ayda-ildə
aydın
OBASTAN VİKİ
Aydan
Aydan — qadın adı. Aydan Salahova — Azərbaycan rəssamı. Aydan Höccətova — Azərbaycan şahmatçısı. Aydan Şənər — Türk maneken, aktrisa.
Aya
Aya (ilahə) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Aya (ad) — ad.
Aydan Höccətova
Aydan Höccətova (doğ. 6 aprel 1999, Bakı) — Azərbaycan şahmatçısı. Qadınlar arasında Beynəlxalq qrosmeyster (2018). == Erkən illəri == Aydan 1999-cu ildə aprelin 6-da Bakı şəhərində anadan olmuşdur. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsil alıb. Televizorda şahmat haqqında veriliş gördükdən sonra onda bu oyuna maraq yaranıb.. Şahmat məşqçisi qrosmeyster Fərid Abbasovdur. == Şahmat karyerası == Aydan iki yaş yarımından şahmat oynamağa başlamış, üç yaşında dördüncü dərəcəli şahmatçı normasını yerinə yertirmişdir. Dörd yaşında artıq Bakı çempionatında iştirak etmişdir. Beş yaşında ikən Azərbaycanda ilk dəfə 10 yaşlı qızlar arasında Respublika çempionatına vəsiqə qazanmışdır.
Aydan Salahova
Aydan Salahova (25 mart 1964, Moskva) — Azərbaycan rəssamı. Məşhur rəssam Tahir Salahovun qızıdır, Moskvada yaşayır. 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini ("Aydan") açıb. Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanır. 2024-cü ilin iyununda YARAT Müasir İncəsənət Məkanında Bakıdakı ilk irimiqyaslı sərgisi – "Sükutun səsləri" keçirilmişdir.
Aydan Şənər
Aydan Şənər — tatar əsilli türkiyəli aktrisa, maneken və 1981-ci il Türkiyə gözəli. == Həyatı == 1963-cü ildə Kilis ilində dünyaya göz açmışdır. Bir yaşında ailəsi ilə birlikdə Bursaya köçmüşdür. Orta məktəbi Bursada bitirmişdir. 1981-ci ildə Türkiyə gözəli seçilib. Həmin il Miss World dünya gözəllik yarışında Türkiyəni təmsil edib. Bir müddət maneken lik etdikdən sonra, 1983-cü ildə "Kiçik Ağa" serialı ilə aktyorluq karyerasına başlayıb. 1988-ci ildə Əcəm adında bir qızı olmuşdur. 1991-ci ildə həyat yoldaşı Ayxan Akbindən ayrılıb. Bir daha ailə qurmayıb.
Aydan Borland
Aydan Cerald Borland (25 aprel 2007, Qlazqo, Şotlandiya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Aston Villa" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Şotlandiya futbolçusu. == Klub karyerası == Borland peşəkar futbolçu karyerasına yerli "Seltik" klubunda başlamışdır. 2024-cü ilin mart ayında İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Aston Villa" klubunun akademiyasına qəbul olmuşdur. 29 aprel 2024-cü ildə Borland klub ilə uzunmüddətli ilk peşəkar müqaviləsini imzalamışdır. Borland peşəkar karyerasında debütünü 24 sentyabr 2024-cü ildə "Uikom Uonderers" klubuna qarşı İngiltərə Liqa Kuboku görüşündə etmişdir. O, meydana əvəzetmədən sonra daxil olmuş və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Borland Şotlandiya millisinin U-16, U-17 və U-19 yığmalarında bir müddət çıxış etmişdir.
Aya-Napa
Aya-Napa və ya Ayiya-Napa (yun. Αγία Νάπα, türk. Ayia Napa) — Kiprdə kurort. Protarasdan 8 kilometr aralıda yerləşir. == Etimologiya == Aya-Napa adı şəhərin mərkəzində venesiyalılar tərəfindən qurulan eyniadlı monastırdan gəlir. "Aya" (Agia) sözü yunanca "müqəddəs" deməkdir, "napa" sözü isə arxaikdir və "ağac xiyabanı" deməkdir. Qədim zamanlarda ərazidə sıx meşələr var idi == Tarixi == Bu ərazidə Bizans dövründən bəri yaşayış məskəni mövcuddur. Monastırın əsası XIV əsrdə qoyulmuşdur. == Coğrafiya == Aya-Napa Kiprin şərqində, Famaqustanın cənubunda, Qreko burnu yaxınlığında yerləşir və Kokkinokoriya kimi tanınan daha böyük bir ərazinin bir hissəsini təşkil edir. Şəhər Famaqusta rayonunun bir hissəsidir.
Aya (ad)
Aya — ad. Aya Miyama — keçmiş Yaponiya qadın futbolçusu. Aya Sameşima — Yaponiya qadın futbolçusu. Aya Şimokozuru — keçmiş Yaponiya qadın futbolçusu.
