ÇAXMAQDAŞI

is. Keçmişdə: od almaq (qığılcım çıxarmaq) üçün çaxmağın vurulduğu xüsusi daş parçası.
[Baba] qovu çaxmaqdaşı ilə alışdırıb çubuğu yandırdı. Çəmənzəminli.
[Qızıl qayada] yer altından çıxan qaz, kim bilir, nə zamansa bir yolçunun, bir ovçunun, ya bir çobanın çaxmaqdaşından od alıb, gecə-gündüz şölə çəkib yanır. R.Rza.

Etimologiya

  • ÇAXMAQDAŞI Türkmənlər buna “çalğıdaşı” deyirlər. “Vurmaq” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ÇAXMAQ-QOV
ÇAXMAQLI
OBASTAN VİKİ
Çaxmaqdaşı
Çaxmaqdaşı - silisium oksidinin kristallik və amorf növlərinin aqreqatıdır. Xalsedon-kvars, kvars, xalsedon və opal-xalsedon çaxmaq daşları ayrılır. Çox vaxt karbonat qatışığı olur. Sınması qabıqvari. Rəngi sarımtıl-bozdan qarayadək. Sərtliyi 7. Çaxmaqdaşı süxurlarda, adətən, əhəngdaşlarında jelvak və konkresiyalar, bəzən linza və təbəqəciklər əmələ gətirir. == Çaxmaqdaşı konkresiyaları == Çaxmaqdaşı konkresiyaları hər hansı bir silisium oksidi mineralının (adətən, kvars və ya xalsedon) əmələ gətirdiyi və içərisində ətraf süxurların, habelə üzvi maddələrin, dəmir oksidləri, kalsit, dolomit və başqa möhtəviləri olan konkresiya və konkresion linzalarıdır. Çox vaxt erkən diagenezdə, bəzən diagenezin son mərhələsində, nadir hallarda sedimentasion mərhələdə əmələ gəlirlər. Adətən, müəyyən stratiqrafik horizonta uyğun gəlir və korrelyativ əlamət kimi istifadə edilir.

Digər lüğətlərdə

англоса́кс Кот в сапога́х омола́живаться супово́й ультрамонта́нский уплоща́ться цирк-шапито́ астрофизи́ческий пермане́нтность пле́сневый про́ще уй ясать cay culprit dys- gad-bee gait heremyte prey rosery scavenger strike over травмировать фанза