Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şükrü Birant
Şükrü Birant — Türkiyə futbolçusu. 1964-1974-cü illərdə Fənərbaxçada oynamışdır. Meydana çıxdığı 317 oyunda 7 qol vurmuşdur. Türkiyənin müxtəlif milli komandalarında 26 dəfə meydana çıxmışdır.
Şükrü Elçin
Şükrü Elçin (23 sentyabr 1912, Florina[d] – 30 oktyabr 2008, Ankara) — türk şairi, folklorşünas, tədqiqatçı, akademik və yazıçı. Şükrü Elçin 23 sentyabr 1912-ci ildə Florinada anadan olub. Ailəsi, Lozanna müqaviləsidən sonra mübadil-mühacir olaraq Türkiyəyə gəlib Turqutluya yerləşmişdi. Şükrü Elçin ilk və orta təhsilini Turqutlu və Manisada bitirib 1936-cı ildə İzmir Oğlan Liseyinin məzunu olmuşdu. 1939-cu ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı" şöbəsini bitirdi. Xalq ədəbiyyatı ilə əlaqədar məzunluq dissertasiyasını tamamladı və "Aslı və Kərəm" adlı əsəri Milli Təhsil Nazirliyi tərəfindən 1949-cu ildə nəşr olundu. Kitab / Mensur Realist Xalq Hekayələri mövzusunda dissertasiyası ilə elmlər doktoru adını aldı. Sivas Liseyində, Dənizli Liseyində, Ankara Kişi Texniki Müəllim Liseyində, Ankara Atatürk Liseyində, Ankara Maarif Kollecində, Döyüş Kollecində və Qazi Təhsil İnstitutunda ədəbiyyatdan dərs dedi. Milli Təhsil Nazirliyinin təqaüdü ilə iki il Parisə getdi və orada folklor və xalq ədəbiyyatı ilə başlı araşdırmalar etmişdi. 1962-ci ildə Anadolu Köy Orta Oyunları (Kənd Teatrı) adlı dissertasiyası işi ilə dosent oldu.
Şükrü Kaya
Şükrü Kaya (9 mart 1883 – 10 yanvar 1959, İstanbul) — Türk ədibi, görkəmli siyasi xadim. İstanbulun işğalından sonra Maltaya sürgün edilmiş, sürgündən qaçaraq bir müddət İtaliya və Almaniyada yaşamışdır. Türkiyəyə döndükdən sonra yüksək dövlət vəzifələrində çalışmış, daha çox bədii tərcümə fəaliyyəti ilə məşğul olmuşdur.
Şükrü Saracoğlu
Mehmet Şükrü Saracoğlu (1887[…], İzmir, Aydın vilayəti – 27 dekabr 1953, İstanbul) — Türk siyasətçi və dövlət xadimi, Türkiyənin 5-ci Baş Naziri, 1942–1946-cı illər ərzində Türkiyənin Baş naziri, 1938–1942-ci illər ərzində xarici işlər naziri, 1948–1950-ci illərdə isə TBMM-in sədri vəzifələrini icra etmişdir. Bundan başqa müxtəlif hökumətlərin tərkibində Təhsil, maliyyə və ədalət naziri vəzifələrini yerinə yetirmişdir. İsmət İnönü ilə birgə II Dünya müharibəsi illərində Türkiyənin tərəfsiz qalma siyasətinə yön verən şəxslərdən biridir. Mehmet Şükrü Saracoğlu 1886-ci ildə İzmir əyalətinin Ödəmiş qəsəbəsində anadan olmuşdur. Atası Mehmet Tofiq Trabzonun Akçaabat qəsəbəsindən Ödəmişə köç etmiş və burada sərraclıqla məşğul olmuşdur. Anası Şərifə xanım isə ev qadını olan Şükrü Saracoğlu ailənin ilk uşağı idi. Köhnə maliyyə naziri Əhməd Zühdü paşanın nəvəsi Səadət Oraloğlu ilə evlənmiş, 3 övladı olmuşdur. Orta məktəbi Ödəmişdə bitirdikdən sonra İzmir Atatürk liseyinə daxil olmuşdur. Buranı birinciliklə bitirərək təhsilini Məktəb-i Mülkiyyədə davam etdirmişdir. 1909-cu ildə təhsili başa çatdıraraq İzmir valiliyində məmur olaraq çalışmağa başlayır.
