Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əl-Ədl
Əl-Ədl (ər. العدل) — Allahın adlarından biri. Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8) Allah ədalətlilərin ən xeyirlisidir.
Əl
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. == Anatomiya == Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. == Əllər haqqında maraqlı faktlar == iz hər gün əllərimizdən istifadə edirik və həyatımızı onlarsız təsəvvür edə bilmirik.
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) - Liviyanın Kirenaika regionunda şəhər.
Əl-Münəzzəl Əl-Mübarək
Cudi Dağı - Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında ihündürlüyü 2 114 metr olan dağ. == Coğrafiyası == == Tarixi rəvayətlər == İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qey edilir. Hud Surəsində "Ey yer üzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Əl-Məhəllə əl-Kübra
Əl-Məhəllə əl-Kübra (ərəb. المحلّة الكبرى‎) — Misirin əl-Qərbiyyə mühafəzəsində şəhər. Əhalisi təxminən 543.271 nəfərdir (2018).
Əl-Məscid əl-Haram
Məscidül-Həram (ərəb. المسجد الحرام‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. == == Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
Əl-Əfuv
Əl-Əfuv (ər. العفو) — Allahın adlarından biri. Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa Surəsi, 149) İnsan, yaradılış etibarıyla səhv etməyə meylli varlıqdır. Hər an, bir çox mövzuda qüsurlu düşünə bilər, səhv bir qərar verə bilər, xətalı rəftar göstərə bilər. Ancaq insanı yaradan və ondakı bu çatışmamazlıqları bilən Allah, edilən səhvləri də əfvedicidir. Allahın "əfvediciliyi" olmasa heç bir insanın cənnətə girməyi mümkün olmazdı. Bu gerçəyə Quranda açıqça diqqət çəkilmişdir: Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər.
Əl-Əhram
"Əl-Əhram" (ərəb. الأهرام‎; azərb. Piramidalar‎) — Misirin paytaxtı Qahirədə nəşr olunan gündəlik qəzet. Qəzet 1875-ci ildə Livanlı iki xristian qardaş – Salim və Bişara Takla tərəfindən yaradılmışdır. 1881-ci ildən sonra gündəlik nəşrə keçmişdir. 29 yanvar 2015-ci ildə naməlum silahlılar Əl-Əriş şəhərindəki qəzetinin regional bürosuna hücum edərək 6 nəfəri qətlə yetirmişdir.
Əl-Əhəd
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allahdan istəyir.
Əl-Əlameyn
Əl-Ələmeyn (ərəb. العلمين‎) — Misirin şimalında şəhər. İsgəndəriyyədən 106 km qərbdə yerləşir. Əhalisi təxminən 2.413 nəfərdir (2006). Şəhər İkinci dünya müharibəsi zamanı Əl-Ələmeyn döyüşləri ilə yadda qalmışdır.
Əl-Əliyy
Əl-Əliyy (ər. العلي) — Allahın adlarından biri. (Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir! (Şura Surəsi, 51) Allah Quranda Özünü bizə tanıdıb: Bütün aləmləri yaradan, kainatın tək hakimi olan Allah Ucadır. Göylərin, yerin və bu ikisi arasında olanların yeganə sahibi Odur.
Əl-Ələmeyn
Əl-Ələmeyn (ərəb. العلمين‎) — Misirin şimalında şəhər. İsgəndəriyyədən 106 km qərbdə yerləşir. Əhalisi təxminən 2.413 nəfərdir (2006). Şəhər İkinci dünya müharibəsi zamanı Əl-Ələmeyn döyüşləri ilə yadda qalmışdır.
Əl-Ərəbiyə
Əl-Ərəbiyə adası (ərəb. جزيرة العربی‎) — Fars körfəzində Farsi adası yaxınlığında Səudiyyə Ərəbistanı adalardan biridir.
Əl-Əvvəl
Əl-Əvvəl (ər. الأوّل) — Allahın adlarından biri.
Əl-Əyun
Əl-Əyun (ərəb. العيون‎, isp. El Aaiún) — Qərbi Saharanın ən iri şəhəri, şimal-qərbi Afrikada mübahisəli ərazi. Mərakeşin nəzarəti altındadır. Mərakeşin — Əl-Əyun-Bujdur-Saqiet-əl-Hamra vilayətinin mərkəzi, həmçinin Saxara Ərəb Demokratik Respublikasının paytaxtı. Şəhər Mərakeşin nəzarəti altında olduğundan SƏDR-in müvəqqəti paytaxtı Bir-Lelu şəhəridir. == Əhalisi, dil və dini == 2008-ci ilin məlumatına əsasən şəhərin əhalisi 192 639 nəfərdir. Şəhərdə ölkə əhalisinin yarısı yaşayır. Milli tərkibi 95% səhravidir. Şəhərdə 8 min avropalı yaşayır, dövlət dili ərəb dilidir, gündəlik ünsiyyətdə hasaniya dialekti də işlənir.
Əl-Əzhər
Əl-Əzhər Universiteti — İslam dünyasının ən qədim Universitetlərindən biri, Misir Universiteti Əl-Əzhər Uiversiteti təkcə müsəlman Şərqində deyil, bütün dünyada ən qədim universitetlərdən biridir. Artıq 1000 ildir ki, bu universitet islam elmlərini öyrənir, tədris edir və müsəlman dünyasının mötəbər elm, din, mədəniyyət mərkəzi olaraq qalır. Əl-Əzhər Universitetinin əsası 359 (970)-cu ildə Misir Fatimiləri dövründə qoyulmuşdur. O, əvvəlcə universitet kimi deyil, cümə məscidi kimi inşa edilmişdir. Fatimilərin ordu başçısı Cövhər əs-Səqəli 358 (969)-ci ildə son İxşidi hökmdarı Əhmədi (968–969) taxtdan salıb Füstata (Qədim Qahirəyə) daxil oldu. Misirdə Fatimilər öz paytaxtlarını salmaq istədilər və Qahirəni (əl-Qahirə — "Qalib şəhər") tikməyə başladılar. Əl-Əzhər də həmin vaxt inşa edilmişdir. Tikinti işləri iki il davam etmiş və 972-ci ildə məscid ilk dəfə namaz qılanları qəbul etmişdir. Fatimi xəlifəsi Müizz Lidinillah (953–975) Qahirəyə gəldikdən sonra əl-Əzhər məscidi İsmaili Fatimilərin əqidələrini təbliğ edən bir mərkəz olmuşdur. Baş qazı Əbülhəsən Əli bin ən-Nüman əl-Qeyruvani 365 (975)-ci ilin səfər ayından etibarən məsciddə tarix, fəlsəfə və fiqh dərslərini deməyə başlamışdır.
