnikumunu, 1969-cu ildə isə Çingiz İldırım Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) tikiş məmulatının texnologiyası fakültəsini bitirmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. İlk əmək fəaliyyətinə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsində fəhlə kimi başlayan Fərrux Zeynalov sonradan həmin idarədə dərzi, biçici, istehsalat müdiri vəzifələrində çalışmışdır. 1975–83-cü illərdə "Paltarların fərdi tikişi və təmiri" fabrikasının direktoru, 1983–1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1987–1992-ci illərdə Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin, Azərbaycan Maddi-Texniki Təchizat Komitəsi "Azəryüngülyeyintisənaye" Birliyinin, "Azərtoxucutəchizatsatış" firmasının baş direktoru vəzifələrində çalışmışdır. Respublika müstəqillik qazandıqdan sonra Fərrux Zeynalov 1992–1997-ci illərdə Azərbaycan Respublikasının Material Ehtiyatları Naziri vəzifəsində (nazirlik ləğv olunana kimi) işləmişdir. 1999–2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalışmışdır. Evlidir, 3 övladı var.
Grimoire of Zero
Grimoire of Zero (azərb. Sıfır qrimuarı‎) və ya Yaponiyada tanınan adı ilə Zero kara Hajimeru Mahō no Sho (ゼロから始める魔法の書, azərb. Sıfırdan sehrli kitab başlatmaq‎) — Yoşinori Şizumanın rəssamlığı ilə Kakeru Kobashiri tərəfindən yazılan ranobe seriyası. Ranobe 2012-ci ildə 20-ci Dengeki Roman Mükafatının qalibi olmuşdur. ASCII Media Works 2014-cü ilin fevralından ranobenin 7 cildini buraxmışdır. Takaşi İvasakinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 27 dekabr 2014-cü ildən ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunur. Yasuoka tərəfindən "Zero kara Hajimeru Mahō no Sho Nano!" (ゼロから始める魔法の書なの) adlı spin-off manqası da istehsal olunmuşdur. White Fox tərəfindən istehsal olunmuş anime adaptasiyasının 2017-ci ilin aprelindən iyununa qədər anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == 526-cı ildir. Hadisələr Zero adlı dünya cahili ilə yarı-insan, yarı-bədheybət olan muzdlu əsgər ətrafında cərəyan edir.
Hacı Seyid Zeynalabdin Rəhimzadə
Hacı Seyid Zeynalabdin Rəhimzadə (?-?)—İran Milli Məclisinin üzvü, siyasətçi. == Həyatı == Hacı Seyid Zeynalabdin Seyid Məhəmmədrəhim oğlu Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Atası və əmisi Hacı Məhəmməd ağa Xoyi də Təbrizin birinci gildiya tacirlərindən idi. Hacı Seyid Zeynalabdin Rəhimzadə siyasi həyata atılmış, Azərbaycan əyalətindən bir neçə dəfə İran Milli məclisinə nümayəndə seçilmişdi. Hacı Seyid Zeynalabdinin Murtuza adlı oğlu vardı.
Hacı Zeynalabdin
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır. == Tarixi == Qəsəbə ərazisində ilk yaşayış məskəni "Təkə qumu" deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-ci ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.
Le-Se
Le-Se (fr. Le Saix, oks. Lo Sais) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Veyn kantonuna daxildir. INSEE kodu — 05158. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 92 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 49 yaşda (15-64 yaş arasında) 29 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 59,2%, 1999-cu ildə 50.0%). 29 aktiv adamdan 28 nəfəri (14 kişi və 14 qadın), 1 qadın işsiz idi.
Aze-le-Ferron
Aze-le-Ferron (fr. Azay-le-Ferron) — Fransanın Endr departamentinin (Le Blan dairəsi) Mərkəz regionunda yerləşən kommunadır. Əhalisi 1016 nəfər təşkil edir. (2003-cü ilin statistik məlumatlarına əsasən). Bələdiyyə Parisdən təxminən 250 km, Orleandan 135 km, Şatorudan isə 50 km cənubda yerləşir . == Əhalisi == Əhalisi: 942 nəfər (2007-ci ilin statistik məlumatlarına əsasən) təşkil edir.