Şükrü Tezər
Şükrü Tezər (1893, Larisa – 1969, İzmir) — türk əsgəri, bürokrat. Mustafa Kamal Paşanın döyüş köməkçilərindən biridir. 1916–1918-ci illər arasında Ədirnədən Diyarbəkirə, Şərqi Suriya cəbhələrində onun ətrafında və tabeliyində idi. Mustafa Kamal bu dövrdə yaşadıqlarını qələmə aldığı gündəliyi özünə vermiş və bu dəftər Tezerin xatirələri ilə birlikdə Türk Tarix Qurumu tərəfindən ilk dəfə 1972-ci ildə "Atatürkün gündəliyi" adı ilə nəşr edilmişdir. 1893-cü ildə Yunanıstanın Larisa şəhərində anadan olub. Atası Larisalı Nuri bəydir. Ailəsi 93 hərbindən sonra Manisaya köçdü. İbtidai və orta təhsilini Manisada başa vurduqdan sonra İstanbul Bəylərbəyi Ehtiyat Zabit Məktəbinə daxil olur. Balkan müharibəsi başlayanda təhsilini yarımçıq qoyaraq Osmanlı ordusuna qatılır. Məktəbi bitirdikdən sonra ilk olaraq Serez Redif Diviziyasının Mərkəzi Alayın hücum batalyonuna təyin edildi.
Şükrü Özyıldız
Şükrü Özyıldız (18 fevral 1988, İzmir)- Türk aktyordur. Şükrü Özyıldız 18 fevral 1988-ci ildə İzmirdə anadan olub. Anası Rodoslu Yunan, atası Trabzonludur. Onun özündən iki yaş kiçik bir bacısı var. İstanbul Texniki Universitetində Dəniz Mühəndisliyi fakültəsini qazandıqdan və bir il İstanbulda təhsil aldıqdan sonra yenidən imtahan verib Ege Universitetində Biznesin idarə edilməsi fakültəsində təhsil almağa başladı, daha sonra Erasmus proqramı ilə Portuqaliyaya getdi. Uşaqlıqdan döyüş sənətinə maraq göstərən Özyıldız Portuqaliyada qəfəs döyüşlərinə qatılıb. Daha sonra qəfəs davalarından əl çəkdiyini açıqlayıb. Xaricdə aktyorluq emalatxanasına qatılan Özyıldız aktyorluğu çox bəyəndiyinə qərar verib və Müjdat Gezen Sənət Mərkəzində aktyorluq təhsili almağa qərar verib. Bir çox teatr tamaşası, reklam və seriallarda rol alan aktyor ilk dəfə 2011-ci ildə FOX-da yayımlanan gündəlik "Derin Sular" serialında ekranlarda görünüb. 2013-2014-cü illərdə Star TV və FOX ekranlarında yayımlanan "Benim Hala Umudum Var" serialında Gizem Karaca və Berk Oktay ilə baş rolları paylaşıb, daha sonra 2013-cü ildə ilk uzun metrajlı filmi "Neva"da baş rolu canlandırıb.
