Azərbaycan dilinin dialektoloji lüğəti.

  • GABAÇ

    (Dərbənd) buynuzsuz (keçi). – Mənün bir gabaç kəçüm vardi, teregdə bir yarpağ quymeyeydi

    Tam oxu »
  • GADAY

    (Dərbənd) təzə doğulmuş keçi balası

    Tam oxu »
  • GADREG

    (Tabasaran) taxtabiti. – Gadreg helesi şeydü ki, adami sabahacan yatmağa qoymeydü

    Tam oxu »
  • GAF

    (Borçalı, Tovuz, Şəmkir) bax gap ◊ Gaf eləməx’ – b a x gap eləməx’. – Getdix’ gördüx’ orda adam yığılıf gaf ele:llər (Borçalı)

    Tam oxu »
  • GAFA

    (Yardımlı) bəlkə, ola bilsin ki. – Gafa gedib, sənin xəbərün yoxdu

    Tam oxu »
  • GAFCIL

    (Tovuz, Yevlax) bax gapcıl. – İsgəndər kişi gafcıl adamdı (Yevlax); – Kalvə:li kimi gafcıl adam kəndimizdə tapılmaz (Tovuz)

    Tam oxu »
  • GAĞ

    (Basarkeçər) kiçik otlaq. – Atam gağe:tdi

    Tam oxu »
  • GAHAL

    (Qazax) tənbəl

    Tam oxu »
  • GAHGİR

    (Yardımlı) hərdənbir, arabir. – Gahgir gedey baxey

    Tam oxu »
  • GAHKİR

    (Dərbənd) bacarıqsız, əfəl

    Tam oxu »
  • GAHLI

    (Zaqatala) qatlı. – Gahlı arxalıx

    Tam oxu »
  • GAHVAR

    (Masallı) bax gavar

    Tam oxu »
  • GAL

    (Dərbənd) qoyun cinsinin adı. – İstəyən kişi Ağul rayununnən üzüçün gal gətirədü

    Tam oxu »
  • GA:L

    (Naxçıvan) bax kal I. – Əhməd, sən çox ga:l adamsan ha!

    Tam oxu »
  • GALALİ

    (Bakı) narın kəsilmiş yerində əmələ gələn qaramtıl rəng

    Tam oxu »
  • GALLA

    (İmişli) dəvə sürüsü

    Tam oxu »
  • GALLADAR

    I (Cəbrayıl, Qazax) bax kalladar I II (Laçın) işgüzar (adam) III (Qazax) b ax kalladar II

    Tam oxu »
  • GALLAH

    I (Bakı, Quba) başlı-başına. – Ati gallah bıraxıb, otdi:r (Bakı) II (Çənbərək, Qazax) bax kəllah. – Potuyu gallaha qatıf Fərzalı otarır (Çənbərək)

    Tam oxu »
  • GALLAH-GALLAH

    I (Quba) başlıbaşına. – Heyvannar gallah-gallah utdiyədü II (Quba) 1. topatopa, dəstə-dəstə 2. hissə-hissə

    Tam oxu »
  • GALLAHAN

    (Qazax) üç tərəfi örtülü, bir tərəfi açıq (tikinti)

    Tam oxu »
  • GALLAVAR

    (Qazax) nəhəng və kobud (adam)

    Tam oxu »
  • GALVAN

    ( Qazax) üç tərəfi örtülü, bir tərəfi açıq (tikinti)

    Tam oxu »
  • GAM

    (Meğri) bax kəm IV

    Tam oxu »
  • GAN

    (Qax) üstündə xəmir yoğurulan dəyirmi taxta

    Tam oxu »
  • GANAŞMAX

    (Ağdam, Borçalı) məsləhətləşmək

    Tam oxu »
  • GANC

    (Quba) körpə gicitkən. – Bizim yerrərdə ganc çux ular

    Tam oxu »
  • GAP

    (Ağcabədi, Ağdam, Füzuli, Qazax, Tovuz) söhbət ◊ Gap eləməx’ – söhbət etmək. – Bir sa:t gap eləsəx’ bəsimizdi (Qazax)