Le-Kot-de-Kor
Le-Kot-de-Kor (fr. Les Côtes-de-Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38132. Kommunanın 1999-cu il üçün əhalisi 44 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 680 ilə 2 015 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Le-Maye-de-Montan
Le-Maye-de-Montan (fr. Le Mayet-de-Montagne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03165. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 228 nəfər (15-64 yaş arasında) 138 nəfər iqtisadi cəhətdən, 90 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 60.5%, 1999-cu ildə bu 63.8%). Fəal olan 138 nəfərdən 118 nəfər (77 kişi və 41 qadın), 20 nəfər işsiz (2 kişi və 18 qadın) idi. 90 hərəkətsiz 14 nəfər arasında şagird və ya tələbə, 42 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Le-Peaj-de-Rusiyon
Le-Peaj-de-Rusiyon (fr. Le Péage-de-Roussillon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Rusiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38298. Kommunanın 2007-cu il üçün əhalisi 6569 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 134 ilə 263 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Le-Pon-de-Kle
Le-Pon-de-Kle (fr. Le Pont-de-Claix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38317. Kommunanın 2006-cı il üçün əhalisi 11573 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 227 ilə 391 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 7 km cənubda yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == Le-Pon-de-Kle xüsusiyyətləri == Le-Pon-de-Kle sənaye şəhəridir, çünki ərazisinin demək olar ki, üçdə bir hissəsi böyük bir kimyəvi platformadır.
Le-Roş-de-Kondriyo
Le-Roş-de-Kondriyö (fr. Les Roches-de-Condrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyenn-Süd kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38340. Kommunanın 2007-ci il üçün əhalisi 1925 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 155 ilə 200 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondanb 35 km cənub-şərqdə, Qrenobldan 85 km şimal-qərbdə yerləşir.
Sen-Marten-de-Le
Sen-Marten-de-Le (fr. Saint-Martin-des-Lais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03245. 2008-ci ildə əhalinin sayı 736 nəfər təşkil edirdi. 2007-ci ildə 87 yaşdan yuxarı (15-64 yaş arasında) 59 nəfər iqtisadi fəal, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 81.5%). Fəaliyyət göstərən 59 nəfərdən 57 nəfər (37 kişi və 20 qadın) işləyir, 2 kişi işsizdir. 28 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 7 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
When We're Old
When We're Old (azərb. Biz yaşlanarkən‎) — Litvanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yeva Zasimauskayte "When We're Old" mahnısı ilə Litvanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Vıtautas Bikus tərəfindən bəstələnmişdir.
Type 94 Te-Ke
Type 94 Te-Ke (yap. 九四式軽装甲車; Rom: Kyūyon-shiki keisōkōsha) — Yaponiya tanketkasıdır. Tanketka Yaponiya İmperator Ordusu tərəfindən İkinci Çin-Yapon müharibəsinin hərbi əməliyyatları zamanı, Nomonhanda Sovet İttifaqına qarşı və İkinci Dünya müharibəsi dövründə geniş bir formada istifadə edilmişdir. Onlar əsasən sursat daşımaq və ümumi olaraq piyadalara dəstək məqsədləri üçün istifadə olunsalar da, birbaşa döyüşdən çox kəşfiyyat fəaliyyəti üçün nəzərdə tutulmuşdurlar. Asqı sistemi iki təkərli boji olub, əməliyyat mənzili 200 km, maksimum sürəti isə 40 km/saat təşkil etmişdir. Tankın istehsal xərci 1939-cu ilin avqust ayına görə silahlanması istisna olmaqla 25,300 Yaponiya yeni ($6,798 USD) olmuşdur.
Aze-Le-Ferron Qalası
Aze-Le-Ferron Qalası — Fransansanın Aze-le-Ferron kommunasının Endr departamentinin Luara vadisində saray və park kompleksi. Qala XV-ci əsrdə qurulub və sonra XVII-ci əsrin əvvəllərində yenidən qurularaq genişləndirildi. 1950-ci ildə Qala Fransanın Tarixi abidələr siyahısına daxil edilib. == Tarixi == İlk qala XV-ci əsrin sonlarında Prejean Frotier tərəfindən tikilmişdir. 1496-cı ilə aid olan Qalanın qülləsi XVII-ci əsrin sonlarına aid tikililərə daxil edilmiş və bu gün də qalmaqdadır. Qala 1560-cı ildə I Lui de Kravantın ailəsinin mülkiyyətinə keçdi. Bu ailə XVII-ci əsrin sonlarına qədər mülkə sahib idi. Onilliklər ərzində sarayın sahibləri Fransa tarixində məşhur olan zadəganların nümayəndələri idi. Fransız İnqilabından sonra kompleks iki məşhur silah istehsalçıları Viktor və Antuan Luzarşerin mülkiyyətinə keçdi. Onların nəsilləri XX-ci əsrin əvvəllərinə qədər kompleksdə yaşayıblar.