Şükrü Sökmensüer
Şükrü Sökmensüer və ya İbrahim Şükrü Sökmensüer (d. Skopye, Osmanlı imperiyası; 1890 - ö. Ankara, Türkiyə; 18 oktyabr 1978) - türkiyəli siyasətçi və köhnə daxili işlər naziri. 1890-cı ildə Osmanlı imperiyasının Balkan bölgəsində yerləşən şəhəri olan Skopyedə dünyaya gəlmiş və Ərkanı Hərbiyyədən məzun olmuşdur. Osmanlı ordusundakı xidməti zamanı IV Ordu korpusunun IV Ağır topçu alayının birinci taborunun III batareyasında, Çatalca VIII Topçu alayında, XX Ordu korpusunun baş qərərgahında, II Firqənin V Ordu korpusunun I şöbəsində zabit kimi xidmət etmiş, sonradan XV Firqənin ərkani hərbiyyə rəisliyini etmişdir. Respublikanın qurulmasından etibarən mühüm vəzifələrdə çalışmışdır. Bu vəzifələr bunlardır: Məskunlaşdırma İdarəsi, Asayiş İdarəsi müdürlüyü, Təhlükəsizlik İşləri müdürünün müavini, Trakya Ümummüfəttişliyinin baş müşavirliyi, Təhlükəsizlik Ümümmüdürlüyünün rəhbəri, Hatay Suverenlik Cəmiyyətinin baş katibliyi, Hatay valiliyi, Ticarət Vəkaləti İaşə vəkilliyi, Türk Hava Qurumu başqanlığı, Uşaq Yetişdirmı Qurumu İdarə Heyyəti üzvlüyü, Köhnə Döyüşçülər Cəmiyyəti Heysiyyət Divanı başqanlığı. SÖkmensüer Hatayın Türkiyəyə birləşdirilməsində mühüm rol oynamış, bu proses zamanı bir neçə vacib vəzifəni yerinə yetirmişdir. Bundan başqa, Sökmensüer bir neçə dəfə TBMM-ə də seçilmişdir. O. VI çağırış (ara dönəm) və VII çağırış Ərzincandan, VIII çağırış Gümüşxanədən TBMM-ə üzv seçilmişdir.
Məhməd Şükrü Paşa
Mehmet Şükrü Paşa (türk. Mehmed Şükrü Paşa; 1857 və ya 1856, Ərzurum – 1916, Konstantinopol) — Osmanlı generalı. Balkan müharibələrində Bolqarıstanın mühasirəyə aldığı Ədirnəni çətin şərtlər altında 155 gün müdafiə etdi. Bu hadisə tarixdə "Ədirnə müdafiəsi" kimi də tanınır. Ədirnədə xatirəsinə həsr edilmiş abidə var. Bu abidə Balkan müharibələri muzeyində də mövcuddur. Abidə 1998-ci il iyulun 27-də açılmışdır. Abidə və muzeyi ziyarət etmək sərbəstdir. 1857-ci ildə Ərzurumda anadan olmüşdür. Ailənin yeganə övladı idi.
Şükrü Haluk Akalın
Şükrü Haluk Akalın (22 yanvar 1956, Adana) — 15 aprel 2001-ci ildən 12 yanvar 2012-ci il tarixinə qədər Türk Dilləri Dərnəyinin prezidenti vəzifəsini icra etmişdi. Qurumda keçirilən mətbuat konfransında Akalın vəzifəsindən könüllü olaraq xitam verildiyini və Hacettepe Universitetində müəllim vəzifəsinə qayıtdığını bildirdi. İlk və orta təhsilini Adanada bitirdikdən sonra İstanbuldakı liseydə təhsilini davam etdirmişdi.. Orta məktəb illərində Son Havadis və Yeni İstanbul qəzetlərində müxbir olaraq çalışmışdır. 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı" şöbəsini bitirdikdən sonra doktorantura təhsilini eyni şöbədə davam etdirmişdi. 1987-ci ildə doktorluq dissertasiyasını Saltuk-adı I (İcmal — Mətn) adlı tezisi ilə almışdır. 1989-cu ildə Çukurova Universiteti Fən-Ədəbiyyat Fakültəsi "Türk dili və Ədəbiyyatı" kafedrasına dosent təyin edildi. Eyni bölmədə 1990-cı ildə Türk Dili dosenti və 1996-cı ildə professorluq adını qazanmışdı. Çukurova Universitetində Türk dili kafedrasının müdiri vəzifəsində, Eyni Universitetin Türkoloji Araşdırma Mərkəzinin direktoru vəzifəsini də icra etmişdi. 1995-ci ildə rəsmi qəzetdə 15 aprel 2001-ci ildə dərc edilmiş üçtərəfli sərəncamla Elmi Komitənin baş üzvü seçildi və Türk Dili Birliyinin prezidenti təyin edildi.