Əl-Əzim
Əl-Əzim (ər. العظيم) — Allahın adlarından biri. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur! (Şura Surəsi, 4) Allahın böyüklüyü və əzəməti şübhəsiz bir insanın anlayışının çox üstündədir. Lakin insan yenə də öz ağılının sərhədləri daxilində Allahın nə qədər güclü və qüdrətli olduğunu görə bilər, anlaya bilər. Çünki bütün kainat Allahın böyüklüyünü göstərən saysız örnəklə doludur. İnsan yalnız içində yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allahın əzəmətini hiss edəcək. Ağırlığı tonlarla olan buludları daşıyan səma, min metrlərlə yüksəyə uzanan dağlar, içlərində milyonlarla növ canlının olduğu dənizlər, çaxan şimşək və onun ardından gələn göy gurultusu və Allaha boyun əymiş milyardlarla canlı… Bunlar və burada sayıla bilməyən saysız detal Allahın böyüklüyünün açıq dəlillərindəndir. Bir də dünyanın bir az xaricinə çıxıb düşünək.
Əl-Əziz
Əl-Əziz (ər. العزيز) — Allahın adlarından biri. (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47) Allahın 'Əziz' sifəti, Onun heç bir zaman məğlub edilə bilməyəcəyini, hər vaxt qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur. Kainatdakı bütün nizamı, insanların sirrini qavramağa güc çatdıra bilmədikləri və ya yeni-yeni kəşf edə bildikləri hər cür qanunu yaradan Allahdır. Bunula yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın kainatda özünü göstərən sonsuz gücü və qüdrəti qarşısında, yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar ancaq Onun əmriylə hərəkət edə bilir, həyatlarını davam etdirə bilir, müəyyən bir nizam içində var ola bilirlər.
Əl-Əşəri
Əbülhəsən Əşəri(ərəb. ابو الحسن علي بن إسماعيل الأشعري‎) (təq. 873[…], Bəsrə, İraq, Abbasilər – təq. 935, Bağdad, İraq, Abbasilər) — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. == Həyatı == Ömrünün təxminən 35 ilini mütəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan sonra, o məzhəbi tərk edərək Əhli Sünnətin məzhəbinə keçmiş və məharətini bu əqidənin müdafiəsi üçün sərf etmiş, xüsusilə əqli cəbhədəki ehtiyacı qarşılamışdır. Dönüş səbəbi isə, Allahın Rəsulunu dəfələrlə yuxuda görməsi və ona "sünnətimə dəstək çıx, olduğun yoldan (itizaldan) uzaqlaş" deməsi və bunu dəfələrlə yuxuda təkrarlaması olmuşdur. İmam, bundan sonra hər şeyi kənara buraxıb bir müddət dəlilləri qarşılaşdırmış, üzərində düşünmüş və nəhayət Əhli Sünnət məzhəbinə keçərək, bütün köhnə kitablarını etibarsız elan etmişdir. Belə ki, o mütəzilənin imamlarıyla münazirə etmək üçün məclislər qurar və onları daha öncə məğlub olmadıqları şəkildə məğlub edərdi. Əbu Səhlin rəvayətinə görə, o Bəsrədə mütəzilə məzhəbindən olan bir qrup alimlə münazirə məqsədilə məclis qurdu. Münazirədə iştirak edən alimlər tək tək məğlub olub susdular.
Əl-Аmаrа
Amara — İraqın Meysan mühafazasının mərkəzi. Əhalisinin 79% ni şiələr təşkil edir. Bu da 1000 il əvvəl buralarda yaşayan Lurlar ilə bağlıdır. Şəhər həmçinin Dəclə və Fərat çayı arasında yerləşir.
Əl-Аudcа
Əl-Auca — İraqın Səlahəddin mühafəzəsində şəhər. Tikritdən 18 km uzaqlıqda yerləşir.
Əl Cəzari
Əl-Cəzari (1136, Cəzirə – 1206, Türkiyə) — 1136–1206-cı illərdə Diyarbəkirdə (Türkiyə) yaşamış müsəlman astronom, ixtiraçı və mühəndisdir. == Həyatı == Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu "Mexaniki sənətin nəzəri və praktiki əsasları" (ərəb. Əl Cəmi Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Əl-Cəzarinin kitabında praktiki aspekt çox sahəli olmuşdur, çünki, o yaxşı mühəndis və təcrübəli sənətçi idi. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layihələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir. Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir. Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirmişdir.
Əl Cəzirə
Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pan-sünni və anti-şiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır. == Tarixi == Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır. Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı.
Əl Dicerid
Əl Dicerid (ərəb. شط الجريد‎) —Tunisin mərkəzində duzlu göl və şoranlıq. Duzlu göl Böyük Səhranın daxilinə doğru uzanır. Qabes körfəzindən bir qədər aralıda yerləşir. == Təsviri == Qış yağışları axarsız duzlu gölə çevrilir. Sahəsi 5—7 min. km². təşkil edir. Yay ayları isə göl tamamən quruyur və burada ilğım müşahidə edilir. Burada yay ayları temperatur +50 °C qədər artır.
Əlmət
Əlmət və ya Almetyevsk (tatar. Әлмәт / Əlmət; rus. Альметьевск) — Rusiya Federasiyasında yerləşən şəhər.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. == Tarixi == Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir. == Etimologiyası == Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli qəsəbədir.
Əlmət rayonu
Əlmət rayonu (tatar. Әлмәт районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənmub-şərqində yerləşir. İnzibati mərkəzi Əlmət şəhəridir. == Coğrafiyası == Rayonun ərazisi 2542.93 km² -dir. Şimaldan Sarman, Zəy və Aşağı Kama, qərbdən Yeni Şimçə və Çirmeşən ilə, cənubdan Leninoqorsk və Buqulma ilə, şərqdə Aznakay rayonları ilə həmsərhəddir. Ərazisinin orta hündürlüyü 200-300 m-dir. Kiçu, Stepnoy Zai və Ursalbaş çayları axır. == Tarixi == 1920-ci ilə qədər rayonun ərazisi Samara əyalətinin Buqulma mahalına, 1930-cu ilə qədər isə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Buqulma kantonuna aid idi. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Yeni Ələt
Yeni Ələt — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Ələt FK
"Ələt" Futbol Klubu – Azərbaycanın Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsini təmsil edən futbol klubudur. Futbol klubu 1997-ci il tarixində "Ələt" adı ilə yaradılmışdır. Ələt futbol klubu 1997-ci ildən bəri bir çox Bakı kənd və qəsəbə çempionatlarında iştirak etmiş və yaxşı nəticələr əldə etmişdir. == Tarixi == Klubun yaranma tarixi 1996–1997-ci illərə təsadüf edir, ancaq rəsmi olaraq 16 mart 2017-ci il tarixində Ayaz Məmmədzadə tərəfindən təsis edilərək dövlət qeydiyyatından keçirilmişdir. Komandanın yaranmasında Zaur Mehdiyev, Coşqun Qarayev, Xudat İsrafilov, Cəfər Həşimov, Mirağa Zamanov və Zaur Kərimov yaxından iştirak etmişdir. == Forma == Ələt Futbol Klubunun ənənəvi forması ağ və tünd göydür. == Gənclər klubu == Futbol klubunun gənclər bölməsi 4 iyun 2017-ci il tarixində yaradılmışdır. U 10-15 və U 17 yaş qrupları üzrə təlimlər keçirilir. Uşaq futbolunda məşqçi vəzifəsində Xudat İsrafilov fəaliyyət göstərir.