Aze-le-Rido Qalası
Aze-le-Rido Qalası — Fransada orta əsrlərə aid tarixi qala. Fransanın Endr və Luara departamentinin Aze-le-Rido şəhərində yerləşir. Milli Abidələr Mərkəzi tərəfindən idarə olunur. == Tarixi == Qala 1510-cu ildə Endr çayının üzərində, I Fransiskin xəzinədarı tərəfindən tikilmişdir. Qala Fransız İntibahının şah əsəri sayılır. 1905-ci ildə mülk Fransa dövləti tərəfindən 250.000 frank qarşılığında satın alındı ​​və Tarixi Abidələr siyahısına daxil oldu. Qalanın bəzi dağılmış hissələri bərpa edilmişdir. İkinci Dünya Müharibəsinin zamanı, 1939-1940-cı illərdə qala Təhsil Nazirliyi kimi fəaliyyət göstərirdi. Aze-le-Rido Qalası Milli Abidələr Mərkəzi tərəfindən qorunan tarixi abidədir və YUNESKO-nun Ümumdünya İrsinin bir hissəsidir. == Arxitekturası == Aze-le-Rido Qalasınının heyrətamiz yeri onu dünyanın bir çox qalalarının ən məşhurlarından birinə çevirib.
Aze-le-Rido qəsri
Aze-le-Rido Qalası — Fransada orta əsrlərə aid tarixi qala. Fransanın Endr və Luara departamentinin Aze-le-Rido şəhərində yerləşir. Milli Abidələr Mərkəzi tərəfindən idarə olunur. == Tarixi == Qala 1510-cu ildə Endr çayının üzərində, I Fransiskin xəzinədarı tərəfindən tikilmişdir. Qala Fransız İntibahının şah əsəri sayılır. 1905-ci ildə mülk Fransa dövləti tərəfindən 250.000 frank qarşılığında satın alındı ​​və Tarixi Abidələr siyahısına daxil oldu. Qalanın bəzi dağılmış hissələri bərpa edilmişdir. İkinci Dünya Müharibəsinin zamanı, 1939-1940-cı illərdə qala Təhsil Nazirliyi kimi fəaliyyət göstərirdi. Aze-le-Rido Qalası Milli Abidələr Mərkəzi tərəfindən qorunan tarixi abidədir və YUNESKO-nun Ümumdünya İrsinin bir hissəsidir. == Arxitekturası == Aze-le-Rido Qalasınının heyrətamiz yeri onu dünyanın bir çox qalalarının ən məşhurlarından birinə çevirib.
Re:Re:
Re:Re: – Yaponiyanın Asian Kung-Fu Generation musiqi qrupunun "Sol-fa" albomuna daxil olan sinql. 2016-cı ildə qrup albomu və mahnını yenidən yazmış və 16 mart 2016-cı ildə buraxmışdır. Mahnının 2016-cı il versiyası "Erased" animesinin açılış mahnısı olmuşdur. Sinql üçün hazırlanan musiqili videonun rejissoru Kazuyoşi Okudur. Video qrupun köhnə musiqi videoları ilə canlı performanslarının qarışığından ibarətdir. Videonun sonunda bütün görüntü birləşir və ortaya "Re:Re:" sözü ortaya çıxır. Bütün sözlər Masafumi Qoto tərəfindən yazılmışdır..
Le-Me (Yuxarı Provans Alpları)
Le-Me (fr. Les Mées, oks. Lei Meas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Me kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04116. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3591 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2161 nəfər (15-64 yaş arasında) arasında 1533 nəfər iqtisadi fəal, 628 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 70.9%, 1999-cu ildə bu 68.5%). 1533 aktiv 1323 nəfər (716 kişi və 607 qadın) işləyir, 210 nəfər işsizdir (96 kişi və 114 qadın).
