Azərbaycan dilinin dialektoloji lüğəti.

  • QAB

    (Salyan) məc. baş, beyin. – Sə:n də qabunda söz qalmır

    Tam oxu »
  • QABAG

    (Dərbənd) alın. – Qabagıma dəgdi daş

    Tam oxu »
  • QABAĞARDAN

    (Bakı) qalayçı. – Qabağardan qazannarı yaxçı ağardıb; – Qabağardannarın sesi küçəni basıb

    Tam oxu »
  • QABAX

    (Zaqatala) bax qabağ

    Tam oxu »
  • QABAXLIX

    (Zaqatala) alınlıq, qadınların alınlarına bağladıqları bəzək əşyası

    Tam oxu »
  • QABALAX

    (Füzuli) cücərti

    Tam oxu »
  • QABALAXLAMAX

    (Füzuli) cücərmək. – Toxum qabalaxlıyır, onnan so:ra yığılır qola, bir qarış qol sürür çiçəx’liyir

    Tam oxu »
  • QABAR

    (Balakən) yoğun qarğı, qamış. – Birqadir cama:tı qabar qırmağa apardı

    Tam oxu »
  • QABARİMƏG

    (Yardımlı) bax qabarmax. – Nə qabareysən üsdümə

    Tam oxu »
  • QABARMAX

    (Zəngibasar, Şərur) cavab qaytarmaq, üzə ağ olmaq. – Uşax mə: elə qabardı ki, nə:tə:r (Şərur)

    Tam oxu »
  • QABÇAĞ

    I (Kürdəmir, Salyan, Yardımlı) suqabı, su içilən qab. – Get bir qabçağ su gəti, içim (Salyan) II (Salyan) pambığı dərilmiş qoza III (Salyan) qutu

    Tam oxu »
  • QABƏLƏ

    (Dərbənd) alma növü adı. – Qabələ istikana uxşar almadu də

    Tam oxu »
  • QABĞARMAX

    (Oğuz) qablaşdırmaq, yerləşdirmək

    Tam oxu »
  • QABIRĞA

    (Cəbrayıl, Qax, Ucar) 1. cağ (arabada) (Cəbrayıl). – Qabırğaları sındırma 2. kirəmit düzmək üçün evin üstünə üfüqi qoyulan taxta, ağac (Qax, Ucar)

    Tam oxu »
  • QABIRĞALAMAX

    (Göyçay, Ucar) evin üstünə qabırğa (b a x qabırğa 2-ci məna) düzmək, vurmaq. – Ussalar damı qabırğaladı (Ucar)

    Tam oxu »
  • QABQIRAN

    (Quba, İrəvan) lalə. – Qabqıranı dəriv əvə gətirməzdər (İrəvan)

    Tam oxu »
  • QABLA

    (Bakı) kal əncir. – Xəzri ağacın qablalarını səlt tökdi yerə

    Tam oxu »
  • QABLAMA

    (Zəngibasar) qəlp, saxta. – Bı əsil qızıl döylü, qablamadı

    Tam oxu »
  • QABLAMAĞ

    I (Salyan) yığmaq. – Pammığı qablo:un xarala II (Salyan) çox yemək, acgözlük etmək. – Ədə, az qabla, partlıyarsan ki

    Tam oxu »
  • QABLAMAQAZAN

    (Bakı, İrəvan) qapaqlı böyük qazan. – Qablamaqazan çox böüg olur, özi də mö:kəm olur (Bakı); – Qablamaqazanda puloy pişirəllər (İrəvan)

    Tam oxu »
  • QABLANMAĞ

    (Bakı) bərk yıxılmaq, üzü üstə yıxılmaq

    Tam oxu »
  • QABLI

    (Füzuli) xörək adı. – Əti doğruyursan, noxut tökürsən, öz vamına pişirirsən, bıa <buna> qablı deyilir

    Tam oxu »
  • QABLIX

    (Culfa, İrəvan) 1. qın (İrəvan). – Atam öz ülgücünə qablıx tix’di 2. iynə sancılan yastıqça (Culfa). – Qablığın üsdünə iynə sancırıx

    Tam oxu »
  • QABSINDIRAN

    (Bakı) lalə

    Tam oxu »
  • QABUÇ

    (Zaqatala) bağlama. – Ay bala, dur qabuçu bura gəti görüm, içində sap varmı?