Şükrü Naili Gökbərk
Şükrü Naili Gökbərk (türk. Şükrü Naili Gökberk; 1876, Saloniki – 26 oktyabr 1936, Ədirnə, Ədirnə ili) — Türk əsgəri və siyasətçisi. Türkiyə İstiqlaliyyət müharibəsinin komandirlərindən biri olmuşdur. Bursa, Əskişəhər və İstanbulun işğaldan azad edilməsində ən böyük əməyi olan Osmanlı komandirlərindən biridir. 1876-ci ildə Salonikidə Mustafa bəyin və Həsibə xanımın ailəsində anadan olmuşdur. Ədirnə liseyindən məzun olduqdan sonra 1899-cu ildə Hərbi Məktəbi, 1902-ci ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Salonikidəki 3-cü ordu komandanlığının nəzdindəki Korça və Vlyorada 2-ci dərəcəli Rədif taboru vəzifəsinə təyin edildi. Şükrü Naili Gökbərk Birinci Dünya müharibəsində Osmanlı ordusunda zabit kimi xidmət göstərdi. 1917-ci ilin senytabrın birində polkovnik və Türkiyə İstiqlaliyyət müharibəsi ərzində isə 1922-ci ilin 30 avqustunda general-mayor rütbəsinə yüksəldi. 1926-ci ilin 30 avqustunda isə general-leytenant oldu.
Şükrü Saracoğlu stadionu
Fənərbaxça Şükrü Saracoğlu stadionu — Türkiyədə, İstanbul şəhərinin Kadıköy ilçəsində yerləşən futbol stadionu. Stadion 1908-ci ildə tikilmişdir. Türkiyənin ən böyük 4-cü stadionudur. Adını 1936-1950 illəri arasında Fənərbaxça prezidenti olmuş Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğludan almışdır. Dəfələrlə yenilənən stadion sonuncu dəfə 1999-2006 illərində təmir edilib. 2009-cu ildə Şaxtyor və Verder Bremen futbol klubları arasında baş tutmuş UEFA Kubokunun finalına ev sahibliyi edib. Əvvəllər Silahdarağa, Papazın çayırı adlandırılan stadion ərazisində İngilis və yunan gənclər futbol oynayırdılar. 1908-ci ildə Cəmil Paşanın razılığı ilə stadion "Union Club" adı altında açıldı. Stadiondan illik istifadə dəyəri 30 qızıl idi. Stadionun tikilməsində 3000 qızıl pul xərclənmişdi və İngiltərədən gətirilmiş xüsusi ot örtüyü ilə örtülmüşdü.
Mehmet Şükrü Paşa
Mehmet Şükrü Paşa (türk. Mehmed Şükrü Paşa; 1857 və ya 1856, Ərzurum – 1916, Konstantinopol) — Osmanlı generalı. Balkan müharibələrində Bolqarıstanın mühasirəyə aldığı Ədirnəni çətin şərtlər altında 155 gün müdafiə etdi. Bu hadisə tarixdə "Ədirnə müdafiəsi" kimi də tanınır. Ədirnədə xatirəsinə həsr edilmiş abidə var. Bu abidə Balkan müharibələri muzeyində də mövcuddur. Abidə 1998-ci il iyulun 27-də açılmışdır. Abidə və muzeyi ziyarət etmək sərbəstdir. == Həyatı == 1857-ci ildə Ərzurumda anadan olmüşdür. Ailənin yeganə övladı idi.
Fənərbaxça Şükrü Saracoğlu Stadionu
Fənərbaxça Şükrü Saracoğlu stadionu — Türkiyədə, İstanbul şəhərinin Kadıköy ilçəsində yerləşən futbol stadionu. Stadion 1908-ci ildə tikilmişdir. Türkiyənin ən böyük 4-cü stadionudur. Adını 1936-1950 illəri arasında Fənərbaxça prezidenti olmuş Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğludan almışdır. Dəfələrlə yenilənən stadion sonuncu dəfə 1999-2006 illərində təmir edilib. 2009-cu ildə Şaxtyor və Verder Bremen futbol klubları arasında baş tutmuş UEFA Kubokunun finalına ev sahibliyi edib. == Tarixi == Əvvəllər Silahdarağa, Papazın çayırı adlandırılan stadion ərazisində İngilis və yunan gənclər futbol oynayırdılar. 1908-ci ildə Cəmil Paşanın razılığı ilə stadion "Union Club" adı altında açıldı. Stadiondan illik istifadə dəyəri 30 qızıl idi. Stadionun tikilməsində 3000 qızıl pul xərclənmişdi və İngiltərədən gətirilmiş xüsusi ot örtüyü ilə örtülmüşdü.