Le-Pon-de-Bovuazen (İzer)
Le-Pon-de-Bovuazen (fr. Le Pont-de-Beauvoisin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38315. Kommunanın 2012-ci il üçün əhalisi 3499 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 239 ilə 332 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Re-Se sistemində alınan ərintilər
Re-Se sistemində alınan ərintilər Renium ilə Se arasında müxtəlif tərkibli birləşmələr alınır. Belə ki, renium-selenid üçün aşağıdakı birləşmələr məlumdur: Re2Se7 (hepta selenid), ReSe2 (diselenid), ReSe (monoselenid), Re3Se2. Re2Se7 – KReO4 və potaş qarışığı üzərindən H2Se keçirməklə almaq olur. Potaş ona görədir ki, reaksiya nəticəsində əmələ gələn artıq seleni birləşdirsin. Re2Se7 – qara rəngli toz halında olub, spirt və digər üzvi həllediciləri udma qabiliyyətinə malikdir. ReSe2 – ilk dəfə Re2Se7-ni vakuumda 330ºC-də 9 saat müddətində qızdırmaqla almışlar: Re2Se7 → 2ReSe2 + 3Re Müəlliflər renium diselenidin alınması üçün quru H2Se-nin metal reniumla və yaxud ammonium perrenata təsiri ilə alınma üsulunu təklif etmişlər. Hər iki halda temperatur 700ºC-dir. Re+H2Se=ReSe2+2H2 2NH4ReO4+7H2Se=2ReSe2+2NH3+8H2O+3Se Renium diselenid hidrogen mühitində 400ºC-yə qədər qızdırıldıqda davamlıdır, sonra temperatur yüksəldikcə ondan selen ayrılmağa başlayır, 900ºC-də və ondan yüksək temperaturda selen tamamilə ayrılır, təmiz metallik reniuma çevrilir. Renium selenidin əmələ gəlməsi rentgenoqrafik tədqiqat nəticəsində də təsdiq edilir. Renium monoselenid ReSe, renium xlorselenid ReSeCl2 ilə hidrogen təsirindəbn 490–500ºC-də alınır.
Re-Te sistemində alınan ərintilər
Re-Te sistemində alınan ərintilər — Hal-hazırda elm və texnikada telluridlər əsasən təbəqə şəklində istifadə edildiyindən, kütlə və ya toz şəklində alınmış birləşmələrin üzərində daha əlavə təcrübələr aparmaq lazımdır ki, bu da müxtəlif cihazların, əlavə təcrübə və reaktivlərin sərf olunmasına gətirib çıxarır. Bununla əlaqədar olaraq renium-telluridlərin nazik təbəqələrinin müxtəlif əsaslar üzərində alınması aktual məsələlərdən biridir. Renium və onun ərintilərinin alınması üçün müxtəlif üsullar mövcuddur. Re-Te sistemində aşağıdakı birləşmələr var: Re2Te, ReTe2, Re2Te5, Re3Te, Re2Te7 . Re–Te sistemi öyrənilmiş və ReTe2 birləşməsini komponentlərin stexiometrik miqdarının havası çıxarılmış, ucu lehimlənmiş kvars ampulada 20 gün müddətində 7000C temperaturda qızdırmaqla alırlar. Nümunələri xırdaladıqdan sonra müxtəlif temperaturlarda (500–11000C) yandırırlar, sonra həm buzlu suda, həm də havada soyudurlar. Müəlliflər güman edirdilər ki, ReTe2-nin kristal qəfəsi rombikdir və qəfəs parametrləri aşağıdakı kimidir: a= 12,987 ± 0,007, b= 13,055 ± 0,008, c= 14,271 ± 0,008 Å. Termiki və mikroquruluş analizlərinə görə 1000±50C ərimə temperaturuna malik konqruyent əriyən birləşmə Re2Te7 (29% Re) əmələ gəldiyi ehtimal olunur. 30–50% tərkibli termofaza oblastında termiki effektin tədqiqi və onların mikrobərkliyinə əsasən 968±50C peritektik inkonqruyent əriyən Re2Te5 (37% Re) birləşməsinin olduğu ehtimal olunur. Renium-tellur sistemi eyni zamanda T. X. Qurbanov, R. A. Dovlyətşina və b. tərəfindən də geniş tədqiq edilmişdir.
We'll Be Together (musiqi)
We'll Be Together (ing. Biz birlikdə olacağıq) – Məşhur alman müğənnisi Sandra Kretunun 1988-ci ildə istehsal olunmuş "Into a Secret Land" albomuna daxil olan mahnılardan biridir. Mahnı 1988-ci ilin noyabr ayında istehsal olunmuşdur. Almaniyanın hit-paradında 9-cu pilləyə yüksəlmişdir.