Ələt burnu
Ələt burnu - inzibati cəhətdən Qaradağ rayonu Ələt qəsəbəsi ərazisinə daxildir. Burundan cənub-şərqdə Ələt qəsəbəsi yerləşir. Burun Xəzər dənizinin içərilərinə doğru irəliləmiş formadadır. Onun şərqində Bahar palçıq vulkanı yerləşir. Burnun əmələ gəlməsi vulkanın fəailyyəti ilə bağlıdır. Burundan cənubda Ələt buxtası yerləşir. Ələt burnundan cənubda Gil adası, şərqdə isə Daş adalar qövsü və Xərə Zirə adaları yerləşir.
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
Ələt buxtası
Ələt buxtası — inzibati cəhətdən Bakı şəhərı Qaradağ rayonun Ələt qəsəbəsi ərazisinə daxildir. Körfəzə yaxın yaşayış məntəqəsi Ələt qəsəbəsidir. Buxtanın daxili hissəsində, sahildən 3,5 km-lik məsafədə Gil adası yerləşir. Ada şimal-şərqdən cənub-qərbə doğru uzanır. Ada yasaqlıq elan edilmişdir bu səbəbdən burada çoxlu sayda su quşları yumurta qoyur. Körfəz iqtisadi baxımdan əlverişli bölgədə yerləşir. Körfəzin sahilindən Ələt-Astara avtomobil yolu, Biləcəri-Ağstafa dəmir yolu keçir. Üstəlik mühüm neft və qaz kəmərlərinə yaxındır. Buxta şimaldan Ələt burnu, cənubdan isə Pirsaat burnu ilə əhatələnir. Ələt buxtasında Ələt burnu ərazisində Ələt dəniz limanı inşa edilmişdir.
Ələt bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ələt qəsəbəsi
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. == Tarixi == Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir. == Etimologiyası == Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli qəsəbədir.
Ələt silsiləsi
Ələt silsiləsi — Azərbaycanın şərqində nəhəng antiklinal ərazi. Qobustandan cənub-qərbə 40 km məsafədə uzanır. Yaxınlığında neft ehtiyatları zəngindir. Alyat silsiləsi Azərbaycanda ən böyük vulkanlardan olan Torağay, Böyük Kənizdağ, Daşğil, Koturdağ, Ayrantökan və s. kimi çox sayda palçıq vulkanları ilə zəngindir. == Həmçinin bax == Azərbaycan coğrafiyası Azərbaycan geologiyası == Xarici keçidlər == Azərbaycan. Relyef.
Yeni Əlmət (Bakalı)
Yeni Əlmət (başq. Яңы Әлмәт, rus. Новоальметьево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Kiləy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 19 km, kənd sovetliyindən (Kiləy): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95 %) üstünlük təşkil edir.
Ələt-Culfa dəmiryolu
Ələt-Culfa dəmiryolu — Bakı ilə Azərbaycanın cənub-qərb bölgələrini birləşdirən dəmir yolu xətti. == Yaranması ideyası == Culfa istiqamətində dəmir yolu çəkilməsi təklifini ilk dəfə 1898-ci ildə rus sahibkarları F. Y. Yenakiyev və A. M. Qoryainov irəli sürmüşdü. Onların tapşırığı ilə 1900-cü ildə Hacıqabuldan Araz çayı boyunca Culfaya qədər ərazidə texniki-kəşfıyyat işlərinə başlandı. Rus sənayeçiləri həmin dəmir yolu xəttini gələcəkdə İrana və Türkiyəyə doğru uzatmaq niyyətində idilər. Tərtib olunmuş layihə sonradan "Təbriz dəmir yolu cəmiyyəti"nin rəhbərlərindən olan S. Podqurskiyə verildi. Culfa-Hacıqabul dəmir yolu xəttinin çəkilməsinin zəruriliyi "Birinci Dünya müharibəsi" (1914–1918) başlandıqdan dərhal sonra özünü göstərdi. Rusiya Qafqaz cəbhəsindəki qoşunlarını ərzaq və döyüş sursatı ilə təchiz etməkdə ciddi çətinliklərlə üzləşdi. 1914–1916-cı illərdə Qafqazın cənubuna doğru daşınan yüklərin həcmi 2 dəfədən çox artmışdı və Aleksandropol-Culfa xətti bu qədər yükü daşımağa qadir deyildi. Bu vəziyyət Qafqazdakı rus ordusunun komandanı və Qafqaz canişini Nikolay Nikolayeviçi Culfanın "Cənubi Qafqaz" dəmir yolunun şərq hissəsindəki stansiyalardan biri ilə birləşdirilməsini təklif edən layihələrə ciddi diqqət yetirməyə məcbur etdi. == İnşası tarixindən == Canişin bu layihələr içərisində Culfanın Ələtlə birləşdirilməsi təklif edilən varianta üstünlük verdi və 1916-cı il fevralın 4-də Nazirlər Şurasına müraciət edərək, Ələt-Culfa dəmir yolu xəttinin çəkilməsi məsələsini irəli sürdü.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əl-Mutanna (el)
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Əl-Müsənnə (el)
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Əl-Qədisiyə (el)
Qədisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qədisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. == Həyatı == Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. == Vəfatı == Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Əlmət Dövlət Neft İnstitutu
Əlmət Dövlət Neft İnstitutu (ƏDNİ) — neft sənayesi üçün kadr hazırlayan Əlmət şəhərində regional ali təhsil müəssisəsi. Təsisçisi Tatarıstan Respublikasının Təhsil və Elm Nazirliyidir. == Tarixi == Böyük Vətən Müharibəsi dövründə, ölkənin Qafqazda neft istehsalı və neft emalı sahələrini itirdiyi zaman, TASSR ərazisində neft yataqlarının kəşfiyyatı və geoloji kəşfiyyatı başladı. 40-cı illərin sonunda Tatarıstanda Cümhuriyyətin cənub-şərqinin görünüşünü kökündən dəyişdirən və bütün respublikanın həyatına böyük təsir göstərən bir hadisə baş verdi: məşhur Romaşkinskoye yatağı kəşf edildi və onun inkişafı və sənaye inkişafı başladı . Yeni neft bölgəsinə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarusiya və Sovet İttifaqının digər bölgələrindən mütəxəssislər gəldi. Ancaq yeni sahəyə gələn fəhlə və mühəndis kadrları genişlənən istehsalın, ilk növbədə ali təhsilli mütəxəssislərin ehtiyaclarını ödəyə bilmədi. Bu şərtlər altında mütəxəssislərin hazırlanmasının optimal forması bölgənin neft müəssisələrinin işçiləri arasından hazırlanması kimi qəbul edildi. Moskva Neft İnstitutu 1956-cı ilin sentyabrında Əlmət şəhərində qiyabi fakültənin bir təhsil və məsləhət mərkəzi (CPM) açan Qubkin. SSRİ Ali və Orta Təhsil Nazirinin 03/01/1959 tarixli 16 nömrəli əmri ilə MING-in qiyabi fakültəsinin filialı əsasında Tatar Axşam Fakültəsi (TVF) təşkil edildi. Fakültə mövcud olduğu müddətdə 33 məzuniyyəti tamamladı və beş ixtisas üzrə neft və qaz sənayesi üçün təxminən 3000 neft mühəndisi yetişdirdi.