Şükrüllah Şirvani
Şükrüllah Şirvani — II Mehmedin şəxsi həkimi, Mahmud Şirvaninin oğludur. Əslən Şamaxıdan olan bu həkim Qahirədə Şəmsəddin Səxavidən hədis dərsləri almışdı. Həmçinin II Mehmedin müəllimi mövlana Şəmsəddin Güranidən İstanbulda hədis dərsləri almışdı. O, xəstələri təmənnasız müalicə etdiyinə görə "Kasıbların həkimi" ləqəbini qazanmışdı. Fütuhat fil-Cifr Risalətüs-Sultaniyyə fit Tibb Risalə fil-Qulunc vəl-İxtibas Lətaifül-Cəlilə Rəvzətül-İtr fit Tibb Müxtəsəri-Tibb İxtiyarati-Bədi Mürşid fit-Tibb əl-İlyasiyyə fit-Tibb Kamalnamə Riyazül-Ülum — II Bəyazidə həsr etmişdi.
Hakan Şükür
Hakan Şükür (1 sentyabr 1971[…], Adapazarı) — Türkiyə futbolçusu, milliyyətcə albandır. Kosovadan Türkiyəyə köçən bir ailənin ilk övladı olan Hakan Şükür 1971-ci il iyul ayının 1-də Sakaryanın inzibati mərkəzi olan Adabazarında dünyaya gəlib. Futbol karyerasına doğulduğu Sakaryada başlayıb. 2007–2008 Türkiyə futbol sezonunda Qalatasaray-Manisaspor oyununda 241-ci qolunu vuraraq Türkiyə futbol tarixində ən çox qol vuran futbolçu olmuşdur. Hakan Şükür bir zamanlar Türkiyənin "TRT" telekanalı ilə əməkdaşlıq edirdi və bu kanlada yayımlanan "Stadyum" verilişindəki şərhçiliyinə görə ilə 700 min dollar alırdı. 2011-ci ildə televiziyada davam edən şərhçiliyi buraxaraq siyasətə girdi ve 12 iyun seçimlərinin ardından Adalet ve Kalkınma Partisi 'ndən İstanbul 3. bölgə millət vəkili seçildi. 16 dekabr 2013 günü mənsubu olduğu partiyasından istifa etməsinin ardından siyasi həyatını bitərəf millət vəkili olaraq davam etdirrdi. 2015 seçimlərində yenidən İstanbul 3. bölgədən, bu dəfə bitərəf namizəd oldu , ancaq seçilə bilmədi.
Xanlıq Şükür
Xanlıq Şükür (1872, Şuşa – 1927, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. Xanlıq Şükür 1872-ci ildə Şuşada yoxsul kəndli ailəsində anadan olmuşdur. Çox gənc yaşlarında valideynləri vəfat etmiş, babası Rövşənin himayəsində böyümüşdür. İbtidai təhsil ala bilmiş, erkən çağlardan oxumağa həvəs göstərmişdir. Şükürün xanəndə kimi inkişafında Xurşidbanu Natəvanın böyük rolu olmuşdur. Belə ki, o, Şükürün ifasını bəyənmiş və onun saraya gətirilməsini əmr etmişdir. Xanlıq Şükür Natəvanın yaratdığı və rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclislərində iştirak etmiş, şairlərin oxuduğu şeirləri dinləmiş və Hacı Hüsü, Məşədi İsi, Həsənçə, Sadıqcan kimi musiqiçilərdən muğamın incəliklərini öyrənmişdir. Xanlıq Şükürün ilk müəllimi Hacı Hüsü olmuşdur. Hacı Hüsü Xanlıq Şükürə Şərq muğamlarını, Azərbaycan xalq mahnı və təsniflərini öyrətmiş, onun xanəndə kimi formalaşmasında mühüm rol oynamışdır. Gənc yaşlarından xan sarayında yaşadığı üçün Şuşa əhalisi Şükürə "Xanlıq Şükür" deyə müraciət etmişdir.
