Azərbaycan dilinin dialektoloji lüğəti

Cəmi – 17548, məqalələr «DU» – 47
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
DA DE DI DO DU
 

DUAĞALDI

(Ağcabədi) qız ərə gedəndən bir gün sonra düzəldilən gəlingörmə mərasimi. – Duağaldıya qızın yengəsi, anası, bayısı, qohumları gedər

DUAX

(Bolnisi, Borçalı, Çənbərək, Qazax, Tərtər, Tovuz) bax doax. – Duaxda xamralı yayırıx (Tərtər); – Kündöyü duaxda yasdılıyıf saja yafdılar (Borçalı)

DUAXQAPBA

(Basarkeçər, Cəbrayıl, Zəngilan) qız ərə gedəndən bir neçə gün sonra düzəldilən gəlingörmə mərasimi. – Uşaxlar qızın duaxqapbasına gedir (Zəngilan); – Gulara duaxqapbıya bizi də çağırmışdı (Cəbrayıl); – Toy qutarıf, duaxqapbasına gəlif çatıfsan (Basarkeçər)

DUBALAĞ

(Quba) kələk, hiylə. – Mən hər şeyi bilədəm, mənə dubalağ gəlməginən

DUBUR

(Quba) qısaboy (adam)

DUÇ

(Qax) dəstə. – Bazara gediysin, mağa da bi duç ala alıp geti

DUDALAMAĞ

(Bakı) yalan danışmaq. – Gənə nə dudalıyırsan?

DUDURĞAYI

(Meğri) qudurğan, azğın. – Tağı xan kimin dudurğayı adam nə olup, nə olecek

DUĞA

(Quba) dovğa. – Əhməd duğadan içib xəstə ulmişdi

DUQQAZ

(Quba, Zaqatala) bax doqqaz III

DUQQU

(Mingəçevir) suqabı

DUQUY

(Qax) yalan. – Bircə qoraydın <görəydin> neçə duquy di:riydi

DULA

(Başkeçid, Borçalı, Gədəbəy, Hamamlı, Qazax, Tovuz) bax dilab. – Dula qoymax pis olmaz örüx’ ördürəndə (Gədəbəy); – Apar istəkanı duloya qoy (Başkeçid); – Pıçağı dulaya qoydum (Borçalı); – Ay usda, divarda bir dula qoy (Tovuz); – Duluya xırda qablar qoyular, çıra qoyular (Hamamlı)

DULAĞARTI

(Quba) biçinçilərin qollarına sarıdıqları dolaq. – Mənim dulağartılarım üydə qalıb

DULĞU

(Gədəbəy, Xanlar, Qazax) bax dolğa

DULQU

(Qazax, Çənbərək, Tovuz) bax dolğa. – Təkərin dulquların sal, top yeyilməsin (Tovuz)

DULUNQ

(Qax) üskük. – Menin pis xəsyət var, dulunq olmasa tikə bilməs

DUMBA

I (Şəki) qısaboy. – Dumba kişiydi irəhmətdıx Usuf II (Şəki) təpə. – Taxdalı dərəsi havı dumba:n dalıdı

DUMBAK

(Zaqatala) kötük (odun). – Dumbakı doğra

DUMBUL

(Bakı, Şamaxı) nağara