    Tam oxu »
  • GAPAT

    (Masallı) paltar

    Tam oxu »
  • GAPBAN

    (Şərur) iri və ağır çəkic

    Tam oxu »
  • GAPCIL

    (Borçalı) söhbətcil. – Oruc əmi gapcıl adamdı

    Tam oxu »
  • GAPLAŞMAX

    (Borçalı) söhbət etmək. – İndi biz dağe:dəjeix’, gə birəz gaplaşax

    Tam oxu »
  • GAR

    (Xaçmaz, Quba) bax kar II. – Gar bozdamac, çüreg pişirmegçündü (Quba)

    Tam oxu »
  • GARBIT

    (Culfa, Şərur) yun palaz

    Tam oxu »
  • GARGUBIT

    (Meğri) kobud. – Şıxavızlı Lalazar bir gargubıt adam idi, hamma yəxşi duslığı var idi

    Tam oxu »
  • GARRAF

    (Çənbərək, Qazax) ağac mala. – Böyüx’ bir taxdeyi hər iki ujunnan deşif boyundurux yoğunnuğunda ağaşdar keçirerix’, ona garraf de:rix’, ona ulax qoşuf

    Tam oxu »
  • GARRAFLAMAX

    (Qazax) ağac mala ilə şumlanmış yeri hamarlamaq, düzəltmək

    Tam oxu »
  • GARUŞ

    (Quba) yastıdaban qadın ayaqqabısı. – Hindi garuş giymiyəduğ, ulmiyədü

    Tam oxu »
  • GAV

    I (Ağcabədi, Çənbərək, Gədəbəy, Qazax) uçurum, sıldırım. – Əli, malıyözdə, gavdan uçurdarsaη ha! (Gədəbəy) II (Basarkeçər, Tərtər) qaramalı boynundan

    Tam oxu »
  • GAVAX

    (Ordubad) xışın ucunu əymək üçün alət. – Hər əkin vaxdı biz xışdarın ucunu gavaxnan əyirix’

    Tam oxu »
  • GAVANGİR

    (Bakı) üzüm növünün adı

    Tam oxu »
  • GAVAR

    (Bakı, Cəlilabad, Quba) gərək ki, deyəsən. – Əli, gavar, kəndə gedib (Bakı); – Gavar, Mö:lüd kişi şə:rə gidmağa hazırraşadı (Quba); – Gavar, onu zirdə

    Tam oxu »
  • GAVİD

    (Borçalı) balıq növünün adı. – Gavid balıx qızıl balığınnan yöndü

    Tam oxu »
  • GAY

    (Şərur, Zəngilan) gic, ağılsız

    Tam oxu »
  • GAZAL

    (Göyçay, Qarakilsə) qozun və ya fındığın yaşıl qabığı. – Cəvizin gazalı uşaxların ələ:ğin <əl-ayağın> qafqara eliyif; – Gazaldan ip də b

    Tam oxu »
  • GECƏ-GÜNDÜZ

    (Borçalı) bax gejəgündüz II

    Tam oxu »
  • GECƏB

    (Cəbrayıl, Zəngilan) enliyarpaqlı yabanı bitki növü. – Gecəb bişmişi daddı eli:r (Zəngilan)

    Tam oxu »
  • GECƏÇIRAĞI

    (Culfa, Ordubad) gecələr işıq verən, parıldayan böcək. – Gecəçırağı çəpərdə çox olar (Ordubad); – Gecəçırağı gecələr işıx verər (Culfa)

    Tam oxu »
  • GECƏGƏZƏN

    (Dərbənd, Xaçmaz, Quba) yarasa. – Gecəgəzən əxşamlar uçadu, unun güzi günüz görmiyədü (Quba); – Gecəgəzən işiqdən qurxadı (Dərbənd)

    Tam oxu »
  • GECƏQUŞİ

    (Cəlilabad) yarasa

    Tam oxu »
  • GECƏQUŞU

    (Cəbrayıl) bax gecəquşi. – Bizim pə:mizdə gecəquşu yaman çoxdu

    Tam oxu »