Şükri Qüvətli
Şükri əl-Qüvvətli (ərəb. شكري القوتلي‎; 21 oktyabr 1891, Dəməşq – 30 iyun 1967[…], Beyrut) — Suriyanın 1-ci prezidenti. Osmanlı İmperatorluğunun ərəb ərazilərinin müstəqilliyi və birliyi yolunda çalışan bir dissident kimi fəaliyyətə başlamış və fəallığına görə həbs edilmiş və işgəncələrə məruz qalmışdır. Suriya Krallığı qurulanda Qüvvətli monarxizmdən məyus olsa da, Respublika İstiqlal Partiyasını qurdu. 1920-ci ildə Suriyaya nəzarəti ələ alan fransızlar tərəfindən Qüvvətli dərhal edam edildi. Bundan sonra özünü Səudiyyə Ərəbistanı ilə güclü əlaqələr quraraq Suriya-Fələstin Konqresinin baş səfiri vəzifəsində çalışdığı Qahirəyə yerləşdirdi. Bu əlaqələri Böyük Suriya qiyamının (1925–1927) maliyyələşdirilməsində kömək etdi. 1930-cu ildə Fransa hakimiyyəti Qüvvətlini əfv etdi və bundan sonra Suriyaya qayıtdı və burada tədricən Milli Blokun əsas lideri oldu. 1943-cü ildə Suriyanın prezidenti seçildi və üç il sonra ölkənin müstəqilliyinə nəzarət etdi. Qüvvətli 1948-ci ildə yenidən seçildi, lakin 1949-cu ildə hərbi çevrilişə məruz qaldı.
Şükür Bayramov
Şükür Məmməd oğlu Bayramov (1 sentyabr 1928, Kəmərli, Qazax qəzası – 25 mart 1994, Bakı) — Sosialist Əməyi Qəhrəmanı. Азәрбајҹан Совет Енсиклопедијасы (азерб.) / Ҹ. Гулијевин редаксијасы илә. — Б.: АСЕ-нын баш редаксијасы, 1976. — Т. 1. — С. 546.
Şükür Bürhanov
Şükür Bürhanov (15 sentyabr 1910, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 15 avqust 1987, Daşkənd) — özbək aktyoru. SSRİ xalq artisti (1959). 15 sentyabr 1910-cu ildə Daşkənd şəhərində anadan olmuşdur. Kənd təsərrüfatı texnik məktəbində təhsil aldığı müddətdə dram klubunun işində iştirak etmişdir. 1927-ci ildən Özbəkistan Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə Özbəkistan Dövlət Dram Teatrının studiyasında oxumuşdur. Əsasən, romantik, psixoloji və satirik obrazlar yaratmışdır. Sov.İKP-nın üzvü idi. 15 avqust 1987-ci ildə Daşkənd şəhərində vəfat etmişdir. Daşkənddəki Çiqatay qəbiristanlığında dəfn edilmişdir.
Şükür Hacıyev
Şükür Həmidov
Şükür Nəriman oğlu Həmidov (1 aprel 1975, Armudlu, Qubadlı rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı (2016), Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini, İkinci Qarabağ müharibəsi şəhidi. Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənmiş, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs oldu. Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olmuşdur. Atası — Nəriman Həmidov ibtidai sinif müəllimidir. Anası — Şərqiyyə Həmidova isə evdar qadındır. Şükür Həmidov ailənin doqquzuncu övladı idi. Şükür Həmidovun ailədə altı bacısı və üç qardaşı olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Həmidovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və əvvəlcə birotaqlı mənzildə, 2 ay sonra isə yataqxanada yaşamağa başlayırlar.