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsidir. Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi-şiə təkyəsi) məscidinin kitabəsini yazmışdır. Həkkak öz adını da elə həmin kitabədə qeyd etmişdir. Gözəl nəstəliq xətti ilə həkk edilən bu kitabənin tarixinə (hicri 1241 il = 1825-1826 il) əsasən demək olar ki, həkkak Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi XVIII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşamışdır.
Bahar (Ələt) palçıq vulkanı
Bahar (Ələt) palçıq vulkanı — Xəzərətrafı düzənliyin dəniz sahili ilə qovuşduğu bir hissədə, Qobustan qəsəbəsindən 15 km cənub-şərqə, Daşgil antiklinal quruluşunun cənub-şərq qurtaracağında yerləşmiş, 28 m mütləq yüksəkliyə malikdir. == Ümumi məlumat == Bahar palçıq vulkanı mərkəzi hissədə məhsuldarqat, ətraf hissədə isə Ağcagil və Abşeron süxurlarından təşkil olunmuşdur. Bu palçıq vulkanı 1853, 1859, 1882, 1886, 1908, 1909, 1911, 1912, 1926 və 1967-ci ildə püskürmüşdür. Püskürmə zamanı səthə yayılmış brekçiyanın eni 70–80 m, tutduğu sahə 20 ha, brekçiyanın orta qalınlığı 3 m, ümumi həcmi isə 370 min m³ olmuşdur, ən iri dilinin uzunluğu 350 m-dir. Bu palçıq vulkanının kökü üst Təbaşir çöküntülərinə qədər çatır ( Ə.Ə.Yaqubov və b. 1970). Bahar palçıq vulkanının yastan (krater) hissəsi əsasən hamar, şimal-şərq kənarı isə kələ kötürdür. Brekçiya valları demək olar ki, yox dərəcəsindədir. Nisbi yüksəkliyi 5–8 m-ə çatan ayrı-ayrı kiçik vallar bir neçə metr məsafədən artıq uzanır. Son 1967-ci il püskürməsindən ayrılmış brekçiya axını vulkan səthini hamarlanmışdır.
Elbit Systems
Elbit Systems Ltd. (ivr: אלביט מערכות) İsrail mərkəzli bir müdafiə elektronikası şirkətidir. Şirkət 1966-cı ildə yaradılmışdır və aviasiya, quru və dəniz sistemləri, komandanlıq və nəzarət kompüterlər, kəşfiyyat nəzarəti və kəşfiyyat, pilotsuz uçuş aparatları, inkişaf etmiş elektro-optik, elektro-optik kosmik sistemlər, elektron döyüş qrupları, elektron kəşfiyyat sistemləri, kommunikasiya əlaqələri, rabitə sistemləri və radio sahəsində fəaliyyət göstərir. Şirkətin mərkəzi ofisi Hayfada yerləşir.
Elbəy Aslanov
== Həyatı == Aslanov Elbəy Aslan oğlu 1951-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Arabaçı kəndinində anadan olmuşdur. Orta məktəbdə oxuduğu illərdə məktəbin bacarıqlı, sevilən şagirdlərindən biri kimi seçilib. O, məktəbin komsomol təşkilat katibi olub. Orta təhsilini əla qiymətlərlə başa vurub. Sənədlərini Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə verib. Qəbul imtahanlarından yüksək bal toplayaraq həmin fakültənin əyani şöbəsinə daxil olmuşdur. Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, tanınmış riyaziyyatçı alim, böyük insan Qoşqar Əhmədovun tələbəsi olmuşdur. Elbəy burada istedad və bacarığı ilə seçilib, əlaçı olmaqla bərabər universitetin ictimai həyatında fəal iştirak edib, müəllim və tələbələr arasında böyük hörmət qazanmışdır. 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Mexanika-riyaziyyat fakültəsinə Komsomol təşkilat katibi seçilib.