We Could Be The Same
We Could Be The Same (Azərbaycanca: Eyni ola bilərdik) — Avroviziya 2010-da Türkiyəni təmsil edən mahnı. Mahnını "maNga" qrupu ifa etdi. Mahnının musiqisi "maNga" ya, sözləri isə "maNga", Evren Özdəmir və Fiona Movery Akıncına aiddir.
Je
Ժ, ժ — (Səslənməsi: je, erm. ժե) — erməni əlifbasının onuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
NE
Naxçıvan Ensiklopediyası — Naxçıvan Muxtar Respublikasının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşr. İlk dəfə 2002-ci ildə, təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri isə 2005-ci ildə çap edilib. "Naxçıvan Ensiklopediyası" Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" 1999-cu il 12 fevral tarixli Sərəncamına əsasən AMEA Rəyasət Heyəti nəzdində yaradılmış Naxçıvan ensiklopediyası qurumu tərəfindən hazırlanıb və 2002-ci ildə nəşr edilib. Azərbaycanın 4-cü Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında" 2004-cü il 9 fevral tarixli sərəncamı ilə müəyyən edilmiş tədbirlər planına uyğun olaraq isə "Naxçıvan Ensiklopediyası"nın təkrar nəşr edilməsi qərara alınıb. Buna müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə "Naxçıvan Ensiklopediyası"nın təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri hazırlanıb. Əlavə olaraq cildə 200-ə yaxın yeni məqalə daxil edilib. Son illər muxtar respublikanın şəhər və rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi, bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni quruculuq sahəsində baş vermiş yeniliklər bu nəşrdə əksini tapıb. "Naxçıvan Ensiklopediyası"nın ikinci nəşri AMEA-nın Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən hazırlanıb. Kitabda muxtar respublikanın təbiəti, tarixi, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatından sistemli şəkildə bəhs olunur. Burada muxtar respublikaya həsr olunmuş kompleks məqalədən başqa, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr verilib.
Seks və Zen
Seks və Zen (Çincə: 玉蒲團之偷情寶鑑, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn , ing. Sex and Zen) — 1991-ci ildə istehsal olunmuş Erotik Honkonq filmidir. Filmin baş qəhrəmanı sevgi hisslərini daha dərindən başa düşmək üçün macəralar axtarır. Lakin həyatın mənasının nə olduğunu başa düşmür... Sex and Zen — Internet Movie Database saytında.
Seks və Zen 2
Seks və Zen 2 (Çincə: 玉蒲團之偷情寶鑑 II, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn II, ing. Sex and Zen 2) — 1996-cı ildə istehsal olunmuş Erotik Honkonq filmidir. Atası tərəfindən bağlı otaqda saxlatdırılan cavan qız Yiau buradan çıxıb oxumaq niyyətindədir. Atası bir müddət sonra ona getməyə icazə verir. Amma Yiau iki şərti qəbul etməlidir: Kişi paltarı geyinməli və kəmərin altında bıçaq saxlamalıdır. Bu müddətdə rayonda Miraj Xanım peyda olur və kişilərdən enerjini alaraq bədheybətə çevriləcəkdir. Bu bədheybət kişi və qadın başlanğıcını cəmləşdirəcəkdir... Sex and Zen 2 — Internet Movie Database saytında.
Seks və Zen 3
Seks və Zen 3 (Çincə: 玉蒲團之偷情寶鑑 III, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn III, ing. Sex and Zen 3) — 1998-ci ildə istehsal olunmuş Erotik Honkonq filmidir. Filmin büdcəsi təxminən 7 milyon Honq Konq dollarıdır. Üç bakirə qadın ailələri Syuzan, Fenni cə Çinyun tərəfindən qəddar xanıma satmışlar. Həmin xanım fahişəxananın rəhbəridir və buradakı qadınları fahişə kimi istifadə edir. Bir gün saqqalı olan alim Çu Çinq Anq milli imtahana getməyə hazırlaşır. Yolda fahişəxanaya hazırlaşan ticarətçi ilə rastlaşır və onunla dostluq etməyə başlayır. Onlar bura gələrək qadın seçməyə başlayırlar. Bir müddətdən sonra isə Çu Çinq Anqın pulu qurtarır və onun xoşuna gəldiyi qızı Syuzanı ticarətçi götürərək həyat yoldaşı etməyinə qərar verir. Çu Çinq Anq isə onu geri qaytarmaq üçün müxtəlif seksual hissləri öyrənir...
Zəm-zəm
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Nə geri çəkil, nə də təslim ol
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.