Şükür Mehdiyev
Şükür Mehdiyev (6 mart 1959–9 fevral 2019) — "Vətən uğrunda" medalı ilə təltif olunmuş polis polkovniki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini. Şükür Mehdiyev 1959-ci il martın 6-sında Goranboy rayonunun Fəxralı kəndində Nəcvəddin və Şövkət Mehdiyevlərin ailəsində anadan olub. Faxralı kənd orta məktəbini bitirib (1966–1977) və hərbi xidmətə çağrılıb (1977–1979). Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə qiyabi bitirib (1991–1996). Milis nəfəri kimi Naftalan RDİŞ nəzdində Mühafizə Bölməsində işə başlayıb (1985–1987), 1987-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinə qəbul olub və 1989-cu ildə həmin məktəbi bitirib, təyinatla bir ay müddətində Zəngilan RDİŞ YYÇ işləri üzrə inspektoru işlədikdən sonra, Qasım İsmayılov (indiki Goranboy) RDİŞ YYÇ işləri üzrə inspektoru (1989–1990), RDİŞ-də milis sahə inspektoru (1990–1992), Goranboy RDİŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili (1992–1993), Yevlax ŞPŞ-nin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili (1993–1994), Yevlax ŞPŞ-nin Cinayət axtarış bəlməsi rəisi (1994–1996), Gəncə ŞPİ-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin rəisi (1996–1999), Gəncə şəhər Kəpəz RPŞ-nin rəisi (1999–2001), Goranboy RPŞ-nin xidmət üzrə rəis müavini (2001–2003), Şəmkir RPŞ-nin əməliyyat işi üzrə rəis müavini (2003–2005), Qazax RPŞ-nin rəisi (2005–2010) vəzifələrində inamla və qətiyyətlə çalışıb. 2010-cu ilin yanvar ayından 16 aprel 2015-ci il tarixinədək Şəmkir RPŞ-nin rəisi vəzifəsində işləmişdir. 2015-ci ilin 4 may tarixindən ömrünün sonunadək (9 fevral, 2019) Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini vəzifəsində işləmişdir. O, polis polkovniki idi. İşlədiyi illər ərzində insanların hüquqlarının pozulmasının qarşısını müvəffəqiyyətlə aldığına görə 30 dəfədən artiq dövlət tərəfindən mükafatlandırılmışdır. 2004-cü ildə "Əla Xidmətlərinə Görə" döş nişanı ilə, 1 iyul 2013-cü ildə "Vətən uğrunda" medalı ilə təltif olunub.
Şükür Rzayev
Şükür Həbib oğlu Rzayev (21 oktyabr 1929, Şuşa, DQMV – 17 iyul 2006, Bakı) — hüquqşünas, dövlət xadimi, ədliyyə general-mayoru. 1982–1986-cı illərdə Azərbaycan SSR-in nəqliyyat prokuroru, 1994–1998-ci illərdə Bakı şəhər prokuroru işləmiş, 1983–1987-ci illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olmuşdur. Şükür Həbib oğlu Rzayev 1929-cu il oktyabr ayının 21-də Qarabağda dünyaya göz açmışdır. Üç bacısı (Fatma, Səltənət, Məhbubə) və üç qardaşı (Hidayət, Rəşid, Əbülfət) ilə birlikdə uşaqlıq illərini Şuşanın "Merdinli" məhəlləsində keçirmişdir. Şükür Rzayev dörd yaşında ikən ailələri Bakı şəhərinə köçür. 1937-ci ildə 173 saylı məktəbin birinci sinfinə daxil olur. Bir müddət Ağdamda yaşamaları ilə əlaqədar orta təhsilini orada davam etdirir. Ailələrinin yenidən Bakıya qayıdışından sonra, 132 saylı məktəbdə təhsilin davam etdirir və məktəbi qızıl medalla başa vurur. 1948–1953-cü illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alır. 1953-cü ildə Şükür Rzayev universiteti fərqlənmə diplomu ilə bitirib, təyinatı üzrə respublikanın prokurorluq orqanlarında işləməyə başlayır.
Şükür Səmədov
Şükür Səmədov — Azərbaycanın xalq artisti (2005),Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının nəfəs və zərb alətləri kafedrasının dosenti Səmədov Şükür Hacıbala oğlu 1965-ci il Şabran rayonunda anadan olub. 1982-1989-cu illərdə klarnet ixtisası üzrə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1983-1985-ci illərdə ordu sıralarında Moskva şəhərində hərbi orkestrdə qulluq edib. 1986-cı ildən Azərbaycan Dövlət Opera teatrının simfonik orkestrində 1998-ci ildən isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrində klarnet qrupunun konsertmeysteridir. 2004-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin direktorudur. 2002-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir 2014-cü ildən nəfəs və zərb alətləri kafedrasının dosentidir. Azərbaycan Dövlət Respublikasının prezidentinin fərmanı ilə 2002-ci ildə Respublikanın əməkdar artisti , 2005-ci ildən isə xalq artisti fəxri adlarına layiq görülüb . 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şükür İlyasov
Şükür Şənol
Əliyev Şükür Məmiş oğlu (Şükür Şənol) (11 fevral 1955, Yevlax) — postmodern yazıçı, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü. Şükür Şənol 11 fevral 1955-ci ildə Yevlax şəhərində anadan olub. Əslən Füzuli rayonunun Böyük Bəhmənli kəndindəndir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında, "İşıq" nəşriyyatında, "Kommunist" ("Xalq qəzeti"), "Azernews" qəzetlərində işləyib. Hazırda "Respublika" qəzetinin xüsusi müxbiridir. "Ağ qoç, qara qoç" (1988), "Nə, gözəl onu andı, sevdi, düşündü hər türk" (1989), "Son bahar rüzgarları" (1999), "... bu eşqin bır anlamı" (2007), "...aramızdakı bir mələk" (2007), "Yüz ildən bir sətir" (2009) və s. kitabların müəllifidir. Yazarın "...aramızdakı bir mələk" (2007) kitabına erkən gənclik illərində və XX əsrin 2010-cu ilinə qədər bir dövrdə qələmə aldığı yazılar daxil edilmişdir.