Aya (ilahə)
Aya və ya A-a (šè-ri5-da, dšè-NIR-da) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Akkadlıların Mesopotamiyaya köçü zamanı Aya Şumer günəş ilahəsi Şerida ilə eyniləşmişdir. Aya sami xalqları arasında tanınmış bir personaj idi. Onun adı Uqarit ilahları siyahısındadır, həmçinin Bibliyada şəxsi adlar və şəhər adları kimi istifadə olunurdu. Ayanın əsas ibadət şəhərləri Sippar və Larsa idi.
Aya (mahnı)
Aya Koda
Aya Koda (幸田文, Koda Aya, 1 sentyabr 1904, Tokio[d] – 31 oktyabr 1990, İşioka[d], İbaraki prefekturası) – Yaponiya yazıçısı. O, feminist əsərləri ilə tanınmışdır. Yazıçı Rohan Kodanın qızıdır. == Həyatı == Aya Koda 1 sentyabr 1904-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Yaponiyanın tanınmış yazıçılarından biri olan Rohan Kodanın ikinci qızı olmuşdur. Aya ədəbi karyerasına 43 yaşında atası haqqında məqalələr yazaraq başlamışdır. 1947-ci ildə yazdığı "Son anlar" onun belə əsərlərindən biri olmuşdur. Koda 1940 və 1950-ci illərdə avtobioqrafik esselər yazmışdır. 1954-cü ildə yazdığı "Qara kimono" əsərinə görə Yomiuri mükafatına layiq görülmüşdür. Ədəbi uğur qazanmasına baxmayaraq bir neçə ay yazıçılığa fasilə verərək geyşa evində xidmətçi kimi işləmişdir.
Aya Miyama
Aya Miyama (d. 28 yanvar 1985) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 162 oyun keçirib, 38 qol vurub.
Aya Sameşima
Aya Sameşima (16 iyun 1987, Utsunomiya) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 103 oyun keçirib, 5 qol vurub.
Aya Sofiya
Ayasofiya (türk. Ayasofya) və ya Ayasofya Böyük Məscidi (türk. Ayasofya-i Kebir Camii), keçmişdə — Müqəddəs Sofiya məbədi (yun. Αγία Σοφία) — Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd. Qısa müddət muzey kimi istifadə olunub. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur. == Ümumi məlumat == 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zəlzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır. == Tarixi == İnşasına 532-ci ildə başlanan Aya Sofyanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunmuş, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınmışdır.
Aya Sofya

Aya səyahət
Aya səyahət (film, 1902)
Aya Şimokozuru
Aya Şimokozuru (d. 7 iyun 1982) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 28 oyun keçirib.
Aya-kaka döyüşü
Aya-kaka döyüşü — 24 avqust 1919-cu ildə Aya-Kaka dərəsində, Ayalakab kəndinin yaxınlığında Dargin üsyançılarının Polkovnik Lavrovun başçılıq etdiyi Denikinçilər dəstəsi ilə döyüşü. == Döyüş öncəsi vəziyyət == Yatırılan Dağıstandakı iyul qiyamından sonra, Denikinçilər yerli əhalini soymağa başlayır. xalq bundan bərk qəzəblənir və əlverişli bir an gözləyir. Denikiçilər insanlardan bütün silahlarını yerə qoymasını tələb edir, lakin insanlar köhnə və yararsız silahlardan əl çəkmir. İnsanlar silahların gizlədilməsi üçün son tarixdən məharətlə istifadə edir. Bunu anlayan denikinçilər, müddətin bitməsini gözləmədən axtarışa başlayır. Ancaq bu erkən axtarış heç bir nəticə vermir. Denikinçilər zinət əşyalarını, gümüş sikkələri və gümüş əşyaları götürür. Bütün bunlar dağlıları silahlı müqavimətə sövq edir. Ağ Kazaklar cəmiyyətə hər cür vergi tətbiq edir, üstəlik vergilərin ödənilməsi üçün 2–3 saat müddət verir.
Aya (Türk mifologiyası)
Aya İrini Kilsəsi
Aya İrini ya da Müqəddəs İrini (Yunanca: Ναός της Αγίας Ειρήνης İlahi Sülh və ya Müqəddəs Sülh) İstanbulda, Topqapı sarayının birinci həyətində, Aya Sofya ilə yaxın və müasir olan tarixi bir muzeydir. == Tarixi == İstanbulda məscidə çevrilməyən ən böyük Bizans kilsəsidir. Qədim mənbələrə görə, IV əsrin əvvəllərində, I Konstantin (324–337) dövründə, Roma dövrünün Artemis, Afrodita və Apollon ibadətgahlarının qalıqlarından istifadə edilərək tikilmişdir. Ayasofya ilə eyni həyət divarında yerləşən Aya İrini, 532-ci ildə Nika üsyanı zamanı Sempson Zenonla birlikdə yandırılmışdır. İmperator I Yustinian, Ayasofyanın yanındakı Aya İrinini də yenidən qurdu. İnşaat 532-ci ildə başlasa da, tam başa çatma tarixi məlum deyil. VIII və IX əsrlərdə baş verən şiddətli zəlzələlər binaya ciddi ziyan vurdu. Bizanslıların patriarxlıq kilsəsi adlandırdığı Aya İrini, İstanbulun fəthindən sonra Topqapı Sarayı ətrafındakı Sur-ı Sultani daxilində qaldı, bu səbəbdən məscidə çevrilmədiyi üçün əhəmiyyətli bir memarlıq dəyişikliyi olmadı. Əvvəlcə daxili sursat, daha sonra Müharibə Nazirliyinin silah anbarı kimi istifadə edilmişdir. == Muzey işləri == Türkiyənin ilk muzey işləri Aya İrinidə başlamışdır.