Elbəy Babayev
Elbəy Babayev (tam adı: Elbəy Rasim oğlu Babayev; 30 mart 1974) — kimyaçı alim, Aşqarlar Kimyası İnstitutunda labortoriyada aparıcı elmi işçi. == Həyatı == Elbəy Babayev 1974-cü il martın 30-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 160 saylı məktəbdə aldıqdan sonra, 1990-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya-texnologiya fakültəsinə qəbul olunub. E.Babayev 1995-1996-cı illərdə Almaniyanın Frankfurt-Mayn şəhərinin VHS institutunda alman dilini təkmilləşdirmiş və 1996-2001-ci illərdə Frankfurt-Mayn şəhərinin J.V.Göthe Universitetində Biokimya ixtisası üzrə təhsil almışdır. E.R.Babayev əmək fəaliyyətinə 2000-ci ildə Almaniyanın Frankfurt-Mayn şəhərinin Grüner-Domek klinikasının laboratoriyasında başlamışdır. Sonradan Almaniyanın J.V.Göthe Universitetində Ətraf mühitin Analitikası İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. O, AMEA-nın Aşqarlar Kimyası İnstitutunda 2011-ci ilin iyun ayından əvəzçiliklə mühəndis, 2013-cü ilin sentyabr ayından əvəzçiliklə elmi işçi, 2016-cı ilin aprel ayından əvəzçiliklə böyük elmi işçi vəzifələrində işləmişdir. 2017-ci ilin yanvar ayından o, əvəzçiliklə aparıcı elmi işçi vəzifəsində çalışır. E.R.Babayev 26 aprel 2013-cü il tarixində Azərbaycan MEA akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu nəzdində fəaliyyət göstərən D.01.031 Dissertasiya Şurasında 2314.01 - "Neft kimyası" ixtisası üzrə "Abşeron yarımadasının neftlə çirklənmiş müxtəlif ərazilərində gedən biodestruksiya prosesləri nəticəsində çirklənmələrin tərkib və xassələrinin dəyişmə xüsusiyyətləri" mövzusunda dissertasiya işini müdafiə etmişdir E.R.Babayev 2014-cü ildə 2314.01 - "Neft kimyası" ixtisası üzrə elmlər doktoru hazırlığından qiyabi doktoranturaya qəbul olmuşdur. Hal-hazırda o, “Mühafizəedici aşqarlar” laboratoriyasında “Neft məhsullarının mikrobioloji zədələnməsinin qarşısını alan birləşmələrin kimyəvi və mikrobioloji skrininqi əsasında yüksəktəsirli biosidlərin işlənib hazırlanması” mövzusu üzərində çalışır.
Elbəy Qasımzadə
Elbay Ənvər oğlu Qasımzadə (26 dekabr 1948, Bakı) — Azərbaycan memarı, Bakı şəhərinin baş memarı (1989–2001), Azərbaycan Memarlar İttifaqının sədri (6 noyabr 2012-ci ildən), Azərbaycan SSR əməkdar arxitektoru (1990), "Şöhrət" (2000) və "Şərəf" (2018) ordenləri laureatı. == Həyatı == Elbay Qasımzadə 26 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ənvər Qasımzadənin oğludur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib.1971–1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur.1975–1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra kiçik yaşayış məntəqələrinin baş planlarının müəllifi olmuşdur. Həmin dövrdə "Saman memarlığı" adlı Beynəlxalq proqramın problemləri ilə də sıx məşğul olmuşdur, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir.1989–2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.Elbay Qasımzadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin professorudur. Azadlıq prospekti metrostansiyasının memarıdır.1998-ci ildə "El&En" memarlıq şirkətini təsis etmiş və hal-hazırda da ona başçılıq edir.150-dən artıq layihənin, 80-dən artıq məqalənin və 8 kitabın müəllifidir.Elbay Qasımzadə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının (UNESKO) və Beynəlxalq Memarlar İttifaqının (UİA) professorudur. MDB ölkələrinin Memarlar İttifaqları Assosiasiyası tərəfindən keçirilən "İlin ən yaxşı layihəsi (tikilisi)" beynəlxalq baxış-müsabiqələrdə dəfələrlə iştirak etmiş və 34 diplomla təltif edilmişdir. MDB ölkələrinin paytaxtlarının baş memarları Şurasının ilkin sədri seçilmişdir.
Elbəy Rzaquliyev
Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17 iyun 1926, Bakı, Azərbaycan SSR – 15 sentyabr 2007, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1977), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). == Həyatı == Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olmuşdur. Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlamışdır. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir: rəngkar və kino rəssamı. 1960-cı ildə Bakıda, 1960–1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini özünə cəlb etmişdir. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur. Yaratdığı əsərlərdən "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızıl güllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi", "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və digərləri böyük maraqla qarşılanmışdır. "Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Onun böyük ürəyi", "Bir məhəlləli iki oğlan", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və s.
Əli Əkbər
Əli əl-Əkbər — İmam Hüseyn və Ümm Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub. Əli Əkbər (yazıçı) — Azərbaycan yazıçısı. Əli Əkbər (şair) — Azərbaycan şairi. Əli Əkbər Naxçıvani — Bəhai dinin ardıcılı.
Əli Əkbər (yazıçı)
Əli Əkbər (tam adı: Əliyev Ələkbər Əliağa oğlu) — yazıçı, jurnalist, tərcüməçi. == Həyatı == Əli Əkbər 1978-ci ilin 28 yanvarında anadan olub. 8-ci sinifə qədər Bakının 134 saylı orta məktəbində oxuyub. 1993-cü ildə orta təhsilini Türkiyədə davam etdirmək üçün bu ölkəyə yollanaraq İstanbulda Dini Təmayüllü liseyə daxil olub. 1996-cı ildə Mərmərə Universitetinin Jurnalistika Fakültəsinə qəbul olunaraq 2000-ci ildə bu universitetdən məzun olub. Təhsil aldığı illərdə Türkiyənin nüfuzlu nəşriyyatı sayılan "KAKNÜS" nəşriyyatında İctimaiyyətlə əlaqələr müdiri və tərcüməçi olaraq işləyib. Bir sıra ədəbiyyat dərgiləri üçün məqalələr yazıb, tərcümələr edib. İndiyə qədər türk dilinə 30 əsəri tərcümə edərək nəşr etdirib. == Yaradıcılığı == Ələkbər Əliyev Azərbaycanda fəaliyyət göstərən, rus dilli intellektuallarının yaratdıqları "kultura.az" mədəniyyət və incəsənət internet portalının baş redaktorudur. Azərbaycan dilində çap olunmuş dörd bədii kitabın müəllifidir.
Əli Əkbər (şair)
Əli Əkbər (Ələkbərov Əli Hüseyn oğlu; 27 aprel 1927, Qovuşuq – 5 iyun 2022, Sumqayıt) — Azərbaycan şairi. == Həyatı == Əli Əkbər 1927-ci il aprel ayının 27-də Qərbi Azərbaycanın Dərələyəz mahalındakı Qovuşuq kəndində (Yexeqnadzor rayonu) anadan olub. 1947-ci ildə orta məktəbi bitirməmiş onu rayon xalq maarif şöbəsi oxuduğu məktəbdə müəllim təyin edir. İki il orta məktəbdə müəllim işlədikdən sonra yenidən oxuyub 1950-ci ildə orta məktəbi bitirir. Orta məktəbi bitirdikdən sonra rayon xalq maarif şöbəsi onu yenidən müəllim təyin edir. O, 1950-ci ildən 1965-ci ilə qədər Dərələyəz mahalının Sallı, Hors, Gədikvəng və Qabaxlı kəndlərində müəllim işləyir. Paralel olaraq ali təhsil almaq üçün Bakıya gələrək 1962-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsinə daxil olur. 1968-ci ildə universiteti müvəffəqiyyətlə bitirir. 1988-ci ilə qədər Dərələyəz mahalının Qovuşuq kənd orta məktəbində azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etmişdir. 1988-ci ildə bədxah ermənilərin təzyiq ilə doğma dədə-baba yurdlarından çıxarılan azərbaycanlılarla birlikdə Əli müəllim də Azərbaycana gələrək Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məskunlaşır.
