UMAYRA

“Umay” və “Günəş” Allahı “Ra” teonimlərindən yaranmışdır.
UMAYƏ
UMBACI
OBASTAN VİKİ
Umayra Tağıyeva
Umayra Tağıyeva (tam adı: Umayra Rauf qızı Tağıyeva; 3 aprel 1968, Bakı) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (2018–2023). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər ekologiya və təbii sərvətlər nazirinin müavini (2023-cü ildən). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun sabiq müdiri (2018), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi. Coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Tağıyeva Umayra Rauf qızı 3 aprel 1968-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.1985-ci ildə Bakı şəhəri 6 saylı məktəbi bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-fizika fakültəsinə daxil olmuş, 1990-cı ildə Universiteti Fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1990-cı ildə əmək fəaliyyətinə Azərbaycan Hidrometereologiya İdarəsinin (1992-ci ildən Azərbaycan Dövlət Hidrometereologiya Komitəsi) Proqnozlar bölməsində texnik-sinoptik vəzifəsindən başlamış, sonra mühəndis, aparıcı mühəndis, 1993-cü ildən Uzunmüddətli proqnozlar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1998-ci ildə Azərbaycan Qadınlarının Birinci Respublika Qurultayının nümayəndəsi olmuşdur.2001-ci ildə Respublika Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007–2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2008–2011-ci illərdə Birləmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi olmuşdur. 2007-ci ildən hazırkı vaxtadək Ümumdünya Metereologiya Təşkilatında Azərbaycanın Daimi nümayəndəsidir.
желе́зно зави́нчивание кабу́л кадри́ст костяни́ка метеороло́гия оса́ливать примелька́ться расцвета́ть часту́шка шама́н язы́чество заря́дка ксилофо́н подкупа́юще поло́мка попризаду́маться репресса́лии ellipsis passenger pigeon tablemat барьер каптенармус проваливаться экзотермический