Şükür Əhmədov
Şükür Əhmədov (1926–1970) — Sovet azərbaycan heyvandarı, Sosialist Əməyi Qəhrəmanı (1949). Şükür Əhmədov 1926-cı il mayın 12-də Naxçıvan MSSR-nın Kəngərli rayonu Böyükdüz (hazırda Azərbaycan Naxçıvan MR Kəngərli rayonu) kəndində anadan olub. 1940-cı ildə Naxçıvan rayonunun "Azərbaycan" kolxozda əmək fəaliyyətinə başlamışdır. Sonralar bu kolxozda baş çoban. Həmçinin Karl Marks adına kolxozun sədrinin müavini işləyib, Şahtaxtı baytarlıq şöbəsinin müdiri, sonralar kolxoz sədri H. Cavid adına kolxozun baytarı, Şahbuz rayonundakı, "Azərbaycan" kolxozunda, Kəngərli rayonunun Böyükdüz kənd kolxozunda sədr çalışmışdır. 1948-ci ildə qoyunçuluğun sahəsində yüksək nəticələr əldə etmişdir. Heyvandarlığın yüksək məhsuldarlığının üçün1949-cu il 24 iyun tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, əmək rəşadəti göstərdiyinə görə Hüseynov Qasım Rəsul oğlu "Oraq və Çəkic" medalına Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür ."Lenin" ordeni, ilə təltif olunub. 1970-ci il iyulun 5-də doğma kəndində vəfat edib.
Sukre
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Şukrut
Şukrut və ya Choucroute garnie — Alsatiya mətbəxinin ənənəvi yeməyi. Kolbasa və digər duzlu ətlər və kartof ilə kələm hazırlamaq üçün istifadə edilən bir Alsas reseptidir.
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Sukre (departament)
Sukre (isp. Sucre) — Kolumbiyanın şimal hissəsində yerləşən departamentlərdən biri. Departamentin şərq hissəsini Bolivar, qərb hissəsini Kordova departamentləri və şimal hissəsini isə Karib dənizi əhatə edir. İnzibati mərkəzi Sinselexo şəhəridir.
Sukre (şəhər)
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Sukur Qurban
Sukur Qurban (1848, Dağıstan – 1922) — Dargin şair, müğənni. Əsərlərində sosial bərabərsizlik və azadlıq problemini qaldırmışdır. Sukur Qurban 1848-ci ildə (digər mənbələrə görə 1842-ci ildə) Kaşaqı kəndində anadan olmuşdur. Doğuşdan kor olan Sukur Qurban, əmisi oğlu ilə birlikdə iş dalınca Dağıstan boyunca səfərlər etmişdir. "Şukur" dargin dilindən "kor" olaraq tərcümə olunur. Şukur Qurbanın mahnı bəstələmək istedadı uşaqlıqda özünü büruzə verir. Mahnıları bəyənilir və tez də sevilirdi. Bütün həyatını gəzib dolaşmaqla keçirmişdir. Onun mahnıları dargin xalqının həyatı və taleyi haqqında lirik bir hekayədir. Qurban bir çox Dağıstan dilini bilir və qonşu xalqların mahnılarını dargin dilinə tərcümə edirdi.