Çinin Aya ekspedisiyaları
Çinin Aya ekspedisiya proqramı — Çin Milli Kosmos Administriyasının idarəçiliyində Aya edilən robotlaşdırılmış ekspedisiyalardır. Chang'e 1 gəmisinin fəaliyyəti 24 oktyabr 2007-ci ildə, Chang'e 2 gəmisinin fəaliyyəti isə 1 oktyabr 2010-cu ildə başladılıb. Chang'e 3 gəmisi 1 dekabr 2013-cü ildə fəaliyyətə başladı və 14 dekabr 2013-cü ildə Aya endi. Çinin Aya missiyalarının insanın Aya göndərilməsinə hazırlığı olaraq hesab edilir. Belə bir səyahət 2025–2030-cu illərdə baş verə bilər.
Çinin Aya ekspedisiyası

Aya Dimitri kilsəsi
Aya Dimitri kilsəsi — Bizans dövrünə aid kilsə. Şəhərin qoruyucusu olan Selanikli Müqəddəs Demetriyə həsr edilmişdir. Erkən Xristianlıq dövrünə aid əhəmiyyətli bir abidə olan bina 1491-1912-ci illər arasında məscid kimi fəaliyyət göstərmişdir. 1917-ci ildə yandıqdan sonra yenidən qurulan və 1949-cu ildə ibadət üçün açılan kilsənin zirzəmisi muzeyə çevrilib. Bina 1988-ci ildən YUNESKO-nun Dünya İrs Siyahısındadır. == Muzey == Kilsənin zirzəmisi muzey kimi nəzərdə tutulub. V əsrdə eyni yerdə tikilmiş kilsənin xarabalıqları, kilsənin tarixinə aid sənədlər, VII əsrdə yanğından sonra tikilmiş binanın heykəlləri, məscid olduğu dövrlərdəki kitabəsi, bərpasına dair sənədlər muzeydə nümayiş etdirilir.
Çinin Aya ekspedisiya proqramı
Çinin Aya ekspedisiya proqramı — Çin Milli Kosmos Administriyasının idarəçiliyində Aya edilən robotlaşdırılmış ekspedisiyalardır. Chang'e 1 gəmisinin fəaliyyəti 24 oktyabr 2007-ci ildə, Chang'e 2 gəmisinin fəaliyyəti isə 1 oktyabr 2010-cu ildə başladılıb. Chang'e 3 gəmisi 1 dekabr 2013-cü ildə fəaliyyətə başladı və 14 dekabr 2013-cü ildə Aya endi. Çinin Aya missiyalarının insanın Aya göndərilməsinə hazırlığı olaraq hesab edilir. Belə bir səyahət 2025–2030-cu illərdə baş verə bilər.
Aya Nikola (İnəgöl təkfuru)
Aya Nikola və yaxud Agios Nikolayos (yun. Άγιος Νικόλαος; XIII əsr – 1299) — İnəgöl Təkfuru. == Həyatı == 1278-ci ildə II Andronik tərəfindən Təkfur olaraq İnəgölə göndərilmişdir. Onun Qayı tayfası və xüsusilə də Ərtoğrul Qazi ilə yaxşı əlaqələri mövcud idi. Ərtoğrul Qazinin ölümündən sonra Dündar bəylə Osman Qazi arasında baş vermiş olan bəylik üstündəki münaqişədən istifadə edərək türkmən xalqının ərazilərinə soxularaq torpaq əldə etmək istəmişdir. 1283-cü ildə Osman bəyin ordusu ilə İnəgölə gəldiyi xəbərini alan Aya Nikola, Osman bəyin hücumuna pusqu ilə cavab vermişdir. İlk döyüşünü Osman bəylə Ermənibəli ərazisində aparmışdır. Bu döyüşdə Saru Batu Savcı bəyin oğlu 15 yaşlı Bayhoca şəhid olmuş və Bizans ordusu məğlub edilmişdir. 1284-cü ildə Osman bəy Qulucahisar qalasının daxilində olan casuslarının vasitəsilə gecə basqını həyata keçirdərək Qulucahisar qalasını ələ keçirmişdir. Qulucahisar qalasının tutulması xəbərini alan Nikola Konstantinopoldakı imperator II Andronikdən 300 nəfərlik Bizans süvari dəstəsi istəmişdir.

Digər lüğətlərdə