    Tam oxu »
  • QAC

    (Göyçay, İmişli, Qax, Sabirabad, Şəki, Zaqatala) bax qaj I. – Qajın suyunu kes (Zaqatala)

    Tam oxu »
  • QACA-QUCA

    (Bakı) çala-çuxur. – Bu şo:fır afdo:mili lap qaca-quca yolnan sürür; – Mən bilirəm qaca-quceynan gedmeg şo:firçün çetindü

    Tam oxu »
  • QACAX

    (Naxçıvan, Zəngilan) 1. qarğıdalı qıçası (Naxçıvan) 2. qurumuş pambıq qozasının qırıntıları (Zəngilan)

    Tam oxu »
  • QACAL

    (Meğri) yaylaq, meşə ətrafında otlaq yer. – Heyvandarrar diyərdi: “Xırdabaş heyvanın canı yayda qacal, payızda meşədi”

    Tam oxu »
  • QACAR

    I (Bərdə) bax qajir. – Qacar uçub gəldi II (Qax, Zaqatala) tərs, inadkar. – Əşi, sen nə yaman qacar adamiymişsən?! (Qax) III (Zaqatala) özül

    Tam oxu »
  • QACIMAĞ

    (Biləsuvar, Yardımlı) qıc olmaq

    Tam oxu »
  • QA:CIMAX

    (Şəki, Zəngilan) bax qacımağ. – Əyağım qa:cımışdı, ovdum, düzəldi (Şəki); – Sağ qıçım qa:cıyıb (Zəngilan)

    Tam oxu »
  • QACIN

    (Şəki) çardağın kənarlarındakı açıq yer. – Öyün qacınına quru ot tıxıyırıx; – Bizim öylərin hamısında olar qacın

    Tam oxu »
  • QACİR

    (Qax, Zaqatala) bax qacar I. – Cəmdəyi qacir yedi (Zaqatala)

    Tam oxu »
  • QACQAC

    (Zaqatala) sağsağan

    Tam oxu »
  • QAÇ-YORT

    (Cəlilabad) qaçaraq, qaçaqaça. – Tələsirdim, qaç-yort gəldim

    Tam oxu »
  • QAÇAĞADURMA

    (Çənbərək) uşaq oyunu adı

    Tam oxu »
  • QAÇAQ-QAÇAQ

    (Şuşa) uşaq oyunu adı

    Tam oxu »
  • QAÇARABUXUR

    (Qax) hərəkətdə, fəaliyyətdə, çalışmaqda olan. – Axşamacan o yan-bu yana qaçarabuxurdu

    Tam oxu »
  • QAÇARĞA

    qaçarğa salmax: (Şahbuz) didərgin salmaq. – Söynin qardaşı mə:m atamı bı kətdən qaçarğa saldı

    Tam oxu »
  • QAÇI

    (Cəbrayıl) arabanın hissələrindən birinin adı. – Gözdə ki, arabanın qaçısı sınmasın!

    Tam oxu »
  • QAÇIRĞA

    (Zaqatala) ling

    Tam oxu »
  • QAÇIRTMAX

    (Şəki) söndürmək (işığı, ocağı)

    Tam oxu »
  • QAÇQAYARA

    (İmişli) heyvanlarda yara adı

    Tam oxu »
  • QADA

    I (Şəki, Şərur, Zaqatala) qardaş II (Qax) aşıq <sümük>

    Tam oxu »
  • QADAĞ

    (Əli Bayramlı, Kürdəmir, Sabirabad, Salyan, Cəlilabad) mıx. – Qadağı taxdıya vırdım (Salyan)

    Tam oxu »
  • QADAĞA

    (Salyan) öyüd, nəsihət. – Uşağa gərəg vaxdında qadağa verəsən

    Tam oxu »
  • QADAĞLAMAĞ

    (Biləsuvar, Cəlilabad) mıxlamaq. – Taxdanı qadağladılar (Biləsuvar); – Usdıl sıney, onı qadağla (Cəlilabad)

    Tam oxu »
  • QADAX

    I (Balakən, Gədəbəy, Mingəçevir, Oğuz, Zaqatala) bax qadağ. – İri qadax yaxşıdı yerə vurmağa (Gədəbəy) II (Şəki) dəmir yamaq (təknə və ya tabağın çatl

    Tam oxu »
  • QADAXLAMAX

    (Oğuz) bax qadağlamağ

    Tam oxu »