Əli Əkbər Bəhmən
Əli Əkbər Bəhmən və ya Mirzə Əli Əkbər xan (1880 – 1956) — Qacar və Pəhləvi sülalələri dövründə xarici işlər nazirliyinin əməkdaşı kimi xidmət etmiş diplomat. Qacarların Şuşa şəhərində mərkəzləşən qolu olan Bəhməni ailəsinə mənsub olan Əli Əkbər Bəhmən həm Qacarlar, həm də Pəhləvilər dövründə səfir və nazir kimi vəzifələrdə çalışmışdır. == Fəaliyyəti == Zadəgan ailəsindən olduğuna və anasının şahzadə olmasına grə gənc Əli Əkbər erkən yaşdan sarayda çalışmağa başladı. O, bu zaman inzibati xidmət sahəsində çalışırdı. Onun ögəy atası mütləqiyyətin qətiyyətli eleyhdarı və islahat tərəfdarı idi. Belə ki, o, 1906-cı il Məşrutə hərəkatını dəstəkləyirdi. Onun dostu, sol meyilli konstutision siyasətçi, İran məktəb sisteminin islahatçısı Yəhya Dövlətabadi Əli Əkbəri 1907-ci ildə Rusiya Azərbaycanına Səadət məktəbində fars dilini tədris etməyə göndərdi. Burada onun ana tərəfdən bir çox qohumu yaşamaqda idi. Rusiya inqilabı və Birinci Dünya müharibəsindən sonra bir çox iranlı Qırmızı Ordunun əlindən İrana qaçmağa çalışdı. Azərbaycandakı və İrandakı əlaqələri və qohumları hesabına Əli Əkbər bir çox iranlıya sərhədi keçməyə yardım etdi.
Əli Əkbər Dehxuda
Mirzə Əliəkbər Dehxuda (1879, Tehran – 9 mart 1959, Tehran) — ictimai-siyasi xadim, yazıçı, lüğət tərtibçisi, şair. Təxəllüsü Əllamə idi. == Həyatı == Əslən İran azərbaycanlısı olan Dehxuda Tehranda anadan olmuşdur. Atası Xan Babaxan (خان باباخان) Qəzvin şəhərinin ortabab mülkədarlarından olmuşdur. === Fəaliyyəti === ”Sur-e İsrafil” – 1907-1908-ci illərdə Tehranda nəşr olunan ictimai-siyasi və ədəbi jurnal idi. Redaktoru Cahangir xan Şirazi, naşiri isə Ələkbər xan Dehxuda olmuşdur. 1905-1911-ci il inqilabı dövründə İranın ədəbi-ictimai həyatında mühüm rol oynayan “Sur-e İsrafil”in “Çərən-pərən” adı altında xüsusi satirik rubrikası var idi. Dehxuda bu rubrikada öz yazılarını Dəxu təxəllüsilə imzalamışdır. “Sur-e İsrafil” jurnalı bir sıra məsələlərdə “Molla Nəsrəddin”lə səsləşirdi. Dehxuda lüğəti (fars.
Əli Əkbər Naxçıvani
Əli Əkbər Naxçıvani — Bəhai dinin ardıcılı, Azərbaycanda Bəhai dinini qəbul etmiş və təbliğatı ilə məşğul olmuş ilk şəxslərdən biri. Bəhai dininə aid olan mətnləri ərəb və fars dillərindən rus dilinə tərcümə olunması ilə məşğul olmuşdur. Rus ziyalı dairələrində Əli Əkbər Məmmədxanov kimi tanınmışdır. Azərbaycanda isə Əli Əkbər Məmmədxanlı kimi məşhur idi. Əli Əkbər Naxçıvani Avropa və Amerika Birləşmiş Ştatlarına etdiyi səfərlərindən sonra özünü Əli Əkbər Naxçıvani kimi təqdim etmişdir. == Həyatı == Əli Əkbər 1865-ci ildə Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. Atası Hüseyn şiə məhzəbinə sahib olsada, anası Əli Əkbər doğulan zaman Bəhai dinini qəbul etmişdi. Ordubadda Bəhai dininin qadınların arasında yayılmasında Əli Əkbər Naxçıvaninin anası Məsmə xanımın mühüm rolu olmuşdur. Əli Əkbər Ordubadda məktəb şagirdi olarkən Naxçıvan və Azərbaycan məktəblərində təhsil dilinin rus dili yox, Azərbaycan dili olmasını təbliğ etdiyi üçün rəhbərlik tərəfindən məktəbdən xaric edilir. Ordubadda yaşayan din xadimlərinin ailənin yaydığı yeni dini inanca müsbət yanaşmamaları və ailənin kiçik üzvünün təhsildən məhrum edilməsi səbəbindən ailə Bakıya köçməyə qərar verir.
Əli Əkbər Raefipur
Əli Əkbər Raefipur (farsca: علی اکبر رائفی پور) , universitetlərdə dinlər və məzhəbçilik , apokalipsis , satanizm , masonluq və sui — qəsd nəzəriyyələri mövzusunda etdiyi mühazirələrlə tanınan İranlı bir natiqdir (danışandır). O , özünü xilaskarın dəstəkçisi , sionizm və medianın alimi təsvir edir. O Masaf İnstitutunun qurucusudur. == Masaf == Masaf 12 vahidə sahibdir, memarlıq vahidi, yeniyetmə vahidi, düşmənşunaslıq vahidi, musiqi vahidi, iqtisadiyyat vahidi, media təhsili vahidi, beynəlxalq vahidi, ailə vahidi , dinlər vahidi, sağlamlıq vahidi, texniki mühəndislik vahidi və qida təhlükəsizliyin vahidi. Bu vahidlər həm də icra işləri görmüşlər. == Sosial Mediada == Sosial mediada O , tərəfdarları və şiə müsəlmanları ilə birgə Twitter fırtınalarını #covid1948 , #LiveLikeAli , #ThePromiSedsaveOur hashtaglarla yaradıb nəşr etdilər . "Əli Raefipur bildirib ki , #ThePromiSedsaveOur hashtagın dərc etməkdə məqsədimiz, dünya insanlarına problemlərimizin açarı, ilahi xilaskar Mehdi (ə) və İsanın (ə) geri dönmələrinin bildirməsidir."Stanford Universiteti Kiber Araşdırmalar Mərkəzi , İsrail əleyhinə #covid1948 hashtag ilə əlaqədar bir məqalədə xəbər verir və hashtagın populyarlaşmasında əsas amillərdən birinin İranlılar və Əli Əkbər Raefipur olduğunu söyləyir.Əli əkbər Raefipurun İnstaqramda bir çox fan səhifəsi var və ən böyükünün bir milyondan çox izləyicisi var. == Şərhlər == Raefipur İncildəki İnsan Oğlunun Mehdi (ə) olduğuna inanır. O deyir ki , cins şalvar cinlərin adını daşıyır . Raifipur , bəzi köynəklərin nömrələrinin və simvollarının bir sehr və ya pis bir şüar olaraq oxuna biləcəyini söyləyir.Masonluq və sui — qəsd nəzəriyyələri haqqında danışmağı dayandırdı və "Gizli və Şeytani cəmiyyətlərdən danışmağın kifayət olduğunu düşünürəm"dedi .
Əli Əkbər Salehi
Əli Əkbər Salehi (fars. علی اکبر صالحی‎) — İran İslam Respublikasının xarici işlər naziri (13 dekabr 2010 – 15 avqust 2013); İran Atom Enerjisi Təşkilatının rəhbəri (16 iyul 2009 - 13 dekabr 2010; 16 avqust 2013 - h.h.). Salehi 1949-cu ildə İraqın Kərbəla şəhərində anadan olub. 9 yaşında İrana qayıdıb. Beyrut Amerika Universitetində mexanika mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb. 1977-ci ildə ABŞ-nin Massaçuset Texnoloji Universitetini nüvə mühəndisliyi doktoru elmi dərəcəsi bitirib. İsfahanın Sənaye Universitetində və İran Atom Enerjisi Təşkilatında işləyib. Tehran Sənaye Şərif Universitetinin rektoru vəzifəsində çalışib. Məhəmməd Xatəminin prezidentliyi dövründə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi olub. 2007-2009-cu illərdə İslam Konfransı Təşkilatı baş direktorunun müavini vəzifəsində çalışıb.
Əli Əkbər Saremi
Əli Əkbər Saremi (28 oktyabr 1943, Zəncan – 21 yanvar 2017, Tehran) — əslən İran azərbaycanlılarından olan memar. == Həyatı == 1943-cü ilin oktyabr ayının 28-də Zəncan şəhərində anadan olmuşdur. 2017-ci ilin yanvar ayının 21-də Tehran şəhərində vəfat etmişdir. == Təhsili == Orta təhsilini Zəncan şəhərində tamamlamışdır. Memarlıq üzrə bakalavr və magistr pillələri üzrə təhsilini Tehran Universitetinin İncəsənət fakültəsində 1968-ci ildə tamamlamışdır. Doktarantura təhsilini isə məşhur memar Luis Kahnın elmi rəhbərliyi altında Pensilvaniya Univeristetində 1976-cı ildə tamamlamışdır. == Üslubu == Saremi müasir şəhər memarlığı sahəsində dünya ən məşhur şəxslərdəndir. Tağı Radmard ilə müsahibəsində istehza ilə demişdi: == Karyerası == 1968-cı ildən etibarən Tacir Mühəndislər Konsultasiyasi qurumunun rəhbəri olmuşdur. Fərabi Universitetində (İsfahan İncəsənət Universiteti) 1976-cı ildən 1980-ci ilə qədər dərs demişdir. Həmçinin İslami Azad Universitetində də 1994-cü ildən 1997-ci ilə qədər dərs demişdir.
Əli Əkbər Tufan
Əli Əkbər Tufan — türk siyasətçisi. == Bioqrafiyası == Bölgədə "Ramazanoğlu" (Mələkli) adı ilə tanınan böyük bir ailəyə mənsubdur. İrəvan Rus Gimnaziyasının məzunudur. Birinci Dünya müharibəsi illərində Cəmiyyət-i Hayriyənin İğdır təmsilçisi olaraq, Balkan müharibəsində, Rusiya-Osmanlı müharibəsində Qafqaz üzərindən nizami orduya maddi yardım toplanması işini təşkil etmiş və həyata keçirmişdir. Vudro Vilsonun 14 maddəsi adına bölgəyə gələn ABŞ Baş Qərargah rəisi general Ceyms Harbord Müttəfiq dövlətləri adına Əli Əkbeər Tufan ilə bölgəni gəzərək “Böyük Ermənistan deyilən yerdə heç bir erməni görmədim” məruzəsi ilə çıxış edib. Bu vəziyyət Lozanna Sülh müqaviləsi prosesi zamanı İğdırın Türkiyə sərhədləri daxilində qalması üçün böyük əhəmiyyət kəsb edir. Müharibə günlərində müxtəlif səbəblərdən atasını, anasını və qızını itirən Əli Əkbər Tufan Türkiyə Cümhuriyyətinin qurulmasından sonra başladılan “əhali mübadilə”si ilə Sürməli bölgəsi Türk Ocağının sədrliyini üzərinə götürür. İğdıra köçən insanların qayğısına qalmaq, bələdiyyə sahəsində araşdırmalara rəhbərlik etmək və bir çox siyasi partiyanın qurulmasında öncül olmuşdur. 13 noyabr 1970-ci ildə vəfat edən Əli Əkbər Tufan indiki Mələkli-Çaybaşı ailə qəbiristanlığında məqbərədə dəfn edilmişdir. == Siyasi karyerası == Əli Əkbər Tufan 1910-cu ildə Difai Partiyasının və "İttihad-i İslam Türk Birliyi Cəmiyyəti"nin İğdır təmsilçisi, daha sonra isə Müsavat Partiyasının İrəvan nümayəndəsi kimi fəaliyyət göstərmişdir.
Elbit Hermes 450
Hermes 450 uzun məsafələrdə taktiki missiyaları yerinə yetirmək məqsədilə hazırlanmış, orta ölçülü İsrail istehsalı pilotsuz uçuş aparatıdır. Havada 20 saat fasiləsiz uçuş edə bilən bu PUA kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. == İstifadəçilər == Azərbaycan Botsvana Braziliya Kolumbiya: Elbit Systems şirkəti ilə 2012-ci ilin avqust ayında imzalanan müqaviləyə əsasən İsrail Kolumbiyanı Hermes 450 və Hermes 900 PUA-ları ilə təchiz etməlidir. Xorvatiya: İki ədəd Hermes 450 PUA 2006-cı ilin sonlarında sifariş verilmiş, 2007-ci ildə təhvil alınmışdır. Kipr Gürcüstan: Silahlı Qüvvələrə məxsus PUA-lar Abxaziya üzərində kəşfiyyat məqsədilə istifadə olunur. Şimali Makedoniya: Daxili İşlər Orqanları tərəfindən kəşfiyyat məqsədilə istifadə olunur. Meksika : 2009-cu ildə satın alınmışdır. Sinqapur: Hərbi Hava Qüvvələrində istifadə olunur. İsrail: 2006-cı ildə baş verən Livan müharibəsi zamanı və daha sonra Qəzzə zolağında aktiv şəkildə istifadə olunmuşdur. Bundan başqa, 2014-cü ilin avqustunda İran öz ərazisinə daxil olan Hermes 450 PUA-nı Nətənz nüvə obyekti yaxınlığında vurduğunu açıqlamışdır.
Elbit Hermes 900
Hermes 900 orta hündürlükdə uçuş həyata keçirən, uzun müddətli dözümlülüyə sahib İsrail istehsalı orta ölçülü taktiki pilotsuz uçuş aparatıdır. 9100 metr yüksəklikdə 36 saat ərzində fasiləsiz uçuş həyata keçirə bilən bu pilotsuz uçuş aparatı (PUA) əsasən kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. Qanadlarının açıqlığı 15 metr, ağırlığı 970 kq olan bu PUA 300 kq faydalı yük götürmə qabiliyyətinə sahibdir. Hermes 900-ün faydalı yükünə elektro-optik (infraqırmızı) sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir. == İstifadəçilər == AzərbaycanDövlət Sərhəd Xidmətinin 2017-ci ilin avqust ayında Xəzər dənizində həyata keçirdiyi genişmiqyaslı təlimlər zamanı istifadə olunmuşdur. Braziliyaİsrailin Elbit Systems şirkəti ilə imzalanan müqaviləyə əsasən Hermes 900 pilotsuz uçuş aparatları Braziliya Hərbi Hava Qüvvələrinə təhvil verilməlidir. Çili2011-ci ilin iyul ayında Elbit şirkəti Hermes 900 PUA-larının ilk dəfə olaraq xarici ölkəyə ixracını həyata keçirmişdir və bu ölkə Çili olmuşdur. Çili Hərbi Hava Qüvvələrinin üç Hermes 900 istifadə etdiyi bildirilir. 2013-cü ilin oktyabrında Çili HDQ öz dəniz sularının mühafizəsi məqsədilə bu PUA-dan sifariş vermişdir. KolumbiyaHermes 900 PUA-larının Kolumbiyaya satışı ilə əlaqədar müqavilə 2012-ci ilin avqust ayında imzalanmışdır.
Elbəy Nigülesügçi xan
Elbəy Nigülesügçi xan (monqolca: Элбэг нигүүлсэгч хаан, (1361–1399) — Monqol platosunda formalaşan Şimali Yuan dövlətinin hökmdarı. Elbəy Coriğtu xanın kiçik qardaşı olmuş və 7 il hökmdarlıq etmişdir. Onun hakimiyyəti illəri "Nigülesügçi xaqan" ləqəbi daşıyır, mənası mərhəmətli xaqan deməkdir. Çinin Min sülaləsi ilə sərhəd münaqişələri və Oyrat üsyanları onun hakimiyyəti zamanı problemlər yaratmışdır. == Hakimiyyəti == Hakimiyyəti dövründə Oyratlar Börçigin ailəsinə açıq formada meydan oxumağa başladılar və Min sülaləsi monqol hücumlarını dəf etdilər. Tsaqaan Seçnə görə, Elbəy bütün bu mənfi hadisələrə görə məsuliyyət daşımışdır. Taifunun ailəsi ilə olan münaqişəni sonlandırmaq üçün o öz qızı Samur Gunju Taifunun oğluna ərə vermişdir.Oyratların o dövrki hökmdarı Ugetçi Xaşixa xaqanın tayfasına yeni hökmdar təyinə qarşı çıxdı. O, Batulanı öz qohumunu öldürən qəsbkarın xaqan olmağa layiq olmadığına inandırdı, həmçinin Batula atasının intiqamını almaq istəyirdi. 1399-cu ildə Elbəy Nigülesügçi xan Oyrat xanlığı tərəfindən məğlub edildi və Oyrat xanlığını hökmdarları Ugetçi Xaşixa və Batula onu qətlə yetirdi. Ölümündən bir neçə ay sonra onun taxt-tacı kiçik oğlu Gün Teymur xana keçdi.
Əbrəc Əlbeyt Qüllələri
Əbrəc Əlbeyt Qüllələri — Səudiyyə Ərəbistanında ən yüksək bina, dünyanın isə ən böyük və yüksək otelidir. Bununla yanaşı dünyanın ən böyük saatına malik ən yüksək saat qülləsidir. == Tikintisi == 2012-ci ildə açılmış bina dünyanın ən yüksək ikinci binasıdır. Kompleks krallığın ən böyük tikinti şirkəti olan Saudi Binladın Qrup tərəfindən inşa edilir. Bina Kəbənin içində olan Məscidül-Həramın yanındadır. Buna baxmayaraq binada 4,000 insan tutumlu məsciddə fəaliyyət göstərəcək. Hər il 2 milyon hacı burada yerləşdirilə bilər. Dünyanın ən böyük saat qülləsi: Bu Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Məsci- dül-Həramın yaxınlığında inşa edilmiş Əbrəc Əlbeyt Qüllələridir. Hər il 2 milyon hacıya xidmət göstərəcək kompleks dünyanın ən böyük saatına malik ən hündür saat qülləsi olmaqla yanaşı, 601 m hündürlüyü ilə Səudiyyə Ərəbistanının ən hündür binası, dünyanın isə ən böyük və ən hündür otelidir. 2012-ci ildə tamamlanmış binanın inşasına ümumilikdə 1,6 mlrd.
Mehmet Əli Tələt
Mehmet Əli Tələt (d. 1952) — Şimali Kipr Türk Respublikasının 24 aprel 2005 – 23 aprel 2010 tarixində prezidenti. 6 iyul 1952-ci ildə Girnə şəhərində anadan olmuşdur.
Albit
Albit — mineral - Na[AlSi3O8]. == Haqqında == Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. == Albit ikiləşməsi == Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Eldən-elə (roman)
Eldən-elə — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin tarixi romanı. == Haqqında == Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur. Anası isə çox mülayim, mehriban bir qadındır. Eyni zamanda Süheyla, Altıntelli, Ömür bəy, vəliəhd Erkin və başqalarının obrazları yaradılmışdır.